Перейти к содержимому


Saqi_73

Регистрация: 24 окт 2009
Offline Активность: 24 окт 2010 11:24

Мои сообщения

В теме: DUALAR

08 сентября 2010 - 18:23

Salam aleykum!  Bu namazı da  tərtib etmişdik ki, imkanı olmayanlar bu namazı qıla bilsinlər. Gec də olsa. bağışlayın, ALLAHA xatir!


RAMAZAN və QURBAN bayramının namazı və qılınması.
Bayram namazı 2 rəkətdən ibarətdir.Birinci rəkətdə “Həmd” surəsindən sonra “Ə`LA” surəsi oxunur. Aşağıda bu ardıcıllığı qeyd edirik ki, bu namazı tək qılmağa imkanı olmayanlar bu kağız vasitəsilə onu qıla bilsinlər.
1-ci rəkət
“Fatihə” surəsi (Həmd)
BİSMİLLAHİR RƏHMANİR RƏHİM(1) Əlhəmdu lilləhi rəbbil aləmin.(2) Ərrəhmanirrahim.(3) Məliki yəvmiddin.(4) Iyyəkə nə'budu və iyyakə nəstəin.(5) Ihdinəs-siratəl müstəqim.(6) Siratalləzinə ən'əmtə əleyhim Ğəyrilməğzubi əleyhim vələzzallin.(7)
“Ə`LA” surəsi
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Səbbihismə Rəbbikəl-ə`la (1) Əlləzi xələqə fəsəvva (2) Vəlləzi qəddərə fəhəda (3) Vəlləzi əxrəcəl-mər`a (4) Fəcəələhu ğusaən əhva (5) Sənuqriukə fəla tənsa (6) İlla ma şaəllahu innəhu yə`ləmul-cəhrə və ma yəxfa (7) Və nuyəssirukə lil-yusra (8) Fəzəkkir in nəfəətizzikra (9) Səyəzzəkkəru mən yəxşa (10) Və yətəcənnəbuhəl-əşqa (11) Əlləzi yəslən-narəl-kubra (12) Summə la yəmutu fiha və la yəhya (13) Qəd əfləhə mən təzəkka (14) Və zəkərəsmə Rəbbihi fəsəla (15) Bəl tu`sirunəl-həyatəddunya (16) Vəl axirətu xəyrun və əbqa (17) İnnə haza ləfis-suhufil-ula (18) Suhufi İbrahimə və Musa (19)

Qiraəti bitirdikdən sonra “təkbir” (Allahu Əkbər) deyərək 5 dəfə qunut tutulur.Qunutda bu dua oxunur:
Qunut duası
Əllahummə əhləl-kibriyai vəl-əzəməh,
Və əhləl-cudi vəl-cəbərut,
Və əhləl-əfvi vər-rəhməh,
Və əhlət-təqva vəl-məğfirəh,
Əs`əlukə bihəqqi hazəl-youm,
Əlləzi cəəltəhu lil-Musliminə idən,
Və li Muhəmmədin Səlləllahu əleyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida.
Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.
Və ən tudxiləni fi kulli xəyrin,
Ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd,
Və ən tuxricəni min kulli suin,Əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd,
Salavatukə əleyhi və əleyhim əcməin
Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi İbadukəs-salihun,
Və əuzu bikə mimməstəazə minhu ibadukəs-salihunəl-Muxləsun.

Tərcüməsi:
“Ey Böyüklük və əzəmət sahibi olan ALLAHIM! Ey səxavət və ən üstün dərəcələrdəki ehsanatın sahibi! Ey bağışlayan və rəhm edənlərin maliki! Ey təqva, mərhəmət və bağışlamağın əsli!
Müsəlmanlar üçün bayram və Muhəmməd (s.ə.v.v) üçün axirət dayanacağı və üstün şərafət qərar verdiyin bu bayram hörmətinə Muhəmməd və Ali Muhəmmədə salavat göndər.Və onları nail etdiyin bütün xeyirli və faydalı işlərə məni də nail et.Muhəmməd və Ali Muhəmməd səllallahu əleyhi və alihi qoruduğun bütün pis əməl və çirkinliklərdən məni də qoru.
İlahi!Saleh bəndələrini müvəffəq etdiyin ən yaxşı və üstün dərəcələrə məni də müvəffəq et. Ey Rəbbim! Saleh və yaxşı bəndələrinin Sənə sığındığı hər bir bəyənilməyən əməldən Sənə pənah gətirirəm.”
Ruku və səcdələrdən sonra 2-ci rəkətə başlayaraq deyilir:
“Fatihə” surəsi (Həmd) və onun ardınca “Şəms” surəsi oxunur.
“Şəms” surəsi

BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Vəşşəmsi və zuhaha (1) Vəl-qəməri iza təlaha (2) Vənnəhari iza cəllaha (3) Vəlləyli iza yəğşaha (4) Vəssəmai və ma bənaha (5) Vəl-ərzi və ma təhaha (6) Və nəfsin və ma səvvaha (7) Fəəlhəməha fucurəha və təqvaha (8) Qəd əfləhə mən zəkkaha (9) Və qəd xabə mən dəssaha (10) Kəzzəbət səmudu bitəğvaha (11) İzinbəəsə əşqaha (12) Fəqalə ləhum rəsulullahi naqətəllahi və suqyaha (13) Fəkəzzəbuhu fəəqəruha fədəmdəmə ələyhim Rəbbuhum bizənbihim fəsəvvaha (14) Və la yəxafu uqbaha (15) 
Qiraəti bitirdikdən sonra “təkbir” (Allahu Əkbər) deyərək 4 dəfə qunut tutulur.Qunutda yuxarıda qeyd olunan dua oxunur.Ruku və səcdələrdən sonra namazı bitiririk.
Böyük din alimlərindən biri olmuş Seyyid ibni Tavus (rəhmətullahi aleyh) belə rəvayət edir ki, bayram namazını bitirdikdən sonra səcdəyə gedərək bu duanı oxuyun:
“Əuzu bikə min narin hərruha la yutha,və cədiduha la yəbla və ətşanuha la yurva.”
“İlahi, istiliyi azalmayan və odu sönməyən, yandıqca aradan getməyən və onda məskunlaşan, susuzların ürəyi sönməyən atəşdən, yəni Cəhənnəm odundan Sənə pənah gətirirəm.”
Səcdədə əzbər oxuya bilməyən şəxslər, bu duanı səcdə edəndən sonra əyləşdikləri halda da söyləyə bilərlər. Sonra üzün sağ tərəfini yerə qoyub belə deyin: “İlahi,la tuqallib vachi fin-nari bə`də ducudi və təfiri ləkə biğayri mənnin minni aleykə,bəlləkəlmənnu aleyyə.”
“İlahi, Sənə səcdə etdiyim və Əzəmətinin qarşısında torpağa sürtdüyüm bu üzümü mənə minnət qoyaraq odda yandırma.”
Sonra isə üzün sol tərəfini yerə qoyub deyin: “İlahi,irhəm mən əsaə vəqtərafə vəstəkanə və`tərəf.”
“İlahi, günah etmiş, üzü qara, çarəsiz qalan və xətasını etiraf edən bu günahkar bəndəni rəhm edib, bağışla.”
Bundan sonra səcdəyə gedib söyləyin: “İlahi, in kuntu bi`səl-əbdu, fəəntə ni`mər-rabb. Əzuməz-zənbu min əbdikə fəlyəhsunil-əfvu min indikə ya Kərim.”
“İlahi, indiyə qədər Sənə pis bəndə olduğuma baxmayaraq, inanıram ki, Sən mənim ulu və mehriban Pərvərdigarımsan. Ey kəramət və səxavətə üstün dərəcədə malik olan ALLAHIM, məndən baş verən böyük xəta və çirkin əməlləri, öz gözəl mərhəmətinlə bağışla.”
Bu duadan sonra elə səcdə etdiyi halda yüz dəfə (əl-əfv) desin. 
Dualarınızda bacı və qardaşlarımızla yanaşı bizləri də yad etmənizi, günahlarımızın bağışlanması üçün dualarınızı əsirgəməməyi aciz surətdə xahiş edirik! ALLAHIN razılığını qazanmaq üçün bu vərəqin surətini çıxarıb bu namazı qılmaq istəyənlərə verin ki, İlahi Rəhmətdən kənar qalmasınlar! ALLAH qəbul etsin!





В теме: DUALAR

31 августа 2010 - 23:22

Bu da qarşıdan gələn Rəcəb ayı münasibətilə hədiyyə!
Rəcəb ayının gündəlik duası
Ya mən ərcuhu li kulli xəyrin, və amənu səxatəhu ində kulli şərr.
Ya mən yu`til kəsira bil qalil.
Ya mən yu`ti mən sə-ələhu.
Ya mən yu`ti mən ləm yəs`əlhu və mən ləm yə`rifhu təhənnunən minhu və rahmətən.
Ə`tini biməs`ələti, iyyakə cəmi`ə xəyriddunyə və cəmi`ə xəyril axirah.
Vəsrif ənni biməs`ələti, iyyakə cəmi`ə şərrid dunyə və şərril axirah.
Fə innəhu ğayru mənqusin mə ə`təytə, və zidni min fəzlikə ya kərim.

Sol əlinlə başını və ya saqqalını tut və sağ əlinin şəhadət barmağını qibləyə tərəf yönəldərək, xuzu və xuşu halında de:
Ya zəl cəlali vəl ikram. Ya zənnə mə`i vəl cud.
Ya zəl mənni vəttə`uli, hərrim şəybəti ələnnər.


Salamun aleykum! Salama layiq olanlara Salam olsun!

ALLAHA şükürlər olsun ki, indi hamının Qədr gecəsinin əməllərindən xəbəri var!  Bir vaxt mən bu əməlləri Ocaq Nejat ağanın kitabından tapdım və evdə olub məscidə gedə bilməyən xanımlar yadıma düşdü. Ona görə də belə qərara gəldim ki, belə bir yazını toplayıb düzəldim ki, imkanı olmayanlar ev şəraitində bu əməlləri yerinə yetirə bilsinlər. Bəlkə yadlarına düşsək, bizi də dua edərlər. Buna ümidlə -- Saqi_73.

QƏDR GECƏSININ ƏMƏLLƏRI
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir:
1) Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: “Əhya gecəsinin qüslünü edirəm: qürbətən iləllah.” Bu qüslün böyük savabı vardır.
2) Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: “Ilahi, Sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.”
3) Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: “Ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən Sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.” 
4) Qədr gecəsinin namazı. Qədr gecəsində qılınan namazın böyük şərafəti vardır. Qədr gecəsinin namazı şam və məğrib namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: “Qədr gecəsinin namazını qılıram: qürbətən iləllah.” Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra yeddi dəfə Ixlas (Qul huvəllahu) surəsi oxunulmalıdır. Namazı qurtaran kimi fasiləsiz alını səcdəyə qoyaraq (səcdə halında) yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyilir.
Imam Sadiq (ə) buyurur: “Hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə “Əstəğfirullahə və ətubu iləyh” deyərsə, səcdədən qalxmamış Allah onun özünün və ata-anasının günahlarını bağışlayar.”
5) Quranı başa qoyub, Allahın, peyğəmbərin və imamların adlarına and verməklə Allahdan günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. 
Qədr gecəsinin duasını oxumaq:
 “Əllahummə inni əs`əlukə bikitabikəlmunzəli.Və ma fihi və fihis-mukəl-əkbaru və əsmaukəl-husna.Və ma yuxafu və yurca ən təc`ələni min utəqaikə minənnar.” Yəni: “Ey ALLAH, səndən xahiş edirəm nazil olan əzəmətli kitabının hörmətinə və onda nazil etdiyin hər bir şeyə, bir halda ki, onda Sənin böyük adın və habelə gözəl adların və hər bir savaba ümid yaradıb günahdan qorxudan ayələrin var, məni Cəhənnəmin odundan azad olunmuşlardan qərar ver.”  
Bu əməlin mənası Allahın insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: “Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam.” Həzrət Peyğımbər (s) buyurur: “Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu Cəhənnəmə tərəf yönəldər. (Yəni hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)”
Quranı başına qoyub belə desin: 
“Əllahummə bihəqqi hazəl-Quran və bihəqqi mən ərsəltəhu bihi və bihəqqi kulli mu`minin mədəhtəhu fihi və bihəqqikə əleyhim fəla əhədə ə`rəfu bihəqqikə mink.” Yəni: “Ey ALLAH Səni and verirəm bu Quranın haqqına və O, kəsin hörmətinə ki, Sən bu Quranı Ona nazil etmisən və hər bir bəyənilmiş möminlərin ehtiramına ki, sən onları Quranda tərifləmisən. Səni and verirəm onların olan haqqına, yəqin ki, Sənin haqqını özündən yaxşı tanıyan bir kəs yoxdur.”  
Quranı başa qoyub Allaha və 14 məsuma and verməyin mənası budur ki: “Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və Səndən öz istək və ehtiyaclarımı diləyirəm.” 
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
1. Bikə ya Allah. (10 dəfə)
2. Bi Məhəmmədin(s) (10 dəfə)
3. Bi Əliyyin(ə) (10 dəfə)
4. Bi Fatimətə(ə) (10 dəfə)
5. Bil Həsəni(ə) (10 dəfə)
6. Bil Hüseyni (ə) (10 dəfə)
7. Bi Əliyyibn Hüseyn (ə) (10 dəfə)
8. Bi Məhəmməd ibn Əli (10 dəfə)
9. Bi Cəfər ibn Məhəmməd(ə) (10 dəfə)
10. Bi Musa ibn Cəfər(ə) (10 dəfə)
11. Bi Əliyyibn Musa(ə)(10 dəfə)
12. Bi Məhəmməd ibn Əli (10 dəfə)
13. Bi Əliyyibni Məhəmməd(ə)(10 dəfə)
14. Bi Həsən ibn Əli (ə) (10 dəfə)
15. Bil Höccəti(ə) (10 dəfə)

Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahdan günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
Burada bir hədisi qeyd etməyi lazım bilirəm. Həzrət Ibrahim peyğəmbəri tonqalın içinə atdıqdan sonra Nəmrudun mühasibini xəzinənin hesabı əskik gəldiyinə görə tutdular. Mühasib təqsirkar olmadığını nə qədər dedisə, bütlərə nə qədər and içdisə, xeyri olmadı. Öz canına, balalarının canına və Nəmrudun canına and içdi, yenə xeyri olmadı. Nəmrud ona inanmadı, əmr etdi ki, onu da Ibrahim (ə)-ın yanına, tonqala atsınlar. Mühasib gördü ki, əli hər yerdən üzülüb, çarəsiz qalmışdır. Odur ki, tonqala atılarkən fikrini cəmləyib Allahı bir dəfə ürəkdən səslədi. Allah-təala mələklərə ona nicat verməyi əmr etdi. Mələklər dedilər: “Ilahi! O, kafirdir və səni inkar edir. Niyə ona nicat verirsən?”
Allah-təala buyurdu: “O, kafir də olsa, mənim adımı bir dəfə dilinə gətirdi. Elə buna görə də onun harayına yetişin!”  
6) Imam Əli (ə) və Imam Hüseyn (ə) ziyarətnaməsini oxumaq.
7) 100 rükət müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını da qıla bilər. Bunun savabı həm 100 rükətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8) Peyğəmbər və onun Əhli-beytinə salavat göndərmək. (Allahummə səlli əla Məhəmmədin və ali Məhəmməd.)
Bismillahir rəhmanir rəhim
Əllahummə kulli Vəliyyikəl-Huccətibnil-Həsən (sələvaَtukə ələyhi və əlaَ Aَbaَihi) fi haَzihis-saَəti və fiِ kulli saَəti, vəliyyən və haَfizən və qaidən və naَsirən! Və dəlilən və əynənَ! Həttaَ tuskinəhu ərzəkə tauən və tuməttiəhu fihaَ təvilaَ! 

Yəni: “Ey ALLAH Sənin dostun sayılan bizlərə vilayət sahibi Hüccət İbnil Həsən İmami zaman Salavatullahi və Salamuhu Əleyhi bu saatda və hər bir saatda sahib və hafiz ola və Onun üçün gözəl yol göstərən və yardım edən ol.O vaxta qədər ki, onu yer üzündə məskunlaşdırıb, ədalət hökuməti ilə uzun müddətlərlə nemətləndirəsən.”
9) Cövşən-kəbir duasını oxumaq.
10) Həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə “Allahumməl`ən qətələtə əmirilmu`minin.” (Yəni: “Ilahi, Əli (ə)-ın qatillərinə lənət et.”)
11) Yüz dəfə “Əstəğfirullahə rəbbi və ətubu iləyh” demək və tövbə etmək.
Bu əməlin mənası belədir: insan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: “Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm.”
Burada bir incəliyi qeyd etməyi lazım bilirəm. Bu gecə insan təmiz ürəklə Allahdan günahlarının bağışlanmasını istəsə, Allah onu bağışlayar və tövbəsini qəbul edər. Tövbəsi qəbul olan şəxsin də duaları və ya dualara amin deməsi tez qəbul olar. 

Lütfən, dualarınızda  biz günahkar bəndənin də  günahlarının bağışlanması üçün dua edin! ALLAH ibadət və itaətlərinizi qəbul etsin! AMİN!


В теме: Qəlbimdən süzülən sözlər

28 июля 2010 - 18:57

Qardaşımız HACI SAQİYƏ...

Coxdan görmürəm ürək dostumu,
Xəbər verin ona seyranə gəlsin,
Atıb qəlbin kədərin,cıxsın dağlara,
Cismini pak bulub,ceyranə gəlsin.

Səni sevdim qardaş bildim əzəldən,
Kecə bilmədim,səntək qəlbi gözəldən,
Şəninə mən, söz söylədim qəzəldən,
Oxusun sözlərim ,heyrana gəlsin.

Yox olursan,qəlbim evi sızlayır,
Bu tənhalıq icin-icin ağlayır,
Bir zənginlə,sevinclərim cağlayır,
Gəmi olsun,icimdə ümmanə gəlsin.

Ey Saqi tufan coşdu omrünə,,
Bir məhəbbət yarası düşdü könlünə,
At kədəri,sevinc gətir qəlbinə,
Qoy düşmənin catlasin,cəzanə gəlsin!

Hörmət və məhəbbətlə HACI !

ALLAH Səndən razı olsun, Komandir! Sənə QARDAŞ demişik, ABİ bilmişik! Hər şey öz qaydasındadır, kak qovoritsya, --- NO PROBLEM!

В теме: Прибавь 7

23 июля 2010 - 21:56

3976

В теме: Şeyx Albaninin "Kişinin yad bir qadin tərəfindən əmizdirilməsi" fətvası

03 июля 2010 - 11:30

Maraqlıdır, hər " PODXOD" da nə qədər "ƏNCAM" VERMƏLİDİR BU "İŞƏ"? :flowers1:
ALLAH səbr versin bunların "əxilərinə"! :yahoo: Gözünüzün qabqğına bir anlıq gətirin ki, bir VOVKA, öz ƏXİsini evində bu vəziyyətdə görür, gözləri bərəlir, :shades: o da cavabında deyir ki, ---ƏXİ, sən öl, mənlik deyil, :scenic: fətva Albanidən, Muslimdən, İmam Malikdandir! Onlar da Aişədən rəvayət ediblər!
:loool:

Рейтинг@Mail.ru