Bu mövzuda yazmaqdan çəkinmişəm subyektiv səbəblərə görə. Amma yenə yazmadan edemedim.
Qara çadra imanometr deyil. Ona qalsa, İran İslam inqilabından sonra bütün iranlı qadınlar qara çadra geyindilər məcburi şəkildə.
Səudiyyədə də qara çadra geyinənlər çoxluq təşkil edir, yenə bu o demək deyil ki, ən imanlılar səudiyyədədir.
İmanın dərəcəsini müzakirə etmək ümumiyyətlə doğru deyil və mümkün də deyil.
Əziz Şəmsi bacım, mən çadra imanometrdir demədim. Mən çadranın imanlı insan üçün nə demək olduğunu bildirmək istəyirəm. Və ƏN BAŞDAN DA QEYD ETMİŞDİM Kİ, DƏRK EDƏRƏK ÇADRA GEYİNƏN QADIN İMANIN YÜKSƏK DƏRƏCƏSİNDƏDİR DEMƏK Kİ. Siz soyunub gəzənlə örtünənin imanını bir hesab edirsiz?
Söhbət məcburiyyətdən heç getmir. Söhbət məhz imanlı insanların çadraya dil uzatmalarından gedir. Halbuki bunu xanım Fatimeyi ZƏhra (s.ə) geyinib.
Qardaş, sizin dediklərinizə etiraz etmirəm. Nə də başqalarının yazdığını mübahisə mövzusuna çevirmək istəmirəm. Fikirlərinizi başa düşürəm. Hər kəs öz fikrində hardasa haqlıdır.
Başa düşmədiyim bəzi məsələləri aydınlaşdırmaq istəyirəm.
Qara çadraya dəlil istəyirəm