Перейти к содержимому


Ebul Hesen

Регистрация: 28 авг 2011
Offline Активность: 20 янв 2018 17:30

#102501 "Cəfəri məzhəbi" və Nadir şah

Написано Ebul Hesen 21 декабря 2014 - 21:37

Bismillahir Rəhmanir Rəhim
Əlhəmdulillahi Rəbbil aləmin
Allahummə səlli ələ Muhəmmədin və al-i Muhəmməd

Bəzi islam düşmənləri "Cəfəri məzhəbi"nin Nadir Şah tərəfindən yaradıldığını iddia edirlər. Bu isə əsli olmayan bir iftiradır. "Cəfəri" adı hələ imamlar (ə.s) dövründə Şiələr haqqında işlədilmişdir. Eyni ilə Rafizi, Şiə, İmamiyyə və İsnaaşəriyyə adları kimi. "Cəfəri" adının şiələr haqqında işləndiyi bir çox hədisdə gəlmişdir. Həm o dövrün camaatı və həm də imamlarımız (ə.s) şiələr üçün bu adı işlətmişdirlər. Şiələr haqqında "Cəfəri" adının işləndiyi hədislərə bəzi nümunələr:




Məhəmməd b. Yahya mənə Əhməd b. Məhəmməd b. İsadan, o Məhəmməd b. İsmail b. Bəziədən, o da Hannan b. Sədirdən nəql etdi, dedi ki: Əbu Sabbah əl-Kinani Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s) -a dedi ki:
"Sənin üzündən insanlardan nələr çəkirik?!"
İmam dedi ki: "İnsanlar sizə nə deyir?"
Dedi ki: "Birisi ilə danışmağa başladıqmı o an "Cəfəridir, pisdir" deyirlər."
İmam dedi ki: "İnsanlar sizi mənimləmi aşağılayırlar?"
Əbu Sabbah dedi ki: "Bəli".
İmam dedi: "Vallahi aranızda Cəfərə itaət edən çox az kişi var. Mənim əshabım çox çəkinən, Yaradıcısına qarşı saleh əməl işləyən, onun savabını uman kimsələrdir. Mənim əshabım məhz onlardır."


محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن محمد بن إسماعيل بن بزيع، عن حنان بن سدير قال: قال أبو الصباح الكناني لأبي عبد الله (عليه السلام): ما نلقى من الناس فيك؟! فقال أبو عبد الله (عليه السلام): وما الذي تلقى من الناس في؟ فقال: لا يزال يكون بيننا وبين الرجل الكلام فيقول: جعفري خبيث، فقال: يعيركم الناس بي؟ فقال له أبو الصباح: نعم قال: فقال: ما أقل والله من يتبع جعفرا منكم، إنما أصحابي من اشتد ورعه، وعمل لخالقه، ورجا ثوابه، فهؤلاء أصحابي

Kuleyni r.a, "əl-Kafi", 2/50, İman və küfür kitabı, bab 37, hədis 6


Məhəmməd b. Yahya mənə Əhməd b. Məhəmməd b. İsadan, o Məhəmməd b. İsmaildən, o Mansur b. Bizracdan, o da Mufaddaldan nəql etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s) dedi ki: "Alçaqlardan uzaq durun. Çünki Əli (ə.s) -nin şiəsi mədəsi və şəhvəti barəsində iffətli davranan, buna qarşı amansız bir cihad verən, Yaradıcısı üçün əməl edən, (Rəbbinin) savabını uman, əzabından qorxan kimsələrdən ibarətdir. Əgər onları görsən Cəfərin şiəsi məhz onlardır."

محمد بن يحيى، عن أحمد بن محمد بن عيسى، عن محمد بن إسماعيل، عن منصور بزرج، عن مفضل قال: قال أبو عبد الله (عليه السلام): إياك والسفلة، فإنما شيعة علي من عف بطنه وفرجه، واشتد جهاده، وعمل لخالقه، ورجا ثوابه، وخاف عقابه، فإذا رأيت أولئك فأولئك شيعة جعفر

