Siz şiəyə öz ağlınıza əsasən sual verməniz səhvdir. Biz Sizin kimi hədis əhli deyilik ki, ayaq yoluna getməyin caiz olması üçün də hədis axtaraq. Bizim qarnımız ağrayanda bilirik ki, ayaqyoluna getmək lazımdı.
"Allah, Məhəmməd, ay Əli"nin mənasını bilmədiyiniz halda ondan bizə sual verirsiz.
Bismilləh,
AlFath,
Bu suallara zəhmət olmasa cavab ver:
1-cisi) Bunu kimdən eşidibsən? Ayaqyoluna getmək zəruri təbii ehtiyacdır. Heç kəs ayaq yoluna getməyin caiz olması üçün hədis axtarmır. Əgər söhbət gedirsə ayaqyolunda necə təmizlənməlisən, bu məsələdə əlbəttə hədis axtarmalısan.
2-cisi) Burada söhbət aşağıdakı ayəyə hansı qaydada əməl olunmasından gedir. Burda təvəssül və təbərruk var. Əlbəttə hədis axtarmaq lazımdır.
3:122
Gərək möminlər (hər işdə) Allaha təvəkkül etsinlər!
Sən bu ayəyə hansı şəkildə əməl edirsən?
3-cüsü) Əgər sən bütün məsələlərdə hədislərə görə hərəkət etmirsənsə onda hansı haqla özüvü "əhli beyt ardıcılı" adlandırırsan?
Əgər hər şeyi məntiqlə görürsənsə niyə özüvü "məntiq ardıcılı" adlandırmırsan?
4-cüsü) Əgər bilsən ki, Peyğəmbər (s) və ya on iki imamdan biri bir işə başlayanda "Bismilləh" deyib və yaxud heç nə deməyib, onda onların etdiyi kimi etməzsən?
Xüsusilə xahiş edirəm bu suala cavab verəsən.
5-cisi) Sən əgər bir işə başlayanda "Allah, Məhəmməd, ya Əli" kəlməsinin deyilməsini qəbul edirsənsə onda mənim aşağıdakı fikirlərimdən hansıların yanlış olduğunu deyə bilərsən?
Bu kəlməni sən özün fikirləşməyibsən. Kimsə (ola bilər bir alim) bu kəlməni özündən uydurub. Belə çıxır ki, sən Peyğəmbər (s) etdiyini yox, həmin şəxsin etdiyini qəbul edirsən. Onda belə çıxır ki, sən həmin şəxsi Peyğəmbərdən (s) üstün tutursan. Peyğəmbərin (s) yox həmin şəxsin yolu ilə gedirsən. Nəzərə al ki, həmin şəxsə Allahdan vəhy nazil olmur. Şeytan isə ona vəsvəsə verə bilər. Şeytanın əsas məqsədi insanları Peyğəmbərin (s) yolundan sapdırmaqdır. Bu da elə bir əməldir. Deməli sən şeytanın yolu ilə gedirsən.