Отправлено 29 апреля 2012 - 12:11
Bundan əlavə, "Səhifətus-Səccədiyyə"-dən İmam Zeynulabidinin (ə) Ramazan ayı başlayarkən etdiyi duadan ( 44-cü duadan ) bir hissəni yazıram :
أللَّهُمَّ إنِّي أَسْأَلُكَ بِحَقِّ هَذَا الشَّهْرِ، وَبِحَقِّ مَنْ تَعَبَّدَ لَكَ فِيهِ مِنِ ابْتِدَائِهِ إلَى وَقْتِ فَنَائِهِ
مِنْ مَلَك قَرَّبْتَهُ أَوْ نَبِيٍّ أَرْسَلْتَهُ أَوْ عَبْد صَالِح اخْتَصَصْتَهُ أَنْ تُصَلِّيَ عَلَى مُحَمَّد وَآلِهِ،
İlahi,səni and verirəm Bu ayın haqqına , bu ayın əvvəlindən sonuna qədər sənə ibadət edənlərin haqqına , Yaxın etdiyin mələyin haqqına, və ya , göndərdiyin nəbinin haqqına, və ya , xüsusi seçdiyin saleh bəndənin haqqına ki, Muhəmməd və Ali ( Muhəmmədə ) salavat göndərəsən!
"Nun. And olsun qələmə və qələmə alınanlara!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.