Перейти к содержимому

Фотография

Səhabələr

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 165

#121 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 11 февраля 2009 - 02:27

bir peygamberlere izin verilmemisdir ki varisiniz olmalidir peygamber hedisinde buyurur ki peygamberleri varisleri sedeqedir sen peygamberlerle sahabeleri bir emelde tutam peygamberelere bir cok sey qadaxan olmusdur.
omer oz oglun qoymazdi cunki ondan daha yuksek sahabeler var idi hz osman hz eli kimi
muaviye kafir olsa idi rasullahh ona dua (tirmiz)etmezdi

Peyğəmbər(s) Müaviyyəni yalnız bu cür dua etmişdir. Allah onun qarnını doydurmasın

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#122 Aykut_555

Aykut_555

    Arif – Corporal

  • Заблокированные
  • 74 сообщений

Отправлено 12 февраля 2009 - 00:58

vusal peygamberin muavieyey duasi bele olmusdur
(Eshabın hepsine, Hüsnayı [Cenneti] söz veriyorum.) [Hadid 10]

(Allah, Eshabın hepsine Cenneti söz verdi.) [Nisa 95]
İşlerinizde Muaviye’yi bulundurunuz. Çünkü, o kavi ve emindir.) [Tathir-ül-cenân]

(Ümmetimin en halimi ve cömerdi Muaviye bin Ebu Süfyan’dır.) [İ. Süyuti]

(Muaviye’nin mülk sahibi olmasına fazla zaman geçmez.) [Deylemi]

Hazret-i Hasan diyor ki:
Resulullah, (Bir gün gelir, Muaviye devlet başkanı olur) buyurdu. (Deylemi)

(Ya Rabbi, onu [Muaviye’yi] hâdi ve muhdi eyle) [Tirmizi] (Yani, Onu doğru yola ulaştır ve doğru yola ulaştırıcı eyle!)

(Ya Rabbi, ona [Muaviye’ye] kitap öğret, ülkelere sahip et ve azaptan koru.) [İ. Ahmed, Taberani, Ebu Nuaym, Ebu Ya'la, İ. Asakir]

Ebu İdris el-Havlani anlatır:
Hazret-i Ömer, Umeyr İbnu Sad’ı Humus valiliğinden azledince yerine Muaviye’yi tayin etti. Halk, "Umeyri azledip Muaviye’yi mi tayin etti" diye mırıldandı. Umeyr; "Muaviye’yi hayırla yâd edin. Zira ben Resulullahın, (Allah’ım, onunla (insanlara) hidayetini ulaştır!) dediğini duydum dedi. (Tirmizi)

#123 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 12 февраля 2009 - 17:36

Aykut, eshabin hamisi Cennetlikdir?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#124 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 23 февраля 2009 - 12:23

sahabelerin fezilet hakta ayeler.......
10 - (Ey insanlar!) Sizə nə olub ki, (mal-dövlətinizi) Allah yolunda xərcləmirsiniz? Halbuki göylərin və yerin mirası (bütün sərvəti, eləcə də siz öləndən sonra qoyub gedəcəyiniz malın hamısı) ancaq Allahındır. Sizlərdən (mal-dövlətini) fəthdən (Məkkənin fəthindən) əvvəl (Allah yolunda) sərf edənlər və (müşriklərə qarşı) vuruşanlar (başqaları ilə) eyni deyillər. Onlar (mallarını Allah yolunda) fəthdən sonra sərf edib döyüşənlərdən dərəcə etibarilə daha üstündürlər. Bununla belə, Allah onların hamısına (həm birincilərə, həm də ikincilərə) ən gözəl mükafat (Cənnət) vəd buyurmuşdur. Allah sizin nə etdiklərinizdən xəbərdardır!
Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa, onu istədiyi ( özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir». (ən-Nisa 115).
Sələfi Salihin əvvəli Peyğəmbər – səllallahu aleyhi və səlləm- dir. «Məhəmməd Allahın Peyğəmbəri. Onunla birlikdə olanlar ( möminlər) kafirlərə qarşı sərt, bir-birinə ( öz aralarında) isə mərhəmətlidirlər». ( əl-Fəth 29).
Allaha və Peyğəmbərə itaət edənlər (axirətdə) Allahın nemətlər verdiyi Nəbilər ( peyğəmbərlər) siddiqlər ( təmamilə doğru danışanlar, etiqadı dürüst, peyğəmbəri hamıdan əvvəl təsdiq edən şəxslər), şəhidlər və salehlərlə ( yaxşı əməl sahibləriylə) bir yerdə olacaqlar. Onlar isə necə də gözəl yoldaşlardır!». (ən-Nisa 69).
Allah Rəsuluna itaəti ona itaət olaraq adlandırmış və buyurmuşdu: «Peyğəmbərə itaət edən şəxs, şübhəsiz
sonra sələfin ən xeyirlisi sidq və ixlas üzrə dini Rəsulullah – səllallahu aleyhi və səlləm- dən öyrənən Səhabəi-Kiramdır. «Möminlər arasında elələri də vardır ki, Allahla etdikləri əhdə sadiq olarlar. Onlardan kimisi (bu yolda) şəhid olmuş, kimisi də (şəhid olmasını) gözləyir. Onlar (verdikləri sözü) əsla dəyişməzlər». (əl-Əhzab 23). «(İslamı) ilk əvvəl qəbul edib ( başqalarını bu işdə) qabaqlayan mühacirlərə və ənsara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedən kimsələrə gəldikdə, Allah onlardan, onlar da Allahdan razıdırlar. Allah onlar üçün əbədi qalacaqlar, altından çaylar axan Cənnətlər hazırlamışdır. Bu ən böyük qurtuluş və uğurdur». (ət-Tövbə 100).
«Bu şübhəsiz ki, mənim doğru yolumdur. Onu tutub gedin. Sizi Allahın yolundan sapdıracaq yollara uymayın. Allah bunları sizə tövsiyə etdi ki, bəlkə pis əməllərdən çəkinəsiz». (əl-Ənam 153).
bu ayeler insallah selef ehline ayitdir
dogurusun allah biler.

#125 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 23 февраля 2009 - 13:07

Səmimi bir sevən kimsə sevdiyinin yolunda rahatlığını, canını və sahib olduğu şeyləri fəda etmək fürsətini əldə etməyi böyük bir şövq və istəklə arzular. Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimiyyətlə sevən səhabələr onun yolunda fədakarlıqları göz qamaşdırıcı şəkildədir. Onlardan sonra gələnlər arasında onu sevənlər də qəlblərində o, böyük sevinci və çox qiymətli arzunu əldə etmədiklərindən ötrü həsrət içindədirlər. Aşağıda fədakarlığın, sevgi və bağlılığın, iman və ehsanın insanı şərəfləndirən bəzi hərəkət və davranışlarını qeyd edəcəyik. Aləmlərin Rəbbinin həbibi öz həbiblərinə duyduğu sevgidə səmimi olan xeyirli kimsələrə davranışı.

1) Əbu Bəkr əs-Sıddıq – radıyallahu anhu – nun Peyğəmbər – sallallahu aleyhi və səlləm – üçün qorxaraq ağlaması:
Suraka b. Malik, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə Əbu Bəkr – radıyallahu anhu – ya hicrət vaxtı çatır. Onlara yaxınlaşdıqda Əbu Bəkr – radıyallahu anhu – izdirabla ağlayır, lakin özü üçün qorxduğundan deyil, Allahın Rəsulu Muhəmməd – sallallahu aleyhi və səlləm – üçün qorxduğundan ağlayırdı. İmam Əhməd, bu qissəni Bəra b. Azim – radıyallahu anhu – dan belə rəvayət edir. Əbu Bəkr – radıyallahu anhu – dedi ki, biz yola düşdük. Qövmümüz isə bizi təqib edirdi. Bizə sadəcə atı üzərində Suraka b. Məlik b. Cuşam çata bildi. Mən: “Ey Allahın Rəsulu! Bizi təqib edən bu adam bizə çatır” dedi. Peyğəmbər: “Üzülmə şübhəsiz ki, Allah bizimlə bərabərdir” deyə buyurdu. Nəhayət bizə yaxınlaşdı. Bizimlə onun arasında bir və ya iki, ya da üç mizraq boyu məsafə qaldı. Mən: “Ey Allahın Rəsulu! Bizi təqib edən adam artıq bizə çatdı” dedim. Peyğəmbər: “Nə üçün ağlayırsan” deyə buyurdu. Mən: “Allaha and olsun ki, özüm üçün ağlamıram, sənin üçün ağlayıram” dedim. Peyğəmbər – sallallahu aleyhi və səlləm – Surakaya bəd dua edərək: “Allahım dilədiyin şəkildə onun şərrini bizdən uzaqlaşdır”. Atın ayaqları sərt bir ərazidə qarnına qədər torpağa batdı...(1)

2) Miqdad b. əl-Əsəd – radıyallahu anhu – döyüş əsnasında Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanında hazır durması:
Sevgisində səmimi olan digər bir kimsəni görürük. Bu da döyüş əsnasında Allah Rəsulu – sallallahu aleyhi və səlləm – ilə birlikdə yan-yana durmak üçün hazır olduğunu göstərməkdədir. İmam Buxari, bu hadisəni Abdullah b. Məsud – radıyallahu anhu – nun yolu ilə rəvayət edir. İbn Məsud – radıyallahu anhu – deyir ki: “Mən Miqdad b. Əsəd – radıyallahu anhu – nun halına şahid oldum. Əgər mən onun vəziyyətdə ola bilsəydim bu mənim üçün hər bir şeydən əziz olardı və ya (onun yerində olmaq üçün hər şeyi fəda etmək istərdim). O, müşriklərə bəd dua edən Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə yaxınlaşaraq: “Bizlər Musa - əleyhissəlam – ın qövminin dediyi kimi: “Sən və Rəbbin gedin və savaşın” (əl-Maidə 24). demirik. Lakin bizlər sənin sağında, solunda, önündə və arxanda döyüşürük. Bu sözlərdən sonra Peyğəmbər – sallallahu aleyhi və səlləm – in üzünün sevincini gördük”(2)
Miqdad – radıyallahu anhu – nun bu fədakarlığını söyləyən İbn Məsud – radıyallahu anhu – nun belə bir şərəfə nail olmaq arzu və istəyini də görürük. Bu da onun bu sözlərində ortaya çıxır: “Mən Miqdad b. Əsəd – radıyallahu anhu – nun bir hərəkətinin şahidi oldum. Belə bir halda olmaq qarşılığında hər şeyi verməyi arzu edərdim”. İbn Həcər – rahmətullahi aleyhi – bunu açıqlayarkən deyir: “Belə bir sözləri söyləyən kimsə bu halın qarşılığında nə olursa olsun bir çox şeyləri əldə etmək arasında seçimdə sərbəst buraxılırsa əlbəttə ki, belə bir halda olmağı daha çox sevərdi”(3)

3) Ənsardan on bir nəfərin və Təlhə – radıyallahu anhu – nun Allah Rəsulu Peyğəmbər – sallallahu aleyhi və səlləm – in uğrunda özlərini fəda etmələri:

Uhud döyüşndə bəzi oxçuların əmrə tabe olmayaraq xəta etdiklərini bilirik. Buna görə də yerlərini tərk etdilər. Məkkə (Qureyş) ordusu Xalid b. Valid – radıyallahu anhu – nun başçılığı altında müsəlmanlara arxa tərfdən hücuma keçirlər. Buna görə də müsəlmanların səflərində parçalanma və pozuntu yaranır. Elə bir an gəlir ki, Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə birlikdə sadəcə on iki kişi qalır. Müşriklər də Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə və bu on iki kişiyə yaxınlaşırlar. Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimiyyətlə sevən bu xeyirli kimsələr sevdikləri o zatı qorumaq üçün nələr etdilər? Bu qissəni bizə İmam Nəsəi, Cabir b. Abdullah – radıyallahu anhu – dan rəvayət edir: “Uhud günü insanlar geriyə qaçarkən Peyğəmbər – sallallahu aleyhi və səlləm – on iki kişi ilə birlikdə idi. Aralarında Təlhə b. Ubeydullah – radıyallahu anhu – da vardı. Müşriklər onlara hücüm etdikdə Peyğəmbər – sallallahu aleyhi və səlləm – bizə tərəf dönüb buyurdu: “Bunlara qarşı kim bizi qoruyar?”. Təlhə: “Mən” deyə cavab verdi. Peyğəmbər: “Sən yerində qal” deyə buyurdu. Bu an Ənsardan bir nəfər: “Mən” dedi. Peyğəmbər: “Sən çıx” deyə buyurdu. O, da öldürülüncəyə qədər vuruşdu. Sonra yenə müşriklərin yaxınlaşdığını gördü və: “Bunlara qarşı kim bizi qoruyar” deyə buyurdu. Təlhə yenə də: “Mən” dedi. Peyğımbır: “Sən yerində qal” deyə buyurdu. Bu an Ənsardan bir nəfər: “Mən” dedi. Peyğımbır: “Sən çıx” deyə buyurdu. O, da öldürülüncəyə qədər vuruşdu. Peyğəmbər – sallallahu aleyhi və səlləm – bu söləri söyləyir, yenə Ənsardan onların qarşısına biri çıxır və öldürülüncəyə qədər özündən əvvəlki kimi onlarla döyüşür. Nəhayət Peyğəmbər – sallallahu aleyhi və səlləm – ilə Təlhə – radıyallahu anhu – qaldı. Peyğımbər: “Bunlara qarşı kim çıxar” deyə buyurdu. Təlhə: “Mən” deyə cavab verdi. Təlhə on bir kişinin vuruşduğu kimi döyüşür. Nəhayət əli yaralanır, barmaqları kəsilir və: “Ah” deyir. Peyğəmbər: “Əgər Bismilləh demiş olsaydın insanlar səni görür halda mələklər səni yuxarıya doğru yüksəldərdilər” deyə buyurdu(4)
Allahu Əkbər! Peyğəmbər – sallallahu aleyhi və səlləm – i sevən on bir kişi aləmlərin Rəbbinin də, özlərinin də Həbibi uğrunda canlarını fəda edirlər. On ikinci kişi olan Təlhə b. Ubeydullah – Allah ondan və digərlərindən də razı olsun - Peyğəmbər – sallallahu aleyhi və səlləm – i qoruması asant deyildi. On bir kişinin döyüşdüyü kimi döyüşür və bunun nəticəsində əli çolaq qalır. Çünki o, əli ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – i qoruyurdu. İmam Buxari, rəvayət etdiyinə görə Qeys b. Əbu Hazm deyir ki: “Mən Təlhə – radıyallahu anhu – nu Uhud günü Peyğəmbər – sallallahu aleyhi və səlləm – i çolaq əli ilə qoruduğunu gördüm”(5)
Muhəmmədin Rəbbinə and olsun ki, Uca Allahın ən sevdiyi və yaradılmışların ən ucası uğrunda çolaq qalan bu əl nə qədər xoşbəxt və nə qədər gözəldir. Bu elm sahibi nə qədər xoşbəxtdir.
Peyğəmbər – sallallahu aleyhi və səlləm – i qoruyarkən çolaq qalan sadəcə əli deyildir. Vücudunun hər tərəfi yara almışdır. Çünki bədənində 70 yara vardı. İmam Əbu Davud Tayalisi, Aişə – radıyallahu anhə – dən, o da Əbu Bəkr – radıyallahu anhu – dan rəvayət edir ki: “Çuxurların birində Təlhə – radıyallahu anhu – nu tapdıq. Mizraq, ox və qılınc zərbələrindən 70 (az) və ya daha çox yara aldığını gördük”(6)
Əbu Bəkr – radıyallahu anhu – Uhud gününü xatırladığı zaman ağlayar və: “O, gün bütünlüklə Təlhənin günü idi” deyərdi . (7)
Allah ondan da, Əbu Bəkr – radıyallahu anhu – dan da, Peyğəmbər – sallallahu aleyhi və səlləm – i səmimi sevən hər kəsdən də razı olsun!

4) Əbu Təlhə – radıyallahu anhu – nun köksünü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in köksünə sipər etməsi:

Nəbi – sallallahu aleyhi və səlləm – i səmimiyyətlə sevən bir başqasının köksünü Allah Rəsulunun köksünə sipər etməsini görürük. Oxlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in köksünə batacaq an (köksünü Peyğəmbər – sallallahu aleyhi və səlləm – in köksünə sipər edərək) oxlar ona batır. Bu da Uhud döyüşündə olmuşdur. Buxari və Muslim – Allah onlara rəhmət etsin - Ənəs b. Məlik – radıyallahu anhu – dan rəvayət edirlər ki: “Uhud günü bir qism insanlar Peyğəmbər – sallallahu aleyhi və səlləm – in yanından uzaqlaşıb geri çəkildilər. Əbu Təlhə – radıyallahu anhu – öz qalxanı ilə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısında sipər kimi dayanaraq onun yanından uzaqlaşmadı. Əbu Təlhə – radıyallahu anhu – olduqca gözəl ox atan birisi idi. O, gün əlində iki ya da üç yay qırdı. Hər hansı bir kimsə yanında ox torbası olduğu halda onun yanından keçəndə Peyğəmbər: “Təlhə – radıyallahu anhu – nun yanına oxları səpələ” dedi. Peyğəmbər – sallallahu aleyhi və səlləm – isə yüksəkdən döyüşçülərə baxarkən Əbu Təlhə: “Ey Allahın Rəsulu! Anam-atam sənə fəda olsun. Sən baxma. Onların atdıqları oxlar sənə dəyməsindən qorxuram. Məni köksüm sənin köksünə sipərdir”(8)
Allahu Əkbər! Sevən nələr edər, nələri təmənna edər, nələr istər? Aynı – rahmətullahi aleyhi – deyi ki: “Köksüm sənin üçün sipərdir” sözünü açıqlayarkən deyir: “Mənin köksüm sənin köksünün önündədir. Yəni mən sənin önündə durmuşam ki, əgər ox gələrsə mənim köksümə batar, sənin köksünə deyil”(9)
Şeyx Muhəmməd Fuad AbdulBaqi – rahmətullahi aleyhi – deyir ki: “Cümlə bir duadır. Yəni oxlar sənə deyil mənə batsın deyə Allah mənim köksümü onlara daha yaxın etsin” deməkdir(10)

5) Əbu Ducanə – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in önündə özünü qalxan etməsi:
İbn İshaq – rahmətullahi aleyhi – bizə bir başqa səmimi sevən ilə bağlı rəvayəti açıqlayır. Rəvayət edilir ki, Əbu Ducanə – radıyallahu anhu – bədənini Peyğəmbər – sallallahu aleyhi və səlləm – ə qalxan etmişdi. Oxlar onun belinə batır, o isə Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısından çəkinmirdi. Nəhayət ona batan oxlar çoxaldı”(11)
Başqa rəvayətdə: “O, isə (Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısından) çəkilmirdi”(12)
(Başqa rəvayətdə: Əbu Ducanə – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – qorumağa başladı. Hətta atılan oxlara belini qalxan etdi. Belinə o, qədər oxlar batmışdı ki, sanki bir kirpi belinə bənzəyirdi beli”(13)
Allahu Əkbər! Əbu Ducanə – radıyallahu anhu – Peyğəmbər – sallallahu aleyhi və səlləm – in qarşısında özünü qalxan etməsi, onun qarşısında özünü sipər etməsi, belinə batan oxlara baxmayaraq qarşısından çəkilməməsinə səbəb nə idi? Şübhəsiz ki, bu səbəb Allahın Rəsulu Muhəmməd – sallallahu aleyhi və səlləm – ə hiss edilən səmimi bir sevgidir. Bu o, sevgiliyə görə canını belə fəda etməyə hiss edilən şiddətli bir sevgidir.

(1) Buxari 7/287, H. 3952.
(2) Fəthul Bəri 7/287.
(3) “Səhih Sunən Nəsəi” 2/661, H. 2951. əl-Albani Həsən.
(4) Buxari 4063, 7/359, Fəthul Bəri 7/365.
(5) “Minhatul Mabud Fi Tərtibi Musnədi Tayalisi Əbu Davud” H. 2346, 2/99, “Fəthul Bəri” 7/82-83.
(6) “Minhatul Məbud” 2/99.
(7) Buxari H. 4064, 7/361, Muslim H. 1811, 3/1443.
(8)“Umdətul Qari” 16/274.
(9)Muslim 3/1443-dəki sətir altı.
(10)İbn Hişam “Siyretun Nəbəvi” 3/30, Zəhəbi “Tarixul İslam” s.174-175.
(11)İbn Hazm “Cəvamius Sira” s. 162, Zadul Məad 3/197.
(12)İbn Hişam “Sıra” 2/82.
INSALLAH SIZIN BELE EMELINIZ OLA BILMEZ IBRET OLSUN SIZE

#126 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 23 февраля 2009 - 22:23

ehli beyitin sahabeler hakta sozleri ...sie alimleri hedisi deyir..
Əbu cəfərdən bir nəfər qılıncının bəzədilməsi haqqında soruşduqda, o demişdir: “olar, Əbu bəkr əs-siddiq öz qılıncını gümüşlə bəzəyirdi”. soruşan şəxs ona: “sən də ona siddiq deyirsən?” – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: “bəli, siddiq deyirəm, bəli, siddiq deyirəm. kim ona siddiq deməsə, allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz” Ərbili “kəşful-qummə fi mərifətil-Əimmə”, 2:147.

Hətta, ət-Təbrisi imam Baqirdən rəvayət edir ki, o demişdir: “Mən Əbu Bəkr və Ömərin fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin, Əbu Bəkr Ömərdən əfzəldir (daha fəzilətli)” əl-İhticac, səh. 230.

müsəlmanların ən yaxşısı, allaha və onun elçisinə (s.a.v) ən yaxını – xəlifə siddiq və xəlifə faruq olmuşlar. and içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. onların örnək etdiyi adam şiddətli İslam hissinə tutular (yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın’’. /məysəm. ‘’Şərh nəhcl-bəlağə’’, 1: 31/.
allah hakki gormeyi size nesib etsin emin
daha dogursun allah biler!

#127 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 23 февраля 2009 - 22:30

indi biz wielere subut et ki, bu hedisler sehihdir.

P.S. werhul Nehcul Belaqe wie kitabi deyil

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#128 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 23 февраля 2009 - 23:55

men orda eser ve kim deyir qeyd etmisem insallah oxuyun ve gorun! dogurusn allah bilir
Əbu cəfərdən bir nəfər qılıncının bəzədilməsi haqqında soruşduqda, o demişdir: “olar, Əbu bəkr əs-siddiq öz qılıncını gümüşlə bəzəyirdi”. soruşan şəxs ona: “sən də ona siddiq deyirsən?” – dedikdə, İmam dərhal yerindən qalxıb demişdir: “bəli, siddiq deyirəm, bəli, siddiq deyirəm. kim ona siddiq deməsə, allah onun sözünü bu dünyada və axirətdə təsdiqləməz” Ərbili “kəşful-qummə fi mərifətil-Əimmə”, 2:147.

Hətta, ət-Təbrisi imam Baqirdən rəvayət edir ki, o demişdir: “Mən Əbu Bəkr və Ömərin fəzilətli səhabə olduqlarını inkar etmirəm, lakin, Əbu Bəkr Ömərdən əfzəldir (daha fəzilətli)” əl-İhticac, səh. 230.

müsəlmanların ən yaxşısı, allaha və onun elçisinə (s.a.v) ən yaxını – xəlifə siddiq və xəlifə faruq olmuşlar. and içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. onların örnək etdiyi adam şiddətli İslam hissinə tutular (yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın’’. /məysəm. ‘’Şərh nəhcl-bəlağə’’, 1: 31/.
allah hakki gormeyi size nesib etsin emin
daha dogursun allah biler!
P.S. werhul Nehcul Belaqe wie kitabi deyil <<elbetde sielerindir

#129 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 24 февраля 2009 - 00:08

cenab sudeys, werhu ZNehcul Belaqe Ibn EbilHedidin kitabidir. o ise motezili olub. ne qeder desen de ki, motezililik sunni mezhebi deyil butun kitablar motezililyi sunni mezhebine aid edirler.

o ki, qaldi getirdiyin hedislere, beyem men dedim ele hedisler wie kitabinda yoxdur? men dedim wie ricalindan istifade ederek subut et ki, o tip hedisler sehihdir. vessalam

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#130 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 24 февраля 2009 - 23:03

vusal
yeri gelsen bele seylerde sie alimlerin inkar edersen :)allah allah sizler Nehcul Belaqe sehih gozu ile baxirsiniz

#131 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 25 февраля 2009 - 10:22

abdrahman sehabeler arasinda cahil mushrukler var idi,inanirsan buna ?
yani qefletde olan le illehe illelah deyib ancaq me nasini anlamayan sehabeler,eger istesen bir iki dene hedis getirerem sene,,
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#132 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 25 февраля 2009 - 12:08

ahmed
musrik yoxxxxxxx musrik yox idi sadece le ilehe illahi islam yeni caxinda coxda duzgun basa duse bilmirdiler ve islam dini kamil olandan sonra allah dini kamil edensen sonra subhanallah herseyi bildiler bizde hele namaza gelende le ilehe illalahi bilirdi adice size bir sual le ilehe illallahi nece serti var ve hansilardir allahcun duzun deyin ve koopya goturmeyin allahcun?

#133 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 25 февраля 2009 - 12:36

vusal
yeri gelsen bele seylerde sie alimlerin inkar edersen :)allah allah sizler Nehcul Belaqe sehih gozu ile baxirsiniz

Nehcul belaqeye bir nece tefsirler yazilmiwdir ki, o mufessirlerin icerisinde tesennun alimleri de var. eger sehih deyildise, tefsir niye yazsinlar? Ibn Teymiyyeden qabaq bunu hec kim dememiwdir. amma onun da getirdiyi deliller cox yersidir ki cavablari vardir.

P.S yene deyirem Ibn Ebilhedid motezili olub.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#134 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 25 февраля 2009 - 15:17

ahmed
musrik yoxxxxxxx musrik yox idi sadece le ilehe illahi islam yeni caxinda coxda duzgun basa duse bilmirdiler ve islam dini kamil olandan sonra allah dini kamil edensen sonra subhanallah herseyi bildiler bizde hele namaza gelende le ilehe illalahi bilirdi adice size bir sual le ilehe illallahi nece serti var ve hansilardir allahcun duzun deyin ve koopya goturmeyin allahcun?

mən allah xatirinə sənə deyirəm
benzedmemek,allahin sifetlerini bilmek,yani məxluqata allahin sifətlərini,allahada məxluqatın sifətlərini verməməlidir muvahhid !
ibadətdədə sene cavab verə bilməyənləri köməyə çağirmamaq.allaha elediyin səcdəni başqasina eləməmək
sonra da ki allahın her şeyi hökmü altında saxlaması,buna qeder qeza deyilir
ona görə deyirəm ki ,mən allahı tanıyanda onun əlinin barmaqları olmasını bilmirdim
və bunu bilməmək insanı dindən çıxartmır,bunu biləndən sonrada onu allahın sifətlərinə
aid etmədim,çünki bunu bilmək insana vacib bilinməyib !lakin allahın her şeyi hökmü altında saxlamasını bilməmək insanı
dindən çixardır,hətta o insan səhrəda yaşasa belə !
bunları taniyan insana allah cehennemidə cennetide tanıdar neceki ayədə deyilir

Və onları (dünyada,əvvəlcədən)
özlərinə tanıtmış olduğu Cənnətə daxil edəcəkdir.muhamməd 6

gördüyün kimi quranda yazılan cənnətnən allahın mömünlərin qəlbində hiss etdirdiyi cənnət arasında ferq var
nə qədər insan tanıyıram ki, (şübhə yoxki onların dediyini deyirəm)quranda yazılan cənnəti cüzi olsada ağıllarında bənzədib,halbuki ibn
abbas gələn rəvayətdə deyilir ki,cənnət xurmasıynan yerde olan xurmaynan arasinda olan oxşarlıq təkcə adlarıdır

ve sonra vacib olan başqa şeyləridə göstərə bilər,istəsə vasitəçiynən istəsədə vasitəçisiz
ancaq əsas odur ki,insan qəlbinin sıxıntıdan çıxması üçün allaha dua etməlidir,bu özü allahın bir mərhətidir ki,kafirin qəlbi sixinti içərisində olur
burda,allahı necə tanımağı yazdım.daha sizin alimləriviz kimi sifətləri rububiyyetden ayirmadım,sizin zəlalətə düşməvizin əsas səbəbləri
sifətlərdə cahilliyin üzr olmasıdı,

o ki qaldı le ilehe illəllah deyənlərə.......................
bir insan ki, anlamadan allahin sheriki olmadiğini deyir ,senin kimi sonradan isə allahın elmini yerdə özünü isə goydə bilir,
yani sənin kimilər yaxşı olardı ki,gözdəyərdi ki,allahdan yəqinlik haçan gelir,yəni yalandan islamı qəbul etməyəydilər kaş !

islamda məcburiyyət yoxdur!
bax gör ikrim abu cahil necə qəbul etdi islamı, allahın rəsulunun s.a.s məkkənin fəth edeceyini bilib üz tutdu ciddə tərəfə, orda gəmiyə minib
yarımadanı tərk etmək istəyirdi, birdən dənizin ortasında qasırğa başlayır,
gəmidə olan cahil müşrüklər yalançi illahları unudub tək allaha yalvarmağa başladılar,bunu görən ikrimə bu vaxtacan allahın düşməni olduğunu anlayıb,məkkəyə
dönməyi qərara alır,sonrada ki,döyüşlərin birində şəhid olur

islamı yalandan qebul edən,təkcə öz özünə zülm edir
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#135 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 25 февраля 2009 - 23:07

AHMED
men dusunurem ki senin sahablere dediyi soze pesman olacaqsan yazdiglarima ilk once ssene men le ilehe illalahin nece serti oldugu orgetim
dinleyin...ama dersimden faydalanin cunki din nesihetdir....

LƏ İLƏHƏ İLLƏLLAH ( Allahdan başqa ilah yoxdur)

Lə iləhə illəllah – «Allahdan başqa ibadət edilməyə layiq heç bir haqq ilah yoxdur» deməkdir. «Bil ki, Allahdan başqa ilah yoxdur». (Məhəmməd 19). «Allahdan başqa heç bir ilah yoxdur». (Ali İmran 2). Bütün bu ayələrin mənası ibadət edilməyə haqq edən yalnız və yalnız Allahdır. Bu ifadə ilə Allahdan başqa ibadət olunan hər hansı bir ilah rədd edilmiş olur. Allahdan başqa ifadəsi ibadətin yalnız Allaha edilməsi, mülkündə heç bir ortağı olmadığı kimi, ibadətdə də onun hər hansı bir ortağı ( şərik) olmadığıdır.
Lə iləhə illəllah- kəlməsi nəfy və isbatdan ibarətdir. Lə iləhə – ilah yoxdur nəfy, illəllah – Allahdan başqa isbat etməkdir.
İlah, məbud ibadət ediləndir. Ancaq ilah olan məbuddur. Hər bir kəsin ilahı, ona ibadət etdiyidir. Allahdan başqa ibadət olunan bu ilahlar, ilahdır. Lakin batil ilahlardır. Çünki bunlar haqq ilah deyillər. «Bu belədir. Çünki Allah haqq, müşriklərin ondan başqa ibadət etdikləri (bütlər, tanrılar) isə batildir. Həqiqətən Allah uca və böyükdür». (əl-Həcc 62). «Bu ona görədir ki, Allah haqq, (müşriklərin) ondan qeyri ibadət etdikləri isə batildir» (Loğman 30).
indi qulaq oxu........
LƏ İLƏHƏ İLLƏLLAHIN ŞƏRTLƏRİ

Lə iləhə illəllah – kəlməsinin yeddi şərti var. Bu şərtlərin hər birinə əməl olunmadıqca, onların ifadə etdiyi mənaları Quran və Sünnəyə uyğun olaraq dolğun, düzgün başa düşülmədikcə, bu kəlmənin söylənilməsi heç bir kəsə fayda verməyəcəkdir.
Aşağıda qeyr edəcəyimiz bu şərtlər Quran və Sünnəyə uyğun olaraq möhtərəm İslam alimləri tərəfindən qeyd olunmuşdu.
1. ELM – küfrdən uzaq edən.
2. YƏQİNLİK – şübhələri yox edən.
3. İXLAS – şirkdən uzaq edən.
4. MƏHƏBBƏT – nifrətdən uzaq edən.
5. SİDQ – yalanı yox edən.
6. TƏSLİM – itaətsizliyi yox edən.
7. QƏBUL – inkarı yox edən.
1.ELM
Bu o, elmdir ki, Lə iləhə illəllah – kəlməsini dəlillərlə öyrənir və isbat edir. Bu da dil ilə
söyləyib qəlb ilə bilmiş olur. Onun mənasını və nəyi əhatə etdiyini bilmədən söyləyənə heç bir faydası olmaz.
«Öyrən bil ki, Allahdan başqa ilah yoxdur». (Məhəmməd 19). «Ondan qeyri ibadət etdikləri şəfaət edə bilməzlər. Haqqa şəhadət verənlər müstəsnadır». (əz-Zuxruf 86). Bu ayənin mənası odur ki, Allahdan başqa ilah olmadığına dair şəhadət edərək dillərilə söylədiklərini qəlbləri ilə bilərək təsdiq etməlidirlər. «Mən həqiqətən Allaham. Məndən başqa heç bir ilah yoxdur». (Ta ha 14). Osman – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm- buyurdu: «Hər kim Allahdan başqa ilah olmadığını bilərək ölərsə Cənnətə girər».

2.YƏQİNLİK
Bu kəlmənin nəyə və nəyi gətirdiyini bilmək və heç bir şəkk-şübhəyə düşməmək. Bu kəlmə haqqında tam bir bilik və qavrayış sahibi olmaq.
«Möminlər yalnız Allaha və Peyğəmbərinə iman gətirən və iman gətirdikdən sonra heç bir şəkk-şübhəyə düşməyənlərdir. Allah yolunda malları və canları ilə vuruşarlar. Məhz belələri sadiq olanlardır». (əl-Hucurat 15).

3.İXLAS

Şirkə yer verilməyən bir ixlasa sahib olmaq.
«Bil ki, xalis din yalnız Allaha məxsusdur». (əz-Zumər 3). «Halbuki, onlara əmr edilmişdir ki, Allaha dini yalnız ona məxsus edərək, digər bütün batil dinlərdən İslama dönərək ibadət etsinlər. Namaz qılıb, zəkat versinlər. Doğru-düzgün din budur». (əl-Bəyyinə 5).

4.SİDQ

Bu kəlməyə sadiq olmaq. Bu kəlməni qəlbdən gələn doğruluqla dilin söylədiklərini qəlb ilə təsdiq edərək söyləmək.
«İnsanlar yalnız iman gətirdik deməkləri ilə onlardan əl çəkib imtahan olunmayacaqlarınımı sanırlar? Biz onlardan əvvəlkiləri də imtahana çəkmişdik.Şübhəsiz ki, Allah düz danışanları da yalançılrı da çox gözəl tanıyır». (əl-Ənkəbut 2-3). «Haqqı gətirən və onu təsdiq edənlər isə əsl müttəqilərdir». (əz-Zumər 33).

5.MƏHƏBBƏT

Bu kəlməyə məhəbbətlə bağlanmaq. Bu kəlmənin daşıdığı, gətirdiyi hər bir şeyi sevmək və bu kəlməni söyləyənləri sevmək.
«İnsanların içərisində Allahdan qeyrilərini Allaha şərik qoşub Allahı sevən kimi sevənlər də var. Halbuki, iman gətirənlərin Allaha olan məhəbbəti daha qüvvətlidir». (əl-Bəqərə 165). Ey iman gətirənlər! Sizdən hər kəs dinindən dönsə Allah onun yerinə elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim kafirlərə qarşı sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar. Bu Allahın lütfüdür, onu istədiyinə verər». (əl-Maidə 54). Ənəs – radıyallahu anhu rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Üç şey var ki, sizlərdən kimdə olarsa o, imanın şirinliyini dadar. Allah və Rəsulunu hər şeydən çox sevmək, Allah rizası üçün bir-birinizi sevmək, Allahın küfrdən xilas etdiyi və sonra küfrə qayıtmaqdan oda atılmış kimi qorxan (şəxs)».
«Ey iman gətirənlər! Yəhudi və Xaçpərəstləri özünüzə dost tutmayın! Onlar bir-birinin dostudurlar. Sizdən kim onlarla dostluq edərsə, o da onlardandır. Allah zalım tayfanı düz yola yönlətməz! Sizin vəliniz (dostunuz) ancaq Allah, onun Peyğəmbəri və iman gətirənlərdir. O kəslər ki, boyun əyərək namaz qılar və zəkat verərlər». (əl-Maidə 51-55). Ey iman edənlər! Əgər atalarınız və qardaşlarınız küfrü imandan üstün tutarlarsa, onları özünüzə dost bilməyin. Sizlərdən onları dost tutanlar özlərinə zülm etmiş olarlar». (ət-Tövbə 23). «Ey iman gətirənlər! Nə mənim düşmənimi, nə də özünüzün düşməninizi dost tutun». (əl-Mumtəhinə 1).

6.TƏSLİM

Allahın qoyduğu bütün qayda – qanunlara, şəriət və sünnəyə əməl etmək.
«Kim yaxşı əməl sahibi olub özünü Allaha təslim edərsə o, artıq ən möhkəm bağdan yapışmış olur. Bütün işlərin axırı Allaha gəlib çatacaqdır». (Loğman 22). «Tövbə edib Rəbbinizə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz». (əz-Zumər 54). Peyğəmbər – səllallahu aleyhi və səlləm – buyurdu: «Sizdən heç bir kimsənin meyli mənim gətirdiyimə tabe olmadıqca iman etmiş olmaz».

7.QƏBUL

Bu kəlmənin gətirdiyi hər bir şeyi qəbul edəcək, inkara əsla yol verməyəcək. «Onlara Allahdan başqa heç bir ilah yoxdur deyildiyi zaman təkəbbür göstərirdilər». (əs-Saffət 35).
Bu sadaladığımız şərtlər Lə iləhə illəllah kəlməsinin ayrılmaz bir hissəsidir. Bu şərtlər üzərində düşünüb fikirləşmək, onlara lazımi qaydada əməl etmək isə sizin üzərinizə düşən bir haqdır. Çünki biz dünya və axirətimizi yalnız bu kəlməni öyrənib, ona düzgün əməl etməklə xoşbəxt və firavan edə bilərik.
Ubədətu b. Samit – radıyallahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Kim şəhadət etsə ki, Allahdan başqa ilah yoxdur, Məhəmməd onun qulu və Rəsuludur, İsa – əleyhissəlam- onun qulu və Rəsuludur, Məryəmə dediyi söz və ondan gəlmə bir ruhdur, Cənnət haqq, Cəhənnəm haqqdır, Allah o insanı əməlindən asılı olmayaraq Cənnətə salar». Başqa rəvayətdə Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Cənnətin hansı qapısından istərsə, onu oradan içəri salar». Əbu Səid əl-Xudri – radıyallahu anhu – rəvayət edir ki,Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Musa – əleyhissəlam – öz Rəbbinə buyurdu: «Ey Rəbbim! Mənə elə bir kəlmə öyrət ki, səni onunla yada salım və dua edim». Allah buyurdu: «Ya Musa! De: «Lə ilələ illəllah». Musa – aleyhissəlam – buyurdu: «Ya Rəbbim! Axı sənin bütün qulların bu kəlməni deyir». Allah buyurdu: «Ya Musa! Əgər yeddi qat göyü və yeddi qat yeri və məndən başqa orada olanları tərəzinin bir gözünə, Lə iləhə illəllah kəlməsini tərəzinin digər bir gözünə qoysalar bu kəlmə ağır gələr». Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurur: «Qiyamət günü mənim ümmətimdən bir nəfəri bütün insanların qarşısında çağıracaqlar. Onun qarşısına günahlarla dolu doxsan doqquz kitab qoyulacaq. Hər birinin uzunluğu gözün son görmə həddi qədər olacaqdır». Sonra ondan soruşacaqlar. «Sən bunlardan hansınısa inkar edirsən?» O: «Yox, Ya Rəbbim!» Allah buyuracaq: «Səndə bunlara qarşı bir yaxşı əməl varmı?» Həmən şəxs qorxudan özünü itirərək: «Yox, Ya Rəbbim!» deyəcəkdir. Ona deyiləcək: «Sənin bir yaxşı əməlin var. Bu əməlinə görə sənə bu gün ədalətsizlik olunmayacaqdır». Onun qarşısına Lə iləhə illəllah kəlməsi yazılmış vərəqə çıxarılacaq. Həmən insan deyəcək: «Ya Rəbbim! Bu vərəq bu qədər günahların qarşısında nə gücə malikdir». Günahları tərəzinin bir gözünə, həmən kəlməni isə tərəzinin o, biri gözünə qoyacaqlar. Lə iləhə illəllah olan tərəzi ağır gələcəkdir. Rəhman və Rəhim olan Allahın adı qarşısında heç bir şey ağır gəlməz». Əbu Məlik – radıyalahu anhu – rəvayət edir ki, Rəsulullah – səllallahu aleyhi və səlləm – buyurdu: «Lə iləhə illəllah deyib Allahdan başqa ibadət olunan hər bir şeyi inkar edən insanın canına, malına qəsd etmək haramdır. Onunla haqq hesabı Allah özü çəkəcəkdir».

dusunurem ki senin hele elimin yokdur allah sifetlerinden danismaqa sen ilk once bunlari oyren sonra danis!

#136 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 25 февраля 2009 - 23:09

vusal
kisa ve kankiret Nehcul belaqeye bu eser sehihdir yoksa yox?

#137 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 26 февраля 2009 - 00:24

mənə deyirsən ki,kopi pqste eləmə
ancaq özün eleyirsən
sən aləmi qarışdırdın bir birinə.
nə qəbul nə təslim?
əgər mən allahı tanımıramsa şəriyyətə tabe olmağımın mənə xeyri olacaq?
çünki xevariclərdə təslim oldu sonra nə oldu?
birdəki sən mənim yazdıqlarımı oxumamış deyirsən ki,səhabələrə böhtan atma
o boyda quran oxuyursan ,bilmirsən ki,zənnlərnən höküm vermək olmaz?
Allah rəsuluna sallallahu aleyhi və səlləm “ədalətli ol”-söyləyən (Zul Xuveysira ət-Təmimi) səhabələrdən sayılır yoxsa xəvaricdir? belke bu da sehabedi ?
ey abd meselelere bir terfli yanashma, alimlerin dediyi yox, resul sas dediyine bax !

Allah rəsuluna sallallahu aleyhi və səlləm “sən ədalətli deyilsən”-söyləyən insanın bu sözü artıq onun asiliyinin ( küfrü üsyan etməyin) müjdəçisidir, ondan xəbər verir.,o allahın rəsulundan yaxşı fikirləşir özünü, chunki, resul sas
bele demek artiq onu yox, özunu ondan ustun tutur ! bu da ki, kufurdur, resul sas cavabinda,<insanlar arasinda allahdan daha chox qorxan menem ,eger men edaletli deyilemse onda bes kimdi edaletli ?!
bəlkə bu da cahil müsəlman idi?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#138 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 26 февраля 2009 - 00:40

#139 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 26 февраля 2009 - 07:32

vusal
kisa ve kankiret Nehcul belaqeye bu eser sehihdir yoksa yox?

özüvü rəngə qoyma! biz səynən Nəhcul-Bəlağənən səhihliyini müzakirə eləmirdik ki, məynən tonnan danışasan!

Qurandan sonra ən mötəbər kitabdır.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#140 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 26 февраля 2009 - 12:44

vusal
müsəlmanların ən yaxşısı, allaha və onun elçisinə (s.a.v) ən yaxını – xəlifə siddiq və xəlifə faruq olmuşlar. and içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. onların örnək etdiyi adam şiddətli İslam hissinə tutular (yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın’’. /məysəm. ‘’Şərh nəhcl-bəlağə’’, 1: 31/.
bu sehihdir?^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
^^^^^^^^^

#141 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 26 февраля 2009 - 15:10

abd rahman mənim postuı cavabsız qaldı!
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#142 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 26 февраля 2009 - 16:52

insallah siz cavab verin biz siz goze sekilde cavab vereceyiz

#143 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 26 февраля 2009 - 16:54

ahmed
ancaq özün eleyirsən
sən aləmi qarışdırdın bir birinə.
nə qəbul nə təslim?

cavab:men le ilehe illelahin serti bilirem ve duzdur interneten sene yazdim cunki bunu sene iki sahata yazaridim axri esas delil bilmekdir onuda bilik elahmdullah

əgər mən allahı tanımıramsa şəriyyətə tabe olmağımın mənə xeyri olacaq?
çünki xevariclərdə təslim oldu sonra nə oldu?

cavab:ona gore allah teala elimli olmagi ferz bilmisidir quluna xevaricler sadece quranin bir ayesin goturub onunle hereket ediyine gore azmis ve elimli olmadigina gore muhammed rasullah sozunu anlamadigina gore ..onlar allah tanimaqi ve rasulun tanimaqi bir qiraxaq qiymus...ve seryeti bu seriyyeteri ustun tutmusdur.ve bu da elimsizligin bir qoludur,ve buna gorede xevaricler bele azmisdir sizde seriyyeti allahi tanimaqdan ustun tutsaniz siz bele azarsiniz
birdəki sən mənim yazdıqlarımı oxumamış deyirsən ki,səhabələrə böhtan atma
o boyda quran oxuyursan ,bilmirsən ki,zənnlərnən höküm vermək olmaz?

cavab:siz qeyd etdiniz ki,sahabelerin coxu le ilehe illalahi bilmir bu bes nedir?

Allah rəsuluna sallallahu aleyhi və səlləm “ədalətli ol”-söyləyən (Zul Xuveysira ət-Təmimi) səhabələrdən sayılır yoxsa xəvaricdir? belke bu da sehabedi ?

cava: insallah bu delili sie kitabindan qeyd eedeceyem sebeb cunki sunnilere iman etmirsen dinle sie kitabindan...kenzul-ummal kitabindan: allahin peygamberi(S) huseyn (muharibesi) gunu qizil kulceleri bolurdu. yoldan bir kisi gelib dedi: ey muhammed edaletli ol! allahin peygamber(S)buyurdu: vay olsun sene !eger men edaletli deyilemse,bes ondan edaletli kimdir?(yaxud buyurdu): menden sonra edaleti kimde tapacaqsiniz? bu vaxt buyurdu:tezlqikle buna benzer insanlar gelecekdir.allahin kitabini oxuyarlar,amma oxuduqlari hulqumlarindan asaxi getmez.baslari qirxiq olar.onlar bas qaldiran zaman boyunlarin vurun...kenzul-ummal,hedis 31610...bu bir sie hedisi idi bunu oxumaqcun mizanul hikmet eserindede 1cildinden oxuya bilersen yazar mehemmmedi reysehridir 272 seh,hedis 1842 oxuya bilersen!
indi gel bu hedis sohbet edek eger bu insan sahabe olsa idi kenzul ummal bunu sahabe olaraq adlandirib bir sahabe geldi, dedi bele zikir ederdi kezul ummal.ama bele olmadi bu insan sahabe deyil idi delil ise hedisin icinden var kenzul ummal bunun sahabe olamadigini qeyd edib deyir ki,>>>yoldan bir kisi gelib dedi<<<<burda aydindir ki bu sahabe deyil bir yolda kecen bir insandir sahabe olsa idi adi ve soyadi zikir edilerdi..buda sie aliminin sehih delilidir ki bu sahabe deyil ................daha dogrusun allah biler
ey abd meselelere bir terfli yanashma, alimlerin dediyi yox, resul sas dediyine bax !

cava: islamda aliminden rolu var allah Quranda buyurur ki,Bilmirsinizse bilenlerde [alimlerden ]sorusun !) [Nahl 43]
Bu ibretleri ancak alimler biler.) [Ankebut 43]

Goyleri ve yeri yaradması, dil ve renglerinizin ferqli olması da Onun [qudretini gösteren] alametlerindendir. Elbette bunda alimler için ibretler vardır.) [Rum 22]

Hec bilenle bilmeyen bir olur mi?) [Zümer 9]

Allah’tan en çok qorxan ancak alimlerdir.) [Fatır 28]

ozlerine guven veya qorxu ile baxli bir xeber geldiginde onu tez yayarlar. Halbuki onu Peygambere ve aralarındaki bilenlere [âlimlere] göturselerdi, onlardan goturselerdi çıkarmaya gücü olanlar , onu bilerdiler.) [Nisa 83]
burda alimin allah subhanallah teala buyurdugu kimi menden etdim ve alimlerde le ilehe illallahin sertiin ne oldugunu bilmek istedim burdada quran menim duz oldugumu soyleyir alimi bir seyx cesdiyim ucun insallah alimlerin feziletli codur ama men size qisaca quranda zikir edim
haqq hemise ustundur !
daha dogrusun allah bilir !

#144 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 26 февраля 2009 - 18:19

bu hqdisədən vaxtı rəsul sas onun haqqındq deyir
“Həqiqətən
onun yoldaşları var. Siz öz namazınızı onların namazı ilə, orucunuzu onların orucu ilə müqayisədə aşağı görəcəksiniz. Onlar Quran oxuyurlar, bununla belə Quran onların körpücük sümüyündən aşağı keçməyəcəkdir. Onlar İslamdan - oxun ovlanmış şikardan sıyrılıb çıxdığı kimi çıxacaqlar". (Müslim rəvayət edir. (№ 1064)
yaxshi bu insan bunu demeknen kafir oldu?yoxsa muselman qaldi ?
Allahın rəsulunu bu insanı və onun kimi insanların islama girən kimi çixacaqlarını deyib,bəs sən niyə allahın rəsulunun sözünü bir yana atıb ,alimlərin dediyini tutuquşu kimi təkrərlayırsan ? niyə bu insanlar səhabə və yaxudda tabein sayılir sizin üçün ? yəni niyə müsəlman sayılır?
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#145 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 26 февраля 2009 - 20:34

vusal
müsəlmanların ən yaxşısı, allaha və onun elçisinə (s.a.v) ən yaxını – xəlifə siddiq və xəlifə faruq olmuşlar. and içirəm ki, onların İslamda yerləri həqiqətən böyükdür. onların örnək etdiyi adam şiddətli İslam hissinə tutular (yəni onlardan ibrət götürənlər dinlərində daha möhkəm olardılar). allah onlara rəhmət etsin və onları gördükləri ən yaxşı işlərə görə mükafatlandırsın’’. /məysəm. ‘’Şərh nəhcl-bəlağə’’, 1: 31/.
bu sehihdir?^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^^
^^^^^^^^^

Şərhi Nəhcul Bəlağə səhih deyil. səhih Nəhcul Bəlağə özüdür.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#146 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 27 февраля 2009 - 16:21

vusal
sizin fars alimi gor ne deyir...1. «Nəhcül-bəlağə»nin Quranla olan sıx bağlılığı;
2. Həmin dövrdə baş vermiş tarixi hadisələr;
3. Xütbənin mətninin elmi-məntiqi təhlili;
4. Xütbədə Əlinin (ə) istifadə etdiyi üslub.
1. «Nəhcül-bəlağə»nin Quranla sıx bağlılığı
«Nəhcül-bəlağə» Quranla sıx şəkildə bağlıdır. «Nəhcül-bəlağə» Quranın tərcümanıdır. Quran ən ali qanunları ümumi formada təqdim edir, «Nəhcül-bəlağə» isə bu qanunların bir cəmiyyətin, xalqın həyatında əks olunmasından bəhs edir. «Nəhcül-bəlağə» bizə, Quranın cəmiyyətin həyatında necə tətbiq olunmasını öyrədir. sen bunlari inkar edirsen ve serhin pisleyirsen :)allah sizi guldursunu:)!
daha dogrusun allah bilir!

#147 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 27 февраля 2009 - 16:26

vusal
gor sie alimi ne deyir.
“Nəhcul bəlağə”nin mötəbər kitab kimi cap olunması ;
Qeyd etdiyimiz kimi təhqiqatlatrdan bəzisi “Nəhcul bəlağə”nın sənədlərini təsdiq edən vaxt başa düşürlər ki, Seyyid Rəzi, İmamın (ə) bütün kəlamlarını nəql etmişdir. Çox səliqə ilə işlənmiş və yalnız gözəl hissələrini qeyd edib, onların ardını yazmışdır. Başqa təhqiqatçılar bir daha zəhmət çəkib, İmam Əlinin (ə) bütün xütbə, məktub və qısa kəlamlarını əsl mənbədə olduğu kimi kamil surətdə cəm edib , yazıblar və öz sənədlərində qeyd ediblər ki, həqiqətən “Nəhcul bəlağə” möhkəm sənədli və etibarlı bir kitabdır, ona etimad etmək olar.

#148 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 27 февраля 2009 - 16:27

vusal
cox gulmelidir ki cixinilmaz veziyetde qalanda kitabi sehih olmur deyirsiniz:)

#149 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 28 февраля 2009 - 05:48

vusal
cox gulmelidir ki cixinilmaz veziyetde qalanda kitabi sehih olmur deyirsiniz:)

Senin elmin emelli-başlı "parlayır" ki. :rolleyes: Ay kişi var kitab ve var ona verilen şerh. Var "Nehcül-Belağe" ve var "Şerhi Nehcül Belağe". Bu iki tam ayrı-ayrı kitablardır. Birincinin müellifi Seyyir ar-Razidir (ra), ikincinin ise, misal üçün, İbni Ebil Hedid Mötezili.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم

#150 abdurahman_sudais

abdurahman_sudais

    Arif – Corporal

  • Ibtidai
  • 66 сообщений

Отправлено 28 февраля 2009 - 12:36

subhani
onu bilemki siz heqiqeten cox edaletsizsiniz cunki vusal al fatha turkce yazdi senin formunda turkce yazmaq olar?
buda son!!!!

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru