Перейти к содержимому


Фотография

Hara səcdə olar?


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 98

#91 iravani

iravani

    Arif – Corporal

  • Murid
  • 64 сообщений

Отправлено 11 марта 2009 - 18:34

Bağışlayan və mehriban Allahın adı ilə
ŞIƏLƏR NIYƏ NAMZDA TORPAQDAN ISTIFADƏ EDIRLƏR?
Məsələnin daha gözəl aydın olması üçün bir neçə nöqtəyə diqqətinizi cəlb edirik:
1. Şiə alimləri Peyğəmbər sünnəsinə istinad edərək möhkəm dəlillərlə əsliyəti torpaq olan bütün şeylərə, həmçinin torpaqdan bitən, amma yeməkdə geyilməkdə istifadə olunmayan bitkilərin üstünə səcdə etməyin səhih olduğuna fətva veriblər. Ona görə də torpaq, daş ağac, həsir, kağız və yarpağın üstünə səcdə etmək caizdir. Amma rezin, cəvahirat, neftdən hazırlanmış məhsulların, sintetik və yun parçaların üstünə səcdə etməyin caiz olmamasına fətva veriblər.
2. Rəsulullahın (s) zamanında evlər və məscidlər indiki kimi yun və ya sintetik xalçalarla döşənməmişdi. Əksər hallarda torpaq və ya həsirlə döşənmiş olurdu. Bəzi hallarda qonağın altına bir tikə qoyun dərisi (keçə) salırdılar. Ona görə də namazda səcdə etmək üçün ayrı bir şey qoymağa ehtiyac yox idi. Onlar torpağa ya yerə sərilmiş həsirin üstünə səcdə edirdilər. Otağın içi kilimlə örtülmüş və ya nəcis olanda onda dəsmalın içinə bir miqdar torpaq qoyob onun üstünə səcdə edirdilər. Necə ki, şiə rəvayətlərində nəql olunub İmam Sadiq (ə) Kərbəla torpağından bir az dəsmala büküb namaz vaxtı onu açardı və o torpağın üstünə səcdə edərdi. Zaman keçdikcə günbəgün evlərin və məscidlərin içini xalçalarla, kilimlərlə döşəmək adi hala çevrilməyə başladı. Digər tərəfdən namaz qılan şəxsin torpağı özü ilə gəzdirməsi problemə çevrilirdi. Çünki hər dəfə namaz üçün həmin bağlamanı açıb sərmək ətrafın bulaşmasına səbəb olurdu. Paltarların və ətrafın tozla bulaşmasının qabağını almaq üçün torpağı isladıb qurutmaq fikrinə düşdülər. Bu adi hal alandan sonra fars və türk dillərində möhür ərəb dilində isə türbət adı ilə məşhurlaşdı.

3. Şiə və sünnü rəvayətlərində nəql olunub ki, Rəsulullah da torpağa və ya bəzi nəbatətdən hazırlanmış həsirə səcdə edirdi. Nümunə üçün həmin rəvayətlərdən bir neçəsini əhli sünnətin hədis kitablarından nəql edirik:
a) Vail ibn Hicr rəvayət edib:- Həmişə görürdüm ki, Rəsulullah səcdə edəndə alnını və burnunu torpağın üstünə qoyardı. (Əhkamul-Quran, müəllif Cəssas, bab əs-sucud ələl-vəch 5/26)
B) Rəsulullahın xanımı Aişə rəvayət edib:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130)
v) Cabir ibn Əbdullah Ənsari deyir:- Əbu Səid Xudri mənim üçün rəvayət edib:- Rəsulullahın yanına getmişdim və onu həsirin üstünə səcdə etdiyi halda gördüm.(əs-Sunənul-kubra, kitabus-səlat, bab əs-səlatu ələl-həsir 2/421, Sünəne ibn Macə kitabu iqamətis-səlati vəs-sünnə 1/328 bab əs-səlatu ələl-xumrə hədis 1029)
q) Rəsulullahın xanımı rəvayət edib:-Rəsulullahın bir həsiri var idi, namaz qılanda onu sərib üstündə namaz qılardı.(Fəthul-bari, kitabus-səlat, bab 20 əssəlatu ələl-həsir 1/491)
d) Ənəs ibn Məlik, İbni Əbbas və Rəsulullahın xanımları (Aişə, Ummu Sələmə və Meymunə) rəvayət ediblər:-Çox vaxt rəsulullah xurma liflərindən toxunmuş həsirin üstünə səcdə edirdi.(Sünəne ibn Macə, kitab iqamətis-səlat vəs-sünnə 1/328 bab əs-səlatu ələl-xumrə hədis 1028 ,1/328, əs-Sünənul-kubra, Beyhəqi, kitabus-səlat, bab əs-səlatu ələl-xumrə 2/421, Səhih Buxari kitbus-səlat, babus-səlati ələl-xumrə 1/231)
j)Muslim ibn İbrahim Qurrə ibn Xaliddən nəql edib:-Məsruq ibn Əcdə tabeinlərdən (Peyğəmbəri görməyib, onu görən səhabələrilə həmsöhbət olanlara tabein deyilir)idi, səfərə çıxanda gəmidə namaz qılmaq üçün özü ilə bir kəssək götürərdi. (Təbəqatul-kubra, Məsruq ibn Əcdənin 6/141)
İbni Əbbasın nökəri Rəzin rəvayət edib:-Əli İbn Əbdullah ibn Əbbas (r.ə) mənə yazmışdı:- Mərvədən mənə bir daş parçası göndər. Namazımda onun üstünə səcdə edim.(Əxbaru Məkkə2/151)
Nafe rəvayət edib:-Əbdullah ibn Ömər həmişə səcdə edəndə başındakı əmmaməni arxaya verirdi ki, səcdə etdiyi zaman alnını toroağın üstünə qoysun. (əs-sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105) Bu rəvayətlərədən məlum olur ki, səhabələr parçanın, əmmamənin və paltarların ətəyinə səcdə etməməyə diqqət ediblər. Əgər onlar isti havada belə şeylərin üstünə səcdə etsəydilər bu daha rahat olardı. Daha maraqlısı budur ki, səhabələr bəzi rəvayətlərdə müsəlmanların istidən əziyyət çəkdikləri haqda rəsulullaha şikayət etdilər. Rəsulullahın möminlərə yüksək dərəcədə mehriban olduğuna baxmayaraq onların bu şikayətlərinə məhəl qoymadı. “Sizin özünüzdən sizə bir peyğəmbər göndərdik ki, əziyyətə düşməyiniz ona çox ağır gəlir. Sizə çox (hidayət olmağınız üçün) hərisdir möminlərlə şəfqətli və mehribandır”(Tövbə. ayə 128) Əgər İlahi izn olsaydı onda Rəsulullah onlara paltar və parçanın üstünə səcdə etməyə icazə verərdi. Nəticədə verdiyi icazə haqda bizə xəbər yetişəcəkdi.
Xubab ibn Ərt rəvayət edir:-Biz Rəsulullaha, istinin şiddətindən şikayət etdik ki, əllərimiz və ayaqlarımız yanır. Həzrət əhəmiyyət vermədi və buyurdu ki, gün əyiləndən sonra namazınızı qılın . (əs-sünənul-kubra, kitabus-səlat, 1/439 və 2/105 və 2/105)
Muslim səhihində Xubab ibn Ərtdən nəql edir:-Biz Rəsulullahın yanına gəldik və istidən şikayət etdik. Rəsulullah bizim şikayətimizə əhəmiyyət vermədi.(Səhih Muslim, kitabul-məsacid və məvaziussəlat1/433)
4. Şiələrin səcdə üçün caiz saydıqları şeylər bütün məzhəblər tərəfindən qəbul olunur. Yəni səcdə zamanı alnımızı torpağın, daşın, kağızın, ağacın və bu kimi şeylərin üstünə qoyanda heç bir məzhəb bunun caiz olduğunu inkar etmir. Heç kim namazımızın batil olduğunu iddia edə bilməz. Şiə və sünnü məzhəbləri arasında bu məsələdəki fərq şiələrin saydıqlarımız şeylərdən başqa şeylərin üstünə səcdənin batil olmasını iddia etmələridir. Yəni xalça, kilim, yun parçalar, dəmir, rənglənmiş taxtalar, plastik əşyaların üstünə səcdə caiz deyil. Deməli namaz qılan səcdə zmanı alnını pak torpağın, daşın, qumun və..... üstünə qoysa daha möhürə ehtiyac yoxdur.
5. Yeməli şeylərin üstünə niyə səcdə etmək olmaz?
Hişam ibn Həkəm İmam Sadiq (ə)-dan hansı şeyləri üstünə səcdənin caiz və hansı şeylərin üstünə caiz olmadığı haqda sual etdi. İmam (ə) buyurdu:- Torpağa və yeməkdə və geyilməkdə istifadə olunmayan bitkilərə səcdə etmək olar.
Hişam dedi:- Canım Sizə fəda olsun! Bu hökmün səbəbi nədər?
İmam buyurdu:- Səcdə Allahın müqabilində xuzu və zəlilliyini göstərməkdir. Elə isə səcdənin yeməli və geyinməli şeylərin üstünə olması yaxşı deyil. Çünki dünyaya vurulanlar yeməli və geyilməli şeylərə nökərləridirlər. Amma səcdə edən Cəlal və Camal sahibi olan Allaha ibadət halında olur. Ona görə də dünya vurğunlarının məbudunun üstünə alnını qoyıb səcdə etmək yaxşı deyil. Həqiqətdə dünya malına vurulanlar yeməli və geyilməli şeylərə aşiq olub onlara səcdə edirlər.
6. Torpağa səcdənin vacib olduğunu sübuta yetirən rəvayətlərdən biri sünnü və şiə kitablarında Rəsulullahdan nəql olunmuş hədisdir:-“Torpaq mənim üçün səcdəgah və pakedici qərar verilib” (Vəsailuş-şiə, kitabus-səlat 3/593, Səhih Buxari kitabu təyəmmum hədis 323, 1/209) Bu hədisə əsasən siə alimləri yalnız mahiyyəti torpaq sayılan şeylərin (torpaq, daş, taxta, kağız, ot kimi) üstünə səcdə etməyin caiz olduğu haqda fətva veriblər.
7. Şiə alimləri bu mövzunu isbat etmək üçün əhli sünnətin kitablarından istifadə edib yalnız torpağın və ondan bitən şeylərin üstünə səcdənin səhih olduğunu göstəriblər.
İbni Əbbas rəvayət edib:- Rəsulullah soyuq havada sübh namazı qılanda soyuqdan əllərini və ayaqlarını hifz etmək üçün ağ əbasına bükərdi. (Sunəne kubra, kitabus-səlat bab mən səcədə ələyhima fi sovbihi 2/108)
Əbdullah ibn Əbdurrəhman babasında rəvayət edib:- Rəsulullah (s) Bəni Əşhəl tayfası ilə namaz qılanda gördüm ki, əbasını özünə bükmüşdi. Rəsulullah səcdə edəndə əllərini onun üstünə qoyurdı ki, bununla özünü torpağın soyuqdan qoruyurdu. (Sunəne ibni Macə kitab iqamə)
Amma heç bir hədisdə nəql olunmayıb ki, Rəsulullah soyuq havada və ya palçıqlı yerdə namaz qılanda torpaqla alnı arasında bir şey qoyub alnının bir başa torpağa yetişməsinə mane olsun. Bu yerdə yenə də Aişənin nəql etdiyi rəvayəti xatırlatmağı lazım bilirik:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130) Çoxlu sayda rəvayətləri təhlil edəndə görürük ki, hətta başqaları bu işi görmək istəyəndə Rəsulullah (s) onları çəkindirirdi. Bu haqda nəql olunmüş bir neçə rəvayəti nümunə kimi diqqətinizə çatdırırıq.
a) Əyaz ibn Əbdullah:- Rəsulullah (s) bir kişinin əmmaməsinin üstünə səcdə etdiyini görəndə əli ilə ona işarə etdi ki, əmmaməsini alnından yuxarı çəksin. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105)
B) Rəsulullah onun yanında namaz qılan bir kişinin səcdə edəndə əmaməsinin alnına düşdüyünü gördikdə özü onun əmmaməsini alnından yuxarı çəkdi. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105)
v) Sünəne Beyhəqi və Kənzul-ummal kitablarında Əli (ə)-dan nəql olunub:-Sizlərdən hər kəs namaz qılanda gərək əmmaməsini alnından yuxarı çəksin. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105, Kənzul-ummal kitabus-səlat min qismil-əfalis-sucud və ma yətəəlləqu bihi 22250-ci hədis 8/131)
Bütün bu hədislərdən məlum olur ki, yeddi səcdə əzalarından səcdə zamanı fəqət alın gərək torpağa qoyulsun. Qalan altı əzadan fərqli olaraq alınla torpaq arasnda maneə olmamalıdır. Mümkündür ki, bundan sonra yenə də bir inadkar tapılıb və desin ki, əmmamə bədənə birləşdiyindən Rəsulullah əmmaməni yuxarı çəkməyə əmr etmişdir. Cavabında deyirik:-şəri hökümlər şəxsi ehtimallarla yox möhkəm dəlillərlə əsaslandırılmalıdır. Burada dəlil olmadığından qəti surətdə deyirik səcdə fəqət alının bir başa torpağa qoyulması ilə öz həqiqətini tapır. Digər tərəfdən əgər parçanın üstünə səcdə etmək caiz olsaydı onda şiddətli istidə və soyuqda Rəsulullah əshaba əmmamənin üstünə səcdə etməyə icazə verərdi.
8. Şiə və sünnü kitablarında nəql olunmuş rəvayətlərin bəzilərində torpağa səcdə etməyə dair hədislər aydın surətdə müşahidə olunur.
a) Rəsulullahın xanımı Ummu Sələmə o Həzrətdən (s) rəvayət edib:-Üzünüzü Allaha görə torpağa qoyun. (Kənzul-ummal kitabus-səlat, əs-sucud və ma yətəəlləqu bihi 19809-cu hədis 7/465)
B) Xalidul-xuza rəvayət edib:- Rəsulullah gördü ki, Suhəyb səcdə edəndə torpağa bulaşmasından pəhriz edir. Rəsulullah (s) ona buyurdu:- Ey Suheyb üzünü torpağa aludə et (yəni üzünü torpağa qoy!) (əl-Mushəf Əbdurrəzzaq ibn Həmmam, bab səlat ələs-səfa vət-turab 1527-ci hədis, 1/391, (Kənzul-ummal kitabus-səlat, əs-sucud və ma yətəəlləqu bih, 19810-cu hədis 7/465)
v) İrşadus-sari, bab əs-səlat ələl-həsir 1/405:-Rəsulullah (s) Məaza buyurdu:- üzünü torpağa aludə et (yəni üzünü torpağın üstünə qoy!)
q) Mustədrək ələs-səhihəyn, kitabu səlat, babut-təmin 1/271,404:-Rəsulullah (s) Ribah adlı bir nəfərə dedi:-Ey Ribah üzünü torpağa aludə et (yəni üzünü torpağın üstünə qoy!)
d) İbn Əbbas Rəsulullahdan rəvayət edib:-Hər kəs səcdə edəndə alnını və burnunu torpağa sürtməsə (torpağın üstünə qoymasa) namazı namaz deyil. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, bab ma caə fis-sucudi ələl-ənf 2/104)
Nəql olunan hədislərdən məlum olur ki, səcdə zamanı alını torpağa qoymağın vacibliyi sübuta yetmiş bir hökümdür. Hədisdə deyilir ki, necə ki, alını torpağa qoyursunz o cür də burnunuzu yerə qoyun. Əlbəttə şiə alimləri bu hədislərə əsasən burunun torpağa qoyulmasının müstəhəb olması haqda fətva veriblər.
9) Mümkündür torpağın üstünə səcdə etməyin hikməti bundadır ki, bəndə özünün zəlil olduğunu bu əməli ilə məbudunun önündə ən yüksək həddə bəyan edir. Bəndə alnını torpağa qoyanda bütün təkəbbür hislərini sındırır. Sözümüzün təsdiqini şiə alimlərindən Tərihinin və sünnü alimlərindən İbni Əsirin Rəsulullahdan (s)nəql etdikləri rəvayətdə tapırıq.
“Sizlərdən hər kəs namaz qılanda gərək alnını və burnunu torpağa qoysun. Bununla da təkəbbür onun qəlbindən xaric olsun”(Məcməul-bəhrəyn, Tərihi 6/76 “Qəm” maddəsi, ən-Nihayə fi ğəribil-hədis vəl-əsər İbni Əsir )
10) Yalnız və yalnız Allaha səcdə etmək caizdir. İstər sünnü və istərsə də şiələr fəqət Allah üçün səcdə edirlər. Lakin səcdə zamanı bəziləri alınlarını fəqət torpağa və ya torpaqdan bitən, amma yeməli və geyməli olmayan şeylərin üstünə qoyurlar. Onlar bunlardan qeyrilərinin üstünə səcdə etməyi caiz bilmirlər. Bəzi müsəlmanlar isə səcdədə hər nəyin üstünə gəldi alını qoymağı caiz bilirlər. Çox təəssüflər olsun ki, bəziləri qanmazlıqdan və bəziləri də inadkarlıqdan fəqət torpağın üstünə səcdəni caiz bildikləri üçün məscidlərdə və sair xalça və ya kilim döşənmiş yerlərdə torpaqla bulaşmasın deyə möhür qoyub namaz qılanları muşrik adlandırırlar. Onlaraı möhürə pərəstiş etməkdə ittiham edirlər. Bu qanamaz inadkarlar başa düşmək istəmirlər ki, möhürə səcdə etməklə möhürün üstünə səcdə etmək tamam ayrı-ayrı məfhumlardırlar. Möhürün üstünə səcdə edən torpaq ünvanı adı altında onun üstünə səcdə edir. Səcdəni fəqət Cəlal və Camal sahibi olan yeganə, qüdrətli və əziz olan Allah üçün edir. Yalnız və yalnız o qüdrət sahibi olan Allahı üçün səcdə etməyi layiq bilir.
Şiələr sünnüləri hara və nəyin üstünə gəldi səcdə etdikləri üçün heç vaxt muşrik adlandırmır. Onların iradları səcdə zamanı üstünə səcdə etdikləri şeylərə diqqətli olmağa çağırmaqdan ibarətdir. Şiələr demirlər ki, siz sünnülər harda yumşaq bir yer tapırsınız alnınızı ora qoyursunuz və ya siz xalçanın üstünə səcdə etdiyiniz üçün məbudunuz xalçadır. Bu səcdə ilə siz müşriksiniz. Bunu yadda saxlamaq lazımdır ki, bir şeyin üstünə səcdə etmək həmin şey üçün səcdə etmək deyildir. Hətta bu iki məfhumun ayrı-ayrı şeylər olduğunu dərk etmək üçün arif olmağa da ehtiyac yoxdur. Necə ki, bütün müsəlmanlar Kəbə evinə tərəf namaz qılırlar. Heç kim demir ki, onlar Kəbə evi üçün namaz qılırlar.
Lakin müsəlmanlar arasında təfriqə yaradıb onları birləşməkdən yayındırmağa çalışanlar möhürün üstünə səcdə etməyi “möhürə pərəstiş” kimi camaata çatdırmağa çalışırlar. Onlar bir şeyin üstünə səcdə etməklə həmin şey üçün səcdə etməyin arasında fərq olduğunu ya başa düşmürlər ya da başa düşmək istəməmirlər. Əgər şiə möhürün üstünə səcdə etməklə möhürpərəst muşrik olursa onda sünnü də xalçanın üstünə səcdə etdiyi üçün xalçapərəst muşrik olmalıdır.
Məqalə Ayətullah Seyyid Cəfər Seyyidanın eyni adlı kitabından istifadə olunmaqla tərtib olundu
VƏ NIYƏ SÜNNÜ MƏZHƏBLƏRI MÖHÜRDƏN ISTIFADƏ ETMIRLƏR?
Sünnü məzhəblərinin başçılarının Qurani-kərimin ayələrini öz təfəkkürlərinə uyğun camaat üçün təfsir edib müsəlmanlar arasında qondarma rəvayətləri yaydıqlarından islam şəriətinə çoxlu sayda bidətlər daxil etdilər. Və onların bidətlərindən biri də torpağa səcdə məsələsidir. Onlar özlərindən fikiryürüdüb hər bir şeyi torpaq adlandırıd ona səcdə etməyin caiz olduğu haqda höküm verdilər. Bir halda ki çox şeylər paltar, xalça, kilim, mədən filizləri tarpaq sayılmırlar. Rəsulullahın (s) bu hədisi sünnü və şiə tərəfindən mtəvatir hədisdə nəql olunub ki, O, həzrət buyurub:- “Torpaq mənim üçün səcdəgah və pakedici qərar verilib”(Vəsailuş-şiə cild.3. səh. 350)
Bu hədisə əsasən şiələr həmişə özləri ilə bir parça torpaq götürürlər ki, çox zaman getdikləri yerdə səcdə etmək üçün döşəməyə sərilmiş xalça palazı eşələmək lazım gəlməsin deyə həmin torpaq parçasının üstünə səcdə etsinlər. Həminn torpaq parçasına ərəb dilində “türbət” və fars dilində “möhür” deyilir. Deməli şiə əslində topağın üstünə səcdə edir torpaq üçün səcdə etmir. Çünki səcdə yalnız və yalnız Allaha məxsusdur.Bu da Rəsulullahın sünnətidir. Bununla da Qurani kərimin bu ayəsinə ciddi əməl edirlər: “Həqiqətən, Allah Rəsulunun simasında siz Allaha və qiyamət gününə ümid bəsləyib Allahı çox zikr edənlər üçün gözəl örnək vardır!”
Hacı Elman İbadov kerrar@mail.ru



