Deməli, mən forumun bütün istifadəçiləri ilə danışıram. Maşallah, "qardaw" Maşallah. Mən tək, siz hamınız. Maşallah qardaw.
Kim etiraf edəcək? Etiraf edin ki, Allah təala quranda Nöqsana yol verib, ya da ki, səhvinizi boynuna alın ki, qələt edib belə söz demişik. Tez bazar etiraf edin keçək başqa mövzuya.
Şiə əqidəsi, "Allahın dediyi sözü, özünə izafət etmək Allah barəsindəı nöqsanlıga qaildir. Sözə diqqətlə fikir verin, Allahın dediyi sözü , yəni özünə izafət etdiyiu sifəti, özünə izafət etmək nöqsanlıqdır."
Allah təala buyurur; (Allah dedi: "Ey İblis! Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?)
fikir verdiniz ayəyə? "mənim iki əlimlə yaratdıgıma" Ayədə "əl" sözü açıq aydın Allaha izafət olunub, özüdə ikilik say sistemində. Allah təala açıq aydın deyir ki, Adəmin öz iki əli ilə yaradıb.
Batil əqidə sahibləri isə, utanmadan deyirlər ki, ayədə keçən "Əl"-sözünün həqiqi mənası Allaha nisbətdə nöqsandır. Yəni, Allah təala quranda özünə həqiqi mənası nöqsan olan sifət izafət edib. Sonra bu batil əqidə sahibləri utanmadan Allahın dediyi sözü dəyişərək, yəni, Allahın özünə izafət etdiyi "əl kəlməsinin mənasını dəyişərək" başqa bir məna vermişdilər və demişlər ki, Allahın "yəd" kəlməsində muradı dediyi məna yox başqa mənadır, çünki dediyi məna nöqsandır. Yəni, bu batil əqidə sahibləri belə çıxır ki, Allahı özündən yaxşı tanıyırlar. Hələm utanmadan deyirlər ki, "əl"-də murad "qüdrərdir". Adama deyərlər, əgər "qüdrət idisə Allah təala qüdrət deyərdi də, məgər sən Allahı özündən yaxşı tanıyırsan? məgər Allah bilmir nə işlədir?
Məgər Allah təala iblisi öz qüdrəti ilə yaratmamışdır ki? Niyə Allah təala adamə çatanda dedi ki, "Mənim iki əlimlə yaratdığıma" məgər Allah təala iblisi özü qüdrəti ilə yaratmayıb? Niyə Allah təala Adəmin yaradılışını xüsusiləşdirdi? Demək istiyirsiniz Allah təala hikmətsizdir? məgər iki əlin qeyd olunmasında heç bir hikmət yoxdur? Əgər Ayədə keçən "əl" siz deyən kimi qüdrətdirsə onda belə çıxır ki, Allah təala hikmətsizdir, (əstəgfirullah). Bir özün fikirləşdə, təsəvvür et, Allah təala iblisə deyir ki,"Sənə Mənim iki əlimlə yaratdığıma səcdə etməyə mane olan nə idi?" indi əgər burda "əl" qüdrət mənasındadırsa onda Allahın dediyinin nə mənası oldu ki? sualıma cavab verin. Düz demirəm? hanı sizin agıl sahibləriniz? varsa cavab versin. Əgər iblisidə qüdrəti ilə, adəmidə qüdrəti ilə yaradıbsa onda nə mənası var idi ki, "iki əli" qeyd etmək də? əgər "əl" qüdrətdirsə, onda belə çıxır ki, Allah təala adəmi öz iki qüdrəti ilə yaratmışdır. Bunu demək istiyirsiniz? Allahın iki qüdrəti var?"
Nə isə, boş boş hamınız üstümə düşməkdənsə biriviz etiraf edin ki, Allah təala quranda nöqsana yol verib və bununla da keçim sizin suallara cavab verməyə və ya keçək ürəyiniz istədiyiniz mövzuya. Liboy mövzuda sizinlə hazıram, özüdə siz hamınız mən tək.
Əlhəmdulilləh, saglam insanlar oxuyub ibrət alır. Batil əqidə göz qabagındadır.
Сообщение отредактировал Abu Sufyan ordusu: 09 июня 2010 - 23:50