RAMAZAN və QURBAN bayramının namazı və qılınması.
Bayram namazı 2 rəkətdən ibarətdir.Birinci rəkətdə “Həmd” surəsindən sonra “Ə`LA” surəsi oxunur. Aşağıda bu ardıcıllığı qeyd edirik ki, bu namazı tək qılmağa imkanı olmayanlar bu kağız vasitəsilə onu qıla bilsinlər.
1-ci rəkət
“Fatihə” surəsi (Həmd)
BİSMİLLAHİR RƏHMANİR RƏHİM(1) Əlhəmdu lilləhi rəbbil aləmin.(2) Ərrəhmanirrahim.(3) Məliki yəvmiddin.(4) Iyyəkə nə'budu və iyyakə nəstəin.(5) Ihdinəs-siratəl müstəqim.(6) Siratalləzinə ən'əmtə əleyhim Ğəyrilməğzubi əleyhim vələzzallin.(7)
“Ə`LA” surəsi
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Səbbihismə Rəbbikəl-ə`la (1) Əlləzi xələqə fəsəvva (2) Vəlləzi qəddərə fəhəda (3) Vəlləzi əxrəcəl-mər`a (4) Fəcəələhu ğusaən əhva (5) Sənuqriukə fəla tənsa (6) İlla ma şaəllahu innəhu yə`ləmul-cəhrə və ma yəxfa (7) Və nuyəssirukə lil-yusra (8) Fəzəkkir in nəfəətizzikra (9) Səyəzzəkkəru mən yəxşa (10) Və yətəcənnəbuhəl-əşqa (11) Əlləzi yəslən-narəl-kubra (12) Summə la yəmutu fiha və la yəhya (13) Qəd əfləhə mən təzəkka (14) Və zəkərəsmə Rəbbihi fəsəla (15) Bəl tu`sirunəl-həyatəddunya (16) Vəl axirətu xəyrun və əbqa (17) İnnə haza ləfis-suhufil-ula (18) Suhufi İbrahimə və Musa (19)
Qiraəti bitirdikdən sonra “təkbir” (Allahu Əkbər) deyərək 5 dəfə qunut tutulur.Qunutda bu dua oxunur:
Qunut duası
Əllahummə əhləl-kibriyai vəl-əzəməh,
Və əhləl-cudi vəl-cəbərut,
Və əhləl-əfvi vər-rəhməh,
Və əhlət-təqva vəl-məğfirəh,
Əs`əlukə bihəqqi hazəl-youm,
Əlləzi cəəltəhu lil-Musliminə idən,
Və li Muhəmmədin Səlləllahu əleyhi və alihi zuxrən və şərəfən və kəramətən və məzida.
Ən tusəlliyə əla Muhəmmədin və ali Muhəmməd.
Və ən tudxiləni fi kulli xəyrin,
Ədxəltə fihi Muhəmmədən və alə Muhəmməd,
Və ən tuxricəni min kulli suin,Əxrəctə minhu Muhəmmədən və alə Muhəmməd,
Salavatukə əleyhi və əleyhim əcməin
Əllahummə inni əs`əlukə xəyrə ma səələkə bihi İbadukəs-salihun,
Və əuzu bikə mimməstəazə minhu ibadukəs-salihunəl-Muxləsun.
Tərcüməsi:
“Ey Böyüklük və əzəmət sahibi olan ALLAHIM! Ey səxavət və ən üstün dərəcələrdəki ehsanatın sahibi! Ey bağışlayan və rəhm edənlərin maliki! Ey təqva, mərhəmət və bağışlamağın əsli!
Müsəlmanlar üçün bayram və Muhəmməd (s.ə.v.v) üçün axirət dayanacağı və üstün şərafət qərar verdiyin bu bayram hörmətinə Muhəmməd və Ali Muhəmmədə salavat göndər.Və onları nail etdiyin bütün xeyirli və faydalı işlərə məni də nail et.Muhəmməd və Ali Muhəmməd səllallahu əleyhi və alihi qoruduğun bütün pis əməl və çirkinliklərdən məni də qoru.
İlahi!Saleh bəndələrini müvəffəq etdiyin ən yaxşı və üstün dərəcələrə məni də müvəffəq et. Ey Rəbbim! Saleh və yaxşı bəndələrinin Sənə sığındığı hər bir bəyənilməyən əməldən Sənə pənah gətirirəm.”
Ruku və səcdələrdən sonra 2-ci rəkətə başlayaraq deyilir:
“Fatihə” surəsi (Həmd) və onun ardınca “Şəms” surəsi oxunur.
“Şəms” surəsi
BİSMİLLAHİR RƏHMANİR RƏHİM
Vəşşəmsi və zuhaha (1) Vəl-qəməri iza təlaha (2) Vənnəhari iza cəllaha (3) Vəlləyli iza yəğşaha (4) Vəssəmai və ma bənaha (5) Vəl-ərzi və ma təhaha (6) Və nəfsin və ma səvvaha (7) Fəəlhəməha fucurəha və təqvaha (8) Qəd əfləhə mən zəkkaha (9) Və qəd xabə mən dəssaha (10) Kəzzəbət səmudu bitəğvaha (11) İzinbəəsə əşqaha (12) Fəqalə ləhum rəsulullahi naqətəllahi və suqyaha (13) Fəkəzzəbuhu fəəqəruha fədəmdəmə ələyhim Rəbbuhum bizənbihim fəsəvvaha (14) Və la yəxafu uqbaha (15)
Qiraəti bitirdikdən sonra “təkbir” (Allahu Əkbər) deyərək 4 dəfə qunut tutulur.Qunutda yuxarıda qeyd olunan dua oxunur.Ruku və səcdələrdən sonra namazı bitiririk.
Böyük din alimlərindən biri olmuş Seyyid ibni Tavus (rəhmətullahi aleyh) belə rəvayət edir ki, bayram namazını bitirdikdən sonra səcdəyə gedərək bu duanı oxuyun:
“Əuzu bikə min narin hərruha la yutha,və cədiduha la yəbla və ətşanuha la yurva.”
“İlahi, istiliyi azalmayan və odu sönməyən, yandıqca aradan getməyən və onda məskunlaşan, susuzların ürəyi sönməyən atəşdən, yəni Cəhənnəm odundan Sənə pənah gətirirəm.”
Səcdədə əzbər oxuya bilməyən şəxslər, bu duanı səcdə edəndən sonra əyləşdikləri halda da söyləyə bilərlər. Sonra üzün sağ tərəfini yerə qoyub belə deyin: “İlahi,la tuqallib vachi fin-nari bə`də ducudi və təfiri ləkə biğayri mənnin minni aleykə,bəlləkəlmənnu aleyyə.”
“İlahi, Sənə səcdə etdiyim və Əzəmətinin qarşısında torpağa sürtdüyüm bu üzümü mənə minnət qoyaraq odda yandırma.”
Sonra isə üzün sol tərəfini yerə qoyub deyin: “İlahi,irhəm mən əsaə vəqtərafə vəstəkanə və`tərəf.”
“İlahi, günah etmiş, üzü qara, çarəsiz qalan və xətasını etiraf edən bu günahkar bəndəni rəhm edib, bağışla.”
Bundan sonra səcdəyə gedib söyləyin: “İlahi, in kuntu bi`səl-əbdu, fəəntə ni`mər-rabb. Əzuməz-zənbu min əbdikə fəlyəhsunil-əfvu min indikə ya Kərim.”
“İlahi, indiyə qədər Sənə pis bəndə olduğuma baxmayaraq, inanıram ki, Sən mənim ulu və mehriban Pərvərdigarımsan. Ey kəramət və səxavətə üstün dərəcədə malik olan ALLAHIM, məndən baş verən böyük xəta və çirkin əməlləri, öz gözəl mərhəmətinlə bağışla.”
Bu duadan sonra elə səcdə etdiyi halda yüz dəfə (əl-əfv) desin.
Dualarınızda bacı və qardaşlarımızla yanaşı bizləri də yad etmənizi, günahlarımızın bağışlanması üçün dualarınızı əsirgəməməyi aciz surətdə xahiş edirik! ALLAHIN razılığını qazanmaq üçün bu vərəqin surətini çıxarıb bu namazı qılmaq istəyənlərə verin ki, İlahi Rəhmətdən kənar qalmasınlar! ALLAH qəbul etsin!
- fidan это нравится