SƏLƏFİ-TURAN , əs-salamu aleykum va rahmətullah va bərakətuhu!
1-ci sualda konkret nədən söhbət gedir dəqiqləşdirərsən, sualıvı təzədən verərsən cavablandırarıq.
2.Gələk ayəyə : GƏrək möminlər hər işdə Allaha təvəkkül eləsünlər!
Ləbbeyk Allahummə Ləbbeyk!
Biz də hər işdə Allaha təvəkkül edirik. Diri həkimi sağalmağımıza vasitəçi qərar verərkən də, dünyasını dəyişmiş məsumu (s.a.s) Allahla özümüz arasında şəfaətçi qərar verərkən də yalnız Allaha təvəkkül edirik. Vasitəçiyə müraciət etmək ona təvəkkül etmək deyildir. Bu mühim məsələni anlaya bilsən, təvəssülün bu ayə ilə ziddiyyət təşkil etmədiyini başa düşərsən. Əgər ziddiyət təşkil edirsə, buyur sübut elə!
3.Qardaş sənə demədi ki, HEÇ BİR MƏSƏLƏDƏ HƏDİSƏ MÜRACİƏT ETMİRİK. BÜTÜN MƏSƏLƏLƏRDƏ HƏDİSƏ MÜRACİƏT EDİLMƏSİNƏ EHTİYAC OLMADIĞINI SÖYLƏDİ. Yox, əgər bütün məsələləri hədislə yerinə yetirmək lazımdırsa buyur bircə dənə PEyğəmbərdən (s.a.s) səhih hədis göstər ki, Sizin SƏudiyyədəki krallarıvıza icazə verib ki, Məkkə və Mədinənin yerləşdiyi müqəddəs torpaqlara atalarının şərəfinə SƏUDİYYƏ adını verməyi əmr etmiş, yaxud, caiz bilmiş olsun!
"Bunu krallar edib, möminlərə dəxli yoxdur" deyib yaxavı çəkib çıxartmağa çalışmayaaa müsəlman! Məsələ burasındadır ki, sizin şeyxiviz Bin BAz və digər şeyxləriviz bu BİDƏTƏ etiraz etməyiblər, qalıb orda Muftiə və s. olmağa razı olublar. Əgər bütün bidətlər zəlalətdirsə, bütün zəlalətlər oddadırsa, niyə sizin alimləriviz bu odda krallarıvızla şərik olublar ?
Bundan əlavə, bircə dənə hədis göstər ki, o torpaqlara o torpaqların hakimi öz ata-balalrının adını verə bilməyi peyğəmbər (S.a.s) caiz bilsün!
Cavab gözləyəcəyəm!
Əgər, sən bu barədə bircə dənə hədis göstərə bilməsən, o zaman sən də, ÖZ MƏNTİQİNLƏ ÖZÜVÜZÜ "SƏLƏFİ" yox, "ƏHLİ-SÜNNƏTİ VƏL-CƏMAƏ" yox, "MƏNTİQ ƏHLİ" adlandır!
4.Gələk "bismilləh" məsələsinə!
Sizin hədislərivizə görə peyğəmbər (s.a.s) bir işə "bismilləh" ilə başlayıb. Amma, "bismilləhir rahmənir rahim" demək bidətdir , düzdü ? ))
Niyə ? Çünki, müsəlmanlar "rahmən və rahim" adını sonradan artırıblar?
Bundan əlavə sənə izah eləmişəm ki, bir şeyin tərk edilməsi, yaxud, edilməməsi həmin işin haram olmasına dəlil deyildir!
Bundan əlavə,MƏNİM BAŞA DÜŞDÜYÜM QƏDƏRİ İLƏ "ALlah, Muhəmməd, Ya Əli" daha çox şəhadət gətirmək qəbilindəndir.
Yəni, bir insan işə başlarkən şəhadət gətiririr.
Bu da islamla haram deyil. Əksinə, azanda da namaza başlayarkən şəhadətlə başlayırlar və azanın tərkib hissəsində azana "bismilləh" ilə başlamırlar.
Qısası : "ALlah, Muhəmməd, ya Əli" bir növ şəhadət verməyə bənzəyir.
Yenə də deyirəm, bir işi peyğəmbərin (s.a.s) görməməsi, hansısa alimin etməsi həmin işin haram olması demək deyil! Çünki, haram olmasına Quran və sünnətdə haram yoxdu. Siz kimsiz ki, Quran və sünnətdə haram olmayan bir işi haram edəsiz ? Biz kimik ki, Quran və sünnətdə haram olmayan bir işi haram edək ?
Elədirsə, birincə SƏUDİYYƏ adı haramdır və bu haramda sizin alimləriviz də müştərəkdirlər!
5.Beşinci məsələni sənə yuxarıda izah elədim. Özündən çıxartdığın hökmə görə isə tövbə elə. Çünki, Quran və sünnətin qadağan eləmidiy bir iş haqqında SIRF ŞEYTANIN VƏSVƏSƏSİ İLƏ müsəlmana "SƏN ŞEYTANIN YOLUYLA GEDİRSƏN" deyirsən.
Çünki, hələ heç sən özün də dəqiq bilmirsən ki, bu şeytan vəsvəsəsidir yoxsa, caiz olan bir əməldir ? Nəyə əsasən qərar çıxartdın ? Quran və sünnətə əsasən ? yox! Bəs nəyə əsasən ? şeytan vəsvəsəsinə əsasən!
Yenə də misal çəkirəm SƏUDİYYƏ adını qoyanlar da məsum deyildilər. müqəddəs torpaqlara atalarının malı imiş kimi atalarının adını qoymaqları da bidət , zəlalət və nəticəsi cəhənnəm odu olan bir əməldir. Bu əməldə sizin şeyxləriviz də müştərəkdilər ki, əvvəli bidət olan hökümətdə mufti və s. işləməyə, fəaliyyət göstərməyə razı olublar.
Şeytanın əsas məqsədi insanları peyğəmbərin (s.a.s) yolundan sapdırmaqdı. Düz deyirsən. Bunun bariz nümunəsi də krallarıvızın müqəddəs torpaqlara öz babalarının adını - SƏUDİYYƏ qoymasıdır ki, bu da peyğəmbərin (s.a.s) yolu deyil!
Biz səni də səninlə bir ağılda , səninlə bir əqidədə olan qardaşlarıvı şeytanın yolundan uzaq olmağa, ALlahın yoluna yönəlməyə dəvət edirik!
Biz yalnız huccəti tamam edirik ki, qəbul edib-etməmək sizin biləcəyiniz işdir!
Hidayət edən ALlahdır!
Vallahu ələm!
Vəssəlam!
P.S
Başqa nə sualların varsa ver! Bilsək cavab verərik, bilməsək öyrənib cavab verərik inşaAllah! SƏninlə söhbət eləmək HƏLƏ Kİ xoşdur!
Bu sualıma cavab verməyibsən:
4-cüsü) Əgər bilsən ki, Peyğəmbər (s) və ya on iki imamdan biri bir işə başlayanda "Bismilləh" deyib və yaxud heç nə deməyib, onda onların etdiyi kimi etməzsən?
Yeni bir sual:
Əlinin (rad) xəlifəliyi dövründə dövlətin adı necə olub?
___________________________________________
5-cisi) Sən əgər bir işə başlayanda "Allah, Məhəmməd, ya Əli" kəlməsinin deyilməsini qəbul edirsənsə onda mənim aşağıdakı fikirlərimdən hansıların yanlış olduğunu deyə bilərsən?
Bu kəlməni sən özün fikirləşməyibsən. Kimsə (ola bilər bir alim) bu kəlməni özündən uydurub. Belə çıxır ki, sən Peyğəmbər (s) etdiyini yox, həmin şəxsin etdiyini qəbul edirsən. Onda belə çıxır ki, sən həmin şəxsi Peyğəmbərdən (s) üstün tutursan. Peyğəmbərin (s) yox həmin şəxsin yolu ilə gedirsən. Nəzərə al ki, həmin şəxsə Allahdan vəhy nazil olmur. Şeytan isə ona vəsvəsə verə bilər. Şeytanın əsas məqsədi insanları Peyğəmbərin (s) yolundan sapdırmaqdır. Bu da elə bir əməldir. Deməli sən şeytanın yolu ilə gedirsən.
____________________________________________
Bu sualda mən hökm çıxartmamışam. Ardcıl məntiqi nəticələr çıxartmışam. Konkret hansı məntiqi nəticənin səhv olduğunu və niyə səhv olduğunu deyə bilərsən?