Перейти к содержимому


N_ن_N

Регистрация: 10 мар 2011
Offline Активность: 02 авг 2016 21:58

#103244 Sual-Cavab

Написано N_ن_N 01 июня 2016 - 12:44

qardaşlar, bir mövzunuda sizlərdən öyrənmək istərdim. hədis elmində جمع قران metodu var. bu metod haqqında ətraflı məlumat verməyinizi sizlərdən istərdim. forumun hədislər bölməsində yeni mövzu açıb orada açıqlasazda olar.
təşəkkürlər.

 

"Cəmul-qərain vəş-şəvahid" üsulundan təkcə hədisdə istifadə edilmir. Daha geniş bir anlayışdır. Hansısa bir  iddianın və ya məzmunun doğruluğunun isbatı üçün kənar dəlillər, ipucları, "şahidlər" bir araya toplanaraq həmin iddianın və ya məzmumun doğru olub-olmadığına qərar verilir. 


  • l-nur это нравится


#103242 Sual-Cavab

Написано N_ن_N 01 июня 2016 - 12:40

salam. hər vaxtıvız xeyir.
misal üçün hansısa bir pis varlı insandan pul oğurluq edib və həmin pulu yoxsula vermək bildiyim gədər OLMAZ.

bəs xızırın özgə şəxsin gəmisini deşməsi dərəcədə düzgündür?

*hər iki şəxsin məqsədi yaxşılıq etməkdir.

 

Və əleykum əs-salam.

1. Oğurluq haramdır. Bəli, olmaz.

2. Hər şeyin mülkiyyəti Allaha məxsusdur. Allahın əmri, istəyi və rizası ilə görülən iş çəkdiyiniz misalla müqayisə edilə bilməz.

3. Sizin çəkdiyiniz misalda oğurluq edib pulu yoxsula vermək şəxsi qərardır, "ictihaddır". Həm də iş haram üzərində qurulur. Lakin, haqqında danışdığımız hadisələrdə isə qərarlar isə özbaşına qəbul edilmiş qərarlar deyildi.

 

"Divara gəldikdə isə, o, şəhərdəki iki yetim oğlanın idi. Altında onlara məxsus bir xəzinə vardı. Onların atası əməlisaleh adam olmuşdur. Rəbbin onların həddi-buluğa çatmalarını və Rəbbindən bir mərhəmət olaraq öz xəzinələrini (tapıb  çıxartmalarını istədi. Mən bunları öz ixtiyarımla etmirdim. Sənin səbr edə bilmədiyin şeylərin yozumu budur!” (Kəhf surəsi, 82)

 

Doğrusunu Allah bilir! 


  • l-nur это нравится


#103231 Onların Yalanları

Написано N_ن_N 15 мая 2016 - 21:49

بسم الله الرحمن الرحيم

 

İnşaAllah bu mövzuda müxaliflərin yalanlarını ifşa edəcəyik. Hər kəs onlardan bildiyi, eşitdiyi, gördüyü yalanı, təhrifi burda paylaşsın inşaAllah. 

 

Beləliklə, onların uydurduqları yalanlardan birinə baxaq: 

 

Deməli, bu vəhhabilər bir sayt açıblar, üzdə İŞİD-i pisləyir, ölkə başçısını tərifləyirlər. Guya, bunlar aydan arı, sudan durudurlar. Onların bu yalanı bişmiş toyuğun da güləcəyi qəbildən yalandır. Nə isə bununla işim yoxdur. Onsuz da üzdə nə qədər yarınmağa çalışsalar da rəhbərlikdə də bilirlər bunların iç üzlərini. 

 

Məsələ burasındadır ki, bu vəhhabilər həmin saytda bir də "SUAL-CAVAB" bölməsi yaradıblar. Guya vəhhabi "elm tələbələri" orda insanları "maarifləndirirlər". Orda mart ayında verilən sual cavablardan birini sizə olduğu kimi təqdim edirəm: 

 

 

Sual: Qedir xum haqqinda ehli sunne alimlerinin ittifaq etdiyi sehih metn isteyirem

Cavab:
Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Qədr-Xum hadisəsi əhli-sünnənin ən mötəbər hədis kitablarından biri olan Səhih Muslimdə belə nəql edilmişdir:

«Qədr-Xum hədisi»

Zeyd ibn Ərqəm (Allah ondan razı olsun) deyir ki, Məkkə və Mədinə arasında Xum adlanan yerdə Peyğəmbər (ona Allahın salavatı və salamı olsun) bizə vəz etdi. İlk olaraq Allaha həmd səna etdi, bizə (dinimizi) xatırlatdı, sonra isə dedi: “Ey insanlar, mən də bəşər övladıyam, Rəbbimin elçisinin gəlməsinə və mənim də onu qarşılamağıma çox az qalıb. Mən sizə iki ağır yükü tərk edib gedirəm. Birincisi, Allahın kitabıdır. Hidayət və nur ondadır. Allahın kitabını əsas götürün və ondan tutunun”. Bir müddət, Allahın kitabı haqqında danışıb, insanları ona rəğbətləndirdi və sonra dedi: (İkincisi) Əhli beytimdir. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram. Allahın adı ilə əhli beytimi sizə xatırladıram”.
Husayn ibn Səburə Zeydə dedi: “Ey Zeyd, Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun) əhli beyti kimlərdir? Onun yoldaşları onun əhli beytindən deyillər?”
Zeyd dedi: “Bəli, yoldaşları da əhli beytindəndir. Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır”.
O dedi: “Bəs onlar kimlərdir?”
Zeyd dedi: “Onlar, Əlinin, Əqilin, Cəfərin və Abbasın ailəsidir”.
O dedi: “Bunların hamısına sədəqə haram edilmişdir?”
Zeyd dedi: “Bəli”.

(Səhihi Müslim, Kitabu Fədailus Əshabə, 2408)

 

Göstərilən mənbəyə nəzər salsanız görərsiz ki, orda, yuxarıda yaşıl rənglə işarələdiyim hissə "Bəli, yoldaşları da əhli beytindəndir. VƏ LAKİN, Əhli beyti, ondan sonra özlərinə sədəqə yemək haram olanlardır" şəklindədir. 

Özünüz yoxlaya bilərsiz: http://shamela.ws/br...-1727#page-7304

Əslində ssılka yerləşdirməsəm də bilən bilir ki, orda "və lakin" var. VƏ LAKİN, bu suala cavab verən vəhhabi "elm tələbəsi" rəvayətin mətnindən "VƏ LAKİN"-i çıxardıb.

 

İndi sual: Sizcə vəhhabi "elm tələbəsi" niyə görə belə edib?  :rolleyes: 




#103230 Sual-Cavab

Написано N_ن_N 09 мая 2016 - 17:45

 


qardaşım, niyə allah bu şəxsin günah etməsinə manə olur, lakin bəzi başqa şəxslərin günah etməsinə manə olmur?
təşəkkürlər diqqətinə görə.

 

 

1. O, uşaq deyildi, gənc idi və kafir idi. Öldürülməsi ilə valideyninə qarşı edəcəyi zülmün qarşısı alınıb. 

2. Zatən həmin kafir gənc günahkarlığı ucbatından öldürülür və öldürülərkən də kafir olaraq ölür. Ayədən də açıq -aşkar görünür ki, məqsəd valideyninə qarşı edəcəyi zülmün qarşısını almaqdır. Bu, bir bəla idi ki, valideynlərdən dəf edilmişdi. Əlbəttə Allah bəlaların qarşısını alandır.

3. Allah insanı faili-muxtar qərar verir.  Yəni, insanın günah etməklə etməmək arasındakı seçimi öz əlindədir. 

 

Ən doğrusunu Allah bilir! 

 

Dəyməz qardaşım, buyur.


  • l-nur это нравится


#103225 Sual-Cavab

Написано N_ن_N 09 мая 2016 - 15:22

salam əleykum!
quranda olan bir əhvalat maraqlı gəldi. niyə allah xızır peyğəmbərə uşağın (və ya gəncin) hələm gələcəkdə edə biləcəyi günaha görə öldürmək əmri verdi?

 

 

و عليكم السلام و رحمة الله و بركاته

 

"Edə biləcəyi" yox, "edəcəyi dəqiq olan" günaha görə. Məhz buna görə də burda qəribə bir şey yoxdur.  


  • l-nur это нравится


#103220 Sual-Cavab

Написано N_ن_N 24 апреля 2016 - 00:16

Mənim əziz qardaşım,

1. Əgər diqqət etsəniz "tədricən qadağan olunmuşdur" demir, "tədricən bəyan olunmuşdur" deyir. Yəni. hökm var, sadəcə həmin hökm tədricən bəyan olunur. Bu iki fikir arasında ciddi fərq var. 

2. Nisa surəsində qadınlar ilə əlaqəli hökmlər açıqlanır. Əgər Quranda hardasa "çəkidə aldatmamaq" əmr olunursa, o demək deyil ki, həmin əmrə qədər icazəli idi, lakin sonra qadağan olundu. 


 

Ən doğrusunu Allah bilir!


  • l-nur это нравится


#103206 İmam Əlini yalnız mömin sevəcək və ona yalnız münafiq nifrət edəcək

Написано N_ن_N 23 февраля 2016 - 19:16

Allah səndən razı olsun qardaşım. Çox gözəl mövzudur. Həmd olsun bizə Ağanın (ə) vilayətini nəsib edən Allaha (((


  • qulam это нравится


#103198 Quran təhrİf olunmayıb

Написано N_ن_N 17 февраля 2016 - 12:56

Allah razi olsun sennen qardawim...sennen ricam quran bolmesinde sual vermiwem vaxtin ve imkanin olanda nezer sal ) Allah Teberaku va Teala seni ve yaxinlarini hifz elesin bol ruzi ve bereket versin inwaALLAH! 

 

 

Allah sizdən də razı olsun mənim qardaşım. Allah sizi və yaxınlarınızı əbədiyyən əhli-beyt (ə) ilə (ruhumuz onların qədəmlərinin torpağına fəda olsun!) məşhur olsun eləsin.

 

Dediyiniz sualı tapa bilmədim qardaşım.  Zəhmət olmasa linklə keçid göstərin.




#103191 Quran təhrİf olunmayıb

Написано N_ن_N 16 февраля 2016 - 01:27

 

 

anladim qardawim..Allah seni dunya ve axiretde ixowbext etsin!   bu mena tehrifi ne derecede duzgun fikirdi....moterzede olan ayenin werhi ki deyirsen ki inwaAllah beledi, onda niye bu cur bir quran movcud deyil...axbari alimlerimiz bunu iddia edib ve sehih revayetlere dayanirlar bes usuli alimlerimiz neden bunu qebul etmirler 

 

 

 

 

 

1. Qardaşım, qətiyyən şübhə yoxdur ki, Quranda Allah və rəsulundan (s) sonra itaətin vacib olduğu kimsələr başda Əli (ə) olmaqla 12 imamdır. "Özünüzdən olan əmr sahiblərinə itaət edin", "bilmirsinizsə zikr əhlindən soruşun" kimi ayələrdən "əmr sahiblərindən", "zikr əhlindən" nəzərdə tutulan imamlardın (ə). Allahın buyurduğu itaət məhz onlara edilməsi vacib olan itaətdir. Buna heç bir şəkk-bühə yoxdur. Lakin, müxaliflər bunun əksini deyirlər. Deməli, mənanı təhrif edirlər. Odur ki, FƏRZ ETSƏK Kİ, yuxarıda yazdığım rivayətlər ümumiyyətlə mövcud deyil, yenə də itaətin məhz imamlara (ə) vacib olduğuna qəti şübhə yoxdur. Əlbəttə, bu fikir ayrılıqları da məhz imamlara (ə) işarə edən məsələlərdə yaranıb. Yəni, hansısa başqa bir fiqhi məsələnin yox, məhz imamlara (ə) itaətin vacibliyi məsələsinin təhrif edildiyi müzakirə mövzusudur. Odur ki, hansısa formada olursa olsun məsələləri, ayələrin mənaları təhrif edib insanları imamlara (ə) itaətdən uzaqlaşdırıblar. buna şübhə yoxdur.

 

2. Varid olan rivayətlərə görə şərhlə olan Quran Əli (ə) tərəfindən hazırlanmışdı. Lakin, əğyar həmin Quranı bu kimi məsələlərə görə qəbul etmədilər.

 

Gələk rəvayətlərin səhih olub-olmaması məsələsinə.

 

1. Bir alimlə görə səhih olan rivayət mümkündür ki, bir başqa alimə görə səhih olmasın.

2. Quranın mətni mütəvatir olduğu üçün, Quranın mətni ilə əlaqəli olan rivayət də gərək mütəvatir olsun. Təkcə səhihlik şərti kifayət etmir.

3. Məsələ qəbul edib-etməmək məsələsi deyil. Üsulilər bu rivayətləri səhih görürlər ya yox, bundan danışmırıq. FƏRZ EDƏK Kİ, səhih görürlər. Səhih görsələr belə yaşıl rənglə qeyd etdiyim hissələri şərhdən bilirlər. Məsələnin məhz belə olduğu barədə olduqca tutarlı dəlillər var. Lakin, ZAHİRƏN GÖRÜNƏN BUDUR Kİ, əxbari alimlərin bir neçəsi (hamısı yox) həmin yaşıl rəngli hissələri şərhdən yox, ayənin əsas mətnindən biliblər. Lakin, onların belə düşündükləri qəti deyil. Zahirən görünən budur. Doğrusunu Allah bilir.

 

Ən mühim məsələ budur ki, bir daha təkrar edirəm, Quranın mətni mütəvatir olduğu üçün Quran barədə iddia edilən hər hansı bir məsələ də bu dərəcə mütəvatir olmalıdır. Əks təqdirdə iddianın heç bir önəmi yoxdur. Dediyim halın baş verməsi, yəni, Quranın mətni barədə iddia edilən bir şeyin mütəvatir olması olduqca çətin, bəlkə də mümkünsüz bir şeydir.

 

Sadə formada izah edim. Biz nəsxi mənsuxu qəbul edirik. Nəsx edilən ayə də, nəsx edən ayə də Quranda var. Hər iki ayə də Quranın mətni olduğundan mütəvatirdir. Hər ikisinin doğruluğu qəti olduğuna görə məzmunlarına baxıb görürük ki, biri həqiqətən də digərini nəsx edib. Biz də yəqinlik hasil olur ki, bir başqa ayə gətirib nəsx etdirən Allahın özüdür. Çünki, əlimizdə olan Quranda nə varsa ALlahdandır. 

 

Amma, müxaliflər çıxır ki, deyir ki, məsələn, filan rivayət "tivalət nəsxinə" aiddir. Yəni, guya filan-filan ayələr var imiş, amma ALlah sonra həmin ayənin mətnini çıxartdı, amma, hökm qaldı. Bunlar deyir ki, Allah eləyib. Bəs görəsən dəlil varmı ki, Allah eləyib? Yoxdur. Deyirlər ki, dəlil səhih hədislərdir. Halbuki, "səhih" onların nəzərində səhihdir. Quranın mətninə aid bir iddia mütəvatir olmalıdır, səhih ahad xəbərlər ( xəbəri-vahidlər) kifayət etmir.Sadəcə, onlar iddia edirlər ki, Allah eləyib. Halbuki, biz dediyimiz formada nəsxdə Allah özü Quranda nəsx elədiyi bir ayənin yerinə bir başqa ayə gətirməklə öz imzasını qoyur bildirir ki, bu nəsxi O edib. Bunların iddia etdikləri "tilavətin nəsxində" isə Allahın imzası yoxdur :rolleyes:

 

Ümid edirəm ki, fikrimi çatdıra bildim.

 

ALlah sizi dünya və axirətdə əhli-beytdən (ə) ayrı salmasın. Amin

bunu anladim qardawim ) sadece men fikrimi catdira bil,edim deyesen) haqqini halal et vaxtini aliramsa! menim dediyim odur ki (menniyden Allaha siginiram) yeni biz wie olarag werhli qurani qebul edirik ya yox.. men eqlimce qebul edirem bunu ve wubhem yoxdur ki Ali a.s olan quran haqqdir! lakin mezheb olarag biz bunu qebul edirik yoxsa bu  osmanin guya yigdigi qurani haqq bilirik! baxmayarag ki ayeler menaca deyiwib ve yaxud werhleri aradan qalxib..

 

 

Əslində "Osmanın yığdığı Quran" hekayəsi söyləndiyi kimi müstəsna bir hadisə deyil. Çünki, bu gün bizim əlimizdə olan Quran elə peyğəmbər (s) dövründəki Qurandır. Çünki, Quran elə peyğəmbərimizin (s) dövründə yığılıb hazırkı vəziyyətinə salınmışdı. Necə təsəvvür etmək olar Allahın peyğəmbərimizə (s) bəxş etdiyi əbədi möcüzəsi olan Quran peyğəmbərimizdən (s) sonra dağınıq halda olsun? Mümkündürmü ki, Quran kimi mühim bir kitabın toplanması peyğəmbərin (s) dövründə baş verməmiş olsun? Belə bir şeyə Allahın dinindən  lazımınca xəbərdar olan bir kimsə inana bilərmi? ƏKSİNƏ, Quranın elə peyğəmbərin (s) dövründə yığılması barədə dəlillər həddindən artıq çoxdur.

 

Məsələ burasındadır ki, Osman Quranı toplamamışdı, sadəcə fərqli qiraətləri yox edib hal-hazırkı, yəni əslinə uyğun qiraəti saxlamışdı. Müxaliflərin öz mənbələrində varid olan mötəbər rəvayətlərə görə bunu da öz başına edə bilməmişdi. Bu işdə Əlinin (ə) və onun şiəsi olan möhtərəm səhabələrin xüsusi rolu olmuşdu. Məhz onların iştirakı sayəsində fərqli qiraətlər aradan aparıldı, əsl qiraət saxlanıldı.

 

Qaldı ki, şərhli Quranla şərhsiz Qurana, biz hər ikisinə də iman gətiririk. Çünki, hər ikisi də Qurandır. FƏRZ ET Kİ, səndə Tabətabəinin (r.a) təfsiri var. Məlumdur ki, o da Qurandır. Bir də təfsirsiz, şərhsiz Quran var. Hər ikisi də Quran deyilmi? İkisi də Qurandır, ikisi də haqdır.




#103180 Quran təhrİf olunmayıb

Написано N_ن_N 13 февраля 2016 - 13:27

Fikrimcə bu mövzuda açıq qalan heç bir məsələ yoxdur. Allah qardaşlarımızdan razı olsun dəlillərlə sübutlarla hamısını cavablandırıblar. Başa düşən üçün. Əgər nə isə unudulubsa cavablandırılmayıbsa xatırladın inşə-Allah.


  • qulam это нравится


#103178 Quran təhrİf olunmayıb

Написано N_ن_N 13 февраля 2016 - 13:12

Belə görürəm ki, aləm deyib bir-birinə. Qardaşlar, əzizlər,möhtərəmlər

 

1. Şiələrdən heç kəs Quranın təhrif olunduğunu deməyib. Amma...

 

Amması budur ki, sayısı barmaq hesabı qədər az olan bəzi əxbari alimlərinin sözünün zahirindən başa düşülən budur ki, onlar Quranın təhrif edildiyi fikrini səsləndiriblər. Lakin, qəti deyil! Sadəcə sözlərinin zahirindən başa düşülən budur.

Bunu da izah edim: Təhrifin müxtəlif növləri var. lakin, müxaliflərin əsas iddiası budur ki, guya şiə alimləri ayələrin əsas mətnindən hansısa sözün, cümlənin, yaxud ümumiyyətlə Qurandan hansısa ayənin çıxarıldığını, yaxud əlavə edildiyini iddia ediblər. Halbuki, şiə alimləri belə bir şey deməyib. GƏlin, asan başa düşülsün deyə elə konkret olaraq Kufelinin gətirdiyi cümləyə diqqət edək!

 

Baxın vəhhabi yazır:

" اعلم أن الحق الذي لا محيص عنه بحسب الأخبار المتواترة الآتية وغيرها أن هذا القرآن الذي في أيدينا قد وقع فيه بعد رسول الله صلى الله عليه وسلم شيء من التغييرات ،

Bil ki, mütavatir xəbərlərə görə haqq budur ki, hansı ki qaçmağa yer yoxdur ki, əlimizdə olan Quranda, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra dəyişiliklər baş vermişdir."

 

Fərqi yoxdur bu cümləni kim deyib. Baxın görün heç burda açıq aşkar "peyğəmbərdən (s) sonra ayələrin əsas mətnindən ( yəni, mötərizənin içində yazıla biləcək şərhlərdən yox) bir söz, bir cümlə çıxardıldı", yaxud, "Quranın əsas mətnində bir ayə çıxarıldı" deyilib ya yox?  Məlumdur ki, belə bir söz deyilmir. Əksinə, "əlimizdə olan Quranda peyğəmbərdən (s) sonra dəyişikliklərdən (müəyyən) şey(lər) baş verdi", yəni, "müəyyən dəyişikliklər baş verdi" deyir.

 

Bu hamımıza məlumdur ki, peyğəmbərdən (s) sonra əlimizdə olan Quranda müəyyən dəyişikliklər baş verdi. Məgər bunu inkar eədn hansısa müsəlman var ki? :rolleyes:

 

Deməli, burda nəzərdə tutulan mənada təhrif iddiasından açıq-aşkar bir şey yoxdur. Odur ki, bəzi alimlərin bəzi sözləri barədə deyilir ki, "sözünün zahirindən başa düşülən budur ki... belə deyib". Amma, burda qəti bir şey yoxdur.

 

 

Xülasə, bəzi əxbari alimlərin sözünün zahirindən belə başa düşülür ki, onlar təhrifə inanıblar. Belə əxbari alimlərindən biri də mərhum əl-Cəzairidir (r.a). Halbuki, Mərhum əl-Cəzairi öz təfsirində açıq-aşkar Quranın təhrif edilmədiyini bildirir.

 

2. Əzizlərim ƏXbari alimlər də on iki imami şiə alimləridir. Allah hamısına rəhmət eləsin. Lakin, xəta xətadır. Bir alim hansısa məsələdə xəta edirsə o tamamilə etibardan düşmür. Əxbari alimlər də istisna deyillər.

 

3. Əxbari alimlərinin hamısının sözünün zahirindən təhrifə inandıqları başa düşülmür.

 

Həə. Gələk əsas mətləbə. FƏRZ EDƏK Kİ, hansısa alim əlimizdə olan Quranın təhrif edildiyini deyir. O zaman, kafir sayılırmı? Əgər şübhə üzərindən bunu deyibsə kafir sayılmır. Niyə?

 

Bunu başa düşmək üçün əvvəlcə küfrün, imanın nə demək olduğuna baxaq.

 

Küfrdən çıxıb İslama girmək üçün nə etmək lazımdır? ŞƏhadəteyni demək. Yəni, "lə ilahə illəllah, Muhəmmədən rasulullah". Buİslamdır. Bəs küfr nədir? Bu şəhadəteynin əksidir. Yəni, kim bunları inkar etsə, yaxud inkar edəcək bir söz desə kafir olar. Məsələn, nəuzubilləh kim desə ki, ALlah, yaxud, peyğəmbər (s) yalan danışır, yalançıdır, o zaman kafir olar.

Halbuki, hansısa alimin müəyyən şübhə üzərindən əldə olan Quranın ondan (əsl mətnindən) bir şey çıxarılmadı səbəbi ilə təhrif edildiyini desə məqsəd Allahı, yaxud, peyğəmbəri (s) yalançılıqda ittiham etmək deyil. Yaxud, onlara tənə etmək yoxdur. Bu sadəcə şübhə üzərindən baş vermiş bir xətadır. ƏLBƏTTƏ BU AÇIQ-AŞKAR XƏTADIR, YALNIŞDIR. LAKİN, küfrə səbəb olmur. Yəni, şəhadəteyni inkar etmir, inkara gətirib çıxaracaq, yaxud, Allah və rəsulunu açıq-aşkar təhqirə gətirib çıxaracaq bir fikir səsləndirmir. İSTƏYƏN OLSA BU MÖVZUNU BİR AZ DA GENİŞ AÇMAQ OLAR.

 

Ona qalsa İbn Məsud iki surənin Qurandan surə olduğuna inanmırdı. İndi duraq deyək ki, İbn Məsud kafir olmuşdu? :rolleyes:

 

Yaxud Aişə Quranın müəyyən hissəsinin keçi tərəfindən yeyildiyini, Qurana salınmadığını deyir. İndi duraq deyək ki, Aişə kafir olmuşdu?


  • qulam это нравится


#103155 Şiələrə suallar (II hissə)

Написано N_ن_N 10 февраля 2016 - 12:50

şiyəlere sualım var, xəndək döyuşu haqqda,deyirsiz ki, imam əli,ve resul .sa.s. dan başqa butun möminler qorxdu çixmaxa abdevednen ,
yani sizin momin saydiqlarinizda var idi,xendek,ezhab döyusunde, salman alfarsi,əmmar ve sair..
yani onlarda qorxdu?

 

Biz "bütün möminlər qorxdu" demirik. Biz səhabələrin arasında hər bir cəhətdən ən üstünü Əlidir (ə) deyirik. Bu bir.

İkincisi budur ki, fikrimcə Əbduvud Qureyşdən özünə bab olan, adlı-sanlı rəqib axtarırdı və onları səsləyirdi. Əbu Bəkr, Ömər, Osman ona bab ola biləcək şəxslərdən idilər. Vallahu əiləm!




#103139 Kitab ve peyğəmbər çatmayan insanlara tehvidde cahillik üzrlüdür?

Написано N_ن_N 15 января 2016 - 14:11

Sənə bir daha da deyirəm bəndənin qəlbində Allahdan qorxusu varsa bu dərəcədə abırsız həyasız olmaz.

qulam, he bu aye sen dediyin kimidir, yani men sehv etmişem yazmışam ayeni, ibadet edirik.. deye yazmışam.. amma ibadet etmirik sadece yaxınlaşaq deye

 

 

Bəs mənə deyirdin ki, sən ərəbcə bilmirsən? Allaha şükürlər olsun ki, sənə haqlı irad tutulduğunu başa düşdün. Ümid edirəm ki, bütün həqiqətləri başa düşüb səhv yoldan dönərsən Allahın izniylə.

Allah qulam qardaşımızdan razı olsun. Amin


  • qulam это нравится


#103130 Allahın Edam Olunan Ayəsi

Написано N_ن_N 03 января 2016 - 14:45

بسم الله الرحمن الرحيم

 

    الحمد لله رب العالمين، والصلاة والسلام على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين، ولعنة الله على أعدائهم

أجمعين من الأولين والآخرين

 

 

Dünən (2 yanvar, 2016) Allahın ayələrindən, nişanələrindən biri olan Ayətullah Nimr Baqir ən-Nimr və onunla birgə onlarla müsəlman qardaşımız zəmanənin yezidləri olan Səudiyyə rejimi tərəfindən edam edilib. Günahı əmr bilməruf və nəhy ənil-munkər etmək idi. Yaxşılıqlara dəvət edən, pisliklərdən çəkindirən bu cəsur şəxsiyyət İslam dini uğrunda şəhid edildi. Ayətullah Nimr şəhadət şərbətini içərkən təqribən ağası İmam Hüseyn yaşlarda idi. Allah onu ağası İmam Hüseyn (ə) ilə məşhur eləsin. 

 

Çox çətindir bu barədə danışmaq. Çox yaza bilməyəcəyəm. Ayətullah Nimr bizim Səudiyyəli qardaşlarımızdan, alimlərimizdən idi. Başda İmam zaman (ə) ağa olmaqla, bütün mərce-təqlidlərimizə, bütün alimlərimizə, Səudiyyədə, eləcə də yer üzərində yaşayan bütün şiə qardaşlarımıza, məzhəbindən, dinindən, dilindən, irqindən asılı olmayaraq bu müsibətə üzülən, qəlbiylə də olsa bu edama etiraz edən hər kəsə baş sağlığı verirəm. İnnə lilləh va innə ileyhi raciun!

 

" Ey (təqvanın kamalı sayəsində) arxayın olmuş nəfs (elə bir məqama yetişmiş nəfs ki, həvayi-həvəslər və şeytanlar onu azdırmağa qadir deyildir)Dön Rəbbinə, sən Ondan, O da səndən razı olaraq!" (Fəcr surəsi, 27-28)

 

Mərhum, şəhid Ayətullah Nimr Baqir ən-Nimrin ruhuna əl-Fatihə! 




#103129 Əlimizdəki Quranın təhrif olunduğuna etiqad edənin hökmü nədir?

Написано N_ن_N 01 января 2016 - 11:49

Əssələmu aleykum.

 Qardaşlar, internetimdə bəzən problemlər yaranır deyə foruma çox gələ bilmirəm. Hələlik müvəqəti olaraq da olsa bu problem həll olunub Əlhəmdu lilləh. :) 

 

Keçək mövzuya. Mövzu ətrafında müəyyən fikirlər səsləndirildi, müəyən müzakirələr aparıldı. Lakin, bu müzakirələr sadəcə müzakirə idi. Məqsəd sadəcə müzakirə etmək idi, isbat və ya inkar etmək yox :) 

 

İndi isə mövzuya işıq tutmaq üçün istərdim ki, mütəvatir mövzusuna toxunaq. Nə deməkdir mütəvatir? NƏ bilirik onun haqqında? Neçə cür olur mütəvatir? Əgər mütəvatir mövzusu aydın olsa, əsas mövzunu anlamaq daha çox asanlaşacaq inşaAllah.






Рейтинг@Mail.ru