Quran təhrİf olunmayıb
#241
Отправлено 19 декабря 2011 - 12:42
Biz bütün müsəlman alimlərinin – istər şiə, istərsə də sünnü – fikir birliyinə əsasən, inanırıq ki, Qur’ana heç bir şey əlavə edilməmişdir; eləcə də hər iki tərəfin (sünnü-şiə) mühəqqiqlərinin təqribən yekdil fikrinə əsasən, Qur’andan heç bir şey azaldılmamışdır. Hər iki qrupdan olan çox az adamlar Qur’andan müəyyən bir şeyin azaldılmasına inanırlar ki, onların da sözləri məşhur İslam alimləri tərəfindən qəbul olunmur.
Onların biri sünnü alimlərindən olan İbni Xətib Misrinin yazdığı «Əl-furqan fi təhrifil-Qur’an» kitabıdır ki, 1948-ci miladi ilində (1367-ci h.q) nəşr olunmuş və «Əl-əzhər» universiteti vaxtında bu məsələni izləmiş, onun bütün nüsxələrini yığıb məhv etmişlər, lakin onun bir neçə nüsxəsi qanunsuz olaraq müəyyən şəxslərin əlinə düşmüşdür.
Həmçinin, şiə mühəddislərindən olan Hacı Nurinin yazdığı «Fəslül-xitab fi təhrifi kitabi Rəbbil-ərbab» kitabı 1291-ci hicri qəməri ilində (1870 miladi) çap olunmaqla eyni zamanda dərhal Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin böyük şəxsiyyətləri tərəfindən inkar edilmiş, onun bütün nüsxələrinin toplanıb məhv edilməsi barəsində fətva verilmiş və onun cavabında çoxlu kitablar yazılmışdır. Bu kitaba cavab yazaraq onun nəzərlərini rədd edən böyük alimlərdən aşağıdakıların adını qeyd etmək olar:
1-Müərrib Tehrani adı ilə məşhur olan görkəmli fəqih mərhum Şeyx Məhmud ibni Əbil-Qasim (vəfat tarixi: 1313-cü h.q) «Kəşfül-irtiyab fi ədəmi təhrifil-Kitab» adlı bir kitab yazmışdır.
2-Mərhum Əllamə Məhəmməd Hüseyn Şəhristani (vəfat tarixi: 1315-ci h.q) «Hifzül-kitabiş-şərif ən şübhətil-qovli bit-təhrif» adlı digər bir kitab yazaraq Hacı Nurinin «Fəslül-xitab» kitabını rədd etmişdir.
3-Nəcəfi-Əşrəfin elmiyyə hövzəsinin mühəqqiqlərindən biri olan Mərhum Əllamə Bəlaği (vəfat tarixi: 1352-ci h.q) özünün məşhur əsəri olan «Təfsiru alair-Rəhman» kitabında «Fəslül-xitab» kitabının rəddində nəzərə çarpacaq dərəcədə böyük bir fəsil ayırmışdır.[1]
4-Biz də «Ənvarul-üsul» kitabında Qur’ani-məcidin təhrif olunmamağı ilə əlaqədar geniş bir bəhs aparmış, «Fəslül-xitab» kitabında qeyd olunan şübhələrə tutarlı cavablar vermişik.
Böyük şəxsiyyət olmasına baxmayaraq, mərhum Hacı Nuri, Əllamə Bəlağinin dediyinə əsasən, zəif rəvayətlərə istinad etmişdir. Onun özü də kitabın çap olunmasından sonra peşman olmuş və Nəcəfi-Əşrəf elmiyyə hövzəsinin böyük şəxsiyyətləri bu işi onun aşkar səhvlərindən hesab etmişlər.[2]
«Fəslül-xitab» kitabının nəşr olunmasından sonra onun müəllifinə o qədər hücumlar edildi ki, axırda məcbur qalıb özünü müdafiə etmək üçün bir risalə yazdı. Həmin risalədə Allahın Kitabının təhrif olunmamasını isbat etmiş və demişdir ki, «mənim sözlərimdən yanlış nəticələr alınmışdır.»[3]
Mərhum Əllamə Seyyid Hibətuddin Şəhristani deyir: Samirrada olduğum vaxtlar mərhum Mirza Şirazi oranı şiələrin elm və mə’rifət (maarif) mərkəzinə çevirmişdi. O, hər bir məclisə daxil olsaydı, Hacı Nuri və onun kitabının əleyhinə fəryad edərdi. Onun sözlərindən olan bə’zi ifadələr hələ də yadımdadır...»[4]
Bununla belə, təkcə bir nəfər olduğu halda, Şeyx Nurinin sözlərini şiənin əqidəsi hesab etmək olarmı?!
Halbuki, təəssübkeş vəhhabilərdən bir qrupu bu kitaba («Fəslül-xitab»a) istinad edərək Qur’anın təhrif olunma əqidəsini israrla şiəyə aid edirlər,amma...
Əgər bu məsələ barəsində təkcə bir kitabın yazılması ümumi şiələrin əqidəsini göstərirsə, onda Qur’anda təhrifin baş verməsinə e’tiqad sünnü alimlərinə də aid edilməlidir. Çünki İbni Xətib Misri də «Əl-furqan fi təhrifil-Qur’an» kitabını yazmışdır. Həmçinin əgər «Əl-əzhər» universitetinin alimlərinin həmin kitabdan bizarlıq etmələri onun içərisində yazılanların inkar olunmasına dair bir dəlildirsə, onda Nəcəfi-əşrəf alimlərinin «Fəslül-xitab» kitabında yazılanlara e’tiraz və müxalifətləri də eynilə bu mə’naya dəlildir.
