Əhli-sünnənin səhabələr barəsində etiqadı
#271
Отправлено 09 ноября 2010 - 22:32
Vəhhabi sözünün söyüş olduğunu eşitməmişdim, onu da eşitdim. Ümumiyyətlə sizlərdə şirk, tağut, təkfir, səhih və s. kimi söyüş sözüdə dəbdədir.
Gah deyirsiniz rafizilər səhabələri söyürlər. Halbuki söyüş söymək məsələsində islam firqələri arasında ixtilaf yoxdur. Rafizilər münafiqlərə lə`nət oxuyurlar, səhabələri cərh edirlər lakin söyüş söymürlər. Hansısa bir avamın söyüş söyməsi məzhəbindən asılı olmayaraq bütün tərəflərdə baş verə bilər.
İndi də deyirsiniz ki, sizə vəhhabi deyərək söyüş söyürük. Bu qədər də olmaz axı!
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#272
Отправлено 10 ноября 2010 - 14:45
Yuxarıda düzgün qeyd olunmuşdur ki, biz münafiqlərlə səhabələr arasında fərq qoyuruq. Yəni məsələ burasındadır ki, söhbəti gedilən səhabə məfhumu bizlərdə istilahı məna kəsb edir. Buraya lüğəti məna daxil deyil. Çünki, Peyğəmbər salləllahu aleyhi va alə alihi va səlləm münafiqlərə də səhabə deyib, lakin qəsd lüğəvi olub, yəni müsəlmanların sırasında olanlar. Həmçinin, Allah Təalə Peyğəmbəri müşrik qureyşilərə səhabə olduğunu bildirib, deyir ki, "sizin sahibiniz( Yoldaşınız ) məcnun deyil" və s. misallar, hansılar ki, lüğəvi mənada işlənib.
Həmçinin, səhabə məfhumuna sonradan mürtəd olub o halda ölənlər də daxil deyil. Buradan çıxır ki, Peyğəmbərin adından yalan uyduran səhabə yoxdur və bu da onların ədalətli olmalarına dair güclü arqumentdir...
Sənin bu yazın əslində diqqətlə oxuyan üçün sizə qarşı güclü dəlildir. Sizin probleminiz ondadır ki, siz ədalət məfhumunu əməllərinə göz yumaraq, ört-basdır edərək, açıq-aydın gizlədərək, yersiz hüsnü-zənn edərək Peyğəmbəri (s) görmüş çox geniş bir camaata tətbiq etmisiniz. Sizin metodunuzla yer üzündə bütün cinayətkarlara ədalət sifətini şamil etmək olar. Bu sözlərim üzərində düşünməyi təklif edirəm.
O ki, qaldı səhabənin istilahi mə`nasına:
نقل الخطيب بإسناده عن الإمام أحمد قال : أصحاب رسول الله (ص) كل من صحبه سنة أو شهراً أو يوماً أو ساعة أو رآه فهو من أصحابه ، وهذا مذهب أهل الحديث ، نقله عنهم البخاري وغيره.
əl-Xətib (əl-Bağdadi) öz isnadı ilə İmam Əhməddən nəql edərək dedi: Peyğəmbərin (s) səhabələri onunla bir il, yaxud bir ay, yaxud bir gün, yaxud bir saat birlikdə olmuş və yaxud sadəcə onu görənlərdir. Bu əhli-hədisin məzhəbidir. Bunu onlardan əl-Buxari və qeyriləri nəql etmişdilər.
وقد قدمنا أن الصحيح الذي عليه الجمهور أن كل مسلم رأى النبي صلى الله عليه وسلم ولو ساعة فهو من أصحابه
Əvvəldə dediyimiz kimi cümhurun ittifaq etdiyi səhih nəzər budur ki, Peyğəmbəri (s) hətta bir saat olsa belə görmüş hər bir müsəlman onun səhabələrindən hesab olunur.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#273
Отправлено 11 ноября 2010 - 12:29
Elə bərkə düşən kimi Səhih Müslimdən sitat gətirirsiz ki, Əlini ancaq mömin sevər, ancaq münafiq nifrət edər. Bu hədisi siz düzgün başa düşmürsünüz.
Ona qalsa Nəvəvi Riyad əs-salihin kitabında hədis yazıb ki, Allaha və Qiyamət gününə iman gətirən qonşusuna pis davranmasın, onu yaxşı qarşılasın və s... İndi qonuşusuna pis davrananı kafir elan etməliyik ki, Allaha iman gətirməyib?
Hələ bundan başqa Buxariyə niyə baxçırsız? Eyni sözləri Ənsar haqqında da deyib də Peyğəmbər (səv). Allah Ənsarı sevəni sevər, nifrət edənə nifrət edər.
İndi 2000-dən çox Ənsardan birinə dünya işlərinə görə nifrət edən adam Allahın qəzəbini qazanacaq, münafiq olacaq?
Ya da Buxaridə hədis var ki, Əli r.a. Əbu Cəhlin qızını istədiyinə görə Fatimə qəzəblənir. Və Peyğəməbər səv deyib ki, Fatimənin qəzəbi mənim qəzəbimdi, mənim qəzəbim Allahın qəzəbidi. Bu sözlər Əli barədə deyilib. İndi duraq onu da silək dəftərədən? Sadəcə bir qadının qısqanclıq zəminində qəzəbinə görə Əli r.a. Allahın qəzəbinə gəldi? Ayılın!
- muxtar85 это нравится
#274
Отправлено 11 ноября 2010 - 17:53
Söhbəti fırlatmaqda ustasınız da deyirəm. Əli r.a. niyə xəvaricləri təkfir etmədi? Bu sualdan niyə qaçırsınız? Yaxud Siffeyndə, Cəməldə ona qarşı çıxanların hansını təkfir edib?
Mümkündürsə mənbəsi ilə birlikdə nəyi qəsd etdiyini yaz. Bizə görə qılınc çəkib Əliyə (s) qarşı vuruşanlar kafirdirlər. Niyəsini sonra yazacam.
Movzumuz isə xatırladım ki, təkfir barəsində deyil, səhabələrin hamısının 100 % istisnasız ədalətli olması haqqındadır. Yə`ni biz inanırıq ki, səhabələrin içində mö`min kəslərlə yanaşı , fasiq, yalançı, tamahkar, qorxaq, münafiq və s. vardır.
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#275
Отправлено 11 ноября 2010 - 19:06
Mövzuya aidiyyatı odur ki, xəvariclər arasında səhabələr də olub. Ancaq onlar bir-birləri ilə döyüşsə də ictihadlarına görə döyüşüblər. Yəni bir-birini müsəlman sayıblar. Başa düşdün? Siffeyn də, Cəməl də eynilə bunun kimi.
#276
Отправлено 12 ноября 2010 - 22:18
Vəhhabi nə zamandan tarixi faklarla danışır? Nəysə. Madam ki, tarixi faktları qəbul e`dirsən onda zəhmət çəkib səhabələrin törətdiyi əməllərə də göz yumma.Nə mənbə lazımdır ki ona? Bu məşhur bir tarixi faktdır ki.
Mövzuya aidiyyatı odur ki, xəvariclər arasında səhabələr də olub. Ancaq onlar bir-birləri ilə döyüşsə də ictihadlarına görə döyüşüblər. Yəni bir-birini müsəlman sayıblar. Başa düşdün? Siffeyn də, Cəməl də eynilə bunun kimi.
Başa düşdüm. İndi də sən anla ki, mövzu səhabələri təkfir etmək barəsində deyil. Səhabə zahirdə münafiq və fasiq kimi müsəlman da ola bilər. Odur ki, onların sözünə inanmaq üçün vacibdir ki, şəxsiyyətləri araşdırılsın.
İndi isə gələk İmam Əlinin (a) qarşı tərəfdəkiləri ümumən qardaş adlandırmasına. Ola bilsin ki, İmam Əli (a) bu sözləri ilə qarşı tərəfin zahirdə müsəlman olduğuna işarə edirdi, onların islama qarşı vuruşmadıqlarını bildirirdi. Çünki bə`zi insanlar düşünürdülər ki, onlar müşrik və yaxud münafiq olmuşdular. Digər tərəfdən:
Ad qövmünə də qardaşları Hudu (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. Yoxsa qorxmursunuz?” (7-65)
Səmud qövmünə də qardaşları Salehi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin! Sizin Ondan başqa ilahınız yoxdur. (7-73)
Mədyən qövmünə də qardaşları Şueybi (göndərdik). O dedi: “Ey qövmüm! Allaha ibadət edin. Sizin Ondan başqa ilahınız yoxdur. (7-85)
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#278
Отправлено 12 ноября 2010 - 23:13
Elə bərkə düşən kimi Səhih Müslimdən sitat gətirirsiz ki, Əlini ancaq mömin sevər, ancaq münafiq nifrət edər. Bu hədisi siz düzgün başa düşmürsünüz.
Məgər bu sözləri Peyğəmbər (s) buyurmayıb? Bu hədis ürəyinizcə deyil? Sizi narahat edir? Yəqin ürəyinizdə deyirsiniz ay Müslim yekə kişisən adam da bu cür hədisi yazıb səhabələri pod-udar qoyar? Bu hədis sizin dostlarınızın münafiq olduğunu üzə çıxardığı üçün açıq-aydın mə`nasını tə`vil edirsiniz.
- al-Islam это нравится
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#279
Отправлено 12 ноября 2010 - 23:17
Sahabə düşmənlərinə cavab.
Video
xos galmisan safa gatirmisan .sahaba yox munafiq dusmanlari.bir video ila butun forumu az qala vahhabi elamisdin. bunlara cavablar verilib.zahmat cak avvala bir nazar sal.sanin qardaslarinda bela qaznan galmisdilar amma indi gorunmurlar.asasda oz kitabinizdan siza dalillar gorsadilanda.
bu sana Abu Sufyan ordusundan hadiyya
Həmişə qeyd elədiyimiz kimi bir daha təkrarlayırıq. Elə həmin surənin 10-cu ayəsində Allah möminlərə də şərt qoyur. Bu ayə də eynilə 18-ci ayə kimi ridvan bey`əti ilə əlaqədar nazil olmuşdur. Bax təfsirlərə:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth-10)
Bu ayə ağıl sahibləri üçün kifayət edər. Göründüyü kimi mükafat həmişəki kimi yalnız əhdinə vəfalı olanlaradır.
Bu cümləni anlamaq bu qədər çətindir? "Mən deyəcəyəm: onlar mənim səhabələrimdir, onlar mənim səhabələrimdir. (Mələklər) Mənə deyəcəklər: Sən, onların səndən sonra nə törətdiklərini bilmirsən"
#280
Отправлено 12 ноября 2010 - 23:22
Ona qalsa Nəvəvi Riyad əs-salihin kitabında hədis yazıb ki, Allaha və Qiyamət gününə iman gətirən qonşusuna pis davranmasın, onu yaxşı qarşılasın və s... İndi qonuşusuna pis davrananı kafir elan etməliyik ki, Allaha iman gətirməyib?
Sən bilərsən birdəki təkfirçi qardaşların.
Hələ bundan başqa Buxariyə niyə baxçırsız? Eyni sözləri Ənsar haqqında da deyib də Peyğəmbər (səv). Allah Ənsarı sevəni sevər, nifrət edənə nifrət edər.
Mümkündürsə hədisin orijinalı gətir baxaq. Çünki əhli-beyt barədə olan hədislərin poddelkaları səhabələr və xüsusən də şeyxeyn barədə sizin mənbələrdə çoxdur. İllərlə hakimiyyət olub əllərində, hədisin birini bir qəpikdən zakaz ediblər.
Ya da Buxaridə hədis var ki, Əli r.a. Əbu Cəhlin qızını istədiyinə görə Fatimə qəzəblənir. Və Peyğəməbər səv deyib ki, Fatimənin qəzəbi mənim qəzəbimdi, mənim qəzəbim Allahın qəzəbidi. Bu sözlər Əli barədə deyilib. İndi duraq onu da silək dəftərədən? Sadəcə bir qadının qısqanclıq zəminində qəzəbinə görə Əli r.a. Allahın qəzəbinə gəldi? Ayılın!
Bu sözlər Əbu Bəkr və Ömər kimilər üçün deyilib. Buna aydınlıq gətirərəm inşaallah! Hələlik isə bunu oxu! http://313news.net/f...ndpost__p__9575
Rasulallah (s.a.a.s.) buyurdu: "Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)
#281
Отправлено 12 ноября 2010 - 23:59
Düzdür ki, bu cür uydurmalara hələ 2008-ci ildə cavab verilib, sən hər halda bir dəfə də cəhd edib mövzu aç və orda müzakirəni davam etdirək.Ya da Buxaridə hədis var ki, Əli r.a. Əbu Cəhlin qızını istədiyinə görə Fatimə qəzəblənir. Və Peyğəməbər səv deyib ki, Fatimənin qəzəbi mənim qəzəbimdi, mənim qəzəbim Allahın qəzəbidi. Bu sözlər Əli barədə deyilib. İndi duraq onu da silək dəftərədən? Sadəcə bir qadının qısqanclıq zəminində qəzəbinə görə Əli r.a. Allahın qəzəbinə gəldi? Ayılın!
Передал Хаким в "Мустадрак" (10/382):
... فأقبل رسول الله (ص) والغضب يُعرف في وجهه فقال: "ما تريدون من علي، إنَّ علياً مني وأنا منه وهو وليُّ كلِّ مؤمن بعدي". هذا حديث صحيح على شرط مسلم
Посланник Аллаха (с) сказал: «Что вы хотите от Али (а)? Али (а) от меня и я (с) от него. И он повелитель всех мусульман после меня!»
Хаким ан-Нишабури: "Хадис достоверен по условиям Муслим" и согласился с ним аз-Захаби.ал-Албани: "Достоверен". ("ас-Силсила ас-сахиха", ал-Албани, 5/222)
Ибн Хиббан: "Достоверен". ("Сахих", Ибн Хиббан, 28/400)
#282
Отправлено 15 ноября 2010 - 14:00
"Ədalətli səhabələr" silsiləsindən...
Bir dəfə Mədinədə...
Əhli-sünnənin ən böyük təfsir alimlərindən Hafiz İbn Kəsir Cümə surəsinin 11-ci ayəsində yazır:
يعاتب تبارك وتعالى على ما كان وقع من الانصراف عن الخطبة، يوم الجمعة، إلى التجارة التي قدمت المدينة يومئذ، فقال تعالى: { وَإِذَا رَأَوْاْ تِجَـٰرَةً أَوْ لَهْواً ٱنفَضُّوۤاْ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِماً } أي: على المنبر تخطب، هكذا ذكره غير واحد من التابعين، منهم أبو العالية والحسن وزيد بن أسلم وقتادة. وزعم مقاتل ابن حيان أن التجارة كانت لدحية بن خليفة قبل أن يسلم، وكان معها طبل، فانصرفوا إليها، وتركوا رسول الله صلى الله عليه وسلم قائماً على المنبر، إلا القليل منهم، وقد صح بذلك الخبر، فقال الإمام أحمد: حدثنا ابن إدريس، عن حُصين، عن سالم بن أبي الجعد، عن جابر قال: قدمت عير مرة المدينة، ورسول الله صلى الله عليه وسلم يخطب، فخرج الناس، وبقي اثنا عشر رجلاً، فنزلت: { وَإِذَا رَأَوْاْ تِجَـٰرَةً أَوْ لَهْواً ٱنفَضُّوۤاْ إِلَيْهَا } أخرجاه في الصحيحين من حديث سالم، به.
وقال الحافظ أبو يعلى: حدثنا زكريا بن يحيى، حدثنا هشيم عن حصين عن سالم بن أبي الجعد وأبي سفيان عن جابر بن عبد الله قال: بينما النبي صلى الله عليه وسلم يخطب يوم الجمعة، فقدمت عير إلى المدينة، فابتدرها أصحاب رسول الله صلى الله عليه وسلم حتى لم يبق مع رسول الله صلى الله عليه وسلم إلا اثنا عشر رجلاً، فقال رسول الله صلى الله عليه وسلم " والذي نفسي بيده لو تتابعتم حتى لم يبق منكم أحد، لسال بكم الوادي ناراً " ونزلت هذه الآية: { وَإِذَا رَأَوْاْ تِجَـٰرَةً أَوْ لَهْواً ٱنفَضُّوۤاْ إِلَيْهَا وَتَرَكُوكَ قَآئِماً }
Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər. De: “Allah yanında qazanacağınız savab əyləncədən də, ticarətdən də xeyirlidir. Allah ən yaxşı ruzi verəndir” (Cümə surəsi, 11)
Allah Təala o gün Mədinəyə gələn və ticarət üçün cümə xütbəsini tərk edib qaçanları qınayaraq buyurur ki: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər.” Səni minbərdə xütbə oxuyarkən tərk etdilər. Aralarında Əbül-Aliyə, Həsən, Zeyd b. Əsləm və Qətadənin də olduğu bir çox tabein bunu qeyd etmişdilər.
Müqatil b. Həyyan deyir ki, bu ticarət karvanı müsəlman olmamışdan qabaq Dihyə b. Xəlifəyə aid idi. O, təbil çalaraq xalqı toplayırdı. Müsəlmanların çox az hissəsindən başqa hamısı Rəsulallahı (s) minbərdə tərk edib ticarət karvanına doğru getmişdilər. Bu məsələ ilə bağlı hədis səhihdir. Həmçinin İmam Əhməd b. Hənbəl deyir: Bizə İbn İdris... Cabirin belə dediyini bildirir: “Mədinəyə bir karvan gəlmişdi, Rəsullallah (s) bu zaman xütbə oxuyurdu. Camaat çıxıb karvana doğru getdi, məsciddə 12 nəfər qaldı. Bu səbəbdən: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər.” ayəsi nazil oldu. Buxari və Müslim də “Səhih”lərində Səlim yolu ilə Cabirdən bu hədisi təxric edirlər.
Hafiz Əbu Yalə deyir ki: Bizə Zəkəriyyə b. Yəhya... Cabir b. Abdullahdan nəql etdi ki, o belə deyib: Rəsulallah (s) cümə günü xütbə oxuduğu zaman Mədinəyə bir karvan gəlir. Peyğəmbər səhabələrindən 12 nəfərdən başqa hamısı karavana doğru getdilər. Bu səbəbdən Rəsulallah (s) buyurdu: “Nəfsim qüdrət əlində olana and olsun, əgər burda heç kəs qalmasaydı, vadidən üzərinizə atəş yağardı. Bu səbəblə: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər” ayəsi nazil oldu.
Təbəri bu ayəni təfsirində deyir ki, ayədə zikr edilən "əyləncə" kəlməsində məqsəd təbil və zurna çalaraq əylənməkdir.
"Təfsir ər-Razi"-də isə deyilir: Hz.Peyğəmbər (s) dedi: "Əgər burada qalanlar da əvvəlkilərə tabe olsaydılar, bu vadi od olub onların üzərinə yağardı". Qətadə deyir: "Onlar bu işi (yəni, Peyğəmbəri xütbə deyərkən tərk etməyi) 3 dəfə ediblər". Ayədəki "oyun-əyləncə" kəlməsi ilə təbil qəsd edilmişdir. Çünki, onlar toy edərkən təbil-zurna çalardılar. Beləcə, onlar təbil-zurna çalaraq o karvana doğru getdilər və Peyğəmbəri (s) tərk etdilər.
Mücahid və Yəqub ibn Süfyan, İbn Abbasın “Cümə” surəsinin 11-ci ayəsinin təfsirində “ticarət işləri qarşıya gələndə səni tək qoyarlar” – yazılan yerdə deyilir: Dihyə Kəlbi cümə günü Şam ticarətindən qayıdan zaman mal və yeməli şeylər gətirmişdi. “Zeyt” daşlarına çatıb təbil çalmaqla gəldiyini elan etdi. Camaatın hamısı onun ticarət karvanını görməyə getdi. Məsciddə Peyğəmbər (s) (minbərdə), Əli (ə), Həsən (ə), Hüseyn (ə), Fatimə (ə), Salman, Əbuzər və Miqdaddan başqa heç kəs qalmadı. Peyğəmbər buyurdu: “Allah məscidə bir nəzər saldı, əgər bunlar məsciddə olmasaydılar, Mədinə camaatı atəşdə yanardı, Lut qövmü kimi onların da başına daş yağardı və Allah bu ayəni yerdə qalanlar üçün nazil etdi: “Səhər-axşam Allahı zikr edirlər və ticarət onları aldatmır.”
Hadisə yeri: Mədinə.
Zaman: İslamın artıq möhkəmlənmiş olduğu bir dövr.
Nəticə: Özünüz çıxarın...
...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!
313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ
Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!
#283
Отправлено 19 ноября 2010 - 00:45
Hafiz Əbu Yalə deyir ki: Bizə Zəkəriyyə b. Yəhya... Cabir b. Abdullahdan nəql etdi ki, o belə deyib: Rəsulallah (s) cümə günü xütbə oxuduğu zaman Mədinəyə bir karvan gəlir. Peyğəmbər səhabələrindən 12 nəfərdən başqa hamısı karavana doğru getdilər. Bu səbəbdən Rəsulallah (s) buyurdu: “Nəfsim qüdrət əlində olana and olsun, əgər burda heç kəs qalmasaydı, vadidən üzərinizə atəş yağardı. Bu səbəblə: “Onlar ticarət və ya əyləncə gördükləri zaman dağılışıb ona tərəf qaçdılar və səni (minbərdə) ayaq üstə olduğun halda tərk etdilər[/size][/font]” ayəsi nazil oldu.
Yalnızm bu sözüvə sənəd vermisən, bunu da yarımçıq gətirmisən. Çünki burada ayənin nazil olması yerindən sonra deyilir ki, وقال: كان في الاثني عشر الذين ثبتوا مع رسول الله صلى الله عليه وسلم أبو بكر وعمر رضي الله عنهما. Yəni "Bu on iki nəfər barəsində olub, hansılar ki, peyğəmbər sallalaahu aleyhi və səlləmlə birgə qaldılar - ƏIbu bəkr və Ömər (Allah onlardan razı olsun və oldu da).
#284
Отправлено 19 ноября 2010 - 00:54
2-ci ayə: Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. Əlamətləri isə üzlərində olan səcdə izidir. Bu onların Tövratdakı vəsfidir. İncildə isə onlar elə bir əkin kimi vəsf olunurlar ki, bu əkin cücərtisini üzə çıxarıb onu qüvvətləndirmiş, o da getdikcə qalınlaşıb gövdəsi üstündə şax duraraq əkinçiləri heyran etmişdir. Allah möminlərin sayını artırır, özlərini də qüvvətləndirir ki, kafirləri qəzəbləndirsin. Allah onlardan iman gətirib yaxşı işlər görənlərə bağışlanma və böyük bir mükafat vəd etmişdir. Fəth 29.
3-cü ayə: Həşr 8. Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.9. Mühacirlərdən Mədinədə əvvəl orada yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.10. Səhabələrdən sonra gələnlər deyirlər: "Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən Şəfqətlisən, Rəhmlisən!"
4-cü ayə: Dində hamını ötüb keçən ilk mühacirlərə və ənsarlara, həmçinin yaxşı işlər görməkdə onların ardınca gedənlərə gəlincə, Allah onlardan razıdır, onlar da Ondan razıdırlar. Allah onlar üçün ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları hazırlamışdır. Bu, böyük uğurdur. Tövbə 100.
5-ci ayə: Sizlərdən Məkkənin fəthindən əvvəl xərcləyib döyüşənlər başqaları ilə eyni deyillər. Onların dərəcəsi mallarını fəthdən sonra xərcləyib döyüşənlərdən daha üstündür. Amma Allah onların hamısına ən gözəl olanı vəd etmişdir. Allah sizin nə etdiklərinizdən xəbərdardır. Hədid 10.
6-cı ayə: Tövbə 117. Allah, müsəlmanlardan bəzilərinin qəlbi cihaddan yayınmaq üzrə olduqdan sonra, Peyğəmbərin də, çətin vaxtda onun ardınca gedən mühacirlərin və ənsarların da əvvəlcə tövbəsini qəbul etdi, sonra da onları bağışladı. Çünki Allah onlara (müsəlmanlara) qarşı Şəfqətlidir, Rəhmlidir.
118. Geri qalmış üç nəfəri də bağışladı. Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri kədərdən sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra Allah peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul Edəndir, Rəhmlidir.
119. Ey iman gətirənlər! Allahdan qorxun və düz danışanlarla birlikdə olun.
120. Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə döyüşdə Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
121. Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın deyə xərclədikləri elə bir kiçik və ya böyük məsrəf, keçdikləri elə bir vadi yoxdur ki, buna görə onlara savab yazılmasın.
Bu səhabələr barəsində tərif, onlardan Allah təalənin razılığını bildirən onlara cənnəti və iman adını verən Mən deyirəm ki, Allah təalə onların hamısından razıdır, onları sevir, onları sevməyi və onlar üçün dua etməyi əmr edir, onları bağışlayıb. Siz deyirsiniz ki, onlara Allah lənət etsin. Bu sizin küfürlərinizdən biridir. Və daha nələr, nələr?????
#285
Отправлено 19 ноября 2010 - 01:42
Yalnızm bu sözüvə sənəd vermisən, bunu da yarımçıq gətirmisən. Çünki burada ayənin nazil olması yerindən sonra deyilir ki, وقال: كان في الاثني عشر الذين ثبتوا مع رسول الله صلى الله عليه وسلم أبو بكر وعمر رضي الله عنهما. Yəni "Bu on iki nəfər barəsində olub, hansılar ki, peyğəmbər sallalaahu aleyhi və səlləmlə birgə qaldılar - ƏIbu bəkr və Ömər (Allah onlardan razı olsun və oldu da).
Söhbət konkret insanlardan getmir. Ümumi səhabə anlayışından gedirdi. Ordakıların hamısı səhabə idi. Peyğəmbəri (s) tərk edənlərin hamısı səhabə idi. Əbu Bəkr və Ömərin əməlləri başqa rəvayətlərdədi. Burda onlardan söhbət getmir. Ümumi səhabə anlayışından gedir, təkrar edirəm yenə. Sizin "toxunulmaz" hesab etdiyiniz səhabə anlayışından.
...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!
313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ
Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!
#286
Отправлено 19 ноября 2010 - 01:45
...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!
313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ
Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!
#287
Отправлено 19 ноября 2010 - 01:55
Mehz bizim ferqimiz budur. Biz Allah təalədan dileyirik, umid edirik.Bu səhabələr barəsində tərif, onlardan Allah təalənin razılığını bildirən onlara cənnəti və iman adını verən Mən deyirəm ki, Allah təalə onların hamısından razıdır, onları sevir, onları sevməyi və onlar üçün dua etməyi əmr edir, onları bağışlayıb. Siz deyirsiniz ki, onlara Allah lənət etsin. Bu sizin küfürlərinizdən biridir. Və daha nələr, nələr?????
Siz ise estafrulla, Allah təalə evezine qerar verirsiz
Hardan bildiniz Allah təalə onların hamısından razıdır ve onlari bağışlayıb?Mən deyirəm ki, Allah təalə onların hamısından razıdır
http://quran.az/17/15[/b][/font][/size][/color]
#288
Отправлено 19 ноября 2010 - 05:11
http://313news.net/article/a-172.html1-ci ayə: Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. Fəth 18.
#289
Отправлено 19 ноября 2010 - 12:11
http://313news.net/article/a-172.html1-ci ayə: Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı. Fəth 18.
Mən heç kimə ssilka vermirəm, sösüz varsa burada yaz cavabını verib.
#290
Отправлено 19 ноября 2010 - 20:39
Mən heç kimə ssilka vermirəm, sösüz varsa burada yaz cavabını verib.
Denən ruscax bilmirəm də.
اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای
#291
Отправлено 19 ноября 2010 - 21:53
Mən heç kimə ssilka vermirəm, sösüz varsa burada yaz cavabını verib.
Denən ruscax bilmirəm də.
Sənin elə ruscax sözündən bildim ki, sən ruscaxı yaxşı bilirsən.
Сообщение отредактировал Omarin qilinci: 19 ноября 2010 - 21:54
#292
Отправлено 19 ноября 2010 - 23:32
asiqin sozu qutaranda dalay-dalay eliyir,sanin cavab vermak fikrin var ya yox.?Mən heç kimə ssilka vermirəm, sösüz varsa burada yaz cavabını verib.
Denən ruscax bilmirəm də.
Sənin elə ruscax sözündən bildim ki, sən ruscaxı yaxşı bilirsən.
- 5.12.14 это нравится
#294
Отправлено 05 января 2011 - 22:29
Bu ayəni izah elə.Quran ayəsinə görə.
"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö'minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir." (Nisa 115)
#295
Отправлено 05 января 2011 - 23:16
cavab verməsəm necə? pis olar? məsələn 1-2 vahhabinin başına daş düşmə ehtimalı var?Elməddin.Suala cavab versən yaxşı olar.
görürəm ayədən yaman bərk yapışmısan. elə bilirsən ki, səndən başqa bu ayəni görən olmayıb? maraqlanma və rahat ol. insanlar sizin kimi kor deyil ki, ayələri görməmiş olsun. o sizsiniz ki, Quranda Əhli Beyt ə.s haqqında olanları grməzdən gəlir yada təvil etməyə çalışırsınız. yazdığın ayəyə gəlincə, ayədəki "möminlərin yolu" ifadəsi işlənilib. bunun isə sənin göylərə uçmağına səbəb olan və ağlında canlandırdığın şeylə əlaqəsi yohdur. "möminlərin yolu" ifadəsi ilə nəzərdə tutulan İslamdır. əgər ayə "möminlərdən üz çevirsə" desəydi və səbəbi nüzuluda müəyyən şəhslər olsaydı onda sənin ağlında qurduğun səhnəyə uyğun olardı. amma ayə "möminlərin yolundan" yəni İslamdan deyir və ayənin səbəbi nüzuluda hər hansı müəyyən bir şəhs haqqında deyil.Bu ayəni izah elə.Quran ayəsinə görə.
"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö'minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir." (Nisa 115)
#296
Отправлено 09 января 2011 - 22:51
Ayələrə diqqət elə.cavab verməsəm necə? pis olar? məsələn 1-2 vahhabinin başına daş düşmə ehtimalı var?Elməddin.Suala cavab versən yaxşı olar.
görürəm ayədən yaman bərk yapışmısan. elə bilirsən ki, səndən başqa bu ayəni görən olmayıb? maraqlanma və rahat ol. insanlar sizin kimi kor deyil ki, ayələri görməmiş olsun. o sizsiniz ki, Quranda Əhli Beyt ə.s haqqında olanları grməzdən gəlir yada təvil etməyə çalışırsınız. yazdığın ayəyə gəlincə, ayədəki "möminlərin yolu" ifadəsi işlənilib. bunun isə sənin göylərə uçmağına səbəb olan və ağlında canlandırdığın şeylə əlaqəsi yohdur. "möminlərin yolu" ifadəsi ilə nəzərdə tutulan İslamdır. əgər ayə "möminlərdən üz çevirsə" desəydi və səbəbi nüzuluda müəyyən şəhslər olsaydı onda sənin ağlında qurduğun səhnəyə uyğun olardı. amma ayə "möminlərin yolundan" yəni İslamdan deyir və ayənin səbəbi nüzuluda hər hansı müəyyən bir şəhs haqqında deyil.Bu ayəni izah elə.Quran ayəsinə görə.
"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö'minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir." (Nisa 115)
"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib mö'minlərdən qeyrisinin yoluna uyarsa, onun istədiyi (özünün yönəldiyi) yola yönəldər və Cəhənnəmə varid edərik. Ora necə də pis yerdir." (Nisa 115)
"İman gətirib (Məkkədən Mədinəyə) köçənlər, Allah yolunda cihad edənlər (mühacirlər) və (Peyğəmbərlə mühacirlərə) sığınacaq verib kömək edənlər (ənsar) - məhz onlar həqiqi mö'minlərdir. Onları (axirətdə) bağışlanma və tükənməz (gözəl, minnətsiz) ruzi gözləyir!" (Ənfal 74)
Səhabə baradə ayələr
#297
Отправлено 01 июля 2013 - 16:01
#298
Отправлено 01 июля 2013 - 17:19
Iki dana sunnat olmayan goca arabdan otri biza rafizi deirlar,bala halda rafizi olmag bir fahr di,har yerindan doran halifa olmaz,bu na islam di ki doyushdan dalina bahmaya gacan Usman, oda Alidan ostun oldu? Namiszis amr ibn as razi Allah oldu, iki gun bir geca islama galan abu huraira Alidan hadis coh goidi,ayib olsun bu islam deyil bu biyabirciligdi
bu adam duz-emelli yaza bilmir. Amma sehabeler haqda danishigina bax.sen bil ki 1000 il de yashasan onlarin etdiklerinin mislinde bir shey ede bilmezsen.get yazi-pozu oyren bir az,oxmaq oyren.ayibdir vallahi yazi yaza bilmir danisdigi sozlere bax...
zavalli sen kime ten edirsen? Peyqamber salallahu aleyhi vesselleme? hansi ki ozune yaramaz adamlari dost cecmishdir? yoxsa Allaha ten edirsen hansiki peyqamberine bele insanlari sirdash ve arxa-dayaq secmishdir.Meyer Allah onlarin ic uzunu bilmirdi?niye bes onlari rusvay elemedi eksine terifledi?Biabirciliq sendidir ,xeberin yox
#299
Отправлено 01 июля 2013 - 17:24
11 ci İmam Həsən Əl-Əsgəri ,Imam Əli aleyhissələmdan hicrət hadisəsi haqqında nəql etdiyi rəvayətdə belə deyilir;
Həqiqətən Peyğəmbər sallallahu aleyhi vasəlləm Əlidən onun yatağında yatmasını tələb etdikdən sonra Əbu-Bəkrə demişdir:Ey Əbu Bəkr mənimlə bərabər olmaqdan razısanmı,Məni himayə etmənlə və məndən əziyyəti dəf etmənlə tanınacaqsan.Əbu Bək ey Allahın rəsulu mənin canın malım və evladlarəm sənin yolunda fəda olsun demişdir.Peyğəməbirmiz sallallahu aleyhi vasəlləm: Allah sənin qəlbinə baxmış və dilinlə deyəni qəlbinin təsdiq etdiyini görmüşdür.Sənin mənim qulağım, gözüm və başım və ruhum etmişdir.(Həsən əl-Əsgərinin təfsiri səhifə 164-165)
buna cavab yazdilarmi? gormedim ...
#300
Отправлено 01 июля 2013 - 20:05
Количество пользователей, читающих эту тему: 1
0 пользователей, 1 гостей, 0 скрытых пользователей