Отправлено 16 января 2011 - 17:30
Bütün suallarınıza növbəti yazıda cavab axtarın. Əgər tapmasanız, onda ağıl sahibi deyilsiniz. Məndən bu qədər.
Bəqərə 255
Dində heç bir məcburiyyət yoxdur. Hidayət azğınliqdan aydın şəkildə ayrılmışdır. Buna görə kim tağutu danıb, Allah iman gətirsə, elə bir möhkəm ipdən yapışmışdır ki, qırlıması mümkün deyildir. Allah eşidən və biləndir.
Bəqərə 256
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları qaranlıqlardan nura tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları nurdan zülmətlərə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.
Allaha pənah aparırıq qovulmuş şeytanın şərindən, Allahın əmrindən çıxan şeytanın şərindən, əmmamə qoyub əba geyinən şeytanın şərindən, o şeytanın şərindən ki, hər an insanları düz yoldan çəkindirib əyri yola yönəldir. Əyri yolu ona uyanlara düz göstərir, necə ki, Rəsuli Əkrəmin (s.ə.s) vəfatından sonra ümmətin çoxunu əyri yola yönəltdi. İndi də belədir. Rəsuli Əkrəm (s.ə.s) buyurmuşdur: Məndən sonra ümmətimin başçıları 12 məsum imamlardır ki, kim bunlara itaət etsə, mənə itaət etmişdir. Kim mənə itaət etsə, Allaha itaət etmişdir.
Nisa 59
Ey iman gətirənlər, itaət edin Allaha, Rəsuluna və aranızda olan Əmr sahiblərinə! (Vəliyyu Əmrə)
Rəsuli Əkrəm (s.ə.s) Qədir-Xum günündə Allah tərəfindən gələn hökmü bəyan etmişdir: “Ey camaat, mən peyğəmbərəm, Əli isə mənim canişinimdir. Bilməlisiniz ki, bu imamlığın sonu qiyam edən Məhdi (ə)-la sona çatacaq. O, dində qələbə sahibidir. O, sitəmkarlardan intiqam alacaq. Bilin ki, o, alınmaz qalaların fatehi və onları yerlə-yeksan edəndir. Müşrik qəbilələrə qələbə çalacaq və Allah dostlarının nahaq tökülmüş qanlarının intiqamını alacaq. O, dinin köməyidir. O, dərin dərgahlardan su çəkəcək. O, hər istedad sahibini öz istedadı və hər cahili öz cəhaləti ilə tanıyır. O, Allahın seçdiyi hər elmin varisi, hər biliyin malikidir. Onun elmi Allah tərəfindəndir. O, yetişmiş və kamil insandır. Bütün işlər onun ixtiyarındadir. O, baqi qalan höccətdir və ondan sonra höccət qalmayacaq. Haqq yalnız onunladır. Nur yalnız onun yanındadır. O, həmişə qalibdir. Hər şey onun əlindədir. Heç kim ona qələbə çala bilməz. Allahın yer üzündə vəlisi, camaat içində hakimi, gizli və aşkarda Allahın əmin amanıdır.”
Peyğəmbər (s.ə.s) Allahdan gələn bu hökmdə imamətin əməliyyəsini və nəzəriyyəsini bəyan etdi.
Gəlin nəzər salaq Rəsuli Əkrəm (s.ə.s) dünyadna köç edəndən sonra Əbu Bəkr, Ömər ibn Xəttab, Osman və onların tərəfdarları çeytanın hiyləsinə uyub nə etdilər. İlahi hakimiyyət məsum imam Əli (ə)-da olduğu halda, Əbu Bəkr, Ömər, Osman öz tərəfdarları ilə məşvərət edib, çirkin siyasət işlədib özlərindən xəlifə seçdilər, Allahın hökmündən çıxdılar. Islam dünyasına çirkin siyasətləri nəticəsində böyük zərbə vurdular və dinə bidət gətirdilər. Hz Əli (ə): “Meydana çıxan hər yeni bidət köhnənin üzərində inkişaf edər. Bidətlərdən çəkinin, aydın hidayət yoluna yönəlin.”
İlahi hakimiyyətdə İslam dininin rəhbəri məsum imam olmalıdır, əgər məsum deyilsə, onda hakimiyyət Əbu Bəkrin, Ömərin, Osmanın, Müaviyyənin, Yezidin, Abbasilərin batil hakimiyyətləridir. İndi də belədir. İmam Zaman (ə)-a beyət edən tərəfdarları şiə, tağuta, küfrə, batil hakimiyyətə beyət edənlər nadan və cahillərdirlər. Necə ki, Rəsuli Əkrəmdən gələn hədisdə deyilir:
“Kim zamanın imamını tanımadan dünyadan gedərsə, cahiliyyət dövründəkilər kimidir.”
“Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o, qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılacaqlar”. (Mizanul-Hikmət, səh 84, hədis 555)
“And olsun canımı əlində tutan Allaha, bəndənin əməli o surətdə ona faydalı olacaq ki, bizim haqqımızı tanımış olsun. Siz məndən sonra Əhli-Beytimlə imtahan olunacaqsız.”
Bütün məsum imamların haqlarını əllərindən alıblar. İmam Hüseyn (ə)-ın Kərbəla hadisəsi buna açıq-aşkar dəlildir. Neçə min qoşunundan yanında ancaq şiələri qaldı. İmama bağladıqları beyətə sadiq qaldılar və şəhadət məqaməna yüksəldilər. Allahn lənəti olsun Yezidə və onun tərəfdarlarına. Məgər onlar imamı tanımırdllar? Tanıyırdılar, imama beyət eləmək istəmirdilər. Bütün məsum imamların dövründə də belə olub, indi də belədir. Adlarını “şiə” qoyub hansı məzhəbə qulluq etdikləri dolayı yolla məlumdur. Deyirik ki, imam Cəfəri Sadiq (ə)-ın məzhəbiyik. İmam Cəfəri Sadiq (ə) buyurmuşdur: “Allah tərəfindən olmayan zalım rəhbərin vilayətini qəbul edən kimsənin dini yoxdur.” (Mizahul-Hikmət, səh 330, hədis 2295)
Bəqərə 269:
Hikməti istədiyi şəxsə verir. Kimə hikmət veribsə, doğrudan da çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz.
Rəsuli Əkrəm (s.ə.s): “Məndən sonra imamlar 12 məsumdur ki, onların da 9-u Hüseynin (ə) nəslindəndir. Bu imamətin Məhdisi də bizdəndir. Hər kəs məndən sonra onlardan yapışsa, deməli Allahın ipindən yapışıb. Onları tərk edən Allahı tərk edib.”
12 məsum imamlar haqdırlar, inkarı mümkün olmayan həqiqətdir. 11 imam dünyasını dəyişib. Hal-hazırda imam Zaman (ə)-ın zəmanəsində və vilayətində yaşayırıq. O məsum imamın vilayətini qəbul etməliyik. Necə ki, buyurur:
“Mən Allahın yer üzündəki əmanəti və onun düşmənlərinin intiqamçısıyam.” (Buharül Ənvar, c 52, səh 24)
“Hər kim bizə zülm etsə, zalımlardan sayılar və Allahın lənəti ona şamil olar.” (Kəmalüddin, səh 521)
İmam Əli (ə): “Allahın bəndələrindən hansı biri cövrə, zülmə dözməyən, ədalətin ta özü olan dində dünyada nizamsızlığa səbəb olmayan, həm dini, həm də dünyəvi qaydaları təbliğ edən sözlərimiz eşitdi və eşitdikdən sonra qəbul etmədi, sənin dininə yardım göstərmədi, sənin dinini üstün etməkdən çəkindisə, ey şahidlərin ulusu, sənin ona şahid olmağına, onun əleyhinə yer üzündə və göylərdə olanların hamısının şahidlik etməsini diləyirik. Sən də ona daha yardım etmə, etməyəcəksən də; onu günahı ilə əzablandır, əzablandıracaqsan da. Canıma and olsun, imamət bütün insanların bir yerə toplanıb rəy vermələri ilə yaranmadığı kimi, zatən də buna imkan yoxdur. Bilin ki, mən iki növ adamla mübarizədəyəm: Biri bu haqqı olmayan şeyi iddia edənlər, o biri özünə lazım olanı etməyənlər. Xəyanətin ən böyüyü ümmətə xəyanət etmək, hiylənin ən pisi imama hiylə gəlməkdir. Allah qarşısında sənə vacib olan işlərə görə Allahdan çəkin. Tanımadığına görə üzrünün qəbul edilməyəcəyi şeyi tanı. Tanıması lazım olan şeyə doğru qayıt, onu öyrən. Çünki itaət üçün açıq-aydın dəlillər var. Tutulması lazım olan yol aydın bəllidir. Gediləcək yer aşkardır. İşi bilənlər ağla çatanlar o yolu tutarlar. Yaman adamlar bunun əksini edərlər. Kim o yoldan azarsa, haqdan ayrılar, azğınlıq yoluna düşər. Allahın nemətlərinə naşükürlük edər, əzaba uğrayar.”
“Yaradılışdan əvvəl, yaradılışla və yaradılışdan sonra mütləq bir hüccət var.” (Üsuli Kafi)
İndi də belədir, ikincisi yoxdur, ola da bilməz. İmam Cəfəri Sadiq (ə)-ən Əhd duasında “əhdən və əqdən və bəyətən” kəlmələrinə diqqətlə nəzər salsaq, aydın olar ki, insanları imam Məhdi (ə)-a beyətə çağırır. İmamın “Hər yer Kərbəla, hər gün Aşura” deməkdə məqsədi nə idi? Bilirik ki, bir Kərbəla, bir Aşura olub. Bu günki Kərbəla imamının qeybdə olmasının illəti və səbəbi nədir?
İmam Cəfəri Sadiq (ə):
“Şiələrin cahil və nadanlarının, ağcaqanadın qanadı qədər dini olmayanların rəftarı bizi incidir.” (İhticac c 2, səh 474)
“Əgər şiələrimiz çiyinlərində olan əhdi-peymana əməl etsəydilər, onların bizimlə görüş səadəti təxirə düşməzdi.” (Biharül Ənvar, c 53, səh 177)
“And olsun Allaha, şüşə kimi sınacaqsınız, həqiqətən şüşə öz vəziyyətinə qayıdır, vallahi, siz dolça kimi sınacaqsınız, dolça sındıqdan sonra öz vəziyyətinə qayıdır. And olsun Allaha, töküləcəksiniz, parçalanacaqsınız, sizdən yalnız azacıq bir dəstə qalacaqdır.”
Nəql olunan hədislərə nəzər salsaq, aydın olar ki, az bir dəstə qalacağından xəbər verilir. İslam və müsəlman ölkələrinə nəzər salsaq, çoxluq olduğunu görərik. Haqq dinində ancaq az bir dəstə var. Onlar o kəslərdir ki, zamanın imamına itaət edirlər.
Fatimeyi Zəhra (s.ə) xanım buyurub:
“Allah-Təala biz Əhli-Beytdən itaət etməyi islam ümmətində ictimai nəzmin bərpasının səbəbi, bizim imamətimizi isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir. Allah Qədir-Xum hadisəsindən sonra heç kim üçün üzr və bəhanə qoymamışdır.”
Rəsuli Əkrəm (s.ə.s) belə buyurdu:
“Asimanlara (meraca) getdikdə, ərşdə belə bir yazı gördüm: “Allahdan başqa heç bir məbud yoxdur, Muhəmməd Allahın Rəsuludur, Əlinin vasitəsilə ona kömək etdim və onu qüvvətləndirdim.” Orada çoxlu nurlar - Əli, Fatimə, Həsən, Hüseyn, Əli ibni Hüseyn, Muhəmməd ibni Əli, Cəfər ibni Muhəmməd, Musa ibni Cəfər, Əli ibni Musa, Muhəmməd ibni Əli, Əli ibni Muhəmməd, Həsən ibni Əlinin nurlarını gördüm. Allahın hüccətinin nuru bütün nurların arasında dürdən olan ulduz kimi parıldayır. Soruşdum: pərvərdigara, bu kimdir və bu nurlar nədir? Nida gəldi: Ey Muhəmməd, bunlar Əlinin, Fatimənin, onun iki övladı – Həsən, Hüseynin, səndən sonra gələn və Hüseynin övladlarından olan imamların nurlarıdır. Onların hamısı bütün eyib və nöqsanlardan pak və məsumdur. Bu isə, huccətdir ki, dünyanı haqq-ədalətlə dolduracaqdır.” (Hədisi Qüdsi, səh 474)
Rəsuli Əkrəm (s.ə.s) buyurub:
“Xoş o adamın halına ki, mənim Əhli-Beytimin Qaimini görə, qiyam etməzdən qabaq ona iqtida edə, onun dostu ilə dost, düşməni ilə düşmən olan və ondan qabaqkı hidayətedici imamları da qəbul edə. Bunlar mənim dostlarım, mehri-məhəbbətimi qazananlar və ümmətim içərisində ən əzizlərimdir.” (Biharül Ənvar 52-129)
İmam Hüseyn (ə) Yezidin qoşununa buyurmuşdur: “Dininiz yoxdur, heç olmasa, azad kişilərdən olun!” Məgər Yezidin qoşununda olanların namazı, orucu yox idi? Var idi. Amma sureyi Həmddə olan Siratəl mustəqimi tanımırdılar. Məsum imama, hidayət edənə, beyətləri yox idi. Onlar azğın, qaniçən zalıma beyət edirdilər. İndi də elədir, min ildən çoxdur ki, məsum imama beyət olunmur, min ildən çoxdur ki, adlarını dində alim qoyub, bu beyətin üsulunu aramayıblar. Min ildən çoxdur ki, müsəlmanlar zəmanə imamına beyət etmədən dünyadan gediblər. Bu cür alimlərə nə ad qoymaq olar? Hərənin neçə milyon müqəllidi var, daha doğru desək, tərəfdarları var. Bu tərəfdarların beyətsiz namazı və orucu necə olacaq? Beyətsiz insanın heç bir əməli qəbul olunmur. Kərbəla hadisəsindən faydalanmaq lazımdır. Din əgər namaz və orucla tamamlansaydı, Rəsuli Əkrəmdən (s.ə.s) sonra, küfrə boyun əyib namaz qılanların halı yaxşı olardı. Halbuki bu, belə deyil. Hürri Dilavərin tövbə edib imam Hüseyn (ə)-a beyətə gəlməsi müsəlmanlar üçün aydın bir nümunədir. Vəhhabın nə namazı var idi, nə də islam idi. İmamı düzgün tanıyıb beyət etməsi onu şəhadət məqamına yüksəltdi.
Allah-Təala zəmanə imamına beyət etməyi islam ümmətində ictimai nəzmin bərpasının səbəbi, imaməti isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir.
“Əgər möminsinizsə, Bəqiyyətullah sizin üçün daha xeyirlidir.” (Hud 86)
“Yapışın Allahın qırılmayan ipindən ki, təfriqəyə düşməyəsiz.” (Ali İmran 103)”
İmam Məhdi (ə)-ın 4 naibi olub, Qeybəti suğradan sonra onun naibi olmayacağını bildirib. Kim naiblik iddiasında olsa, kəzzabdır.
Rəsuli Əkrəmdən (s.ə.s):
“Ümmətimin arasında bidətlər yaranan zaman alim öz elmini üzə çıxarmalıdır. Kim belə etməsə, Allahın lənəti olsun ona.” (Əl Kafi, c 1, səh 54, hədis 2)
İmam Məhdi (ə):
“Bil ki, Allahın heç kimlə qohumluğu yoxdur. Hər kim məni inkar etsə, məndən deyil və o, Nuhun oğlu kimidir.”
Maidə 35:
“Ey iman gətirənlər, Allahdan qorxun, ona tərəf vəsilə axtarın və onun yolunda cihad edin, bəlkə nicat tapdınız.”
İmam Cəfəri Sadiq (ə):
“İzzət və hörmət odur ki, haqla üz-üzə gələndə onun qarşısında baş əyəsən.” (Biharül Ənvar, c 78, səh 228, hədis 105)
Bu, heç bir dəlil ilə inkarı mümkün olmayan həqiqətdir ki, hər bir müsəlmanın yaşadığı müddətdə zamanın imamına bey'əti olmalıdır. Bu, əvvəl də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Ancaq indiki zamanda bey'ətin şərait və şərti başqadır. Belə ki, imam fürudan qaibdir. "Yer üzü höccətsiz ola bilməz" dəlilinə binaən, üsulən isə zahirdir. Bəs bu şərait və şərt daxilində biz öz boynumuzda olan vacib bey'əti necə əmələ gətirə bilərik? Bunun ancaq bir şərti var - o həzrətin hüccətullah olduğuna şəhadət vermək (Əşhədu ənnə məvlana Məhdiyyən Huccətullah). Digər şərti bu bey'ətin gün ərzində təzələnməsidir. Bu şərti əmələ gətirmək üçün ən münasib zəmin azan və iqamədir. Lakin azan və iqamə müstəhəb, bey'ət isə vacibdir. Nə etməli? Buradan hökmü-sanəvi irəli gəlir. Vacibi tərk etmək mümkün olmadığından, zərurət irəli gəlir ki, azan və iqamə vacib sayılsın. Bütün bunları nəzərə alıb azan və iqaməni vacib bilirəm. Bu hökm ədalətdən uzaq deyil, bəlkə ədalətin özüdür.
Zəmanə İmamına beyəti olmayan muctəhidə təqlid haramdır. Qeybət dövrü İmam Zamana beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.
Məsrəfində beyət vacib olduğundan, zəmanə imamına beyəti olmayan müctəhidə xums vermək haramdır. O Həzrətin qeybəti zamanında o Həzrətə beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.
Ənam 126:
“Bu, sənin Rəbbinin doğru yoludur. Doğrudan da, öyüd gətirən bir dəstə üçün ətraflı bəyan etdik.”
İmam Həsən Əsgəri (ə):
“Onların gücsüz şiələrə vurduğu ziyan Yezidin qoşununun Hüseyn ibni Əliyə və onun dostlarına vurduğu ziyandan çoxdur, çünki qoşundakılar onların canını və malını aldı, ancaq bu pis əməl alimlər... bizim aciz şiələrimizin qəlblərinə şəkk-şübhə salaraq azdırdılar.”
İmam Məhdi (ə):
“Mən vəsilərin sonuncusuyam. Allah mənə xatir şiələrimi və əhlimi bəlalardan qoruyar.”
Biz haqqı batilin başına çırparıq ki, onu parça-parça etsin, batil məhv olub aradan gedəndir.