ŞIƏLƏR NIYƏ NAMZDA TORPAQDAN ISTIFADƏ EDIRLƏR?
Məsələnin daha gözəl aydın olması üçün bir neçə nöqtəyə diqqətinizi cəlb edirik:
1. Şiə alimləri Peyğəmbər sünnəsinə istinad edərək möhkəm dəlillərlə əsliyəti torpaq olan bütün şeylərə, həmçinin torpaqdan bitən, amma yeməkdə geyilməkdə istifadə olunmayan bitkilərin üstünə səcdə etməyin səhih olduğuna fətva veriblər. Ona görə də torpaq, daş ağac, həsir, kağız və yarpağın üstünə səcdə etmək caizdir. Amma rezin, cəvahirat, neftdən hazırlanmış məhsulların, sintetik və yun parçaların üstünə səcdə etməyin caiz olmamasına fətva veriblər.
2. Rəsulullahın (s) zamanında evlər və məscidlər indiki kimi yun və ya sintetik xalçalarla döşənməmişdi. Əksər hallarda torpaq və ya həsirlə döşənmiş olurdu. Bəzi hallarda qonağın altına bir tikə qoyun dərisi (keçə) salırdılar. Ona görə də namazda səcdə etmək üçün ayrı bir şey qoymağa ehtiyac yox idi. Onlar torpağa ya yerə sərilmiş həsirin üstünə səcdə edirdilər. Otağın içi kilimlə örtülmüş və ya nəcis olanda onda dəsmalın içinə bir miqdar torpaq qoyob onun üstünə səcdə edirdilər. Necə ki, şiə rəvayətlərində nəql olunub İmam Sadiq (ə) Kərbəla torpağından bir az dəsmala büküb namaz vaxtı onu açardı və o torpağın üstünə səcdə edərdi. Zaman keçdikcə günbəgün evlərin və məscidlərin içini xalçalarla, kilimlərlə döşəmək adi hala çevrilməyə başladı. Digər tərəfdən namaz qılan şəxsin torpağı özü ilə gəzdirməsi problemə çevrilirdi. Çünki hər dəfə namaz üçün həmin bağlamanı açıb sərmək ətrafın bulaşmasına səbəb olurdu. Paltarların və ətrafın tozla bulaşmasının qabağını almaq üçün torpağı isladıb qurutmaq fikrinə düşdülər. Bu adi hal alandan sonra fars və türk dillərində möhür ərəb dilində isə türbət adı ilə məşhurlaşdı.
3. Şiə və sünnü rəvayətlərində nəql olunub ki, Rəsulullah da torpağa və ya bəzi nəbatətdən hazırlanmış həsirə səcdə edirdi. Nümunə üçün həmin rəvayətlərdən bir neçəsini əhli sünnətin hədis kitablarından nəql edirik:
a) Vail ibn Hicr rəvayət edib:- Həmişə görürdüm ki, Rəsulullah səcdə edəndə alnını və burnunu torpağın üstünə qoyardı. (Əhkamul-Quran, müəllif Cəssas, bab əs-sucud ələl-vəch 5/26)
Rəsulullahın xanımı Aişə rəvayət edib:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130)
v) Cabir ibn Əbdullah Ənsari deyir:- Əbu Səid Xudri mənim üçün rəvayət edib:- Rəsulullahın yanına getmişdim və onu həsirin üstünə səcdə etdiyi halda gördüm.(əs-Sunənul-kubra, kitabus-səlat, bab əs-səlatu ələl-həsir 2/421, Sünəne ibn Macə kitabu iqamətis-səlati vəs-sünnə 1/328 bab əs-səlatu ələl-xumrə hədis 1029)
q) Rəsulullahın xanımı rəvayət edib:-Rəsulullahın bir həsiri var idi, namaz qılanda onu sərib üstündə namaz qılardı.(Fəthul-bari, kitabus-səlat, bab 20 əssəlatu ələl-həsir 1/491)
d) Ənəs ibn Məlik, İbni Əbbas və Rəsulullahın xanımları (Aişə, Ummu Sələmə və Meymunə) rəvayət ediblər:-Çox vaxt rəsulullah xurma liflərindən toxunmuş həsirin üstünə səcdə edirdi.(Sünəne ibn Macə, kitab iqamətis-səlat vəs-sünnə 1/328 bab əs-səlatu ələl-xumrə hədis 1028 ,1/328, əs-Sünənul-kubra, Beyhəqi, kitabus-səlat, bab əs-səlatu ələl-xumrə 2/421, Səhih Buxari kitbus-səlat, babus-səlati ələl-xumrə 1/231)
j)Muslim ibn İbrahim Qurrə ibn Xaliddən nəql edib:-Məsruq ibn Əcdə tabeinlərdən (Peyğəmbəri görməyib, onu görən səhabələrilə həmsöhbət olanlara tabein deyilir)idi, səfərə çıxanda gəmidə namaz qılmaq üçün özü ilə bir kəssək götürərdi. (Təbəqatul-kubra, Məsruq ibn Əcdənin 6/141)
İbni Əbbasın nökəri Rəzin rəvayət edib:-Əli İbn Əbdullah ibn Əbbas (r.ə) mənə yazmışdı:- Mərvədən mənə bir daş parçası göndər. Namazımda onun üstünə səcdə edim.(Əxbaru Məkkə2/151)
Nafe rəvayət edib:-Əbdullah ibn Ömər həmişə səcdə edəndə başındakı əmmaməni arxaya verirdi ki, səcdə etdiyi zaman alnını toroağın üstünə qoysun. (əs-sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105) Bu rəvayətlərədən məlum olur ki, səhabələr parçanın, əmmamənin və paltarların ətəyinə səcdə etməməyə diqqət ediblər. Əgər onlar isti havada belə şeylərin üstünə səcdə etsəydilər bu daha rahat olardı. Daha maraqlısı budur ki, səhabələr bəzi rəvayətlərdə müsəlmanların istidən əziyyət çəkdikləri haqda rəsulullaha şikayət etdilər. Rəsulullahın möminlərə yüksək dərəcədə mehriban olduğuna baxmayaraq onların bu şikayətlərinə məhəl qoymadı. “Sizin özünüzdən sizə bir peyğəmbər göndərdik ki, əziyyətə düşməyiniz ona çox ağır gəlir. Sizə çox (hidayət olmağınız üçün) hərisdir möminlərlə şəfqətli və mehribandır”(Tövbə. ayə 128) Əgər İlahi izn olsaydı onda Rəsulullah onlara paltar və parçanın üstünə səcdə etməyə icazə verərdi. Nəticədə verdiyi icazə haqda bizə xəbər yetişəcəkdi.
Xubab ibn Ərt rəvayət edir:-Biz Rəsulullaha, istinin şiddətindən şikayət etdik ki, əllərimiz və ayaqlarımız yanır. Həzrət əhəmiyyət vermədi və buyurdu ki, gün əyiləndən sonra namazınızı qılın . (əs-sünənul-kubra, kitabus-səlat, 1/439 və 2/105 və 2/105)
Muslim səhihində Xubab ibn Ərtdən nəql edir:-Biz Rəsulullahın yanına gəldik və istidən şikayət etdik. Rəsulullah bizim şikayətimizə əhəmiyyət vermədi.(Səhih Muslim, kitabul-məsacid və məvaziussəlat1/433)
4. Şiələrin səcdə üçün caiz saydıqları şeylər bütün məzhəblər tərəfindən qəbul olunur. Yəni səcdə zamanı alnımızı torpağın, daşın, kağızın, ağacın və bu kimi şeylərin üstünə qoyanda heç bir məzhəb bunun caiz olduğunu inkar etmir. Heç kim namazımızın batil olduğunu iddia edə bilməz. Şiə və sünnü məzhəbləri arasında bu məsələdəki fərq şiələrin saydıqlarımız şeylərdən başqa şeylərin üstünə səcdənin batil olmasını iddia etmələridir. Yəni xalça, kilim, yun parçalar, dəmir, rənglənmiş taxtalar, plastik əşyaların üstünə səcdə caiz deyil. Deməli namaz qılan səcdə zmanı alnını pak torpağın, daşın, qumun və..... üstünə qoysa daha möhürə ehtiyac yoxdur.
5. Yeməli şeylərin üstünə niyə səcdə etmək olmaz?
Hişam ibn Həkəm İmam Sadiq (ə)-dan hansı şeyləri üstünə səcdənin caiz və hansı şeylərin üstünə caiz olmadığı haqda sual etdi. İmam (ə) buyurdu:- Torpağa və yeməkdə və geyilməkdə istifadə olunmayan bitkilərə səcdə etmək olar.
Hişam dedi:- Canım Sizə fəda olsun! Bu hökmün səbəbi nədər?
