Əl-Hafiz əl-Bəzzar, İbn Teymiyyənin müxaliflərini təsvir edərək deyir: “…sən ona (İbn Teymiyyə) müxalif olan, (insanları) ondan uzaqlaşdırmağa çalışan, ona nifrət edən alimlər içində dünya mallarını toplamaqda ən həris, onları tələbdə ən hiyləgər, ən riyakar, şöhrətə ən həvəskar və yalançılar içində ən məhsuldarı olanlardan başqalarını görə bilməzsən.” (əl-Bəzzar, “əl-Aləm əl-Uliyyəh”, s: 82
Hənəfilərin İmamı Bədr əd-din (Mahmud ibn Əhməd) əl-Aini söyləyir: "Kim İbn Teymiyyəni kafir olmaqda ittiham edərsə, həqiqətdə o özü kafirdir, kim onu bidətdə ittiham edərsə, həqiqətdə özü mübtədidir. Bu necə mümkündür?! Onun bütün kitabları göz qarşısındadır və orda zəlalətdən və sapmadan bir qırıq da əlamət yoxdur." ("Raddul-Vafir", s: 245)
onu deyim,ki bu boş söhbətdi,əgər kim allahın tovhid dinini dəyişərsə və onun yərinə yenilik gətirərsə ,həmin insanın (ibn teymiyyənin)təkfiri qaçınılmazdı,yəni ibn
teymiyyə tovhidə yenilik əlavə etdi,yəni bilməməzlik üzrü,cahillik üzrü gətirdi
< kül> hədisindən şərhində bu alim
"Fətvalar toplusunda" bir neçə yerində yazıb. Onlardan biri də budur:
وكنت دائمًا إذكر الحديث الذي في الصحيحين في الرجل الذي قال: إذا أنا مت فأحرقوني، ثم اسحقوني. ثم ذروني في اليم، فوالله لئن قدر الله علي ليعذبني عذابًا ما عذبه أحدًا من العالمين. ففعلوا به ذلك، فقال الله له: ما حملك على ما فعلت؟ قال: خشيتك فغفر له.
فهذا رجل شك في قدرة الله، وفي إعادته إذا ذُرىَ، بل اعتقد أنه لا يعاد. وهذا كفر باتفاق المسلمين، لكن كان جاهلا لا يعلم ذلك، وكان مؤمنًا يخاف الله أن يعاقبه، فغفر له بذلك.
والمتأول من أهل الأجتهاد، الحريص على متابعة الرسول صلى الله عليه وسلم أولى بالمغفرة من مثل هذا. mən daima hər iki “Səhih”də olan və belə deyən adamın hədisini zikr edirəm:
“Mən öldüyüm zaman (öldükdən sonra) məni yandırın, sonra kül edin, sonra dənizə səpin (külümü). Allaha and olsun ki əgər Allah mənə qadir olsa aləmlərdə heç kimə etmədiyi əzabı mənə edər! Onunla belə davrandılar (külünü səpdilər).
Allah subhənəhu və təala ona dedi: “Bunu etməyə səni nə vadar etdi?”
Dedi (adam) : “Qorxun” . (Allah) Onu bağışladı.
Bu adam Allahın qüdrətindən və sovrulub-parçalandığı zaman təkrar əvvəlki halına qaytarılacağından şübhə edirdi. Hətta qaytarılmayacağına etiqad edir-inanırdı. Bu, müsəlmanların ittifaqıyla küfrdür! Lakin bir cahil idi, bunu bilmirdi. Allahın onu cəzalandıracağından qorxan bir mömin idi. Bu səbəblə Allah onu bağışladı. İctihad əhlindən Rəsulullaha sallallahu aleyhi və səlləm tabe olmağa çalışan təvil əhli bağışlanmağa bunun bənzərlərindən daha layiqdirlər.” İbn Teymiyyə: Məcmuul Fətava 3/231 ibn teymiyyə Məcmuul Fətavanin başqa yerində isə bunu deyir:"Bu insan fikirleşirdi ki, belə ederse Allah onu yenidən "tutmaqa"(hədisdəki kəlimənin hərfi tərcuməsi, rus dilində "xvatat", "sxvatit") qadir olmayacaq-yani fikirləşirdi ki, O onu yenidən yarada bilməyəcək- və həm Allahin qudrətini, həm də ölulərin yenidən dirilməsini inkar etmək küfürdür. Ve o cahil olduqu uçun azaraq, həmin fikirdə xəta etdi ve sonra Allah onu Allaha ve Onun əmrlərinə imani və Ondan qorxusu səbəbi ile bağişladi.bu hədis açiq-aydin gösterir ki,o bunu edərsə Allah onu yenidən dirildə bilməyəcək və bu ən azindan yenidən dirilməyə şubhədir və bu küfürdür, əgər Peyğəmbərin dəlili inkarçiya isbat edilse, onda o kafir elan ediləcəkdir. və bu açiq-aydin onun Allaha imaninin olmadiqini göstərəcək. Və bəzilərinin " əgər Allah məni tutarsa" sözunu "əgər Allah mənə ağir əzab verərsə" kimi şərh etməsi doğru deyildir və sözlərin mə'nasini təhrif etməkdir, çunki o yandirilmasini və külünün səpilməsini yenidən bir yerə toplanmamasi ve dirilməməsi üçün əmr (vəsiyyət)etdi,əgər o allahin onun üzerindeki qüdrətini təsdiq etsəydi onda bunu etməzdi, çünki bu mə'nasiz olardi.
buracan alimin sözləriydi,nə deyə bilərəm zərrə qədər imanı olan insan bilir ki,allah qiyamət gununə inanmamaq o yana dursun, şübhə edəni bağışdamayacaq,alim isə deyir ki, hədisdə zikr olunan yəhudi yəqinliklə bilirdi ki,dirilməyəcək,əks halda o özünü kül etdirməzdi.....
bu hədisin isə başqa şərhi var, inşallah gələcəkdə onu gətirəcəyəm haqqı axtaranlar üçün .
ibn teymiyyenin verdiyi şərh isə küfürdür, bu alimin verdiyi bu şərhə inanan isə aləmlərin rəbbini yalanlamışdır . çünki tovhid dinində cahillik üzr ola bilməz
əgər cahillik bəhanədirsə,onda nə bəhanə deyil?birde onu deyim ki,alimin belə bir şey yazmağına inanıayanlar yuxarıdakı sözlərə aid deyil