Qərinə haqqında sualları mənə yox müctehidlərə ünvanlandırsan daha doğru olar. Çünki yuxarıda sadalananlar "XXXX" alimlərin bə`zi ictihadi nəzərlərini əks etdirir. Lakin inanıram ki, onlar ümum mənalı cavab verərək səni aidiyyatı olan kitablara yönləndirəcəklər. Alim bu yolda ömür sərf edir, ortalığa bir şey çıxartmaq istəyir, sən isə mənim kimi cahildən forum mövzusunda qərinənin incəliklərini bir və yaxud bir neçə günə öyrənmək istəyirsən. Təəssüf ki, bu mümkün olan şey deyil.
Bildirdiyin "Hədisin doğruluğu" və "hədisin sihhəti" eyni anlama gəlmirmi? Qərinə də elə hədisi ya mətn ya da sənəd e`tibarilə doğru yaxud səhih çixartmağa xidmət edir, qeyri-adi, eşidilib-görünməyən bir şey deyil. Məşhur dedikdə nə demək istədiyini tam anlamasam da qərinə də aidiyyatı olan şəxslərin nəzərində məşhur, aktual bir şeydir.
Hədis mətninin Qurana zidd olmaması (əgər fəqih tərəfindən doğru tətbiq edilə bilsə, çünki hər müxalif görünən əslində zidd olmaya da bilər) hədisin məzmununun səhihliyinə bir qərinədir.
Ravinin siqa olmağı ("XXXX" alimə görə əgər sabit olsa) hədis yalnız sənədinin doğruluğuna bir qərinədir, mətnin əqlə zidd olmaması (əlbəttə geydirmə və naqis əqldən söhbət getmir) məzmunun səhihliyinə qərinədir, mətnin mütəvatir (nə çox hədislərin mütəvatir olduğu iddia olunur lakin əslində bə`zən belə olmur) hədislərin mənası ilə uyğunluq təşkil etməsi məzmunun səhihliyinə qərinədir, əhli-sünnə mənbəsində gəlmiş və onların istəkləri ilə ziddiyyət təşkil edən hədisin mənasının şiənin icma etdikləri ilə uyğun olması şiə mənbəsində gəlmiş xəbərin məzmununun səhihliyinə bir qərinədir, "Dörd yüz Əsl" kitablarının əksəriyyətini görənlər üçün hədisin orada yer tapması səhihliyinə bir qərinədir və s. Bu və digər qərinələri görüb anlamaq, ələ gətirmək üçün isə ALLAHDAN tovfiq, illərin təhsili və sə`yi lazımdır.
Bir daha təkrar edirəm qərinə dediyimiz "XXXX" alimin ictihadi nəzəriyyəsidir, və digər "YYYY" alimin icihadi nəzəri ilə üst üstə düşməyə də bilər. Yuxarıda sadalananlar Quran ayəsi deyil ki, dəyişilməz olaraq qalsın. Dəyişə də bilər hələ bir üstəlik öz aktuallığını itirə də.
Sonunda mənim qərinə barədə "arxayınlıqla yazmamağım" anlayanlar üçün bu sahədə cahilliyimə və aidiyyatı olmayan bir şey yazaraq, hazır olmayan oxucu kütləsinə çaşqınlıq gətirəcəyimdən həzər etməyimə bir QƏRİNƏDİR. Risaləni isə birmənalı şəkildə qəbul etməyin. Sonunda "XXXX" alimin risaləsidir, xətadan xali olmaya da bilər.
Əgər həqiqətən də qərinə barədə nəsə öyrənmək istəyiriksə gərək əlimizdəki sənəti atıb təhsilə başlayaq, əks təqdirdə (qəbul etsəniz bir qardaş kimi demək borcumdur) çaşqınlıq içində itib-batacağıq və çox güman ki, doğru yoldan kənarlaşacayıq. Seçim özümüzdədir.
- master_ier и qulam это нравится