2-Hər ikisi sünnülərin məşhur təfsirlərindən olan «Təfsiri Qurtəbi» və «Əd-Durrul-Mənsur» kitablarında Ayişənin (Peyğəmbər (səlləllahu əleyhi və alih)-in həyat yoldaşı) belə dediyi nəql olunmuşdur:
اَنَّهَا-ای سورة الاحزاب-کَانَتْ مِِائَتَیْ آیَةٍ فَلَمْ یَبْقَ مِنْهَا اِلَّا ثَلاثٌ وَ سَبْعُونَ
«O, («Əhzab» surəsi) 200 ayədən ibarət idi, amma indi onun 73 ayəsindən başqa heç bir şey qalmamışdır.»[5]
Üstəlik «Səhihi Buxari» və «Səhihi Müslüm»də elə rəvayətlər var ki, Qur’anın təhrif olunmasından hekayət edir.[6] Lakin biz heç vaxt özümüzə icazə verə bilmərik ki, bir, yaxud bir neçə zəif rəvayətə istinad etməklə Qur’anın təhrif olunma nəzəriyyəsini sünnü qardaşlarımıza aid edək. Onlar da bir nəfərin yazdığı kitab, yaxud şiələrin böyük şəxsiyyətləri tərəfindən inkar və bizarlıq edildiyi zəif hədislər xatirinə bu əqidəni şiələrə aid etməməlidirlər.
3-Hacı Nurinin «Fəslül-xitab» kitabında qeyd etdiyi rəvayətlər adları aşağıda qeyd olunan üç ravidən toplanmışdır ki, onlar ya yanlış əqidəli, yaxud yalançı, yaxud da vəziyyəti mə’lum olmayan insanlardır: Əhməd ibni Məhəmməd Səyyari əqidəsi xarab və azğın olan adam, Əli ibni Əhməd Kufi yalançı, Əbül-Carud da vəziyyəti mə’lum olmayan, yaxud rədd olunan şəxsdir.[7]
[1] «Alaur-Rəhman», 1-ci cild, səh.25.
[2] «Alaur-Rəhman», 2-ci cild, səh.311
[3] «Əz-zəriə», 16-cı cild, səh.231
[4] «Burhani rovşən», səh.143
[5] «Təfsiri Qurtəbi», 14-cü cild, səh.113; «Əd-Durrul-mənsur» təfsiri, 5-ci cild, səh.1 80
[6] «Səhihi Buxari», 8-ci cild, səh.208-211. «Səhihi Müslüm», 4-cü cild 167 və 5-ci cild, səh.116
[7] Bu üç nəfərin vəziyyəti ilə tanış olmaq üçün «Ricali Nəcaşi», «Fehresti Şeyx» və digər rical kitablarına müraciət edə bilərsiniz.
#242
Отправлено 19 декабря 2011 - 12:45
Gəlin İslama və Qur’ana rəhm edin, təhrif barəsində bu qədər danışmayın və düşmənlərin əlinə bəhanə verməyin!
Bu töhmət və iftiraların nə qədər geniş səviyyədə yayılmasını bilmək üçün bu hadisələrə diqqət yetirin:
Allah evinin ziyarətinə getdiyim səfərlərin birində (ümrə ziyarətində) Ərəbistanın din naziri ilə görüşdüm. O bizi yaxşı qarşıladı, lakin dedi: – Biz eşitmişik ki, sizin, bizim əlimizdə olan Qur’andan tam başqa olan bir Qur’anınız vardır!
Dedim: – Bu iddianı yoxlamaq çox sadədir. Siz şəxsən özünüz gəlin, yaxud da bir nümayəndəni bizim ölkəyə göndərin (bizim xərcimiz ilə). Tehrana qayıdaq və bütün evlərdə olan minlərlə, milyonlarla nüsxədən hansı birini istəsəniz, götürüb baxa bilərsiniz. Siz hər bir evin qapısını döyərək Qur’an istəsəniz, görəcəksiniz ki, o Qur’anların hətta bir kəlməsi, yaxud bir cümləsi belə, müsəlmanların arasında olan Qur’anla fərqli deyildir. Sizin kimi böyük bir alimin bu kimi yalan şayiələrə uyması rəva deyildir.
6-Bizim qarilərimiz beynəlxalq səviyyədə keçirilən bütün Qur’an müsabiqələrində birinci rütbələri əldə etmişlər. Bizim hafizlərimiz, xüsusilə kiçik yaşlı Qur’an hafizləri İslam ölkələrinin çoxunun təqdirəlayiq hislərini cuşa gətirmişdir.
Hər il bizim hafiz və qarilərimizin sayına minlərlə adam artır, Qur’an hifzi, qiraət və təfsir sinifləri, Qur’an elmləri institutları və s. bizim böyük ölkəmizin hər bir yerində mövcuddur. Bütün bu proqramların yaxından, əyani şəkildə müşahidə etməklə isbat olunması da hamı üçün çox asan bir işdir.
Qur’anla əlaqədar bu proqramların hamısında hazırda sair dünya müsəlmanlarının arasında mövcud olan adi Qur’andan başqa heç bir şey yoxdur və heç kəs ondan başqa bir Qur’an olduğunu bilmir, heç bir məclisdə Qur’anın təhrif olunması məsələsi irəli çəkilmir.
#243
Отправлено 19 декабря 2011 - 12:46
إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّکْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ
“Həqiqətən Qur’anı Biz nazil etdik və onun qorunub-hifz olunması da Bizim öhdəmizdədir.”[1]
Başqa bir ayədə isə buyurulur:
وَإِنَّهُ لَکِتَابٌ عَزِیزٌ لَا یَأْتِیهِ الْبَاطِلُ مِن بَیْنِ یَدَیْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِیلٌ مِّنْ حَکِیمٍ حَمِیدٍ
«Bu, şübhəsiz izzətli və məğlubedilməz bir kitabdır, heç növ batil – nə arxadan, nə də öndən ona yol tapa bilməz. Çünki o, hikmətli və tə’rifə layiq olan Allah tərəfindən nazil edilmişdir.»[2]
Görəsən, qorunub, hifz olunması Allah-Taalanın Öz öhdəsinə olan belə bir kitaba təhrif əlləri uzadıla bilərmi?!
Digər tərəfdən, Qur’an ümmət arasında tərk olunmuş bir kitab deyildi ki, bir kəs onu azalda və yaxud ona bir şey artıra bilsin.
Sayı 14 nəfərdən 400 nəfərə qədər qeyd olunan Qur’an katibləri (kuttabi vəhy) hər bir ayə nazil olan kimi dərhal onu qeyd edib əzbərləyirdilər.
Peyğəmbər (səlləllahu əleyhi və alih)-in əsrində yüzlərlə Qur’an hafizi var idi ki, ayələrin nazil olması ilə eyni zamanda dərhal onları əzbərləyirdilər.
O dövrdə Qur’an qiraəti ən böyük ibadətlərdən hesab olunurdu, müsəlmanlar gecə-gündüz onu qiraət və tilavət edirdilər.
Bundan əlavə, Qur’an İslamın Əsas Qanunu və müsəlmanların həyat ayini olmaqla, onların həyatının bütün dövrlərinə nəzarət edirdi.
Əql qəti şəkildə hökm edərək deyir ki, belə bir kitabın təhrif edilməsi, ona bir şeyin artırılıb-azaldılması qeyri-mümkündür.
İslam rəvayətlərində və mə’sum imamlar (əleyhimus-salam)-dan nəql olunan hədislərdə Qur’anın əsalət, tamamlıq və təhrif olunmamasına dair tə’kidlər edilmişdir
Əli (əleyhis-salam) aşkar şəkildə buyurmuşdur:
اَنْزَلَ عَلَیْکُمُ الْکِتَابَ تِبْیانً لِکُلِّ شَیْءٍ وَ عَمَّرَ فَیکُمْ نَبِیَّهُ اَزْمانًا حَتَّی اَکْمَلَ لَهُ وَ لَکُمْ فِیمَا اَنْزَلَ مِنْ کِتَابٍ دِینَهُ الَّذِی رَضِیَ لِنَفْسِهِ
«Allah-Taala hər bir şeyi bəyan edən Qur’anı nazil etdi və Peyğəmbərə siz ümmət arasında o qədər ömür verdi ki, Qur’anın vasitəsi ilə Öz dinini sizin üçün kamil etmiş olsun.»[3]
«Nəhcül-bəlağə»nin xütbələrinin çoxunda Qur’andan söhbət açılmışdır, amma heç bir yerdə onun təhrif olunmasına azacıq belə, işarə yoxdur; üstəlik Qur’anın kamil və tamam olması aşkar şəkildə bəyan olunmuşdur.
Doqquzuncu imam həzrəti Məhəmməd Təqi (əleyhis-salam) bir hədisdə öz dostlarından birinə, camaatın haqq yolundan çıxması ilə əlaqədar xitab edərək buyurur:
وَ کَانَ مِنْ نَبْذِهِمُ الْکِتَابَ اَنْ اَقَامُوا حُرُوفَهُ وَ حَرَّفُوا حُدُودَهُ
«Camaatın bir qrupu Qur’ani-məcidi boşlamış, sözlərini düzgün oxuduqları halda onların məfhumlarını təhrif etmişlər.»[4]
Bu və bu kimi digər hədislər göstərir ki, Qur’anın sözləri toxunulmaz qalmış və yalnız mə’na baxımından onda təhrifə yol verilmişdir. Yə’ni bə’zi qruplar öz nəfsani istək və şəxsi mənafelərinə görə onun ayələrinin gerçəkliyini, həqiqətin əksinə olaraq izah etmişlər.
Buradan mühüm bir məsələ aydınlaşır: əgər bə’zi rəvayətlərdə təhrifdən söz açılmışsa da, məqsəd onun mə’na baxımından təhrif olunması, şəxsi rə’y əsasında təfsir edilməsidir, amma ibarə və kəlmələrində olan təhrif deyildir.
Digər tərəfdən, mə’sum imamlar (əleyhimus-salam)-dan nəql olunan bir çox mö’təbər rəvayətlərdə oxuyuruq:
اَعْرِضُوهُمَا عَلَی کِتَابِ اللهِ فَمَا وَافَقَ کِتَابَ اللهِ فَخُذُوهُ وَ مَا خَالَفَ کِتَابَ اللهِ فَرُدُّوهُ
«Bizim sözlərimizin, rəvayətlərimizin düz olub-olmamasını bilmək üçün, xüsusilə onların arasında təzad göründüyü zaman onları Qur’anla tutuşdurun: Qur’anla uyğun gələnlər düzgündür, ona əməl edin. Qur’anla müxalif olanları isə boşlayın!»[5]
Bu da Qur’ani-Kərimin təhrif olunmamağına dair aşkar bir dəlildir, çünki, əks halda, haqq ilə batilin ayırd edilmə me’yarı ola bilməzdi.
Bunlardan əlavə, sünnü və şiə mənbələrinin çoxlu yerlərində nəql olunan «Səqəleyn» hədisinə əsasən, Rəsuli-Əkrəm (səlləllahu əleyhi və alih) buyurmuşdur:
اِنِّی تَارِکٌ فِیکُمُ الثَّقَلَیْنِ کِتَابَ اللهِ وَ عِتْرَتِی اَهْلَ بَیْتِی مَا اِنْ تَمَسَّکْتُمْ بِهِمَا لَنْ تَضِلُّوا
«Mən sizin aranızda iki ağır, qiyimətli əmanət qoyub gedirəm: Allahın Kitabı və mənim itrətim. Əgər onlara sarılsanız, məndən sonra heç vaxt yolunuzu azmayacaqsınız.»[6]
Bu dolğun mə’nalı hədis gözəl şəkildə çatdırır ki, Qur’an və Əhli-beyt (əleyhimus-salam) insanların qiyamət gününə qədər hidayət olunması üçün çox mö’təbər bir sığınacaq yeridir. Əgər Qur’anda təhrifə yol verilmiş olsaydı, onda camaat üçün necə sığınacaq yeri ola bilərdi?! Camaat zəlalətdən necə xilas ola bilərdi.?![7]
[1] «Hicr» surəsi, 9-cu ayə.
[2] «Fussilət» surəsi, 41 və 42-ci ayələr.
[3] «Nəhcül-bəlağə», 86-cı xütbə
[4] «Kafi», 8-ci cild, səh.53.
[5] «Vəsailuş-şiə», 18-ci cild, səh.80
[6] «Biharul-ənvar», 36-cı cild, səh.331
[7] Əlavə mə’lumat almaq üçün «Ənvarul-üsul» kitabına (2-ci cild) müraciət edə bilərsiniz.
#244
Отправлено 19 декабря 2011 - 12:47
Biz hər yerdə demişik və indi də deyirik: şiənin böyük alim və mühəqqiqlərindən heç bir kəs Qur’anın təhrif edilməsinə inanmamış və indi də inanmırlar, lakin bə’zi inadkar və təəssübkeş qruplar yenə də bu töhməti təkrarlayırlar. Onların Qiyamət günündə Allah qarşısında nə cavab hazırladıqları mə’lum deyildir, çünki həm belə töhmətlər vurur, həm də Qur’anı e’tibardan salırlar. Əgər sizin bəhanələriniz zəif rəvayətlərdən bə’ziləridirsə, onda öz kitablarınızda, hədis və təfsir mənbələrinizdə də bu kimi rəvayətlər qeyd olunmuşdur ki, yuxarıda ona işarə etdik.
Heç bir məzhəb zəif rəvayətlər əsasında qurulmur: biz heç vaxt İbni Xətib Misrinin «Əl-Furqan fi təhrifil-Qur’an» kitabına, eləcə də təhrifi göstərən zəif rəvayətlərə istinad edərək sizi Qur’anın təhrif olunmasına e’tiqadda müttəhim və Qur’ani-məcidi təxribatçı təəssüblərə fəda etmirik.
İnsaflı olun və Qur’anın təhrif olunması barəsində bu qədər danışmayın, İslama, müsəlmanlara zülm etməyin, məzhəb təəssübləri xatirinə dünya müsəlmanlarının əsl sərmayəsi olan Qur’ani-məcidin e’tibarını təhrif kəlmələrini təkrar etməklə azaltmayın, düşmənin əlinə bəhanə verməyin! Siz əgər bu yolla şiə və Əhli-beyt məktəbinin ardıcıllarından intiqam almaq istəyirsinizsə, onu bilin ki, özünüzdən asılı olmayaraq, İslamın əsaslarını sarsıtmısınız; çünki müxaliflər deyirlər ki, müsəlmanlardan böyük bir qrupu Qur’anın təhrif olunmasına e’tiqad bəsləyir, bu da Qur’an barəsində böyük bir zülmdür!
Sonda bir daha və aşkar şəkildə deyirik: şiə və sünnü mühəqqiqlərindən heç bir şəxs Qur’anın təhrif olunmasına inanmır, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-ə nazil olan Qur’an hal-hazırda müsəlmanların əlində olan Qur’anlarla tamamilə eynidir. Qur’anın özünün aşkar buyurduğuna əsasən, onlar inanırlar ki, Allah-Taala Qur’anın hər növ dəyişiklikdən, təhrifdən və zavaldan hifz olunmasına zəmanət vermişdir. Lakin hər iki tərəfdən bu elmlərdən mə’lumatı olmayan təəssübkeşlər Qur’anın təhrif olunması ilə əlaqədar biri digərinə yersiz ittihamlar vurur və təəssüflər olsun ki, bir-birinin başına çırpırlar.
Allah-taala onların hamısını hidayət etsin!
#245
Отправлено 21 декабря 2011 - 17:40
Sizin bu söhbətə nə elminiz çatır, nə də ağlınız. Öz dilinizdə yazılanı belə başa düşə bilmirsizsə Sizinlə daha nə danışaq?!
Siz ümumiyyətlə hansı təhrifdən danışırsız, bəlkə onu bizə təqdim edəsiz. Məclisi deyir ki, bu (33) ayədə (əhlibeyt haqda) keçən bu cümlə məzmunca digər cümlələr ilə düz gəlmir. Ola bilsin quranı tərtib edərkən bunu səhvən ya bilərəkdən bu yerə yerləşdiriblər. Burda təhrif hardadır? Əvvəla sübut edin ki, bu rəvayət səhihdir, sonra bunun təhrif olduğunu sübut edin. Məgər surələr nazil olduğu ardıcıllıq ilə yığılıb ki, Siz Məclisinin dediyini təhrif adlandırırsız? Lap elə Məclisi burda səhv etsə də bu sadəcə səhv, xətadır və quranın təhrifinə dəlalət etmir və şiənin bu etiqatda olduğunu da sübut etmir.
senin mene qarshi antipatiyan tebiidir,amma iradin varsa buyur,yoxsa ki elmin catmir,ne bilim aglin catmir.eyni sheyi ele mende sene deyirem.
baxiram senin elmin cox gucludur,demirsenmi ayelerin yerini deyishmek tehrif sayilmir ve bu ehlisunnenin gorushudur? senden sorushdum axi hansi sunnun alimi bunu deyib? bax,elm ve aglini numayish elemek ucun sene imkan verdim. suali 2-ci defe sene veriremse demeli 1-ciye cavab vermemisen,demeli basqalarini elmsizlikde ittiham elemeyin hele tezdir.
#246
Отправлено 23 декабря 2011 - 17:46
حدثنا أبوسليمان أحمد بن هوذة قال: حدثنا إبراهيم بن إسحاق النهاوندي، قال: حدثنا عبدالله بن حماد الانصاري، عن صباح المزني، عن الحارث ابن حصيرة، عن الاصبغ بن نباتة، قال: سمعت عليا(عليه السلام) يقول: ” كأنى بالعجم فساطيطهم في مسجد الكوفة يعلمون الناس القرآن كما انزل، قلت: يا أميرالمؤمنين أو ليس هو كما انزل؟ فقال: لا محي منه سبعون من قريش بأسمائهم وأسماء آبائهم، وما ترك أبولهب إلا ازراء على رسول الله(صلى الله عليه واله وسلم) لانه عمه
...Əsbağ b. Bəbatə dedi: Əmirəlmöminin (imam Əli a.s)ın belə dediyini eşitdim: "Kufə məscidində çadır qurmuş olan əcəmlərin Quranı nazil olduğu kimi xalqa öyrətdiklərini görər kimiyəm" dedilər ki: "ey möminlərin əmiri! Quran nazil olduğu kimi deyil?" imam a.s dedi: "Qureyşdən 70 nəfərin adı və atalarının adı silindi, sadəcə Əbu ləhəbin adı Rəsulullaha s.a.a ləkə olsun deyə saxlanıldı. çünkü o Rəsulullahın s.a.a əmisidir"
Numani r.a, "Qeybət", 21-ci bab, 5-ci hədis
bu hədisin sənədi zəifdir, hədisin sənədində qırmızı ilə işarələdiyim ravi İbrahim b. İshaq ən-Nihavəndi əl-Əhməridir və o zəifdir. Nəcaşi r.a onun haqqında deyir:
إبراهيم بن إسحاق أبو إسحاق الأحمري النهاوندي كان ضعيفا في حديث
İbrahim b. İshaq, Əbu İshaq əl-Əhməri ən-Nihavəndi, hədisdə zəifdir.
Nəcaşi r.a, "Rical", səhifə 19, ravi 21
- al-Fath это нравится
#247
Отправлено 24 декабря 2011 - 18:17
#248
Отправлено 24 декабря 2011 - 18:44
#249
Отправлено 24 декабря 2011 - 19:21
yox, heç kim bunu demir, əksinə biz deyirik ki, Quranın təhrifinə inanan Şiə alimləri olmuşdur ancaq bu onların səhv içtihadıdır və hər hansı bir alimin səhv içtihadı hüccət deyildir. hüccət sadəcə Quran və İtrət a.s-dır. amma böhtan məsələsinə gəlincə, böhtan olan müşrik nasibilərin "Şiələr Quranın təhrifinə inanırlar" deməsidir. elə bilirəm aradaki fərqi anlaya bilirsən deyilmi?Yəni demək istiyirsiniz ki, heç bir şiə alimi demiyib ki Quran təhrif olunub hə?? Yəni böhtan atanlar bunu özlərindən çıxardıblar hə?
#250
Отправлено 24 декабря 2011 - 22:39
#251
Отправлено 24 декабря 2011 - 23:06
Bismillah,birincisi,şər atma!Mən bəzi üsulilər deməmişəm,demişəmsə göstər))Elməddin deyir heç kim demiyib, ama kənan deyir bəziləri deyib. İndi konkret öz aranızda bir qərara gəlin və sonra yazım görüm dəqiq cavab hansıdı
Ola bilər,bu qaralanmışa görə deyəsən,bu dəlalət etmir ki,kimsə inanıb cəfərilərdən.Yəni deməyim budur ki,inana olubsa da,heç kəs inanmayıbsa da fərqi yoxdur,əsasodur ki,biz cəfəri şiələri təhrifi qəbul etmirik,siz guya qəbul etmirsiz,amma təhriflərə nəsx donu geyindirirsiz ki,bu da ayrı mövzudur...Bismillah,səninçün nə fərqi??Əsas odur ki,cəfərilər-üsulilərin icmasına görə Quran təhrif olunmayıb...Yazanda cəfəri şiələrinə görə yaz,çünki şiənin müxtəlif qolları var.Ğulatlar-kafir,əxbarilərin əksəriyyəti isə təhrifə inananlardır
Mən şiələrdən dedim ki,elə qolları var ki,inanıb,əxbarilərin əksəriyyəti.Bu isə səninçün yenilik ola bilər,bizimçün deyil.Yəni mövzunu oxusan,görərsən ki,vova qardaşların əxbarilərdən dəlil yazıblar,bizim qardaşlar da deyib ki,onlar əxbaridir,bizə höccət deyillər,o sahədə...
Dəqiq cavab:cəfərilər təhrifi inkar edirlər,yəni təhrif olunmayıb Quran,dəlil?əl-Hücurar surəsinin 9-cu ayəsi
Əxbarilərin isə əksər alimləri qəbul edib...
P.S Elməddin şiə deyəndə yalnız cəfəriləri nəzərdə tutur.Elə də olmalıdır,çünki biz cəfəri şiələriyik.Dəlil yazanda da cəfəri alimindən dəlil yazın(şiə adı altında)..
P.S.S amma bəzi boşbaş afiristlət zeydiylərdən dəlil yazır(hələ sırtıq kimi qeyd edir ki,şiədir haa).Sözündə düzlük var,amma niyyəti səhvdir.Çünki o bilir ki,cəfərilərlə zeydilər tamam fərqlənirlər.Allah afiristlərə hidayət versin
Сообщение отредактировал Kanan_313N: 24 декабря 2011 - 23:08
#252
Отправлено 24 декабря 2011 - 23:10
Elməddin deyir ki, bəzi şiə (əxbari) alimləri bunu deyib, amma səhv ediblər. Kənan da deyir ki, əxbarilər bunu deyib, amma cəfəri şiələrinin icmasına görə Quran təhrif olunmayıb. Yani ikisi də eyni şeyi deyir, sadəcə Siz başa düşmək istəmirsiz.Elməddin deyir heç kim demiyib, ama kənan deyir bəziləri deyib. İndi konkret öz aranızda bir qərara gəlin və sonra yazım görüm dəqiq cavab hansıdı
Mən də Sizdən soruşmaq istəyirəm: Siz də iddia edirsiz ki, heç bir sünni alimi deməyib ki, Quran təhrif olunub?
#253
Отправлено 24 декабря 2011 - 23:45
Elməddin deyir ki, bəzi şiə (əxbari) alimləri bunu deyib, amma səhv ediblər. Kənan da deyir ki, əxbarilər bunu deyib, amma cəfəri şiələrinin icmasına görə Quran təhrif olunmayıb. Yani ikisi də eyni şeyi deyir, sadəcə Siz başa düşmək istəmirsiz.
Mən də Sizdən soruşmaq istəyirəm: Siz də iddia edirsiz ki, heç bir sünni alimi deməyib ki, Quran təhrif olunub?
Siz bütün istifadəçilərlə belə edirsiniz? Yəni söhbəti yarımçıq qoyub başqa suallar verməklə söhbətdən qaçırsınız?
#254
Отправлено 24 декабря 2011 - 23:47
#255
Отправлено 25 декабря 2011 - 00:07
Kənanın nəsə deməsi şiələrə hüccət deyil, necə istəyirsiz başa düşün. Bizə əsas icmanın nə deməsi vacibdir.Kənanın sözündən belə başa düşdüm ki kimin desədə ama Cəfərilər 100% demiyib düz başa düşmüşəm?
Niyə söhbəti yarımçıq qoyuram ki? Mövzunun adı "Quran təhrİf olunmayıb"dir və mən də Sizə elə Sizin verdiyiz sualı ünvanlayıram. Siz bizə sual verə bilərsiz, biz isə həmin sualı Sizə verə bilmərik?Siz bütün istifadəçilərlə belə edirsiniz? Yəni söhbəti yarımçıq qoyub başqa suallar verməklə söhbətdən qaçırsınız?
Sizdə də heç bir alim deməyib ki, Quran təhrif olunub?
#256
Отправлено 25 декабря 2011 - 00:08
Bismillah,yox yenə səhv başa düşmüsən.Ola bilər kimsə desin(bu mənim subyektiv fikrimdir,yəni xəbərim yoxdur ki,deyən var,ya yox).Amma mənimçün fərq eləməz.Soruşulsa ki,siz cəfərilər təhrifə etiqad edirsiz,cavabım bu olacaq YOX!!!Əlavə olaraq qeyd edim ki,cəfərilərdən-üsulilərdən təhrifi deyənini görməmişəm.Əgər sən tanıyırsansa buyur yaz,harda deyib,harda deyibsə oranın linkini ver...Əvvəlcədən qeyd edim ki,yazmamışdan qabaq bir mpvzuya göz at gör sənin dediyini deyən olub,ya yox...Çünki 99% əldə olan hazır yerdən deyiləcək,təzə bir şey yoxdurKənanın sözündən belə başa düşdüm ki kimin desədə ama Cəfərilər 100% demiyib düz başa düşmüşəm?
#257
Отправлено 25 декабря 2011 - 01:42
Siz bizə sual verə bilərsiz, biz isə həmin sualı Sizə verə bilmərik?
Verə bilərsiniz ama bizim suala cavab verdikdən sonra. Əks halda söhbətdən qaçma sayılır. Ya da ki deməlisiniz sualın cavabını bilmirəm, hə bu zaman sual ünvanlaya bilərsiniz. Yəqin ki başa sala bildim.))
#258
Отправлено 25 декабря 2011 - 02:15
.Amma Soruşulsa ki,siz cəfərilər təhrifə etiqad edirsiz,cavabım bu olacaq YOX!!!
Bəs mən sizdən soruşsam ki "AbulHəsən Əl-Amili" cəfəri olub ya yox? sizin cavabınız nə olacaq?
#259
Отправлено 25 декабря 2011 - 09:58
sən oxuduğunu anlaya bilirsən?Elməddin deyir heç kim demiyib, ama kənan deyir bəziləri deyib. İndi konkret öz aranızda bir qərara gəlin və sonra yazım görüm dəqiq cavab hansıdı
bəli, Cəfəridir, böyük alimdir və fəzilət sahibidir.Bəs mən sizdən soruşsam ki "AbulHəsən Əl-Amili" cəfəri olub ya yox? sizin cavabınız nə olacaq?
#260
Отправлено 25 декабря 2011 - 19:00
Bismillah,mən tanımıram...qardaş,dedi cəfəri,indi de görək nə deyirsənBəs mən sizdən soruşsam ki "AbulHəsən Əl-Amili" cəfəri olub ya yox? sizin cavabınız nə olacaq?
#261
Отправлено 26 декабря 2011 - 04:07
sən oxuduğunu anlaya bilirsən?
bəli, Cəfəridir, böyük alimdir və fəzilət sahibidir.
Qardaş sən diyanda, görürsən ki səni danışdıran yoxdu.
#262
Отправлено 26 декабря 2011 - 04:08
Bismillah,mən tanımıram...qardaş,dedi cəfəri,indi de görək nə deyirsən
sən qardaşın üstünə atmada,mən qardaşla danışmıram ki mən səninlə danışıram. Yəni ki tanımırsan hə?
#263
Отправлено 26 декабря 2011 - 21:23
Bismillah,oyun oynuyursan??Mən yazdım tanımıram,şiə kitabları netdə ya ərəbcə olur,ya farsca tapılır(yəni böyük cildli,məşhurlar,rical filan).Türkcə olmur,bizim dildə vobşem.Bir dənə Əllamə Məclisinin(rə) əl-Mizan təfsiri var,türkcə o da 10cildə yaxın...Qalan azhəcmli kitablardır,ona görə də tanımıram.VƏ qeyd etmişdim ki,mən tanımıram!!!Qardaş,deyibsə cəfəridir,demək cəfəridir...sən qardaşın üstünə atmada,mən qardaşla danışmıram ki mən səninlə danışıram. Yəni ki tanımırsan hə?
Сообщение отредактировал Kanan_313N: 26 декабря 2011 - 21:26
#264
Отправлено 26 декабря 2011 - 23:58
Ona deyin görək onun bu cür sözü var?
" اعلم أن الحق الذي لا محيص عنه بحسب الأخبار المتواترة الآتية وغيرها أن هذا القرآن الذي في أيدينا قد وقع فيه بعد رسول الله صلى الله عليه وسلم شيء من التغييرات ،
Bil ki, mütavatir xəbərlərə görə haqq budur ki, hansı ki qaçmağa yer yoxdur ki, əlimizdə olan Quranda, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra dəyişiliklər baş vermişdir.
İndi bilmək istiyirəm sizin Cəfəri olan bu alim belə söz deyib?
#265
Отправлено 27 декабря 2011 - 00:49
Buna dair choxlu cavablar verilib .Yaxşı,bildik ki cəfəri olub.
Ona deyin görək onun bu cür sözü var?
" اعلم أن الحق الذي لا محيص عنه بحسب الأخبار المتواترة الآتية وغيرها أن هذا القرآن الذي في أيدينا قد وقع فيه بعد رسول الله صلى الله عليه وسلم شيء من التغييرات ،
Bil ki, mütavatir xəbərlərə görə haqq budur ki, hansı ki qaçmağa yer yoxdur ki, əlimizdə olan Quranda, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra dəyişiliklər baş vermişdir.
İndi bilmək istiyirəm sizin Cəfəri olan bu alim belə söz deyib?
#266
Отправлено 27 декабря 2011 - 01:27
Buna dair choxlu cavablar verilib .
Yəni ki bu söz yalandır belə söz demiyib hə? Yoxsa necə?
#267
Отправлено 27 декабря 2011 - 09:38
Bu onun subyektiv fikridir.Yəni ki bu söz yalandır belə söz demiyib hə? Yoxsa necə?
Hereke olmayib sureler o ardicilliqla gelmeyib.Alinin(as)tefsiri kimi tefsiri yoxdur ve sair.Amma metni eynidir.
Allah dərgahında böyük sayılan günahlardan biri də başqalarını, heç nə demədiyi, yerinə yetirmədiyi işlərdə müttəhim etməkdir.
Biz hər yerdə demişik və indi də deyirik: şiənin böyük alim və mühəqqiqlərindən heç bir kəs Qur’anın təhrif edilməsinə inanmamış və indi də inanmırlar, lakin bə’zi inadkar və təəssübkeş qruplar yenə də bu töhməti təkrarlayırlar. Onların Qiyamət günündə Allah qarşısında nə cavab hazırladıqları mə’lum deyildir, çünki həm belə töhmətlər vurur, həm də Qur’anı e’tibardan salırlar. Əgər sizin bəhanələriniz zəif rəvayətlərdən bə’ziləridirsə, onda öz kitablarınızda, hədis və təfsir mənbələrinizdə də bu kimi rəvayətlər qeyd olunmuşdur ki, yuxarıda ona işarə etdik.
Heç bir məzhəb zəif rəvayətlər əsasında qurulmur: biz heç vaxt İbni Xətib Misrinin «Əl-Furqan fi təhrifil-Qur’an» kitabına, eləcə də təhrifi göstərən zəif rəvayətlərə istinad edərək sizi Qur’anın təhrif olunmasına e’tiqadda müttəhim və Qur’ani-məcidi təxribatçı təəssüblərə fəda etmirik.
İnsaflı olun və Qur’anın təhrif olunması barəsində bu qədər danışmayın, İslama, müsəlmanlara zülm etməyin, məzhəb təəssübləri xatirinə dünya müsəlmanlarının əsl sərmayəsi olan Qur’ani-məcidin e’tibarını təhrif kəlmələrini təkrar etməklə azaltmayın, düşmənin əlinə bəhanə verməyin! Siz əgər bu yolla şiə və Əhli-beyt məktəbinin ardıcıllarından intiqam almaq istəyirsinizsə, onu bilin ki, özünüzdən asılı olmayaraq, İslamın əsaslarını sarsıtmısınız; çünki müxaliflər deyirlər ki, müsəlmanlardan böyük bir qrupu Qur’anın təhrif olunmasına e’tiqad bəsləyir, bu da Qur’an barəsində böyük bir zülmdür!
Sonda bir daha və aşkar şəkildə deyirik: şiə və sünnü mühəqqiqlərindən heç bir şəxs Qur’anın təhrif olunmasına inanmır, əziz Peyğəmbərimiz (səlləllahu əleyhi və alih)-ə nazil olan Qur’an hal-hazırda müsəlmanların əlində olan Qur’anlarla tamamilə eynidir. Qur’anın özünün aşkar buyurduğuna əsasən, onlar inanırlar ki, Allah-Taala Qur’anın hər növ dəyişiklikdən, təhrifdən və zavaldan hifz olunmasına zəmanət vermişdir. Lakin hər iki tərəfdən bu elmlərdən mə’lumatı olmayan təəssübkeşlər Qur’anın təhrif olunması ilə əlaqədar biri digərinə yersiz ittihamlar vurur və təəssüflər olsun ki, bir-birinin başına çırpırlar.
Allah-taala onların hamısını hidayət etsin!
- MirMustafa это нравится
#268
Отправлено 27 декабря 2011 - 10:50
#269
Отправлено 27 декабря 2011 - 15:07
Bu onun subyektiv fikridir.
Hmm. Başa düşdüm. Sadəcə olaraq deyirdiniz ki cəfərilərdən heç kim demiyib, ona görədə dəqiqləşdirmək istiyirdim. Allah razı olsun. Birdə ki bir şeyi qeyd edim, bir insanın ki subyektiv fikiri bu olsun onda day danışmağa dəyməz.
#270
Отправлено 28 декабря 2011 - 13:48
sən danışmağı öyrəndin? sözləri anlaya bilirsən?Qardaş sən diyanda, görürsən ki səni danışdıran yoxdu.
kitab, cild, səhifə adı, kitabın online linki və ya həmin səhifənin skanı.Yaxşı,bildik ki cəfəri olub.
Ona deyin görək onun bu cür sözü var?
" اعلم أن الحق الذي لا محيص عنه بحسب الأخبار المتواترة الآتية وغيرها أن هذا القرآن الذي في أيدينا قد وقع فيه بعد رسول الله صلى الله عليه وسلم شيء من التغييرات ،
Bil ki, mütavatir xəbərlərə görə haqq budur ki, hansı ki qaçmağa yer yoxdur ki, əlimizdə olan Quranda, Peyğəmbər sallallahu aleyhi və səlləmdən sonra dəyişiliklər baş vermişdir.
İndi bilmək istiyirəm sizin Cəfəri olan bu alim belə söz deyib?
Количество пользователей, читающих эту тему: 3
0 пользователей, 3 гостей, 0 скрытых пользователей