Bismilləh!
Əs-salamu aleykum va rahmətullahi va bərakətuhu!
Sualım "TİLAVƏTİN NƏSXİ" məsələsini iddia edib buna etiqad edənlərədi.
Deməli, iddiaya görə rəcm ayəsi qabaqlar Quranda olub, amma, sonradan mətn aradan gedib, nəsx olunub, hökmü isə qalıb.
Məsələ burasındadır ki, həmin ayənin axı mətni də qalıb . Amma, Buxarinin kitabında.
Bu barədə bir neçə sualım olacaq ki, ilkin mərhələdə hələlik bu sualı verirəm :
Əgər "ayənin" mətni də ( Buxarinin kitabında ) , hökmü də qalıbsa bu ayəni necə "MƏTNİ nəsx olunmuş ayələr" sırasına daxil etmək olar ?
İNşaAllah bu barədə başqa suallarım da olacaq.
P.S
Hamıdan xahiş edirəm ki, bu mövzuda başqa məsələlər müzakirə edilməsin. Bu Mövzuda məhz TILAVƏTİN NƏSXİ , xüsusən də, rəcm "ayəsi"-nin nəsxi haqqında , ümumiyyətlə, belə bir şeyin mümkün olub-olmaması barədə danışılacaq inşaAllah.
Salam...Salam...
rəcm ayəsinin tilavəti (oxunuşu) nəsh edilmiş olub hökmü davam edir. məzmunu ilə nəzərdə tutulan da bu. kim deyir məzmunu də nəsh edildi deyə?