Kuleyni r.a, "əl-Kafi", 2/142, İman və küfür kitabı, bab 99, hədis 9

Əbu Əli əl-Əşari mənə Məhəmməd b. Abdulcəbbardan və Məhəmməd b. İsmail mənə Fəzl b. Şazandan bunların hamısı birlikdə Safvan b. Yəhyadan, o da Əbu Usamə Zeyd b. Şahhamdan nəql etdi, dedi ki: Əbu Abdullah (imam Cəfər əs-Sadiq ə.s) mənə dedi ki: «Onlardan mənə itaət etdiyini və mənim sözümü dinlədiyini bildiyin kəslərə salam söylə və de ki: Sizə Allah azzə və cəllədən çəkinməyi, dininiz barəsində təqva sahibi olmağı, Allah üçün çalışmağı, doğru söz söyləməyi, əmanəti yerinə yetirməyi , uzun-uzun səcdə etməyi, yaxşı qonşuluq etməyi tövsiyə edirəm. Məhəmməd (s.ə.ə) bu məqsədlə gəlmişdir, istər yaxşı istərsə pis kimsə olsun əmanəti aldığınız kimsəyə təslim edin. Şübhəsiz ki, Rəsulullah (s.ə.ə) iplik və iynə belə olsa əmanətin sahibinə verilməsini əmr edərdi. Tayfanızı ziyarət edin, cənazə mərasimlərinə qatılın, xəstələrini ziyarət edin, haqqlarını yerinə yetirin. Çünki sizdən bir adam din barəsində təqva sahibi olduğunda, doğru söz söylədiyində, əmanəti yerinə yetirdiyində, insanlarla əlaqələrində gözəl əxlaqla hərəkət etdiyində "Bu adam Cəfəridir" deyilər. Bu da məni sevindirər. Amma bunun xaricində bir toplum içində olsa, bəlası və utancı mənə çatar və insanlar "Bu Cəfərin ədəbidir" deyərlər. Vallahi mənə atam (imam Məhəmməd əl-Baqir ə.s) nəql etdi, dedi ki: "Bir adam bir qəbilə içində Əli (ə.s) -nin şiəsından olardı da o qövmün bəzəyi olardı. Qövmün içində əmanəti ən yaxşı yerinə yetirən, ən yaxşı haqqı ödəyən və ən doğru söyləyən də o olardı. Onun tövsiyələrinə qulaq asar və mallarını ona əmanət edərdilər. Tayfalar onu soruşduqlarında "Filan adam kimisi tapılmaz. O içimizdə ən sadiq və ən sözü doğru olan kimsədir" deyə cavab verilirdi."

أبو علي الأشعري، عن محمد بن عبد الجبار، ومحمد بن إسماعيل، عن الفضل ابن شاذان، جميعا، عن صفوان بن يحيى، عن أبي أسامة زيد الشحام قال: قال لي أبو عبد الله (عليه السلام): اقرأ على من ترى أنه يطيعني منهم ويأخذ بقولي السلام و أوصيكم بتقوى الله عز وجل والورع في دينكم والاجتهاد لله وصدق الحديث وأداء الأمانة وطول السجود وحسن الجوار فبهذا جاء محمد (صلى الله عليه وآله)، أدوا الأمانة إلى من ائتمنكم عليها برا أو فاجرا، فان رسول الله (صلى الله عليه وآله) كان يأمر بأداء الخيط والمخيط صلوا عشائركم واشهدوا جنائزهم وعودوا مرضاهم وأدوا حقوقهم فإن الرجل منكم إذا ورع في دينه وصدق الحديث وأدى الأمانة وحسن خلقه مع الناس قيل: هذا جعفري فيسرني ذلك ويدخل علي منه السرور وقيل: هذا أدب جعفر وإذا كان على غير ذلك دخل علي بلاؤه وعاره وقيل: هذا أدب جعفر، فوالله لحدثني أبي (عليه السلام) أن الرجل كان يكون في القبيلة من شيعه علي (عليه السلام) فيكون زينها آداهم للأمانة وأقضاهم للحقوق وأصدقهم للحديث، إليه وصاياهم وودائعهم، تسأل العشيرة عنه فتقول: من مثل فلان إنه لآدانا للأمانة وأصدقنا للحديث


Kuleyni r.a, "əl-Kafi", 2/352-353, Muaşərət kitabı, bab 1, hədis 5



#94007 12-ci imam barəsində bəzi hədislər.

Написано Ebul Hesen 13 июля 2012 - 22:27

Al-İslam qardaş buyur cavablarıvı təqdim et. Biz də bəhrələnək.


#93283 Rəcm "ayəsi"

Написано Ebul Hesen 01 июля 2012 - 18:11




Bəs sualıma haçan cavab yazaceysən əxi ?

Yoxsa, daha bizimlə danışmırsan əxi ? Öz bildiyivi yazaceysən burda yoxsa, lütf eləyib haçansa bizim sualımıza cavab verəceysən ? :rolleyes:


Sualı təkrar edirəm :


Əgər "ayənin" mətni də ( Buxarinin kitabında ) , hökmü də qalıbsa bu ayəni necə "MƏTNİ nəsx olunmuş ayələr" sırasına daxil etmək olar ?


