SƏLƏFİ-TURAN, mən gördüyüm qədəri ilə sən öz nikinlə düz iki dəfə bu bölməyə girmisən, sonra təzədən çıxmısan. Əgər, bütün şərhləri ətraflı oxuyandan sonra cavab yazmaq qərarına gəlmisənsə əhsən!
Oxu!
Diqqətlə oxu, sonra cavab yaz! Bu təqdirə layiq haldır!
Yox, sadəcə, cavab verə bilmirsənsə, qardaşım, burda eyb bir şey yoxdur. Verdiyim suallara cavab yoxdursa, yaxud, sən cavabını bilmirsənsə, sadəcə yaz ki, bilmirəm.
Bundan sonra sən də tövbə elə! Bir də şiələrə iftira atma!
Bu qədər iftiravın içindən bircə dənə sənə nümunə göstərirəm :
yazırsan ki :
Bax, burda BİLƏRƏKDƏN , YAXUD, BİLMƏDƏN danışdığın bu sözlərin yalan və iftira olduğunu sənə sübut eləməyə hazıram.
Şiə namazının düzgün olması barədə - DETALLARINA QƏDƏR - sənə SƏHİH HƏDİS DƏ göstərməyə hazıram.
Sizin öz mənbələrənizdən də BİZİM NAMAZIN DÜZGÜN OLMASINI SÜBUT EƏDN HƏDİSLƏR GÖSTƏRMƏYƏ HAZIRAM!
Amma, inanmıram ki, bunun sənə faydası olsun!
Bu səfər də böyük ehtimalla hansısa başqa bir bəhanə gətirib inkar edəcəksən!
Amma, ən azından necə utanmadan - qızarmadan VAHABİ ŞEYXLƏRİVİZİN SÜNNƏTİNƏ TABE OLARAQ YALAN DANIŞMAĞIN, İFTİRA ATMAĞIN DAHA AŞKAR ŞƏKİLDƏ AYDIN OLACAQ!
Nə deyirsən əziz qardaşım ?
Yazımmı namazımızın DETALLARINA QƏDƏR DÜZGÜN OLMASI BARƏDƏ səhih hədis ?
P.S
Əxican, bu yazdığım cavablarda hələ çox dərinliyə getməmişəm.
Dərinliyə getsəm, sənin təbirincə desək DETALLARA getsək olsam bundan sən ziyan görəcəksən. Odur ki, qardaşım, tənqid edirsənsə də ki, elmlə tənqid elə! İftira, yalan və böhtanla yox!
Bismilləh,
Haqq yolu ilə gedənlərə salam olsun.
N_ن_N, sənin deyəsən vaxtın çoxdur. Mənim yazdıqlarıma bu qədər cavab yazıbsan. Mənim bir neçə gündən bir ancaq vaxtım olur foruma girməyə.
Sağ ol, mənim suallarıma cavab verməyə çalışırsan. Ancaq bir çox hallarda cavab kimi mənim də əqidəmdə oxşar məsələ olması ilə cavab yazırsan. Belə cavab vermə tərzi düzgün deyil. Mən sənə verdiyim hər bir suala öz əqidənin səhih hesab olunan dəlilləri ilə cavab verməlisən. Bizim həmin əməli etməyimiz sizə bəraət qazandırmır. Bəlkə biz də səhv edirik. Bəlkə başqa bir əqidə var ki, o bu səhvi etmir, o doğru yoldadır. Sən yazdığından belə çıxır ki, ikimizdə də eyni hərəkət varsa, davam etdirməliyik? Əgər sənin əqidən doğrudursa və haqq yoludursa nə olursa olsun onun dəlili olmalıdır.
Deyirsən bidət etmək olar, öz əqidəndən səhih dəlil gətir. Deyirsən alimi təqlid etmək olar, öz əqidəndən səhih dəlil gətir. Bizim əqidədən misallar gətirərək cavab vermə, çünki oxşarlığı düzgün götürmürsən və mən də onu izah edənə qədər müzakirə sualın mahiyyətindən uzaqlaşır.
Verilmiş suala öz əqidəndən səhih dəlil ilə cavab verəndən sonra mənim əqidəmdə oxşar məsələnin olması bəradə sual verə bilərsən.
Suallara bu şəkildə müzakirə aparmaq düzgün deyil. Çünki mənim 30-40 sualıma birdən cavab veribsən və mənə də çoxlu suallar veribsən. Məni sənin verdiyin cavabların bir çoxu qane etmir. Hər biri ilə bağlı neçə sual meydana çıxır. Mən də cavablarımı və suallarımı yazsam, qarışıqlıq (xaşıl) olacaq. Nə müzakirə olunduğu aydın olmayacaq. Təklif edirəm ədalətli müzakirə aparmaq üçün yeni bir mövzu açasan, ancaq ikimiz təkbətək müzakirə aparaq. Bir sual sən ver, bir sual mən verim. İkitərəfli müzakirə aparaq. Başqa heç kim müdaxilə etməsin. Eyni zamanda iki sual vermək, bir sual yekunlaşmamış ikinci sual vermək olmasın. Burda verdiyin suallardan qaçmıram, onları orda mənə bir-bir verərsən.
Başqa bir tərəfdən bu mövzunun adı “şiələrə suallar”dır. Mənim burda suallara cavab verməyim doğru olmaz.
Bir də bir məsələni qeyd etmək istərdim. Sənin yəqin dini təhsilin var. Bilmək olar harda təhsil alıbsan?
Mənim dini təhsilim yoxdur, İslamı sərbəst şəkildə öyrənirəm. Sənin verdiyin suallara hamısına cavab verə biləcəyimi fikirləşmirəm. Hansına cavab verə bilməsəm sadəcə yazacam ki, “Bilmirəm”. Bu söhbətə niyə girirəm, çünki elə hesab edirəm ki, bir çox məsələlərdə sənə haqqı çatdıra biləcəm.
Bura da İnşəAllah bir link qoyarıq ki, söhbətin davamı bu mövzudadır.