Mütə haqqında mübahisə
#61
Отправлено 01 октября 2009 - 18:39
Bu movzu haqqinda her defe muzakire olunanda ele teccublu gelirki mene.
Bezen her iki terefden eleleri yazir ki bu movzuda zina ve onanizmden bashi ayilmir.Bu barede internetde tapsaniz Ellame Eskeri rehmetdiyin "Mealimul-Medeseteyn" eserinden istifade edib material qoysaniz chox faydali olar.
#62
Отправлено 13 ноября 2009 - 11:13
baxın əxilər axtardığınız hər şey var: hədis var, səhabənin böyüklərindən fətva var, sünni alimlərdən fətva var. indi əsil sələfi olmaq lazımdır amma, Rəsulullahın (s.ə.a) və səhabənin sələfi xəlifənin yox!
#63
Отправлено 17 января 2010 - 17:31
Bir ferqi irs ,nefeqe,birge yashayish ve daimi olmamasindadir.
Qalan shertler daimi eqdde olanlardir.Indi kishileri basha dushmey olar(mekruhat heddinde) qadinlar ise murtekib olsa iraq olsun bedbextlikdir.
#64
Отправлено 01 апреля 2010 - 22:46
Bu barədə mübahisələr bir qayda olaraq siğəyə icazənin Quranda olub - olmaması ilə əlaqədar baş verir. Biz çalışıb buna münasibətimizi bildirməliyik. Mən daxilən siğəliyi qəbul etməsəm də bilirəm ki Quranda buna icazə vardır. Bunu qəbul edib - etməmək isə hər kəsin öz işidir. Ancaq iddia etmək ki Quranda bu yoxdur, bu yalandır.Siğe ucbatından İranı mundar güne qoyublar indi gelib burda yaymaq isteyirler.240000 uşaq bilmir kimden emele gelib.
Yeri düşmüşkən mətbuatda xəbər verildiyinə görə qardaş Türkiyə Respublikasında da siğəyə icaə verilmişdir : Türkiyə Diyanət İşləri Başkanlığının (Dİ hazırladığı son “Quran” təfsirində siğəyə (müvəqqəti nikaha) izn verildiyi yazılıb. “ANS-press”in “İnternethaber” saytına istinadən yaydığı məlumata görə, illərcə sünni və şiə alimləri arasında mübahisə mövzusu olan siğə məsələsi DİB tərəfindən hazırlanan “İslam ensiklopediyası”nda “cinslər arasında müəyyən miqdarda pul ödənməsi qarşılığında müvəqqəti həyata keçirilən evlilik” kimi göstərilib.Xəbərdə İslam Peyğəmbərinin (s.ə.s.) yasaqladığı bildirilərək heç bir sünni alimin siğəyə izn vermədiyi, ancaq DİB tərəfindən hazırlanan “Quran yolu türkcə məal və təfsir” adlı kitabda siğəyə izn verildiyi yazılıb.
#65
Отправлено 14 мая 2010 - 23:48
23-cü ismarışa əlavə olaraq yazımMəhəmməd bin Əli Əli bin Əbu Talibdən –radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996)
Yalnız Buxari ilə Müslimdə, tam yeddi səhabədən gələn rəvayətlər, o gün tək eşşəklərin ətinin haram qılındığını ifadə edir və bu rəvayətlərin heç birində "Mütə nikahı"na yer verilmir. Bu səhabələr bunlardır:
1. Abdullah b. Ömər
2. Cabir b. Abdillah
3. Abdullah b. Əbi Əvfa
4. Abdullah b. Abbas
5. Sələmə b. Ekva
6. Ənəs b. Malik
7. Bəra b. Azib
#66
Отправлено 15 мая 2010 - 12:23
25- ....... İbni Ömərdən rəvayət etdilər. (Belə deyib): Rəsulullah (Sallallahu Əleyhi və Səlləm) Xeybər (hərbi) günü əhli eşşəkləri (yeməyi) qadağan etdi. İnsanlar onlara möhtac olmuşdular.1. Abdullah b. Ömər
Səhih Müslim, "Ov, kəsilən və əti yeyilən heyvanlar bəhsi" kitabı, "Əhli eşşək ətlərinin haram qılınması" babı
Həmçinin Səhih Buxari Məğazi kitabı. Türkçə 238-239-cu hədislər
240-...Cabir ibn Abdillah ®: Rəsulullah (S) Xeybər günü ev eşşəklərin ətlərindən nəhy etdi...2. Cabir b. Abdillah
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
62-....... Mən Abdullah ibn Əbi Əvfadan eşitdim............Qazanları aşırdın və əsla eşşəklərin ətlərindən heç bir şey yeməyin! .......3. Abdullah b. Əbi Əvfa
"Səhih Buxari", Xüms Kitabı, 20-ci bab "Mücahidin Hərb Sahəsində Ələ keçirəcəyi yemək maddələrinin hökmü"
Həmçinin "Səhih Buxari" Məğazi kitabı. Türkçə 241,242,243-cü hədislər
246-.......İbn Abbas ®: Bunlar insanların yük daşıma heyvanları olduğu üçün, bunları yemək səbəbiylə yük heyvanlarının yox olub getmələrini istəmədiyi üçünmü Rəsulullah bundan nəhy etdi, yaxud Xeybər günündə mütləq olaraq ev eşşək ətlərini harammı etdi, bilmirəm, demişdir.4. Abdullah b. Abbas
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
218-.......Sələmə b. Ekva ® belə demişdir:....5. Sələmə b. Ekva
.......
Peyğəmbər:
- "Bu atəşlər nədir, nə üçün yandırırlar?"- deyə soruşdu.
Səhabələr:
- Ət bişirmək üçün yandırdılar,- deyə cavab verdilər.
Peyğəmbər:
- "Hansı ət, nə əti üçün?" deyə soruşdu.
Səhabələr:
- "Ev eşşəklərin əti" - deyə cavab verdilər. Peyğəmbər:
- "O ətləri tökün, qabları da qırın!" - buyurdu....
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
220-.......Ənəs ibn Malik ® belə demişdir: .......6. Ənəs b. Malik
....- Allah və Rəsulu sizləri eşşək ətlərindən nəhy edərlər. Çünki eşşək ətləri murdardır! - deyə söylədi.
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
Həmçinin 221-ci hədis (türkçə)
245-.......əl-Bəra ibn Azib ®: Peyğəmbər (S), Xeybər qəzvəsində bizlərə ev eşşək ətlərini çiy olaraq və bişmiş olaraq atmamızı əmr etdi. Sonra bir daha onları yeməyi əmr etmədi, demişdir.7. Bəra b. Azib
"Səhih Buxari", Məğazi Kitabı, 40."Xeybər qəzvəsi" babı
Həmçinin 244-cü hədis (türkçə)
#67
Отправлено 15 мая 2010 - 12:34
Əvvəlcə İbni Macənin Abdullah İbni Ömər vasitəsiylə Ömərdən nəql etdiyi bu rəvayət mətn etibarıyla müztəribdir. Çünki bu rəvayətə görə Allah Elçisi mütəyə yalnız üç günlük icazə vermiş, sonra da mütləq olaraq onu qadağan etmişdir. Bu, Əhli Sünnənin özlərinin də səhih sənədlərlə Allah Rəsulundan nəql etdikləri mütənın uzun müddət caiz olduğuna dair hədislərlə ziddiyyət təşkil etməkdədir.Bir dəfə Ömər bin əl-Xəttab –radıyallahu anhu- xəlifə olarkən xütbə zamanı deyib: “Həqiqətən, Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- bizə üç dəfə müvəqqəti nigaha icazə vermişdi, amma sonra o, bunu qadağan etdi. Allaha and olsun ki, kim evli olaraq müvəqqəti nigah bağlayıb Rəsulullahın -səllallahu aleyhi və alihi və səlləm- bunu qadağan etdikdən sonra yenidən icazə verdiyini təsdiq edən dörd şahid gətirməsə, mən onu daşqalaq (zinaya görə cəza) edəcəm” (İbn Macə, 1963).
Daha sonra bu, səhabələrin əməlləri də ziddiyyət təşkil etməkdədir. Necə olar mütə yalnız üç günlüyə halal qılınıb sonra da mütləq mənada haram qılındığı halda səhabələr beləsi keçici bir hökmdən xəbərdar olmayaraq mütləq halal kimi hətta Ömərin öz dövrünə qədər onu edirdilər? Belə bir şey ağıl məntiqlə uyğun gəlməz.
Buradan aydın olur ki, mütəyə verilən icazə qətiliklə belə qısa bir vaxtlı icazə deyildir ki, səhabələr arasında beləsinə rəvac tapmışdır.
Həmçinin burada Ömərin söylədiyi Allah Rəsulunun icazəyə dair sözünün isbatı üçün dörd şahidin istənməsi də çox qəribə və qəbul olunması mümkün olmayan bir tətbiqdir. Çünki hamımız bilirik ki, dörd şahid qeydi, Quranın əmriylə yalnız zinanın isbatında qoyulan bir üsuldur. Bu üsul yalnız bu hadisəyə məxsusdur. Digər bütün mövzularda ən çoxu yalnız bəyyinə, yəni iki ədalətli şahid istənilə bilər. Bundan çoxunu istəmək İslami qaydalara ziddir. Necə ki, Ömərin özü də daxil olmaqla, Allah Elçisinin hədislərinin isbatında səhabələr, ən çox iki şahid gətirilməsini istəmiş, bir şahidə kifayətlənənlər olduğu kimi, yalnız tərəfin and içməsini belə kafi hesab edənlər olmuşdur. Bu vəziyyətdə İslamın ölçüləri ortada dayanarkən, Ömərin bu ölçülərin xaricinə çıxaraq dörd şahid istəməsi düşünülə bilməz. Bu da bu sözün Ömərin dilindən uydurulduğunu göstərir.
- al-Islam это нравится
#68
Отправлено 15 мая 2010 - 19:38
110 və 111-ci ismarışlara əlavəMəhəmməd bin Əli Əli bin Əbu Talibdən –radıyallahu anhu- bunu eşidib: “Allahın Rəsulu -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü müvəqqəti nigahı və eşşək ətini yeməyi qadağan etdi” (əl-Buxari 5/172; Müslim 4/134-135 və 6/63; Malik, səh 335; ət-Tirmizi 1121 və 1794; ən-Nəsai 6/125; Əhməd 1/79; əd-Darimi 1996)
Etiraz: Hz. Əli (ə.s) "Peyğəmbərin (s) Xeybərin fəth edildiyi günlərdə Mütə nikahını və ev eşşəklərin ətini yeməyi qadağan etdiyini" rəvayət edir. Bu rəvayət aşağıdakı rəvayətlə ziddiyyət təşkil etmirmi?
Hz Əli : "Ömər mütəni qadağan etməsə idi, çox az (bəzi rəvayətlərdə azğın) adamdan başqa, heç kəs zina etməzdi" (Təbəri 5/9, Razi 10/50 və s.)