Yenə də xahiş edirəm : SAVADIN ÇATIRSA BU MƏSƏLƏYƏ AYDINLIQ GƏTİR! Savadın çatmırsa, başqa vahabilərdən soruşaq. :rolleyes:


Qardaş, savadın çatırsa nədi?! Sən gör kimnən bəhs etmək qərarına gəlmisən e Osman-əl-Xamislə :rolleyes: Bu cür "şəxsiyyət" azərbaycandakı vahabilərin bu forumda acizliyini görüb axırda ürəyi dözmədi özü şəxsən gəldi səninlə bəhsə əqidəsini müdafiəyə. :rolleyes:


#92828 Quran təhrİf olunmayıb

Написано Ebul Hesen 18 июня 2012 - 20:35




Qardaşım, vaxt etibarı ilə imkan daxilində bəzi məsələlərə ötəri nəzər salıb bu kəzzəbin yalanlarını qeyd etdik.

Zatən bu kəzzəbin yalanlarını qeyd etmək üçün elə ötəri nəzər salmaq da kifayət edirdi.

Xoyinin (r.a) bu barədə əsl nəzərini bilmək istəyirsənsə buyur elə "əl-bəyan" kitabını oxu!

Mənbə yerləşdirirəm :

http://haqqyolu.com/...ƏLLİFDƏN/#_Lnk1



As Salamu Aleykum. Əziz qardaşım sənin ötəri nəzər salmağın elə bu məqalənin müəllifi üçün bir "nokaut"dur :rolleyes: "Nokaut"dan qalxa bilsə gəlib tərtib etdiyi məqaləni sonacan müdafiə edəcək. Təklif göndərmişəm artıq. Allah razı olsun səndən və cümlə Əhli-Beyt(ə) ardıcıllarından.
  • N_ن_N это нравится


#92798 YEMƏLİLƏR VƏ İÇMƏLİLƏR

Написано Ebul Hesen 17 июня 2012 - 17:33

Haramla müalicə

Tez-tez sual edirlər ki, yeyilməsi və ya içilməsi haram olan qidalardan müalicə məqsədi ilə istifadə etmək olarmı?

Cavab: Yeyilməsi və ya içilməsi haram olan qidalardan müalicə məqsədi ilə yalnız o vaxt istifadə etmək olar ki, xəstəliyin müalicəsi ancaq həmin haram qidayla mümkün olsun. Həmçinin xəstəlik adətən dözülməz dərəcədə şiddətli olsun. Əks təqdirdə caiz deyildir.

Şərabla müalicə

Bəzi fəqihlər məcburiyyət qarşısında qaldıqda belə şərabla müalicənin caiz olmadığını buyurublar. Amma Ustad Muhəmməd Cavad Məğniyyənin qeyd etdiyinə əsasən əksər fəqihlər bu əməli müalicənin yalnız və yalnız şərabla mümkün olduğu təqdirdə caiz bilirlər. Əlbəttə yenə də qeyd etməliyik ki, xəstəlik gərək adətən dözülməz dərəcədə şiddətli bir xəstəlik olsun. Əks təqdirdə səbr edib Allahdan şəfa diləməlidir. Çünki bütün dərdlərin və xəstəliklərin dəvası həqiqətən də Onun əlindədir.




#92797 Mövludun hökmü

Написано Ebul Hesen 17 июня 2012 - 17:03

Sen hech bilirsen ki, teqlid nedir?

Tutaq ki, bu sozleri o demir men deyirem. Sen getirdiyi delillere iradivi bildir.

Eli (rad) ve onun oghullari (radiye allahu anhum) movludu qeyd ediblermi?

Onlar etmeyibse sen niye qeyd edirsen?



Sahih Buhari, KİTÂBU'S-SALÂT

(NAMAZ KİTABI), Peygamber Mescidinin Yapısının Yapılması Babı

Bize Nâfi' tahdîs etti. Ona da Abdullah ibn Umer ® şöyle haber vermiştir: Mescid, Rasûlullah zamanında ham kerpiç ile bina Olunmuş idi. Çatısı hurma dalları, direkleri de hurma gövdeleri idi. Ebû Bekr (genişletme ve süsleme nev'inden) hiçbir şey ziyâde etmedi. Umer (yalnız enini boyunu) artırıp, Rasûlullah zamanındaki bina tarzına göre kerpiç ve hurma dallarıyle bina etti ve direklerini de tekrar ağaç olarak koydu. Sonra Usmân mescidin binasını (genişletme ve süslendirme olarak) değiştirdi ve hem de çok genişletti. Duvarlarım da (kerpiç yerine) nakışlı taşlarla ve kireçle bina etti. Ve direklerini nakışlı taşlardan, tavanını da sâç ağacından yaptı.

hənbəli_84, buyur sualıvı bir də ömər və osman üçün təkrar et ki, Rəsulullah(s.ə.a.s) məscidi dəyişdirmədiyi, dünya malıyla, naxışlarla bəzəmədiyi və bunu da məsləhət görmədiyi halda Ömər və Osman nə üçün bunu etdilər? Çox ağıllı idilər?
  • N_ن_N это нравится


#92765 Şiələrə suallar (II hissə)

Написано Ebul Hesen 16 июня 2012 - 22:43

Salam! Niyə Əhli-beyt İmamların özlərinin yazdıqları bircə kitab olsun belə
yoxdur???


Aleykum Salam. Yazmaqlarına nə ehtiyac var idi ki? Hələ kitab yazmayıblar 12 imamın hamısı eyni fiqhə eyni tövhidə ixtilafsız olaraq etiqad ediblər. əhli-sünnənin 4 imamı var hərəsi özünə görə kitab yazıb başdan ayağa ixtilafdadılar. Gördüyün kimi kitabın olub olmaması elə də vacib deyil.
  • N_ن_N это нравится


#92751 Mövludun hökmü

Написано Ebul Hesen 15 июня 2012 - 21:43

Neqsi Cahan , qardaş bu hənbəli kimdisə özünün məlum sosoial şəbəkədə hiss edir elə bilir ki öz qruplarında yeni status açır öz əxiləri üçün. day fikirləşmir ki bura forumdur bura tutarlı dəlil və sübutla gəlmək lazımdır həm də müxalifin mənbəsindən. yoxsa Muhəmməd Saleh əl-Münəccid kimdi ki?! :rolleyes:

Hənbəli nikindəki 84 təvəllüdündürsə... bir söz deyə bilərəm gorunda öyrənən qırxında çalar.
vallahı hələ sən yaxşısan yaşıva görə. 30-40 yaşlarında əxilərin var ki mübahisə zamanı elə mövzular açır elə söhbətlər edib elə suallar verir ki adam özünü uşaq baxçasında hiss edir.
  • N_ن_N это нравится


#92731 Ayətullah Kamal Heydəri

Написано Ebul Hesen 14 июня 2012 - 21:50

N_ن_N , Aleykum əs Salam və rahmətullahi və bərakətuhu. Allah əcrivi versin qardaşım.
  • N_ن_N это нравится


#92543 Ayətullah Kamal Heydəri

Написано Ebul Hesen 09 июня 2012 - 23:57

Allah sizin hər ikinizdən və həmçinin bu forumda tərcümələr , məqalələr yerləşdirən hər bir qardaşdan, həm burda həm də öz saytında əziyyətlərini paylaşan Elməddin qardaşdan razı olsun. Allah sizləri və cümlə Əhli-Beyt(ə) ardıcıllarını hifz etsin, şəfaət, ruzi bərəkət və kamil elm nəsib etsin inşaallah. Amin Ya Rəbbəl Aləmin.
  • N_ن_N это нравится


#92389 Onların Qurandan dəlili nə idi ?

Написано Ebul Hesen 31 мая 2012 - 23:38

Bismilləh!


əs-Salam Aleykum!


Bildiyimiz kimi bu gün cəmiyyətimizdə olan xəvaric, yəni, özünə "əhli-sünnə vəl camaat" , "sələfi" deyən nasibi vəhabilər iddia edirlər ki, guya, şiələr Quranın ziddinə olan qərarlar qəbul edir, əməllər edirlər.Halbuki, bu iddialarını heç bir vəchlə sübut edə bilmirlər.

Sapıq vahabi alimciyəzlərinin yoluyla gedib şər və böhtan atmaqda davam edirlər.

İndi ortaya maraqlı suallar çıxır:


Muaviyə və digərlərinin Əliyə(ə) qarşı qiyam eləməyinin Qurandan dəlili nə idi ?

Əgər etdikləri bu işin Qurandan dəlili yox idisə onlar Qurana qarşımı gəlmişdilər?

Əgər Qurana qarşı gəlmişdilərsə necə savab qazanmışdılar?

Halbuki, nasibilər onlar haqqında iddia edirlər ki, "ictihad elədi, xəta elədi, bir savab qazandı".


Buyurun!
Fikirlərinizi bilmək maraqlıdır!


N_ن_N , aleykum as salam. Qardaş, bu əhli-xilafın "səhabələr hamısı ədalətlidir" etiqadları o qədər çürük etiqaddır ki, ufurmək belə kifayətdir ki dağılsın :whistling: Müaviyə və Hz Əli(ə)mübarizəsində isə nə qədər nala mıxa vursalar da tarix qarşısında aciz olduqlarını və nəticədə də dayılarının münafiq olduğunu görən kimi məsələni fırladırlar ictihada ya da müaviyənın etdiyi fəthlərin ona qazandırdığı "fəzilət"lərə.
Təsəvvür et bunlar özlərini o səviyyə endiriblər ki müaviyə mövzusunda islamda dində olmayan deist də müaviyənin cinayətlərindən bunlara münazirə edirdi.
  • N_ن_N это нравится


#90796 Şeyx Cavid ağa həqiqətləri bəyan edir və iftirala cavab verir

Написано Ebul Hesen 23 апреля 2012 - 12:05

AZERITURK, düzünü deginən Şeyx Cavidin hansı dərsini sona kimi dinləyib hansısa yalanları tutmusan?


#90560 Haqqi axtaran shiyelere Yashar Qurbanovdan Cavide rediyye

Написано Ebul Hesen 16 апреля 2012 - 23:30

Yenə də sənə xatırladıram. Təqiyyə Quran və sünnətlə caizdir. Əgər sən düşünürsən ki, sənə qarşı təqiyyə caizdir , o zaman , sən özüvü kafir, nasibi bilirsən!


N_ن_N , qardaş sözüvə qüvvət :rolleyes:


Təqiyyə budur ki, insan təəssübkeş və inadkar müxaliflərin qarşısında öz dini əqidəsini gizlətsin, çünki onun üçün təhlükə törədilə bilər. Misal üçün: Tövhidə inanan bir müsəlman inadkar və qansız bütpərəstlərin əlinə düşdüyü zaman öz abır-heysiyyətinə və namusuna dəyə biləcək zərərin qarşısını almaq üçün öz batini əqidəsini gizlədir.
Digər bir misal: şiə bir müsəlman səhranın ortasında şiənin qanını mübah hesab edən ifratçı bir vəhhabi ilə qarşılaşdıqda öz canını, malını və namusunu qorumaq üçün əqidəsini ondan gizlədir.
Hər bir ağıllı şəxs bu işin tamamilə məntiqli olmasını təsdiq edir, əql də onun düzlüyünə hökm edir. Çünki canı təəssübkeşlərin, inadkarların təəssübünə fəda etmək olmaz.
  • N_ن_N это нравится


#90541 surunen shiyeler-bisavadliqmi , yoxsa imanin tezahurumu?

Написано Ebul Hesen 16 апреля 2012 - 22:24

selef eqides dovlete qarshi cixmagin,etirazin,numayishlerin,kutlevi herakatlarin,hakime qarshi soz-sohbetlerin eleyhinedir.bunu hami bilir.Gencede kim ne edir,Dagistanda,Efqanistanda kim ne edir selefe aidiyyati yoxdur.dovlet eleyhine cixanlar xevaricler ve shiyelerdir.anaya tecevuz meselesini yersis ishletmisen cunki ozunuze aiddir.Haci Zulfuqari niye tutmushdular?Islam cemiyyetidir,partiyasidir bilmirem,onun sedri hele de iceridedir,evinden silah cixmishdi deyesen,Nardaranda usyan qaldiranlar da sunnuler deyildiler.Ona gorede anaya tecavuz haqda yazmamishdan evvel bir az derinden fikirlesh.


AZERITURK, demək sən etiraf edirsən ki Zübeyr, Təlhə, Müaviyə xəvaric olublar. Düz başa düşdük?
  • N_ن_N это нравится


#90337 Şiə məzhəbi təqiyyə* (yalan) üzərində qurulmuşdur!

Написано Ebul Hesen 13 апреля 2012 - 19:47

Bağışlayın scan yerləşdirməyi bacarmıram. Sosial şəbəkədən Copy-paste edə bildim. işdi birdən kiminsə şübhəsi olsa ələl xüsus da Selefi_Turan-nın ismarıcla həmin sosial şəbəkədəki adını və ya nikini desin əyani şəkildə ona göstərim bu bəhsi və görsün ki Az Zubeyr nece de kəzzabdır :rolleyes: Adları da özüm qaraladım ki daha aydın seçilsin. yenə deyirəm şübhəsi olan ismarıcla mənə müraciət edə bilər.
  • N_ن_N это нравится




Рейтинг@Mail.ru