Перейти к содержимому

Фотография

Təvəssul və onun hokmləri

  • Закрытая тема Тема закрыта
Сообщений в теме: 1479

#91 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 22 января 2010 - 16:55

Mənə alimlərdən yox, mənə bir nəfər səhabədən və ya tabindən gətir ki Peygəmbər s.a.s öləndən sonra gedib onun qəbirinə və onun hörməti, haqqı ilə Allaha yaxınlaşıb.kim getirə bilərsə gətirsin.

Dəlil lazımdır qardaş DƏLİL.

Mənə konkret dəlil gətir ki, Peygəmbər s.a.s öləndən sonra Sahabələr onun qəbirinə yaxınlaşıb onun xatirinə Allaha dua ediblər. Yoxdu Qardaş Yoxdu.Əgər onlar etməyibsə sən hardan deyə bilərsən ki bu caizdir? caiz olsa idi onlar bunu edərdi.

İndi mən sənə sual verirəm Əgər sən deyən təvəssül caiz olsa idi neyə görə Ömər Abbasa yaxınlaşdı? elə hazır gedərdi Peygəmbərin qəbirinədə, deməli bu onu görsədir ki, ölü ilə təvəssül etmək olmaz.

Subhani qaymaqlı bir dəlil gətirib sənə.

Subhani qadaşın sözünə qüvvət, həmin hədisin digər mənbələri bunlardı:

İbn Əbi Şeybə, "Müsənnəf", 7/482-483;
İbn Abdul bərr, "əl-İstiab fi Marifətil-Ashab", 2/464;
Xəlili, əl-İrşad, 1/313-314.

Bundan əlavə,

Ibn Ömər ziyarət edəndə belə deyərdi: "Əssələmu aleykə ya Rəsuləllah, əssələmu aleykə ya Əbu Bəkr, əssələmu aleykə ya ata" deyərək keçib gedərdi.

Həmçinin başqa bir hədisdə buyurulur: "Allahın səyahətçi mələkləri var. Onlar yer üzünü gəzər və ümmətimin salamını mənə çatdırarlar".

MƏNBƏ BURADA

Sual: Bəs o zaman niyə deyilir ki, Peyğəmbər (ə) bizi eşitmir? Əqidədaşlarının saytında başqa cür yazılıb axı.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#92 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 22 января 2010 - 21:35

Sən gətirdiyin dəlilləri çox görmüşəm və belə cavab verirəm.Mənə alimlərdən yox, mənə bir nəfər səhabədən və ya tabindən gətir ki Peygəmbər s.a.s öləndən sonra gedib onun qəbirinə və onun hörməti, haqqı ilə Allaha yaxınlaşıb.kim getirə bilərsə gətirsin.
Yoxsa ki, hansısa alim belə deyib və ya hansısa alim bunu edib, bunlar o demək deyil ki, bi caizdir.
Dəlil lazımdır qardaş DƏLİL. Alimlərdən mənə dəlil gətirmə, Alim xeta edə bilər.O qəder böyuk alimlər var ki Allahın sifətlərini təvil edib, bu o deməkdir ki Əhli sunnənin əqidəsinə görə Allahın sifətləri təvil olunmalıdır?
Mənə konkret dəlil gətir ki, Peygəmbər s.a.s öləndən sonra Sahabələr onun qəbirinə yaxınlaşıb onun xatirinə Allaha dua ediblər. Yoxdu Qardaş Yoxdu.Əgər onlar etməyibsə sən hardan deyə bilərsən ki bu caizdir? caiz olsa idi onlar bunu edərdi.

Əgər Caiz olsa idi bəs nəyə görə quraqlıq düşəndə Ömər gəlir Abbasın yanına deyir ki, EY Peygəmbərin əmisi! Peygəmbərin vaxtında bizə quraqlıq baş verəndə biz dərhal gedərdik peygəmbərin yanına və O, dua edərdi Allah təala bizə yagış verərdi, indi isə Peygımbər s.a.s. ölüb və biz sənə yaxınlaşıb sənin Allaha dua etməyivi istəyirik.
İndi mən sənə sual verirəm Əgər sən deyən təvəssül caiz olsa idi neyə görə Ömər Abbasa yaxınlaşdı? elə hazır gedərdi Peygəmbərin qəbirinədə, deməli bu onu görsədir ki, ölü ilə təvəssül etmək olmaz.

Məhşur hədis ki, qeyd olunub bütün mən verdiyim mənbələrdə yəni bir ərəbin Peyğəmbərin(s) qəbrini ziyarət etməsi və Ona təvəssül etməsi bu hədisdə ərəb adlandırılan şəxs yoldan keçən ərəb yox, Peyğəmbərin(s) üstün səhabələrindən olam Bilal ibn Haris olub. Nəyə görə onun adı bütün kitablarda gizlidir bu mənə maraqlıdır?

Darəmidən nəql edilən bir rəvayətdə deyilir: «Mədinədə (quraqlıq olduğu üçün) qıtlıq yaranmışdı. Ayişəyə şikayət etdilər. O, dedi: «Peyğəmbərin (s) qəbrinə tərəf gedin. Belə ki, qəbirlə səma arasında fasilə olmasın». Onun dediklərini həyata keçirdik. Nəticədə elə bir yağış yağdı ki, hər tərəf yaşıl çəmənə boyandı, dəvələr kökəldilər, qoyunlar quyruq bağladılar. Belə ki, piyin çoxluğundan quyruqlarında yarıq əmələ gəldi. Elə buna görə də o il «fətq» ili adlandı. «Sünəni-Darəmi», c. 1, səh. 56; «Subulul-hüda vər-rişad», c. 12, səh. 347; «Vəfaul-vəfa» c. 4, səh. 1374; «Kəşfül-irtiyab», səh. 313.

Gələk xəta məsələsinə: Yaxın dostum əhli-sünnədən birilə söhbət edirdi. Dəlil gətirir o deyir ki. xəta edib. Bu başqa adamnan dəlil gətirir o deyir o da xəta edib. Bir neşə məsələdə bir neçə nəfərdən dəlil gətirdikdə o hamısı üçün xəta ediblər deyəndə dostum çox gözəl bir söz dedi. dedi ki. AY XATAKARLAR HAMINIZ BİR YERƏ YIĞIŞMISIZ.
:shades:

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#93 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 24 января 2010 - 00:59

Salamu aleykum Qardaşlar.
Birdən elə başa düşərsiniz ki, söhbətdən qaçıram, xeyir bu bele deyil.
Sadəcə olaraq getirdiyiniz delillərə baxırdım, düzü hamsından xebərim yox idi amma əksəriyyətini oxumuşdum və bilirdim.
İndi Əlhəmdulilləh hamsından xəbərim oldu.

Sadecə olaraq hamı düşüb mənim üstümə və mən yazmaga çatdırmıram, o, mənada ki, Həm siz yazdıqlarınızı oxuyuram həmdə başqalarını, amma bu o, demək deyil ki, mən o, siz gətirdiyiniz dəlillərin qarşısında aciz qalmışam, xeyir mən hamsına cavab verməyə hazıram, Lakin bu şərtnən ki, mənə hamınız birdən yazmayın, kimin delili varsa bir bir gətirsin və bir birdə hamsına Allahın izni ilə cavab alsın, yoxsa ki, hamı yazır mən isə qalıram hansına cavab verim, və bu səbəbdəndə elə başa düşürlər ki, qorxub söhbətdən qaçıram. Əlhəmdulilləh bu mövzuda tam özümə arxeyinəm və Əhli sunnənin əqidəsinin nə oldugunu bilirəm.

Yenə deyirəm mənə hansısa Məzhəb alimlərinin sözünü gətirmək lazım deyil, ay nəbilim hənəfilərdən kimsə belə deyib və ya Malikilərdən kimsə belə deyib və ya başqaları, xeyir mənə belə delillər getirmiyin, Mən sizdən konkret hədis tələb edirəm, əgər varsa və əgər səhihdirsə göstərin baxım və sonra məndə Əməl edim.

Sizin yuxarda gətirdiyiniz dəlillərə baxdım əksəriyyəti alimlərdən idi, . Vallahi mən orda yenə konkret delil görmədim ki siz deyen təvəssül caizdir, sadəcə olaraq orda bir iki hədis var idi onlarada indi cavab yazıram

Birinci hedisdən başlayaq o, hedis ki, " bir Ərəb yuxuda gelir Peygəmbərin qəbirinə və təvəssül edir " bu hədisi mənə delil gətirirlər ki, guya bu hədis açıq aydın delildir ki, ölü ilə təvəssül etmək caizdir.
Ümumiyyətlə mən sizə deyim ki, bu təvəssülün caiz olmagına ən güclü gətirilən delil elə bu hədisdi, həmçinin yuxarda bəzi böyuk alimlərin sözlərini getiriblər ki, ölü ilə təvəssül etmək caizdir, nə isə bu barədə suallara cavab vermişəm inşallah yenə yazaram keçək hədisə.

Yuxarda qardaş bu hedisi getirir və deyir ki, hədis səhihdir və bu alimlər (ibn kəsir, ibn həcər, və başqaları)hədisə səhih deyib və bununla göstərmək istəyir ki, hədis səhihdir vəssalam hədis əməl olunmalıdır.
Cavab
Xeyir qardaş belə deyil, görsənir ki, sənin hədis elimindən heç anlayışın yoxdur, məgər bir iki alim hədisə səhih deməknən iş düzəlir? ümumiyyətlə belə mövqe elm əhlinin mövqeyi deyil, bu savadsızdıqdır, xüsusəndə yuxarda mənə qarşı bəziləri elə sözlər yazıb ki, hansı ki, o sözlərlə tam anlamaq olur ki, bunu ancaq Allahın dinindən xəbəri olmayan və ya Peygəmbərin s.a.s əxlaqı ilə tərbiyələnməyən yaza bilər, nə isə bu problem deyil kim nə istəyirsə yazsın.

Bu getirdiyiniz hədis ZƏİF hədisdir, əgər zəifdirsə deməli əməl olunmur. O, ki, qaldı ibn kəsirin, və ibn həcərin bu hədisə səhih deməklərinə, Xeyir bu belə deyil, onlar bu hədisə səhih deməyiblər gedin yaxşı baxın, kim ərəb dilini bilirsə mənə ərəbcə ləfzini gətirsin, gətirsin ki, ibn kəsir və ya ibn həcər hədis barədə belə deyiblər bax bunu mənə ərəbcə gətirin, sonrasını mən sizə izah edəcəm, mən sizəgöstərəcəm ki, onlar bu hədisə səhih deməyiblər.

Gətirdiyiniz hədis ZƏİFDİR ZƏİFDİR başa düşün əməl olunmur. Yoxdur qardaş aranızda elm əhli yoxdur ki xüsusəndə Mustalah hədis yəni hədis elmini bilən olsun və ona başa salım ki, bu hədis zəifdir.
Elimsiz danışmaq olmaz, bu Allahın dinidir diqqətli olmaq lazımdır. Gedib hazır mətnləri oxuyub gelirsiniz ki, hə dee filan alim deyir ki, hədis səhihdir və ya bir hədis var filan alim hədisin hökümünə səhih deyib vəssalam qurtardı.Olmaz belə.
Aranızda ərəb dilini bilən olsa nidi mən ona subut edərdim ki, ibn həcər o hədisə səhih deməyib, həmçinin ibn kəsir isnadına səhih deyib və nə mənada deyib.
Məgər isnada səhih deməknən hədis səhih olur?? İBN KƏSİR özü deyir ki, bir hədisin isnadına səhih demək o, demək deyil ki, əməl caizdir.

həmçinin yuxarda yazıblar ki, Guya ki İmam Əhməd Təvəssülü caiz görüb, xeyir imam əhməd təvəssülü caiz görməyib, lap hetta hesab etsək ki, caiz görüb yəni yuxarda qardaş gətirib ki, İmam Əhməd bunu caiz görüb, mən o Qardaşa çatdırmaq istəyirəm ki, İmam Əhməddən iki rəvayət gəlib, bir rəvayətdə deyib ki, hə caizdir, o birsi rəvayətdə deyib ki, bu cür təvəssül HARAMDIR.

#94 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 января 2010 - 02:44

qardaw, əvvəla sən öz sözüvün üstündə dayanan insan oxşamırsan və elmsizliyində biruzədir. Sən hədis istəyirsən, sonra isə deyirsən ki, səhih olsa belə, o demək deyil ki, ona əməl etmək caizdir. Onda sənin hədis nəyinə gərəkdir? Əgər o hədisi onsuzda tullayacaqsan, onda camaatın vaxtini day niyə alırsan? Eyni sözü on dəfə fırladıb özünü təmizə çıxartmaq istəyirsən, amma yazılarında bir dənə elmi mənbə filan görmürəm. Zatən ancaq "zəifdir, zəifdir" kəlməsini təkrarlamağdan başqa bir şey bacarmırsan. Belə ərəb dili bilənsənsə, nə olar gətir o ərəb dilində olan dəlillərini biz də bəhrələnək. Yoxsa gedib selefeqidesi saytından mənə o "təvəssülün hökmləri" broşurundan dəlil gətirmək lazım deyil, çünki özünə ziyandır.

Yenə deyirəm mənə hansısa Məzhəb alimlərinin sözünü gətirmək lazım deyil, ay nəbilim hənəfilərdən kimsə belə deyib və ya Malikilərdən kimsə belə deyib və ya başqaları, xeyir mənə belə delillər getirmiyin, Mən sizdən konkret hədis tələb edirəm, əgər varsa və əgər səhihdirsə göstərin baxım və sonra məndə Əməl edim.

Sənə "əllamə" zirvəsinə çatmış alimlərin sözləri höccət deyilsə, onda bəs kim höccətdir? Səninlə hələ öz mənbələriniznən söhbət edirəm. Əhli-beyt (a) imamlarının saysız-hesabsız hədislirini qeyd etməyə başlasam, onda bu forumdan birdəfəlik qaçmalı olacaqsan.

Birinci hedisdən başlayaq o, hedis ki, " bir Ərəb yuxuda gelir Peygəmbərin qəbirinə və təvəssül edir " bu hədisi mənə delil gətirirlər ki, guya bu hədis açıq aydın delildir ki, ölü ilə təvəssül etmək caizdir.
Ümumiyyətlə mən sizə deyim ki, bu təvəssülün caiz olmagına ən güclü gətirilən delil elə bu hədisdi, həmçinin yuxarda bəzi böyuk alimlərin sözlərini getiriblər ki, ölü ilə təvəssül etmək caizdir, nə isə bu barədə suallara cavab vermişəm inşallah yenə yazaram keçək hədisə.

Bu hədis "quya"-sız filansız səhihdir və bundan əlavə Əhli-beytdən (a) bizə gəlib çatan yüzlərnən hədis var ki, onları qəbul etməyə sadəcə sənin "sələfi" əqidən icazə vermir. Kor tutduğunu tutmuş kimi, sən də öz dediyindən yapışmısan. Halbuki, anlamırsan ki, əgər hər hansısa bir səhabə bunu etməyibsa, bu o demək deyil ki, bunu etmək caiz deyil. Hətta elmi qaydanı da qeyd etdim.

Bu getirdiyiniz hədis ZƏİF hədisdir, əgər zəifdirsə deməli əməl olunmur. O, ki, qaldı ibn kəsirin, və ibn həcərin bu hədisə səhih deməklərinə, Xeyir bu belə deyil, onlar bu hədisə səhih deməyiblər gedin yaxşı baxın, kim ərəb dilini bilirsə mənə ərəbcə ləfzini gətirsin, gətirsin ki, ibn kəsir və ya ibn həcər hədis barədə belə deyiblər bax bunu mənə ərəbcə gətirin, sonrasını mən sizə izah edəcəm, mən sizəgöstərəcəm ki, onlar bu hədisə səhih deməyiblər.

Yenə də təkrar edirəm, belə ərəb dilini dəhşət bilirəsnsə, helə gedib alimlərin bu hədisi səhih bilmələrini özündə araşdıra bilərdin. Day bizə niyə əziyyət verirsən. İbn Kəsirin bu hədisi səhih saymasına şübhən var? Mən sənə "əl-Bidayə və ən-Nihayə"-nin türk dilinə tərcüməsindən bu hədisi gətirdim. Buyur bu da İbn Kəsirin Beyhəqidən nəql etdiyi həmin hədisin ərəbcəsi:

وقال الحافظ ابو بكر البيهقي اخبرنا ابو نصر بن قتادة وابو بكر الفارسي قالا حدثنا ابو عمر بن مطر حدثنا ابراهيم بن علي الذهلي حدثنا يحيى بن يحيى حدثنا ابو معاوية عن الأعمش عن ابي صالح عن مالك قال اصاب الناس قحط في زمن عمر بن الخطاب فجاء رجل الى قبر النبي
فقال يارسول الله استسق الله لامتك فانهم قد هلكوا فأتاه رسول الله ( ص ) في المنام فقال ايت عمر فاقره مني السلام واخبرهم انه مسقون وقل له عليك بالكيس الكيس فاتى الرجل فاخبر عمر فقال يارب ما آلوا الا ما عجزت عنه وهذا اسناد صحيح

"əl-Bidayə və ən-Nihayə", İbn Kəsir, 7/106

Qaldı ki, İbn Hacər sözlərinə o bu hədisi "Fəthul-Bari " kitabının 2-ci cildində nəql edəndə belə qeyd edib:

...وروى ابن أبي شيبة بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الدار

Gətirdiyiniz hədis ZƏİFDİR ZƏİFDİR başa düşün əməl olunmur. Yoxdur qardaş aranızda elm əhli yoxdur ki xüsusəndə Mustalah hədis yəni hədis elmini bilən olsun və ona başa salım ki, bu hədis zəifdir.

Burda səndən başqa elm əhli nə gəzir... :) Sənin kimi şeyxin qardaşında, hətta dilimizdə tutulur. Sən canı, o "mustalah" sözünü hardan oxumusan? Nə olar, bizi də hədis istilahlarıynan tanış et. Coşub-daşan elmindən faydalanmaq istəyirik. :)

Aranızda ərəb dilini bilən olsa nidi mən ona subut edərdim ki, ibn həcər o hədisə səhih deməyib, həmçinin ibn kəsir isnadına səhih deyib və nə mənada deyib.
Məgər isnada səhih deməknən hədis səhih olur?? İBN KƏSİR özü deyir ki, bir hədisin isnadına səhih demək o, demək deyil ki, əməl caizdir.

Bəs onda camaatdan hədis niyə tələb edirsən? Sizin hədislərinizin hər birinə barmağ qoymaq olar. Rical elmiynən "oymağa" adət etmisiniz. Ona görə helə əqidənizdə hər ikinci şey barədə ixtilaf vardır.

həmçinin yuxarda yazıblar ki, Guya ki İmam Əhməd Təvəssülü caiz görüb, xeyir imam əhməd təvəssülü caiz görməyib, lap hetta hesab etsək ki, caiz görüb yəni yuxarda qardaş gətirib ki, İmam Əhməd bunu caiz görüb, mən o Qardaşa çatdırmaq istəyirəm ki, İmam Əhməddən iki rəvayət gəlib, bir rəvayətdə deyib ki, hə caizdir, o birsi rəvayətdə deyib ki, bu cür təvəssül HARAMDIR.

Belə şeyləri sənə kim öyrədib, ay şeyx? Əvvəla, Əhməd Hənbəlin bu işin haram olmasına dair fətvasını gətir. Bu bir. İkincisi də, əgər gətirsən belə bu fətva yenə də sabit olmayacaq. Çünki mən sənə konkret dəlil gətirdim ki, şeyxiniz bu işi gözəl əməl bilib. Ən azı buna ixtilaf deyə bilərsən, ondan oyana keçmək isə mümkün deyil. Abu Sufyan ordusu qardaşımız demişkən, çox gücənmə...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#95 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 января 2010 - 03:41

Biz müsəlmanların əqidəsinə görə ölüm insanların yox olması demək deyildir. İnsanlar cismən torpağın altına köçsələr də, ruhən həmişə diridirlər. Biz onları görməsək də onlar bizi görür, səsimizi eşidirlər. Məncə bu barədə geniş izah verməyə ehtiyac yoxdur. Ölümdən sonra yeni bir həyatın başlanması İslam dinində zəruri sayılan bir e’tiqaddır. Bunu inkar edən şəxslər müsəlman sayılmırlar. Nə üçün biz ölülərə salam veririk? Nə üçün Qur’ani-Kərimdə keçmiş peyğəmbərlər xatırlanır, onlara salam göndərilir? Nə üçün Allah-taala «Әhzab» surəsinin 56-cı ayəsində Peyğəmbərə (s) salavat və salam söyləməyi bizə vacib buyurmuşdur? Әgər onlar bizim səsimizi eşitmirsə, ölüb yox olmuşlarsa, bu salamların nə kimi əhəmiyyəti vardır? Bütün bunlardan əlavə, Allah-taala müqəddəs kitabında bə’zi insanların əsla ölü olmadıqlarını aşkar şəkildə bəyan edir.

وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ

«Allah yolunda ölənlərə ölü deməyin. Onlar diridirlər, lakin siz anlamırsız». (Bəqərə-154).

Bu barədəb bir neçə ayə mövcuddur. Peyğəmbər (s) və onun pak Әhli-Beyti (ə) Allah yolunda ölmədilərmi? Onlara ölü demək, bizim səsimizi eşitmirlər söyləmək bizim əqidəmizə uyğun gəlirmi?

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#96 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 24 января 2010 - 03:53

Əlhəmdulilləh, yavaş yavaş çox şeylər çıxır üzə.
İnşallah yaxşı olacaq.

Day sənsəndə gel sənədə izah edim.

Deməli mən deyirəm ki, hədis zəifdir, baxmayaraq ki, ibn kəsir hədisin isnadına səhih deyib. İndi buyur aşagda sənə izah edirəm hədis nəyə görə zəifdir, hələm zəif olma səbələrin hamsını gətirmirəm, mən bilən bunlar kifayətdir, kakraz elə hədisin sənəd mətnini özün gətirmisən, elə zəiflikdə hədisin sənədindədi, özüdə deyəsən sən ərəb dilini güclü bilirsən buyur ərəbcə oxu.

الأولى: عنعنة الأعمش، وهو مدلس، والمدلس لا يقبل من حديثه إلا ما قال فيه (حدثنا)
و (أخبرنا) ونحوها، دون (قال) أو (عن)، إذ احتمال أنه أخذه عن ضعيف يهي الحديث بذكره،
كما هو معلوم في "مصطلح الحديث"، مع أن الأعمش في الطبقة الثانية من المدلسين عند الحافظ وغيره.
الثاني: مالك الذي في إسناده والذي هو عمدة الرواية مجهول، وذكره البخاري وابن أبي حاتم،
ولم يذكرا فيها تعديلاً ولا جرحاً، فهو مجهول. والمجهول لا يقبل حديثه. وابن كثير إنما صحح الإسناد على طريقته في توثيق مجاهيل كبار التابعين كما يعلم من تتبع صنيعه في التفسير وغيره. وإذا كان مجهولاً فلا علم لنا بتاريخ وفاته.
الثالث: أن أبا صالح وهو ذكوان الراوي عن مالك لا يعلم سماعه ولا إدراكه لمالك، إذ لم نتبين وفاة مالك، سيما ورواه بالعنعنة فهو مظنة انقطاع، لا تدليس

Hə başa düşdün? bax bu səbəblərə görə HƏDİS ZƏİFDİR.

O,ki qaldı İBN HƏCƏRƏ, buyur bunuda götür, kakraz bunuda özün necə ibn həcər deyib o cürdə gətirmisən. Al buda sənin cavabın.

Özün yazmısan ki İBN HƏCƏR belə deyib-
...وروى ابن أبي شيبة بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الدار
beli qardaşım düz deyirsən, İBN HƏCƏR sən deyən kimi deyib. İndi isə buyur cavab aşagdadır.

Sən hədis elimini bilsəydin ibn həcərin bu sözünü oxuyan kimi dərhal bilərdin ki, İBN HƏCƏR nə demək istəyir, açıq aydın görünür ki, sənin ümumiyyətlə hədis elimindən anlayışın yoxdur. İndi izah edirəm ibn həcərin nə demək istəyib. BUYUR

ابن حجر لم يصحح إسناده مطلقاً إنما قال: (بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الدار...) اهـ
ومعنى هذا أن الحافظ صحح سنده إلى أبي صالح السمان، وما ذكر من رجال إسناده لم يقل بصحته كما هو ظاهر لأهل العلم، ففرق بين قوله هذا وبين ما لو قال: (بإسناد صحيح أن مالك الدار قال
...)،

Başa düşdün??? yoxsa ərəb dilini bilmirsən??

Bax bu səbəblərə görə hədis ZƏİFDİR.

Əhli sunnənin əqidəsi adından yalan danmışmaq lazım deyil, ola bilər başqa məzhəblər buna icazə versin amma Əhli sunnə val camaa ölü ilə təvəssül etməyi CAİZ GÖRMƏYİB.

Bu barədə nə qədər rəvayət vars hamsı zəif və ya uydyrmadır.

#97 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 24 января 2010 - 04:04

Bu yazdıgın başqa məsələdir, təvəssül barədə söhbəti qurtar sonra nədən istəyirsən danışaq.

Ölülər eşidir eşitmir bu mövzu başqadır, ola bilsin sizin əqidəyə görə ölülər eşidir, amma əhli sunnənin əqidəsinə görə ölülər eşitmir.

Mən heç vaxt başqa məzhəblərdən belə mübahisə etmirəm, təvəssül barədə danışmagıma səbəb isə bu oldu ki, burdakılar iddia etdilər ki, Əhli sunnənin əqidəsinə görə Ölü ilə təvəssül etmək caizdir, bundan sonra məndə başladım yazmaga Çünki bu haqsızlıq idi, Fakt budur ki, Sələfilər Bu növ təvəssülü caiz saymamışlar.
Allah hər birimizə haqqı görsətməyə müvəffəq etsin.
Düzünü desəm artıq səninlə danışmaga

#98 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 января 2010 - 04:30

Yenə deyirəm mənə hansısa Məzhəb alimlərinin sözünü gətirmək lazım deyil, ay nəbilim hənəfilərdən kimsə belə deyib və ya Malikilərdən kimsə belə deyib və ya başqaları, xeyir mənə belə delillər getirmiyin, Mən sizdən konkret hədis tələb edirəm, əgər varsa və əgər səhihdirsə göstərin baxım və sonra məndə Əməl edim.
Sizin yuxarda gətirdiyiniz dəlillərə baxdım əksəriyyəti alimlərdən idi, . Vallahi mən orda yenə konkret delil görmədim ki siz deyen təvəssül caizdir

Bəyəm alimlər nəsə yazanda hədislərə yox, öz nəfslərinə əsaslanırlar?

Onlar özlərinə zülm etdikləri zaman dərhal sənin yanına gəlib Allahdan bağışlanmaq diləsəydilər və Peyğəmbər də onlar üçün əfv istəsəydi, əlbəttə, Allahın tövbələri qəbul edən, mərhəmətli olduğunu bilərdilər. (Nisə 64)

Alləmə Qurtubi bu ayəni təfsir edərkən yazır:

رَوَى أَبُو صَادِق عَنْ عَلِيّ قَالَ : قَدِمَ عَلَيْنَا أَعْرَابِيّ بَعْدَمَا دَفَنَّا رَسُول اللَّه صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ بِثَلَاثَةِ أَيَّام , فَرَمَى بِنَفْسِهِ عَلَى قَبْر رَسُول اللَّه صَلَّى اللَّه عَلَيْهِ وَسَلَّمَ وَحَثَا عَلَى رَأْسه مِنْ تُرَابه ; فَقَالَ : قُلْت يَا رَسُول اللَّه فَسَمِعْنَا قَوْلَك , وَوَعَيْت عَنْ اللَّه فَوَعَيْنَا عَنْك , وَكَانَ فِيمَا أَنْزَلَ اللَّه عَلَيْك " وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسهمْ " الْآيَة , وَقَدْ ظَلَمْت نَفْسِي وَجِئْتُك تَسْتَغْفِر لِي . فَنُودِيَ مِنْ الْقَبْر إِنَّهُ قَدْ غُفِرَ لَك .

“Əbu Sadiq Əlidən belə dediyini rəvayət edir:

“Rəsulullahı sas dəfn etdikdən üç gün sonra bir bədəvi yanımıza gəldi. Özünü Rəsulullahın sas qəbri üzərinə atdı. Torpağından alaraq başına səpdi. Dedi:
“Ey Allahın elçisi, sən söylədin, biz də sənin söylədiklərini dinlədik. Sən Allahdan öyrəndin, biz də səndən öyrəndik.
Allahın sənə endirdikləri arasında: " وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسهمْ " (Əgər onlar nəfslərinə zülm etdikləri zaman) ayəsi vardır. Mən nəfsimə zülm etmişəm. Sənə, mənim üçün bağışlanma diləyəsən deyə gəldim. Qəbirdən səs gəldi: “Şübhəsiz ki, sənə məğfirət olunmuşdur.”

İbni Kəsir Nisa surəsi 64-çü ayənin təfsirində deyir:

ذكر جماعة منهم الشيخ أبو منصور الصباغ في كتابه الشامل الحكاية المشهورة عن العتبي قال : كنت جالسا عند قبر النبي صلى الله عليه وسلم فجاء أعرابي فقال : السلام عليك يا رسول الله سمعت الله يقول " ولو أنهم إذ ظلموا أنفسهم جاءوك فاستغفروا الله واستغفر لهم الرسول لوجدوا الله توابا رحيما " وقد جئتك مستغفرا لذنبي مستشفعا بك إلى ربي ثم أنشأ يقول : يا خير من دفنت بالقاع أعظمه فطاب من طيبهن القاع والأكم نفسي الفداء لقبر أنت ساكنه فيه العفاف وفيه الجود والكرم ثم انصرف الأعرابي فغلبتني عيني فرأيت النبي صلى الله عليه وآله وسلم في النوم فقال : يا عتبي الحق الأعرابي فبشره أن الله قد غفر له

"İçlərində “Əş Şəmil” kitabının sahibi (Bu kitabında) Əbu Mənsur Əs Sabbəğın da olduğu camaat Utbidən bu məşhur hekayəni nəql etmişlər.
Dedi (Utbi): “Nəbinin (Sallalahu Aleyhi və Səlləm) qəbri yanında oturmuşdum. Bir bədəvi gəldi və dedi: “Əssələmu Aleykə Ya Rasulullah (Sallalahu Aleyhi və Səlləm). Mən Allahın (Subhənəhu və Təala): “… Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” buyurduğunu eşitdim. İstiğfar edərək, Rəbbimə haqqımda şəfaət etmən üçün sənə (hüzuruna) gəldim dedi. Davamən (bu şeri) söylədi:

Ey yür üzündəki ağaların ağası,
Onların gözəl qoxularıyla yerüzünün alçaq və yüksək yerləri gözəlləşmişdir.
Nəfsim sənin məskun olduğun qəbrə fəda olsun.
Orada İffət, orada comərdlik və kərəm (şərəf) vardır.

Sonra bədəvi ayrılıb getdi, sonra yuxu mənə qalib gəldi, yuxuda Nəbini (Sallalahu Aleyhi və Səlləm) gördüm və (O) dedi: “Ey Utbi, bədəviyə yetiş və ona Allahın onu başığladığını müjdələ”

İbni Kəsir məşhur “Əl Bidəyə vən Nihəyə” kitabında belə deyir:

وقال الحافظ ابو بكر البيهقي اخبرنا ابو نصر بن قتادة وابو بكر الفارسي قالا حدثنا ابو عمر بن مطر حدثنا ابراهيم بن علي الذهلي حدثنا يحيى بن يحيى حدثنا ابو معاوية عن الأعمش عن ابي صالح عن مالك قال اصاب الناس قحط في زمن عمر بن الخطاب فجاء رجل الى قبر النبي ص
فقال يارسول الله استسق الله لامتك فانهم قد هلكوا فأتاه رسول الله ص في المنام فقال ايت عمر فاقره مني السلام واخبرهم انه مسقون وقل له عليك بالكيس الكيس فاتى الرجل فاخبر عمر فقال يارب ما آلوا الا ما عجزت عنه
وهذا اسناد صحيح

Bab: سنة ثماني عشرة

“Hafiz Əbu Bəkr Beyhaqi... (Raviləri zikr edərək!) Malik dedi:
“Ömər bin Xattab zamanında insanlar qıtlığa məruz qaldılar. Bir adam Nəbinin (Sallalahu Aleyhi və Səlləm) qəbrinə gəldi və dedi:
“Ey Allahın Rəsulu (Sallalahu Aleyhi və Səlləm) Allahdan ümmətin üçün yağış istə, çünki onlar həlak oldular.
Daha sonra Allahın Rəsulu (Sallalahu Aleyhi və Səlləm) o adamın yuxusuna girdi və buyurdu: “Ömərin yanına get, ona məndən salam söylə, onlara yağış yağacağını xəbər ver və ona de ki: “Ey Ömər ağlını başına yığ, ağlını başına yığ!”
Adam getdi və (bunu) Ömərə xəbər verdi. Dedi (Ömər): “Ya Rəbbim! Bacardığımı edirəm.” Və bu isnad səhihdir!"

(Əl Bidəyə vən Nihəyə: Cüz 7. Bab: “Hicrətin 18-ci ili”)

həmçinin yuxarda yazıblar ki, Guya ki İmam Əhməd Təvəssülü caiz görüb, xeyir imam əhməd təvəssülü caiz görməyib, lap hetta hesab etsək ki, caiz görüb yəni yuxarda qardaş gətirib ki, İmam Əhməd bunu caiz görüb, mən o Qardaşa çatdırmaq istəyirəm ki, İmam Əhməddən iki rəvayət gəlib, bir rəvayətdə deyib ki, hə caizdir, o birsi rəvayətdə deyib ki, bu cür təvəssül HARAMDIR.

Siz nəyisə iddia edəndə dəlillərinizi gətirin. Əks halda Sizin sözlərinizin heç bir dəyəri yosdur!
Deməli gah deyib ki, caizdir, gah da deyib haramdır?! Əhməd oyun oynayır, ya kimisə aldatmaq istəyir? Hə, aldatmağa gəlincə - axı Sizin bəzi alimlər bundan da çəkinmirlər. Misal üçün:

Muhamməd ibn Camil Zinu, İslam əqidəsi (əhli-sünnətin əqidəsi) kitabında 21-ci bəndində (təvəssül) yazır: Peyğəmbər və övliyalar vasitəsi ilə təvəssül bütpərəstlikdir və bunun sübutu üçün 112-ci səhifədə hədis gətirir:

Kor bir kişi peyğəmbərə “Allahdan məmin üçün dua et və mənim üçün şəfaət istə” dedi. Peyğəmbər dedi: istəsən dua edərəm amma səbr etsən sənin üçün yaxşıdır.

Nə üçünsə Zinu hədisi yarımçıq gətitir, tam hədis isə belədir:

‏حدثنا ‏ ‏أحمد بن منصور بن سيار ‏ ‏حدثنا ‏ ‏عثمان بن عمر ‏ ‏حدثنا ‏ ‏شعبة ‏ ‏عن ‏ ‏أبي جعفر المدني ‏ ‏عن ‏ ‏عمارة بن خزيمة بن ثابت ‏ ‏عن ‏ ‏عثمان بن حنيف ‏
‏أن رجلا ضرير البصر أتى النبي ‏ ‏صلى الله عليه وسلم ‏ ‏فقال ادع الله لي أن يعافيني فقال إن شئت أخرت لك وهو خير وإن شئت دعوت فقال ‏ ‏ادعه ‏ ‏فأمره أن يتوضأ فيحسن وضوءه ويصلي ركعتين ويدعو بهذا الدعاء اللهم إني أسألك وأتوجه إليك ‏ ‏بمحمد ‏ ‏نبي الرحمة يا ‏ ‏محمد ‏ ‏إني قد توجهت بك إلى ربي في حاجتي هذه ‏ ‏لتقضى اللهم شفعه في
‏قال ‏ ‏أبو إسحق ‏ ‏هذا ‏ ‏حديث صحيح
[size=3]http://hadith.al-islam.com/Display/Display.asp?Doc=5&Rec=1803

Osman bin Huneyfdən nəql olunur ki, kor bir kişi Rəsulullahın (s.a.v) yanına gəldi."Mənim afiyətim üçün Allaha dua et!" -dedi. Peyğəmbər buyurdu ki, "Belə qalmağın sənin üçün daha xeyrli olar!, amma istəsən dua edərəm". Həmən kişi "dua et"dedi!... (Peyğəmbər ona iki rükət namaz qılıb daha sonra belə dua etməsini dedi )
"Allahım,səndən rəhmət peyğəmbəri Məhəmmədə təvəssül edərək səndən istəyir və sənə yönəlirəm! Ey Məhəmməd bu hacətimin qəbulu üçün səninlə Rəbbimə yönəlirəm. Allahım onu mənim barəmdə şəfaətçi qərar ver!"
Əbu İshaq (bu Tirmizinin adıdır) dedi - bu (hədis) səhihdir.
(İbn Macə Kitabussalat va sunənihə 1375 ci hədis. Mə cəə fi salatil hacə babı)

Sünəni İbn Macə 1-ci cild 1385-ci hədis(Beyrut çapına əsasən)
قد رواه الترمذي في أبواب الأدعية،
Bu hədisi həmçinin Əhmədin Müsnədi cild 4 səh 138, həmçinin bu hədisi Nişapuri öz Müstədrəkində, İbn Macə, Tirmizi gətiriblər və bu hədisi səhih adlandırıblar

Gördüyünüz kimi Əhməd və digər alimləriniz təvəssülü caiz sayırlar.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#99 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 января 2010 - 04:36

Əlhəmdulilləh, yavaş yavaş çox şeylər çıxır üzə.
İnşallah yaxşı olacaq.

Day sənsəndə gel sənədə izah edim.

Deməli mən deyirəm ki, hədis zəifdir, baxmayaraq ki, ibn kəsir hədisin isnadına səhih deyib. İndi buyur aşagda sənə izah edirəm hədis nəyə görə zəifdir, hələm zəif olma səbələrin hamsını gətirmirəm, mən bilən bunlar kifayətdir, kakraz elə hədisin sənəd mətnini özün gətirmisən, elə zəiflikdə hədisin sənədindədi, özüdə deyəsən sən ərəb dilini güclü bilirsən buyur ərəbcə oxu.

الأولى: عنعنة الأعمش، وهو مدلس، والمدلس لا يقبل من حديثه إلا ما قال فيه (حدثنا)
و (أخبرنا) ونحوها، دون (قال) أو (عن)، إذ احتمال أنه أخذه عن ضعيف يهي الحديث بذكره،
كما هو معلوم في "مصطلح الحديث"، مع أن الأعمش في الطبقة الثانية من المدلسين عند الحافظ وغيره.
الثاني: مالك الذي في إسناده والذي هو عمدة الرواية مجهول، وذكره البخاري وابن أبي حاتم،
ولم يذكرا فيها تعديلاً ولا جرحاً، فهو مجهول. والمجهول لا يقبل حديثه. وابن كثير إنما صحح الإسناد على طريقته في توثيق مجاهيل كبار التابعين كما يعلم من تتبع صنيعه في التفسير وغيره. وإذا كان مجهولاً فلا علم لنا بتاريخ وفاته.
الثالث: أن أبا صالح وهو ذكوان الراوي عن مالك لا يعلم سماعه ولا إدراكه لمالك، إذ لم نتبين وفاة مالك، سيما ورواه بالعنعنة فهو مظنة انقطاع، لا تدليس

Hə başa düşdün? bax bu səbəblərə görə HƏDİS ZƏİFDİR.

O,ki qaldı İBN HƏCƏRƏ, buyur bunuda götür, kakraz bunuda özün necə ibn həcər deyib o cürdə gətirmisən. Al buda sənin cavabın.

Özün yazmısan ki İBN HƏCƏR belə deyib-
...وروى ابن أبي شيبة بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الدار
beli qardaşım düz deyirsən, İBN HƏCƏR sən deyən kimi deyib. İndi isə buyur cavab aşagdadır.

Sən hədis elimini bilsəydin ibn həcərin bu sözünü oxuyan kimi dərhal bilərdin ki, İBN HƏCƏR nə demək istəyir, açıq aydın görünür ki, sənin ümumiyyətlə hədis elimindən anlayışın yoxdur. İndi izah edirəm ibn həcərin nə demək istəyib. BUYUR

ابن حجر لم يصحح إسناده مطلقاً إنما قال: (بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الدار...) اهـ
ومعنى هذا أن الحافظ صحح سنده إلى أبي صالح السمان، وما ذكر من رجال إسناده لم يقل بصحته كما هو ظاهر لأهل العلم، ففرق بين قوله هذا وبين ما لو قال: (بإسناد صحيح أن مالك الدار قال
...)،

Başa düşdün??? yoxsa ərəb dilini bilmirsən??

Bax bu səbəblərə görə hədis ZƏİFDİR.

Əhli sunnənin əqidəsi adından yalan danmışmaq lazım deyil, ola bilər başqa məzhəblər buna icazə versin amma Əhli sunnə val camaa ölü ilə təvəssül etməyi CAİZ GÖRMƏYİB.

Bu barədə nə qədər rəvayət vars hamsı zəif və ya uydyrmadır.

Sizin nəzərinizə çatdırıram ki, forumda tərcüməsiz mətnləri yerləşdirmək qadağandır. Bunları tərcümə etməsəz məcbur olacağam onları silim. Forumun qaydalarını oxuyun!
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#100 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 января 2010 - 04:59

qardaw, sən lap isterikasan ki... :D Dəlillərin budur? Bunu ümumiyyətlə hardan copy-paste eləyib gətirmisən? Kim səni belə aldadıb? Əvvalə ərəb dilindən bir şey gətirəndə, onu tərcümə et. Sən ki, ərəb dilini bilmirsən deyənə, çətin özün tərcümə edəsən. Ay şeyx, biz ərəbi hardan bilirik, biz heç "əlif"-nən "bə"-ni seçə bilmirik. Ərəbi ancaq sənin kimi şeyxlər bilir. :rolleyes:

Day sənsəndə gel sənədə izah edim.
Deməli mən deyirəm ki, hədis zəifdir, baxmayaraq ki, ibn kəsir hədisin isnadına səhih deyib. İndi buyur aşagda sənə izah edirəm hədis nəyə görə zəifdir, hələm zəif olma səbələrin hamsını gətirmirəm, mən bilən bunlar kifayətdir, kakraz elə hədisin sənəd mətnini özün gətirmisən, elə zəiflikdə hədisin sənədindədi, özüdə deyəsən sən ərəb dilini güclü bilirsən buyur ərəbcə oxu.

Sənin özünə izah edən lazımdır. Özün yazırsan ki, hədisin sənədini İbn Kəsir səhih bilib, sonra isə qeyd edirsən ki, " elə zəiflikdə hədisin sənədindədi". İndi sən İbni Kəsirdən çox bilirsən? Yoxsa Hafiz əl-Əsqəlani belə zəif mühəddis olub?
Sənin əlinə o copy-paste-ni verən kimə irad tutur? Malik əd-Dara (أن مالك الدار)? Malik əd-Dar bir çox mühəddislərə əsasən Peyğəmbər (s) səhabəsi olub, bəziləri isə onu tabein adlandırıblar? Zəhəbi, əl-Məkki, əl-Xəlili Malikin siqə və məqbul ravi sayıblar. İbn Sad isə onu tabei olduğunu bildirib. Sən kimə irad tutursan? Sən mənə niyə əziyyət verirsən?

Sən hədis elimini bilsəydin ibn həcərin bu sözünü oxuyan kimi dərhal bilərdin ki, İBN HƏCƏR nə demək istəyir, açıq aydın görünür ki, sənin ümumiyyətlə hədis elimindən anlayışın yoxdur. İndi izah edirəm ibn həcərin nə demək istəyib. BUYUR
ابن حجر لم يصحح إسناده مطلقاً إنما قال: (بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الدار...) اهـ
ومعنى هذا أن الحافظ صحح سنده إلى أبي صالح السمان، وما ذكر من رجال إسناده لم يقل بصحته كما هو ظاهر لأهل العلم، ففرق بين قوله هذا وبين ما لو قال: (بإسناد صحيح أن مالك الدار قال
...)،

Bunu kim belə izah edib? Bu sözlərin müəllifi kimdir? Hansı kitabdandır? əl-Albaninin? :rolleyes:
İbn Hacərin bu hədəsi səhih bilməsi göz qabağındadır. Əgər bu irad sayılırsa, onda bu cür iradı hər bir hədisə şamil etmək olar. Lap elə, əl-Albaninin iddia etdiyi kimi və özünün "ola bilər ki ... və s." zənlərinə görə, İbn Hacər Malik barədə geniş məlumata malik deyildi, fəqət Malikin məqbul olması barədə alimlər ittifaq ediblər. Ona görə özünü çox yorma, arkadaş. Bu hədisi həmçinin Əhli-Sünnənin böyük alimləri Əllamə Qəstəlani və Zərqani səhih biliblər. Sandığ açılsa - pambıq töküləcək...

Bax bu səbəblərə görə hədis ZƏİFDİR.

Ay bəni-Adəm, indi sənin hansı əqidə sahibi olduğu mənə məlum oldu. Nə gədər özünü yorsan da, qatığ ağdır.

Əhli sunnənin əqidəsi adından yalan danmışmaq lazım deyil, ola bilər başqa məzhəblər buna icazə versin amma Əhli sunnə val camaa ölü ilə təvəssül etməyi CAİZ GÖRMƏYİB.
Bu barədə nə qədər rəvayət vars hamsı zəif və ya uydyrmadır.

Bax belə, bununla da İbni Teymiyyə babavın əqidəsini təstiqləmiş oldun. Zəif və uydurma sənin əqidəndir ki, bu gündəsiz. Əhli-sünnə alimlərinə atdığın böhtanlar isə göz qabağındadır. Sənin kimi Əhli-sünnə davamçısına dediyin belə sözlərə görə hələ şallağ da vurdurarlar, özüdə necə lazımdır. Allah hidayət eləsin! Çətin düzələsiniz...Əhli-sünnənin adını biabır edən sənin özünü "sələfə" nisbət verdiyin və kral əlini öpən alimlirən və onların səni kimi "elmli" davamçılarıdır.

Yazını redaktə etdim. Bir az yumuşaq ol!

Сообщение отредактировал al-Fath: 24 января 2010 - 05:15

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#101 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 января 2010 - 05:10

Bir dənə də maraqlı hədis gətirim:
Ənəs ibn Malik deyir: Peyğəmbərlər öz qəbirlərində sağdır və Allaha ibadət edirlər.
(Hafiz Xeysəmi “Macma əz-Zəvahid” cild 8, səh 211; Mənəvi “Feyz əl-Qədir” cild 3, səh 184).

Şeyx Albani bu hədisin səhih olduğunu yazır
(“Səlsələtu əl axadis əs səhihə” hədis № 621).
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#102 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 24 января 2010 - 05:24

Bunu məndə deyirəm.

#103 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 января 2010 - 05:24

Qardaw, birdə ki, mənim yazdığım 163 saylı postuma tam cavab ver. Düşünmə ki, 1-2 məsələyə "copy-paste" etməknən cavab vermiş olmusan. Belə elmdən dəm vurursansa, bütün yazılara tam cavab ver! Mən səninlə təkcə hədis elmiynən danışmıram, bir çox elmi istilahlarnan danışıram. Çoxusunu qulağ ardına vurmağnan yaxanı kənara çəkəcəyini düşünmə. Nə gədər cavab verməyəcəksən, o gədər də suallar təkrarlanacaq!
Birdən çaşıb bəzi qardaşların kimi rical elmiynən "oynamağ" eşqinə düşərsən, onda sənin əqidəni bildirən əksər hədisləri, rical elmiynən, zəif çıxartmaq mənə borc olsun. Sizin böyük hədis aliminiz İbn Hacər əl-Əsqəlani (Lisan əl-Mizan, 2/308) necə də gözə qeyd edib:

لو كان كل من روي شيئا منكراٌ استحق أن يذكر في الضعفاء ، لما سلم من المحدثين احد

Əgər hər ravini münkər, zəif saysaq, onda mühədisinlərin arasında bir nəfər də qalmaz.

Ona görə sənə bu sahədə dirəşməyi heç tövsiyyə etməzdim. Özünə yazzığın gəlsin...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#104 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 января 2010 - 05:31

Mən elə bunu istəyirdim, yaxşı ki hamsını dedin.

Deyəsən mənim babam yandırıb aa sizi??? nəinki sizi o çoxlarını yandırıb.

Amma, istəyərdim sandıgı tam açıb tökəsən ki, ordakı çürük pambıglar tökülsün.

Yaxşı olardı ki, sən gedib öz əqidəvi öyrənəsən, səni kimisinə öz əqidən layiqdir.

Allaha şükür et ki, sizin əqidə barəsində mən danışmıram, istəmirəm millət oxusun dogurdanda biabırçılıqdı.

İnşallah yaxşı olar.

Aşığın sözləri bitdi? Sənin babanı helə vaxtıyla elmi bəhslərdə qıran helə öz Əhli-sünnə alimləri olub da. :rolleyes: Mən sandığı açıb töksəm, sənin əqidənin cumhür İslam əqidəsi önündə necə bərbad olduğu üzə çıxacaq, necə ki bu mövzu da çıxdı. Bu forumda hansı mövzuda qırılmamısız ki? Day hansı elmli qardaşların gəlib burda qırılıb getmədi? Ona görə get dincəl. İşdi belə offtop yazılarnan mövzunu korlamaq eşqinə düşsən, moder və adminlər öz işlərini görəcəklər. Mənim şəxsin sənin kimi "dəm vuranlarnan" oymağa vaxtım yoxdur.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#105 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 января 2010 - 05:40

Allaha şükür et ki, sizin əqidə barəsində mən danışmıram, istəmirəm millət oxusun dogurdanda biabırçılıqdı.

Sizin əqidə haqda forumda çox mövzular var. Vaxtınız olsa onlara baxarsız. Bu mövzuda isə təvəssül müzakirə olunur və biz Sizdən hələ ki, heç bir sübut görməmişik. Siz bir dənə də rəvayət gətirim:

حدثنا القاضي أبو عبد الله محمد بن عبد الرحمن الأشعري ، و أبو القاسم أحمد ابن بقي الحاكم ، و غير واحد ، فيما أجازونيه ، قالوا : أنبأنا أبو العباس أحمد بن عمر ابن دلهاث ، قال : حدثنا أبو الحسن علي بن فهر ، حدثنا أبو بكر محمد بن أحمد ابن الفرج ، حدثنا أبو الحسن عبد الله بن المنتاب ، حدثنا يعقوب بن إسحاق ابن أبي إسرائيل ، حدثنا ابن حميد

، قال ناظر أبو جعفر أمير المؤمنين مالكاً في مسجد رسول الله صلى الله عليه و سلم ، فقال له مالك : يا أمير المؤمنين ، لا ترفع صوتك في هذا المسجد ، فإن الله تعالى أدب قوماً فقال : لا ترفعوا أصواتكم فوق صوت النبي ولا تجهروا له بالقول كجهر بعضكم لبعض أن تحبط أعمالكم وأنتم لا تشعرون [ سورة الحجرات / 49 ، الآية : 2 ] .
و مدح قوماً فقال : إن الذين يغضون أصواتهم عند رسول الله أولئك الذين امتحن الله قلوبهم للتقوى لهم مغفرة وأجر عظيم [ سورة الحجرات / 49 ، الآية : 3 ] .
و ذم قوماً فقال : إن الذين ينادونك من وراء الحجرات أكثرهم لا يعقلون و إن حرمته كحرمته حياً .
فاستكان لها أبو جعفر ، و قال : يا أبا عبد الله ، أأستقبل القبلة و أدعوا أم أستقبل رسول الله صلى الله عليه و سلم ؟ فقال : و لم تصرف وجهك عنه و هو وسيلتك و وسيلة أبيك آدم عليه السلام إلى الله تعالى يوم القيامة ؟ بل استقبله و استشفع به ، فيشفعك الله ، قال الله تعالى : ولو أنهم إذ ظلموا أنفسهم جاؤوك فاستغفروا الله واستغفر لهم الرسول لوجدوا الله توابا رحيما [ سورة النساء / 4 ، الآية : 64

] .

Müəllif: القاضي عياض
Kitab: الشفا بتعريف حقوق المصطفى
Fəsil: في تعظيم النبي بعد موته

Allamə Qadı İyad dedi ki: (Raviləri zikr edərək) “Möminlərin əmiri Əbu Cəfər , Rəsulullahın (sallallahu aleyhi və alə alihi və səlləm) məscidində Maliklə (Allah ona rəhmət etsin) mübahisə etdi. İmam Malik (Allah ona rəhmət etsin) ona dedi:
-Ey möminlərin əmiri, bu məsciddə səsini qaldırma. Çünki Allah Təala bir qövmü tərbiyə etdi və buyurdu: “…Səslərinizi Nəbinin səsindən yüksəyə qaldırmayın! Ona bir birinizə müraciət etdiyiniz kimi yüksək səslə müraciət etməyin! Əməlləriniz boşa çıxar və siz bunu his etməzsiniz!" (Əl-Hucurat: 49/2)
Bir qövmü mədh edərək buyurmuşdur: “Şübhəsiz ki, Allah Rəsulunun yanında səslərini qısanlar, qəlbləri təqva üçün sınanalardır. Onlar üçün bağışlanma və böyük mükafat vardır” (Əl-Hucurat: 49/3)
Bir qövmü də zəm edərək belə buyurur: “Həqiqətən, Sənə otaqların arxasından səslənənlərin çoxu ağılsız kimsələrdir.” (Əl-Hucurat: 49/4)
Onun hörməti sağlığında olduğu kimidir!
Əbu Cəfər onun sözlərini qəbul etdi və dedi:
“Ya Əbu Abdullah! Qibləyə doğrumu dönüb dua edim yoxsa Rəsulullaha (sallallahu aleyhi və alə alihi və səlləm)
Dedi: “Sən ondan üz çevirirsən? O qiyamət günüdə sənin və atan Adəmin (aleyhissalam) Allah Təalaya (yaxınlaşma) vəsiləsidir. Ona doğru dön və ondan şəfaət istə! Allah şəfaətini (sənin haqqındakı şəfaətini) qəbul edər! Allah Təala buyurur: “…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.”
(Ən-Nisa: 4/64)

"Əş Şifa bi Tarifi Huquqil Mustafa"
“Ölümündən sonra Nəbiyə təzim” fəsli.
Cild-2. Səhifə-41"

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#106 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 24 января 2010 - 05:55

Bu yazdıgın başqa məsələdir, təvəssül barədə söhbəti qurtar sonra nədən istəyirsən danışaq.

Ölülər eşidir eşitmir bu mövzu başqadır, ola bilsin sizin əqidəyə görə ölülər eşidir, amma əhli sunnənin əqidəsinə görə ölülər eşitmir.

Mən heç vaxt başqa məzhəblərdən belə mübahisə etmirəm, təvəssül barədə danışmagıma səbəb isə bu oldu ki, burdakılar iddia etdilər ki, Əhli sunnənin əqidəsinə görə Ölü ilə təvəssül etmək caizdir, bundan sonra məndə başladım yazmaga Çünki bu haqsızlıq idi, Fakt budur ki, Sələfilər Bu növ təvəssülü caiz saymamışlar.
Allah hər birimizə haqqı görsətməyə müvəffəq etsin.
Düzünü desəm artıq səninlə danışmaga

Yazzıqlar olsun. Öz əqidəndən bir-başa qafil imişsən.
Al-Fath, Əhli-sünnəyə verilən yalanlara görə bir tətbir gör.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#107 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 января 2010 - 06:03

Belələrinə tədbiri inşəAllah Allah-təala Özü görəcək. Bunlar öz sözləri ilə Qurana və Allaha qarşı çıxırlar.

Əraf sürəsi:

77. Dəvəni öldürdülər və öz Rəbblərinin əmrindən çıxdılar. Dedilər: “Ey Saleh, əgər (doğrudanda) peyğəmbərsənsə, bizə vədə verdiyin əzabı göndər”.
78. “Buna görə də onları dəhşətli sarsıntı bürüdü və öz evlərinə (Cansız halda) diz üstə çöküb qaldılar”.
79. “(Saleh) Onlardan üz döndərib dedi: “Ey gövmüm, mən sizə Rəbbimin əmrini çatdırdım və sizin üçün nəsihət etdim, lakin siz nəsihət edənləri sevmirsiniz”.”

Bu üç ayənin mənasında diqqət edin. Birinci ayədə buyurulur ki, Saleh peyğəmbərin qövmü ondan əzab istədilər. İkinci ayədə deyilir ki, İlahi əzab yetişdi və onların hamısı məhv oldu. Sonra üçüncü ayədə bildirilir ki, onlar məhv olandan sonra həzrət Saleh onlara dedi: Mən İlahi xəbərləri çatdırdım. Lakin siz nəsihət edənləri sevmirsiz.
“Lakin siz nəsihət edənləri sevmirsiz” cümləsi bildirir ki, onlar o qədər inadkar idilər ki, öləndən sonra belə, həmin ruhiyyədə olub nəsihət edənləri xoşlamırdılar.

Şüeyb (ə) öz qövmünün ruhları ilə danışır.

Əraf surəsi

91. “Onları dəhşətli bir səs bürüdü, onlar öz evlərində həlak oldular”.
92. “Şüeybi təkzib edənlər cahki o diyarda deyildilər. Şüeybi təkzib edənlər ziyankarlardılar.”
93. “(Şüeyb) onlardan üz döndərib dedi: Ey mənim qövmüm, mən Rəbbimin əmrlərini təbliğ və sizə nəsihət etdim. Kafir qövmə görə necə qəmgin olum?!”

Mühəmməd peyğəmbər peyğəmbərlərin ruhları ilə danışır.

“Səndən öncə göndərdiyimiz peyğəmbərlərdən soruş: Rəhman olan Allahdan başqa ibadət olunan ilahlar qərar vermişikmi?!” (Zuxruf surəsi 93 ayə).

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#108 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 января 2010 - 06:07

Sahih Bukhari Vol 2, Book 23. Funerals (Al-Janaa'iz), Hadith 452.
Narrated By Ibn 'Umar: The Prophet looked at the people of the well (the well in which the bodies of the pagans killed in the Battle of BADR were thrown) and said, "Have you found true what your Lord promised you?" Somebody said to him, "You are addressing dead people." He replied, "You do not hear better than they but they cannot reply."

Bədr döyüşü Qureyş kafirlərindən yetmiş nəfərin ölməsi ilə sona çatdı. Peyğəmbər əmr etdi ki, müşriklərin ölülərini bir quyuya töksünlər. Onların cəsədləri quyuya töküldüyü zaman peyğəmbər onlara dedi: “Pərvərdigarımızın sizə vədə verdiyinin haqq olduğunu bildinizmi?! Mən bunu bildim”. Bu zaman səhabələrdən bir neçəsi təəccüblə dedilər: “Ölmüş şəxsləri səsləyirsinizmi?” Peyğəmbər buyurdu: “Siz onlardan (heç də) yaxşı eşitmirsiniz! Lakin onların cavab verməyə qüdrətləri yoxdur”.

Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#109 al-Fath

al-Fath

    Amid – Brigadier General

  • Naib
  • 3 239 сообщений

Отправлено 24 января 2010 - 06:12

Anas ibn Malik deyir: “Ölünü qəbirə qoyub, bastırdıqdan sonar, o gedən insanların ayaq seslərini eşidir” (Səhih Buxari cild 2 səh 123, bab əl-məyyid əsməu xəfək ən niəl; ibn Kayum “ər_Ruh” səh 9).

Peyğəmbərimiz deyib: Əgər bir müsəlman həyatda tanıdığı mömin qardaşının qəbri yanından keçərkən ondan nəsə soruşsa, Allah-təala o insanı dirildər ki, qardaşının sualına cavab versin. (ibn Kayum “ər_Ruh” səh 9).

Həmçinin İbn Kayum yazır: Sələfilərin yekdil fikrinə görə ölən insane onu ziyarət edəni tanıyır və buna çox sevinir. (ibn Kayum “ər_Ruh” səh 9).

Anas ibn Malik deyir: Peyğəmbərlər öz qəbirlərində sağdır və Allaha ibadət edirlər. (Hafiz Xeysəmi “Macma əz-Zəvahid” cild 8, səh 211; Mənəvi “Feyz əl-Qədir” cild 3, səh 184). Şeyx Albani bu hədisin səhih olduğunu yazır (“Səlsələtu əl axadis əs səhihə” hədis № 621).

Əl-Əzxarın rektoru şeyx Maxmud Şaltut yazır: İnsan öləndə ruh bədəni tərk edir, amma ruh bütün keyfiyyətləri özündə saxlayır və ona salam göndərənləri eşidir. O onun qəbrini ziyarət edənləri tanıyır və hətta qəbir həyatının ləzzətini və əzabını hiss edir. Şeyx Şaltut “Əl Fətava” səh 19.

Şeyxul-islam İzəddin ibn abd əl Salam öz fətvasında deyir: Meyit onu ziyarət edənləri tanıyır. Bizə ölən insana salam vermək əmr olunub, əgər ölü bizi eşidməsəydi Allah ona salam verməyi bizə əmr etməzdı. “Əl-fətava Şeyxul-islam İzəddin ibn abd əl Salam”, səh 341.
Пархаю как бабочка , жалю как пчела (Мухамед Али)

#110 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 26 января 2010 - 18:41

Neyə cavab vermisən ee?

Sən mənim bu yazıma cavab vemədin.

Ibn Ömər ziyarət edəndə belə deyərdi: "Əssələmu aleykə ya Rəsuləllah, əssələmu aleykə ya Əbu Bəkr, əssələmu aleykə ya ata" deyərək keçib gedərdi.

Həmçinin başqa bir hədisdə buyurulur: "Allahın səyahətçi mələkləri var. Onlar yer üzünü gəzər və ümmətimin salamını mənə çatdırarlar".

MƏNBƏ BURADA Əbu Bəkr məscidinin saytında yazılıb.

Sual: Bəs o zaman niyə deyilir ki, Peyğəmbər (ə) bizi eşitmir? Əqidədaşlarının saytında başqa cür yazılıb axı.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#111 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 26 января 2010 - 19:41

Neyə cavab vermisən ee?
Sən heçnəyə cavab verməmisən, boş boşuna danışırsan, hedis getirdin məndə deyirəm ki, getirdiyin hədis ZƏİFDİR. ƏHLİ SUNNƏ VAL CAMMA bu hədisi əsas götürüb təvəssülü caiz görmür.

Mən də sənə deyirəm ki, hədisə zəif, zəif deməklə, hədis zəif olmur. Rical var. Buyur isbat elə.

İkincisi, o hədis hələ əhli-sünnət alimləri arasında ixtilaflıdır. Yarısı deyir səhih, yarısı da deyir yox.

Əqidədaşlarının saytında Abu İbrahim şeyxivə çox gözəl izah ediblər ki, o hədisə "səhih deyil" demək olmaz.

Sən yuxarda yaxçı oxusa idin görərdin ki, mən hədisin zəif oldugunu subut etmişəm,ola bilsin sın ərəbcə bilmirsən deyə başa düşməmisən.

Mən heç vaxt belə şeylərdən qaçmaram, mən sizdən sadəcə olaraq bir SƏHİH hədis istədim, siz isə mənə zəif hədis gətirdiniz, hədisin zəifliyinə səbəb isə bunlardaır

الأولى: عنعنة الأعمش، وهو مدلس، والمدلس لا يقبل من حديثه إلا ما قال فيه (حدثنا)
و (أخبرنا) ونحوها، دون (قال) أو (عن)، إذ احتمال أنه أخذه عن ضعيف يهي الحديث بذكره،
كما هو معلوم في "مصطلح الحديث"، مع أن الأعمش في الطبقة الثانية من المدلسين عند الحافظ وغيره.
الثاني: مالك الذي في إسناده والذي هو عمدة الرواية مجهول، وذكره البخاري وابن أبي حاتم،
ولم يذكرا فيها تعديلاً ولا جرحاً، فهو مجهول. والمجهول لا يقبل حديثه. وابن كثير إنما صحح الإسناد على طريقته في توثيق مجاهيل كبار التابعين كما يعلم من تتبع صنيعه في التفسير وغيره. وإذا كان مجهولاً فلا علم لنا بتاريخ وفاته.
الثالث: أن أبا صالح وهو ذكوان الراوي عن مالك لا يعلم سماعه ولا إدراكه لمالك،

indi isə izah edirəm qaradaş, mən hədisə özümdən zəif deməmişəm, buna böyük alimlər deyir.

Hədisin sənədində zəiflik var, bu bir abaşa hədis elminə aiddir, Əgər mustalah hədisdən xəbərin varsa başa düşücəksən.

Deməli hədisin sənədində الأعمش -Al- Agməş adında bir ravi var bu ravi isə mudəllisdi, mudillisdən isə hədis qəbul olunmur yalnız o vaxta qədər ki o, ravi (حدثنا) و (أخبرنا) yəni bizə danışdı, bizə xəbər verdi sözlərini işlətməyincə, bu ravi mudəllis olduguna gərə onun عنعنة ilə rəvayət etdiyi hədislər qəbul olunmur, səbəbi isə budur ki, ehtimal var ki, o, hədisi zəifdən eşitmişdir, bununla bərabər Al Agməş 2-ci təbəqəli olan mudəllislərdəndir bunu isə ibn kəsirin özü deyir.

2-ci səbəb
hədisin isnadında olan MALİK adında ravi məchuldur, hansı ki, hədisin ƏSASI bu ravinin üzərində diyanır, bunu isə İmam BUXARI VƏ ABU HATİM deyir. Məchul ravidən isə hədis qəbul olunmur, o , ki, qaldı ibn kəsirin bu hədisə səhih deməyinə səbəb isə bu olmuşdur. İbn kəsir bu hədisin isnadına, hədis elmində özünün tutdugu mənhəc ilə hədisin isnadına səhih demişdir, belə ki, İbn Kəsir BÖYÜK TABİNLƏRDƏN MƏCHUL OLANLARI GÜCLƏNDİRMƏK ÜÇÜN O BU RAVİLƏRƏ SƏHİH DEYƏRƏK HƏDİSİN İSNADINI SƏHİHLƏŞDİRMİŞDİ.

Bunu isə ibn kəsirin təfsirindən və ya onun mənhəcindən anlayışı olan deyər.

Təbii ki, bəzilərinin hədis elmindən xəbəri olmadıgına görə belə şeyləri başa düşməyə hələm çox var.
3-cü səbə isə budur

Hədisin isnadında keçən Abu Sahmən adında olan Ravi hədisi Malikdən eşitməsi və ya malikdən hədisin ona çatması BİLİNMİR.

Bax bu səbəblərə görə hədis zəifdir.
Mənə isə zəif hədis gətirmək lazəm deyil, səhih hədis gətirin ki, bir denə səhabə belə təvəssül etmişdir.

Yoxdur, axtarmaga deyməz.

#112 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 26 января 2010 - 20:05

Bu hədisə nəzər sal, bu da sənə SƏHABƏlərdən hədis!
“Peyğəmbərin (S) vəfatı zamanı Əbu Bəkr yaşadığı “Sonh” adlı yerdən Mədinəyə gəldi və Həzrətin (S) cənazəsi kənarında əyləşərək belə dedi: “Atam-anam sənə fəda olsun, ey Allahın Peyğəmbəri! Allah sənə iki ölüm yazmamışdır. Sənə yazdığı bir ölüm idi ki, onu da artıq ötürdün.”
Buxari, 2 c. səh.70 “kitabuc-cənayiz”, “babud-duxul ələl meyyit bədəl movt” , 5 c. səh. 143.
Bu hədisi nəql edən Məkkə müftisi Zeyni Dehlan davamında nəql edir ki, Əbu Bəkr dedi: “Ya Məhəmməd! Bizi ALLAH dərgahında yad et, ta biz də Sənin yad etdiklərindən olaq.”
“Sireyi Zeyni Dehlan” 3 c. səh. 391.
Həzrət Əli (Ə) Peyğəmbərə (S) cənazə qüslü verərkən, Ona belə buyurdu: “Atam – anam Sənə fəda olsun, ey Allhın Peyğəmbəri! Sənin ölümünlə elə bir şey sona yetdi ki, başqalarının ölümü ilə sona yetməmişdi: Sənin ölümünlə Peyğəmbərliklə vəhy sona çatdı. Atam-anam Sənə fəda olsun, bizi Rəbbin yanında yad et və bizi öz yad etdiklərindən qərar ver.”
“ Nəhcül –Bəlağə” 235-ci xütbə.

HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#113 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 26 января 2010 - 20:09

Bu da DESERT!
Əbi Cəfər Mənsur Dəvaniqi Peyğəmbərin məscidində ziyarətlə məşğul idi. O, salam və duaları uca səslə oxuyurdu. Məzhhəb başçısı olan Malik də orada idi. O, bunu gördükdə Mənsura etiraz etdi ki, səsini Peyğəmbər məscidində yuxarı qaldırma. Ona görə ki, ALLAH Quranda bir qrupu bu işinə görə danlamışdır: “ Peyğəmbərin yanında səsinizi ucaltmayın” (“Hucurat” surəsi, ayə 2.)”Ey Mənsur, Peğəmbərin dirisi də, ölüsü də ehtiramlıdır.” Mənsur təvazö edərək susdu və sonra soruşdu ki, qəbirə tərəf dua oxuyum, yoxsa qibləyə tərəf? Malik dedi: “Üzünü qəbirdən çevirmə. O, sən və sənin atan Adəmin qiyamət günündə ALLAHA olan vasitəsidir. Üzünü qəbirə çevir və Onu şəfaətçi et ki, ALLAH da Onu sənə şəfaətçi qərar versin”
“Əş şəfa” 1 cild, səh 28 ; Şərhul Məvahid lil Qəstəlani, 8 cild, səh 304-305.

HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#114 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 26 января 2010 - 21:01

Həzrət Əli (Ə) Peyğəmbərə (S) cənazə qüslü verərkən, Ona belə buyurdu: “Atam – anam Sənə fəda olsun, ey Allhın Peyğəmbəri! Sənin ölümünlə elə bir şey sona yetdi ki, başqalarının ölümü ilə sona yetməmişdi: Sənin ölümünlə Peyğəmbərliklə vəhy sona çatdı. Atam-anam Sənə fəda olsun, bizi Rəbbin yanında yad et və bizi öz yad etdiklərindən qərar ver.”
“ Nəhcül –Bəlağə” 235-ci xütbə.

HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#115 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 27 января 2010 - 01:24

İmkan olsa bir bu hədisə də aydınlıq gətirərsən.

Ənəs ibn Malik deyir: "Fatimə binti Əsəd (həzrət İmam Əlinin (ə) anası) vəfat etdikdə, Allahın rəsulu (s) onun cənazənin baş tərəfində dayanıb, dedi: "Ey anam, Allah sənə rəhmət etsin!"

Sonra qəbir qazmaq üçün, Üsamə, Əbu Əyyub, Ömər ibn Xəttab və qara bir qulamı çağırdı. Onlar qəbri qazdılar. Sonra ləhədi öz əlləri ilə qazıb, torpağı çölə tökdü və qəbirdə böyrü üstə uzanıb belə dedi:

الله الذى يحيى ويميت وهو حى لا يموت اغفر لامى فاطمة بنت اسد ولقنها حجتها ووسع عليها مدخلها بحق نبيك والانبياء الذين من قبلى فإنك ارحم الراحمين

"Dirildən və öldürən Allahdır. Öz peyğəmbərinin haqqına və məndən qabaq gələn peyğəmbərlərin haqqına, anam Fatimə bint Əsədi bağışla və onun yerini genişləndir, çünki ancaq sən Ərhamür Rəhimsən."[

Təbəranî, Mucəmil Kəbir, № 871, 24/351

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#116 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 27 января 2010 - 08:39

Neyə cavab vermisən ee?
Sən heçnəyə cavab verməmisən, boş boşuna danışırsan, hedis getirdin məndə deyirəm ki, getirdiyin hədis ZƏİFDİR. ƏHLİ SUNNƏ VAL CAMMA bu hədisi əsas götürüb təvəssülü caiz görmür.

Sən gəlib mənə öz əqidəmi öyrədəcəksən? heç olmasa özüvü utandırma da.

Qəribə insansan ee, niyə başa düşmürsən ki, Sələfilər nu təvəssülü caiz bilməyiblər, ola bilsin hansısa məzhəbdə var və ya ola bilsin bu sizin məzhəbdə icazəlidi amma ƏHLİ SUNNƏYƏ GHÖRƏ BU QADAGANDIR BAŞA DÜŞ QADAGABNDIR.

fakt bu oldu ki, sən mənə bir səhih hədis gətirə bilməmisn, haçan gətirirsən və mən ona cavab verə bilməsəm onda belə danışarsan.
Yoxdur , heç bir səhabə belə etgməyib.

bir hedis gətirdin ay nəbilim kimsə yuxuda nəsə görüb, Bizim Şəriyyətdə yuxu ilə hökm çıxardılmır.

gətir açıq aydın Səhih hədis qəbul edim.

Hədisi İbn Kəsir, İbn Hacər əl-Əsqəlani, Əllamə Qastalanı, Zərqani və s. səhih biliblər. Hədisə də heç bir irad tuta bilmədin. İki dənə ərəb dilində mənbəsi filanı olmayan "dəlil" gətirdin, cavabın da aldım.
Fakt budur ki, mən bunu sənə isbat etdim. Sən isə öz vəhhabiliyindən geri qalmayıb təbii ki, bu boyda alimlərinin sözlərini korluğuva vurdun.
İbni Teymiyyəyə gədər sən demə Əhli-sünnə alimləri qoyun olublar və səhv fətvalar veriblər, əsrlər keçib İbni Teymiyyə ağanız yeni əqidə kəşf edib. Əcəb əqidəniz var. Helə əqidən rəisivin əqidəsindən geri qalmır.
Bədbəxtçiliyiniz bundadır ki, düşünürsüz ki, əqidə yalnız hədisnən formalaşır. Fakt budur ki, təvvəssülün bu növünü Qurani Kərim, imamlardan (a) yetişən hədislər, əql və elmi üsüllar təstiqləyir. Özünü dağa-daşa cırpmaqnan deyil. Əgər sənin hədis kitablarında buna dair az sayda hədis gəlibsə, bizdə bu məsələ mütəvatir həddindədir.
P.S Al-Fath, zəhmət olmasa bu mövzuya dair bir tətbir gör. Çünki qardaşın sözü qurtarıb və artıq ürək sözlərinə keçib.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#117 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 27 января 2010 - 09:23

qardaw, sən ya doğurdan korsan, ya da ki, Saqi demişkən "kayfdasan"...

indi isə izah edirəm qaradaş, mən hədisə özümdən zəif deməmişəm, buna böyük alimlər deyir.

Hədisin sənədində zəiflik var, bu bir abaşa hədis elminə aiddir, Əgər mustalah hədisdən xəbərin varsa başa düşücəksən.

Deməli hədisin sənədində الأعمش -Al- Agməş adında bir ravi var bu ravi isə mudəllisdi, mudillisdən isə hədis qəbul olunmur yalnız o vaxta qədər ki o, ravi (حدثنا) و (أخبرنا) yəni bizə danışdı, bizə xəbər verdi sözlərini işlətməyincə, bu ravi mudəllis olduguna gərə onun عنعنة ilə rəvayət etdiyi hədislər qəbul olunmur, səbəbi isə budur ki, ehtimal var ki, o, hədisi zəifdən eşitmişdir, bununla bərabər Al Agməş 2-ci təbəqəli olan mudəllislərdəndir bunu isə ibn kəsirin özü deyir.

1. Sənin böyuk alimlərin bu hədisin səhih olduğunu deyiblər! Adlarında, sitatların da gətirmişəm. Aç gözlərini oxu!
2. Sən nə danışdığını bilirsən heç? "Al-Agməş" kimdir? Mənə ravilər silsiləsin göstər! Ay zavallı, sən ərəbcə heç düz-əməlli oxuya bilmirsən, gəlib burda hələ istilahlardan danışırsan?!?! "الأعمش" - bu "al-Agməş" kimi yox, əl-Aməş kimi oxunur! Sən heç ərəbi üzündən oxuya bilirsən? Əlində mənbəsi belə bilinməyən 2 cümlə tutub düşmüsən ortalığa.
3. Hafiz İbn Hacər əl-Əsqəlani hədisin heç bir ravisinə irad tutmur, çünki hamısı siqədir və məqbuldur. Maksimum şeyxin əl-Albani dediyi kimi Malikin həyatının araşdırlmağa ehtiyacı var. Yanı rical alimlərinin işidir. Bu barədə bir dəfə artıq yazmışam. Sənin gözlərində problem olduğuna görə, bir dəfə də yazaram...

2-ci səbəb
hədisin isnadında olan MALİK adında ravi məchuldur, hansı ki, hədisin ƏSASI bu ravinin üzərində diyanır, bunu isə İmam BUXARI VƏ ABU HATİM deyir. Məchul ravidən isə hədis qəbul olunmur, o , ki, qaldı ibn kəsirin bu hədisə səhih deməyinə səbəb isə bu olmuşdur. İbn kəsir bu hədisin isnadına, hədis elmində özünün tutdugu mənhəc ilə hədisin isnadına səhih demişdir, belə ki, İbn Kəsir BÖYÜK TABİNLƏRDƏN MƏCHUL OLANLARI GÜCLƏNDİRMƏK ÜÇÜN O BU RAVİLƏRƏ SƏHİH DEYƏRƏK HƏDİSİN İSNADINI SƏHİHLƏŞDİRMİŞDİ.

Bunu isə ibn kəsirin təfsirindən və ya onun mənhəcindən anlayışı olan deyər.

Təbii ki, bəzilərinin hədis elmindən xəbəri olmadıgına görə belə şeyləri başa düşməyə hələm çox var.

1. İbn Kəsirin niyə məchul raviyə məqbul deməlidir? Bu yeni hoqqalardandır?
2. İbn Kəsir niyə bu hədisə bir-başa səhih demişdir? Nəyə görə əl-Aməşə və başqalarına irad bildirməmişdir?

Malikə irad tutursan? Görək o məchul dediyin Malik kimdir:

İbn Sad isə deyir: "Ömər ibn Xattabın xəzinədarı. O, Əbu Bəkr və Ömərdən rəvayət etdi. O məlumdur." (İbn Sad, "Tabaqat", 5/12)
İmam Zəhəbi də Malik ibn İyadı səhabələr arasında qeyd edib. ("Təcrid Əsma əs-Səhabə", 2/51)
İbn Hacərin tələbəsi Taqiuddin əl-Məkki də onu səhabələr sırasında zikr edib. ("Muxtəsər Əsma əs-Səhabə", 85)
Əbu Yala əl-Xalil, Malik əd-Dar haqqında deyir: "Onun üzərində razılaşıblar və tabiinlər ondan qəbul ediblər. (Muttafaq aleyh, əsna aleyhə ət-tabiun") (Kitən əl-İrşad fi Marifət əl-Uləma əl-Hədis, 3.cild)
İbn Hibban Malik əd-Darın siqa olduğunu qeyd edib. ("Kitəbus-Siqat", 5/384)
İmam Qastalaninin hədis haqqında səhih hökmünü verdiyini qeyd olunub ("Məvahibul-Ləduniyyə", 4/276) və Zərqani bunu şərhində təsdiqləyir. (11/150-151)
və s.

3-cü səbə isə budur

Hədisin isnadında keçən Abu Sahmən adında olan Ravi hədisi Malikdən eşitməsi və ya malikdən hədisin ona çatması BİLİNMİR.

Doğurdan? Yalan danışmırsan ki? "Abu Sahman" kimdir?
Sən yaqin Əbu Salih əs-Səman (əs-Səmən) ( أبي صالح السمان) yazmaq istəyirdin. Malikdən hədisi helə bir Əbu Salih nəql edir və ondan eşitməsi qətidir. Yanı Malikin hədislərin helə bir-başa Əbu Salih nəql edib.
Bax: "əl-Cərh və ət-Tadil" (4/213)

P.S Şeyx, sən nə gündəsən? "Al-Agman", "Abu Sahman" ...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#118 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 28 января 2010 - 13:57

Bir dənə də maraqlı hədis gətirim:
Ənəs ibn Malik deyir: Peyğəmbərlər öz qəbirlərində sağdır və Allaha ibadət edirlər.
(Hafiz Xeysəmi “Macma əz-Zəvahid” cild 8, səh 211; Mənəvi “Feyz əl-Qədir” cild 3, səh 184).

Şeyx Albani bu hədisin səhih olduğunu yazır
(“Səlsələtu əl axadis əs səhihə” hədis № 621).

Bunu məndə deyirəm.

Sen necede iki uzlu adamsan eeeee, gah deyirsen Peyqember oludur,hecne ewitmir,burdada bawqa cur fikir bildirirsen,sen tesadufen ruhi xeste deyilsenki, munafiqsense de iwimizi bilekde hansi mezhebe qulluq eleyirsen.?
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#119 World Cup

World Cup

    Mulazzim – lieutenant

  • Murid
  • 301 сообщений

Отправлено 19 июля 2010 - 02:21

Salamu aleykum.

Mən bildiyimə görə şiə məzəhəbində ölü ilə Təvəssül etmək caizdir. Yəni, bir kəs rahat şəkildə gedib ölüyə deyə bilər ki, "Ey filankəs Allah dərgahında mənə şəfaətçi ol". Yəni bu cür dua siə məzhəbində caiz olan təvəssül növüdür.

Əslində isə Qurana nəzər salsaq görürük ki, Allah təala məhs insanlar ölüləri şəfaətçı götürdüklərinə görə onları muşrik adlandırdı.

Yəni, hamıya məlumdur ki, Peygəmbər s.a.s-in vaxtında olan muşriklərdə ölüləri şəfaətçi götürmüşdülər, necə ki şiələr indi ki, zamanda ölüləri şəfaətçi götürürlər.

Şiələrdən bu barədə soruşanda, onalr deyirlər ki, biz bunu etməklə ölüdən heçnə istəmirik, yəni biz bilirik və etiqad edirik ki,ölü nə xeyr verir nə də zərər, həmçinin biz bilir ki, ölü müstəqil şəkildə heçnə verməyə qadir deyil, həmçinin biz bilirik ki, hər şeyi verən Allah təaladır, sadəcə olaraq biz bunu etməklə ölüləri şəfaətçı götürərək Allaha yaxınlaşırıq, məgər burda pis bir iş var?? Axı mən ondan, yəni ölüdən heçnə istəmirəm, mən yalnız Allahdan istiyirəm, sadəcə olaraq ölünün vasitəsi ilə. Bax bu hal hal halzırda olan şiə məzhəbinin halıdır.

Maraqlıdır, bəs niyə Peygəmbərin vaxtında olan muşriklər belə etdiklərinə görə muşrik oldular, amma şiələr belə etdiklərinə görə muşrik deyillər?? Məgər o vaxtı ki, muşriklərdən indi ki, şiələrin bu məsələdə nə fərqi var ki???

Məgər hansı muşrik etiqad edir ki, ölü müstəqil şəkildə nəsə verir??? hansı muşrik etiqad edirdi ki, ölülər xeyir və ya zərər verir??? hansı muşrik etiqad edirdi ki, ölülər nəsə verməyə qadirdi?? elbətdə heç biri. Məgər Allah tala onlar barədə buyurmu ki;

(De: "Sizə göydən və yerdən ruzi verən kimdir? Qulaqlara və gözlərə hakim olan kimdir? Ölüdən diri çıxaran, diridən də ölü çıxaran kimdir? İşləri yoluna qoyan kimdir?" Onlar deyəcəklər: "Allah!").

Məgər Allah təala buyurumu ki; (Onlardan soruşsan ki göyləri və yeri kim yaraddı, onlar deyəcəklər Allah).

Yəni, bu ayələr açıq aydın görsədir ki, Peygəmbər s.a.s vaxtında olan muşriklər etiqad edirdilər ki, övliyalar salehlər, (lat, uzza və.s) yəni bu kimi ölüb getmiş saleh insanlar özü özülüyündə heçnə verməyə qadir deyillər, yəni o vaxtı ki muşriklər inanırdılar ki, hər şeyi verən Allah təaladır, lakin onlardan soruşanda niyə belə edirsiniz onlar dedilər ki, necə ki Allah təala quranda bu barədə xəbər verərək buyurur ki, ("Onlar Allah yanında bizim şəfaətçilərimizdir!"– deyirlər. )

Göründüyü kimi muşriklrədə ölüləri şəfaətçi tutmuşdular indi ki şiələrdə. Bəs niyə şiələr muşrik olmurlar?? Nə fərqi var ki, şiədə bunu etməklə Allaha yaxınlaşır, o vaxt ki, muşriklərdə. Məgər Allah təala buyurumu ki, (Allahı qoyub başqalarını özlərinə dost tutanlar: "Biz, onlara ancaq bizi Allaha daha çox yaxınlaşdırsınlar deyə ibadət edirik"– deyirlər.)

Məgər şiəlrədə belə demir?? Məgər şiələr demir ki, biz ölüləri şəfaətçı götürməklə Allaha yaxınlaşırıq??

Bu necə olur ee?? Niyə şiələrdə muşrik olmur??? Axı onlarda qabaq ki muşriklər kimi eyni şeyi edirlər, axı onlarda qabaq ki muşriklər kimi Salehləri şəfaətçi tuturlar. Nəisə.

Güman edirəm ki, bir cavab verən tapılar.

#120 _MOLLA_

_MOLLA_

    Naqib – Captain

  • Murid
  • 984 сообщений

Отправлено 19 июля 2010 - 08:05

Aleykum salam. Heç sən bildiyin kimi də deyil. Sən ən birinci insanın həqəqi ölmünü sübut elə. Sübut elə ki insan öldüsə məhv olur və bir daha sənə kömək edə bilməz. Qurani Kərim insanların həqiqi ölümünü qəbul etmir. Misal üçün
Allah yolunda öldürülənlərə (şəhid olanlara) “ölü” deməyin. Əksinə, onlar (Allah dərgahında) diridirlər, lakin siz bunu dərk etmirsiniz. əl-Bəqərə 154
Hər kəs cənnətə getmək istəyir amma heç kim ölmək istəmir

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru