Səhih Muslim kitab 5. Zəkat. hədis 2285.
İbn Abbas deyir ki, peyğəmbər (s) dedi: Adəm oğlunun sərvətlə dolu vadisi olsaydı o bundan birini də istəyəcəkdi. Onun qarnını torpaqdan savayı heç nə doldurmayacaq (14:13) və Allah Ona qayıdana qayıdır (14:14). İbn Abbas deyir: mən bilmirəm bunlar Quran ayələridir ya yox. Zuhayrdən gələn rəvayətdə deyilir: mən bilmirəm bunlar Quran ayələridir ya yox. Və o İbn Abbası zikr etmir. [/indent]
Gördüyünüz kimi peyğəmbərin vəfatından sonra səhabələr çaşbaş qalıblar, bilmirlər ki, bu ayələri Qurana yazsınlar, ya yox. Bilmirlər ki, bunlar Quran ayəsidi ya yox. Bəlkə ayədir, bəlkə də yox.
Səhih Muslim kitab 5. Zəkat. hədis 2286.
Əbu Musa Əşəri Bəsrədən qareləri dəvət edir. Onun dəvətinə üç yüz nəfər cavab verdi. O onlara dedi: Siz qaresiz (Quran oxuyan) və Bəsrə əhalisinin yaxşılarısız. Quranı tez tez oxuyun ki, o keçmişdəkilərin yadından çıxdığı kimi sizin də yadınızdan çıxmasın. Biz uzunluğu Bəraət surəsi boyda olan bir surə oxuyardıq, amma indi o mənim yadımdan çıxıb. Yadımda qalan yalnız onda olan bu ayədir: Adəm oğlunun iki sərvətlə dolu vadisi olsa o üçüncüsünü axtaracaq. Onun qarnını torpaqdan savayı heç nə doldurmayacaq. Həmçinin biz Müsabbihat surəsinə oxşar bir surəni oxuyardır ki, o da mənim yadımdan çıxıb. Ondan yadımda qalan yalnız bu ayələrdir:
Ey iman gətirənlər! Etməyəcəyiniz bir şeyi niyə deyirsiniz? (61:2)
Biz hər bir insanın əməlini öz boynundan asar və qiyamət günü (bütün əməllərini) açıq kitab kimi qarşısına qoyarıq. (17:3)
Fikir verin Əbu Musa deyir ki, biz Bəraət surəsi boyda (129 ayə) surəni oxuyurduq, amma indi o mənim yadımdan çıxıb. Əhli-sünnət deyir ki, bu ayələr nəsx olunub. Amma O (Əbu Musa) nəsxdən danışmır, demir ki, o surə nəsx olunmuşdur! Həmçinin mən ümid edirəm ki, siz bütöv surənin nəsx olunmasını iddia etmək fikrinə düşməyəcəksiz. Amma Əbu Musanın təkcə bu surə yox, həmçinin digər, Müsabbihat surəsinə oxşar bir surə də yadından çıxıb və məhz buna görə də o qareələri çağırıb ki, onlar Quranı təkrar etsinlər və camaat da onu eşitsin. O Müsabbihat surəsinə oxşayan surədən Əbu Musanın yadında yalnız iki ayə qalıb. Fikir versəz indi o ayələr Quranda ayrı ayrı surələrdədir.
"Adəm övladının qarnını yalnız torpaq doldurar" sözləri həqiqətdə peyğəmbərin sözləridir, lakin səhabələrdən bəziləri bunun Qurandan olduğunu zənn ediblər... Bunu bizlərə əl-Buxaridəki digər rəvayət izah etməkdədir:
حدثنا عبد العزيز بن عبد الله حدثنا إبراهيم بن سعد عن صالح عن ابن شهاب قال أخبرني أنس بن مالك أن رسول الله صلى الله عليه وسلم قال لو أن لابن آدم واديا من ذهب أحب أن يكون له واديان ولن يملأ فاه إلا التراب ويتوب الله على من تاب وقال لنا أبو الوليد حدثنا حماد بن سلمة عن ثابت عن أنس عن أبي قال كنا نرى هذا من القرآن حتى نزلت ألهاكم التكاثر
"Ənəs bin Malik bizə xəbər verdi ki, Allahın Elçisi - salləllahu aleyhi va səlləm - dedi: "Əgər Adəm övladının bir vadi qızılı olsaydı iki vadi qızılının olmasını istərdi, onun ağzını torpaqdan başqa heç bir şey doldurmaz. Allah tövbə edənin tövbəsini qəbul edər." Əbul-Vəlid bizə dedi: Həmməd bin Sələmə bizə Sabitdən, o da Ənəsdən, o da Ubey bin Kəbdən rəvayət edir: ""Əlhəkumət-təkəsur" ayələri nazil olana qədər, bunu biz Qurandan hesab edirdik."İbn Hacər - rahiməhullah - "Fəthul-Bari" kitabında deyir:
"قوله كنا نرى بضم النون أوله أي نظن ويجوز فتحها من الرأي أي نعتقد
قوله : هذا لم يبين ما أشار إليه بقوله : هذا وقد بينه الإسماعيلي من طريق موسى بن إسماعيل عن حماد بن سلمة ولفظه " كنا نرى هذا الحديث من القرآن لو أن لابن آدم واديين من مال لتمنى واديا ثالثا الحديث دون قوله : ويتوب الله إلخ .
قوله حتى نزلت ألهاكم التكاثر زاد في رواية موسى بن إسماعيل " إلى آخر السورة " وللإسماعيلي أيضا من طريق عفان ومن طريق أحمد بن إسحاق الحضرمي قالا " حدثنا حماد بن سلمة " فذكر مثله وأوله " كنا نرى أن هذا من القرآن إلخ "
"Onun "biz bunu Qurandan hesab edirdik" sözləri, yəni zənn edirdik. Bunun etiqad edirdik anlamında olması da mümkündür.
Onun "bunu" sözünə gəldikdə isə, bununla nəyə işarə etdiyi aydın deyildir. əl-İsmayili bunu Musa bin İsmayıl yolu ilə Həmməd bin Sələmədən rəvayətində izah etmişdir: "Biz bu hədisi Qurandan sayırdıq: "Adəm övladının bir vadi malı olsaydı, ikincisini arzu edərdi..." və burada Allah tövbələri qəbul edir sözləri yoxdur.
Onun "Əlhəkumuttəkəsur" ayələri nazil olana qədər" sözünə gəldikdə isə, Musa bin İsmayılın rəvayətində isə "surənin axırına qədər" sözləri əlavə olaraq rəvayət olunmuşdur. İsmayilinin də Affan yolu ilə və Əhməd bin İshaq əl-Hadrəmi yolu ilə rəvayətində deyir: "Bizə Hamməd bin Sələmə rəvayət etdi: və bunun eynisini zikr etmişdir və bunun əvvəlində deyir: "Bunun Qurandan olduğunu hesab edirdik."Daha sonra isə deyir:
"
ووجه ظنهم أن الحديث المذكور من القرآن ما تضمنه من ذم الحرص على الاستكثار من جمع المال والتقريع بالموت الذي يقطع ذلك ولا بد لكل أحد منه فلما نزلت هذه السورة وتضمنت معنى ذلك مع الزيادة عليه علموا أن الأول من كلام النبي - صلى الله عليه وسلم - ، وقد شرحه بعضهم على أنه كان قرآنا ونسخت تلاوته لما نزلت ألهاكم التكاثر حتى زرتم المقابر فاستمرت تلاوتها فكانت ناسخة لتلاوة ذلك وأما الحكم فيه والمعنى فلم ينسخ إذ نسخ التلاوة لا يستلزم المعارضة بين الناسخ والمنسوخ كنسخ الحكم والأول أولى وليس ذلك من النسخ في شيء
"
Onların bu hədisi Qurandan saymaqlarının səbəbi onun çoxlu mal toplamağa hərisli olmağı zəm etməsi və bu mal toplama işinə son qoyan ölümü günahlandırmaları mənasını ifadə etməsi idi, hər bir kəsdə bunun olması qaçınılmazdır. Lakin bu surə nazil olub bu mənanı və üstəlik daha ziyadə bir mənanı əhatə etməsi ilə, bildilər ki, birincisi peyğəmbərin - salləllahu aleyhi va səlləm - sözündəndir. Bəziləri isə bunun Qurandan olduğunu, lakin daha sona "əlhəkumuttəkəsur" surəsi nazil olduqda isə tilavətinin nəsx olunduğunu deyirlər, ikincisinin tilavəti davam etdi və birincisinin tilavətini nəsx etmiş oldu. Lakin hökm və məna qaldı, çünki tilavətin nəsx olunması hökm nəsində olduğu kimi nasix ilə mənsuxun bir-birinə zidd olmasını tələb etməz. Lakin birinci izah daha uyğundur, burada nəsx ilə əlaqədar bir şey yoxdur." http://www.islamweb....p;bookhad=11780Aydın olur ki, bəzi səhabələr peyğəmbərin həmin sözlərini Qurandan hesab ediblər, lakin daha sonra məsələ onlara aydın olmuşdur. Bununla da Əbu Musanın bu ayəni Quranın nəsxindən hesab etməsi şübhəsi aydın olur. İbn Abbasın sözlərinə gəldikdə isə, İbn Abbas həmin sözlərin öz zamanında mövcud olmuş Quranın bir hissəsi olub olmamasında şübhə etməmişdir. İbn Abbas bunun Quranın nəsx olmuş ayələrindən olub olmamasında şübhə etmişdir. Rəvayətdən aydın olur ki, İbn Abbas bu sözləri peyğəmbərin – salləllahu aleyhi va səlləm – özünə aid etmişdir və digər rəvayətlərə nəzər saldıqda görürük ki, bəzi kəslər (qeyri-səhabələr) bunun nəsx olunmuş ayələrdən olduğunu zənn ediblər. Zahir budur ki, İbn Abbas peyğəmbərin bu sözləri haqqında insanların dediklərini eşitdiyi üçün, həmin sözlərin Quranın nəsx olunmuş ayəsi olub olmaması barəsində şəkk etdiyini ifadə etmişdir. Yoxsa zənn edildiyi kimi həmin bu sözlərin Qurandan olub olmaması haqqında heç bir şəkki olmamışdır. Çünki mushafda sabit olmuş Quran bir məsələdir, ondan nəyin nəsx olunub olunmaması isə başqa məsələdir. əl-Alləmə əl-Ayni əl-Hənəfi “Umdətul-Qari” kitabında (23/46) deyir:
“قوله قال ابن عباس فلا أدري من القرآن هو أم لا يعني الحديث المذكور يعني من القرآن المنسوخ تلاوته”
“Onun “İbn Abbas dedi: “Bunun Qurandan olub olmamasını bilmirəm”, yəni sözü gedən peyğəmbərin hədisinin tilavətinin nəsx olunmuş Qurandan olmasını.”Belə bir rəvayətin bir bənzəri İmam Əhmədin müsnəd əsərində gəlmişdir. Şeyx Şueyb əl-Ərnavut “Müsnəd Əhməd”də eyni rəvayətin təhqiqində (1/370) bu sözləri deyir:
“
وقول ابن عباس " فلا أدري أمن القرآن هو أم لا " كما جاء عند غير واحد ممن خرجه قاطع بنفي قرآنية هذا الكلام نفيا باتا لأن القرآن لا يمكن أن يثبت على الشك ولابد في إثباته من القطع بتلقي نصه عن رسول الله صلى الله عليه وسلم تلقيا متواترا ... . ثم ذكر أحاديث صحيحة فيها أنه من كلام النبي صلى الله عليه وسلم مثل ما عند البخاري 6439و6440 وقال : وقد وردت أحاديث عن غير واحد من الصحابة وفيها أن هذا كان قرآنا ثم نسخ وكلها ضعيفة لا تصح لا تناهض الروايات الصحيحة السابقة منها ما عند مسلم 1050 من حديث أبي موسى ... وضعفه لحال سويد بن سعيد
İbn Abbasın "Bunun Qurandan olub olmadığını bilmirəm" sözü bu kəlimənin Qurandan olmasını qəti inkar edir, çünki Quranın şəkk üzərində isbat olunması mümkün deyildir, onun isbatında peyğəmbərdən açıq şəkildə gəldiyi qəti və mütəvatir olaraq bilinən elmlə bilinməlidir. Səhabələrdən bəzilərindən bu sözlərin Qurandan olması, sonra nəsx olunması haqqında rəvayətlər gəlmişdir, bunların hamısı zəifdir, heç biri səhih deyildir."Bir də Quranda musəbbihat adlı bir surə yoxdur, musəbbihə təsbih ilə başlayan surələrə verilmiş addır. Hədisdə isə deyilir ki, "musəbbihə surələrindən birinə bənzər..."
Şiə alimləri özləri etiraf edirlər ki, Qurandan tilavəti nəsx olunmuş böyük həcm ayələr vardır. Məsələn, Əbu Əli ət-Tabərsi “Məcmə əl-Bəyan”da (1/409), Əbu Cafər ət-Tusi “ət-Tibyan”da (1/394) bu barədə Zirr bin Hubeyş’in rəvayətini dəlil gətirmişdir.