Перейти к содержимому


Abu Sufyan ordusu

Регистрация: 13 фев 2009
Offline Активность: 14 янв 2014 21:55

Мои сообщения

В теме: Məsumların (ə) artığı

02 августа 2013 - 18:37

as salamu aleykum wa rahmatullahi. sidik ila mualica na daracada duzgundur? cazakumullahu xayran

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Olar, sünnədə gəlib.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Assalamu aleykum
Mən başa düşmədim hansı sidikdən söhbət gedir?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Məsələn, dəvə sidiyi, hətta insanın öz sidiyi də.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!



http://www.abubakr-m...=15


В теме: xəbəri vahid

20 июля 2013 - 00:54

Elməddin,


Sözlərimi bir qardaş sözü kimi qəbul edəcəyinə inanaraq fikrimi bildirmək istərdim.


İlk öncə sualımı bir daha təkrar edirəm. Cavabları aldıqdan sonra səni narahat edən sonrakı sualları adlarını sadaladığın alimlərə göndərmisənmi?


Sənə bə`zi müqəddimələrə baş vurmağını tövsiyyə edirəm.


Zənn nədir?


Zənn haqqında Quran ayələrinin anlamını yaxşıca nəzərdən keçirməli, xüsusilə də "Üsul" kitablarına müraciət etmək.


Əqidə deyə adlandırdığın nədir?


Məsumla eyni zamanda yaşamaq, bir başa, vasitəsiz rəvayət edən şəxsin sözünü dinləmək ilə sonrakı dövrlərdə müxtəlif vasitələrlə gəlib çatmış nəqli dəlillərin arasındakı fərqi nəzərdən keçirməli.

В теме: Zəif hədislər haqqında risalə

14 июня 2013 - 02:42

وهو الخبر الذي اشتملت بعض وسائطه على راو مجروح أو مجهول أو مهمل ، أو كانت بعض حلقات سنده مفقودة.

وبتعبير أشمل : انّ الخبر الضعيف هو كلّ خبر لا يتوفر على شرائط أقسام الخبر الثلاثة « الصحيح ـ والحسن ـ والموثّق » ، ثمّ انّ الضعف تتفاوت درجاته بمقدار ما يبتعد عن الشرائط المعتبرة في الأقسام الثلاثة.

هذا بحسب اصطلاح المتأخّرين كالعلاّمة والشهيدين رحمهم‌الله ، وأمّا بحسب اصطلاح المتقدّمين فالضعيف هو مطلق الخبر غير المعتمد سواء كان منشأ عدم اعتماده هو ضعف رواته أو بعضهم ، أو كان منشأ ذلك هو عدم نقله عن الاصول المعتمدة أو كان غير ذلك من المناشئ.

على انّ عدم وثاقة رواة الخبر لا يلازم اتّصاف الخبر بالضعف في اصطلاح القدماء ، فقد يكون بعض رواة الخبر ضعاف إلاّ انّه معتمد عند مشهور القدماء ومنقول في كتب الاصول المعتمدة ، وعندئذ يكون الخبر باصطلاحهم من قسم الصحيح.


İlk dövr alimlərinin termininə əsasən zəif xəbər dedikdə mütləq şəkildə e`timad olunmayan xəbər nəzərdə tutulur. İstər e`timad olunmamanın mənşəyi ravilərin, yaxud bə`zilərinin zəifliyi, istərsədə də etimad olunan "Əsl" kitablarında nəql olunmaması, yaxud da başqa bir şey olsun.


Belə ki, xəbərin ravilərinin siqa olmaması ilk dövr alimlərinin terminində mütləq şəkildə xəbərin zəif olması demək deyildir. Bə`zən olur ki, ravilərdən bə`ziləri zəif osa belə məşhur ilk dövr alimlərinin nəzərində xəbər etimadlı hesab olunmuş və etimad olunan "Əsl" kitablarından nəql olunmuşdu. Bu zaman onların istilahına (termininə) görə hədis səhih idi.


Son dövr alimlərinin nəzərində zəif hədisin tə`rifi əksəriyyət tərəfindən az yada çox bilindiyi üçün burada qeyd etməyə lüzüm görmədim.


В теме: Zəif hədislər haqqında risalə

14 июня 2013 - 01:36

Hədislərin mənbəsini risalədən götürə bilərsən. İlk yazıda risaləyə ssılka vermişəm.

Qərinə haqqında sualları mənə yox müctehidlərə ünvanlandırsan daha doğru olar. Çünki yuxarıda sadalananlar "XXXX" alimlərin bə`zi ictihadi nəzərlərini əks etdirir. Lakin inanıram ki, onlar ümum mənalı cavab verərək səni aidiyyatı olan kitablara yönləndirəcəklər. Alim bu yolda ömür sərf edir, ortalığa bir şey çıxartmaq istəyir, sən isə mənim kimi cahildən forum mövzusunda qərinənin incəliklərini bir və yaxud bir neçə günə öyrənmək istəyirsən. Təəssüf ki, bu mümkün olan şey deyil.

Bildirdiyin "Hədisin doğruluğu" və "hədisin sihhəti" eyni anlama gəlmirmi? Qərinə də elə hədisi ya mətn ya da sənəd e`tibarilə doğru yaxud səhih çixartmağa xidmət edir, qeyri-adi, eşidilib-görünməyən bir şey deyil. Məşhur dedikdə nə demək istədiyini tam anlamasam da qərinə də aidiyyatı olan şəxslərin nəzərində məşhur, aktual bir şeydir.

Hədis mətninin Qurana zidd olmaması (əgər fəqih tərəfindən doğru tətbiq edilə bilsə, çünki hər müxalif görünən əslində zidd olmaya da bilər) hədisin məzmununun səhihliyinə bir qərinədir.
Ravinin siqa olmağı ("XXXX" alimə görə əgər sabit olsa) hədis yalnız sənədinin doğruluğuna bir qərinədir, mətnin əqlə zidd olmaması (əlbəttə geydirmə və naqis əqldən söhbət getmir) məzmunun səhihliyinə qərinədir, mətnin mütəvatir (nə çox hədislərin mütəvatir olduğu iddia olunur lakin əslində bə`zən belə olmur) hədislərin mənası ilə uyğunluq təşkil etməsi məzmunun səhihliyinə qərinədir, əhli-sünnə mənbəsində gəlmiş və onların istəkləri ilə ziddiyyət təşkil edən hədisin mənasının şiənin icma etdikləri ilə uyğun olması şiə mənbəsində gəlmiş xəbərin məzmununun səhihliyinə bir qərinədir, "Dörd yüz Əsl" kitablarının əksəriyyətini görənlər üçün hədisin orada yer tapması səhihliyinə bir qərinədir və s. Bu və digər qərinələri görüb anlamaq, ələ gətirmək üçün isə ALLAHDAN tovfiq, illərin təhsili və sə`yi lazımdır.

Bir daha təkrar edirəm qərinə dediyimiz "XXXX" alimin ictihadi nəzəriyyəsidir, və digər "YYYY" alimin icihadi nəzəri ilə üst üstə düşməyə də bilər. Yuxarıda sadalananlar Quran ayəsi deyil ki, dəyişilməz olaraq qalsın. Dəyişə də bilər hələ bir üstəlik öz aktuallığını itirə də.

Sonunda mənim qərinə barədə "arxayınlıqla yazmamağım" anlayanlar üçün bu sahədə cahilliyimə və aidiyyatı olmayan bir şey yazaraq, hazır olmayan oxucu kütləsinə çaşqınlıq gətirəcəyimdən həzər etməyimə bir QƏRİNƏDİR. Risaləni isə birmənalı şəkildə qəbul etməyin. Sonunda "XXXX" alimin risaləsidir, xətadan xali olmaya da bilər.

Əgər həqiqətən də qərinə barədə nəsə öyrənmək istəyiriksə gərək əlimizdəki sənəti atıb təhsilə başlayaq, əks təqdirdə (qəbul etsəniz bir qardaş kimi demək borcumdur) çaşqınlıq içində itib-batacağıq və çox güman ki, doğru yoldan kənarlaşacayıq. Seçim özümüzdədir.

В теме: Zəif hədislər haqqında risalə

13 июня 2013 - 00:32

وما ليس بمتواتر على ضربين فضرب منه يوجب العلم أيضا، وهو كل خبر تقترن إليه قرينة توجب العلم، وما يجري هذا المجرى يجب أيضا العمل به، وهو لاحق بالقسم الأول، والقرائن أشياء كثيرة منها أن تكون مطابقة لأدلة العقل ومقتضاه، ومنها أن تكون مطابقة لظاهر القرآن
Mütəvatir olmayan xəbərlər 2 qrupdur: Birinci qrup xəbərlərdən də həmçinin (mütəvatirdə olduğu kimi) elm hasil olur, bu cür xəbərlərdə elm hasil edən qərinələr vardır və onlara əməl etmək vacibdir, bu baxımdan birinci qrupla (mütəvatir xəbərlərlə) birdirlər. Qərinələr çoxlu saydadırlar. Bu qərinələrdən biri ağıla mütabiq (uyğun) olanıdır, həmçinin Quranın zahiri ilə mütabiq olanıdır.


Növbəti 3 qərinəyə toxunduqdan sonra Şeyx buyurur:

فان جميع هذه القرائن تخرج الخبر من حيز الآحاد وتدخله في باب المعلوم وتوجب العمل به

Bütün bu qərinələr xəbəri (hədisi) ahad (vahid xəbərlər) sırasından xaric edərək "məlum" sırasına daxil edir və ona əməl etməyi vacib edir.


وأما القسم الآخر فهو كل خبر لا يكون متواترا ويتعرى من واحد من هذه القرائن فان ذلك خبر واحد ويجوز العمل به على شروط فإذا كان الخبر لا يعارضه خبر آخر فان ذلك يجب العمل به لأنه من الباب الذي عليه الاجماع في النقل إلا أن تعرف فتاواهم بخلافه فيترك لأجلها العمل به وإن كان هناك ما يعارضه فينبغي ان ينظر في المتعارضين فيعمل على اعدل الرواة في الطريقين، وإن كانا سواء في العدالة عمل على أكثر الرواة عددا

Başqa bir qrup xəbər isə mütəvatir olmayan və sadalanan qərinələrə sahib olmayandır. Bu vahid xəbərdir. Ona müəyyən şərtlər daxilində əməl etmək caizdir. Əgər bir vahid xəbərə qarşı digəri olmasa ona əməl etmək olar, çünki, onu nəql etməkdə icma vardır. Lakin əgər bu xəbərin xilafına (icma edənlərdən) fətva olsa ona əməl etmə tərk olunmalıdır.
Əgər xəbərə qarşı digəri olsa o zaman "mütəarizeyn" (qarşı-qarşıya olan iki xəbər) kimi nəzərdən keçirilməlidir. Hansının raviləri daha adildirsə ona da əməl olunar. Yox əgər ədalətdə eyni olsalar, daha çox ravi yolu ilə rəvayət olunana əməl olunmalıdır.

Рейтинг@Mail.ru