Salamu Aleykum,
Size bezi suallarim var, bashqa movzulara yonlendirmeyib, burda cavablandirsaniz yaxshi olar:
1. Size gore Hezret-i Ebu Bekir ve Hezret-i Omer (r.a.) kafirdirmi?
2. Sizin hedis kitablarinda Peygember efendimizin (s.a.s.) bu iki sehabe haqqinda dediyi sozler, hedisler varmi? Melum meseledir ki, bu shexsler (r.a.) Hezret-i Peygemberin (s.a.s.) yaninda Islamin ilk illerinden Onun (s.a.s.) vefatina kimi qaliblar. Her halda Peygember efendimiz (s.a.s.) onlar (r.a.) haqqinda musbet ve ya menfi fikirler seslendirib.
3. Bir nefer bu movzunun evvelinde bele bir sherh yazib:
Bu ayə «Nisa» surəsinin 59-ju ayəsindədir. «يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَطِيعُواْ اللّهَ وَأَطِيعُواْ الرَّسُولَ وَأُوْلِي الأَمْرِ مِنكُمْ». «Ey iman gətirənlər Allaha, onun rəsuluna və özünüzdən olan əmr sahiblərinə itaət edin».
Bu ayənin Əli (ə) barəsində olmasına dəlalət edən rəvayətlərdən əlavə əqli dəlilimiz də var. O dəlil bundan ibarətdir. Ayədə görürük ki, Allah-taala əmr edərək ulul-əmrdən itaəti mütləq edir, yəni, heç bir qeyd və şərt olmadan buyurur: Gərək mənə, mənim rəsuluma və ulul-əmrə itaət edəsiniz. Mümkün deyil Allah-təala özünə və rəsuluna itaət olunmağı əmr etməklə yanaşı, bu itaətin yanında günah əhlinə, qeyri məsum bir şəxsə itaət etməyə əmr etsin. Həzrəti Əli(ə) məsum olduğuna görə Allah-təala onun itaətini bizlərə vajib edir.
Bundan əlavə rəvayətlər vardır ki, mötəbər və tutarlı sənədlərlə bu ayənin həzrəti Əliyə (ə) aid olduğunu göstərir. Bu rəvayətlərin çoxunu əhli sünnənin mötəbər kitabalarında rast gəlmək olar.
Men de size bashqa bir aye yazim:
(Ey möminlər!) Əgər siz ona (Peyğəmbərə) kömək etməsəniz, Allah ona kömək göstərmiş olar. Necə ki, kafirlər onu (Məkkədən) iki nəfərdən biri (ikinin ikincisi) olaraq çıxartdıqları, hər ikisi mağarada olduğu və öz dostuna (Əbu Bəkrə): “Qəm yemə, Allah bizimlədir!” –dediyi zaman (göstərmişdi). O vaxt Allah ona bir arxayınlıq (rahatlıq) nazil etmiş, onu sizin görmədiyiniz (mələklərdən ibarət) əsgərlərlə müdafiə etmiş, kafirlərin sözünü alçaltmışdı. Yalnız Allahın sözü (kəlmeyi-şəhadət) ucadır. Allah yenilməz qüvvət, hikmət sahibidir! Tovbe 40.
Siz de qebul edirsiniz ki, burdaki dost Hezret-i Ebu Bekir (r.a.)'dir. Burda Onun (r.a.) haqqinda Peygemberin (s.a.s.)'in dostu (sahibi) ifadesi isledilir, bu bir. Deyessiniz ki, Hezret-i Yusif (e.)'in hebsde yaninda qalan iki nefer haqqinda da dostu (sahibi) ifadesi ishledilmishdir. Onda Ayenin diger cumlesine baxaq: "Qem yeme, Allah BIZIMLEDIR." Burda Peygember (s.a.s.) 'Allah menimledir' yox 'Allah bizimledir' deyib. Halbuki, ashagidaki Quran ayelerinin tercumelerine baxin:
İki dəstə bir-birini görüncə Musanın səhabələri: “Biz yaxalanacağıq!”– dedilər. (Musa) dedi: “Xeyr, Rəbbim mənimlədir. O, mütləq mənə yol göstərəcəkdir!” Shuera 61-62.
Burda Hezret-i Musa (e.) beraberindekilere 'Allah bizimledir' yox 'Allah menimledir.' deyir. Halbuki, Quranda Hz. Ebu Bekir (r.a.)'a achiqca Hezret-i Muhammed (s.a.s.)'in sahibi (dostu) deyilir, ve Hezret-i Muhammed (s.a.s.) de Onu (r.a.) ve Ozunu (s.a.s.) BIRLIKDE zikr ederek 'Allah BIZIMLEDIR' deyir.
Sizce yalniz bu aye sizin Hz. Ebu Bekir (r.a.)'in feziletini qebul etmeyinize bes deyil?
(Həzrət-i) Əli'ni hər sevənə şiə deyirlərsə, ey insi cin bilin ki, mən də oldum şiə. İmam Şafii.