İmam buyurdu:- Səcdə Allahın müqabilində xuzu və zəlilliyini göstərməkdir. Elə isə səcdənin yeməli və geyinməli şeylərin üstünə olması yaxşı deyil. Çünki dünyaya vurulanlar yeməli və geyilməli şeylərə nökərləridirlər. Amma səcdə edən Cəlal və Camal sahibi olan Allaha ibadət halında olur. Ona görə də dünya vurğunlarının məbudunun üstünə alnını qoyıb səcdə etmək yaxşı deyil. Həqiqətdə dünya malına vurulanlar yeməli və geyilməli şeylərə aşiq olub onlara səcdə edirlər.
6. Torpağa səcdənin vacib olduğunu sübuta yetirən rəvayətlərdən biri sünnü və şiə kitablarında Rəsulullahdan nəql olunmuş hədisdir:-“Torpaq mənim üçün səcdəgah və pakedici qərar verilib” (Vəsailuş-şiə, kitabus-səlat 3/593, Səhih Buxari kitabu təyəmmum hədis 323, 1/209) Bu hədisə əsasən siə alimləri yalnız mahiyyəti torpaq sayılan şeylərin (torpaq, daş, taxta, kağız, ot kimi) üstünə səcdə etməyin caiz olduğu haqda fətva veriblər.
7. Şiə alimləri bu mövzunu isbat etmək üçün əhli sünnətin kitablarından istifadə edib yalnız torpağın və ondan bitən şeylərin üstünə səcdənin səhih olduğunu göstəriblər.
İbni Əbbas rəvayət edib:- Rəsulullah soyuq havada sübh namazı qılanda soyuqdan əllərini və ayaqlarını hifz etmək üçün ağ əbasına bükərdi. (Sunəne kubra, kitabus-səlat bab mən səcədə ələyhima fi sovbihi 2/108)
Əbdullah ibn Əbdurrəhman babasında rəvayət edib:- Rəsulullah (s) Bəni Əşhəl tayfası ilə namaz qılanda gördüm ki, əbasını özünə bükmüşdi. Rəsulullah səcdə edəndə əllərini onun üstünə qoyurdı ki, bununla özünü torpağın soyuqdan qoruyurdu. (Sunəne ibni Macə kitab iqamə)
Amma heç bir hədisdə nəql olunmayıb ki, Rəsulullah soyuq havada və ya palçıqlı yerdə namaz qılanda torpaqla alnı arasında bir şey qoyub alnının bir başa torpağa yetişməsinə mane olsun. Bu yerdə yenə də Aişənin nəql etdiyi rəvayəti xatırlatmağı lazım bilirik:- Mən heç vaxt görmədim ki, Rəsulullah səcdə etmək istəyəndə bir şeyin vasitəsilə alnını birbaşa yerə qoymaqdan pəhriz etsin. (Kənzul-ummal, bab əs-sucud və ma yətəəlləqu bihi, musnəde Əbdullah ibn Əbbas hədis 22241, 8/130) Çoxlu sayda rəvayətləri təhlil edəndə görürük ki, hətta başqaları bu işi görmək istəyəndə Rəsulullah (s) onları çəkindirirdi. Bu haqda nəql olunmüş bir neçə rəvayəti nümunə kimi diqqətinizə çatdırırıq.
a) Əyaz ibn Əbdullah:- Rəsulullah (s) bir kişinin əmmaməsinin üstünə səcdə etdiyini görəndə əli ilə ona işarə etdi ki, əmmaməsini alnından yuxarı çəksin. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105)
Rəsulullah onun yanında namaz qılan bir kişinin səcdə edəndə əmaməsinin alnına düşdüyünü gördikdə özü onun əmmaməsini alnından yuxarı çəkdi. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105)
v) Sünəne Beyhəqi və Kənzul-ummal kitablarında Əli (ə)-dan nəql olunub:-Sizlərdən hər kəs namaz qılanda gərək əmmaməsini alnından yuxarı çəksin. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, babul-kəşfi ənil-cəbhəti fis-sucud 2/105, Kənzul-ummal kitabus-səlat min qismil-əfalis-sucud və ma yətəəlləqu bihi 22250-ci hədis 8/131)
Bütün bu hədislərdən məlum olur ki, yeddi səcdə əzalarından səcdə zamanı fəqət alın gərək torpağa qoyulsun. Qalan altı əzadan fərqli olaraq alınla torpaq arasnda maneə olmamalıdır. Mümkündür ki, bundan sonra yenə də bir inadkar tapılıb və desin ki, əmmamə bədənə birləşdiyindən Rəsulullah əmmaməni yuxarı çəkməyə əmr etmişdir. Cavabında deyirik:-şəri hökümlər şəxsi ehtimallarla yox möhkəm dəlillərlə əsaslandırılmalıdır. Burada dəlil olmadığından qəti surətdə deyirik səcdə fəqət alının bir başa torpağa qoyulması ilə öz həqiqətini tapır. Digər tərəfdən əgər parçanın üstünə səcdə etmək caiz olsaydı onda şiddətli istidə və soyuqda Rəsulullah əshaba əmmamənin üstünə səcdə etməyə icazə verərdi.
8. Şiə və sünnü kitablarında nəql olunmuş rəvayətlərin bəzilərində torpağa səcdə etməyə dair hədislər aydın surətdə müşahidə olunur.
a) Rəsulullahın xanımı Ummu Sələmə o Həzrətdən (s) rəvayət edib:-Üzünüzü Allaha görə torpağa qoyun. (Kənzul-ummal kitabus-səlat, əs-sucud və ma yətəəlləqu bihi 19809-cu hədis 7/465)
Xalidul-xuza rəvayət edib:- Rəsulullah gördü ki, Suhəyb səcdə edəndə torpağa bulaşmasından pəhriz edir. Rəsulullah (s) ona buyurdu:- Ey Suheyb üzünü torpağa aludə et (yəni üzünü torpağa qoy!) (əl-Mushəf Əbdurrəzzaq ibn Həmmam, bab səlat ələs-səfa vət-turab 1527-ci hədis, 1/391, (Kənzul-ummal kitabus-səlat, əs-sucud və ma yətəəlləqu bih, 19810-cu hədis 7/465)
v) İrşadus-sari, bab əs-səlat ələl-həsir 1/405:-Rəsulullah (s) Məaza buyurdu:- üzünü torpağa aludə et (yəni üzünü torpağın üstünə qoy!)
q) Mustədrək ələs-səhihəyn, kitabu səlat, babut-təmin 1/271,404:-Rəsulullah (s) Ribah adlı bir nəfərə dedi:-Ey Ribah üzünü torpağa aludə et (yəni üzünü torpağın üstünə qoy!)
d) İbn Əbbas Rəsulullahdan rəvayət edib:-Hər kəs səcdə edəndə alnını və burnunu torpağa sürtməsə (torpağın üstünə qoymasa) namazı namaz deyil. (Beyhəqi, əs-Sünənul-kubra, kitabus-səlat, bab ma caə fis-sucudi ələl-ənf 2/104)
Nəql olunan hədislərdən məlum olur ki, səcdə zamanı alını torpağa qoymağın vacibliyi sübuta yetmiş bir hökümdür. Hədisdə deyilir ki, necə ki, alını torpağa qoyursunz o cür də burnunuzu yerə qoyun. Əlbəttə şiə alimləri bu hədislərə əsasən burunun torpağa qoyulmasının müstəhəb olması haqda fətva veriblər.
9) Mümkündür torpağın üstünə səcdə etməyin hikməti bundadır ki, bəndə özünün zəlil olduğunu bu əməli ilə məbudunun önündə ən yüksək həddə bəyan edir. Bəndə alnını torpağa qoyanda bütün təkəbbür hislərini sındırır. Sözümüzün təsdiqini şiə alimlərindən Tərihinin və sünnü alimlərindən İbni Əsirin Rəsulullahdan (s)nəql etdikləri rəvayətdə tapırıq.
“Sizlərdən hər kəs namaz qılanda gərək alnını və burnunu torpağa qoysun. Bununla da təkəbbür onun qəlbindən xaric olsun”(Məcməul-bəhrəyn, Tərihi 6/76 “Qəm” maddəsi, ən-Nihayə fi ğəribil-hədis vəl-əsər İbni Əsir )
10) Yalnız və yalnız Allaha səcdə etmək caizdir. İstər sünnü və istərsə də şiələr fəqət Allah üçün səcdə edirlər. Lakin səcdə zamanı bəziləri alınlarını fəqət torpağa və ya torpaqdan bitən, amma yeməli və geyməli olmayan şeylərin üstünə qoyurlar. Onlar bunlardan qeyrilərinin üstünə səcdə etməyi caiz bilmirlər. Bəzi müsəlmanlar isə səcdədə hər nəyin üstünə gəldi alını qoymağı caiz bilirlər. Çox təəssüflər olsun ki, bəziləri qanmazlıqdan və bəziləri də inadkarlıqdan fəqət torpağın üstünə səcdəni caiz bildikləri üçün məscidlərdə və sair xalça və ya kilim döşənmiş yerlərdə torpaqla bulaşmasın deyə möhür qoyub namaz qılanları muşrik adlandırırlar. Onlaraı möhürə pərəstiş etməkdə ittiham edirlər. Bu qanamaz inadkarlar başa düşmək istəmirlər ki, möhürə səcdə etməklə möhürün üstünə səcdə etmək tamam ayrı-ayrı məfhumlardırlar. Möhürün üstünə səcdə edən torpaq ünvanı adı altında onun üstünə səcdə edir. Səcdəni fəqət Cəlal və Camal sahibi olan yeganə, qüdrətli və əziz olan Allah üçün edir. Yalnız və yalnız o qüdrət sahibi olan Allahı üçün səcdə etməyi layiq bilir.
Şiələr sünnüləri hara və nəyin üstünə gəldi səcdə etdikləri üçün heç vaxt muşrik adlandırmır. Onların iradları səcdə zamanı üstünə səcdə etdikləri şeylərə diqqətli olmağa çağırmaqdan ibarətdir. Şiələr demirlər ki, siz sünnülər harda yumşaq bir yer tapırsınız alnınızı ora qoyursunuz və ya siz xalçanın üstünə səcdə etdiyiniz üçün məbudunuz xalçadır. Bu səcdə ilə siz müşriksiniz. Bunu yadda saxlamaq lazımdır ki, bir şeyin üstünə səcdə etmək həmin şey üçün səcdə etmək deyildir. Hətta bu iki məfhumun ayrı-ayrı şeylər olduğunu dərk etmək üçün arif olmağa da ehtiyac yoxdur. Necə ki, bütün müsəlmanlar Kəbə evinə tərəf namaz qılırlar. Heç kim demir ki, onlar Kəbə evi üçün namaz qılırlar.
Lakin müsəlmanlar arasında təfriqə yaradıb onları birləşməkdən yayındırmağa çalışanlar möhürün üstünə səcdə etməyi “möhürə pərəstiş” kimi camaata çatdırmağa çalışırlar. Onlar bir şeyin üstünə səcdə etməklə həmin şey üçün səcdə etməyin arasında fərq olduğunu ya başa düşmürlər ya da başa düşmək istəməmirlər. Əgər şiə möhürün üstünə səcdə etməklə möhürpərəst muşrik olursa onda sünnü də xalçanın üstünə səcdə etdiyi üçün xalçapərəst muşrik olmalıdır.
Məqalə Ayətullah Seyyid Cəfər Seyyidanın eyni adlı kitabından istifadə olunmaqla tərtib olundu
VƏ NIYƏ SÜNNÜ MƏZHƏBLƏRI MÖHÜRDƏN ISTIFADƏ ETMIRLƏR?
Sünnü məzhəblərinin başçılarının Qurani-kərimin ayələrini öz təfəkkürlərinə uyğun camaat üçün təfsir edib müsəlmanlar arasında qondarma rəvayətləri yaydıqlarından islam şəriətinə çoxlu sayda bidətlər daxil etdilər. Və onların bidətlərindən biri də torpağa səcdə məsələsidir. Onlar özlərindən fikiryürüdüb hər bir şeyi torpaq adlandırıd ona səcdə etməyin caiz olduğu haqda höküm verdilər. Bir halda ki çox şeylər paltar, xalça, kilim, mədən filizləri tarpaq sayılmırlar. Rəsulullahın (s) bu hədisi sünnü və şiə tərəfindən mtəvatir hədisdə nəql olunub ki, O, həzrət buyurub:- “Torpaq mənim üçün səcdəgah və pakedici qərar verilib”(Vəsailuş-şiə cild.3. səh. 350)
Bu hədisə əsasən şiələr həmişə özləri ilə bir parça torpaq götürürlər ki, çox zaman getdikləri yerdə səcdə etmək üçün döşəməyə sərilmiş xalça palazı eşələmək lazım gəlməsin deyə həmin torpaq parçasının üstünə səcdə etsinlər. Həminn torpaq parçasına ərəb dilində “türbət” və fars dilində “möhür” deyilir. Deməli şiə əslində topağın üstünə səcdə edir torpaq üçün səcdə etmir. Çünki səcdə yalnız və yalnız Allaha məxsusdur.Bu da Rəsulullahın sünnətidir. Bununla da Qurani kərimin bu ayəsinə ciddi əməl edirlər: “Həqiqətən, Allah Rəsulunun simasında siz Allaha və qiyamət gününə ümid bəsləyib Allahı çox zikr edənlər üçün gözəl örnək vardır!”
Hacı Elman İbadov kerrar@mail.ru
http://islamiyyet.uc...m/18-100-1#1259
Сообщение отредактировал İravani: 11 марта 2009 - 18:36