Отправлено 25 мая 2010 - 22:30
İslama qədər ərəblər günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə, Məhəmmədə (s.ə.s) peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil edilmişdir. Bu, Cahiliyyə dövründə geniş yayılmış müvəqqəti nigaha da aiddir. Rəsulullah (s.ə.s) bu pozğun əlaqəni İlahidən hökm gəlməyincə qadağan etmirdi. Bu, Xeybər günü baş verdi. Peyğəmbər (s.ə.s) bundan sonra bir dəfə də - Məkkənin fəthi günü – bunun Allahın iradəsiylə Qiyamətə qədər qadağan edildiyini elan etdi. Amma bu əməl içki kimi geniş yayılmamışdı və buna görə də bunun qadağan edilməsi haqda xəbər bütün insanlara çatmamışdı, çünki əshabələr bu barədə az-az danışırdılar. Bəzi müsəlmanlar Əbu Bəkrin (r.a) və Ömərin (r.a) dövrlərində də bilməyərək müvəqqəti nigah bağlayırdılar. Bu barədə Müslimin (1405) “Əs-Səhih”ində xəbər verilir. Amma bu xəlifə Ömərin (r.a) vaxtı kütləvi hal aldıqda, xəlifənin özü və Peyğəmbərin (s.ə.s) Əli bin Talib, Abdullah bin Ömər, Abdullah bin Zübeyr – radıyallahu anhum (Allan onlardan razı olsun!) kimi böyük əshabələrin bunun icazə verildiyini deyənlərə qarşı kəskin mübarizəyə qalxaraq müsəlmanları bu cür dərin yanlışdan qurtardılar.
Beləliklə, biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qurana, Peyğəmbərin (s.ə.s) hədislərinə, onun əshabələrini, o cümlədən Əli bin Əbu Talibin (r.a) yekdil fikirlərinə, mömin müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.
Bəs onda rafizi alimlərini Allaha və Onun Peyğəmbərinə (s.ə.s) böhtan atmağa nə məcbur edir? Rafizi cərəyanının ardıcıllarının Doğruçu adlandırdıqları şeyx İbn Babivih əl-Qumi özünün “Mən lə yahduruhu əl-Faqih” kitabında (2/251) imam Cəfər əs-Sadiqin aşağıdakı sözlərini rəvayət edib: “Həqiqətən, Rəsulullahın əməllərindən heç olmasa birini etməyib ölən adamdan mənim xoşum gəlməz”. Ondan soruşurlar: “O, müvəqqəti nigah edirdi?”. İmam cavab verir: “Bəli”, - və bu ayəni oxuyur: “Əgər o (Peyğəmbər) sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin” (ət-Təhrim, 5). Bu hədis “Vəsail əş-Şiə” (14/442), “Cəvahir əl-Kəlam” (30/151-152), “Əsl əş-Şiə və Üsuluhə” və s. kitablarda da var.
Pak Allahın və Onun Peyğəmbərinin (s.ə.s) bu yalanla heç bir əlaqəsi yoxdur! Bu ayənin də müvəqqəti nigaha heç bir aidiyyatı yoxdur. Bəs Peyğəmbərin (s.ə.s) bir-iki günlük evləndiyini iddia etməyə insanları görəsən nə məcbur edir? Bəlkə o, qadınla qısa bir əlaqəyə görə ona bir-iki dirhəm pul da veribmiş? Görəsən onlar bunu hansı kitabdan oxuyublar? Bəlkə onların digər həqiqətlər yazılmış başqa Kitabları var? Həqiqətən, bu öz əxlaqsızlıq baxışlarına fanatik sədaqətdən başqa bir şey deyil! Bu, yalnız həqiqətə baxmadan öz doğruluğunu nəyin bahasına olursa-olsun sübut etmək istəyidir. Bu öz baxışlarına bəraət qazandırmaq üçün Allaha və Onun Peyğəmbərinə (s.ə.s) böhtandır. Özünüz fikirləşin. . . və haqqı tapmaqda Allah Özü sizə kömək olsun!
Bu oxuduğunuz kitabçada bu gün bütün düşünən müsəlmanları narahat edən ən böyük problemlərdən biri barədə deyə biləcəyimizin kiçik bir hissəsi əks edilmişdir. Təəssüf ki, onu bütün çılpaqlığı ilə göstərmək üçün bizim kifayət qədər imkanımız yoxdur. Allah eləsin ki, bizim dediklərimiz cəhalət içində sürünənlərin yatmış qəlblərini oyatmaq üçün yetərli olsun!
Həmd olsun pak və nöqsansız Allaha – aləmlərin Rəbbinə!
Allahın salavatı və salamı Onun Peyğəmbəri Məhəmməd (s.ə.s)-ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.