yadimdan cixmamiş sənə aciqlayim son nəfəsdə nəyə görə Allah Məhəmməd ya Əli demək istədiyimi inşAllah qismət olsa .ona görə indidən də tez tez deyirəm ki son nəfəsdə LA İlahə deyərəm illəllaha nəfəs catmaz küfr edərəm .ona görə Allah deyirəm tez tez sən cətin başa düşəsən onu amma.Həmcinin də Məhəmməd deyirəm (səlləllahu ələhhi və alih ) bildirirəm ki Allahin Rəsuludur.və həmcinin Ya Əli deyirəm vurqulayiram ki Allahin huccətidir.
Bismilləh,
1-ci sual) Bu dediklərini Peyğəmbər (s) və on iki imam bilmirdi? Sən tapıbsan?
2-ci sual) Xüsusilə xahiş edirəm bu suala cavab verəsən:
Əgər biz dini məsələlərdə hər şeyi tamamilə Peyğəmbər (s) və on iki imam kimi etsək səhv yoldamı olarıq?
3-cü sual) Sən öz əqlinlə din kəşf edirsən. Əqlə isə şeytan vəsvəsə verir. Yaxşı bir şey etmək istəyirsən, şeytan isə səni aldadır yaxş iş gördüyünü düşünərək pis iş görürsən. Sənin yazdığının bir neçə yöndən yanlış olduğunu mən də əqli dəlillərlə göstərim.
Mənim aşağıdakı əqli dəlillərimi qəbul edirsən:
3.1-cisi) Sənin yazdıqlarından belə başa düşürəm ki, sən qısa şəkildə kəlməyi şəhadəti demək istəyirsən. Şəhadətin belə qısadılması dində gəlməyib.
3.2-cisi) "Allah, Məhəmməd, ya Əli" kəlməsində zahirən mənası kəlmeyi şəhadət kimi başa düşülmür.Kəlməyi şəhadətdə Allahın tək ilah olması, Məhəmmədin (s) isə onun qulu və elçisi olması açıq aydın şəkildə bildirilir. Sənin dediyin ifadədə isə əuzu billəh zahirən Allah və Məhəmməd eyni dərəcəli kimi tutulur, arasında fərq bilinmir. Sən təqdirdə olaraq bunu ayırırsan. Ancaq məsələn dini bilməyən insan deyilən "Allah, Məhəmməd, ya Əli" ifadəsinə görə onları eyni dərəcəli kimi qəbul edə bilər.
3.3-cüsü) bu ifadə insanları şirkə aparan yoldur. Bəlkə də sən özün bu ifadənin təqdirdə mənasını kəlmeyi şəhadət kimi başa düşərək edirsənsə şirk etmirsən. Ancaq sən özün də bilmədən insanları şirkə dəvət edirsən. Dəlili: etdiyiniz əməlin nəticəsinə baxın. Məsələn Azərbaycanda namaz qılmayan, kitab oxumayan (cahil) camaatın böyük kütləsi var ki, "Allah, Məhəmməd, ya Əli" ifadəsini işlədir. Soruşduqda hansı mənada işlədirsən. Cavabdan aydın olur ki, məhz təvəkkül mənasında həmin ifadəni işlədirlər.Deyirlər ki, Məhəmməd və Əli Allaha yaxındırlar. Onlardan istəyirlər ki, gəlib onlara işlərində kömək etsinlər. Təsəvvür elə bu qədər insan şeytanın uydurduğu bu ifadəyə görə şirk edir.
3.4-cüsü) Sən bu fikrinlə Allahı ədalətsizlikdə ittiham edirsən. Kimsə niyyəti "Lə ilahə illəllah" demək olub, nəfəsi çatmayıb "Lə ilahə" deyibsə o küfrmü edib? Allah insanların qəlbində olanları da bilir.
Səhih Buxaridə ilk hədisdə Peyğəmbərin (s) sözü gəlir ki:"Əməllər ancaq niyyətlərə görədir". Bilirsənmi ki, niyə Buxari özünün dunyada məşhur kitabını məhz bu hədislə başlamışdır? Bununla o demək istəmişdi ki, bu kitabı yazmaqda dünyada şöhrət qazanmaq yox, təkcə Allahın razılığını qazanmaqdır.
Allah əməlləri ancaq niyyətlərə görə qiymətləndirir.
3.5-cisi) "Lə ilahə illəllah"-ın Allah qatında ən fəzilətli zikr olduğunu bilirsənmi?
səni bir həftədir sürüyürəm ki namazda Bismillahi niyə astadan deyirsiz ya demirsiz hec ,qalmisan hiqqana hiqqana,
Mən belə başa düşürəm ki, bu sizə yad bir anlayışdır. Ancaq bu sələfi əqidəsinin əsaslarından biridir. Allahdan və peyğəmbər (s)-dən əmr gəldi, itaət etmək üçün ona əqli dəlil istəmirik. "Eşitdik və itaət etdik" deyirik, "Eşitdik, hikmətini başa düşdük və itaət demirik".
Ona görə namazda "Bismilləh"-i astadan deyirik ki, səhih hədislərdə belə gəlir, Peyğəmbər (s) belə namaz qılıb. Hikmətini bilmirəm.
Mənə maraqlıdır ki, niyə sən hər şeyi əqli dəlil ilə əməl edirsən? Məsələn zöhr və əsr namazlarını niyə 4 rükət qılırsan? Bunun əqli dəlili nədir?
4 CUR NAMAZ OLAR SUNNƏDƏ ?
Bax bunu düz deyirsən. Bax gəldin əsl mətləbin üstünə. Şiələrin məşhur insanları çaşdırmaq metodlarından biridir. Səni də görünür bu yolla çaşdırıblar. Şiələrdən hansı məsələ ilə bağlı dəlil soruşsan, cavab tapmayanda söhbəti fırladırlar ki, sünnülərdə buna bənzər filan məsələ 4 cürdür. Yəni hələ yaxşısı bizik, sünnülərə heç yaxınlaşma.
Ancaq şiələrin firqələri arasında da çox kəskin fərqlər var. Məsələn zeydilər, ələvilər və cəfərilərin ibadətləri kəskin fərqlənir. Ələvilər ümumiyyətlə namaz qılmırlar. Heç bundan danışmırlar.
Yaxşı sən səbəblərini araşdırmısanmı ki, niyə sünnədə 4-cürə namaz var?
Sələfilər təkcə şiələri baltalamır ki, hənəfiləri, şafiləri, sufiləri və s. da baltalayırlar.
Bunu ağızdan eşitmişəm dəqiq hardansa oxumamışam. Şeyx Albani əvvəllər hənəfi olub. Məsciddə hənəfilər və şafilər namazı növbə ilə qılırdılar, Bir məzhəb qılıb qurtardıqdan sonra çıxır o biri məzhəb namazı qılırdılar. Şeyx Albaniyə bu məsələ təəccüblü gəlir, nəyinsə düz olmadığını başa düşür. Bu məsələni araşdırır, görür ki, hər ikisi namazı düzgün qılmır.
Doğru olan budur ki, səhih hədislərdə gələn namaz bir dənədir.
Peyğəmbər (s) namazı səni maraqlandırır? Şeyx Albaninin kitabı var: "Peyğəmbərin (s) namazı təkbirdən təslimədək gözlərinin önündə".
Hər bir kiçik detal xırdalığı ilə hədislərlə göstərilmişdir. Həmin kitabda "Bismilləh" in alçaqdan deyilməsi ilə bağlı dəlilləri də göstərib.
4 cürə namaz olmasına səbəb nədir? Sonradan çıxmış əsrlərlə edilmiş və üst-üstə yığılmış yeniliklər - bidətlər. Hər dini məktəb (məzhə
əsrlər boyunca öz məntiqinə uyğun doğru hesab etdiyi dinə kiçik yeniliklər etmişdir. Hər kəsin də məntiqi müxtəlif cür olduğundan belə müxtəlif yeniliklər edilərək fərqliliklər yaranmışdır.
Ancaq burda bir məsələyə diqqət yetirilməlidir ki, Əbu Hənifə, Malik, Şafi, Əhməd bin Hənbəl doğru (sələfi əqidəsində) əqidədə olmuş, bidətçi olmamışlar.
Onlar hansı məsələlərdə əllərində hədis olmuş, həmin məsələdə hədis qəbul etmiş, hədis olmayan məsələlərdə isə oxşar səhih hədisə əsasən ictihad etmişlər.
Bu 4 alimin hər birinin oxşar mənada sözləri var ki, hansı məsələdə mənim dediyim ilə zidd olan hədis ilə rastlaşsanız mənim dediyimi tərk edin, hədisi qəbul edin.
İnsanların da əksəriyyəti din elmini hədislərdən yox, öz alimindən və ya camaatın adət-ənənəsindən öyrənib.
Amma özlərini bu alimlərinin davamçıları hesab edən çox insanlar əməllərinə zidd olan hədislərə əhəmiyyət verməyərək öz aliminin yolu ilə gedirlər.
Eləcədə şiələrin namazı. Əgər detallara getsək sən öz namazının detallarının 90% ilə bağlı səhih dəlillər tapa bilməzsən.
Məsələn təkbirdə əlləri hara qədər qaldırmalısan və ya namazın hansı təkbirlərində əlini qaldırmalısan, hansılarda yox.
Sizin hədis kitablarınız o qədər kasaddır ki, adicə işə başlamaqla bağlı Peyğəmbər (s) və on iki imamdan bir dənə hədis yoxdur. O ki, qaldı namazın detalları. Həmişə istinad verilir alimlərə ki, alimlər belə deyir. Alimlərə nəyə əsasən belə deyir, ondan danışan yoxdur.
Necə sən "Allah, Məhəmməd, ya Əli" ifadəsini heç bir dəlil olmadan işlədirsən və necə sənin alimlərin heç bir dəlil olmadan bütün namazlarda "Bismilləh"-i ucadan deməyi müstəhəb bilirlər. Öz ağlınıza və əqlinizə uyğun gəlir. Ancaq dində belə bir şey yoxdur.
Məsələn bir işə başlayanda sən "Allah, Məhəmməd, ya Əli" deyirsən, mən "Bismilləh" deyirəm. Kənardan baxan və dindən məlumatı olmayan insan bunların fərqli olduğunu görür.
Eləcə də həmin məzhəblərin alimləri öz ağıllarına və öz məntiqlərinə uyğun gəldikləri üçün belə bidətlər edir.
Dediklərimin təsdiqi üçün məsələn sən araşdır ki
1) Nəyə əsasən sizin alimlər bütün namazlarda "Bismilləh"-in ucadan deyilməsi müstəhəb olduğunu deyirlər?
ayə və ya səhih hədis göstərə bilərsənmi?
2) Nəyə əsasən sən bütün namazlarda "Bismilləh"-in ucadan deyilməsi möminə xas xüsusiyyət olduğunuhesab edirsən?
ayə və ya səhih hədis göstərə bilərsənmi?