Hansı kitablarınızda nəql olunub bu hədis?
1) Peyğəmbər (s.a.s.) sağ əli sol əlin üstünə qoyar(1) və deyərdi: "Biz peyğəmbərlərə iftarımızı tezləşdirmək, səhurumuzu gecikdirmək və namazda sağ əlimizi sol əlimizin üstünə qoymaq əmr olunmuşdur(2)"
(1) Muslim, Əbu Davud
(2) İbn Hibban və əz Ziya səhih isnadla
2) Bir dəfə Peyğəmbər (s.a.s) yoldan keçərkən bir kişinin sol əlini sağ əlinin üstünə qoyub namaz qıldığını görmüş, onun əllərini aralayıb sağ əlini sol əlinin üstünə qoymuşdur.(3)
(3) Əhməd və Əbu Davud səhih isnadla
3) Peyğəmbər (s.a.s.) sağ əlini sol əlinin biləyinin və bilək sümüyünün üstünə qoyar(4) və səhabələrinə də belə etməyi əmr edərdi(5). Bəzən isə sağ əli ilə sol əlinin biləyindən tutardı.(6)
(4) Əbu Davud, ən-Nəsai, və İbn Xuzeymə (1/54/2) səhih isnadla
(5) Malik, əl-Buxari və Əbu Əvanə
(6) Ən Nəsai, əl Dəraqutni səhih isnadla
Bu hədislərdən də göründüyü kimi həm sağ əllə sol əldən yapışmaq və həm də sağ əli sol əlin üstünə qoymaq sünnətdir. Lakin hənəfi məzhəbindən olan bəzi sonrakı dövr alimlərinin hesab etdiyi kimi hər ikisini bir-birinə çarpazlamaq bidətdir.
4) Peyğəmbər (s.a.s.) əllərini sinəsinin üstünə qoyardı (7).
(7) Əbu Davud, ibn Xuzeymə (1/54/2) və Əhməd
Namazda əllərin sinəyə qoyulması Sünnədə öz təsdiqini tapmışdır. Bunun əksini göstərən hədislər isə ya zəif, ya da heç bir əsası olmayan qondarma hədislərdir.
4) Peyğəmbər (s.a.s.) həmçinin namazda əlləri çarpazlamağı qadağan edirdi (8).
(8) Əl Buxari, Muslim, Əbu Davud, ən-Nəsai və başqaları