Отправлено 02 декабря 2011 - 01:25
Həqiqətən də o saytda da, bu forumda ( həm də saytda) da çox gözəl və dəyərli araşdırmalar, faktlar, dəlillər, şübhələrə cavablar, açıqlamalar var.Demək, olar ki, internetə əsasən ən çox bu foruma və o sayta girirəm.
Allah islam yolunda, haqq məzhəb ( şiəlik) yolunda zərrə qədər də xidmət göstərən hər kəsdən razı olsun inşaAllah! Amin!
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.