Перейти к содержимому


N_ن_N

Регистрация: 10 мар 2011
Offline Активность: 02 авг 2016 21:58

#102779 İraq və Suriyadakı vəziyyət

Написано N_ن_N 15 марта 2015 - 18:54

Yaxşı yadımdadı, "İraq və Şamdakı İslam Düşmənləri" ( İŞİD ) Suriyada müsəlmanları qıranda vəhhabilər və onların ağaları sevinirdilər ki, Suriyada tezliklə əllərinə keçəcək. Ancaq, Allahın yardımı ilə, cəsarətli - mücahid müsəlmanların sayəsində bu baş vermədi. İnşaAllah arzuları ürəklərində qalacaq.

Yenə də yaxşı yadımdadı, "İraq və Şamdakı İslam Düşmənləri" ( İŞİD ) İraqda müsəlmanları qıranda bu Anti-Rafa nikli vəhhabi forumda "Rafizilər üzərində qələbə" başlıqlı xüsusi bir mövzu açmışdı. İlk cümləsi də belə idi :

"İraqda və Suriyada rafizi rejimi çökmək üzərədir."



Allaha şükürlər olsun ki, bu arzuları da ürəklərində qaldı. Əlhəmdu lilləh, Allah hər dəfə onlara məğlubiyyət daddırır. İnşAllah məhvə məhkumdurlar.

Əziz müsəlmanlar! "İraq və Şamdakı İslam Düşmənləri" ( İŞİD ) ilə mübarizə aparan mücahidlər üçün dualarınızı əksik eləməyin! Muhəmməd (s.a.s) və ali Muhəmmədə (s.a.s) salavat! Alllahummə salli əla Muhəmməd (s.a.s) və ali Muhəmməd (s.a.s) va əccil fəracəhum vəl-ən əidəəhum!



#102777 "Elmi" Səviyyə

Написано N_ن_N 15 марта 2015 - 15:09

7 qiraətin hamısı peyğəmbərdən rəvayət edilib. Hamısı da düzdü. 7 qiraətin heç birində leylətun sözü laylatun kimi oxunmur,çünki ləm hərfinin üstündə fəthə olsa, heç zaman la kimi oxuna bilməz.


Allah və rasulu (s.a.s) deyib ki, "E" kimi oxuna bilər və yaxud oxunmalıdır?
ALlah və rasulu (s.a.s) deyib ki, "A" kimi oxuna bilməz?



#102768 "Elmi" Səviyyə

Написано N_ن_N 14 марта 2015 - 15:09

təcvid kitablarında e kimi oxunması yazılıb. mənim əlimə bir neçə kitab keçib indiyə qədər. Kirilcə təcvid kitablarında da e kimi yazıldığını görmüşəm.azərbaycanca kitablarda da e kimi yazildiqini gormusem. türkce kitablarda da bele yazilib. A kimi heç bir yerdə yazılmayıb


Deməli,"e" kimi oxunması təcvid kitablarını yazanların ictihadıdır, Allah və rasulu (s.a.s) belə bir şey əmr etməyib. Eləmi ? )

  • qulam это нравится


#102767 "Elmi" Səviyyə

Написано N_ن_N 14 марта 2015 - 15:07

iftira niyə atırsız? harda tehqir olunmusunuz? kişi demişəm sizə məgər bu tehqirdir? bir də demişəm ki bığları da var.

kişi sözünü özünüzə təhqir hesab etmək ilə əslində özünüz-özünüzü təhqir etdiniz.


"iftira niyə atırsız" sualını verməklə niyə iftira atırsız? Harda demişəm ki, təhqir olunmuşam? Niyə belə bir iftiranı atırsız? )

Məgər mən dedim ki, bizə kişi demək təhqirdi? )

Siz vəhhabilər özünüzü çox ağıllı hesab edirsiz amma elə deyilsiniz ) Bəlkə də sən "kişidi bu, bığları da var" deyəndə nəzərində tutmuşdun ki, mən sənə deyim "təhqir eləmə" , sən də indi yazdığın cavabı yazasan ) Amma, gördün ki, elə yazmadım. Onda niyə yersiz iradlar bildirirsən? )

Mən yazmışdım :

""Əxlaqlı, nümunəvi müsəlman" maskasını axıra qədər saxlaya bilmədin deyəsən. Məlum idi zatən.


Burda harda yazılıb ki, məni təhqir etmisiz? ) Sadəcə, "əxlaqlı müsəlman "maskasını üzünüzdə axıra qədər saxlaya bilmədiyinizi demişəm, məni təhqir etdiyinizi deməmişəm )

Yox, əgər əxlaqsızlıq eləmədiyinizi düşünürsünüzsə, xəlifəniz Əbu Bəkrin, Ömərin hansısa "xeyirli bir əməlini" yad edəndən sonra onların haqqında "kişidi bu, bığları da var " yazın! ) Yox, əgər kişi sözünü onlara təhqir hesab edirsizsə, yazmayın! )



#102756 "Elmi" Səviyyə

Написано N_ن_N 13 марта 2015 - 21:44

sən sözü fırlatma.sən dedin ki söyüş söymə.mən də dedim ki mən söyüş söymədim.sənə görə belə çıxdı ki Allah söyüş söyüb səfeh deməklə.nəuzubillah


Qardaşım, o sənin onsuz da nə dediyini başa düşmür. Başa düşməməyi üçün "üzrlü səbəbi" var. Bunlar belədirlər. Özləri əxlaqsaızlıq edərlər. Lakin, başqası əxlaqsızlıq etmədiyi halda onu əxlaqsız hərəkət etməkdə ittiham edərlər.



#102752 İngiliscə Mərsiyyə

Написано N_ن_N 13 марта 2015 - 18:33


"Kefli İskəndər" əcnəbi dili bilmədən qulaq asıb ağlayanlara irad tutur.

Yerləşdirdiyin videoda isə ingilis dilli camaatın başa düşməsi üçün mərsiyyə ingilis dilində deyilir.

Iağ-lağı isə mərsiyyə ingiliscə demək deyil və qardaşın da iradı buna deyil. Lağ-lağı - "Kefli İskəndər"in insanlara tutduğu irad ilə bu gözəl məclisdə ingiliscə mərsiyyə deyilməsini eyniləşdirməyinizdir. Lağ-lağı da məhz budur.

Qaldı ki, "Kefli İSkəndər"in tutduğu irada. Heç bu irad da yerində deyil. Bu isə başqa mövzudur.

Qaldı ki, bu mövzunu hazırlayana və dəstəkləyənə, bəyənənə, paylaşana. Hamısının "düşüncə qabiliyyəti" olsa-olsa elə "kefli İskəndər" səviyyəsindədir.

  • qulam это нравится


#102750 "Elmi" Səviyyə

Написано N_ن_N 13 марта 2015 - 18:18

təcvid qaydası belədir.


Hansı səhih hədisə görə təcvid qaydası belədir ki, fəthə "e" səsini verə bilər?

  • qulam это нравится


#102706 "Elmi" Səviyyə

Написано N_ن_N 11 марта 2015 - 13:57

İkinci yerləşdirilən video gözəldir. Sənin sayəndə mərhum Behcəti (r.a) və onun gözəl , ixlaslı camaat namazını yad eləmiş olduq. Allah rəhmət eləsin ağaya! Həqiqətən də necə gözəl, ixlasla namaz qılır. Namaz qılmaqda zatən mühim olan ixlasdı. Yoxsa namazda gözəl səslə oxu, amma, etiqadın düzgün olmasın, camaat da səsinin gözəlliyinə vurulsun, ixlas yaddan çıxsın, belə olmaz! Allah rəhmət eləsin ağaya! Ağanın ruhunun istirahəti haqqında Muhəmməd (s.a.s) və Ali-Muhəmmədə (s.a.s) salavat! Allahummə salli əla Muhəmməd (s.a.s) və Ali Muhəmməd (s.a.s) va accil fəracəhum vələn əidəhum!

Şərhsiz !







#102690 Şeyx Cavid - İmam Xomeyninin fətvası barədə

Написано N_ن_N 08 марта 2015 - 00:10

Həqiqətən də imam nə gözəl demiş : "düşmənlərimizi axmaq qərar verən Allaha həmd olsun!" )

  • qulam это нравится


#102643 Ömərin qatili kafir idimi?

Написано N_ن_N 06 марта 2015 - 15:36

ƏleykuməsSəlam və rəhmətullahi və bərəkətuhu , əziz qardaşimiz . Bu kədərli günlərlə əlaqədar , Peygəmbər s. ailəsinə və siz mömin bəndələrə başsağliği verirəm. Allah əlimizi Əhli beyt ə.s ətəyindən üzməsin , Onlarin həqiqi taniyanlarindan , qərar versin , qəlblərimizi Onlara məhəbbəti ilə doldurub genişləndirsin , daxilimizi bu məhəbbətin nuru ilə işiqlandirsin ki ,cəhalət və günahlardan ibarət olan , qaranliq salan qəflət pərdələrini yarib Həqiqətə cata bilək ! İnşaAllah . Amin. Allah Əhli beyt düşmənlərinə əbədi lənət eləsin


Allahummə amin! Allah sizi dünya və axirətdə əhli-beytdən (s.a.s) ayrı salmasın əziz qardaşım!

  • Arif это нравится


#102616 Ömərin qatili kafir idimi?

Написано N_ن_N 03 марта 2015 - 23:43

Əssəlamu aleykum va rahmətullahi va bərakətuhu. Bu günlər "əyyami-Fatimiyyə"dir. ( Saləvatullahi aleyhə )

Fatiməyə (s.a.s ) edilən zülmlər yada düşəndə Ömər yada düşür. Ömər Yada düşəndə isə onun qatili Əbu Luluə Firuz yada düşür. Firuz yada düşəndə də bu mövzu yadıma düşdü. İnşaAllah sualımıza cavab gələr.



#102528 Təqiyyə

Написано N_ن_N 17 января 2015 - 15:59

ey özünü şiyə adlandıran!
bu cümləni yazanda özün öz yazdığlvl anladın ?


Özüm öz yazdığımı anlamasaydım səndən fərqim olmazdı.


1.mömin cahil müsəlmanın qarşısında təqiyyə etdiyini 1 ci dəfədir eşidirəm.tarixdə belə bir hadisə olub?


Yazmışam :

insan şiddətli təz­yiqə mə’ruz qaldığı və zalımların əlindən qurtarmağın yeganə yolu təqiyyə olduğu zaman təqiyyəyə əməl edə bilər; istər kafir qarşısında olsun, istərsə də cahil müsəlmanlar qarşısında (diqqət edin)


Bir müsəlmanın başqa bir müsəlmanı şiddətli təzyiqə məruz qoyması və ona zülm etməsi də cəhalətdir və əgər sən cümləni bütöv oxuyub deyildiyi kimi başa düşsən görərsən ki, cahil deyərkən nəzərdə tutulan nədir. Bəli, tarix boyu belə cahil müsəlmanların əlindən əziyyət çəkən şiə müsəlmanlar təqiyyə etmək məcburiyyətində qalıblar.


2.bəlkə cahil insan və ya cahil müşrükün qarşısında və ya özünə müsəlman deyənin qarşısında(əslən cahil MÜŞRÜK,KAFİR) təqiyyə edir demək isəmisən?


Yazmaq istədiyimi yazmışam. Sən də başa düşmək istədiyini başa düşmüsən.Amma, yazdığımı başa düşməmisən.


yəni mömin imanını digər müsəlmanın qarşısında gizlədir küfrə girir?nə cəfəngiyyat danışırsan !?


Xeyr! Mömin əsl etiqadını digər zalim müsəlmanın qarşısında gizlədir. Yəni, əgər Əlinin (ə) peyğəmbərdən (s.a.s)sonra haqlı xəlifə olduğunu, lakin bu haqqın onun əlindən zorla əlindən alındığını demək bəzi cahil, zalim müsəlmanların qarşısında ölüm təhlükəsi ilə üz-üzə qoyursa, bu etiqadını həmin zalimlərdən gizlədir.


birdən Allahı məkannan vəsf edın sələfi müsəlmanların qarşısında imanını gizlədib küfrə girir mömin.bəlkə belə demək istəmisən?


Küfrün necə olmasının fərqi yoxdur. Əgər imanı gizlədib küfrü zahir etmək zərurəti yaranarsa, müsəlman belə edə bilər. Təqiyyəyə bu da daxildir və bunu etmək zərurəti yaranarsa, etməkdə problem yoxdur.Amma, əgər zərurət yaranarsa! Yox əgər elə bir məqam gəlsə ki, təqiyyə etmək haram olsa, o zaman belə bir təqiyyəni etmək caiz deyildir.


bəlkə yadından çıxıb imam sadiqin .r.bu haqqda dediyi ?


Allahın, rəsulunun (s.a.s) və imamların (s.a.s) dediyi heç bir söz digəri ilə ziddiyyət təşkil eləmir. Təqiyyəni Allah, rəsulu(s.a.s) və imamları (s.a.s) caiz hesab ediblər. Odur ki,onunla zidd gələn heç bir ayə və ya mötəbər rivayət yoxdur.



#102510 Əliyə (a) atılan böhtanlar

Написано N_ن_N 25 декабря 2014 - 18:18

Qardaş həqiqətən bizim mənbələrdə bu hədislər səhih sənədlə var ki Peyğəmbər Əliyə "Allah rəsulu" sözünü silməyi əmr edib hz Əli isə imtina edib? Mənə nəqli dəlil lazımdır qardaş bura əlavə etdiyim mənbələrə.


Əziz qardaşım, bir məsələnin həqiqət olması üçün həmin məsələdən bəhs edən rəvayətin sənədinin səhih və ya zəif olması, o məsələnin doğru və yalnış olması üçün yeganə meyar deyil.

1.Hədisin sənədinin səhih və ya zəif olması baxımından mötəbər olub-olmaması hər məsələdə keçərli deyil. Bir çox sənədi səhih olmayan məlumatlar var ki, məzmunu səhihdir və onların səhih olmasına heç bir-şəkk şübhə yoxdur və əksinə. Əlbəttə bütün bunlar üsul və hədis elminə dəxli olan məsələlərdi. Ətraflı izah versək söz uzanar. Sadəcə, bunu yadda saxlamaq lazımdır ki, bu "ancaq sənədin səhih və ya zəif olmasına görə məsələnin doğruluğuna etibar etmək, qalanlarını atmaq" metodu daha çox vəhhabilərin istifadə etdikləri metoddur və təssüflər olsun ki, bəzi qardaşlar məsələnin əslindən məlumatsız olduqlarına görə bu metodu bəlkə də yeganə seçim hesab edirlər.

2. Əlidən (ə) "Allahın rəsulu" ibarəsinin silinməsini tələb edən şəxs haqqında rəvayətlər müxtəlifdir. Bəzi rəvayətlərdə gəlir ki, Əlidən (ə) bu ibarəni silməyi tələb edən və Əlinin (ə) etiraz etdiyi şəxs Suheyl bin Əmr idi. Bəzi rəvayətlərdə əmrin peyğəmbər (s.a.s) tərəfindən gəldiyi qeyd edilir. Bəzi rəvayətlərdə isə əmrin kim tərəfindən gəldiyi məlum deyil. Məsələn, əmr edən şəxs haqqında şəxs əvəzliyi işlənib , ancaq əvəzlikdən məqsədin kim olduğu, Suheylmi, yoxsa peyğəmbərmi (s.a.s) olduğu məlum deyil. Yəni, bu barədə gələn rəvayətlər ziddiyyətlidir. Hər halda... əgər qəbul etsək ki, Əli (ə) peyğəmbərin (s.a.s) pozmağı əmr etməsinə rəğmən pozmayıb, bu yenə də Əlinin (ə) peyğəmbərlə (s.a.s) müxalifət etdiyi anlamına gəlməz və məsumiyyət məsələsi ilə ziddiyyət təşkil etmir. Çünki, peyğəmbərimizin (s.a.s) əmri mövləvi əmr yox, irşadı əmr idi. ( Ətraflı məlumat üçün bax : http://313news.net/f...h__1#entry57329) . Odur ki, bu məlumatın doğruluğu qəbul edilsə belə, bu qətiyyən Ömərin peyğəmbərin (s.a.s) əmrinə müxalifət etməsi kimi deyildir.



#102502 "Cəfəri məzhəbi" və Nadir şah

Написано N_ن_N 22 декабря 2014 - 00:23

Bu məzhəbin ardıcılları, Cəfəridir, Ələvidir, Hüseynidir, Fatimidir, on iki imamidir, Muhəmmədidir! Bu məzhəb əslində o gün Allahın kamil edib "bu gün sizin üçün dininizi kamil etdim" dediyi həmin kamil İslam dinidir! İnsan yaranmamışdan, insanlıq yaranmamışdan qabaq Allahın öz qulları üçün nəzərdə tutduğunu həmin yeganə həqiqətdir! Həqiqət əhlinin "bizi siratul-mustəqimə hidayət elə!" deyib hidayət olmaq istədikləri həmin siratul-mustəqimdir. "Bu məzhəbi Nadir yaradıb" , yaxud "Şah İsmayıl yaradıb" , yaxud hər hansısa başqa bir adam yaradıb demək həmin adamı -haşa- Allahın yerinə qoymaq kimi bir şeydir. Bu məzhəbi, bu dini Allah bəşəriyyət üçün seçib. "Əli (ə) şiəsiyik" dediyimiz zaman " Muhəmməd (s.a.s) şiəsiyik" demiş oluruq. Çünki, Əli (ə) Muhəmmədin özüdür! Bu Allahın sözüdür! Həqiqətin yalnız mərifət əhli tərəfindən görünən üzüdür!


Ərvahunə fidəkum!


  • qulam это нравится


#102494 Ömərin qatili kafir idimi?

Написано N_ن_N 16 декабря 2014 - 17:04

Bu sualin garshisinda acizdirler Gardashim.
Ya Ali.


Bir vəhhabi var idi. Onunla söhbətim zamanı belə gətirirdi:

Qatil iranlı idi. İranı fəth elədiyinə görə Ömərdən intiqam aldı.Ona görə də məcusi idi, kafir idi :rolleyes: Allahın verdiyi ağıl nemətinə görə şükür edirik! :rolleyes:

  • Arif это нравится




Рейтинг@Mail.ru