Cavab:
1. Bu rəvayət alimlərin etirazına səbəb olub. Xüsusilə Süfyan əs-Sövri (Beyhəqi 7/201-202, ibn Hacər "Əl Fəth" 12/210-211) başda olmaqla bütün siyər üləması, Mütə nikahının Xeybərdə leyhinə və ya əleyhdə, heç bir şəkildə gündəmə gəlmədiyini; bu səbəbdən rəvayətdə səhv olduğunu söyləyirlər. (ən-Nəvəvi, IX, 180~181; əz-Zeyləi, "Nasbur-Rayə":III, 178~179; əl-Ayni, XIV, 254; İbn Hacər, Fəthul-Bari: XII, 210~211; əl-Qəstalani, İrşadüs-Sari:VI, 299, VIII, 35; əş-Şövkani, "Neylül-Övtar" VII, 230; Davudoğlu, Müslim şərhi: IX, 178) İbni-Qəyyum əl-Cövzi deyir ki: "Səhih (doğru) olan, Mütənın Məkkə fəthində haram qılınmış olduğudur... Çünki o gün Xeybərdə Müsəlman qadınlar yox idi; Yəhudi qadınlar vardı. Əhli kitab olan qadınlarla evlilik isə hələ mübah qılınmamışdı. Bu mübahlıq daha sonra, Maidə surəsiylə təsdiqləndi." ("Zadül-Məad" II, 183 həmçinin bax 183-184, IV, 6)
2. Hədisin bəzi rəvayətlərində, mövzunun Hz. Əli ilə Abdullah b. Abbas arasında olan "Mütə nikahı" ilə əlaqədar mübahisə zamanı gündəmə gəldiyi görülür. Rəvayətə görə İmam Əli, İbn Abbası Mütəyə icazə verdiyi üçün danlayır və "Xeybər hədisi"ni oxuyur!!! Abdullah b. Abbas ömürünün sonuna qədər Mütə nikahının caiz olması fikrində qalmışdır. Bu rəvayətdən Abdullahın İmam Əliyə fikir vermədiyi aydın olur. Halbuki bu heç mümkün deyil; çünki birazca olsun tarix bilənlər, Abdullah ilə İmam Əlini (ə.s) araşdıranlar, onların bir-birinə nə qədər yaxın olduğunu, Abdullahın İmam Əliyə nə qədər güvənib etimad etdiyini əsla inkar edə bilməzlər. Belə bir İbn Abbasın, Əlinin nəql etdiyi bir hədisə baxmayaraq fətvasında müqavimət göstərməsi heç mümkündürmü görəsən!? Üstəlik bu söz də Abdullaha aiddir: "Bir mövzuda Əli b. Əbi Talibin fətvası etibarlı bir yolla bizə çatdığı təqdirdə, əsla ondan kənara çıxmarıq!" ( Əhli sünnət üləması İbn Abbasın bu sözünü səhih sənədlərlə rəvayət edirlər: İbn Sad, "Ət Təbəqat" 2/338, İbn Əbdil Bər "Əl İstiab 3/40, ibn Hacər "Əl İsabə" 2/509)
3. Xeybər hədisinin bütün rəvayət yolları İbn Şihab əz-Zühridə birləşir. əz-Zühri, hər nə qədər Əhli Sünnə qardaşlarımızın "çox siğə bir hədis hafizi" sayıb rəvayətlərinə çox güvəndikləri biri olsa da biz eyni qənaətdə deyilik. Bizim tərəfimizdən o çox məhkum bir ravidir və rəvayətlərinə güvənməyimiz mümkün deyil.
a) İbn Şihab əz-Zühri, Urve b. Zübeyr ilə hər fürsətdə bir araya gəlib İmam Əliyə (ə.s) sataşan və ona olan düşmənliklərini aşkar edən iki yaxın! Bu mövzuda etibarlı yollarla gələn bir çox rəvayət vardır ( İbn Əbil-Hədid, IV, 102 )
əz-Zühri həmçinin, Əbdülməlik b. Mərvan kimi böyük qan tökücü Əməvi sultanlarının məclis yoldaşlarındandır! (İbn Sad, VII, 447 Eyni yerdə o məşhur diktatorun hədiyyə(!)lərinə məzhər olduğu da qeyd edilib.)
c) İbn Sa'dın Buxari ilə Müslimin şərtlərinə görə səhih bir sənədlə rəvayətinə görə, biri əz-Zühriyə gələrək, dişləri qızıl tellərlə bağlamanın hökmünü soruşur. O da "qorxusu yoxdur" deyir. Bu olsa dərd yarı. Əsl problem, əz-Zührinin bu fətvanı verərkən Əbdülməlik b. Mərvanı mənbə göstərməsidir. əz-Zühri, "Əbdülməlik b. Mərvan da dişlərini qızılla bağlatmışdı!" deyərək, "Qorxusu yoxdur; əgər olsaydı Əbdülməlik etməzdi!" -demək istəyir. Tək bir valinin, Həccaci Zalımın, yersiz səbəblərlə, bir çoxu Əhli Beyt tərəfdarı 100.000-dən çox baş kəsməsini təsdiqləyən belə bir diktatorun tətbiqini dəlil göstərmək; bir möminə yaraşarmı!?
d) Həmçinin əz-Zühri tədlis ilə də məşhur biridir. (əz-Zəhəbi, IV, 40) Yəni rəvayət etdiyi hədisin başqaların tərəfindən etibarlı sayıla bilməsi üçün sənəddə və daha başqa yerlərdə oynama edə bilir!!! əz-Zührinin hədislərin mətn və sənədlərində etdiyi oynamalara nümunə görmək istəyirsinizsə; onun rəvayət etdiyi hədislərə "səyahət etməlisiniz"
e) Yəhya b. Main belə "O Ümeyyə oğullarına çalışardı!" dedikdən (Hakim, əl-Maarifə:54) sonra, əz-Zührini kim siğə sayırsa saysın, bir qiyməti varmı?
4. Yuxarıda 7 səhabədən hədis gətirdik ki, ancaq eşşək əti haram edilmişdir. Mütənin haram edilməyi barədə o hədislərdə heç bir şey yoxdur. Bu yeddi səhabədən gələn rəvayətlərin heç birisinin sənədində İbn Şihab əz-Zührinin adına rast gəlmirik. Aydındır ki, Xeybər hədisindəki "Mütə nikahının qadağan edilməsi" tamamilə İbn Şihabın əməlidir və bunu xüsusilə İmam Əlidən gələn rəvayətə daxil etməsi də mənasız deyil!
Həmçinin, İmam Əliyə aid edilən bu rəvayət, olsa-olsa Mütənin o gün qadağan edildiyini ifadə edir. Mütənin bir neçə dəfə qadağan edilib ardından icazə verildiyini (biz qəbul etməsək də) Əhli Sünnə qardaşlarımız qəbul edir. O zaman burada yenə bir problem yoxdur. Əgər rəvayətdə "sonsuza qədər" haram qılındığına dair bir qeyd olsaydı, o zaman burada etiraza yer olardı.
Qısacası bu etirazın mənası yoxdur və İmama aid edilən bu rəvayət tamamilə əz-Zührinin uydurmasıdır. Buradan İmam (ə.s) ilə Abdullah b. Abbasın mübahisə etdiyini ifadə edən rəvayətin də əsassız olduğu aydın olur.
Сообщение отредактировал Şair: 15 мая 2010 - 19:46
#69
Отправлено 15 мая 2010 - 19:56
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#70
Отправлено 15 мая 2010 - 21:18
#71
Отправлено 15 мая 2010 - 22:32
"O kəslər ki, ayıb yerlərini (zinadan) qoruyub saxlayarlar; Ancaq zövcələri və cariyələri istisna olmaqla. Onlar (zövcələri və cariyələri ilə görəcəkləri bu işdən ötrü) qınanmazlar. Bundan artığını istəyənlər (halaldan harama addayaraq) həddi aşanlardır (Allahın əmrini pozanlardır)." (Mu'minun 5-7)
Ayələrdə nicata çatacaq gerçək möminlər üçün, ismət və namuslarını, cinsi arzu və istəklərini yalnız iki sinifə aça biləcəyi, tək onlarla cinsi əlaqəyə girə biləcəyi ifadə edilir:
a. Zöcvələri
b. Cariyələri.
Bu iki yolun xaricində qalan cinsi əlaqələr haram qılınır; edənlər qınanır və "həddi aşanlar" olduqları deyilir. Ayələr bu mövzuda kifayət qədər açıqdır.
Mütə nikahı ilə evlilik və cinsi əlaqə bu iki yolun xaricində qalır. Çünki Mütə nikahıyla evlənən bir qadın, ərinə "cariyə" olmadığı kimi, bu nikahda miras, talaq (boşama), nəsəb və iddət hökmləri olmadığı üçün, onun "zövcəsi" da sayılmaz! Bu səbəbdən Mütə nikahı bu ayələrlə haram qılıbdır deməkdir. (Bu rəvayət bir çox müxtəlif əhli sünnə mənbələrində Aişədən nəql olunmuşdur və Hakim Nişapuri isnadının səhih olduğunu söyləmişdir)
Cavab:
1. a)Ayələrin cinsi əlaqə üçün iki yoldan başqasını qadağan etdiyi; bu iki yoldan birinin də "zövcə = həyat yoldaşı" olduğu onsuz da aydındır. Ancaq Mütə nikahı ilə evlənən bir qadının ərinə "zövcə olmadığı" isə boş bir iddiadır; bu iddianın heç bir dəlili yoxdur. Biz "Mütə" nikahıyla evlənən bir qadının da ərinə "zövcə" olduğunu söyləyirik. Bu səbəbdən ayələrin mövzumuzla heç bir əlaqəsi yoxdur.
b ) "Mütə nikahında normal nikahın miras, təlaq və s. hökmlərinin olmadığı" iddiası isə qismən demaqoqluq, qismən də səhvdir! Demaqoqluqdur; çünki bu məntiqə görə, Müsəlman bir kişi Əhli Kitabdan bir qadınla evlənsə, miras hüququnun qarşılıqlı işləməsi lazımdır! Halbuki Əhli Sünnə qardaşlarımız da kitabı olan bir qadınla evliliyi təsdiqləyir və o qadının "zövcə" olacağını qəbul edir; amma qarşılıqlı miras alış-verişini qəbul etmir!!! ("Müsəlman kafirə, kafir də Müsəlman varis ola bilməz." qaydası ilə)
c) Talaq (boşama) isə daimi nikahın hökmlərindəndir, sırf nikahın deyil! Qaldı ki, Mütə nikahında buna onsuz da ehtiyac yoxdur!
d) İddət və uşağın nəsəbi mövzusundakı iddiaların isə gerçəklə heç bir əlaqəsi yoxdur!
2. Mütənin Mədinə dövründə tətbiq olunduğu qətidir. Sözügedən ayələr isə Məkkədə nazil olan bir surəyə aiddir. Məkkədə enən bir ayə, daha sonra Mədinədə tətbiq olunan bir nikahı necə qadağan edir, ya da Məkkədə bu ayələrlə haram qılınmış bir yolu, Allahın Rəsulu (s.ə.v.v) necə aça bilir!? Bir peyğəmbər bu vəziyyətə necə düşə bilir!? Və ya vəhylə hərəkət edən bir peyğəmbərə belə bir şey necə isnad edilə bilər!?
