Перейти к содержимому

Фотография

İmam Zamana (əc) beyət və onun qaydaları

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 483

#31 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 16 января 2011 - 14:57

Mənim mehdiçilərə indiyədək açıq qalmış cəmi-cümlətanı bir sualım var:
İmam Məhdi (əc) nə vaxtdan İmam Əlinin (ə) imamı olub ki, onun adını azan və iqamədən silib, İmam Məhdinin (əc) adını azan və iqaməyə əlavə edirsiniz?

P.S. Cavabsız suallar silsiləsindən...

Əvvəla, biz "mehdiçi" deyilik, "mehdiçi" adı ilə tanıdıqlarınız (İraqda və s.) tamam başqa əqidəli insanlardır.
Sualına gəldikdə isə, imam Zaman (ə) ziyarətnaməsini oxumusan yəqin ki. Məfatihül-Cinan-da var. Oxumamısansa, oxu, bu cümlələr ordandır:
"Salam olsun sənə, ey Allahın, yerdə və göydə olanların höccəti. ŞƏHADƏT VERİRƏM Kİ, HƏQİQƏTƏN SƏN KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN ALLAHIN HÖCCƏTİSƏN."
Sən İmam Əli (ə)-ı istər "keçmiş"ə, istərsə də "qalan"a aid etsən, imam Məhdi (ə) bu zamanda KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN Allahin Höccətidir.

#32 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 16 января 2011 - 15:20

KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN Allahin Höccətidir.

Hz.Əlinin(ə.s.) dövründə hər kəs ücün, Höccət kim iydi?
Azan namaza dəvətdir ora hər sözü əlavə eləmək olmaz.
Sənin məntiqinlə,onda hər bir İmamın dövründə Əliyyən HucətullAh yox, həmin dövrün İmamının adı cəkilməli idi.
Hec bir İmamın dövründə isə belə şey olmayıb.
Birdə ki,onu haradan cıxarmısız ki,Azanda bu sözləri deməklə beyəti təzələmiş oluruq?Məgər Azan beyət təzələmək ücündür yoxsa namaza cağırışdır?

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#33 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 16 января 2011 - 15:40

KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN Allahin Höccətidir.

Hz.Əlinin(ə.s.) dövründə hər kəs ücün, Höccət kim iydi?
Azan namaza dəvətdir ora hər sözü əlavə eləmək olmaz.
Sənin məntiqinlə,onda hər bir İmamın dövründə Əliyyən HucətullAh yox, həmin dövrün İmamının adı cəkilməli idi.
Hec bir İmamın dövründə isə belə şey olmayıb.
Birdə ki,onu haradan cıxarmısız ki,Azanda bu sözləri deməklə beyəti təzələmiş oluruq?Məgər Azan beyət təzələmək ücündür yoxsa namaza cağırışdır?

Hz Əlinin (ə) dövründə huccət Əli (ə) idi, sonrakı dövrlərdə hər dövrün öz imamı huccət idi, indiki dövr üçün də Hz Məhdi (ə) Allahın huccətidir. Mən o sözü özümdən yazmamışam ki, sənin və mənim oxuduğum ziyarətnamədən gətirmişəm. Yəni bu gün üçün Hz Məhdi (ə) keçmiş və qalan hər kəs üçün Allahın huccətidir.
"Əliyyən Huccətullah" şəhadətinin azanda müntəzəm deyilməsi 11 imamın dövründə şəriətdə sabit olmayıb, bu, çox sonralar alimlər tərəfindən şiə məzhəbində şiəliyi bildirən bir şüar kimi azan və iqamədə müntəzəm deyilib. Hökmü də qəsdi-qürbətdir.
Azanda şəhadəteyni demək üsulun (Tövhid və Nübuvvət) təsdiqidir, itaəti vacib olan İmamətin təsdiqini harda deməliyik bəs? Azandakı 3 şəhadət üsulda itaəti, beyəti təsdiq etməkdən ibarətdir.

Bu qədər yazdıqlarımdan bir şey başa düşməmisinizsə, daha nə yazım bundan artıq? Eyni şeyləri təkrar-təkrar yazıb durursuz.

İstəsəniz yeni mövzu açıb postları ora köçürərsiz, istəməsəniz də pozarsız.

#34 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 16 января 2011 - 15:57

Əvvəla, biz "mehdiçi" deyilik, "mehdiçi" adı ilə tanıdıqlarınız (İraqda və s.) tamam başqa əqidəli insanlardır.
Sualına gəldikdə isə, imam Zaman (ə) ziyarətnaməsini oxumusan yəqin ki. Məfatihül-Cinan-da var. Oxumamısansa, oxu, bu cümlələr ordandır:
"Salam olsun sənə, ey Allahın, yerdə və göydə olanların höccəti. ŞƏHADƏT VERİRƏM Kİ, HƏQİQƏTƏN SƏN KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN ALLAHIN HÖCCƏTİSƏN."
Sən İmam Əli (ə)-ı istər "keçmiş"ə, istərsə də "qalan"a aid etsən, imam Məhdi (ə) bu zamanda KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN Allahin Höccətidir.

Əvvəla, mən sənə "mehdiçi" demədim.
Cavaba oxşayan postuna gəldikdə isə, ziyarətnamədən başa düşdüklərin və istinbat etdiklərin səhvdir.
Bunu başa düşməyin üçün hələlik sənə bir sual verirəm:
Seyyidüş-şühəda İmam Hüseyndir (ə) yoxsa Peyğəmbərin (s) əmisi Həmzə (r.ə.)???

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#35 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 16 января 2011 - 16:02

Sən İmam Əli (ə)-ı istər "keçmiş"ə, istərsə də "qalan"a aid etsən, imam Məhdi (ə) bu zamanda KEÇMİŞ VƏ QALAN HƏR KƏS ÜÇÜN Allahin Höccətidir.

Bir şeyi də qeyd edim:
İmam Əli (ə) maddi olaraq dünyasını dəyişib, İmam Zaman (əc) isə, maddi olaraq həyatdadır. Onlar maddi cəhətdən keçmiş və gələcəyə aid deyillər. Mənəvi məqam baxımından isə, İmam Əli (ə) İmam Məhdidən (əc) üstündür.

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#36 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 16 января 2011 - 16:12

Bismillah,istifadəçi adlı user,bizə ehtiyac yoxdur ki,kimin Höccətullah olduğunu isbat edəsən.Birincisi ziyarətnaməyə istinad heç də güclü sənəd deyil.İkincisi,isə sənə neçə dəfə dedim ki,dəlilin varsa ki,həmin şəhadəti azanda demək caizdir buyur sübut elə.Bir də hansısa bir səhabə deyə bilərsənmi ki,o desin ki,biz azanda,iqamədə filan(yəni onun dövründəki İmam(ə)) İmamın(ə) rəhbərliyinə şəhadət verirdik.Xahiş edirəm bu suala cavab ver.Özü də mənə dəlil lazımdır,nəqli dəlil.Əgər bacarmırsansa,onda bu gündən bu bidətdən əl çək.Hər nə olursa olsun,əgər əlavə olunubsa azana və ya iqaməyə bidətdir,hətta düz olsa belə!!!

#37 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 16 января 2011 - 16:15

Azandakı 3 şəhadət üsulda itaəti, beyəti təsdiq etməkdən ibarətdir.

Bunu kim deyir axı?
Azanda əsas iki şəhadətdir (Tövhid və Nübuvət) azan beyət yeri deyil ,yenədə deyirəm azan namaz ücündür.
Hər gələn bir şey ora əlavə eləsə İslamdan əsər əlamət qalmaz.

P.S.Əslində elə İslam düşmənləri bunu istəyirlər.Nə qədər cox bidət olsa bir o qədər də İslama cox zərbə vurmuş olurlar.

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"

#38 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 16 января 2011 - 16:25

Azandakı 3 şəhadət üsulda itaəti, beyəti təsdiq etməkdən ibarətdir.

Bunu kim deyir axı?
Azanda əsas iki şəhadətdir (Tövhid və Nübuvət) azan beyət yeri deyil ,yenədə deyirəm azan namaz ücündür.
Hər gələn bir şey ora əlavə eləsə İslamdan əsər əlamət qalmaz.

P.S.Əslində elə İslam düşmənləri bunu istəyirlər.Nə qədər cox bidət olsa bir o qədər də İslama cox zərbə vurmuş olurlar.

Bismillah,qardaş siz bilmirsiz bu Mehdiçilər haradan çıxıb???Vaxaları bildik,İngilislərin şotuna yəhudilərin çıxartdığıdır.Hər hansı məlumatınız var??Bir də əqidələrində biz cəfərilərdən fərqli nə var??

#39 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 16 января 2011 - 17:30

Bütün suallarınıza növbəti yazıda cavab axtarın. Əgər tapmasanız, onda ağıl sahibi deyilsiniz. Məndən bu qədər.

Bəqərə 255
Dində heç bir məcburiyyət yoxdur. Hidayət azğınliqdan aydın şəkildə ayrılmışdır. Buna görə kim tağutu danıb, Allah iman gətirsə, elə bir möhkəm ipdən yapışmışdır ki, qırlıması mümkün deyildir. Allah eşidən və biləndir.
Bəqərə 256
Allah iman gətirənlərin dostu və başçısıdır. Onları qaranlıqlardan nura tərəf çıxarır. Kafir olanların başçıları isə azğın və itaətsizlərdir ki, onları nurdan zülmətlərə tərəf çıxarırlar. Onlar cəhənnəm əhlidirlər və orada əbədi qalacaqlar.

Allaha pənah aparırıq qovulmuş şeytanın şərindən, Allahın əmrindən çıxan şeytanın şərindən, əmmamə qoyub əba geyinən şeytanın şərindən, o şeytanın şərindən ki, hər an insanları düz yoldan çəkindirib əyri yola yönəldir. Əyri yolu ona uyanlara düz göstərir, necə ki, Rəsuli Əkrəmin (s.ə.s) vəfatından sonra ümmətin çoxunu əyri yola yönəltdi. İndi də belədir. Rəsuli Əkrəm (s.ə.s) buyurmuşdur: Məndən sonra ümmətimin başçıları 12 məsum imamlardır ki, kim bunlara itaət etsə, mənə itaət etmişdir. Kim mənə itaət etsə, Allaha itaət etmişdir.
Nisa 59
Ey iman gətirənlər, itaət edin Allaha, Rəsuluna və aranızda olan Əmr sahiblərinə! (Vəliyyu Əmrə)
Rəsuli Əkrəm (s.ə.s) Qədir-Xum günündə Allah tərəfindən gələn hökmü bəyan etmişdir: “Ey camaat, mən peyğəmbərəm, Əli isə mənim canişinimdir. Bilməlisiniz ki, bu imamlığın sonu qiyam edən Məhdi (ə)-la sona çatacaq. O, dində qələbə sahibidir. O, sitəmkarlardan intiqam alacaq. Bilin ki, o, alınmaz qalaların fatehi və onları yerlə-yeksan edəndir. Müşrik qəbilələrə qələbə çalacaq və Allah dostlarının nahaq tökülmüş qanlarının intiqamını alacaq. O, dinin köməyidir. O, dərin dərgahlardan su çəkəcək. O, hər istedad sahibini öz istedadı və hər cahili öz cəhaləti ilə tanıyır. O, Allahın seçdiyi hər elmin varisi, hər biliyin malikidir. Onun elmi Allah tərəfindəndir. O, yetişmiş və kamil insandır. Bütün işlər onun ixtiyarındadir. O, baqi qalan höccətdir və ondan sonra höccət qalmayacaq. Haqq yalnız onunladır. Nur yalnız onun yanındadır. O, həmişə qalibdir. Hər şey onun əlindədir. Heç kim ona qələbə çala bilməz. Allahın yer üzündə vəlisi, camaat içində hakimi, gizli və aşkarda Allahın əmin amanıdır.”
Peyğəmbər (s.ə.s) Allahdan gələn bu hökmdə imamətin əməliyyəsini və nəzəriyyəsini bəyan etdi.
Gəlin nəzər salaq Rəsuli Əkrəm (s.ə.s) dünyadna köç edəndən sonra Əbu Bəkr, Ömər ibn Xəttab, Osman və onların tərəfdarları çeytanın hiyləsinə uyub nə etdilər. İlahi hakimiyyət məsum imam Əli (ə)-da olduğu halda, Əbu Bəkr, Ömər, Osman öz tərəfdarları ilə məşvərət edib, çirkin siyasət işlədib özlərindən xəlifə seçdilər, Allahın hökmündən çıxdılar. Islam dünyasına çirkin siyasətləri nəticəsində böyük zərbə vurdular və dinə bidət gətirdilər. Hz Əli (ə): “Meydana çıxan hər yeni bidət köhnənin üzərində inkişaf edər. Bidətlərdən çəkinin, aydın hidayət yoluna yönəlin.”
İlahi hakimiyyətdə İslam dininin rəhbəri məsum imam olmalıdır, əgər məsum deyilsə, onda hakimiyyət Əbu Bəkrin, Ömərin, Osmanın, Müaviyyənin, Yezidin, Abbasilərin batil hakimiyyətləridir. İndi də belədir. İmam Zaman (ə)-a beyət edən tərəfdarları şiə, tağuta, küfrə, batil hakimiyyətə beyət edənlər nadan və cahillərdirlər. Necə ki, Rəsuli Əkrəmdən gələn hədisdə deyilir:
“Kim zamanın imamını tanımadan dünyadan gedərsə, cahiliyyət dövründəkilər kimidir.”
“Məni haqq olaraq müjdəçi kimi göndərənə and olsun ki, o, qeybdə olanda onun imam olması əqidəsində möhkəm duranlar qırmızı kükürddən də az tapılacaqlar”. (Mizanul-Hikmət, səh 84, hədis 555)
“And olsun canımı əlində tutan Allaha, bəndənin əməli o surətdə ona faydalı olacaq ki, bizim haqqımızı tanımış olsun. Siz məndən sonra Əhli-Beytimlə imtahan olunacaqsız.”
Bütün məsum imamların haqlarını əllərindən alıblar. İmam Hüseyn (ə)-ın Kərbəla hadisəsi buna açıq-aşkar dəlildir. Neçə min qoşunundan yanında ancaq şiələri qaldı. İmama bağladıqları beyətə sadiq qaldılar və şəhadət məqaməna yüksəldilər. Allahn lənəti olsun Yezidə və onun tərəfdarlarına. Məgər onlar imamı tanımırdllar? Tanıyırdılar, imama beyət eləmək istəmirdilər. Bütün məsum imamların dövründə də belə olub, indi də belədir. Adlarını “şiə” qoyub hansı məzhəbə qulluq etdikləri dolayı yolla məlumdur. Deyirik ki, imam Cəfəri Sadiq (ə)-ın məzhəbiyik. İmam Cəfəri Sadiq (ə) buyurmuşdur: “Allah tərəfindən olmayan zalım rəhbərin vilayətini qəbul edən kimsənin dini yoxdur.” (Mizahul-Hikmət, səh 330, hədis 2295)
Bəqərə 269:
Hikməti istədiyi şəxsə verir. Kimə hikmət veribsə, doğrudan da çoxlu xeyir verilmişdir. Əsl ağıl sahiblərindən başqa heç kəs öyüd almaz.
Rəsuli Əkrəm (s.ə.s): “Məndən sonra imamlar 12 məsumdur ki, onların da 9-u Hüseynin (ə) nəslindəndir. Bu imamətin Məhdisi də bizdəndir. Hər kəs məndən sonra onlardan yapışsa, deməli Allahın ipindən yapışıb. Onları tərk edən Allahı tərk edib.”
12 məsum imamlar haqdırlar, inkarı mümkün olmayan həqiqətdir. 11 imam dünyasını dəyişib. Hal-hazırda imam Zaman (ə)-ın zəmanəsində və vilayətində yaşayırıq. O məsum imamın vilayətini qəbul etməliyik. Necə ki, buyurur:
“Mən Allahın yer üzündəki əmanəti və onun düşmənlərinin intiqamçısıyam.” (Buharül Ənvar, c 52, səh 24)
“Hər kim bizə zülm etsə, zalımlardan sayılar və Allahın lənəti ona şamil olar.” (Kəmalüddin, səh 521)
İmam Əli (ə): “Allahın bəndələrindən hansı biri cövrə, zülmə dözməyən, ədalətin ta özü olan dində dünyada nizamsızlığa səbəb olmayan, həm dini, həm də dünyəvi qaydaları təbliğ edən sözlərimiz eşitdi və eşitdikdən sonra qəbul etmədi, sənin dininə yardım göstərmədi, sənin dinini üstün etməkdən çəkindisə, ey şahidlərin ulusu, sənin ona şahid olmağına, onun əleyhinə yer üzündə və göylərdə olanların hamısının şahidlik etməsini diləyirik. Sən də ona daha yardım etmə, etməyəcəksən də; onu günahı ilə əzablandır, əzablandıracaqsan da. Canıma and olsun, imamət bütün insanların bir yerə toplanıb rəy vermələri ilə yaranmadığı kimi, zatən də buna imkan yoxdur. Bilin ki, mən iki növ adamla mübarizədəyəm: Biri bu haqqı olmayan şeyi iddia edənlər, o biri özünə lazım olanı etməyənlər. Xəyanətin ən böyüyü ümmətə xəyanət etmək, hiylənin ən pisi imama hiylə gəlməkdir. Allah qarşısında sənə vacib olan işlərə görə Allahdan çəkin. Tanımadığına görə üzrünün qəbul edilməyəcəyi şeyi tanı. Tanıması lazım olan şeyə doğru qayıt, onu öyrən. Çünki itaət üçün açıq-aydın dəlillər var. Tutulması lazım olan yol aydın bəllidir. Gediləcək yer aşkardır. İşi bilənlər ağla çatanlar o yolu tutarlar. Yaman adamlar bunun əksini edərlər. Kim o yoldan azarsa, haqdan ayrılar, azğınlıq yoluna düşər. Allahın nemətlərinə naşükürlük edər, əzaba uğrayar.”
“Yaradılışdan əvvəl, yaradılışla və yaradılışdan sonra mütləq bir hüccət var.” (Üsuli Kafi)
İndi də belədir, ikincisi yoxdur, ola da bilməz. İmam Cəfəri Sadiq (ə)-ən Əhd duasında “əhdən və əqdən və bəyətən” kəlmələrinə diqqətlə nəzər salsaq, aydın olar ki, insanları imam Məhdi (ə)-a beyətə çağırır. İmamın “Hər yer Kərbəla, hər gün Aşura” deməkdə məqsədi nə idi? Bilirik ki, bir Kərbəla, bir Aşura olub. Bu günki Kərbəla imamının qeybdə olmasının illəti və səbəbi nədir?
İmam Cəfəri Sadiq (ə):
“Şiələrin cahil və nadanlarının, ağcaqanadın qanadı qədər dini olmayanların rəftarı bizi incidir.” (İhticac c 2, səh 474)
“Əgər şiələrimiz çiyinlərində olan əhdi-peymana əməl etsəydilər, onların bizimlə görüş səadəti təxirə düşməzdi.” (Biharül Ənvar, c 53, səh 177)
“And olsun Allaha, şüşə kimi sınacaqsınız, həqiqətən şüşə öz vəziyyətinə qayıdır, vallahi, siz dolça kimi sınacaqsınız, dolça sındıqdan sonra öz vəziyyətinə qayıdır. And olsun Allaha, töküləcəksiniz, parçalanacaqsınız, sizdən yalnız azacıq bir dəstə qalacaqdır.”
Nəql olunan hədislərə nəzər salsaq, aydın olar ki, az bir dəstə qalacağından xəbər verilir. İslam və müsəlman ölkələrinə nəzər salsaq, çoxluq olduğunu görərik. Haqq dinində ancaq az bir dəstə var. Onlar o kəslərdir ki, zamanın imamına itaət edirlər.
Fatimeyi Zəhra (s.ə) xanım buyurub:
“Allah-Təala biz Əhli-Beytdən itaət etməyi islam ümmətində ictimai nəzmin bərpasının səbəbi, bizim imamətimizi isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir. Allah Qədir-Xum hadisəsindən sonra heç kim üçün üzr və bəhanə qoymamışdır.”
Rəsuli Əkrəm (s.ə.s) belə buyurdu:
“Asimanlara (meraca) getdikdə, ərşdə belə bir yazı gördüm: “Allahdan başqa heç bir məbud yoxdur, Muhəmməd Allahın Rəsuludur, Əlinin vasitəsilə ona kömək etdim və onu qüvvətləndirdim.” Orada çoxlu nurlar - Əli, Fatimə, Həsən, Hüseyn, Əli ibni Hüseyn, Muhəmməd ibni Əli, Cəfər ibni Muhəmməd, Musa ibni Cəfər, Əli ibni Musa, Muhəmməd ibni Əli, Əli ibni Muhəmməd, Həsən ibni Əlinin nurlarını gördüm. Allahın hüccətinin nuru bütün nurların arasında dürdən olan ulduz kimi parıldayır. Soruşdum: pərvərdigara, bu kimdir və bu nurlar nədir? Nida gəldi: Ey Muhəmməd, bunlar Əlinin, Fatimənin, onun iki övladı – Həsən, Hüseynin, səndən sonra gələn və Hüseynin övladlarından olan imamların nurlarıdır. Onların hamısı bütün eyib və nöqsanlardan pak və məsumdur. Bu isə, huccətdir ki, dünyanı haqq-ədalətlə dolduracaqdır.” (Hədisi Qüdsi, səh 474)
Rəsuli Əkrəm (s.ə.s) buyurub:
“Xoş o adamın halına ki, mənim Əhli-Beytimin Qaimini görə, qiyam etməzdən qabaq ona iqtida edə, onun dostu ilə dost, düşməni ilə düşmən olan və ondan qabaqkı hidayətedici imamları da qəbul edə. Bunlar mənim dostlarım, mehri-məhəbbətimi qazananlar və ümmətim içərisində ən əzizlərimdir.” (Biharül Ənvar 52-129)
İmam Hüseyn (ə) Yezidin qoşununa buyurmuşdur: “Dininiz yoxdur, heç olmasa, azad kişilərdən olun!” Məgər Yezidin qoşununda olanların namazı, orucu yox idi? Var idi. Amma sureyi Həmddə olan Siratəl mustəqimi tanımırdılar. Məsum imama, hidayət edənə, beyətləri yox idi. Onlar azğın, qaniçən zalıma beyət edirdilər. İndi də elədir, min ildən çoxdur ki, məsum imama beyət olunmur, min ildən çoxdur ki, adlarını dində alim qoyub, bu beyətin üsulunu aramayıblar. Min ildən çoxdur ki, müsəlmanlar zəmanə imamına beyət etmədən dünyadan gediblər. Bu cür alimlərə nə ad qoymaq olar? Hərənin neçə milyon müqəllidi var, daha doğru desək, tərəfdarları var. Bu tərəfdarların beyətsiz namazı və orucu necə olacaq? Beyətsiz insanın heç bir əməli qəbul olunmur. Kərbəla hadisəsindən faydalanmaq lazımdır. Din əgər namaz və orucla tamamlansaydı, Rəsuli Əkrəmdən (s.ə.s) sonra, küfrə boyun əyib namaz qılanların halı yaxşı olardı. Halbuki bu, belə deyil. Hürri Dilavərin tövbə edib imam Hüseyn (ə)-a beyətə gəlməsi müsəlmanlar üçün aydın bir nümunədir. Vəhhabın nə namazı var idi, nə də islam idi. İmamı düzgün tanıyıb beyət etməsi onu şəhadət məqamına yüksəltdi.
Allah-Təala zəmanə imamına beyət etməyi islam ümmətində ictimai nəzmin bərpasının səbəbi, imaməti isə vəhdət amili və təfriqələrdən amanda qalmağın vasitəsi qərar vermişdir.
“Əgər möminsinizsə, Bəqiyyətullah sizin üçün daha xeyirlidir.” (Hud 86)
“Yapışın Allahın qırılmayan ipindən ki, təfriqəyə düşməyəsiz.” (Ali İmran 103)”
İmam Məhdi (ə)-ın 4 naibi olub, Qeybəti suğradan sonra onun naibi olmayacağını bildirib. Kim naiblik iddiasında olsa, kəzzabdır.
Rəsuli Əkrəmdən (s.ə.s):
“Ümmətimin arasında bidətlər yaranan zaman alim öz elmini üzə çıxarmalıdır. Kim belə etməsə, Allahın lənəti olsun ona.” (Əl Kafi, c 1, səh 54, hədis 2)
İmam Məhdi (ə):
“Bil ki, Allahın heç kimlə qohumluğu yoxdur. Hər kim məni inkar etsə, məndən deyil və o, Nuhun oğlu kimidir.”
Maidə 35:
“Ey iman gətirənlər, Allahdan qorxun, ona tərəf vəsilə axtarın və onun yolunda cihad edin, bəlkə nicat tapdınız.”
İmam Cəfəri Sadiq (ə):
“İzzət və hörmət odur ki, haqla üz-üzə gələndə onun qarşısında baş əyəsən.” (Biharül Ənvar, c 78, səh 228, hədis 105)

Bu, heç bir dəlil ilə inkarı mümkün olmayan həqiqətdir ki, hər bir müsəlmanın yaşadığı müddətdə zamanın imamına bey'əti olmalıdır. Bu, əvvəl də belə olub, indi də belədir, gələcəkdə də belə olacaq. Ancaq indiki zamanda bey'ətin şərait və şərti başqadır. Belə ki, imam fürudan qaibdir. "Yer üzü höccətsiz ola bilməz" dəlilinə binaən, üsulən isə zahirdir. Bəs bu şərait və şərt daxilində biz öz boynumuzda olan vacib bey'əti necə əmələ gətirə bilərik? Bunun ancaq bir şərti var - o həzrətin hüccətullah olduğuna şəhadət vermək (Əşhədu ənnə məvlana Məhdiyyən Huccətullah). Digər şərti bu bey'ətin gün ərzində təzələnməsidir. Bu şərti əmələ gətirmək üçün ən münasib zəmin azan və iqamədir. Lakin azan və iqamə müstəhəb, bey'ət isə vacibdir. Nə etməli? Buradan hökmü-sanəvi irəli gəlir. Vacibi tərk etmək mümkün olmadığından, zərurət irəli gəlir ki, azan və iqamə vacib sayılsın. Bütün bunları nəzərə alıb azan və iqaməni vacib bilirəm. Bu hökm ədalətdən uzaq deyil, bəlkə ədalətin özüdür.

Zəmanə İmamına beyəti olmayan muctəhidə təqlid haramdır. Qeybət dövrü İmam Zamana beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.

Məsrəfində beyət vacib olduğundan, zəmanə imamına beyəti olmayan müctəhidə xums vermək haramdır. O Həzrətin qeybəti zamanında o Həzrətə beyətin üsulunu bilməməzlik üzündən olmuş olsa belə.

Ənam 126:
“Bu, sənin Rəbbinin doğru yoludur. Doğrudan da, öyüd gətirən bir dəstə üçün ətraflı bəyan etdik.”

İmam Həsən Əsgəri (ə):
“Onların gücsüz şiələrə vurduğu ziyan Yezidin qoşununun Hüseyn ibni Əliyə və onun dostlarına vurduğu ziyandan çoxdur, çünki qoşundakılar onların canını və malını aldı, ancaq bu pis əməl alimlər... bizim aciz şiələrimizin qəlblərinə şəkk-şübhə salaraq azdırdılar.”

İmam Məhdi (ə):
“Mən vəsilərin sonuncusuyam. Allah mənə xatir şiələrimi və əhlimi bəlalardan qoruyar.”

Biz haqqı batilin başına çırparıq ki, onu parça-parça etsin, batil məhv olub aradan gedəndir.

#40 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 16 января 2011 - 18:07

3 - (723) ... Haris b. Muğirə belə rəvayət etmişdir: Əbu Abdullahın (Cəfər Sadiq əleyhissəlam) belə dediyini eşitdim: «Rəsulullah buyurdu ki: «Biz, əmr etmə, anlama, halal və haram barəsində eyni istiqamətdə hərəkət edərik. Lakin Rəsulullah (sallallahu əleyhi və alihi)'nin və Əlinin (əleyhissəlam) bu barədə üstünlükləri var1

__________
1-Hədisin orijinalında keçən "əmr" dən məqsəd, ya imamət və hilâfettir və ya itaət edilməsi zəruri olan əmr etmə səlahiyyətinin. Bəzi rəvayətlərdə Hz. Əlinin digər imamlardan üstün olduğu mənasına gələn ifadələr yer alır. Bu rəvayətlərdən biri də yuxarıdakı hədisdir. Bir başqa rəvayətdə isə Emir'ül-möminin ləqəbinin yalnız Hz. Əli üçün istifadə edilməsi lazım olduğu vurğulanır.

Əllamə Kuleyni r.a, "əl Kafi", cild 1, Hüccət kitabı, hədis 723

istifadəçi nicki ilə yazan qardaşım, görürsənki imam Cəfər Sadiq ə.s Rəsulullah s.ə.ə və Hz. Əlinin ə.s üstün olduğunu vurğulayır. əlavə olaraq bunu demək istəyirəm ki, bütün imamlar ə.s imam Əlinin ə.s vilayəti altındadırlar. düzdür, onların hamısı imamdır ancaq Onlar ə.s Əlinin ə.s vilayətindədirlər. necə ki, digər nəbi və rəsulların ə.s hamısı nübüvvətə sahibdir ama buna baxmayaraq Onlar ə.s Rəsulullahın s.ə.ə risaləti daxilindədir eyni şəkildə imamlarda ə.s Allah tərəfindən təyin edilib ancaq Onlar ə.s Əlinin ə.s vilayəti daxilindədirlər.

#41 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 687 сообщений

Отправлено 16 января 2011 - 18:10

buraya kopyaladığın digər hədislər və s. isə bizim mövzuya aid belə deyil. o hədislərdə imam Mehdinin ə.s dostluğu və s. vurğulanır ki, onsuzda burada heç kim imam Mehdi Müntəzərə ə.s düşmən deyil. necəki digər imamlara ə.s düşmən deyil. amma bu "onların ə.s adları əzan və iqaməyə daxil edilməlidir" demək deyil.

#42 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 16 января 2011 - 20:45

Bismillah,ay qardaş,səndən xahiş edən olmaı ki,Əhli-beyt(ə)-ın haqq olmağını bizə sübut edəsən.Sizin də vaxalar kimi,deyəsən,suala cavab vermək əvəzinə söhbəti fırlatmaq adətinizdir.Sən şiəsən axı,belə eləmə dəəə.Bir müsəlman kimi dediyinə sübut istədim.Yazdım ki,mənə nəqli dəlil lazımdır,sənədi ilə birlikdə.Bir dənə dəlil de dəəəə.Bizə əlavə məlumat lazım deyil(bu mənada ki,əgər şəhadətin caizliyini bəhs ediriksə).Səndən bir şey də soruşdum ki,siz müctehid qəbul edirsiz???Xahiş edirəm suallara cavab ver!

#43 Gunahkar

Gunahkar

    ALLAHla irəli!

  • Murid
  • 1 066 сообщений

Отправлено 18 января 2011 - 04:24

Doğru rəvayətlərin və düzgün hədislərin bəyan etdiyinə binaən İmam Zaman (ə.s) "La ilahə illəllah, Muhammədən Rəsulullah" şəhadətlərini öz mübarək dili ilə təsdiq edib. Lakin "Ənə Huccətullah" buyurmaqla bu şəhadətlər kimi Əliyyən Huccətullah şəhadətini öz dövrü imaməti üçün təsdiq etməyib. Bu səbəbdən Əliyyən Huccətullah şəhadəti bədayə uğrayıb. Buna əsasən Əliyyən Huccətullah şəhadətinin Məhdiyyən Huccətullah şəhadəti ilə əvəz olunması vacibdir!
Allah istədiyini saxlar, istədiyini aradan aparar. Ümmül kitab onun yanındadır.

Bir işi İmam Zaman (əc) görməyibsə, sən nə əsasla onu vacib etmisən?! Lazım olsaydı, İmam Zaman (əc) özü deyərdi və vacib olardı. Bu hədislərə mənbə də verməmisən ki, bir saf-çürük edə bilək.

P.S. Bir rövzəxan İmam Hüseyn (ə) məclisində deyirdi: -"Yeri var idi, İmam Hüseyn (ə) bu yerdə belə deyəydi...
Dalını demək istəyirdi ki, aşağıda oturmuş ruhani onun sözünü kəsdi:
-Əgər yeri olsaydı, İmam Hüseyn (ə) deyərdi. Daha təhrifli mərsiyə və rövzələrini İslama soxuşdurma!!! Düş aşağı...

Bir quşu öldürmək üçün bıçaq lazım deyil! Qanadlarını yol, uçmaq sevgisi gündə yüz dəfə onu öldürəcək!!! (Soyuq müharibə)

Изображение

#44 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 18 января 2011 - 11:32

[/quote]
Salam eleykum, cox uzr isteyirem, Senden ferqli olaraq biz Tekje Imam Zaman Agaya yox diger mesumlarinda adini cekmekle onlara beyet elediyimizi subute yetiririk, ikinjisi qardawim sen deyirsen ki, hal hazirda Imam Zaman aga(e.f) zamanin Agasi, Allahin yer uzerinde Hucceti olduquna gore ezanda ve Iqamede Eliyyen Veliyullah yox Aganin adinin cekilmeyinin vacib olduqunu buyurursan,onda sen mene bir subut getirki, Imama Zaman Agadan onceki imamlarin dovrunde Ezan ve Iqamede her zamanin oz Imaminin adi cekilib?????inandirim seni axtarsanda tapa bilmeyejen ,amma bizim elimizde olan senedlere istinaden yaxwi bilir ki, her Imamin zanaminda Imam Ali eleyhisalamin adi cekilib neyinki diger Mesum Imamlarin.Ve Emirelmomininen leqebide ancaq Imam Ali eleyhisama mexsusdur,Eger Imam Zaman Aganin hokumeti dovrunde Imam ALi eleyhisalamda recet edib cismen dunyaya qayitsa onda Imam Zaman Aganin ozu Imam Ali eleyhisalama beyet elemiw olar neyinki Imam Ali eleyhisalam,cunki Hezreti Ali eleyhisalam diger mesum Imamlarin hem atasi hemdeki Agasidir.Imam Zaman agaya canimiz,malimiz ve butun ezizlerimiz ,ovladlarimiz qurban olsun.Men eger ezanda ve ya Iqamede Imamin adini cekmiremse o demek deyil ki,men Imama beyet elemirem,eksine men Imami qelben sevir ve onun zuhrunu Allahdan isteyirem.Allah seni ve senin kimileri hidayet elesin bizide onun icinde olmaqnan.weytan hereni bir yolnan azdirir,imkan vermeki sende azasan.ugurlar
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#45 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 12:02

Səlam əleykum. Əvvəla, mövzunu köçürdüyünüzə görə təşəkkür edirəm.

Bismillah,istifadəçi adlı user,bizə ehtiyac yoxdur ki,kimin Höccətullah olduğunu isbat edəsən.Birincisi ziyarətnaməyə istinad heç də güclü sənəd deyil.İkincisi,isə sənə neçə dəfə dedim ki,dəlilin varsa ki,həmin şəhadəti azanda demək caizdir buyur sübut elə.Bir də hansısa bir səhabə deyə bilərsənmi ki,o desin ki,biz azanda,iqamədə filan(yəni onun dövründəki İmam(ə)) İmamın(ə) rəhbərliyinə şəhadət verirdik.Xahiş edirəm bu suala cavab ver.Özü də mənə dəlil lazımdır,nəqli dəlil.Əgər bacarmırsansa,onda bu gündən bu bidətdən əl çək.Hər nə olursa olsun,əgər əlavə olunubsa azana və ya iqaməyə bidətdir,hətta düz olsa belə!!!

Bismillah,ay qardaş,səndən xahiş edən olmaı ki,Əhli-beyt(ə)-ın haqq olmağını bizə sübut edəsən.Sizin də vaxalar kimi,deyəsən,suala cavab vermək əvəzinə söhbəti fırlatmaq adətinizdir.Sən şiəsən axı,belə eləmə dəəə.Bir müsəlman kimi dediyinə sübut istədim.Yazdım ki,mənə nəqli dəlil lazımdır,sənədi ilə birlikdə.Bir dənə dəlil de dəəəə.Bizə əlavə məlumat lazım deyil(bu mənada ki,əgər şəhadətin caizliyini bəhs ediriksə).Səndən bir şey də soruşdum ki,siz müctehid qəbul edirsiz???Xahiş edirəm suallara cavab ver!

Görünür ki, sön o yazını diqqətlə oxumamısan, ötəri göz gəzdirmisən. Nə isə.
De görək, sən "nəqli dəlil" deyəndə nəyi nəzərdə tutursan? Elə bir hədis axtarırsan ki, onun mətnində eynilə "Əşhədu ənnə Məhdiyyən Huccətullah" cümləsi olsun? Və hədisdə bu cümlənin azanda "Əliyyən Huccətullah" əvəzinə deyilməsi yazılsın?

Sən hansı dəlillə "Əliyyən Huccətullah" şəhadətini azanda deyirsən? Deyəcəksən hədislərdə gəlir. Gəlsin də. Peyğəmbər zamanından gəlir, o dövrdə huccət Əli (ə) idi, əlbəttə ki, onun adı çəkilməli idi. Amma çəkilirdimi? Qədir-Xumdakı beyətdən sonra neçə nəfər qaldı imama beyətdə? Sonra imamı şəhid etdilər, sonra Həsən (ə) vaxtındakı hadisələr, sonra Hüseyn (ə)-ın Kərbəla hadisəsi... İmamları gözlərinin qabağında ola-ola iman gətirmirdilər, itaət etmirdilər, onları qətlə yetirirdilər, qaldı ki, adlarına azanda şəhadət veriləydi. Siz də deyirsiz o birilərin adı öz dövrlərində azanda çəkilibmi. Çəkməyiblər? Çəkəydilər! Mən neyniyim ki, çəkməyiblər. Başları imamları qətlə yetirməyə qarışmışdı. Beyət və itaət rəiyyətin işidir, imamlar kiməsə məcburən beyət etdirəsi idilər? Bunu camaat deməli idi, bunu camaat təsdiqləməli idi, necə ki, beyəti də onlar özləri eləməli idilər.

Sonrası da, imamət bir vəzifədir ki, bu vəzifəyə Allah tərəfindən 12 rəhbər təyin olunub və bu 12 rəhbər bu vəzifəni bir-birinə təhvil verərək, dünyadan gediblər. Onlar (ə) hamısı bu məqama çatıblar. Ancaq onların rəhbəriyyətinin təyinatı yer üzü olub, biri dünyadan gedərkən bu rəhbəriyyət digərinə keçib. Loru dildə desək, bu stol, bu kreslo, bu vəzifə bir nəfərlikdir, eyni vaxtda burda 2 və daha çox rəhbər otura bilməz. Bu gün yer üzünün rəhbəri, imamı, yer üzündə Allahın höccəti imam Zaman (ə)-dır. Əli (ə)-ın imamət dövrü onun dünyadan getməsi ilə tamamlandı, bu vəzifə oğlu imam Həsən (ə)-a keçdi. Əli (ə)-ən vilayəti min neçə il əvvəl idi, indi Məhdi (ə.c)-ən vilayətidir. Yəni bunu anlamaq bu qədərmi çətindir? Elə bil, dədəmin adını deyirəm azanda, imamımın adına şəhadət verirəm də, itaəti və beyəti boynumda vacib olan imamımın. Hansı ki, dövrlərində müsəlmanlar bu itaəti və beyəti başa düşsəydilər, təsdiqləsəydilər, imamların başlarına o müsibətlər də gəlməzdi.

"Müctehid qəbul edirsiz?" - nə mənada? Bu məsələ (imamət, imama itaət və beyət, bu itaətin və beyətin təsdiqi) üsuli məsələdir, burda müctəhid nəsə fətva verməlidir? "İtaət edin Allaha, Rəsuluna, sizdən olan Əmr sahiblərinə!" - bu, Allahın əmridir, Allahın əmrini təsdiqləməkdən ötrü əvvəl müctəhid icazə verməlidir, sonra biz təsdiqləməliyik? Nə vaxtdan Allahın əmrinə müctəhidin icazəsi ilə itaət olunur? Nə vaxtdan Allahın höccəti müctəhidin icazəsi ilə təsdiqlənir?

Сообщение отредактировал İstifadəçi: 18 января 2011 - 12:07

#46 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 12:03

Azanda əsas iki şəhadətdir

Şiəlikdə isə əsas 3 (itaət) şəhadətdir (Tövhid, Nübuvvət və İmamət)

#47 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 12:04

İmam Əli (ə) maddi olaraq dünyasını dəyişib, İmam Zaman (əc) isə, maddi olaraq həyatdadır. Onlar maddi cəhətdən keçmiş və gələcəyə aid deyillər. Mənəvi məqam baxımından isə, İmam Əli (ə) İmam Məhdidən (əc) üstündür.

3 - (723) ... Haris b. Muğirə belə rəvayət etmişdir: Əbu Abdullahın (Cəfər Sadiq əleyhissəlam) belə dediyini eşitdim: «Rəsulullah buyurdu ki: «Biz, əmr etmə, anlama, halal və haram barəsində eyni istiqamətdə hərəkət edərik. Lakin Rəsulullah (sallallahu əleyhi və alihi)'nin və Əlinin (əleyhissəlam) bu barədə üstünlükləri var1

__________
1-Hədisin orijinalında keçən "əmr" dən məqsəd, ya imamət və hilâfettir və ya itaət edilməsi zəruri olan əmr etmə səlahiyyətinin. Bəzi rəvayətlərdə Hz. Əlinin digər imamlardan üstün olduğu mənasına gələn ifadələr yer alır. Bu rəvayətlərdən biri də yuxarıdakı hədisdir. Bir başqa rəvayətdə isə Emir'ül-möminin ləqəbinin yalnız Hz. Əli üçün istifadə edilməsi lazım olduğu vurğulanır.

Əllamə Kuleyni r.a, "əl Kafi", cild 1, Hüccət kitabı, hədis 723

istifadəçi nicki ilə yazan qardaşım, görürsənki imam Cəfər Sadiq ə.s Rəsulullah s.ə.ə və Hz. Əlinin ə.s üstün olduğunu vurğulayır.

Əvvəla, biz imamlarda üstünlük axtarmırıq. Şiəlikdə imamət prinsipi budur ki, dövrün imamına itaət, digərlərini isə haqq olaraq təsdiq etmək lazımdır, necə ki, sonuncu peyğəmbərə (s.ə.s) (onun risalətinə, çatdırdığı, indi də yaşadığımız şəriətinə) itaət, digərlərini də haqq olaraq təsdiq etmək Nübuvvətin şərtidir.

İndi ki, üstünlük söhbətini özünüz açdınız, buyurun, oxuyun:

İmam Baqir (ə): "Agah olun! Əgər mən o zamanı dərk etsəydim (görsəydim) öz canımı bu əmrin sahibi üçün qoruyub saxlayardım". ("Əl-Ğeybət, Nömani, səh 273")
İmam Baqir (ə): "Atam-anam ona fəda olsun! O, mənimlə eyni addadır və mənim künyəmdəndir. Atam o kəsə fəda olsun ki, dünyanın hər yerini, zülm və haqsızlıqla dolduğu kimi, haqq-ədalətlə dolduracaq".
İmam Baqir (ə): "Ey Əba Həmzə! Allahın labud (qaçılmaz) qərar verdiyi şeylərdən biri də bizim Qaimimizin qiyamıdır. Hər kəs dediyim şeylərdə şəkk etsə, Allah-Təala ilə ona kafir olan bir halda görüşəcəkdir. Atam-anam o kəsə fəda olsun ki, mənimlə eyni adda və eyni künyədədir, mənim nəslimdən yeddinci şəxsdir. Atam-anam o kəsə fəda olsun ki, yer üzünü haqsızlıq və zülmlə dolduğu kimi, haqq-ədalətlə dolduracaqdır.
Ey Əba Həmzə! Hər kəs onun zamanında olsa və onun fərmanlarına təslim olsa, sanki Muhəmməd və Əliyə təslim olmuşdur və ona behişt vacib olacaqdır. Onun əmr və fərmanlarına təslim olmayan şəxsi Allah-Təala behiştdən məhrum edəcək və onun yeri cəhənnəm olacaqdır, ora zalımlar üçün necə də pis yerdir". (Biharül-Ənvar, 51-ci cild, səh 129)
İmam Sadiq (ə): "Əgər onun dövründə olsaydım, həyatımın bütün müddətini ona xidmətdə keçirərdim". (Əl-Ğeybət, Nömani, səh 272)
İmam Musa Kazim (ə): "Atam o kəsə fəda olsun ki, Allah yolunda danlayanların məzəmməti ona heç bir təsir qoymaz. Atam fəda olsun o kəsə ki, Allahın əmri ilə qiyam edər".
İmam Riza (ə): "Atam-anam ona fəda olsun! O, cəddim Rəsulullahla eyni adda, mənə və Musa ibni İmrana oxşayır".

Heç kim kimdənsə üstün olduğu halda, ata-anasını ona fəda eləməz, ömrü boyu onun xidmətində olmağı arzulamaz! İstəyir mənəvi məqam baxımından olsun, istəyir digər baxımdan.

#48 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 12:04

əlavə olaraq bunu demək istəyirəm ki, bütün imamlar ə.s imam Əlinin ə.s vilayəti altındadırlar. düzdür, onların hamısı imamdır ancaq Onlar ə.s Əlinin ə.s vilayətindədirlər. necə ki, digər nəbi və rəsulların ə.s hamısı nübüvvətə sahibdir ama buna baxmayaraq Onlar ə.s Rəsulullahın s.ə.ə risaləti daxilindədir eyni şəkildə imamlarda ə.s Allah tərəfindən təyin edilib ancaq Onlar ə.s Əlinin ə.s vilayəti daxilindədirlər.

Əvvəla, vilayət Allahındır. Bu vilayət nə peyğəmbərin (s.ə.s), nə də məsum imamların (ə) şəxsi mülkiyyətidir. Peyğəmbər (s.ə.s) və imamlar (ə) Allahın vilayətində yaşayıblar, onların isə insanlar üzərində vilayəti olub. Daha dəqiq desək, bu vilayətdə (Allahın vilayətində) insanlar üzərində rəhbəriyyətləri olub. Bu rəhbərliyə isə onları Allah təyin edib. Necə ki, hədisdə deyilir:
Əmmar ibn Yasir ® nəql etmişdir ki, Allahın Peyğəmbəri (s) belə buyurmuşdur: "Mənə iman gətirən, məni təsdiq edən hər bir kəsi Əli ibn Talibin dostluq və rəhbərliyinə vəsiyyət edirəm. Hər kəs onun vilayətini qəbul etsə, mənim vilayətimi, rəhbərliyimi qəbul etmiş və hər kəs mənim vilayətimi qəbul etsə, Allahın vilayətini qəbul etmişdir". (İbn əl-Məğazili, "Mənaqib", səh 231, Səhihi-Müslim "Kitabül-iman", 1-ci cild, səh 61)

"Görürsən ki, burda deyir Əlinin vilayətini" - deyərək hədisi o yan-bu yana dartmaq istəyənlərçün: Peyğəmbər (s.ə.s) öz dövründə kimin vilayətini camaata anlatmalı idi, əlbəttə ki, Əlinin (ə). Çünki özündən sonra imam, Allahın vilayətinin hakimi o idi. Onun vilayətini dərk etməyən, itaət etməyən şəxs əlbəttə ki, digər imamların da vilayətlərini qanmayacaqdı.
Vilayətdə hakimlik peyğəmbərdə idi, o, insanlara təkcə Əli (ə) vilayət və rəhbərliyini deyil, 12 imamın vilayət və rəhbərliyini vəsiyyət etdi. Siz hansı əsasla bu vilayəti yalnız Əli (ə)-a aid edir, digər imamları da onun vilayəti altına salırsız? Bənzətməsi sizdən uzaq olsun, heç kəsin xətrinə dəyməsin, yəhudilər Musada, xristianlar İsada qaldığı kimi, siz də Əli (ə)-da qalıb, ondan bu yana keçə bilmirsiz?

İmam Həsən Əsgəri (ə) buyurur: "Oğlum Məhdini inkar edənlər o adama bənzəyirlər ki, bütün peyğəmbərləri qəbul etmiş, amma Muhəmmədin (s.ə.s) peyğəmbərliyini inkar etmişdir. Allah peyğəmbərini (s.ə.s) inkar edənlər isə bütün peyğəmbərləri inkar edən kimidir. Ona görə də bizim sonuncumuza itaət əvvəlincimizə itaət, sonuncumuzu inkar əvvəlincimizi inkar kimidir". (İnkar söhbətini heç kim üstünə götürməsin, hədisin bir hissəsini nəzərə çatdırmaqçun yazmışam.)

Digər peyğəmbərlər Rəsulullahın (s.ə.s) şəriətinə əməl ediblər, yoxsa özlərinə verilən və ya insanlara şəriət çatdıran əvvəlki peyğəmbərlərin şəriətinə?

O dövrdə Allahın vilayətinə Allah tərəfindən təyin olunan rəhbər imam Əli (ə) idi, indiki zamanda isə Allahın vilayətinə Allah tərəfindən təyin olunan rəhbər imam Zaman (ə)-dır. Bunu başa düşmək nə çətin iş olub sizinçün?

P.S. Neçə il əvvəl Bakıda İrandan gələn Hicrani adında biri vardı. Bilmirəm burda nə işə baxırdı, neyçün gəlmişdi, müctəhid nümayəndəsi idi bəlkə də. Bəlkə də kimsə tanıyır. Neysə, o vaxt onun yanına gedib bu mövzuda danışanlar olmuşdu. Hicrani demişdi ki: "Baba, bu məsələ İraq şiələrindən çıxsaydı, biz bunu qəbul eliyərdik, İran şiələrindən çıxsaydı, biz bunu qəbul eliyərdik, amma bu məsələ şurəvilərdən çıxıbsa, biz bunu qəbul eliyə bilmərik. Siz 70 il Sovetin əsarətində yaşamısız".

İndi də, məsələ aydındır, dava yorğan davasıdır.

Сообщение отредактировал İstifadəçi: 18 января 2011 - 12:11

#49 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 12:05

Salam eleykum, cox uzr isteyirem, Senden ferqli olaraq biz Tekje Imam Zaman Agaya yox diger mesumlarinda adini cekmekle onlara beyet elediyimizi subute yetiririk, ikinjisi qardawim sen deyirsen ki, hal hazirda Imam Zaman aga(e.f) zamanin Agasi, Allahin yer uzerinde Hucceti olduquna gore ezanda ve Iqamede Eliyyen Veliyullah yox Aganin adinin cekilmeyinin vacib olduqunu buyurursan,onda sen mene bir subut getirki, Imama Zaman Agadan onceki imamlarin dovrunde Ezan ve Iqamede her zamanin oz Imaminin adi cekilib?????inandirim seni axtarsanda tapa bilmeyejen ,amma bizim elimizde olan senedlere istinaden yaxwi bilir ki, her Imamin zanaminda Imam Ali eleyhisalamin adi cekilib neyinki diger Mesum Imamlarin.Ve Emirelmomininen leqebide ancaq Imam Ali eleyhisama mexsusdur,Eger Imam Zaman Aganin hokumeti dovrunde Imam ALi eleyhisalamda recet edib cismen dunyaya qayitsa onda Imam Zaman Aganin ozu Imam Ali eleyhisalama beyet elemiw olar neyinki Imam Ali eleyhisalam,cunki Hezreti Ali eleyhisalam diger mesum Imamlarin hem atasi hemdeki Agasidir.Imam Zaman agaya canimiz,malimiz ve butun ezizlerimiz ,ovladlarimiz qurban olsun.Men eger ezanda ve ya Iqamede Imamin adini cekmiremse o demek deyil ki,men Imama beyet elemirem,eksine men Imami qelben sevir ve onun zuhrunu Allahdan isteyirem.Allah seni ve senin kimileri hidayet elesin bizide onun icinde olmaqnan.weytan hereni bir yolnan azdirir,imkan vermeki sende azasan.ugurlar

Və əleykə səlam. Bizim boynumuzda yalnız dövründə yaşadığımız imama beyət vacib olar. Sizin beyət anlayışınız tamamilə səhvdir, beyətin nə olduğunu diqqətlə araşdırın. Digər suallarınıza da əvvəlki postlarımda cavab axtarın.

#50 Kanan_313N

Kanan_313N

    Raid – Major

  • Murid
  • 1 351 сообщений

Отправлено 18 января 2011 - 12:28

Bismillah,sən nə danışırsan.Elə bu dövrdə də İmam Hüseynə(ə) beyət vacibdir.Bunun fəlsəfəsi isə odur ki,mən imaməti qəbul edirəm,mən Kərbəlada olsa idim İmam Hüseynə(ə) qoşulardım.O biri postda yazmısan ki,şiəlikdə 3dür(tovhid,nübuvvət,imamət).Birincisi əqidə əsasından söhbət getmir,azanda nəyin deyilib deyilməməsindən danışırıq.İkincisi şiədən əlavə biz Peygəmbər(s) sünnəsi,müsəlmanıq.Peygəmbər(s) deməyib bunu,vsyo,demək deməmək lazımdır.Mənim postuma yazmısan nəqli dəlil nədir??Nəqli dəlil-hədis və ya rəvayər.Şiənin 4əsas və başqa mötəbər kitabları var.Bunlardan birindən çox yox,bircə dənə səhoh hədis yaz ki,o şəhadət caizdir.Bacarmırsansa söhbəti uzatma,mövzu bağlansın!Səndən neçə dəfə xahiş etdim ki,bu suallara cavab ver:Müctehid sayırsan??Kimə təqlid edirsən???O şəhadətin caizliyi üçün səhih hədiss yaz!!

#51 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 12:40

Eyni zamanda birdən çox imama beyət olmur.
Azanda deyilən şəhadətlər elə əqidə əsasları olan Tövhid, Nübuvvət və İmamətə olan itaətin şəhadətlə təsdiqidir. Sən də 3 şəhadət verirsən, mən də. Fərq odur ki, mən zamanda höccət olan, itaəti ve beyəti boynumda vacib olan imamı təsdiq edirəm, sən isə keçmiş höccəti, hansı ki, ona olan beyət yalnız öz zamanındakılara vacib olub.
Sənin postuna cavab olaraq mən çox şey yazmışam, müctəhid barədə sualına da. Hamısını oxumadan üstündən keçmə.
Əsəbiləşərək fontun ölçüsünü və nidaların sayını da çoxaltma.

Сообщение отредактировал İstifadəçi: 18 января 2011 - 12:41

#52 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 18 января 2011 - 12:53

Necə ki, Təthir ayəsində 5 nəfərin məsumiyyətinin isbatı ilə eyni zamanda qalan 9 imamın da məsumiyyəti isbat edilir, həmin qayda ilə Hz.Əlinin (ə) vilayətinin təsdiqi ilə də bütün İmamların vilayəti təsdiq edilir.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#53 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 13:34

Necə ki, Təthir ayəsində 5 nəfərin məsumiyyətinin isbatı ilə eyni zamanda qalan 9 imamın da məsumiyyəti isbat edilir, həmin qayda ilə Hz.Əlinin (ə) vilayətinin təsdiqi ilə də bütün İmamların vilayəti təsdiq edilir.

Sənin məntiqinlə 7 imamlılar zad vare, Museyi Kazımda (ə) dayanıb qalıblar, ondan başqa da deyəsən 12 imamın hamısını qəbul etməyən başqa təriqətlər var, hansı ki, Əli (ə)-ın vilayətini tanıyırlar, onlar elə bütün imamların vilayətini tanımış kimidirlər onda? Elə Sünni məzhəbi özü, Hz Əlinin (ə) vilayətini 4-cü xəlifə kimi olsa da, tanıyırlar da. Ocaq Necat demişkən, neynək, 1-ci olmasın, 4-cü olsun, hə?
Hədisə diqqət et:
İmam Həsən Əsgəri (ə) buyurur: "Oğlum Məhdini inkar edənlər o adama bənzəyirlər ki, bütün peyğəmbərləri qəbul etmiş, amma Muhəmmədin (s.ə.s) peyğəmbərliyini inkar etmişdir. Allah peyğəmbərini (s.ə.s) inkar edənlər isə bütün peyğəmbərləri inkar edən kimidir. Ona görə də bizim sonuncumuza itaət əvvəlincimizə itaət, sonuncumuzu inkar əvvəlincimizi inkar kimidir".

Demir ki, bizim əvvəlincimizə itaət sonuncumuza itaət kimidir, deyir sonuncumuza itaət əvvəlincimizə itaət kimidir. Bir sözlə, sənin məntiqinin tamamilə əksinədir hədis.

#54 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 января 2011 - 13:43

Necə ki, Təthir ayəsində 5 nəfərin məsumiyyətinin isbatı ilə eyni zamanda qalan 9 imamın da məsumiyyəti isbat edilir, həmin qayda ilə Hz.Əlinin (ə) vilayətinin təsdiqi ilə də bütün İmamların vilayəti təsdiq edilir.

Əhsən.
İstifadəçi, siz niyə mənim suallarıma cavab verməkdən çəkinirsiz?
1.Azan və iqamədə belə bir cümlə olmaya-olmaya siz hansı cəsarətlə özünüzdən cümlə artırırsız?
2.Niyə görə əlimizdə olan rəvayətlərə görə digər imamların dövründə də Hz Əliyə (ə) şəhadət edilib? Niyə heç bir imam (ə) öz adını demək haqqında hətta ən yaxın səhabələrinə göstəriş verməyib?

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#55 Heyder313

Heyder313

    Mulazzim – lieutenant

  • Murid
  • 490 сообщений

Отправлено 18 января 2011 - 13:53

Salam eleykum, cox uzr isteyirem, Senden ferqli olaraq biz Tekje Imam Zaman Agaya yox diger mesumlarinda adini cekmekle onlara beyet elediyimizi subute yetiririk, ikinjisi qardawim sen deyirsen ki, hal hazirda Imam Zaman aga(e.f) zamanin Agasi, Allahin yer uzerinde Hucceti olduquna gore ezanda ve Iqamede Eliyyen Veliyullah yox Aganin adinin cekilmeyinin vacib olduqunu buyurursan,onda sen mene bir subut getirki, Imama Zaman Agadan onceki imamlarin dovrunde Ezan ve Iqamede her zamanin oz Imaminin adi cekilib?????inandirim seni axtarsanda tapa bilmeyejen ,amma bizim elimizde olan senedlere istinaden yaxwi bilir ki, her Imamin zanaminda Imam Ali eleyhisalamin adi cekilib neyinki diger Mesum Imamlarin.Ve Emirelmomininen leqebide ancaq Imam Ali eleyhisama mexsusdur,Eger Imam Zaman Aganin hokumeti dovrunde Imam ALi eleyhisalamda recet edib cismen dunyaya qayitsa onda Imam Zaman Aganin ozu Imam Ali eleyhisalama beyet elemiw olar neyinki Imam Ali eleyhisalam,cunki Hezreti Ali eleyhisalam diger mesum Imamlarin hem atasi hemdeki Agasidir.Imam Zaman agaya canimiz,malimiz ve butun ezizlerimiz ,ovladlarimiz qurban olsun.Men eger ezanda ve ya Iqamede Imamin adini cekmiremse o demek deyil ki,men Imama beyet elemirem,eksine men Imami qelben sevir ve onun zuhrunu Allahdan isteyirem.Allah seni ve senin kimileri hidayet elesin bizide onun icinde olmaqnan.weytan hereni bir yolnan azdirir,imkan vermeki sende azasan.ugurlar

Və əleykə səlam. Bizim boynumuzda yalnız dövründə yaşadığımız imama beyət vacib olar. Sizin beyət anlayışınız tamamilə səhvdir, beyətin nə olduğunu diqqətlə araşdırın. Digər suallarınıza da əvvəlki postlarımda cavab axtarın.

:)Qardaw biz ele yawadiqimiz dovurun Imamina beyet edirik.

siz menim sualima cavab vermediniz? Diger Imamlarin yawadiqi dovurde Ezan ve Iqamede hemin Imamlarin adlari cekilib yoxsa Imam Ali eleyhisalami? sen niye sualdan qacirsan?aciqi men yazilarini oxumuwam,tutarli bir kelmen olmadiqinin wahidi olmuwam,sen senedsiz,subutsuz daniwirsanki,bunada men iman getirenmerem.sen menim sualima cavab vere bilsen deyerem bawqa mesele.Birdaha boyuk herflernen tekrarlayiram:

Diger Imamlarin vaxtinda Ezan ve Iqamede oz adlarini deyirdiler yoxsa Imam Ali eleyhisalamin?

diger sual, Imam Zaman Aga inwallah namaz qilanda ezanda ve iqamede oz adini cekejek yoxsa Mominlerin ve ozunun agasi olan Imam Ali eleyhisalamin?
eger bu suallara tutarli cavabin yoxdursa,onda zehmet olmasa burda bow bowuna yazmaq lazim deyil.
Heyatda en esas Ilahi Mehebbeti derk edib onun atewinde yanmaqdir.Bu mehebbete bizi aparan yol Peyqember Ve Ehli Beyt eleyhisalamin yoludur

#56 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 13:55

Necə ki, Təthir ayəsində 5 nəfərin məsumiyyətinin isbatı ilə eyni zamanda qalan 9 imamın da məsumiyyəti isbat edilir, həmin qayda ilə Hz.Əlinin (ə) vilayətinin təsdiqi ilə də bütün İmamların vilayəti təsdiq edilir.

Əhsən.
İstifadəçi, siz niyə mənim suallarıma cavab verməkdən çəkinirsiz?
1.Azan və iqamədə belə bir cümlə olmaya-olmaya siz hansı cəsarətlə özünüzdən cümlə artırırsız?
2.Niyə görə əlimizdə olan rəvayətlərə görə digər imamların dövründə də Hz Əliyə (ə) şəhadət edilib? Niyə heç bir imam (ə) öz adını demək haqqında hətta ən yaxın səhabələrinə göstəriş verməyib?

Cavab verməyə çəkinsəydim, ümumiyyətlə bu mövzunun burda açılmasını xahiş etməzdim və foruma bu haqda yazmazdım.
Əvvəlki postlarımı diqqətlə oxu, cavab taparsan. Hər gələn adam eyni şeyləri təkrar-təkrar yazacaqsa, mənim vaxtım aşıb-daşmır axı, hərəyə ayrıca cavab yazım.

#57 al-Islam

al-Islam

    Forumun Ali məqamlı rəhbəri

  • Emir
  • 1 952 сообщений

Отправлено 18 января 2011 - 14:01

Necə ki, Təthir ayəsində 5 nəfərin məsumiyyətinin isbatı ilə eyni zamanda qalan 9 imamın da məsumiyyəti isbat edilir, həmin qayda ilə Hz.Əlinin (ə) vilayətinin təsdiqi ilə də bütün İmamların vilayəti təsdiq edilir.

Əhsən.
İstifadəçi, siz niyə mənim suallarıma cavab verməkdən çəkinirsiz?
1.Azan və iqamədə belə bir cümlə olmaya-olmaya siz hansı cəsarətlə özünüzdən cümlə artırırsız?
2.Niyə görə əlimizdə olan rəvayətlərə görə digər imamların dövründə də Hz Əliyə (ə) şəhadət edilib? Niyə heç bir imam (ə) öz adını demək haqqında hətta ən yaxın səhabələrinə göstəriş verməyib?

Cavab verməyə çəkinsəydim, ümumiyyətlə bu mövzunun burda açılmasını xahiş etməzdim və foruma bu haqda yazmazdım.
Əvvəlki postlarımı diqqətlə oxu, cavab taparsan. Hər gələn adam eyni şeyləri təkrar-təkrar yazacaqsa, mənim vaxtım aşıb-daşmır axı, hərəyə ayrıca cavab yazım.

Siz burada camaatın vaxtını alırsız. Əlinizdə 1 dənə də olsun, nə ayə, nə hədis, nə hansısa alimin rəyi yoxdur. Dedikləriniz əql və məntiqə də ziddi. Bu boyda şiə aliminin huşu kəsmədi ki, İmam Zamana (ə.f.) şəhadət etsin, indi siz çıxıb üsul öyrədirsiz? Sizin yazılarınız ancaq şəxsi rəy və təfsilatlardan ibarətdir. Bunlarda rədd olunmağa məhkumdu. Ona görə də daha bu şouya son qoysaz yaxşı olar.

يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ

"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)

#58 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 14:05

:)Qardaw biz ele yawadiqimiz dovurun Imamina beyet edirik.

siz menim sualima cavab vermediniz? Diger Imamlarin yawadiqi dovurde Ezan ve Iqamede hemin Imamlarin adlari cekilib yoxsa Imam Ali eleyhisalami? sen niye sualdan qacirsan?aciqi men yazilarini oxumuwam,tutarli bir kelmen olmadiqinin wahidi olmuwam,sen senedsiz,subutsuz daniwirsanki,bunada men iman getirenmerem.sen menim sualima cavab vere bilsen deyerem bawqa mesele.Birdaha boyuk herflernen tekrarlayiram:

Diger Imamlarin vaxtinda Ezan ve Iqamede oz adlarini deyirdiler yoxsa Imam Ali eleyhisalamin?

diger sual, Imam Zaman Aga inwallah namaz qilanda ezanda ve iqamede oz adini cekejek yoxsa Mominlerin ve ozunun agasi olan Imam Ali eleyhisalamin?
eger bu suallara tutarli cavabin yoxdursa,onda zehmet olmasa burda bow bowuna yazmaq lazim deyil.

Digər imamların, eləcə də Əli (ə)-ın dövründə azan və iqamədə imamətə MÜNTƏZƏM OLARAQ şəhadət vermək və bu şəhadəti azan və iqamənin tərkibindən bilmək harda yazılıb? Əgər belə bir şəhadət o biri imamların dövründə DAİM verilibsə (təbii ki, yalnız şiələr tərəfindən), niyə bu günə qədər şiə alimləri bu şəhadətin vacibliyini və yaxud ehtiyat-vacibliyi, ən azında təkidi müstəhəbbliyini fiqhdə dəlil-sübutla ortaya qoymayıblar? Və şəhadəteyni deməklə müsəlmanlığı caiz biliblər. Əgər deyilibsə, yalnız fərdi şəxslər tərəfindən deyilib, bu məsələ fiqhə "yalnız Əli (ə)-a şəhadət verilə bilər, başqa heç bir imama" - qaydası ilə daxil olmayıb. Elə peyğəmbərin dövründə də bu şəhadəti verənlər öz iradələri ilə veriblər, Əlinin (ə) vilayətini dərk edib veriblər. Yuxarıda yazdığım kimi, beyət və itaət rəiyyətin işidir, imamlar onları məcbur edəsi deyildilər ki, gəlin azanda bizim adımıza şəhadət verin.

#59 İstifadəçi

İstifadəçi

    Raqib – Seargeant

  • Murid
  • 141 сообщений

Отправлено 18 января 2011 - 14:12

Özü də nə müctəhiddən yapışmısız üsuli məsələdə. Allahın yer üzündəki höccətini, itaəti vacib olan imamını, hazırki vilayət sahibini təsdiq etməkdən ötrü müctəhiddən icazə lazımdır?

İslami hakimiyyət barədə yazdıqlarıma niyə fikir bildirmədiniz? İslamda qeyri-məsumun islam adıyla hakimiyyət qurub, onu idarə etməsi caizdir? İslamda ən böyük bidət elə bu deyilmi? İmam Zamanın (ə) gözdən qeybdə olması yer üzündə onun hakimiyyətinin olmadığına mı dəlalət edir? Yer üzünün hakimi, imamı, rəhbəri o deyilmi? Bütün məxluqat onun ixtiyarında qoyulmayıbmı? Əgər yer üzündə onun hakimiyyəti varsa, kimin nə həddi var ki, hakimiyyət içində hakimiyyət qursun? İslamda vilayətə hakimlik peyğəmbər (s.ə.s) və 12 məsum imamdan (ə) başqa kimə verilib? Məsum olmayan şəxsə belə ixtiyarmı verilib? Bu əməli edənlər, belə "hakimiyyətləri" qanuni tanıyanlar, elə Əbu Bəkr, Ömər, Osman və sairlərinin qurduqları hakimiyyətləri qanuni olaraq təsdiqləmiş olmurlarmı? Bəyəm camaatın beyət, itaət etməməsi ilə Əli (ə)-ın imamətimi əlindən alınmışdı, ya vilayətdənmi kənarlaşdırılmışdı? Hakim elə o deyildimi? Dövrün imamı elə o deyildimi? Onun vilayətini tanıyan az sayda şiələri onun vilayətində yaşamırdılarmı? Yoxsa onlar Əbu Bəkrə, Ömərə, Osmana beyət etmişdilər? Onların vilayətində yaşayırdılar? Eləcə də o biri imamların dövründə. Onlar xilafətdən kənarda qalsalar da, onların haqqı olan xilafəti başqaları qəsb etsələr də, o imamların əsl şiələri yenə də onların vilayətini tanıyıb, onların vilayətində yaşayırdılar. Bu gün də elədir, imam Zamandan (ə) başqasının vilayətini tanıyanlar Əbu Bəkr, Ömər, Osman və onun kimilərin davamçısıdır. Mən bu gün yalnız imam Məhdinin (ə) vilayətini tanıyıram, o vilayətdə də yaşayıram. Bu gün imam Zamandan (ə) başqa kim islamda rəhbərlik iddiası edərsə, şiəlikdə heç bir haqqı yoxdur, o şəxs peyğəmbərin qoyduğu islami prinsiplərə zidd çıxmışdır. Belələrini özünə rəhbər bilənlər isə Əbu Bəkr, Ömər, Osman, Müaviyyə, Yezid və onun kimilərin ardıyca gedənlər kimidirlər.

Düz deyirsiz, mən burda boşuna özümü yoruram deyəsən.

Çünki bu gün Xameneyinin vilayətini tanıyanlar, onu dünya müsəlmanlarının rəhbəri bilənlər, əlbəttə ki, imam Zamanın vilayətini, rəhbərliyini çətin tanıyarlar. Eləcə də islam adıyla qurulan bütün qeyri-məsumi hakimiyyətləri qanuni tanıyanlar.

#60 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 18 января 2011 - 14:16

Sənin məntiqinlə 7 imamlılar zad vare, Museyi Kazımda (ə) dayanıb qalıblar, ondan başqa da deyəsən 12 imamın hamısını qəbul etməyən başqa təriqətlər var, hansı ki, Əli (ə)-ın vilayətini tanıyırlar, onlar elə bütün imamların vilayətini tanımış kimidirlər onda? Elə Sünni məzhəbi özü, Hz Əlinin (ə) vilayətini 4-cü xəlifə kimi olsa da, tanıyırlar da. Ocaq Necat demişkən, neynək, 1-ci olmasın, 4-cü olsun, hə?
Hədisə diqqət et:
İmam Həsən Əsgəri (ə) buyurur: "Oğlum Məhdini inkar edənlər o adama bənzəyirlər ki, bütün peyğəmbərləri qəbul etmiş, amma Muhəmmədin (s.ə.s) peyğəmbərliyini inkar etmişdir. Allah peyğəmbərini (s.ə.s) inkar edənlər isə bütün peyğəmbərləri inkar edən kimidir. Ona görə də bizim sonuncumuza itaət əvvəlincimizə itaət, sonuncumuzu inkar əvvəlincimizi inkar kimidir".

Demir ki, bizim əvvəlincimizə itaət sonuncumuza itaət kimidir, deyir sonuncumuza itaət əvvəlincimizə itaət kimidir. Bir sözlə, sənin məntiqinin tamamilə əksinədir hədis.

Yox, bu sənin məntiqində belə çıxır. Əslində isə başqa cürdür. Lap sənin məntiqindən də çıxış etsək, sən deyən nəticə alınmır. Sadəcə sən arada məsələni başqa tərəfə yönləndirirsən.

7 İmamı qəbul edib, o biriləri etməyənlər, əhdlərindən dönürlər. Çünki, faktiki İmam Əlinin (ə) vilayətini təsdiq etməklə, İmaməti təsdiq emtiş olurlar. Və bütün İmamları (ə) təsdiq etmiş olurlar. Növbəti İmam hər zaman məlum olub. Ancaq necə ki, Peyğəmbərin (səs) sözündən dönüblər zamanında, o cür də İmam Musanın (ə) zamanında bəzi hadisələr baş verib. Bəziləri onu sonuncu İmam zənn ediblər. Şəhid edildikdə isə çaşqınlığa düşüblər.

Yenə təkrar edirəm, Əliyyən vəliyullah deməklə İmamət məqamını təsdiq etmiş olursan. Kimsə 7 imam, 9 imam qəbul edirsə, bu əhddən dönməkdir.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

Количество пользователей, читающих эту тему: 0

0 пользователей, 0 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru