Перейти к содержимому


master_ier

Регистрация: 24 окт 2008
Offline Активность: 22 мар 2020 20:40

#82601 Почему число саляфитов так быстро растет?

Написано master_ier 20 октября 2011 - 09:35

Уважаемый брат, ну мне что поделать если вы русский язык не знаете? Я не сказал что исключительно по этой книге!Т.е. эта книга сыграла большую роль!
Прочитай весь текст, найди там противоречие Исламу, потом выкладывай. Если пока не нашли, лучше ничего не пишите. А то всякие пустяки..ну кому это надо?


Проблемы с русским кажется у тебя.


Ты сказал:

Очень много людей, приняли салафизм.



Я согласен с этим. Они покидали ислам и приняли саляфизм.


Я спрашиваю, до чтении книги Абдул-Ваххаба что за статус у людей было?


#82596 Muaviyə qeyri-müsəlman kimi ölmüşdür!

Написано master_ier 20 октября 2011 - 01:16

Bismillahir-Rəhmanir-Rəhim.


Əli b. əl-Cad kimdir?

əz-Zəhəbi onun barəsində yazır:

علي بن الجعد

ابن عبيد ، الإمام الحافظ الحجة مسند بغداد أبو الحسن البغدادي الجوهري مولى بني هاشم .

ولد سنة أربع وثلاثين ومائة .

حدث عنه : البخاري ، وأبو داود ، ويحيى بن معين ، وخلف بن سالم وأحمد بن حنبل شيئا يسيرا



Əli b. Cad. İbn Ubeyd, imamdır, hafizdir, höccətdir, Bağdadın müsnədidir. Əbu əl-Həsən əl-Bağdadi əl-Cövhəri. Bəni Haşimin azad edilmiş köləsidir. 133-cü ildə anadan olub. Ondan Buxari, Əbu Davud, Yəhya b. Muin, Xələf b. Səlim, Əhməd b. Hənbəl rəvayət etmişdirlər... (Siyər əlam ən-Nubəla, c.10, s.460-468)



əl-Buxari və Əbu Davudun ravilərindəndir. Yəhya b. Muin deyib: siqədir, səduqdur. Salih b. Muhəmməd deyib: siqədir. əd-Darəqutni deyib: siqədir, məmundur. İbn Qəni deyib: siqə səbtdir. Əbu Zurə deyib: hədisdə səduq idi. Əbu Hatim deyib: mutqin və səduqdur. ən-Nisai deyib: səduqdur. (İbn Həcər əl-Əsqəlani, Təhzib ət-Təhzib, c.7, s.256-258, №502)

.

.

.

Kitab: Masail İmam Əhməd b. Hənbəl, s.408, №1866 (Rəvayətçi: İshaq b. İbrahim b. Hani ən-Nisaburi)


muaviya.jpg


سمعت أبا عبد الله، وقال له دلويه: سمعت علي بن الجعد يقول: مات والله معاوية على غير الإسلام


(İbrahim b. Hani deyir:) Eşitdim ki, Əba Abdullah (Əhməd b. Hənbəl) dedi: Dulviyyə dedi: Əli b. Cadın belə dediyini eşitdim: Vallahi Muaviyə qeyri-müsəlman kimi ölmüşdür.



Rəvayətin sənədi:

1. İshaq b. İbrahim b. Hani ən-Nisaburi

əz-Zəhəbi deyib: imamdır, hafizdir. Fiqh və fəzail sahələrində Əhməd b. Hənbəlin böyük tələbələrindən biri olub. Hakim deyib: siqədir, məmundur. Əhməd b. Hənbəl deyib: Əbu İshaq ən-Nisaburi siqədir. əd-Darəqutni deyib: siqədir, fazildir. (əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.13, s.17-19)

2. Əhməd b. Hənbəl

Onun haqqında geniş danışmağa dəyməz. Əhli-sünnənin 4 məşhur imamından biridir.

3. Dulviyyə

əl-Buxari, Əbu Davur, ət-Tirmizi və ən-Nisainin ravisidir. əz-Zəhəbi deyib: Onun adı Ziyad b. Əyyubdur. İmamdır, hafizdir, mutqindir. Dulviyyə kimi tanınır. İbn Həcər deyib: siqədir, hafizdir. Əbu Hatim deyib: səduqdur. ən-Nisai deyib: onda pis bir şey yoxdur. Digər bir yerdə isə deyib: siqədir. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. (İbn Həcər, Təhzib ət-Təhzib, c.3, s.306-307, №654, İbn Həcər, Təqrib ət-Təhzib, c.1. s.343, №2056, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.12, s.121-122).


Beləliklə, rəvayətin sənədinə heç bir irad ola bilməz. Raviləri siqə və etibarlı şəxslərdir.


#82546 «Аль-кафи» аллямы Кулейни.

Написано master_ier 19 октября 2011 - 16:23

Vey-sal,
Шейх и любимец шиитов современности Тиджани Самави в своей книге «Фасалу ахлаль зикр» сказал: «И достаточно будет для тебя знать, к примеру, что самая великая книга для них это «Усуль аль-кафи». Они говорят, что в ней 1000 лживых преданий»Стр. 34.
В "аль Кафи" из 15181 или 15176 хадисов из которых 9484 признаны слабыми.Т.е. больше половины.Только одна треть хадисов (5072) признаны сахих.
Как можно ссылаться на книгу где 2/3 ложные и слабые хадисы? И еще Кулейни приводил часто хадисы не проверяя иснады и рави.Также он приводил хадисы которые переданы не шиитами и не учениками имамов Ахли Бейта,были и зейдиты среди рави,было и так что он приводил хадисы от неприемлимых (гулат) передатчиков.

Тема про это,а вы приводите хадисы из книги разума. Мы не это обсуждаем ведь. У меня нет намерения спорить. Тема конкретная, так что пожалуйста отвечайте по теме.


Боже, что за цитата!!! Из брошюрки нашего дорогого Абу Али Эфенди :nasibi:


Вот полный текст:

ويكفيك أن تعرف مثلا أن أعظم كتاب عندهم وهو "أُصول الكافي" يقولون بأنّ فيه آلاف الأحاديث المكذوبة، ولذلك تجد علماءهم ومجتهديهم دائبين على البحث والتنقيب، فلا يأخذون منه إلاّ الثّابت بالمتن والسند، وما لا يتعارض مع القرآن والعقل.


Шииты не принимают ни какую книгу за Сахих, кроме Корана. Шииты верят что, единственная книга которая 100% сахих, - это Коран. И достаточно будет для тебя знать, к примеру, что самая великая книга для них это «Усуль аль-кафи». Они говорят, что в ней тысячи (а не тысяча 1000) преданий которые ложно приписывался. Поэтому, ученые и муджтахиды шиитов принимают только те хадисы которые достоверность текстов и цепочки передатчиков доказано, и которые не противоречат Корану и разуму.



Понятно?


А что касается процентов недостоверности, приведу для тебя вывод саляфита Шейха Ибн Амин. Достоверные хадисы в 4 книге (Сунан Нисаи, Тирмизи, Абу Давуд и Муватта Малика) 55,6%, то есть 7874 хадисов.


А только в одном книге шиитов 5696 достоверных хадисов.


И еще Кулейни приводил часто хадисы не проверяя иснады и рави.



Слушай, ни пиши что попало тут. Не знаешь, скажи не знаю. Шейх Кулейни не проверял иснады и рави, он только передавал! А проверку сделал Аллама Маджлиси.


#82437 Muaviyəni mənim minbərimdə görsəniz öldürün!

Написано master_ier 17 октября 2011 - 22:06

Bismillah,qardaş,halal elə vvord-ə yazdım və yadda saxladım bunu,amma forumdan olduğunu da,master_ier nikli birinisin yazdığını da qeyd etdim,yəni müəllif hüquqları qorunur,ümumiyyətlə belə özümçün düzəldəcəm,həmişə müəllif hüququ qorunur,halal edin
P.S eləcə də başqaları


Halal olsun. İnşaAllah davam edəcək. Məsləhətdir ki, ən son variantı yadd saxlayasan. Ola bilər nəsə yadıma düşər, əvvəlki sənədlərə də əlavələr edərəm.


#82422 Təvəssül barədə Malik əd-Darın hədisi

Написано master_ier 17 октября 2011 - 17:24

İRAD №3:

هب أن القصة صحيحة فلا حجة فيها لأن مدارها على رجل لم يسم فهو مجهول أيضا وتسميته بلالا في رواية سيف لا يساوي شيئا لأن سيفا هذا - وهو ابن عمر التميمي - متفق على ضعفه عند المتحدثين بل قال ابن حبان فيه : ( يروي الموضوعات عن الأثبات وقالوا : إنه كان يضع الحديث ) . فمن كان هذا شأنه لا تقبل روايته ولا كرامة لا سيما عند المخالفة

( تنبيه ) : سيف هذا يرد ذكره كثيرا في تاريخ ابن جرير وابن كثير وغيرهما فينبغي على المشتغلين بعلم التاريخ أن لا يغفلوا عن حقيقة أمره حتى لا يعطوا الروايات ما لا تستحق من المنزلة

ومثله لوط بن يحيى أبو مخنف قال الذهبي في ( الميزان ) : ( أخباري تالف لا يوثق به . تركه أبو حاتم وغيره . وقال الدارقطني : ضعيف وقال يحيى بن معين : ليس بثقة وقال ابن عدي : شيعي محترق صاحب أخبارهم )

ومثله محمد بن عمر المعروف بالواقدي - شيخ ابن سعد صاحب ( الطبقات ) الذي يكثر الرواية عنه - وقد اغتر به الدكتور البوطي فروى أخبار كثيرة في ( فقه السيرة ) من طريقه مع أنه تعهد في مقدمته بأن ينقل الصحاح وما صح من السيرة والواقدي هذا متروك الحديث أيضا كما قال علماء الحديث فتأمل



Hətta rəvayətin səhih olduğunu fərz etsək belə, dəlil hesab edilə bilməz. Çünki, rəvayət adı çəkilməyən bir insanın hərəkətinə əsaslanmışdır. Seyfin rəvayətində həmin şəxsin Bilal b. əl-Haris olduğu deyilməsi heç nəyi dəyişmir. Çünki, adı çəkilən Seyf - ittifaqla zəif hesab edilən Seyf b. Ömər ət-Təmimidir. İbn Hibban isə demişdir: "O, etibarlı insanlardan mövzu hədislər rəvayət edir. alimlər onun hədis uydurduğunu demişdirlər". Belə ravilərin rəvayətləri qəbul edilmir. Hələ digər mətnlərə zidd olmağı bir kənara.

Qeyd: Bu Seyf adlı şəxsin adı İbn Cərir (ət-Təbəri), İbn Kəsir və digər müəlliflərin tarix barədə yazdıqları kitablarda tez-tez xatırlanmışdır. Ona görə də tarixi araşdıranlar bunu nəzərdən qaçırmamalıdırlar ki, etibarsız rəvayətləri qəbul etməsinlər. Eyni sözləri Lut b. Yəhya Əbu Mihnəf barədə demək olar. əz-Zəhəbi "əl-Mizan"da onun haqqında deyib: "Tarixi rəvayətlər nəql edir, ona güvənmək olmaz. Əbu Hatim və digərləri də onu tərk etmişdirlər. əd-Darəqutni onu zəif hesab etmişdir. Yəhya b. Muin deyib: siqə deyil. İbn Adiy deyib: şiədir, həlak olmuş biridir, onların rəvaəylətini danışır". əl-Vaqidi adı ilə tanınmış Muhəmməd b. Ömər də belədir. O, ("ət-Təbəqat" kitabının müəllifi olan) İbn Sadın şeyxi olmuşdur. İbn Sad ondan çox sayda rəvayət nəql etmişdir. Şeyx əl-Buti özünün "Fiqh əs-Sirə" kitabının müqəddiməsində Peyğəmbərin (s) həyatı barədə yalnız səhih rəvayətləri qeyd etdiyini yazmasına baxmayaraq, onun rəvayətlərinə aldanmış və tez-tez kitabında ona istinad etmişdir. Ancaq əl-Vaqidi hədis alimlərinin dediyinə görə mətruk əl-hədisdir. Ona görə də (belə ravilərə qarşı) ehtiyatlı olmaq lazımdır.

Albani, ət-Təvəssül, s.122


Bundan əvvəl rəvayətin səhihliyini isbat etdik. Albaninin "rəvayətin səhihliyini fərz etsək belə" kimi sözləri ancaq özünə qaldı. Rəvayət səhihdir.

Seyf b. Ömərin hədisdə alimlərin ittifaqına əsasən zəif olduğu düzdür. Bununla belə, əhli-sünnənin hədisşünaslıqda "əmirilmöminin" adlandırdıqlar İbn Həcər əl-Əsqəlaninin onun haqqında rəyinə diqqətinizi çəkmək istərdim:

ضعيف الحديث عمدة في التاريخ

Hədisdə zəifdir, tarixdə dayaqdır.

İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.262, №2724


Sözü gedən rəvayət isə Peyğəmbərin (s) dilindən deyilmiş bir hədis deyil, səhabənin rəvayət etdiyi tarixi bir faktır ki, buna da hədis elmində "əsər" deyilir. Məhz buna görə İbn Həcər əl-Əsqəlani Seyf b. Ömərin sözlərindən sonra ona heç bir irad bildirməmişdir. Halbuki, onun halından çox yaxşı xəbəri var idi.


Ümumiyyətlə, bir insanın yalan danışması o demək deyil ki, o hər sözü yalandır. Eyni ilə də doğruluğu ilə bilinən bir kəsin də hər zaman düz danışacağına heç kəs zəmanət verə bilməz.

Peyğəmbərin (s) qəbrinə gələn şəxsin kimliyi əslində o qədər də mühüm deyildir. Burada məsələ Ömər b. əl-Xəttabın hərəkətidir. O, bu şəxsin əməlinin şirk olmasını bildirməmiş, əksinə ağlamışdır.

  • N_ن_N это нравится


#82396 Muaviyəni mənim minbərimdə görsəniz öldürün!

