Gecə müstəhəb namazının qaydalarını yazın, Allah xətrinə.
Neçə rəkətdir, niyyəti necə edək, və s qaydaları.
Bismillah,gecə nafiləsi 11 rəkətdir,4 dəfə sübh namazı kimi 2 rəkət namaz qılınır,gecə namazı niyyəti ilə.Sonra 2 rəkət Şəf'i namazı niyyəti ilə(qiyamda:Fatihə-Nas-Fələq),sonra da 1rəkət Vitr namazı niyyəti ilə qılınır(qiyamda:Fatihə-Fələq-Nas-3dəfə İxlas(Tovhid)).Qunutda:70dəfə "əstəğfirullahə rəbbi va ətubu iləyh",300dəfə "ələfv".(ƏSAS YER):40 mömini qunutda dua etmək,"Allahumməğfir li fulan",fulan-ın yerinə insan adı olur,məsələn Kənan qardaş))) (hərçənd mömin olmasaq da)...Əgər ad bilməsəz,belə ki,mömin adı ağlınıza gəlməsə "Allahumməğfir li mumininə vəl muminat" deyilir,yəni möminləri bağışla,əslində,bu daha yaxşıdır,bütün möminlər dua olunur.
Qiyamda mənim yazdıqlarım müstəhəb variantdır,yəni bu cür də olar,ən az-"pis" variantda vacib namazlarımızın qiyamı kimi,Fatihə və İxlas.Amma burası tam yadımda deyil,çoxdan oxumuşdum.(əgər "Məfatinul Cinan" varsa oxuya bilərsiz ordan)...Hər-halda yazdıqlarım da,əksəriyyətin bildiyi surələrdir...Qunut onsuzda müstəhəbdir,amma gecə namazı elə bu qunuta görə qılınır desəm yalan olmaz)) 40 mömini dua etmək gecə namazının əsas hissəsidir.70 və 300dəfə deyilən zikrlər,müstəhəbdir,yəni edilməyə də bilər.Qeyd edildiyi şəkildə 40 möminçün duadan sonra,hətta öz dilimizdə dua edə bilərsiz(müstəhəbdə istənilən dildə olar),yəni Allahdan hacətlərinizi istəyə bilərsiz...Amma burda,deyəsən,zatla təvəssül olmaz!Çünki namazdayıq,o da ibadətdir.Mən bu cür düşünürəm,amma "Nəbiyə(savv) xatir...",burda problem yoxdur...
P.S səhvim olsa deyin,öyrənim mən də,bildiklərim bunlar idi
P.S.S dünyada bu namaz kimi adamı düzəldən bir namaz yoxdur.Xəlvətdə gecə yarısı tək Allahla söhbət,bəh-bəh!!Hayıf mən məhrumam,əgər siz qılırsızsa,yaxud kiməsə deyəcəksizsə,məni də dua edin,bu namazı qılma fəzlini Allah əta etsin,Amin!
Сообщение отредактировал Kanan_313N: 28 декабря 2011 - 01:12