Mütəhhəri(r.a) İlahi Ədalət kitabında müstəzəflər barədə əla izah verir.
http://www.haqqyolu....=20081112022524 (mündəricatda aşağıdan beşinci paraqaraf)
vusalsənin ağlıva görə əla izah ola bilər, ancaq rəsul s.ə.v. və onun əqidəsində olanlara görə isə yox.
Aliminiz yazır ki,
İslam alimləri belə bir termin və ifadə işlədirlər ki, insanların bəziləri «müstəzəf» və ya «Allaha ümid bəsləyən»dirlər. Müstəzəfdən məqsəd, biçarə və imkansızlardır. «Allaha ümid bəsləyən»lər isə işləri yalnız Allaha qalmış adamlardır və Allah-taala onlarla hikmət və rəhmətinə uyğun olaraq rəftar edəcəkdir. Bu iki terminin hər ikisi Qurandan götürülüb.
Nisa surəsinin 97-99-ci ayələrində belə deyilir:
«Mələklər öz nəfslərinə zülm edənlərin (Məkkədə kafirlərin içərisində qalıb hicrət etməyənlərin) canlarını alarkən (onlara) deyəcəklər: Siz (hicrət zamanı) nə vəziyyətdə idiniz?. Onlar söyləyəcəklər: Biz yer üzündə zəif (aciz) kəslər idik! (Mələklər də onlara) Allahın torpağı geniş deyildimi ki, siz də hicrət edəydiniz? - deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. O necə də pis yerdir!
Yalnız hicrət etməyə yol və çarə tapmağa qadir olmayan aciz kişi, qadın və uşaqlar müstəsnadır.
Ola bilsin ki, Allah onları əfv etsin. Allah əfv edən və bağışlayandır!»
Əziz ustadım Əllamə Təbatəbai özünün «Təfsirul-mizan» kitabında bu ayənin təfsirində belə deyir:
«Allah-taala dini işlərdə nadanlığı və dini işlərin yerinə yetirilməsinə mane olmağı zülm hesab edib və Allahın əfvi həmin şəxslərə şamil olmur. Amma mühiti dəyişdirmək və ya oradan köçmək imkanına malik olmayan müstəzəflər istisna ediliblər. İstisna elə formada qeyd edilib ki, müstəzəfliyin yalnız bu formasına aid deyil. Belə ki, müstəzəflik mühitin dəyişilə bilinməməsi ola bildiyi kimi, insanın zehninin həqiqəti başa düşə bilməməsi nəticəsində həqiqətdən uzaq qalması da ola bilər».
onu qeyd edə bilərəm ki, Əllamə TƏBATƏDAİ bu ayəni belə baş düşüb vəfat edisə, həmin Alim bədbəxt oldu.
1 ci bu ayədə ki,və ümümən müstəzəf sözü biçarə və imkansızlardır,yəni heyy olmayan, imkanı olmayan insanlardır ki,hicret etsin.
lakin onlar möminlər,müsəlmanlardır,burda elə bir şey yoxdur ayədə ki, durumu bilinməyən insanlar,
insan ya cahil kafir olmalıdı, yada kı, müsəlman. 3 cü bir növ insan yoxdur.
sonra yazır ki,
insanın zehninin həqiqəti başa düşə bilməməsi nəticəsində həqiqətdən uzaq qalması da ola bilər».
zehni qavraya bilməyən insan deyəndə aliminiz dəliləri nəzərdə tutursa ,onlar artıq başqa söhbətdir.
mən hələki ,ağlı başında olan ,şikəstlərdən,qocalardan,korlardan danışıram.
yox o sözü deyəndə, bu insanları qəsd edirsə,
yəni ağlı başındadır, haqqı öyrənə bilmədikləri üçün nə müsəlman, nə də ki, kafir deyillər onda bu batil təfsirdi ayəyə
çünkü, başqa ayədə , Allah hicrət edə bilməyən müstəzəfləri məkkədə qalanları bax gör necə adlandırır.
48.25. Küfr edənlər də, sizin Məscidülhərama daxil olmağınıza maneçilik törədənlər də, qurbanlıqları öz yerinə (qurbangaha) gedib çatmağa qoymayanlar da məhz onlardır .Əgər (Məkkədə) tanımadığınız mömin kişi və qadınları bilmədən ayaq altına alıb əzmək və bundan dolayı sizə günah gəlmək ehtimalı olmasaydı (Allah siz möminlərin hamılıqla Məkkəyə daxil olmasına izin verərdi). Amma Allah istədiyini Öz mərhəmətinə qovuşdursun deyə (o zaman buna izin vermədi). Əgər onlar (möminlərlə kafirlər) bir-birindən seçilib ayrılmış olsaydılar, Biz onlardan (Məkkə əhlindən) kafir olanları şiddətli bir əzaba düçar edərdik! bu ayədən sual çıxır ki,, mədinədə islam höküməti ola ola , nəcə ola bilər ki, imkanı olan mömin ilişsin qalsın məkkədə küfür dövlətində və çixa bilməsin ?
bu ayədə qəsd olunan həmin mömin qadın və kişilər məs həmin o müstəzəflərdir ki,imkanı olmayıb hicrət etməyə,
Ancaq Allah onları mömin adlandırdı,onların Allaha və rəsuluna iman gətırıb,yəni müşrük deyillər,tovhiddədirlər,
ancaq bəzi şəri hökümləri, zəruriyyətdən icra edə bilmirlər,zəruriyyətdən bunu edə bilməyəndə ki, Allahın dininə görə kafir olmaz.
bu ayənən isbat olundu ki,
mühüti deyəşmək ayəsi,nisə 97-99 şəri hökümlər altında ,yaşaya bilməyə imkanı olan həm maddi həmdə fiziki,insanlar qəsd olunur ki, bunlarda onu eləmirlər,
2 ci lər isə , əsil müstəzəflərdir ki, .Ancaq onlar həm maddi , həmdə fiziki cəhətdən imkanı olmayıb ki, hicrət etsin, ancaq bunula ,onlar Allaha və axirət gününə inanır,
islamın düşmənlərində, imkan çatdıqca, ən azından qəlbləriylə rədd edirlər VƏ Allah onları 48.25 ayəsində mömin adlandırır.
Daha alimin dediyi kim yox, nə kafirdir,nədə ki, müsəlman,yəni əgər kimsə müstəzəfdirsə ,və həmin insan bilməməzlik üzündən, və ya guya ki, imkansızlıq üzündən şirkdədirsə,
bu heç vaxt ağlı başında olan müstəzəfə əqidə məsələrində üzr ola bilməz.Bunu iddia edən həm əraf 172.173 ayəsini zidd gedir,
və həmdə ALLAHI acizlikdə, itdiham eleyir.Müztəzəflərin, zəiflərin ruzisini çatdıran Allahdır
ayədə
29:60. (Yer üzündə zəiflikləri ucbatından) ruzisini daşıya (əldə edə) bilməyən neçə-neçə canlılar vardır.Onların da, sizin də ruzinizi Allah verir. O, (hər şeyi) eşidəndir, biləndir. zəiflik üzündən məxluqa onun ruzisini yetirən Allah, ondan da vacib olanı yəni tovhidi insana çatdıra bilmədi ?
Əslində isə Allah bizdən də yaxşı bilir ki, insana dolanışığı üçün ruzidən əvvəl,ona mənəvi qida lazımdır ki , bu dünyada yaşamaq üçün.Əks halda o insan ölüyə,kafirə çevrilir.
və tövhiddə gələn yoluda insana göctərir,
və insana bu dünyada özü hüccətini tamamlayır,Allahdan başqa heç kəs insana hüccəti tamamlaya bilməz.
yetkinlik yaşinda olanda , Allahın bu hüccətini görə bilər, qəlbi təmizdənmək istəyənlər.
Сообщение отредактировал ahmed: 23 июня 2010 - 16:39