Перейти к содержимому


Scriber

Регистрация: 04 дек 2008
Offline Активность: 23 янв 2012 13:17

#83112 İmadəddin Nəsiminin həyat və yaradıcıl...

Написано Scriber 28 октября 2011 - 16:31

Ta əzəldən bil mənim könlümdə Sultandır Əli,
Həm əlif, həm nüqteyi, həm hərfi Qurandır Əli.
Bağladı ifritə divan dəstini Gəhvarədə,
Həm duran ərşin yolunda şiri-Yəzdandır Əli.
Bir nəzər qıldı Mədinədən şəhi-düldül-səvar,
Asiyabanlara bek şəbbürdə kəşandır Əli.
Museyi-İmran həm odur, Yusifi kənan həm,
Həm Xəlilin narinə dəfi-gülüstandır Əli.
İsmi Heydər şahi-Qəmbər gör nəsiri çün dedi:
Yetmiş iki narə qıldı dedi sübhandır Əli.
Həm qopartdı qopusini Xeybərin ol dəmdə kim,
Həm olan ruhil əminə pirü xəndandır Əli.
Ol Mühəmməd Mustafadur, həm kilidi cənnəti,
Saqeyi kosər həm odur cümleyi-candır Əli.
Şah Həsən xəlqi rizadır, həm Hüseyni Kərbəla,
Həm dini izhar edən, həm kəşfi pünhandır Əli.
Həm Mühəmməd Baqir, Həm Cəfər Sadiqi deyim,
Həm həqiqət Kəbəsi, həm qibleyi-imandır Əli.
Kazim ol sultan Əli, Musa Rzadır cümlədə,
Kəşfi-ərbabi-vilayət, nuri-rəhmandur Əli.
Şah Təqidir bu cahan, mülkünə sultan bu Nəqi,
Həm vilayət şəhridir, həm bəhri-ümmandır Əli.
Həm Mühəmməd Mehdi Sahib Zaman oldur tamam,
Həm Məsihanın dəmi, həm Xizri dövrandır Əli.
Həm görən, həm göstərən nizə səkan və həm kaman,
Həm xəvaric gözlərinə tiri-peykandır Əli.
Həm kəvakib, həm qəmər, həm afitabi-xavəri,
İsmi rəsmi, fövqi təhti, mədəni-kandır Əli.
Bu Nəsimi məddahı Heydər, qulami-Heydəri,
Zülfüqari xarici boynunda bürrandır Əli.


Рейтинг@Mail.ru