Написано master_ier 16 октября 2011 - 23:43

Beşinci sənəd:

حدثنا الساجي قال ثنا بندار قال ثنا سليمان قال ثنا حماد بن زيد قال قيل لأيوب إن عمرا روى عن الحسن عن النبي صلى الله عليه وسلم قال إذا رأيتم معاوية على المنبر فاقتلوه


Bizə əs-Saci rəvayət etdi və dedi: bizə Bindar rəvayət etdi və dedi: bizə Süleyman rəvayət etdi və dedi: bizə Həmmad b. Zeyd rəvayət etdi və dedi: Əyyub Əmr (b. Ubeyd)in əl-Həsəndən belə rəvayət etdiyini dedi: Peyğəmbər (s) buyurdu: Muaviyəni mənim minbərimdə görsəniz öldürün.

İbn Adiy, əl-Kamil fi Duafa ər-Rical, c.5, s.103



İbn Adiy bu hədisi zəif hesab edərək bu kitabında zikr etmişdir. Ümumiyətlə mümkün deyildir ki, hansısa əhli-sünnə alimi bu hədisi səhih və ya həsən hesab etsin. Çünki, Muaviyə ilə birgə bütün səhabə barədə əqidə də məhv olur.

Rəvayətin sənədinin araşdırılması:

1. Zəkəriyyə b. Yəhya əs-Saci

İbn Həcər deyib: siqədir, fəqihdir. əz-Zəhəbi deyib: imamdır, hafizdir, səbtdir, siqədir, Bəsrənin mühəddislərindəndir. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.216,№2029, əz-Zəhəbi, Tarix əl-İslam, c.23, s.210, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.14, s.198).

2. Bəndar (Muhəmməd b. Bəşar)

əl-Buxari və Müslimin ravisidir. İbn Həcər deyib: siqədir. əz-Zəhəbi deyib: imamdır, hafizdir. Əbu Hatim ər-Razi deyib: səduqdur. əl-İcli deyib: siqədir. (İbn Həcər, Təqrib ət-Təhzib, c.2, s.469, №5754, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.12, s.45-146).

3. Süleyman b. Hərb

Kutubi-Sittənin ravisidir. İbn Həcər deyib: siqədir, hafizdir, imamdır. əz-Zəhəbi deyib: siqədir, imamdır, hafizdir, Məkkə qazisi olub. Əbu Hatim ər-Razi, ən-Nisai, Yəhya b. Şeybə, İbn Xərraş, İbn Sad onun siqə olduğunu bildiriblər. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.250, №2545, İbn Həcər, Təhzib ət-Təhzib, c.4, s.157, №311, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.10, s.331-332).

4. Həmmad b. Zeyd

Kutubi-Sittənin ravisidir. İbn Həcər deyib: siqə səbtdir. əz-Zəhəbi deyib: əllamə, hafiz, zamanının mühəddisidir. əl-İcli deyib: siqədir. İbn Sad deyib: Osmani idi, siqə səbtdir, höccətdir. əl-Xəlili deyib: siqədir. (İbn Həcər, Təhzib ət-Təhzib, c.3, s.9, №13, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.178, №1498, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.7, s.456-466)

5. Əyyub b. Əbu Təmimi

Kutubi-Sittənin ravisidir. İbn Həcər deyib: siqə səbtdir. əz-Zəhəbi deyib: imamdır, hafizdir, səduqdur. İbn Sad, Əbu Hatim, ibn Xeysəmə onu siqə hesab ediblər. ən-Nisai deyib: siqə səbtdir. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.117, №605, İbn Həcər, Təhzib ət-Təhzib, c.1, s.348-347, №733, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.6, s.16-18)

6. Əmr b. Ubeyd

Mötəzilənin böyüklərindəndir. Bu səbəbdən də əhli-sünnə alimləri tərəfindən cərh edilmişdir. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.740, №5071, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.6, s.106, İbn Həcər, Təhzib ət-Təhzib, c.8, №108)

7. Həsən əl-Bəsri

Kutubi-Sittənin ravilərindəndir. Tabein nəslinin ən tanınmış şəxslərindən biridir. İbn Sad deyib: alimdir, höccətdir, siqədir. İbn Həcər deyib: siqədir, fəqihdir. İbn Hibban onu siqə hesab edib. (İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.160, №1227, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.564)


Göründüyü kimi, Əmr b. Ubeyddən başqa bütün ravilər hədis elminin ən yüksək tədil terminləri ilə vəsf edilmişdirlər. Və şübhəsiz ki, ilk olaraq zikr etdiyimiz əl-Aməş və İsmayıl yolu ilə Həsən əl-Bəsridən nəql edilən səhih hədis bu hədisi qüvvətləndirir və həsən dərəcəsinə çatdırır.


#82306 Muaviyəni mənim minbərimdə görsəniz öldürün!

Написано master_ier 15 октября 2011 - 15:11

Dördüncü sənəd:

حدثنا إسحاق بن أبي اسرائيل وأبو صالح الفراء الأنطاكي قالا: حدثنا حجاج بن محمد حدثنا حماد بن سلمة عن علي بن زيد عن أبي نضرة عن أبي سعيد الخدري أن رجلاً من الأنصار أراد قتل معاوية، فقلنا له: لا تسل السيف في عهد عمر حتى تكتب إليه، قال: إني سمعت روسل الله صلى الله عليه وسلم يقول: " إذا رأيتم معاوية يخطب على الأعواد فاقتلوه " ، قال: ونحن قد سمعناه ولكن لا نفعل حتى نكتب إلى عمر، فكتبوا إليه فلم يأتهم جواب الكتاب حتى مات.

Bizə İshaq b. Əbu İsrail və Əbu Salih əl-Fəra əl-Əntaki rəvayət etdilər və dedilər: bizə Həccac b. Muhəmməd rəvayət etdi, bizə Həmmad b. Sələmə, Əli b. Zeyddən, o da Əbu Nədradan, o da Əbu Səid əl-Xudridən rəvayət etdi ki, Ənsardan olan bir kişi Muaviyəni öldürmək istəyəndə ona dedik: Ömərin xilafəti dövründə qılıncını qınından çıxarma. Qoy biz ona (Müaviyənin öldürülməsinə icazə barədə) yazaq. O kişi dedi: Mən Peyğəmbərdən belə dediyini eşitdim: "Muaviyəni minbərimdə görsəniz öldürün." İbn Səid əl-Xudri dedi: Biz də Peyğəmbərin (s) bu kəlamını eşitmişik, lakin Ömərə bu haqda xəbər verənə qədər bunu etmərik. Biz bu haqda Ömərə məktub yazdıq, lakin o, ölənə qədər cavab vermədi.


əl-Bəlazuri, Ənsab əl-Əşrəf, c.2, s.121


Rəvayətin sənədinin araşdırılması:

1. İshaq b. Əbu İsrail

əz-Zəhəbi deyib: imamdır, hafizdir, siqədir. İbn Həcər, əs-Saci, Salih Cəzirə onun səduq olduğunu bildiriblər. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. əl-Bəğavi, Yəhya b. Muin, Saleh, əl-Bəlavi, əd-Darəqutni, Əhməd b. Hənbəl onun siqə olduğunu qeyd ediblər. (Siyər əlam ən-Nubəla, c.12, s.477, Təqrib ət-Təhzib, c.1, s.126, №338, Təhzib ət-Təhzib, c.1, s.195, №415)

2. Əbu Salih əl-Fəra əl-Əntaki

İbn Həcər onun səduq olduğunu, əz-Zəhəbi, əl-İcli və Əbu Davud isə siqə oldunu qeyd ediblər. İbn Hibban onun adını "əs-Siqət" kitabında zikr edərək mutqin və fazil olduğunu deyib. əd-Darəqutni deyib: Leysə bi qavi (güclü deyildir). (əz-Zəhəbi, əl-Kaşif, c.2, s.243, №5303, İbn Həcər, Təhzib ət-Təhzib, c.10, s.48, №85, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.521, №6495)

3. Həccac b. Muhəmməd

Kutubi-Sittənin ravisidir. İbn Həcər deyib: siqə səbtdir. əz-Zəhəbi deyib: imamdır, höccətdir, hafizdir. İbn Sad deyib: siqə səduqdur inşaAllah. Yəhya b. Muin deyib: səbtdir. Əli b. əl-Mədini və ən-Nisai onun siqə olduğunu bildiriblər. İbn Hİbban onu "əs-Siqət" kitabına daxil edib. (İbn Həcər, Təhzib ət-Təhzib, №381, İbn Həcər, Təqrib ət-Təhzib, s.153, №1135, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.9, s.448)

4. Həmmad b. Sələmə

Müslim, ət-Tirmizi, Əbu Davud, İbn Macə və ən-Nisainin ravisidir. İbn Həcər deyib: siqədir, abiddir, səbtdir. əz-Zəhəbi deyib: imam, fəqih, şeyxul-islam, ərəb qrammatikası üzrə böyük alimlərdəndir, siqədir. İbn Muin deyib: siqədir. əl-Qəttan deyib: Həmmadı alçaldan birini görsəm onun dinindən şübhə edərəm. İbn Hibban onu "əs-Siqət" kitabına daxil edib. (İbn Həcər, Təhzib ət-Təhzib, c.3, №14, İbn Həcər, Təqrib ət-Təhzib, s.268-269, №1499, əz-Zəhəbi, Mizan əl-Etidal, c.1, s.590, 2251, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.7, s.445-446)

5. Əli b. Zeyd

əl-Buxari (Ədəb əl-Müfrəd), Müslim (əs-Səhih) və digər 4 əs-Sünən müəllfinin ravisidir. (İbn Həcər, Təhzib ət-Təhzib, c.7, s.283) Şiədir. Ona görə də əhli-sünnə alimləri onu güclü ravi hesab etməmiş, bəziləri isə əzif olduğunu bildirmişlər. Ancaq bununla belə, heç bir alim onu yalançılıqda ittiham etməyib. İbn Həcər bir kitabında onu zəif (Təqrib ət-Təhzib, c.1 s.401), digər kitabında isə səduq adlandırmışdır (Fəth əl-Bari, c.11, s.82). İbn Muin, Əbu Zurə, Əbu Hatim kimi alimlər onun güclü olmadığını qeyd etmişdirlər. Və bunu "leysə bi qavi", "leysə bi zakil-qavi" kimi terminlərlə ifadə etmişdirlər. Hədis elminə əsasən isə belə şəxsin hədisi tərk edilməz, etibar üçün yazılar. əs-Saci deyib: doğrudanışan insanlardandır. Yaqub b. Şeybə onun siqə, salihul-hədis olduğunu qeyd etmişdir. əl-İcli deyib: şiədir, zərəri yoxdur (la bəsə bihi). Tirmizi isə səduq olduğunu bildirişdir. (Siyər əlam ən-Nubəla, c.5, s.206-208, əl-Mizzi, Təhzib əl-Kamal, c.20, s.434-444).

6. Əbu Nədra

Müslim və 4 Sünən müəllifinin ravisidir. İbn Həcər deyib: siqədir. əz-Zəhəbi deyib: imamdır, mühəddisdir, siqədir. Yəhya b. Muin, ən-Nisai, Əbu Zurə, İbn Sad, ibn Şahin, Əhməd b. Hənbəl onun siqə olduğunu bildiriblər. (İbn Həcər, Təqrib ət-Təhzib, c.2, s.546, №6890, İbn Həcər, Təhzib ət-Təhzib, c.10, s.268, №528, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.530).

7. Əbu Səid əl-Xudri

Səhabədir.


Göründüyü kimi, hədisin ravilərindən Əli b. Zeyddən başqa hamısı əhli-sünnə hədis elminə əsasən siqə və güclü ravilərdir. Əli b. Zeyd isə bəzi əhli-sünnə alimləri tərəfindən siqə və səduq hesab edilmiş, bəziləri onu zəif hesab etmiş, digərləri isə güclü olmadığını qeyd etmişdirlər. Yekdil fikir budur ki, onu yalan danışmaqda ittiham etməyiblər. Ona görə də alimlər onun hədisini etibar üçün yazıblar. Bu hədisin bundan əvvəlki həsən və səhih sənədləri olduğundan, Əli b. Zeydin də şahidliyi qəbul edilir.


#82299 Təvəssül barədə Malik əd-Darın hədisi

Написано master_ier 15 октября 2011 - 01:05

İRAD №2:

əl-Aməş müdəllisdir, bu hədisdə də Əbu Salihdən "AN" ilə rəvayət etmişdir. Müdəllislərin bu cür rəvayətlərinə etibar edilməz.

Bu iddianı irəli sürənlər hər halda əhli-sünnənin hədis elmindən o qədər də xəbərdar deyillər. Hətta Albani də "ət-Təvəssül" kitabında bu məsələyə toxunmamışdır. Hədisi Malik əd-Dar səbəbi ilə zəif hesab edən Albani üçün bu fakt hər halda göydən düşmə olardı. Ancaq görünür o, Aməşin Əbu Salihdən tədlisini etibarlı hesab edir. Aməşin Əbu Salihdən tədlisi ilə gələn digər hədislər barədə Albaninin rəyləri də bunu bizə deməyə əsas verir. Təkcə "Sünən ibn Macə" kitabının təhqiqi zamanı əl-Aməşin Əbu Salihdən tədlisi ilə gələn hədisləri SƏHİH hesab etmişdir. Hədis №3027, 3049, 3080, 3081, 3089, 3103, 3172, 3176 və sair və sair. (Səhih Sünən ibn Macə)

Həmçinin əl-Buxari və Müslim də əl-Aməşin Əbu Salihdən tədlisinə etibar etmişdirlər.

حدثنا أبو بكر بن أبي شيبة وأبو كريب واللفظ لأبي كريب قالا حدثنا أبو معاوية عن الأعمش عن أبي صالح عن جابر بن عبد الله قال

Səhih əl-Buxari, №8914

حدثنا أبو بكر بن أبي شيبة وأبو كريب واللفظ لأبي كريب قالا حدثنا أبو معاوية عن الأعمش عن أبي صالح عن جابر بن عبد الله قال

Səhih Müslim, №2011



İndi isə daha konkret dəlillərə keçək:

سمعت أحمد سئل عن الرجل يعرف بالتدليس يحتج فيما لم يقل فيه: حدثني أو سمعت ؟ ققال: أدري فقلت: الأعمش متى تصاد له الألفاظ ؟ قال: يضيق هذا ـ أي إنك تحتج به.

Əbu Davud dedi: Əhməd (b. Hənbəl)dən "həddəsəni" və "səmitu" deyərək rəvayət etməyən müdəllislər barədə soruşdum. Dedi: Kimi nəzərdə tutursan? Dedim: əl-Aməşi. Dedi: Ondan qəbul olunur.

Sualat Abu Davud, səh.199


əz-Zəhəbi yazır:

قلت: وهو يدلس، وربما دلس عن ضعيف، ولا يدرى به، فمتى قال حدثنا فلا كلام، ومتى قال " عن " تطرق إلى احتمال التدليس إلا في شيوخ له أكثر عنهم: كإبراهيم، وابن أبى وائل، وأبى صالح السمان، فإن روايته عن هذا الصنف محمولة على الاتصال.

Deyirəm: O (Aməş) tədlis edərdi və bəzən kimliyini bilmədiyi zəif bir ravidən də tədlis etdiyi hal olmuşdur. "Həddəsəna" (bizə rəvayət etdi) deyərək rəvayət etdiyi hallara söz yoxdur. "An" ilə rəvayət edən zaman isə rəvayətdə tədlis ehtimalı yaranır. Ancaq İbrahim, ibn Əbu Vail və Əbu Salih əs-Səmman kimi çox rəvayət etdiyi şeyxlərindən "an" ilə rəvayət edərsə, o halda rəvayətləri ittisala (yəni, sənədin səhih hədislərdəki kimi müttəsil - bitişik olmasına) hökm edilər.


Mizan əl-Etidal, c.2, s.224, №3517



Beləliklə, bu iddianın da əsassızlığı meydana çıxmış olur.
  • N_ن_N это нравится


#82245 Təvəssül barədə Malik əd-Darın hədisi

Написано master_ier 13 октября 2011 - 17:46

Deməli, aydın oldu ki, Malik əd-Dardan rəvayət edən ravilər aşağıdakılardır:


1. Əbu Salih
2. Aun b. Malik
3. Abdullah b. Malik
4. Əbdür-Rəhman b. Səid b. Yərbu əl-Məxzumi


Və nəhayət sonuncu bənd üzrə irad: Əbu Salihin Malik əd-Darı görməsi və eşitməsi məsələsi.


Əvvəla İbn Əsakir "Tarixi Diməşq" kitabında Malik əd-Darın tərcümeyi halında onun Mədinəli olduğunu, Abu Bəkr, Ömər, Əbu Ubeydə əl-Cərrah və Muaz b. Cəməl kimi səhabələrdən hədis rəvayət etdiyini, ondan isə Əbu Salih, Əbdür-Rəhman b. Səid, Aun b. Malik və Abdullah b. Malikin rəvayət etdiyini qeyd etmişdir. (Tarixi Diməşq, c.56, s.489, №7180)


əz-Zəhəbi "Siyər əlam ən-Nubəla" kitabında Əbu Salihin tərcümeyi-halında onun "hafiz""höccət" olduğunu, Əhməd b. Hənbəlin onu "siqə siqə" adlandırdığını, Əbu Hatimin isə "siqə, salihul-hədis" olduğunu qeyd etmişdir. Daha sonra Əbu Salih əs-Səmmanın Ömər b. əl-Xəttabın xilafəti dövründə dünyaya gəldiyini qeyd etmişdir. Ölüm tarixi isə hicrətin 101-ci ilidir. (Siyər əlam ən-Nubəla, c.5, s.37, Muəssisət ər-Risalə). əz-Zəhəbi isə Malik əd-Darın adını hicri 61-80-cı illərdə dünyasını dəyişənlərin arasında zikr edir. Ömərin xilafəti isə 13-23-cü hicri illərini əhatə edir. İbn Həcər əl-Əsqəlani "Təhzib ət-Təhzib"də Əbu Salihin tərcümeyi-halında onun Malik əd-Darı gördüyünü və Əbu Salihin Mədinəli olduğunu qeyd etmişdir. (Təhzib ət-Təhzib, c.3, s.189, №417)



Nəticə olaraq, Malik və Əbu Salihin Mədinədə ən azı 20-30 il bir şəhərdə yaşadıqları ortaya çıxır. Hansı əsasla onların görüşmədiyini iddia etmək olar? Əksər alimlərin Əbu Salihin Malikdən hədis rəvayət etməsini qeyd etməklərinə necə göz yummaq olar?
  • N_ن_N это нравится


#82235 Təvəssül barədə Malik əd-Darın hədisi

Написано master_ier 13 октября 2011 - 14:40

Şəmsuddin əz-Zəhəbi, Təcrid əsma əs-Səhabə, c.2, s.44, №470, Dar əl-Marifə, Beyrut.

Zehebi Malik ed-Dar1.jpg Zehebi Malik ed-Dar2.jpg


Malik əd-Dar Ömər b. əl-Xəttabın azad etdiyi kölə idi. Əbu Bəkrdən hədis rəvayət etmişdir.



İbn Sad, Təbaqat əl-Kubra, c.5, s.12, №1423, Məktəbə əl-Kənci, Qahirə.

Ibn Sad - Malik ed-Dar1.jpg Ibn Sad - Malik ed-Dar2.jpg

مالك الدار مولى عمر بن الخطاب وقد انتموا إلى جبلان من حمير وروى مالك الدار عن أبي بكر الصديق وعمر رحمهما الله روى عنه أبو صالح السمان وكان معروفا


Malik əd-Dar, Ömər b. əl-Xəttabın azad etdiyi kölə idi. Himyər qəbiləsindəndir və Cüblanlıdır. Malik əd-Dar Əbu Bəkr əs-Siddiq və Ömərdən ® rəvayət etmidşir. Ondan isə Əbu Salih əs-Səmman rəvayət edib. Məruf idi.

İbn Sad, Təbaqat əl-Kubra, c.5, s.12




İbn Hibban, əs-Siqət, c.5, s.384, əl-Kutub əs-Səmafiyyə, Heydərabad, Hindistan.

as-Siqat malik ed-Dar1.jpg as-Siqat malik ed-Dar2.jpg

مالك بن عياض الدار يروى عن عمر بن الخطاب روى عنه أبو صالح السمان وكان مولى لعمر بن الخطاب أصله من جبلان


Malik b. İyaz əd-Dar. O, Ömər b. əl-Xəttabdan rəvayət edib. Ondan isə Əbu Salih əs-Səmman rəvayət etmişdir. Ömərin azad etdiyi kölədir. Əslən Cüblanlıdır.


İbn Hibban, əs-Siqət, c.5, s.384, №5312, Dar əl-Fikr, Beyrut


Əbu Yalə əl-Xəlili özünün "əl-İrşad fi Mərifət Uləma əl-Hədis" kitabında deyir:

مالك الدار مولى عمر بن الخطاب رضي الله عنه تابعي قديم متفق عليه اثنى عليه التابعون


Malik əd-Dar, Ömər b. əl-Xəttabın ® azad etdiyi kölədir. Böyük tabeindir, onun (güvənilən bir ravi olması) haqqında ittifaq edilmişdir, tabeinlər onu tərifləmişdirlər.


əl-Xəlili, əl-İrşad fi Mərifət Uləma əl-Hədis, c.1, s.313, Məkətəbə ər-Rəşaf, ər-Riyad



Yekun olaraq əldə etdiyimiz nəticə:

Hədis elmində ən güvənilən iki böyük əhli-sünnə alimi İbn Həcər əl-Əsqəlani və Şəmsuddin əz-Zəhəbi Malik əd-Darın səhabə olmasına ehitimal vermişdirlər. Belə ki, İbn Həcər Malik əd-Darı "Peyğəmbər (s) zamanında yaşayanlar və onunla (s) görüşmə imkanı olanlar" fəslində zikr etmişdir. Buradan əslində bir çox qaranlıq məqamlara aydınlıq gəlir. Bəziləri onun "məchul əl-hal" olduğunu iddia etmələri bu səbəbdən əsassızdır. Əhli-sünnə məzhəbinin rical elmində səhabələrə cərh və tədil qaydaları tətbiq olunmadığından alimlər onun halına toxunmamışdırlar. Onu tabein nəslinin nümayəndəsi hesab edənlərin fikirlərini isə yuxarıda nəzərdən keçirdik. İbn Hibban, Əbu Yalə əl-Xəlili açıqca onun siqə olduğunu qeyd etmiş, İbn Sad onun tabeinlərin birinci təbəqəsində zikr etməklə məruf olduğunu qeyd etmişdir. Bütün bunlardan əlavə, rəvayətlərdən də göründüyü kimi Ömər b. əl-Xəttab və Osman b. Əffanın güvəndikləri bir kəsə əhli-sünnə hansı əsasla güvənməməlidir ki?
  • N_ن_N это нравится


#82172 Təvəssül barədə Malik əd-Darın hədisi

Написано master_ier 12 октября 2011 - 17:46

Sələfilərin şeyxi Albani "ət-Təvəssül" kitabında deyir:

عدم التسليم بصحة هذه القصة لأن مالك الدار غير معروف العدالة والضبط وهذان شرطان أساسيان في كل سند صحيح كما تقرر في علم المصطلح وقد أورده ابن أبي حاتم في ( الجرح والتعديل ) ولم يذكر راويا عنه غير أبي صالح هذا ففيه إشعار بأنه مجهول ويؤيده أن ابن أبي حاتم نفسه - مع سعة حفظه واطلاعه - لم يحك فيه توثيقا فبقي على الجهالة ولا ينافي هذا قول الحافظ ( . . . بإسناد صحيح من وراية أبي صالح السمان . . . ) لأننا نقول : إنه ليس نصا في تصحيح جميع السند بل إلى أبي صالح فقط ولولا ذلك لما ابتدأ هو الإسناد من عند أبي صالح ولقال رأسا : ( عن مالك الدار . . . وإسناده صحيح ) ولكنه تعمد ذلك ليلفت النظر إلى أن هاهنا شيئا ينبغي النظر فيه والعلماء إنما يفعلون ذلك لأسباب منها : أنهم قد لا يحضرهم ترجمة بعض الرواة فلا يستجيزون لأنفسهم حذف السند كله لما فيه من إيهام صحته لا سيما عند الاستدلال به بل يوردون منه ما فيه موضع للنظر فيه وهذا هو الذي صنعه الحافظ رحمه الله هنا وكأنه يشير إلى تفرد إلى تفرد أبي صالح السمان عن مالك الدار كما سبق نقله عن ابن أبي حاتم وهو يحيل بذلك إلى وجوب التثبت من حال مالك هذا أو يشير إلى جهالته . والله أعلم

وهذا علم دقيق لا يعرفه إلا من مارس هذه الصناعة ويؤيد ما ذهبت إليه أن الحافظ المنذري أورد في ( الترغيب ) قصة أخرى من رواية مالك الدار عن عمر ثم قال : ( رواه الطبراني في الكبير ورواته إلى مالك الدار ثقات مشهورون ومالك الدار لا أعرفه ) . وكذا قال الهيثمي في ( مجمع الزوائد )

وقد غفل عن هذا التحقيق صاحب كتاب ( التوصل ) فاغتر بظاهر كلام الحافظ وصرح بأن الحديث صحيح وتخلص منه بقوله : ( فليس فيه سوى : جاء رجل . . ) واعتمد على أن الرواية التي فيها تسمية الرجل ببلال بن الحارث فيها سيف وقد عرفت حاله

وهذا لا فائدة كبرى فيه بل الأثر ضعيف من أصله لجهالة مالك الدار كما بيناه


Biz bu hədisi səhih hesab etmirik, çünki ravilərdən Malik əd-Darın ədalət və zəbti barədə məlumatımız yoxdur. Hədis elminin terminolgogiyasından da məlum olduğu kimi istənilən rəvayətin sihhəti üçün bu iki şərt vacibdir. İbn Əbu Hatim onu "əl-Cərh vət-Tədil" kitabında (4/1-213) zikr etmiş və Əbu Salihdən başqa ondan rəvayət edən bir kəsin adını çəkməmişdir. Bu o deməkdir ki, sözügedən ravi məchuldur. İbn Əbu Hatimin güclü hafizəsi və geniş elminə baxmayaraq Malik əd-Darın güvənilən ravi olmasını qeyd etməməsi bu faktı bir daha isbat edir. Buna görə də bizim üçün o məchul ravidir. Bununla belə, bu, Hafiz İbn Həcərin "Əbu Salih əs-Səmandan səhih sənədlə rəvayət edilmişdir" sözlərinə əks deyildir. Bu cür ifadə hədisin bütün sənədinin səhih olmasına dəlalət etmir. Əksinə, İbn Həcər Əbu Salihə qədər olan sənədi səhih hesab etmişdir. Belə olmasaydı, o, sənədi Əbu Salihlə başlamazdı, birbaşa Malik əd-Dardan başlayar və "sənədi səhihdir" deyərdi. Ancaq o, bilərəkdən bu cür edərək onun (Malik əd-Darın) diqqətə alınmasına işarə etmişdir. Alimlər bəzən bu cür davranırlar. Elə hallar olur ki, bir və ya bir neçə ravinin tərcümeyi-halını əldə edə bilmirlər. Bu halda əmin olmadan sənədə tam şəkildə sihhət qaydalarını tətbiq etməyi özlərinə rəva bilmirlər, çünki bu halda digər insanlarda hədisin səhihliyi fikri yaranır və höccət kimi istifadə edirlər. Ona görə də məhz gələcəkdə araşdırılma ehtiyacı olan ravilərin adlarını zikr edirlər. Necə ki, Hafiz İbn Həcər də bu cür etmişdir. O, sanki bu yolla Abu Salih əs-Səmanın Malik əd-Dardan rəvayət edən yeganə ravi olmasına işarə edib, necə ki bunu artıq qeyd etdik ki, ibn Əbu Hatim aşkar şəkildə bəyan edib. Bununla o, ya Malikin halının yoxlanma ehtiyacı olduğuna, yaxud da onun tanınmamasına işarə edib. Allah daha yaxşı bilir.

.

(Hədis) elminin bu incəlikləri sadəcə onunla məşğul olanlara məlumdur. Bizim nöqteyi-nəzərimizi təsdiq edən faktlardan biri də budur ki, Hafiz əl-Munziri "ət-Təqrib"də (2/41-42) Malik əd-Darın Ömərdən nəql etdiyi rəvayətin digər variantını nəql etdikdən sonra deyir: Bu hədisi ət-Təbərani "Mucəm əl-Kəbir" kitabında rəvayət etmişdir. Malik əd-dara qədər bütün raviləri məşhur və siqə şəxslərdir. Malik əd-Darı isə tanımıram. əl-Heysəmi də "Məcmə əz-Zəvaid"də (3/125) eynilə bu cür demişdir.

.

Bu incə məqam "ət-Təvəssül ila Həqiqət ət-Təvəssül" kitabının müəllifinin nəzərindən qaçmışdır və Hafiz İbn Həcərin sözlərinin zahirinə aldanmış və hədisin səhih olduğunu söyləmişdir. Sənəddə " - bir adam gəldi - sözündən başqa bir problem yoxdur" deməklə canını qutarmağa çalışmışdır. (Adı "bir adam" keçən) keçən şəxsin adının Bilal b. əl-Haris olduğu nəql edilən rəvayətin ravisi olan Seyf (b. Ömər)-in halı (zəif olması) məlumdur.

Lakin bu, heç nəyi dəyişmir. Çünki daha əvvəl də qeyd etdiyimiz kimi Malik əd-Darın halının məchul olması səbəbindən rəvayətin özü bötövlükdə zəifdir.


Albani, ət-Təvəssül, s.120-121


İndi isə keçək qeyd edilən iradların cavablarına...


#82167 Təvəssül barədə Malik əd-Darın hədisi

Написано master_ier 12 октября 2011 - 15:52


delillerinden 5-cisi

Əbu Muaviyə - Aməş – Əbu Salih – Malik əd Dardan – ki bu adam Ömərin ərzaq xəzinədarı idi – belə dediyini təhdis etdi: Ömər zamanında insanlara quraqlıq üz verdi. Bir adam Nəbinin – sallallahu aleyhi və səlləm – qəbrinə gəlib dedi: Ey Allahın Rəsulu! Ümmətin üçün yağmur istə, çünki onlar həlak olmaq üzrədirlər.
O adam yuxuda belə deyildi: Ömərə get, salam de və ona yağmura qovuşacaqlarını xəbər ver. Həmçinin ona de ki: Müdrik ol! Müdrik ol!
Adam gedib Ömərə bunu xəbər verdi və Ömər ağladı. Sonra isə, "Ya Rəbbim mən bacardığımı edirəm” dedi.”
Qaynaq: İbnu Əbi Şeybə: Əl Musənnəf: 17/63-65

cavab-

Bu hədis səhih deyil. İbn Əbu Şeybə ravilərin zəncirində qeyd edilən "bir adam”-ın kim olmasını yazmamışdır və ona görə də bu insan məchuldu, yəni bilinməyəndir. Səif ibn Ömərin zəncirində, Səif ibn Ömər tanınmayan bu insanın Bilal ibn Haris olduğunu deyir, lakin Səif ibn Ömər özü yalançıdır. Onun yalançı olduğunu Əbu Davud, İbn Main, əl-Hakim və digər alimlər demişlər.
Bu hədisin zəncirində olan ravilərdən Əməş digər ravi Əbu Salihdən rəvayət etmişdir. Əbu Salih isə müdəllisdir, "UN” kəlməsi ilə rəvayət edir. Rical elmində isə bu qəbul edilmir.
Həmçinin, bu hadisə Malik ibn Darın ətrafında baş verir, lakin bu insan məchuldur, tanınmır. Onun etibarlı olması barədə heç bir məlumat verilmir – İbn Abu Hatim (Cərah vət Tədil, cild 8, səh 213). Həmçinin, Şeyx Əlbani "əl-Vəsilə” kitabında da qeyd edir ki, Malik əl-Dar məchuldur, yəni tanınmır.
Əgər hər hansı bir alim zəif hədisə uyğun hökm verərsə, bu o demək deyil ki, onun dediyi haqdır. Gördüyünüz kimi bu hədis zəif hədisdir. Zəif hədislə hökm vermək əlbəttə qəbul olunmur.



Abdulhay,

Sənin iradların demək olar ki, elə Albaninin "ət-Təvəssül" kitabındakı iradlardır. Albani təvəssülə dair yazdığı kitabda hədisləri zəif hesab eliyib, siz də düşün onun arxasınca gedin. İnşaAllah vaxtım olanda Albaninin bütün iradlarına cavab yazacağam inşaAllah. Sadəcə sələfilərin korkoranə ordan-burdan kopyaladığı, bundan daha dəhşətlisi kopyaladığı saytın elə özündə təvəssülə dair N qədər misalı görməzdən gəlməkləri insanı məəttəl edir. Nə isə.



Sözü gedən hədisin mənbəsi:


əl-Müsənnəf, Məktəbə ər-Rəşid, ər-Riyad, Səudiyyə Ərəbistanı, səh 118, hədis №32538

Musannaf uz qapagi.jpg Musannaf seh 118.jpg


İbn Həcər əl-Əsqəlani yazır:

وروى ابن أبي شيبة بإسناد صحيح من رواية أبي صالح السمان عن مالك الداري – وكان خازن عمر – قال ” أصاب الناس قحط في زمن عمر فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم صلى الله عليه وسلم فقال: يا رسول الله استسق لأمتك فإنهم قد هلكوا، فأتى الرجل في المنام فقيل له: ائت عمر ” الحديث.

وقد روى سيف في الفتوح أن الذي رأى المنام المذكور هو بلال بن الحارث المزني أحد الصحابة


İbn Əbi Şeybə səhih sənədlə Əbu Salehdən, o da Malik əd-Dardan - Ömərin xəzinədarı - nəql edir: Ömərin dövründə qıtlıq yaranmışdı. Bir kişi Peyğəmbərin (s) qəbri üzərinə gələrək dedi: “Ey Allahın elçisi! Ümmətin həlak olur, onlar üçün yağış yağmasını istə!” Sonra yuxuda ikən o kişiyə Ömərin yanına getməsini tapşırdı…”

Seyfin “əl-Fütuh” əsərində qeyd etdiyinə görə, həmin yuxunu görən şəxs Peyğəmbərin (s) səhabələrindən olan Bilal ibn Haris olmuşdur.


Fəth əl-Bari, c.2, s.495


İbn Kəsir eyni hədisi Beyhəqidən nəql edir:


وقال الحافظ أبو بكر البيهقي: أخبرنا أبو نصر بن قتادة وأبو بكر الفارسي قالا: حدثنا أبو عمر بن مطر، حدثنا إبراهيم (1) بن علي الذهلي، حدثنا يحيى بن يحيى، حدثنا أبو معاوية، عن الاعمش، عن أبي صالح عن مالك قال: أصاب الناس قحط في زمن عمر بن الخطاب فجاء رجل إلى قبر النبي صلى الله عليه وسلم فقال: يا رسول الله استسق الله لامتك فإنهم قد هلكوا.

فأتاه رسول الله صلى الله عليه وسلم في المنام فقال: إيت عمر فأقره (2) مني السلام واخبرهم أنهم مسقون، وقل له عليك بالكيس الكيس.

فأتى الرجل فأخبر عمر فقال: يا رب ما آلوا إلا ما عجزت عنه (3)

.

وهذا إسناد صحيح.

(Hədisdən sonra deyir:) Bu hədisin sənədi səhihdir.

əl-Bidayə vən-Nihayə, c.7, s.105



Həmçinin İbn Kəsir özünün "Cami əl-Məsanid" (c.1, s.223) kitabında "Müsnəd Ömər" fəslində bu hədisi zikr edir və deyir: إسناده جيد قوي - sənədi ceyyiddir, qavidir (güclüdür).




#82159 Cahil sələfilərin münazirə metodları

Написано master_ier 12 октября 2011 - 14:25

Qəribə metod 2

Sələfilər özünü elə aparırlar ki, guya bunların vəhabilik ilə heç bir əlaqəsi yoxdur.

Bir də, sələfilər görəndə ki, onların hansısa müasir şeyxinin səhvi dəlillərlə sübut olunur, özlərini vururlar görməməzliyə və mövzunu "iqnor" edirlər.


P.S. Vay hallarına, görəsən axıri-zaman kimi iqnor edəcəklər? :rolleyes:


Bu yaxınlarda gözəl bir ifadə oxumuşdum.


Özünü ağıllı göstərib təkəbbürlə etmə. Cəbrayılla gələn vəhyə tabe olmasan da, Əzrayılla gələn ölümə mütləq tabe olacaqsan!


#82098 Cahil sələfilərin münazirə metodları

Написано master_ier 11 октября 2011 - 20:22

Milli sələfilərimizdə qəribə bir adət müşahidə etmişəm. Dəfələrlə müxtəlif forumlara bu adətin şahidi olmuşam. Bu gün məhz bu barədə mövzu açmağıma səbəb yenidən bu mənzərənin şahidi olmağımdır.


Qəribə metod 1:


Forumda ən elmli şiələri "sənin elmin yoxdur", yaxud "sənin əxlaqın yoxdur" və s. kimi ifadələrlə iqnor edərək onunla söhbətə girmirlər.







#82084 Muaviyəni mənim minbərimdə görsəniz öldürün!

Написано master_ier 11 октября 2011 - 17:21

Üçüncü sənəd:

İbn Hibban özünün "əl-Məcruhin" (Cərh olunmuşlar) kitabında Abbad b. Yaqubun tərcümeyi-halında yazır:

وهو الذي روى عن شريك عن عاصم عن زر، عن عبد الله قال. قال رسول الله صلى الله عليه وسلم إذا رأيتم معاوية على منبري فاقتلوه

O həmin şəxsdir ki, Şərikdən, o da Asimdən, o da Zirrdən, o da Abdullah (b. Məsud)dan nəql edir ki, Rəsulullah deyib: Əgər Muaviyəni mənim minbərimdə görsəniz öldürün.

İbn Hibban, əl-Məcruhin, c.2, s.172


Kitabın scan edilmiş səhifəsi:

majrooheen-2.jpg majrooheen-2a.jpg



Rəvayətin sənədinin araşdırılması:

1. Abbad b. Yaqub

əl-Buxari, ət-Tirmizi və İbn Macənin ravilərindəndir. İbn Həcər deyib: səduq rafizidir. əz-Zəhəbi özünün "Mizan əl-Etidal" kitabında deyib: Abbad b. Yaqub şiə ğulatıdır, bidətin böyüklərindəndir, ancaq hədisdə səduqdur. Digər bir kitabı olan "Siyər əlam ən-Nubəla" kitabında isə deyib: şeyxdir, şiədir, səduqdur. Əbu Hatim deyib: şeyxdir, sidəqdir. İbn Xuzeymə deyib: hədisdə siqədir. əd-Darəqutni deyib: şiədir, səduqdur. (İbn Həcər, Təhzib ət-Təhzib, c.5, s.95, №183, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.291, №3153, əz-Zəhəbi, Mizan əl-Etidal, c.2, s.379, №4149, Siyər əlam ən-Nubəla, c.13, s.537)

2. Şərik b. Abdullah

Kutubi-Sittənin ravilərindəndir. İbn Həcər deyib: səduqdur, ancaq səhv edərdi. əz-Zəhəbi deyib: Şərik ibn Abdullah Nəxəi görkəmli şəxsiyyətlərdən biridir. İbn Muin onu siqə hesab edib. Digərləri onun barəsində deyirlər ki, hafizəsi yaxşı olmayıb. Nəsai isə onun barəsində deyir: Onda heç bir eyb yoxdur, o Kufə əhlinin hədislərinə Sufyan əs-Sovridən daha yaxşı agah idi. əl-İcli deyib: siqədir, həsənul-hədisdir. Yaqub b. Şeybə deyib: Şərik səduqdur, siqədir. İbn Hibban onu öz "əs-Siqət" kitabında zikr edib. Həmçinin Əbu Davud, İbn Sad və əl-Hərbi onu siqə hesab etməklə bərabər, səhvlərinin olduğunu deyiblər. İbn Həcər onun adını "Təbəqat əl-Müdəllisin" əsərində ikinci təbəqədə zikr edir və deyir: güvənilən məşhur bir qazidir. Ancaq qaziliyə başlayandan sonra yaddaşında problem yarandı. Tədlisdən uzaq duran bir kəs idi. Darəqutninin dediyinə görə tədlis etdiyi vaxta qədər ona Əbdül-Haqq adı nisbət edilmişdi. İbn Həcərin ikinci təbəqə üçün nəzərdə tutduğu göstəricilər bunlardır: İmamların tədlis etdiklərinə ehtimal verdikləri şəxslərdir. Bu şəxslər az tədlis etmələri və hədisdə imam olmaları səbəbindən səhih mənbələrdə rəvayətlərinə yer verilən şəxslərdir. Məsələn, Süfyan əs-Sövri və sadəcə siqə ravilərdən tədlis edən Süfyan b. Uyeynəni misal göstərə bilərik. (Bu təbəqəyə 33 ravi daxildir.) (İbn Həcər, Təhzib ət-Təhzib, c.4, №587, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.266, №2787, əz-Zəhəbi, əl-Kaşif, c.1, s.486, №2276, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.8, s.201, İbn Hibban, "əs-Siqət", c.6, s.444, №8507)

3. Asim b. Bəhdələ

Kutubi-Sittə ravilərindəndir. İbn Həcər deyib: səduqdur. Zəhəbi onun həsənul-hədis olduğunu və Əbu Zurə və Əhməd b. Hənbəlin onu siqə hesab etdiyini qeyd edib. Ümumiyyətlə o, məşhur quran qarilərindən biridir. Əsasən yaddaşındakı problemlərə görə tənqid edilib. (Daha ətraflı məlumat üçün)


4. Zirr b. Hubeyş

Kutubi-Sittə ravilərindəndir. İbn Həcər, İbn Sad və Yəhya b. Muin deyib: siqədir. İbn Hibban onu "əs-Siqət" kitabında zikr edib. (İbn Həcər, Təhzib ət-Təhzib, c.3, №597, İbn Həcər, Təqrib ət-Təhzib, c.1, s.215, №2008, əz-Zəhəbi, Siyər əlam ən-Nubəla, c.4, s.167)

5. Abdullah b. Məsud

Səhabədir.


Bəzi Muaviyə sevərlər Asim və Şərikə görə hədisi zəiflətmək istəsələr, yuxarıdakı yazılanları bir daha diqqətlə oxusunlar. Bu ravilər ən pis halda həsənul-hədisdir. Yəni, nəticə olaraq bu rəvayət həsən dərəcəsindədir. Digər şahid rəvayətləri də nəzərə alsaq, hədis səhih dərəcəsinə qədər yüksəlir.




Рейтинг@Mail.ru