http://islamiyyet.uc...m/18-100-1#1259

Сообщение отредактировал İravani: 11 марта 2009 - 18:36

Bir şam digərini yandırmaqla işığından heç nə itirməz..

#92 Əba Əli

Əba Əli

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 03 октября 2009 - 03:40

Bismlləhir Rahmənir Rəhim. Əlhəmdülillahi Rabbil aləmin.
Əssalamu Əleykum.
Qardaşlar (Bağışlayın ki adları bir bir sadalamıram). Vallahi Sizin əziyyətinizə heyfim gəlir. Bu qədər Quran ayəsi, bu qədər hədisi dəlil sübut gətirəndən sonra bir kəs ki tərsliyə salıb heç nəyi qəbul etmir, o kəsin hökmü Allahın əlindədir. Demək ki Allah Təala o kəsin hidayətini istəmir. Nə yazılanı oxuyur, nə bir suala məntiqlə cavab verir nə də haqq olanı qəbul edir. İşi gücü ya suala sualla cavab vermək (yəhudi variantı) , ya da söhbəti başqa məcraya yönəltməkdir. Qəbul eləmir möhürü, neynək qəbul eləməsin.Özü bilər, Allahı bilər. Düzdür ki hər bir müsəlmanın borcu əmr be mərufdur. Amma haqqı qəbul etməyənə nə çarə var?
Nuh peyğəmbər (ə) 950 il risalə elədi cəmi 80 nəfər hidayət olundu. İndi 80 nəfər 1 nəfərə haqqı çatdıra bilmir. Nə pis zəmanədi !
Bir kəsin ki məqsədi haqqı axtarmaq yox , provakasiya xarakterli suallarla fitnə - fəsad törətməkdirsə özünüzü yormayın, vaxtınıza və əməyinizə qiymət verin. Sizdə olan səbrə qidtə edirəm. Maşallah !
Bir də ki Allah sizlərdən razı olsun. Sayənizdə biliklərimizi artırırıq. Allah min savabını yetirsin.
Vəssalam.

#93 AL_Qadir

AL_Qadir

    Jundi – Soldier

  • Ibtidai
  • 6 сообщений

Отправлено 03 октября 2009 - 10:40

Bismlləhir Rahmənir Rəhim. Əlhəmdülillahi Rabbil aləmin.
Əssalamu Əleykum.
Qardaşlar (Bağışlayın ki adları bir bir sadalamıram). Vallahi Sizin əziyyətinizə heyfim gəlir. Bu qədər Quran ayəsi, bu qədər hədisi dəlil sübut gətirəndən sonra bir kəs ki tərsliyə salıb heç nəyi qəbul etmir, o kəsin hökmü Allahın əlindədir. Demək ki Allah Təala o kəsin hidayətini istəmir. Nə yazılanı oxuyur, nə bir suala məntiqlə cavab verir nə də haqq olanı qəbul edir. İşi gücü ya suala sualla cavab vermək (yəhudi variantı) , ya da söhbəti başqa məcraya yönəltməkdir. Qəbul eləmir möhürü, neynək qəbul eləməsin.Özü bilər, Allahı bilər. Düzdür ki hər bir müsəlmanın borcu əmr be mərufdur. Amma haqqı qəbul etməyənə nə çarə var?
Nuh peyğəmbər (ə) 950 il risalə elədi cəmi 80 nəfər hidayət olundu. İndi 80 nəfər 1 nəfərə haqqı çatdıra bilmir. Nə pis zəmanədi !
Bir kəsin ki məqsədi haqqı axtarmaq yox , provakasiya xarakterli suallarla fitnə - fəsad törətməkdirsə özünüzü yormayın, vaxtınıza və əməyinizə qiymət verin. Sizdə olan səbrə qidtə edirəm. Maşallah !
Bir də ki Allah sizlərdən razı olsun. Sayənizdə biliklərimizi artırırıq. Allah min savabını yetirsin.
Vəssalam.


Allahin salami ve bereketi uzerine olsun! Allah imanini kamil etsin qardaw

#94 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 октября 2009 - 11:46

.

Yüz illər boyunca Əhli-beytə məhəbbəti olanlar namaz vaxtı bu pak torpağın üstünə səcdə etməyi özlərinə fəxr biliblər. Kərbəla torpağı bütün torpaqlar içində ən fəzilətli olduğu üçün, onun üzərinə səcdə etmək də xüsusi üstünlüyə malikdir. İmam Hüseynin (ə) öz oğlu, aşuranın şahidi İmam Zeynu'l Abidindən (ə) başlayaraq, məsum imamlar özləri Kərbəla torpağı üzərinə səcdə etmiş və başqalarını da buna çağırmışlar. Rəvayət edirlər ki, İmam Cəfər Sadiq (ə) sarı diba parçanın (canamazın) arasında İmam Hüseyn (ə) türbətini saxlayırdı. Namaz vaxtı torpağı səccadənin üstünə səpir, onun üzərinə səcdə edir və buyururdu: «Hüseyn (ə) türbətinə səcdə etmək göylərin yeddi pərdəsini yırtar (yəni insanın duasının səma qatlarından keçib Allah dərgahına maneəsiz çatmasına səbəb olar)» («Mənahilu'l-əbrar vi təlxisi Bihari'l-ənvar», cild 14, səh. 121).
.




buna delilin var?



Sual kimə ünvanlanıb?



eger bunu cavabinda yazmisansa,demeli sene...

Qoy SUBHANİ məni bağişlasin,amma mən balaca offtop eləyəcəm,Bizim coxumuza bəlli olan başqa bir forumda(orada bizim AL-FATH moderatordur)Bir necə nadan sləfi vardi ki,verilən və yazilan butun dəlil və cavablara,qramofon vali kimi təkrar sual yazirdilar.Suallar də elə əvvəl verilən suallar idi.Bu HAFİZ.AKUDA,ƏSL ŞİƏ bir necə addan istifadə edən sələfciyəzlərd.Sənin də suallarinin davamiyyəti onlari xatirladir.Cunki bu qədər dəlil və cavablardan sonra mortani da imana gələrdi! Ay qatiqi qara sayanlar,bəsdir gunəşin uzundə ləkə axtardiniz!Axir kor olacaqsiniz ,qəlbiniz,duşuncəniz,amaliniz hec,Allah imaniniza da mohur vurub? Səcdənin torpağa edilməsi haqqinda 1000 -lərlə islam aliminin və muştəhidinin fətvasi var! Mutləq lazimdir ki,oradan da bir əmma fikirləşəsiniz? Bir də sizin cəmaliniza bir sual guppuldadim: Hansi fətvaya əsasən musəlmanlarin boş xalcaya və ya bir birinin gundəyməzinə səcdə etməsi səhihdir?
Cox sələfciklər səcdənin mohurə( yəni torpağa) edilməsini şirk sayirlar və dje biri mohurə təpik vurmasi ilə qurrələndi o forumda.Axi ay bedbaxtlar hər şeydən əvvəl mohurun uzərində"ALLAH sozi və ALLAH kəlami" yazilmişdir və bu torpaq Kəbənin muqəddəs torpaşidir ki.onu gormək hər bir musəlmana nəsib olan xoşbəxtlik deyil! Deməli təpik vurmaq elmi sələfciklərdə o qədər inkişaf edib ki.... NƏ isə ALLAH hidayət eləsin.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#95 MIROTVORES70

MIROTVORES70

    SHOOTER

  • Emir
  • 4 604 сообщений

Отправлено 03 октября 2009 - 11:51

Bismlləhir Rahmənir Rəhim. Əlhəmdülillahi Rabbil aləmin.
Əssalamu Əleykum.
Qardaşlar (Bağışlayın ki adları bir bir sadalamıram). Vallahi Sizin əziyyətinizə heyfim gəlir. Bu qədər Quran ayəsi, bu qədər hədisi dəlil sübut gətirəndən sonra bir kəs ki tərsliyə salıb heç nəyi qəbul etmir, o kəsin hökmü Allahın əlindədir. Demək ki Allah Təala o kəsin hidayətini istəmir. Nə yazılanı oxuyur, nə bir suala məntiqlə cavab verir nə də haqq olanı qəbul edir. İşi gücü ya suala sualla cavab vermək (yəhudi variantı) , ya da söhbəti başqa məcraya yönəltməkdir. Qəbul eləmir möhürü, neynək qəbul eləməsin.Özü bilər, Allahı bilər. Düzdür ki hər bir müsəlmanın borcu əmr be mərufdur. Amma haqqı qəbul etməyənə nə çarə var?
Nuh peyğəmbər (ə) 950 il risalə elədi cəmi 80 nəfər hidayət olundu. İndi 80 nəfər 1 nəfərə haqqı çatdıra bilmir. Nə pis zəmanədi !
Bir kəsin ki məqsədi haqqı axtarmaq yox , provakasiya xarakterli suallarla fitnə - fəsad törətməkdirsə özünüzü yormayın, vaxtınıza və əməyinizə qiymət verin. Sizdə olan səbrə qidtə edirəm. Maşallah !
Bir də ki Allah sizlərdən razı olsun. Sayənizdə biliklərimizi artırırıq. Allah min savabını yetirsin.
Vəssalam.

Qardaşim haqq ALLAHDİR və ondan başqa haqqin shibi yoxdur! Sələfciyəzlərimiz isə haqqin ancaq onlara məxsus olmasini isbat edirlər! Deməli belə cixir ki onlar....Nozənbillah haaa.
Быть ШАХИДОМ для менья честь и великая мечта.Я скажу Амин,и Вы скажите!



Изображение

#96 fidan

fidan

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 549 сообщений

Отправлено 07 октября 2009 - 12:32

Yüz illər boyunca Əhli-beytə məhəbbəti olanlar namaz vaxtı bu pak torpağın üstünə səcdə etməyi özlərinə fəxr biliblər. Kərbəla torpağı bütün torpaqlar içində ən fəzilətli olduğu üçün, onun üzərinə səcdə etmək də xüsusi üstünlüyə malikdir. İmam Hüseynin (ə) öz oğlu, aşuranın şahidi İmam Zeynu'l Abidindən (ə) başlayaraq, məsum imamlar özləri Kərbəla torpağı üzərinə səcdə etmiş və başqalarını da buna çağırmışlar. Rəvayət edirlər ki, İmam Cəfər Sadiq (ə) sarı diba parçanın (canamazın) arasında İmam Hüseyn (ə) türbətini saxlayırdı. Namaz vaxtı torpağı səccadənin üstünə səpir, onun üzərinə səcdə edir və buyururdu: «Hüseyn (ə) türbətinə səcdə etmək göylərin yeddi pərdəsini yırtar (yəni insanın duasının səma qatlarından keçib Allah dərgahına maneəsiz çatmasına səbəb olar)» («Mənahilu'l-əbrar vi təlxisi Bihari'l-ənvar», cild 14, səh. 121).

Həmçinin, rəvayətə görə, İmam Sadiq (ə) Allah qarşısında təvazökarlıq məqsədilə Hüseynin (ə) türbətindən savayı heç nəyin üzərinə səcdə etməzdi (həmin mənbə, cild 12, səh. 389).

Hədis kitablarında rəvayət edilir ki, On ikinci İmamın (ə) kiçik qeybət dövründə yaşamış Abdullah ibn Cəfər Himyəri ona məktub yazıb, İmam Hüseyn (ə) türbətindən hazırlanmış möhürün üzərinə səcdə etməyin bir üstünlüyü olub-olmadığını soruşur. On ikinci İmam (ə) cavab məktubunda bildirir ki, belə səcdənin böyük fəziləti vardır («Mənahilu'l-əbrar», cild 12, səh. 388; həmçinin, Ayətullah M.H.Kaşifu'l-Qita – «Yer üzü və Hüseyn (ə) torpağı», səh. 149).

Hicri III əsrdə (kiçik qeybət dövründə) Kərbəla torpağından möhür düzəldilməsi faktının mövcudluğu, hələ o dövrdə bunun adət kimi yayıldığını düşünməyə əsas verir (İmadzadə İsfahani – «İmam Hüseynin (ə) həyatı», səh. 855).

Mərhum Şeyx Abbas Qummi «Məfatihu'l-cinan» kitabında yazır ki, bir nəfər üçün İmam Rza (ə) Xorasandan hədiyyə göndərmişdi. Hədiyyəni alan adam boxçanı açanda içində bir az torpaq olduğunu görür. Hədiyyəni gətirəndən bu torpağın nə olduğunu soruşur. Cavab verir ki, bu, İmam Hüseyn (ə) türbətidir. İmam Rza (ə) kimin üçün nə hədiyyə göndərirsə, arasına bir az bu torpaqdan tökür və buyurur: «Bu torpaq Allahın izni ilə bütün bəlalardan amandır».

Kərbəla türbətindən hazırlanmış təsbehi çevirmək və onunla zikr etmək böyük savaba malikdir. İmam Sadiq (ə) bu barədə belə buyurmuşdur: «Hər kimdə İmam Hüseyn (ə) qəbrinin torpağından hazırlanmış təsbeh varsa, hətta onu çevirib zikr etməsə də, bunu etmiş qədər savab qazanar» (Şeyx Səduq – «Mən la yəhzuruhu'l-fəqih», cild 1, səh. 268, hədis 829).

İmam Musa Kazimdən (ə) rəvayət edirlər ki, bizim tərəfdarlarımız (şiələrimiz) dörd şeydən ehtiyacsız deyillər. Həmin dörd şeyin biri də Hüseynin (ə) qəbrinin torpağından hazırlanmış 33 dənəli təsbehdir («Mənahilu'l-əbrar», cild 14, səh. 120).

Müstəhəbdir ki, vəfat etmiş şəxsin kəfəninin üstünə duaları türbət qarışdırılmış su ilə yazsınlar, mərhumun hənutuna azacıq türbət qatsınlar, qəbrin içinə bir az türbət qoysunlar. Əgər ayaqyolunun su yoluna türbət düşsə, mümkündürsə çıxarsınlar, mümkün olmasa, həmin suyolundan daha istifadə etməsinlər.

Həmçinin, körpə uşaqlara təbərruk kimi azacıq Kərbəla türbəti yedizdirmək də faydalıdır. İmam Sadiq (ə) bu barədə belə buyurub: «Uşaqlarınıza Hüseyn (ə) türbəti dadızdırın; çünki o, hər bəladan amandır» («Mənahilu'l-əbrar», cild 14, səh. 119; «Mizanu'l-hikmə», cild 2, səh. 941, hədis 6170).


Feyz Kaşani Səfəvi hökmdarına göndərilən xaçpərəst alimi bir ovuc Kərbəla torpağı vasitəsilə müsəlman edib. Bu qonaq qeyri -adi istedada malikmiş. Qarşısındakı insanın ovucunda nə gizlətdiyini bilirmiş. Feyz Kaşani əlində Kərbəla torpağı gizlədir. Alim çox fikirləşir amma məğlub olub deyir ki, mənə elə gəlir sənin ovucunda behişt torpağı var, amma bilirəm ki, bu qeyri-mumkündür. İnsan behiştdən torpaq əldə edə bilməz. Onda Feyz Kaşani əlindəki Kərbəla türbətin ona göstərir və və Ona İmam Hüseyin (ə.s.) və onun dəfn olunduğu yer haqqında danışır. Xaşpərəst alim dəbundan sonra müsəlmanlığı qəbul edir.

Ümid edirəm offtop deyil :rolleyes:
Şah Xətai seyrə çıxdı, açdı Hürrün qəbrini,
Bar-İlaha, əfv qıl kim, tövbəkaram doğrusu.


Nə çoxdur ibrətlər. Nə azdır qəbul edənlər.

#97 nardarani

nardarani

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 590 сообщений

Отправлено 04 декабря 2009 - 11:45

Bu qara zənci qabağında yer ola ola niyə müsəlman qardaşının ombasına səcdə edir?

Прикрепленные изображения

  • 2.jpg

«لبيــــــــك خــــــــامنئي »


#98 l-nur

l-nur

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 299 сообщений

Отправлено 25 декабря 2013 - 11:43

Ayatullah Kamal Heydəri - Səcdə nəyə edilməlidir?


http://www.youtube.com/watch?v=iTbG2fZ0TG8


Имам Али, да будет над ним мир, сказал: Берегитесь нападок знатного, когда он голоден, и низкого, когда он сыт.

#99 qulam

qulam

    Mulazzim Awwal – 1st lieutenant

  • Murid
  • 501 сообщений

Отправлено 29 декабря 2013 - 23:43






Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru