İbn Teymiyyənin nasibiliyinə daha bir dəlil...
Əliyə (r.ə) Salat Və Salam Gətirmək:
İbn Teymiyyə: "Başqasını Əlidən üstün tutmaram." deyən Əlinin (r.ə) adı xatırlandığında yalnız ona salat və salam gətirən kimsənin vəziyyəti soruşuldu, yalnız ona salam gətirmək caizdirmi?
Cavab:
Rasulullah (s.ə.v) xaric kimsəyə nə Əbu Bəkirə, nə Ömərə, nə Osmana, nə Əliyə salat və salam göndərmək doğru deyil. Bunu edən bidət etmiş olar. Ya hamısına salat və salam gətirəcək, ya da heç biri.
Əksinə qanuni olanı:"Allahım, Məhəmmədə və Məhəmmədə səlat et, İbrahimə və İbrahimin ailəsinə səlat et» Məhəmmədə və Mühəmmədin əlinə mübarəi rəhmə və İbrahimin əlinə mübarək et - şüphə yox ki sən həmidsin (təriflər sənədır), məcidsən (əzəmət sənə məxsusdur)." - deməkdir.
"Başqasını Əlidən üstün tutmaram." deyən isə, xətalıdır və şəri dəlillərə zidd bir rəftar edir. Allahu alim.
İbni Teymiyye, Əshabi-Kiram, Tövhid nəşrləri: 30-31.
1) İlk öncə Hz Əliyə salam göndərmək barədə. Bəli, o düzdür ki, nə Əbubəkirə, nə Ömərə, nə də Osmana salavat göndərmək doğru deyil. Ancaq Hz Əliyə salam göndərmək bidət deyil. Bildiyim 2 səbəbi gətirəcəm
1. Səhih Buxaridə bu var...
"Əli (ə.s) demişdir: "Mənim hərbdən əldə olunmuş qənimətdən bir dişi qoca dəvə payım var idi. Peyğəmbər (s.ə.v.) də mənə xümsdan bir dişi qoca dəvə verdi. Peyğəmbərin (s.ə.v.) qızı Fatimə (ə.s) ilə evlənmək istəyərkən... Həmçinin... Peyğəmbər (s.ə.v.) bir gecə Fatimə və Əlinin (ə.s) qapısını namaz üçün döydü. {Səhihil-Buxari. Cild 3. Səh 171. "Əl-buyu" kitabı. "Mə qilə fis-sivaq" babı. "Məktəbətür-riyaz-əl-hədisə" mətbəəsi. } Başqa bir rəvayətdə deyilir: - ... Dedi: -Peyğəmbəri (s.ə.v.) gördüm və Həsən-ibn-Əli (ə.s) ona oxşayırdı...) { Səhihul-Buxari , cild 4. Səh 486. "Əl-mənaqib" kitabı. "Sifətun-nəbiyy səlləllahu əleyhi və alihi" babı. Eyni mətbəə. } Həmçinin: (...Əli-ibn-Hüseyndən (ə.s) rəvayət edir ki, ona xəbər verdi...) { Səhihi-Buxari. Cild 9. Səh 418. "Tovhid" kitabı "fil-məşiə vəl iradə" babı. Eyni mətbəə. }Özü də yalnız Əhli Beytə!
2. Qurani Kərimdə Allahu Təala buyurur:
Həqiqətən, Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər (xeyir-dua verirlər). Ey iman gətirənlər! Siz də ona salavat göndərib (onun üçün salavat deyib) layiqincə salamlayın! (Allahümmə səlli əla Muh əmmədin və ali Muhəmməd; əssəlamu əleykə əyyuhənnəbi və rəhmətullahi və bərəkətuhu–deyin!)
Əhzab 56: http://quran.az/33/56/tran:3
Rəsulullaha ərz etdilər ki, sizə salavat göndərməyin lazım olduğunu bilirik, amma sizə necə salavat göndərək bilmirik? O, Həzrət buyurdu: deyin «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmməd kəma səlləytə əla İbrahimə və Ali İbrahim. İnnəkə həmidun məcid», «Əllahummə barik əla Muhəmmədin və əla ali Muhəmməd kəma barəktə əla İbrahimə və ali İbrahim. İnnəkə həmidun məcid»
Səhih Buxari. Kitabut-təfsir,surətul-Əhzab.babu qovluhu “innəllahə və məlaikətəhu yusəllunə ələn-nəbiy”
İbni Həcər Məkki:- Peyğəmbər (s)-dən rəvayət olunub ki, mənə naqis salavat göndərməyin. Sual olundu ki, naqis salavat hansı salavatdır? Buyurdu:-Əllahumə səlli əla Muhəmməd deyib ardını deməkdən imtina edirsiniz. Amma gərək bu cür salavat deyəsiniz:- «Əllamummə səlli əla Muhəmmədin və əla ali Muhəmmd»
Səvaiqul-muhriqə. səh 146.Yənabiul-məvəddə kitabının müqəddiməsində Əli ibni Əhməd Səmhudinin “Cəvahirul əqdeyn” azacıq fərqlə nəql edib.
daha ətraflı http://al-shia.my1.ru/publ/23-1-0-224
Nə şiələrin nə də əhli sünnənin ali Muhammədə Hz Əlinin daxil olduğuna şübhəsi yoxdur!
2) O ki, qaldı "Başqasını Əlidən üstün tutmaram məsələsinə" buna hədislər kifayət edər:
“Əli bəşərin ən xeyirlisidir onu qəbul etməyən kafirdir”. (Yənabiul məvəddə 245-256) “Əli məndəndir və mən də Əlidənəm. Əli məndən sonra hər möminin vəlisidir”. (Firdosul-əxbar. 3-373 hədis 5130, Yənabiul-məvəddə 177, 181, 237, 250) “Əli Allah və Rəsulunun yanında ən sevimli bəndədir”. (Yənabiul-məvəddə 135, 181)
və "n sayda" hədislər...