Перейти к содержимому


N_ن_N

Регистрация: 10 мар 2011
Offline Активность: 02 авг 2016 21:58

#103118 İraq və Suriyadakı vəziyyət

Написано N_ن_N 22 декабря 2015 - 22:32

İraq ordusu İraq və Şamdakı İslam Düşmənlərindən (İŞİD) işğal etdiyi Ramadinin mərkəzinə girib! Allahu Əkbər! Yenə də Anti-Rafa nikli vəhhabinin tələm -tələsik "Rafizilər üzərində qələbə" mövzusu yadıma düşdü. Görəsən hardadı indi bu vəhhabi? Bəlkə də sevindiyindən tələm-tələsik gedib İŞİD-ə qoşulub :)

:)


  • qulam это нравится


#103114 Namazlarin Birlesdirilmesi

Написано N_ن_N 05 декабря 2015 - 12:51

Aleykum əsssalam va rahmətullahi va bərakətuhu.

http://hadith.al-isl...kID=25&PID=1059


  • qulam это нравится


#103076 Rəcm "ayəsi"

Написано N_ن_N 15 сентября 2015 - 21:14

 


Va Aleykum əs-salam va rahmətullahi va bərakətuhu!

Şükür Allaha qardaşım. Siz necəsüz?

Deməli, bunlara heç cür inanmaq olmaz! ))

Qardaşım, nə vaxtdı bu mövzu açılıb. Bəlkə sən vahabilərdən bir izahat eşitmisən ? :rolleyes:

Elhemdulilleh men de bobatam aga)) Exi bunlar meselelere etrafli, dolgun, deqiq ve duzgun izahat vere bilseydiler ele biz de kecib vehabi olardiq da ne vardi ki))) Bunlarin bura yazdiqlarindan bawqa bir izahat ewitmemiwem. Ancaq bunu deyirler ki Wie Alimleri r.a.3 cur nesxin mumkunluyunu qebul edibler. Vessalam))

 

 

Təki həmişə yaxşı olasan mənim əziz qardaşım. Bu vəhhabilər belədirlər də. Üç səhifə ora-bura fırlatdılar, amma, bir cavab vermədilər. Ay nə bilim alimlər elə deyirlər, alimlər belə deyirlər.

 

Sual vermişik ki, əgər Ömərin iddia elədiyi rəcm "ayə"sinin mətni nəsx olunubsa onda mənbələrdəki məşhur mətn hardandır? 

Öz aləmlərində guya səhv tutdular ki, Buxaridə bu mətn yoxdu ay nə bilim nə ))

 

halbuki, özləri də bilirləree mənbələrində bu mətn var və alimləri də qəbul edirlər. Məsələn:

 

 

Bu videoda vəhhabi ağalarından biri həmin mətndən danışır)

İndi təsəvvür edirsənmi qardaşım? "Ayənin" mətni nəsx olunub, amma öz müxaliflərin mənbələrində bu mətn var. Belə çıxır ki, "Ayə"ni Qurandan "Allah çıxardıb" daha sonra müxaliflərin mənbələrinə salıb! Tövbə əstəğfirullah!

 

Bax, söhbət bundan gedir. Bunlar da yapışıblar ki, filan şiə alimi tilavətin nəxsini qəbul edib... Heç elə deyilee. Lap, guya elə olsa nə olacaq ki? Məgər sual tilavətin nəsxidi? Bunlar həqiqətən ya mövzunu başa düşməyiblər, ya da adətləri üzrə qoyublar özlərini - yumşaq desək- başa düşməməzliyə! )

 

İNdi bunlar deyirlər ki, tilavət nəsx olunub. Yəni, mətn Qurandan çıxarılıb. Deməli, Allah məsləhət bilməyib ki, mətn Quranda qalsın. Amma, müxaliflərin mənbələrində qalıb. İndi sual budur ki, əgər həmin "ayəni" bunların kitablarına Allah salıbsa Allah mətni Qurandan çıxardıb - nəuzubilləh- bunların kitablarına niyə salıb? Nəuzubilləh "Ayə" Qurana layiq olmayıb, ya Quran "ayə"yə?

Yox əgər Allahın Qurandan "Çıxartdığı ayə"ni müxaliflərin hədisçiləri götürüb öz kitablarına salıblarsa ...naprasno... Oçen naprasno! A kişi, Allah bu "ayənin" mətnini öz kitabından məsləhət bilib  çıxardıbsa, sən niyə və nə ixtiyarla götürüb onu öz kitabına salırsan??

Hələ maraqlıdır ki, bunlar "ayənin" nəsx olunmuş mətnini hardan tapıblar? )

 

Biri çıxıb bir fərli başlı cavab vermir ki, fikirlərini biləsən. Bizi görən kimi, başlayırlar "rafizilər", "müşriklər" nə bilim nə...


  • qulam это нравится


#103075 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Написано N_ن_N 15 сентября 2015 - 19:24

Allah razı olsun qulam qardaşım. Minnətdaram. Bir daha təşəkkür edirəm.

 

Mövzuya gəlincə. İmamətə kim layiqdi kim layiq deyil Allah özü açıqlayır. (Ya Rəsulum!) Yadına sal ki, İbrahimi öz Rəbbi bir neçə sözlə (bəzi əmrləri ilə) imtahana çəkdiyi zaman o, (Allahın əmrlərini) tamamilə yerinə yetirdi. (Belə olduqda Allah ona:) “Səni insanlara imam (dini rəhbər, başçı) təyin edəcəyəm”, -dedi. (İbrahim isə : “Nəslimdən necə?” – deyə soruşdu. (Allah onun cavabında: ) “(Sənin nəslindən olan) zalımlar mənim əhdimə (imamlığıma) nail olmazlar”, -buyurdu.” (Bəqərə, 124)

 

Mərhum Əllamə Tabətabəi məşhur təfsirində bu barədə yazır: “Bu ayənin imamların (ömür boyu) mə’sumluğuna dəlil oması barədə ustadlarımızın birindən soruşduqda belə cavab verdi: “İnsanlar əql və məntiq baxımından dörd qrupa bölünür:
1.Ömrünü əvvəldən axıra qədər zülm və haqsızlıqla keçirənlər;
2.Ömrü əvvəldən axıra qədər hər bir günah və zülmdən pak olanlar;
3.Ömrünün əvvəlində zülmkar olan, axırda isə bu işdən çəkinənlər;
4.Ömrünü əvvəlcə ədalətlə başlayan, sonra isə zülmlə başa vuranlar.
Şübhəsiz, həzrət İbrahim kimi peyğəmbərin Allahdan birinci və dördüncü qrupa aid olanlar üçün imamət məqamı istəməsi əsla təsəvvür olunmur. Burada iki qrup qalır və Allah-taala üçüncü qrup üçün imamət məqamını rədd edir. Beləliklə, yalnız bir qrup qalır - ömrünün əvvəlindən sonuna kimi pak və günahdan uzaq olanlar!”

 

Ağıl sahibləri üçün bundan gözəl izah???


  • qulam это нравится


#103073 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Написано N_ن_N 14 сентября 2015 - 18:59

Mənim əziz qulam qardaşım. Allah razı olsun sizdən. Allah şahiddir ki, mən də sizi burda görəndə ürəyim sevinir.

 

Əziz qardaşım, foruma nəzər salarkən gördüm ki, müzakirələrin birində təəssüf ki, sizin haqqınızda tələsik qərar verib bir vəhhabi ilə səhv salmışam. Tələskənlik edib xətaya düşmüşəm. Üzr istəyirəm sizdən. Mümkündürsə haqqınızı halal edin qardaşım. Allah razı olsun.


  • Arif это нравится


#103068 İlahi İmamları Kim Seçməli Və Təyin Etməlidir?

Написано N_ن_N 13 сентября 2015 - 23:13

Belə çıxır ki, Allah nəuzubilləh əvvəl bu məsələyə münasibət bildirməmiş, təkcə qiyamətin axırına bir qədər qalmış vaxt üçün Mehdini (ə.f) seçmişdir.

Çox gözəl və incə mətləbə toxunmusan qardaşım. Allah səndən razı olsun.  Ümumiyyətlə, imam, rəhbər ya rəiyyətdən aşağı səviyyədə olur, ya rəiyyətlə eyni səviyyədə olur, ya da rəiyyətdən üstün olur. Birinci hal  insan fitrətinə ziddir. İkinci hal insan nəfsinə "gəl-gəl" deməkdir. Geriyə bir tək üçüncü hal qalır.




#103060 Əlinin(ə) Əbu Bəkrə və Ömərə münasibəti

Написано N_ن_N 15 августа 2015 - 13:20

Yenə də səsi-sorağı gəlmir vəhhabilərin.

 

Bir maraqlı hədisə diqqət edək.

 

"“Münafiqin üç əlaməti vardır: Yalan danışır, vədinə əmələ etmir, ona edilən əmanətə xəyanət edir.”

 

Bu hədis müxaliflərin nəzərində səhihdir. Buxaridə də Muslimdə də keçir bu hədis. Qəribədir ki, Əli(ə) Əbu Bəkrlə Ömərə nisbət verdiyi sifətlər arasında bu sifətlər də var.


  • qulam это нравится


#102920 Münafiqlə səhabənin fərqi

Написано N_ن_N 06 июня 2015 - 16:57

بسم الله الرحمن الرحيم

السلام عليكم و رحمة الله و بركاته




Məlum olduğu kimi peyğəmbərimizin (s.a.s) dövründə səhabələrin (رضي الله عنهم) arasında münafiqlər də var idi. Zahirdə onlar da səhabə hesab edilirdilər. Peyğəmbərə (s.a.s), əhli-beytinə (s.a.s) , müsəlmanlara məhəbbət nümayiş etdirir, İslami əhkamları yerinə yetirirdilər. Bəs görəsən münafiqlə həqiqi səhabəni bir-birindən necə ayırmaq olar ?

Biz hardan bilə bilərik ki, hansısa رضي الله عنه ( "radiyəllahu anhu" - Allah ondan razı olsun! ) dediyimiz şəxs əslində münafiq idi ya səhabə?

Konkret hansısa şəxslərin səhabə , hansılarının münafiq olduğu Quranda qeyd edilibmi? Adları çəkilibmi?

Müsəlmanların bu məsələyə münasibəti necə olmalıdır? Ehtiyatən ucdantutma hamısına رضي الله عنه - mu deyilməlidir?

Yoxsa, ehtiyatən heç birinə رضي الله عنه deyilməməlidir? Ola bilər ki, رضي الله عنه dediyimiz şəxs əslində münafiq olmuş olsun. Ola bilməzmi? Ola bilməzsə nəyə əsasən ola bilməz?

Əgər bir kimsə ictihad edib xəta etmiş olsa, əslində "Allah ondan razı olsun!" deməli olduğu şəxsi münafiq hesab edib "ALlah ona lənət eləsin!" desə kafirmi olar?

Əgər bir kimsə ictihad edib xəta etmiş olsa, əslində münafiq olan bir şəxsə "Allah ondan razı olsun" desə bunun hökmü nədir?

Təşəkkürlər!


  • qulam это нравится


#102916 Nasibilər "rafizilərdən" üstündürlərmi?

Написано N_ن_N 04 июня 2015 - 12:22

Bunu mene yox,imam əliyə soruşsan,deyerki, xevaric,ve muaviye,,..
Çunki onlar gözle görsenen düşmenlerdir,

Şiye deyende yeqinki, haqq şiye yox,mes küfe ve medine şiyelerini qesd edirsen ki,onlar imam əli,imam huseyni tek qoydular,çetin vaxtda..
İmam medineden kerbalaya gelende 4 mine yaxın medine şiyesi ile çıxmışdı,lakin meydanda 72 nefer qaldı,ona göre ya heqiqi şiye olmalısan,ya da xevaric ya nasibi


1. Sən sualı deyəsən başa düşməmisən. Sual budur ki, Əliylə (ə) düşmənçilik edənlər Əbu Bəkrlə, Ömərlə, Osmanlı düşmənçilik edənlərdən üstündürmü?

2. sən öz yerinə danışa bilərsən, Əlinin (ə) yerinə yox. Əgər sən də İmam Əliylə (ə) üz-üzə gəlsən, yəqin ki, sənə bu iradı tutar.

3.şəxsən mən ümumiyyətlə, heç bir pis xüsusiyyəti ümumilikdə hansısa ölkənin,şəhərin, kəndin əhalisinə aid etmirəm.

4. İmam Hüseyni (ə) yalnız qoyanların etiqadda şiə olmalarına heç bir dəlil yoxdur. Sadəcə onların zahirdə siyasi nəzərləri bu idi ki, xəlifə İmam Hüseyn (ə) olmalıdır. Lakin, bizim mövzumuz bu deyil. Mövzumuzun nə olduğunu bilmək üçün verilən suala diqqət elə!



#102915 Yəzid niyə "sevilmir"?

Написано N_ن_N 04 июня 2015 - 12:05

بسم الله الرحمن الرحيم

السلام عليكم و رحمة الله و بركاته


Vəhhabilərlə söhbət zamanı Yəziddən (l.ə) söz düşərkən bəziləri "nə söymürük, nə öymürük" deyirlər. Yəzidin (l.ə) bəd əməllərini etiraf edib məhz bu əməllərinə görə sevmədiklərini qeyd edirlər. Sualım özlərinə "əhli-sünnə vəl-camaat" deyən, "sələfi" deyən həmin vəhhabiləridir və sual çox sadədir :

Əgər Yəzidi (l.ə) həqiqətən də sevmirsizsə, onun sevilməməyinin səbəbləri arasında İmam Hüseyni (ə) və yaxınları Kərbəlada şəhid etməsi hadisəsi də varmı?



#102810 Ali barədə hedis

Написано N_ن_N 23 марта 2015 - 13:34

Görmürsünüz içi küfr ilə doludur? Şiələr uydurublar da bu hədisi.


Əksinə. Siz görmürsüz ki, hədisin içi iman doludur. Şiələr heç vaxt hədis uydurmayıblar. Siz şiələri Əbu Bəkrin, Ömərin, Osmanın haqqında fəzilət hədisləri uyduranlarla səhv salmayın.

Həqiqətən də, mən də sizdən xahiş edirəm ki, küfr olan hissəni tam və dəqiq şəkildə qeyd edəsiz.



#102794 Əhli-beytə (s.a.s) əzadarlıq.

Написано N_ن_N 18 марта 2015 - 17:54

Muhəmməd (s.a.s) va ali-Muhəmmədə (s.a.s) salavat!!! Allahummə salli əla Muhəmməd va ali-Muhəmməd va accil fəracəhum vəl"ən əidəəhum!



  • Arif это нравится


#102792 Əhli-beytə (s.a.s) əzadarlıq.

Написано N_ن_N 18 марта 2015 - 17:46

MaşaAllah! MaşaAllah! MaşaAllah! Vallahi, billəhi, təllahi! Qiyamətə qədər şiəlik qalacaq! Qiyamətdə də cənnətə daxil olacaq yeganə firqə - nicat tapan firqə, firqə nəciyə onlardır! Allahu Əkbər! ALlah əhli-beytə (s.a.s) zülm edənlərə - birincisindən tutmuş axırıncısına qədər - lənət eləsin! Allahummə amin! ((





#102786 Əhli-beytə (s.a.s) əzadarlıq.

Написано N_ن_N 18 марта 2015 - 01:19



Allah əhli-beytin (s.a.s) qatillərinə lənət eləsin! Allahummə amin! (((




  • Arif это нравится


#102781 Əhli-beytə (s.a.s) əzadarlıq.

Написано N_ن_N 15 марта 2015 - 19:01


Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu.

Bu mövzuda inşaAllah yalnız əhli-beytə (s.a.s) həsr olunan əzadarlıq məclislərindən görüntülər, mərsiyyərlər və s. paylaşaq. Kim nə deyir desin! Xoş o kəsin halına ki, əhli-beytə (s.a.s) həsr olunan əzadarlıq məclislərində iştirak edir, əhli-beytə (s.a.s) əza saxlayır! Muhəmməd (s.a.s) və ali-Muhəmmədə (s.a.s) salavat! Allahummə salli əla Muhəmməd (s.a.s) və ali-Muhəmməd (s.a.s) və əccil fəracəhum vəl"ən əidəəhum !

Allah bütün əhli-beyt (s.a.s) sevənlərini xeyirlə mükafatlandırsın! Hamısına bu dəyərsiz canım qurban!

https://www.youtube.com/watch?v=PbFeEHnuU58








Рейтинг@Mail.ru