ibni Teymiyyənin l.a kafir olduğunu deyən sünnü alimləri var? əgər belə alimlərdən xəbərdar olanlar varsa xahiş edirəm yazsınlar.
IBNI TEYMIYYE VE MUSTAFA ISLAMOGLU CEHENNEMIN SONSUZ OLDUGUNU INKAR EDIYORLAR
Ibni teymiyye
Отправлено 23 апреля 2011 - 22:23
ibni Teymiyyənin l.a kafir olduğunu deyən sünnü alimləri var? əgər belə alimlərdən xəbərdar olanlar varsa xahiş edirəm yazsınlar.
Отправлено 28 апреля 2011 - 17:36
Отправлено 01 мая 2011 - 16:54
Сообщение отредактировал 3_Rengli_HeyaT: 01 мая 2011 - 16:54
Отправлено 10 сентября 2012 - 16:49
Şeyx İbn Teymiyyə və Əhli Beyt
Əssalamu aleykum va rahmatullah
Bəzi insanlar Şeyxülİslam İbn Teymiyyəni (rahimullah) nasibilikdə təqsirləndirirlər, halbuki Şeyx İbn Teymiyyə (rahimullah) Əhli Beyti (Allah onlardan razı olsun) ən çox sevənlərdən biri olub. Aşağıdakı yazılar bunu bir daha sübut edir:
1) Şeyx ibn Teymiyyədən (rahimullah) Əli ibn Abu Talibin (Allah ondan razı olsun) Əhli Beytdən olmadığını söyləyən bir nasibi barəsində soruşdular. Şeyx İbn Teymiyyə cavab verdi: Əli ibn Abu Talibin Əhli Beytdən olması barədə heç bir fikir ayrılığı yoxdur. Bu o qədər açıq-aydındır ki, buna heç dəlil belə lazım deyil. Daha doğrusu, o, Peyğəmbərdən (səllallahu aleyhi və səlləm) sonra Əhli Beytin və Banu Haşimin ən yaxşısıdır. Peyğəmbər (səllallahu aleyhi və səlləm) öz paltarını Əli, Fatimə, Həsən və Hüseynin üzərinə salaraq demişdir, "Ya Allah, bunlar mənim Əhli Beytimdir, onları pis əməllərdən, günahlardan təmizlə və onları tərtəmiz elə" (Fətava əl-Kubra, 1/56. Şeyx İbn Teymiyyə)
2) "Kim ki Hüseyni öldürmüşdür, onun öldürülməsində iştirak etmişdir və onun öldürülməsinə sevinmişdir, Allah onlara lənət eləsin!” (Məcməul Fətava, 1/392)
3) "Və Əli, Allah ondan razı olsun, əlbəttə ki Allahın sevimlisi idi” (Minhəcüs Sünnə, 7/218)
4) "Şübhə yoxdur ki, Əli ilə dostluq bütün möminlər üçün vacibdir” (Minhəcüs Sünnə, 7/27)
5) "Əli ibn Abu Talib, Həsən və Hüseyn (Allah onlardan razı olsun) böyük səhabələrdən idi və onların fəzilətinə heç bir şübhə yoxdur. Əli ibn əl-Hüseyn, Muhamməd ibn Əli əl-Baqir, Cəfər ibn Muhamməd əl-Sadiq və Musa ibn Cəfər böyük alimlərdən olmuşdular. Əli ibn Musa əl-Rida, Muhamməd ibn Əli ibn Musa əl-Cavad, Əli ibn Muhamməd ibn Əli əl-Əskəri və əl-Həsən ibn Əli ibn Muhamməd əl-Əskəri isə çox hörmətli möminlərdən olmuşdular. (Minhəcus-Sünnə 2/243, 244. 6/387)
6) "Əli (Allah ondan razı olsun) və digərləri möminlərin dostlarıdır. Bu Peyğəmbərin (səllallahu aleyhi və səlləm) dövründə belə idi, onun (səllallahu aleyhi və səlləm) vəfatından sonra belə idi, Əlinin (Allah ondan razı olsun) vəfatından sonra da belə idi. Əli (Allah ondan razı olsun) indi də möminlərin dostudur." (Minhəcus-Sünnə, 7/325)
7) "Şübhə yoxdur ki, Əli (Allah ondan razı olsun) çox cəsarətli, mühacirlərin və ənsarların ilk səflərində mübarizə aparan səhabə idi." (Minhəcüs-Sünnə, 8/76)
8) "Şübhə yoxdur ki, Əlinin yanında olan Əmmar, Səhl ibn Xuneyf kimi səhabələr Müaviyyənin yanında olan səhabələrdən üstün idilər." (Məcmuətul Rəsail, səh, 61)
Отправлено 10 сентября 2012 - 21:16
Отправлено 12 сентября 2012 - 02:03
Əli Zülfiqarın da dərsini verəcəm. Osman Xəmisin tulalarındandır. Onun Əli əs barədə səhih rəvayətləri necə zəif çıxarmağına baxsan şəxsiyyəti aydın olacaq.
Отправлено 12 сентября 2012 - 03:13
Əl-Məclisi demişdir: Altıncı: Ziyarəti (təvafı) edib qurtardıqdan sonra iki rükət namaz qılanın hökmü: Əgər peğəmbəri ziyarət edirsə, bu (iki rükəti) "Rövza"da qılır, imamlardan birinin ziyarətindədirsə, onda baş tərəfdə duraraq, qılır. Əgər məsciddə qılarsa, bu da caizdir. Qəbrə tərəf namaz qılmağa rüxsət verilməsi barədə də rəvayət edilmişdir. Qiblənin əks istiqamətinə də durub qılarsa, caizdir. ("Biharul-ənvar", cild 97, səh. 134)
(Ya Rəsulum!) Biz sənin üzünün göyə tərəf çevrildiyini görürük, ona görə də səni razı olduğun qibləyə tərəf döndərəcəyik. İndi üzünü Məscidülhərama tərəf çevir! (Ey müsəlmanlar!) Harada olsanız (namaz vaxtı) üzünüzü oraya döndərin! Kitab verilmişlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu yaxşı bilirlər. Allah onların əməllərindən xəbərsiz deyildir.
Əl Bəqərə surəsi (2), 144-cü ayə
Hz. İmam Cəfəri Sadiq (ə) buyurmuşdur :
"Allah Təalanın üç qoruğu vardır. Heç bir şey onların bərabərində ola bilməz. Kitabı ki, nur və hikməttir, evi ki onu xalqa qiblə qərar vermişdir və heç kimin ondan qeyrisinə yönəlməsini qəbul etməz ; Biri də Peyğəmbərinizin (s) Əhli Beytidir."
Əl Vəsail, c. 3, s. 218
"Allah Kəbəni Məscidül Həramda olanlara, Məscidül Həramı, Həram əhlinə, Həramı da bütün Dünya xalqına qiblə qərar vermişdir."
Əl Vəsail, c. 3, s. 220
Сообщение отредактировал samral: 12 сентября 2012 - 03:15
Отправлено 18 октября 2012 - 22:59
Отправлено 19 октября 2012 - 02:04
Отправлено 20 октября 2012 - 02:12
Отправлено 20 октября 2012 - 14:10
Ibn teymiyyenin(l)sozunden bela cixirki yezid shiye olub(estagfrullah)???Əli Zülfüqar adlı bir şəxs öz şəxsi bloqunda İbn Teymiyyə və onun Əhli Beyt-ə baxışı haqqında belə bir məqalə yerləşdirib.
MƏNBƏ
ЛАББЕЙК ЙА ХУСЕЙН!!
www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549
Отправлено 11 декабря 2012 - 04:18
Отправлено 11 декабря 2012 - 04:39
Отправлено 15 декабря 2012 - 16:56
Əli Zülfiqarın da dərsini verəcəm. Osman Xəmisin tulalarındandır. Onun Əli əs barədə səhih rəvayətləri necə zəif çıxarmağına baxsan şəxsiyyəti aydın olacaq.
Сообщение отредактировал alizulfuqar: 15 декабря 2012 - 16:57
Отправлено 16 декабря 2012 - 02:43
Отправлено 16 декабря 2012 - 03:01
Dalımca niyə danışırsan ala-bula boz keçi. Osman Xəmis qardaşın heç bir kitabını oxumamışam və ya audiosunu belə dinləməmişəm, Əlinin (Allah ondan razı olsun) (halbuki sən sadəcə "əs" yazdın, bununla da ona qarşı hörmətini göstərdin) fəziləti barədə yetərincə səhih hədislər var və bunu heç kim danmır. Görəsən hansı səhih rəvayətləri zəif etmişəm? Deyəsən məni Əbu Əfəndi qardaşımızla səhv salmısan.
Əvvəlcə özüvə dərs keç, sonra danışarsan, ok?
Əli haqq ilə, haqq isə Əli ilədir hədisi və onun zəif hədis olması barədə
Əssalamu alekum va rahmatullah!
Hədis: “Əli haqq ilə, haqq da Əli ilə”
1) əl-Heytəmi “Məcməul Zəvaid” (12031) kitabında yazmışdır:
“Bəzzar rəvayət edib, sənədində Sad ibn Şuayb var, onu tanımıram, qalan ravilər səhih (kitabların) raviləridir”.
2) əl-Xatib əl-Bağdadi öz “Tarix” (14/322, 6/312) əsərində Ümm Sələmədən rəvayət etmişdir: “Əli haqq ilə, haqq da Əli ilədir, onlar hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar”.
“Sənədində Yusif ibn Muhəmməd ibn Əli əl-Məvədab var, ondan münkər rəvayətlər nəql ediblər (Mizanül İtidal 4/473/9885). Sənədində Əli ibn Hişam ibn Burayd və atası var, hər ikisi qatı şiə kimi tanınır. İbn Numayr Əli ibn Hişam barədə demişdir: “O, hədisdə münkərdir”.
Həmçinin
sənədində Abdussalam ibn Salih var. Abu Abdullah əl-Hakim demişdir: “Abdussalam ibn Salih Abu Muaviyədən, Xammad ibn Ziyaddan, Abbad ibn al-Avamdan münkər hədislər rəvayət etmişdir. (əl-Mədxəl ilə səhih, 139). Daraqutni: “Habiz rafizi”. (Mizanül İtidal, 2/616/5051)
Vassalamu alekum
الحجة الخامسة : روى البيهقي في السنن الكبير عن أبي هريرة قال : كان رسول الله صلى الله عليه وسلم يجهر في الصلاة ببسم الله الرحمن الرحيم ، ثم إن الشيخ البيهقي روى الجهر عن عمر بن الخطاب ، وابن عباس ، وابن عمر ، وابن الزبير ، وأما أن علي بن أبي طالب رضي الله عنه كان يجهر بالتسمية فقد ثبت بالتواتر ، ومن اقتدى في دينه بعلي بن أبي طالب فقد اهتدى ، والدليل عليه قوله عليه السلام : اللهم أدر الحق مع علي حيث دار .
Beşindi dəlil: Beyhəqinin "əs-Sünən əl-kəbir"də Əbu Hureyrədən rəvayət etdiyi hədisdə deyilir: "Rəsulullah (s) namazlarında "Bismillahir-Rəhmanir-Rəhim"i ucadan söyləyirdi." Sonra əl-Beyhəqi Ömər b. əl-Xəttab, İbn Abbas, İbn Ömər və İbn Zubeyrdən də "Bismillah"ı ucadan söylədiklərini nəql etmişdir. Əli b. Əbi Talibə (ə.s) gəldikdə isə onun "Bismillah"ı ucadan oxuması təvatürlə sabit olmuşdur. Kim dinində Əli b. Əbi Talibə iqtida edərsə (tabe olarsa), o şəxs mütləq hidayətə çatar. Bunun dəlili isə Peyğəmbərin (s) bu sözüdür: "Allahım, Əli hara dönərsə haqqı da onunla bərabər döndər."Отправлено 16 декабря 2012 - 05:39
“Əlinin üzünə baxmaq ibadətdir” hədisi və onun zəif hədis olması barədə
Əssalamu alekum va rahmatullah
Bu hədisin zəif olmasını aşağıdakı alimlər qeyd etmişdilər:
1) İbn Cauzi “əl-Məvdua” (1/361) kitabında qeyd etmişdir ki bu hədis bütünlüklə uydurmadır
2) İmam Zəhəbi “Mizanul İtidal” (4/401) kitabında bu hədisin uydurma olduğunu demişdir.
3) İbn Həcər əl-Əsqalani də “Lisanul Mizan” (1/572) kitabında hədisin uydurma olduğunu demişdir.
4) Muhəmməd Nəsirəddin əl-Əlbani “Zəif əl-Cami” (5992) və “Silsilə əz-Zəifə” kitablarında hədisin zəif olduğunu qeyd etmişdir.
Hədisdə olan ravilər barədə:
1) Müstədrək (4682) kitabında olan hədisin raviləri: a) Yəhya ibn İsa ər-Rəmli – Nəsai onun güclü ravi olmadığnı demişdir. Yəhya ona zəif demişdir. əl-Əməş – o rəvayət etdiyi hədisi qeyd etməmişdir ki o doğurdan da sonrakı ravidən eşidib yoxsa yox. c) Salib ibn Müqatil – Daraqutni demişdir ki o güclü ravi deyil.
2) Müstədrək (4683) kitabında olan hədisin raviləri: a) Asim ibn Əli - ibn Muin demişdir ki o heç nədir. Nəsai demişdir ki o zəifdir. Əbdürrəhman ibn Abdullah əl-Məsud – onun barəsində alimlərdə ixtilaf var. c) Museyb ibn Zuheyr – onun etibarlılığı bilinmir.
3) Xatib (2/51) tərəfindən nəql olunmuş hədisin raviləri: a) Muhəmməd ər-Razi – Daraqutni onun zəif olduğunu demişdir. Muhəmməd ibn Ayub – İbn Cauzi “əl-Məvdua” (1/362) kitabında qeyd etmişdir ki, bu bilinmir ki Muhəmməd ibn Ayub sonrakı ravi ibn Xəlifətdən rəvayət eşidib. Sonra isə kitabda qeyd edir ki İbn Hibban onun barəsində (ibn Ayub) demişdir ki, o saxta hədislər nəql edir.
4) İmam Zəhəbi "Təlxis" (1, 119-120) kitabında yazıb: “Abdullah ibn İbrahim Zaynabi, Məhəmməd ibn Süfyan, Usman ibn Yaqub, Məhəmməd ibn Məhəmməd Basri, Hamanidan, ibn Fudayldan, Yazib Abu Ziyatdan, Mucahitdan, ibn Abbasdan mərfu olaraq: "Əliyə baxmaq ibadətdir". Hamani yalançı olub”
Allah daha yaxşı bilir!
Vassalamu alekum
1) Müstədrək (4682) kitabında olan hədisin raviləri: a) Yəhya ibn İsa ər-Rəmli – Nəsai onun güclü ravi olmadığnı demişdir. Yəhya ona zəif demişdir. əl-Əməş – o rəvayət etdiyi hədisi qeyd etməmişdir ki o doğurdan da sonrakı ravidən eşidib yoxsa yox. c) Salib ibn Müqatil – Daraqutni demişdir ki o güclü ravi deyil.
حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ بْنِ أَبِي شَيْبَةَ، ثنا أَحْمَدُ بْنُ بُدَيْلٍ الْيَامِيُّ، ثنا يَحْيَى بْنُ عِيسَى، عَنِ الأَعْمَشِ، عَنْ إِبْرَاهِيمَ، عَنْ عَلْقَمَةَ، عَنْ عَبْدِ اللَّهِ، عَنِ النَّبِيِّ (ص) قَالَ: «النَّظَرُ إِلَى وَجْهِ عَلِيٍّ عِبَادَةٌ».
Отправлено 16 декабря 2012 - 13:50
Həmçinin bu hədisi zəif göstərməyə çalışmısan.
Çox gözəl. Hədisi səhih və həsən hesab edən, bu fəzilətin yalnız Əliyə (ə.s) aid olduğunu deyənlərin adları harda qaldı? Bayaqkı hədisdə Hafiz əl-Heysəminin rəyini gətirmişdin. Bəs burda niyə gətirməmisən?
İbn Şahin, Hafiz əl-Heysəmi, əl-Heytəmi, Suyuti, əl-Hakimin sözləri harda qaldı? əl-Fitəni, Munavi və Kəttaninin bu hədisin təvatürlüyü barədə sözləri harda qaldı?
Bu hədis müxtəlif ləfzlərlə 18 səhabədən nəql edilmişdir. Hansı cəsarətlə buna zəif deyirsən?
Bu hədisin sənədi:حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ بْنِ أَبِي شَيْبَةَ، ثنا أَحْمَدُ بْنُ بُدَيْلٍ الْيَامِيُّ، ثنا يَحْيَى بْنُ عِيسَى، عَنِ الأَعْمَشِ، عَنْ إِبْرَاهِيمَ، عَنْ عَلْقَمَةَ، عَنْ عَبْدِ اللَّهِ، عَنِ النَّبِيِّ (ص) قَالَ: «النَّظَرُ إِلَى وَجْهِ عَلِيٍّ عِبَادَةٌ».
1. Muhəmməd b. Osman
2. Əhməd b. Budəyl
3. Yəha b. İsa
4. Aməş
5. İbrahim
6. Əlqəmə
7. Abdullah
Sənin birinci iradın Yəhya b. İsa ər-Rəmliyədir. Bu məlumatları niyə bölüşməmisən bəs?
Bu şəxs Səhih Müslmin, Tirmizinin, Əbu Davudun ravilərindəndir.
İbn Həcər deyib: "səduqdur, xəta edərdi." (Təqrib ət-Təhzib, №7619)
Əhməd, Sələmə, İbn Hibban və əl-İcli onu etibarlı hesab ediblər. (Təhzib ət-Təhzib, 4/380-381)
əz-Zəhəbi onu özünün "Zikr əsma min təkəlləmə fihi və huva muvassaq" kitabında qeyd etmişdir.
İkinci irad Aməşin müdəllis olması və "an" ilə rəvayət etməsinədir.
Bu da yanlışdır. Əvvəla Buxarinin "Səhih"ində Aməşin "ən"indən boldur.
İkincisi, İbn Muinin sözləri sanki bu məqam üçün qeyd edilib.
أجود الأسانيد الأعمش عن إبراهيم عن علقمة عن عبد اللّه.
Sənədlərin ən güclüsü Aməşin, İbrahimdən, onun da Əlqəmədən, onun da Abdullahdan olan nəqlidir. (Təhzib ət-Təhzib, 4/197)
Aməşdən sonrakı ravilərə baxsan görərsən ki, sənəd məhz bu cürdür.
Üçüncü ravi olan Salb b. Muqatilin kimliyini desəydin biz də araşdırardıq. Sənəddə gördüyümüz qədərilə bu adda şəxs yoxdur.
Отправлено 16 декабря 2012 - 16:19
Отправлено 16 декабря 2012 - 21:19
Сообщение отредактировал alizulfuqar: 16 декабря 2012 - 21:19
Отправлено 16 декабря 2012 - 21:38
Yazdığınıza ilk öncə özünüz riayət etsəydiz yaxşı olardı. Siz ağzınıza gələni deyəcəksiz (yazacaqsız), biz isə buna susub Sizinlə mübahisə etməyəcəyik?Çox təəssüf ki heç bir forumda düz əməlli, gözəl şəkildə mübahisə etmək olmur. Bu da əlbəttə ilk öncə qarşı tərəfin cahilliyindən və tez özündən çıxmasının nəticəsidir. Nə qədər ki, forumlarda bir-birinə kinayəli, ironiyalı yersiz, böhtanlı sözlər atılacaq, o yerlərdə xeyir yoxdur. İndi isə sizə (xüsusilə moderatorlara, səhv anlamayın, sadəcə məsləhət kimi göstərirəm) Allahın və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) insanlar arasında mübahisəni necə aparmağın lazım olduğunu göstərirəm.
Отправлено 16 декабря 2012 - 23:27
Сообщение отредактировал alizulfuqar: 16 декабря 2012 - 23:30
Отправлено 18 декабря 2012 - 01:23
Mən də nəzərinizə çatdırıram ki, Əhli-Kitab peyğəmbərimizi qəbul etmir və ona lağ edirlər, amma Allah bizə onlarla gözəl mübahisə aparmağımızı buyurur. Sizi bilmirəm kimə, amma mən Allaha və peyğəmbərinə tabeyəm.
İkincisi, məgər mən birinci burda təhqiredici söz söylədim? Olmazdımı ki, mübahisəni təhqir etmədən yazardılar? Kinayəli sözlərlə heç bir cavabı ciddi saymadığım üçün cavab yazmağa da ehtiyac görmürəm.
Отправлено 18 декабря 2012 - 10:26
Çox təəssüf ki heç bir forumda düz əməlli, gözəl şəkildə mübahisə etmək olmur. Bu da əlbəttə ilk öncə qarşı tərəfin cahilliyindən və tez özündən çıxmasının nəticəsidir. Nə qədər ki, forumlarda bir-birinə kinayəli, ironiyalı yersiz, böhtanlı sözlər atılacaq, o yerlərdə xeyir yoxdur. İndi isə sizə (xüsusilə moderatorlara, səhv anlamayın, sadəcə məsləhət kimi göstərirəm) Allahın və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) insanlar arasında mübahisəni necə aparmağın lazım olduğunu göstərirəm. Xahiş edirəm, diqqətlə ouxuyun:
Dalımca niyə danışırsan ala-bula boz keçi. Osman Xəmis qardaşın heç bir kitabını oxumamışam və ya audiosunu belə dinləməmişəm, Əlinin (Allah ondan razı olsun) (halbuki sən sadəcə "əs" yazdın, bununla da ona qarşı hörmətini göstərdin) fəziləti barədə yetərincə səhih hədislər var və bunu heç kim danmır. Görəsən hansı səhih rəvayətləri zəif etmişəm? Deyəsən məni Əbu Əfəndi qardaşımızla səhv salmısan.
Əvvəlcə özüvə dərs keç, sonra danışarsan, ok?
Mən də nəzərinizə çatdırıram ki, Əhli-Kitab peyğəmbərimizi qəbul etmir və ona lağ edirlər, amma Allah bizə onlarla gözəl mübahisə aparmağımızı buyurur. Sizi bilmirəm kimə, amma mən Allaha və peyğəmbərinə tabeyəm.
İkincisi, məgər mən birinci burda təhqiredici söz söylədim? Olmazdımı ki, mübahisəni təhqir etmədən yazardılar? Kinayəli sözlərlə heç bir cavabı ciddi saymadığım üçün cavab yazmağa da ehtiyac görmürəm.
Отправлено 18 декабря 2012 - 17:55
Сообщение отредактировал alizulfuqar: 18 декабря 2012 - 17:56
Отправлено 19 декабря 2012 - 00:22
Mən onu bildirmək istəyirəm ki, heç kim "Əli haqq ilədir, haqq da Əli ilədir" kimi hədislərdə Əlinin haqlı olmasını danmır. Sadəcə hədisin özü zəifdir, əlbəttə ki Əli haqlıdır, o haqlı olmasaydı əlbəttə ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səhabəsi olmazdı. Əbu Bəkr haqlıdır, Ömər haqlıdır, Osman haqlıdır, Əli haqlıdır (Allah onlardan razı olsun). Sadəcə məhz hədis zəifdir, heç kim Əlinin fəzilətini danmır, (Allah ondan razı olsun). Əgər sən səhv başa düşmüsənsə, bu mənim problemim deyil. Heç kim, Əlinin (Allah ondan razı olsun) və digərlərinin fəzilətini danmır, sadəcə onlar adına uydurulan hədisləri danıram.
Отправлено 20 декабря 2012 - 02:41
Ali a.s haqladir! ne abu bekr ne omer nede osman haqla olmayiblar!! delil isteyirsen.....delil bes qeder ele bu forumda!! maraglan goreceksen!! elbette ki eger haqqi gorub dananlardan deyilsen....Mən onu bildirmək istəyirəm ki, heç kim "Əli haqq ilədir, haqq da Əli ilədir" kimi hədislərdə Əlinin haqlı olmasını danmır. Sadəcə hədisin özü zəifdir, əlbəttə ki Əli haqlıdır, o haqlı olmasaydı əlbəttə ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səhabəsi olmazdı. Əbu Bəkr haqlıdır, Ömər haqlıdır, Osman haqlıdır, Əli haqlıdır (Allah onlardan razı olsun). Sadəcə məhz hədis zəifdir, heç kim Əlinin fəzilətini danmır, (Allah ondan razı olsun). Əgər sən səhv başa düşmüsənsə, bu mənim problemim deyil. Heç kim, Əlinin (Allah ondan razı olsun) və digərlərinin fəzilətini danmır, sadəcə onlar adına uydurulan hədisləri danıram.
Отправлено 15 января 2013 - 22:34
Отправлено 28 января 2013 - 14:25
0 пользователей, 0 гостей, 0 скрытых пользователей