Перейти к содержимому


Şair

Регистрация: 11 июл 2008
Offline Активность: 17 окт 2013 22:10

#99580 AHMADIYYE bacimizin atasi vefat edib

Написано Şair 30 августа 2013 - 02:45

Allah rəhmət etsin, məkanları cənnət olsun!
Allah səbr versin sizə də..


#98332 Novruz bayramınız mübarək!!!

Написано Şair 10 марта 2013 - 01:36

Bəri başdan, hamınızı təbrik edirəm! :)
P.s. Novruz milli bayramdı, dini yox. Qarışdırmayın. Biz təkcə dini ənənələrlə yaşamırıq, ata-babalarımızın da ənənələri var ki, dini prinsiplərə zidd olmayanları getməyimizin bir zərəri yoxdu elə dini cəhətdən :)


#98331 İmadəddin Nəsiminin həyat və yaradıcıl...

Написано Şair 10 марта 2013 - 01:32

Salamu aleykum! Düz yarımildən sonra yenidən qayıtdım , Nəsimi barədə tənqidləri görüb. :) Təbii ki səhvsiz insan yoxdur. Elə Nəsimi də, elə davamında yazacaq mən də bu sıraya daxilik :)
İmadəddin Nəsiminin sözlərinin mənasını anlamayanlar ona kafir, müşrik dedilər.
Tarixdə belə hadisələr çox olub. Nəsə hədis gətirmək fikrim yoxdu. Axtarmağa da zərurət yoxdu məncə.
Sufilərin müəyyən əqidələrindən xoşum gəlməsə də , onlar Allahdan başqa nəyinsə var olduğunu qəbul etmirlər irfanın son nəticəsində. Hətta məncə bütün ariflər belə edirlər. Allah var, heç nə yoxdur. Nəsimi də ənəlhəqq deyəndə - məndə Allahdan başqa bir şey yoxdur demək istəyir. Əslində bütün varlığı , hətta özünü belə inkar edib yalnız həqiqi varlığın Allah olduğunu qeyd edir. Allahın varlığından bəhrələnən vücudsa əbədi varlığa səbəbdir. Təbii ki bu əbədilik Allahdandır.
O ki qaldı hürifliyə.. Hər kəsin şəxsi düşüncəsi ola bilər, hərflər üzərində müəyyən təfəkkürlər edib. Nəsimi Allahı da , peyğəmbəri də , məsumları da sevən şəxs olub, bunu şeirlərindən anlaya bilərsiz.



#94645 Ahmariyya bacimizin anasi dunyasini deyishib.

Написано Şair 31 июля 2012 - 00:19

Allah rəhmət eləsin.
Allah səbr versin sizə də Ahmadiya bacı..
İnna lillah və inna iləyhi raciun.



#80072 Ramazan Ayı 2011

Написано Şair 30 августа 2011 - 23:39

Gül kimi mövzunu gör hara köçürdüləre :gizildish:


#77942 "prezidentə 100 Minlik Müraciət"

Написано Şair 25 июля 2011 - 15:06

Salamu aleykum.
Bir dəqiqənin içində milləti necə bir-birinə vurdular... Milləti yox dindarları!
Münafiq sözündən başqa söz bilmirlər. Kim kimi gəldi münafiqlikdə ittiham edir. Dəlilsiz sübutsuz belə böhtanlar atanlar Allah qarşısında necə cavab verəcək?!
Bir tərəf deyir İmam Hüseyn yolu ilə gedək , mübarizə. 100.000 imzatoplamanı amannaməyə bənzədir.
Digər tərəf də deyəcək İmam Həsənin yolu ilə gedib sülh bağlıyıram.
Əsas məsələ bizim məkan və zamanın hansının dövrü ilə uyğun olduğunu bilməyimizdi.
Düzdü bir neçə ruhaninin mübarizəsindən sonra xahiş biraz "nito" çıxır, amma hər vasitədən istifadə etmək lazımdı, hicabın bbərqərar olmasından ötrü. Yoxsa əsas məqsəd hicab deyildimi...?!
İndi hicabı qadağan edənlərin Müaviyəsifətli ya Yezidsifətli olmağını təyin etməyimizdi.
Cəmiyyətə baxaq.
Q-dindarların əksəriyyəti deyir , 16 yaşından sonra özü qərar verər. Hələ bunları maarifləndirməmiş...
Nəysə , Allah daha doğrusunu bilir , Allah hər kəsi xeyirlisi ilə öz işlərində müvəffəqiyyətə çatdırsın.
BİZƏ VƏHDƏT LAZIMDI TƏFRİQƏ YOX! FƏSAD TÖRƏDƏNLƏRƏ UYUB BİR BİRİMİZİ PARÇALAMAYAQ! QURAN VƏ ƏHLİBEYTDƏN BƏRK YAPIŞIN!
vəssəlamu aleykum . iltimase dua.



#75472 Eşq və məhəbbət...

Написано Şair 15 июня 2011 - 20:34

hə uzun fasilədən sonra, mövzunu davam etdirim bi izni Allah.
mövzu eşq,sevgidən olduğundan,bir şer parçası gətirmək istəyirəm,

leyli və məcnunun 2 ci görüşlərini Nizami Gəncəvi bu şer parcalarıynan təsvir edir.

O bağlı qapını görüb bu saat, Heyrətə düşmüşdü bütün camaat. Həqiqi eşqdir, - deyirdi hər kəs, - Ona bulaşmamış şəhvətlə qərəz. Bu həqiqi sövda düşəcək dilə, Ona ram olmuşdur vəhşilər belə.
Bu torpaq nəslinin sövdası, aşkar, Paklıqla yaranıb tutmuşdur qərar. Bu gün naləsini eşitdiyimiz Hər iki aşiqə nəzər salaq biz. Əldə içilməmiş qədəhlərindən Bu xarab, o biri sərxoşdur, bilsən! "Artıq qucaqlaşın" deyirkən zaman, Bu əldən getmişdi, o biri huşdan. Bu eşq dəlilikdən törənməmişdir, ..........
Əgər məhəbbətdə olmasa ismət, O şəhvət hissidir, deyil məhəbbət! Saf eşqin nurlu bir güzgüsü vardır
Eşqin hesabından şəhvət kənardır. Qərəzli bir sövda yaşamaz, inan! Eşq ilə qərəzi bir tutmaz insan. Düz gəlməz eşq ilə qərəz, müxtəsər, Qərəz olan yerdən eşq qalxıb gedər. Düzü, səndən başqa aşiqlər tamam Qərəzə sitayiş edirlər müdam. Saf eşq səninkidir, başqası nədir? Onlar eşq adına bir bəhanədir",...............................
Bir eşq doğruluqda tutarsa qərar, Dostun yaxşılığı birə on olar. Sevgi bu kəmala çatarsa bir an, Yaxşı ad qazanar özünə insan. Nizami, nə gözəl bir dövlətin var, Hər zaman, hər yerdə o rəvac tapar

bu sözlərdən aydın olur ki, Nizami şəhvətlə olan eşqi ümümən eşqdən saymır.
Nizaminin bu sözləriylə məndə razıyam.və lakin
təəsüf hissiynən bildirmək istəyirəm, Nizami şəhvətnən olmayan eşqə ,yəni əsil eşqə qadınan kişi arasında eşqə bu dünyada da , cənnətdə də nail olmaq zənnindədir.Ancaq bu inandırıcı deyil. yəni hə ola bilər ki,qadın kişiyə,və kişi qadına
şəhvət hisslərindən kənar olan bir eşqnən vurulsun ,ancaq kamil ola bilməz, çünkü insan bu dünyada ziddiyyıtlərnən dolu
həyat yaşayır.,qocalmaqı, ağır və yüngül bayra çıxması, məni gəlməsi, dəstəmazı pozulması, doğuş və sonra
qohumluq əlaqəsi,və sair ən axırda ÖLÜM .... hansıki eşqin kamil olmasına maniədir.
bütün bunlardan kənar həyata insan ancaq cənnətdə nail olacaq. qəlb sahibləri bu ziddiyyətləri görüb şübhə yox ki, cənnətə həvəslənər,ona niyyətlənər .və yəqinliknən bilərlər ki, əsl eşq orda olacaq, daha leyli və məcnun kimi,şəhvətnən olmayan eşqi bu dünyada axtarmaz.
ardı var...


Ümumiyyətlə bu qərardayam ki, digər məhəbbətlər ancaq səbəbdir. Yaradanı sevməkdən ötrü. Nə dünyada, nə də axirətdə Allah eşqinin bənzəri və tayı yoxdu. Məcnun Leylaya aşiq oldu və sonda elə bir hala gəldi ki, heç Leylanı tanımadı görəndə. Əslində içində başqa bir Leyla eşqi var idi. Bəlkə də bu "Leyla" qız deyil , Mövlası idi?
Çünki Füzuli bu əsəri yazanda belə qeyd edir:

Tutsam tələbi həqiqətə rahu-məcaz
Əfsanə bəhanəsiylə ifadə etsəm raz
Leyli səbəbiylə vəsfün etsəm ağaz
Məcnun dili ilə etsəm izharu niyaz.


Açıqlaması: (Ey Tanrı), həqiqət arzusu ilə, məcaz yolunu tutub, hekayə söyləmək bəhanəsiylə sirləri açıqlasam… Leyla vasitəsiylə Sənin sifətlərini söyləməyə başlasam və Məcnunun dili ilə Sənə olan ehtiyacımı ortaya qoyub yalvarsam…

Deməli Leyla da vasitədir...



#71558 Peyğəmbəri (s) kim(lər) zəhərlədi?

Написано Şair 03 апреля 2011 - 15:57

Müxaliflər, Peyğəmbər (s) bir yahudi qadın tərəfindən zəhərləndiyini iddia edirlər. Və bu hədis Aişədən nəql olunur

http://darulkitap.co...p.htm#_ftnref93

Bəs görəsən niyə, bu iddianın üstündə israr edirlər?
Çünki bu hədislər Aişə tərəfindən nəql olunub. Qeyd olunur ki, güya peyğəmbər ölümündən öncə 4 il əvvəl yahudi bir qadın tərəfindən zəhərləndirilmişdi. (Xeybərdə). Ancaq Xeybərdən 4 il sonra peyğəmbər yaşamış və bu müddət ərzində onun sağlamlığında problem görülməmişdi.
Biz Aişəyə inanaqmı o zaman? Aişə güvənilən bir ravidirmi?
- Peyğəmbərə yalan söylədiyini açıq olaraq özü etiraf edir. Bir halda ki peyğəmbərə yalan söyləyir, o zaman biz ona necə inana bilərik?
- Bir halda ki, "şeytanın buynuzunun çıxacağı ev" kimi vəsf edilmişdi onun evi.
- Yuxarıda qeyd etdiyim kimi, Təhrim surəsi onun (və Həfsənin) barəsində nazil olmuşdur.
- Peyğəmbərin zövcəsidir deyənlər isə, Lutun zövcəsini yadlarına salsınlar, Qurana əsasən.

Bu yuxarıdakılar bir neçə mövzuda müzakirə olunub, əlavə heç bir şey yazmıram. Həmçinin açıq nassa qarşı çıxması (evdən çıxıb Əli ilə döyüşməsi) da bu qəbildəndir. Keçək mövzuya. Bir sözlə Aişə güvənilən bir ravi deyildir. Hələ hələ bu mövzuda olsun.

Digər tərəfdən də, Aişə özü-özünü digər rəvayətdə təkzib edir. Bir tərəfdən yahudi qadını tərəfindən zəhərləndiyi qeyd edilirsə, digər tərəfdən də zatulcənb (ağciyər xəstəliyi) nəticəsində Peyğəmbərin vəfat etdiyini rəvayət edir.

İnşaallah, davamı var.



#70622 Maraqlı suallar

Написано Şair 18 марта 2011 - 19:53

Bəlkə bu mövzuya yenidən əl gəzdirək? :)


#70440 Son Xəbərlər

Написано Şair 13 марта 2011 - 09:56

boş söhbətdi.


Bəlkədə anti reklamdır,amma ehtiyat edib icməmək hamsından yaxşıdır,cünki coxu deyir ki,tərkibinə spirt qatılır.

Bismillah,yəqin bilərsiz Kola Yəhudi itlərinə işləyir+McDonalds da..Onlardan gələn pul,heç kəsə yox,elə sionist rejimin ordusuna gedir.Təsəvvür edin,Kola alan,pulu fələstinlinin aqibətini gətirən gülləyə verilir.Pepsi də bunlardan beşbetər.Heç birindən almıram+içmirəm.Bu dini tərəfi...Tibbi cəhətdən də ziyanı var.Nə bilim meksikanski qurdlar zadlar şotuna yaradıldığına dair məqalə var idi.Əlavə olaraq,maşın təkərini qəşşəngcə ağartdığını eşitmişəm,indi təsəvvür edin mədə yazıq nə günə qalacaq.Nə isə...məsləhətli şey deyil
Vəssalam

1. Cola-nın və McDonaldsın sionist ordusuna işlədiyinə dair tutarlı dəlil xahiş edirəm
2. Cola-nın konkret bir reseptini göstərin görək. Hər dəfə bir resept yazılır.
3. Bütün bunlar anti reklam da ola bilər Ehli Beyt ashiqi qardash demişkən.


#69906 Техническая поддержка.

Написано Şair 22 февраля 2011 - 00:51

Bildim təşəkkürlər. Sərf eləmir disk almaq :) Onnansa elə PC diski alıb oynayaram da :)


#69896 Техническая поддержка.

Написано Şair 22 февраля 2011 - 00:34

Paylaş please :) Lazım olar gələcəkdə.


#69893 Suala sualla cavab veririk?!

Написано Şair 22 февраля 2011 - 00:27

Sənə baş lazımdı? Bəyəm podyom verilib? Aktivləşib neyniyəcəkdik ki? :)


#69728 Bu gününüz necə keçdi?

Написано Şair 16 февраля 2011 - 01:47

Minnetdaram qedew.Allah razi olsun,Allah senede nesib elesin.Amin.(ozudeki srocno) :)

Allah razı olsun!
Qərdeşim, SROÇNU demə da, vələdüzzina maa lazım deyil :lol:


#68417 Mövsüm Səmədovun həbsi

Написано Şair 09 января 2011 - 02:56

Heç təəccüblənmədim...




Рейтинг@Mail.ru