3. Yuxarıdakı iki baxımdan, Aişənin Mütə nikahının caiz olmadığını söyləyib ardından bu ayələri oxuduğuna dair rəvayət də şübhəlidir! Ya Aişəni Allah və Rəsuluna böhtan atan ya da "nə dediyini bilməyən" mövqeyinə qoyacaqsız, yaxud da bu rəvayətin uydurma olduğunu söyləyib kənara atacaqsız. Seçim sizindir...
Bütün bu səbəblərdən ötrü, bu ayələrlə "Mütə" nikahının haramlığına dəlil gətirmək mümkün deyil. Malikilərdən Qadi Əbubəkr b. əl-Ərəbi, bu ayələrlə sözügedən nikahın haramlığına dəlil gətirməyi rədd etmişdir. (Əhkamul Quran, III/1311)
#72
Отправлено 15 мая 2010 - 23:39
.Bu barədə mübahisələr bir qayda olaraq siğəyə icazənin Quranda olub - olmaması ilə əlaqədar baş verir. Biz çalışıb buna münasibətimizi bildirməliyik. Mən daxilən siğəliyi qəbul etməsəm də bilirəm ki Quranda buna icazə vardır. Bunu qəbul edib - etməmək isə hər kəsin öz işidir. Ancaq iddia etmək ki Quranda bu yoxdur, bu yalandır
nizami
yazdıqlarıvı bir az aydın edə bilərsən ?
necə yəni daxilən qəbul etməsəmdə ?
yəni qəlbin qəbul etmir bu hökmü ?
p.s.mən özüm bunu qəbul etmirəm,və yəqinliynəndə bilirəm ki, bu haaqqda quranda halal şey yoxdur
istəsəz ssilka vererem.
Сообщение отредактировал ahmed: 15 мая 2010 - 23:40
#73
Отправлено 16 мая 2010 - 09:04
Buyur ssılka ver. Deyirsən Quranda halal buyuran ayə yoxdur. Şiə və bir qrup sünnü müfəssirləri Nisa surəsi 24-cü ayədə mütədən söz getdiyini qeyd edirlər. Əvvəlki səhifələrdə bildirilib. Bəs sən hansı ayəyə əsaslanırsan?p.s.mən özüm bunu qəbul etmirəm,və yəqinliynəndə bilirəm ki, bu haaqqda quranda halal şey yoxdur
istəsəz ssilka vererem.
#74
Отправлено 16 мая 2010 - 11:48
şairabu sufyan meni bir shey maraqlandirir
osmanin vaxtinda osman bu emeli qadaqa etdi,lakin eli durdu dedi ki......Mərvan bin Hakimdən rəvayət olunur ki , o belə dedi :Mən Osmanıda, Əlinidə görmüşəm və şahid olmuşam ki Osman həcc-təmətö -nü insanlara qadağa etdi . Bunu eşidən Əli belə dedi – “ Budur mən sənin qarşındayam , həcc və ümrəni yerinə yetirirəm. Və mən hec zaman Allah qanunu və Peyğəmbər sünnətini tərk etmərəm , baxmayaraq ki, kim nə deyir desin.”
bes yaxshi umar siqani qadaqan edende niye ona 4:24 ayesini getirmedi eli?
yadaki osamana deyilenleri umara deyerdi “ Budur mən sənin qarşındayam , həcc və ümrəni yerinə yetirirəm. Və mən hecc zaman Allah qanunu və Peyğəmbər sünnətini tərk etmərəm , baxmayaraq ki, kim nə deyir desin
yani niye demedi ki nise 24 un hokmunu terk etmerem ?
uzun uzadı danışmıram bura gir,artıq danışmışam burda bu haqqda.
http://313news.net/f...ndpost__p__7130
orda ən azından 2 cür dəlil gətirirəm.səmimi olub, oxusan görəcəksən
#75
Отправлено 16 мая 2010 - 12:10
Mövzunun əvvəlki səhifələrini oxudum və sənə cavab verilməmiş bir ismarış görmədim.
Sən özündən yeni məzhəb qurmusan, əgər həmən məzhəbin fiqh kitabları ilə məni tanış etsən şad olaram
#76
Отправлено 18 мая 2010 - 14:05
təbii ki, mən mövzunu əvvəldən oxumuşam, sadəcə olaraq onlara cavab demirəm. Ona görədə Faktı yazmışam.
Sənin bu copy-paste etdiyin cızma-qaralara dəfələrlə cavab verilib. Ona görə bura təzədən yazıb boşuna yer doldurmaq istəmirəm.
Xüsusən qeyd edim ki, bu köhnə cızma-qaranı mən özüm şəxsən abzas-abzas bu forumda yazmışam və çox dəyərli qardaşlar onları cavablandırıblar. Buyur, bu linkdən oxuya bilərsən.
http://313news.net/f...hp?/topic/1943/
Bu elmi araşdırmada isə Quranın Nisa surəsinin 24-cü ayəsinin geniş açıqlaması və o cümlədən sənin əqidədaşlarının iradlarına ətraflı cavabları tapa bilərsən. Əgər həqiqətən bu mövzu barədə insaflı diskussiya istəyirsənsə, bu elmi araşdırmanı oxu. Necə ki, mən sizin bu yazılarınızı oxumuşam.
Muvaqqati nikah qahir-hazir-asl.doc 3,36МБ 15 Количество загрузок:
...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!
313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ
Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!
#77
Отправлено 25 мая 2010 - 22:17
Uca Allah nigahı insanlar öz heyvani ehtiraslarını ödəmək üçün deyil, mənəvi, sosial və iqtisadi nemətlər naminə vacib bilmişdir. Buna görə də İslam sağlam müsəlman ailəsinə sağlam müsəlman cəmiyyətinin özəyi (rəhni) kimi baxır.
Əgər kişi yalnız öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mənəvi simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O, yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir. Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.
Tanrı istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla, uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı yalnız bir cinsi akt naminə “öz bədənlərini birləşdirib”, sonra ola bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən və qadından nə gözləmək olar?
Əgər belə bir “nigah” zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nigah zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını görəsən necə tanımalıdırlar?
İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: “Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda ¼ milyon atılmış uşaq var”.
Görəsən uşaq özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər Hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Bəs kim razı olar ki, öz anası və ya bacısı kiməsə müvəqqəti arvadlıq etsin? Kim əmin ola bilər ki, anası ilə bir çox illər qabaq müvəqqəti nigahından doğulan və anasının yolunu tutmuş öz doğma qızıyla “nigah” bağlamayacaq? Nə vaxtsa öz atasıyla ola bilən qadını bəs kim almaq istər?
Qulaq asın görün ki, rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh. 159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.
“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Abdullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yəni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mömin imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mömin özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah (s.ə.s) deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-Əhadis əs-Səhihə”, 73).
Həqiqətən, bu və digər suallara cavab yoxdur və ola da bilməz. Bu şər yol – müsəlmanın mənəvi simasını dağıdır. Müvəqqəti nigahla əxlaqsızlıq arasında heç olmasa bircə fərqli cəhət göstərə bilərsinizmi?
#78
Отправлено 25 мая 2010 - 22:24
Siza sual verim, Omer ibn xattab abu bakrin xalifaliyi dovrunda harda olub???Mən bilən kifayət edər. belə də ki, ardını yaza bilərəm.
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#79
Отправлено 25 мая 2010 - 22:29
Copi pasteleri oxusa idin, sən belə deməzdin, bax elə buna görədə sən layiq deyilsən ki, mən sənə yazım.
Bəzi copi pastalar, bəzilərinin belini qırır.
#80
Отправлено 25 мая 2010 - 22:30
Beləliklə, biz qeyd etdik ki, müvəqqəti nigah müqəddəs Qurana, Peyğəmbərin (s.ə.s) hədislərinə, onun əshabələrini, o cümlədən Əli bin Əbu Talibin (r.a) yekdil fikirlərinə, mömin müsəlman alimlərin baxışlarına və sağlam insan təfəkkürünə ziddir.
Bəs onda rafizi alimlərini Allaha və Onun Peyğəmbərinə (s.ə.s) böhtan atmağa nə məcbur edir? Rafizi cərəyanının ardıcıllarının Doğruçu adlandırdıqları şeyx İbn Babivih əl-Qumi özünün “Mən lə yahduruhu əl-Faqih” kitabında (2/251) imam Cəfər əs-Sadiqin aşağıdakı sözlərini rəvayət edib: “Həqiqətən, Rəsulullahın əməllərindən heç olmasa birini etməyib ölən adamdan mənim xoşum gəlməz”. Ondan soruşurlar: “O, müvəqqəti nigah edirdi?”. İmam cavab verir: “Bəli”, - və bu ayəni oxuyur: “Əgər o (Peyğəmbər) sizi boşasa, ola bilsin ki, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr – müsəlman, mömin, itaətkar, tövbəkar, ibadət edən, oruc tutan dul qadınlar və bakirə qızlar versin” (ət-Təhrim, 5). Bu hədis “Vəsail əş-Şiə” (14/442), “Cəvahir əl-Kəlam” (30/151-152), “Əsl əş-Şiə və Üsuluhə” və s. kitablarda da var.
Pak Allahın və Onun Peyğəmbərinin (s.ə.s) bu yalanla heç bir əlaqəsi yoxdur! Bu ayənin də müvəqqəti nigaha heç bir aidiyyatı yoxdur. Bəs Peyğəmbərin (s.ə.s) bir-iki günlük evləndiyini iddia etməyə insanları görəsən nə məcbur edir? Bəlkə o, qadınla qısa bir əlaqəyə görə ona bir-iki dirhəm pul da veribmiş? Görəsən onlar bunu hansı kitabdan oxuyublar? Bəlkə onların digər həqiqətlər yazılmış başqa Kitabları var? Həqiqətən, bu öz əxlaqsızlıq baxışlarına fanatik sədaqətdən başqa bir şey deyil! Bu, yalnız həqiqətə baxmadan öz doğruluğunu nəyin bahasına olursa-olsun sübut etmək istəyidir. Bu öz baxışlarına bəraət qazandırmaq üçün Allaha və Onun Peyğəmbərinə (s.ə.s) böhtandır. Özünüz fikirləşin. . . və haqqı tapmaqda Allah Özü sizə kömək olsun!
Bu oxuduğunuz kitabçada bu gün bütün düşünən müsəlmanları narahat edən ən böyük problemlərdən biri barədə deyə biləcəyimizin kiçik bir hissəsi əks edilmişdir. Təəssüf ki, onu bütün çılpaqlığı ilə göstərmək üçün bizim kifayət qədər imkanımız yoxdur. Allah eləsin ki, bizim dediklərimiz cəhalət içində sürünənlərin yatmış qəlblərini oyatmaq üçün yetərli olsun!
Həmd olsun pak və nöqsansız Allaha – aləmlərin Rəbbinə!
Allahın salavatı və salamı Onun Peyğəmbəri Məhəmməd (s.ə.s)-ə, onun ailə üzvlərinə, səhabələrinə və Qiyamətə qədər onun yolu ilə gedən saleh möminlərin üzərinə olsun.
#81
Отправлено 25 мая 2010 - 22:53
İslama qədər ərəblər günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə, Məhəmmədə (s.ə.s) peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil edilmişdir. Bu, Cahiliyyə dövründə geniş yayılmış müvəqqəti nigaha da aiddir.
Postun ardı ilə işim yoxdur. Təfsir kitablarınızdan da sitatlar gətirmirəm ki, orada Nisa surəsinin 24-cü ayəsi mütə nigahı barədədir. İstədiyim tək bir şey mənə tarixdən çox istəmirəm 1 dənə dəlil gətirməyinizdir ki, ərəblər İslam dininə qədər mütə nigahı bağlayırdılar.
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#82
Отправлено 25 мая 2010 - 23:15
Yalançıya ALLAH lənət eləsin əgər sənin dediyin kimi yazılıbsa orada! Mən o kitabi araşdırdım, şərhinə də baxdıq hədisin! Orada söhbət MƏHRƏMLƏRDƏN gedir, AY BƏDBƏXT! Gör sizləri necə aldadıb "Pod otkos" buraxırlar! Eyibdir, vALLAH! Gülünc çıxır, O ki, ola savadsız, bir də böhtan! ALLAHDAN qorxmursan ki, olmayanı deyib QEYBƏT edirsən? İnsaflı ol, mən inanıram ki, sən o kitabın üzünü də görməmisən, sadəcə, SƏNİ ALDADIBLAR! ÖZÜ DƏ TƏK SƏNİ YOX!İslam - Allahın kamil dinidir. Başqa dinlərdən o, bununlar fərqlənir. Quran və Sünnənin ehkamları məntiqə və sağlam təfəkkürə uyğun gəlir. Buna görə də müvəqqəti nigah məsələsini bu nöqteyi-nəzərdən araşdırmaq məqsədə uyğun olardı.
Uca Allah nigahı insanlar öz heyvani ehtiraslarını ödəmək üçün deyil, mənəvi, sosial və iqtisadi nemətlər naminə vacib bilmişdir. Buna görə də İslam sağlam müsəlman ailəsinə sağlam müsəlman cəmiyyətinin özəyi (rəhni) kimi baxır.
Əgər kişi yalnız öz cinsi istəyini ödəmək naminə qadınla əlaqə yaradırsa, o öz mənəvi simasını itirir. Qadın isə bu zaman onun üzərinə qoyulmuş ən böyük vəzifəni yerinə yetirə bilməyib, öz ailəsinin qayğısına qala bilmir. O, yalnız əldən-ələ ötürülərək, pulla alınıb-satılan bir alətə çevrilir. Belə əlaqələr nəticəsində doğulan uşaqlar normal ailədən, valideyn məhəbbətindən və düzgün tərbiyədən məhrum olurlar.
Tanrı istəyir ki, ailə ər-arvad üçün sülh və əmin-amanlıq məkanı olmaqla, uşaqların ruhunu özünə cəlb edən bir yer olsun. Hörümçəyin yuvası kimi müvəqqəti olan nigahda birləşən insanlar isə bundan məhrumdurlar. Axı yalnız bir cinsi akt naminə “öz bədənlərini birləşdirib”, sonra ola bilər ki, pulu çatmadığına görə üzünü qadından çevirməli olan kişidən və qadından nə gözləmək olar?
Əgər belə bir “nigah” zinakarlıq deyilsə bəs nədir? Məgər kişi qadına onunla cinsi əlaqəyə girməyi təklif edərkən ona pul təklif etmir? Məgər bu cür nigah zinakarlıq qədər ziyan gətirmir? İnsanlar öz atalarını və uşaqlarını görəsən necə tanımalıdırlar?
İranın “əş-Şira” jurnalında (N 684, səh. 4) deyilirdi: “Rəfsancani qeyd etmişdir ki, müvəqqəti nigahlar ucbatından bu gün İranda ¼ milyon atılmış uşaq var”.
Görəsən uşaq özünün belə biabırçı şəkildə doğulmasına icazə verən dinə qarşı hansı hisslər keçirə bilər? Hər Hansı müvəqqəti nigah həvəskarı özünün həyata bu cür gəlməsi ilə razılaşa bilərmi? Bəs kim razı olar ki, öz anası və ya bacısı kiməsə müvəqqəti arvadlıq etsin? Kim əmin ola bilər ki, anası ilə bir çox illər qabaq müvəqqəti nigahından doğulan və anasının yolunu tutmuş öz doğma qızıyla “nigah” bağlamayacaq? Nə vaxtsa öz atasıyla ola bilən qadını bəs kim almaq istər?
Qulaq asın görün ki, rafizi şeyx Muhsin əl-Əmin “Əayan əş-Şiə” kitabında (səh. 159) nə yazır: “Bütün şiə aləmi, xüsusilə Nəcəf əhli hesab edir ki, müvəqqəti nigah icazə verilmiş, amma eyni zamanda da biabırçı bir şeydir”.
“Vəsail əş-Şiə” kitabında (14/437) deyilir ki, Abdullah bin Umeyr, Məhəmməd əl-Baqirin yanına gəlib deyir: “Mən səni sevindirəcəyəm: sənin arvadların, qızların, bacıların və qohumların bunu edirlər (yəni özlərini müəyyən müddətə pula satırlar)”. Bunu eşidən imam üzünü çevirir. Görəsən belə hərəkət nə deməkdir? Məgər o sevinirdi? Məgər mömin imam, Allahdan qorxan bir müsəlman istəyirdi ki, onun qadın qohumları kiminsə ehtirasını ödəmək üçün özlərini pula satsınlar? Məgər mömin özünə qıymadığını qardaşına arzu edə bilərmi? Rəsulullah (s.ə.s) deyib: “Özünə istədiyini qardaşına arzu etməyincə heç kəsin imanı kamil olmayacaq” (Əhməd, ən-Nəsai, İbn Macə, ət-Tirmizi, əl-Albani, “Muxtasar Muslim”, 24; “Silsilə əl-Əhadis əs-Səhihə”, 73).
Həqiqətən, bu və digər suallara cavab yoxdur və ola da bilməz. Bu şər yol – müsəlmanın mənəvi simasını dağıdır. Müvəqqəti nigahla əxlaqsızlıq arasında heç olmasa bircə fərqli cəhət göstərə bilərsinizmi?
#83
Отправлено 26 мая 2010 - 01:52
Yaxshi da ay salafi.tatar!
Copi pasteleri oxusa idin, sən belə deməzdin, bax elə buna görədə sən layiq deyilsən ki, mən sənə yazım.
Bəzi copi pastalar, bəzilərinin belini qırır.
Evveli budur ki ibn teymiyye deyirki,gadini aldadma yolu (yeni yalandan saninla daimi evlanirem deyir) ile onunla evlanmayi icaze verir, bunu aciglayin?
Ikinci sual budur ki abubakr siygaya goz yumub omar da bir soz demayib, bunuda aciglayin
Ucuncusu budur ki misyar(salafilerin siygasi) hagginda ibn baz va razilashir))) bunuda aciglayin
Dorduncusu salafilerin artig modasi getdiii bu 10 il arzinde abubakr mescidinden salafiler neca yera bolundular?? 3-4 min adam var idi yarisi gameti soymaya bashladi yarisi tarifladi , bir ara avam camaati aldadirdiz, sonra malum olduki yezidi amiralmominin sayirsiz, her ne olursa olsun deyirsiz Allah edib, amma abubakr mescidini baglayanda etiraz edirsiz niya???? meger sizin sozunuz deyilki Allah edir her sheyi, demak mescidinizi Allah baglayibdaa)))
ardini yazim yoxsa yenada menden kusmusuz????)))))
Сообщение отредактировал tatar.: 26 мая 2010 - 01:54
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
#84
Отправлено 26 мая 2010 - 09:02
zehmet olmasa cavablandir da abubekrin dovrunde ve omerin dovrunde de sige olub bu sizin kitablarda da var. Bu ne olan sohbetdi...
#85
Отправлено 26 мая 2010 - 12:16
Qaqaş, buyur Vüsalın verdiyi bu suala cavab ver.İslama qədər ərəblər günah və namussuzluq çirkabında çapalayırdılar. Bununla əlaqədar Müdrik Allah öz şəriətini tədricən, pis şeyləri bir-bir qadağan edə-edə göndərirdi. O zaman insanların imanı hələ o qədər güclü deyildi ki, bütün günahlardan birdən-birə əl çəksinlər. Məhz buna görə şəriət qanunlarının çoxu Mədinədə, Məhəmmədə (s.ə.s) peyğəmbərlik veriləndən 13 il sonra, öz əshabələri ilə birlikdə köçdüyü şəhərdə nazil edilmişdir. Bu, Cahiliyyə dövründə geniş yayılmış müvəqqəti nigaha da aiddir.
Postun ardı ilə işim yoxdur. Təfsir kitablarınızdan da sitatlar gətirmirəm ki, orada Nisa surəsinin 24-cü ayəsi mütə nigahı barədədir. İstədiyim tək bir şey mənə tarixdən çox istəmirəm 1 dənə dəlil gətirməyinizdir ki, ərəblər İslam dininə qədər mütə nigahı bağlayırdılar.
Sənin copylərinə həm bu mövzuda, həm də digər mövzularda cavab verilib. Əlbəttə ki, sənin üçün bu maraqlı deyil. Sadəcə əlinə Əbu İbrahim, Əfəndi, Simnar və s.lər copylər verib başını aldadırlar. Bilmirlər ki, heç özlərinin cəsarəti çatmaz arxasında durmağa!
P.s. yenə də ilk olaraq VÜSALın suallarını cavabla
#86
Отправлено 02 октября 2010 - 00:29
Əliyyun Maal haqq, Haqq maal Əli)))))
bu hədisləri Ilahiyyat məscidində Sahihi Müslim kitabından çəkmişəm ..
demək birinci şəkil mütənin halal olması fəslindəndi, ikinci şəkil də ki, guya mütənin haram olması..))
Qalın kitabdir, qəhvəyi rəngdə
Xahiş olunur Azərbaybaycan hərflərini təhrif etməyəsiz!
- master_ier это нравится
#87
Отправлено 22 октября 2010 - 04:59
Bir Qadinin Eri ola Amma Dini Kebinleri Olmaya o Xanimla Mute Elemek Halaldir? yeni Caizdir?
#88
Отправлено 22 октября 2010 - 09:56
Xeyr!Salam Aleykum Ve Rehmetullah...
Bir Qadinin Eri ola Amma Dini Kebinleri Olmaya o Xanimla Mute Elemek Halaldir? yeni Caizdir?
#89
Отправлено 22 октября 2010 - 10:01
#90
Отправлено 22 октября 2010 - 10:03
Sebebini Bilmek Olar.. Yeni Eqdi oxunmayan Qadin haramdirsa demeli onlar er ve arvad sayillmirlar.. Bes Onda Sebebi nedir ki?
Əqdləri oxunmasa belə, onlar dövlət nigahındadırlar. Cəmiyyətdə ər-arvad sayılırlar. Belə olan halda özünüz düşünün belə şey ola bilər?
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей