Перейти к содержимому

Фотография

Mütə barədə şübhələr

  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 104

#31 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 января 2010 - 17:05

Birdən yenə gücənmək istəyərlər:

وقد تزوج عثمان بن عفان نائلة بنت الفرافضة الكلبية وهي نصرانية تزوجها على نسائه وتزوج طلحة بن عبيد الله يهودية وتزوج حذيفة يهودية وعنده حرتان مسلمتان وعنه إباحة نكاح المجوسية

Osman b. Əffan Nailə bint əl-Fərafizə əl-Kəlbiyyə iə evləndi. O, (Nailə) nəsrani idi. Onu (müsəlman)qadınlarının üstünə aldı. Təlhə b. Ubeydullah yəhudi qadını ilə evləndi. Hüzeyfə də yəhudi qadınla evləndi halbuki onun 2 azad müsəlman zövcələri var idi və ondan (Huzeyfədən) mə`cusi qadınlarla nikahın mübah olduğu (rəvayət olunmuşdur.)

Bədrəddin Mahmud ibn Əhməd əl-Eyni əl-Hənəfiyə "Umdətul-Qari fi şərhil-Buxari"

Vəhhabilərə kitab barədə qısa mə`lumat(Qamət Süleymanovun saytından) :

"Umdətul-qari fi şərhil-Buxari"
Böyük həcmli bu şərh, hicrətin 855-ci ilində vəfat etmiş dahi alim Bədrəddin Mahmud ibn Əhməd əl-Eyni əl-Hənəfiyə məxsusdur. O, adlara aydınlıq gətirmiş, sözlərin dilçilik, qrammatika, məna, izahına xüsusi yer vermişdir. Hədislərdən sual cavab yolu ilə nəticələr çıxartmışdır
.http://www.abubakr-mescidi.com

610.jpg

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#32 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 января 2010 - 17:52

O kəslər ki, mə`cusiləri kitab əhli-hesab edirlər dəlil olaraq bu ayəni gətirirlər:

إِنَّ الّذينَ آمَنُوا وَ الّذينَ هادُوا وَ الصّابِئِينَ وَ النَّصارى وَالَْمجُوسَ وَ الّذينَ أَشْرَكُوا

17. Həqiqətən, Allah iman gətirənlər, yəhudilər, sabiilər, nəsranilər, mə`cusilər və müşriklər arasında qiyamət günü (haqq ilə batili ayırd edərək) hökmünü verəcəkdir.(Həcc-17)

Bu ayədə gördüyümüz kimi Allah Təala mə`cusiləri müşriklərin müqabilində zikr edib. Həmçinin cizyə ilə bağlı hədislərdə onlarla kitab əhli kimi müamilə olunduğu bildirilir. Bundan başqa Əli a.s.-dan olan rəvayətlərdə(həm sünnü həm də şiyə mənbələrində) onların əvvəllər səmavi kitabları olduğu bildirilir. Bütün bunları və "Möminlərin, həmçinin sizdən əvvəl kitab verilmişlərin azad və ismətli qadınları ................... (evlənmək üçün) sizə halaldır."(Maidə-5) nəzərə aldıqda məcusilərin qadınları ilə izdivacın mübah olduğu mə`lum olur. Bundan sonrası bizim səviyyənin söhbəti deyil. Məhz buna görə də ixtilaflar mövcuddur.

610.jpg ahmed_nejat.jpg
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#33 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 января 2010 - 18:05

Həmçinin əhli-sünnə və mə`cusi münasibətlərini bu ssılkalardan müşahidə etmək olar:
Mə`cusi və sünnülərin ibadəti
Mə`cusi qulları və Ömər
Mə`cusi və sünnülərin dəstəmazı

610.jpg ahmed_nejat.jpg

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#34 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 16 января 2010 - 18:51

Allah Abu Sufyan ordusu ve Vusal 114 qardashlarin canini sag elesin. Diger melumatli qardashlardan da suallara cavablar gozleyirem.

Növbəti iddialara keçək, əziz müsəlmanlar.

12. Muta nikahında (siğə) həm mömin qadınlarla həm də əhli Kitabdan olan qadınlarla nikahlanmağa icazə verilib, məcusi (bütpərəst) qadınlarla caiz deyildir. Amma əgər olmazsa, Əhli-kitab xaricindəki kafirlərlə də muta nikahı bağlamaq olar (Bax: Tusi, İstibsar 3, 144)

Ümumiyyətlə bu söz o kitabda varmı? Varsa nə dərəcədə səhih xəbərdi?

Şeyx Kuleyni, Şeyx Saduq, Hürr Amili, Əllamə Məclisi, Şeyx Müfid kimi alimlərin öz şəxsi fikirləri də maraqlı olardı.

13. Qur'an nigaha boşanma ilə son qoyulmasını tələb edib (eyni qadınla) üç dəfə boşandıqdan sonra yenidən evlənməyi qadağan edir:

«(Ya Peyğəmbər!) Örvətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın… » (ət-Talaq,1).

«Talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir… Əgər kişi övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman qadın başqa ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz…» (əl-Bəqərə, 229-230).

Müvəqqəti nigaha boşanmadan son qoyulur:

Zurarə rəvayət edir ki, Əbu Cəfər müvəqqəti nigah barədə deyib: "Onun müddəti bitdikdə boşanmadan ayrılmaq lazımdır" (Bax. Şeyx Mirzə əl-Nuri, "Müstədrak əl-Vəsail", 14/473, hədis 2).

Əli bin Cəfər rəvayət edir ki, qardaşı imam Musadan kişinin bir qadınla neçə dəfə müvəqqəti nigaha girə bilməsi haqda soruşduqda o deyib: "Nə qədər istəsən" (Bax: "Vəsail əş-Şiə", 14/480, hədis 3,14/466-470; ət-Tusi, "Təhzib əl-Əhkam", 8/33-34; Abdullah Niam, "Ruh ət-Təşəyyu").

Bütün bunlar sübut edir ki, müvəqqəti nigah bağlanılan qadınların Allahın Kitabında barələrində danışılan qadınlara aidiyyatı yoxdur.

14. Qur'an boşanmış ər-arvada, əgər arvad bundan sonra başqa kişiyə ərə gedib boşanıbsa, yenidən həmin kişi ilə evlənməyə icazə verir:

«Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hökmlərini yerinə yetirəcəklərinə inamları olduğu tədqirdə, (həmin qadının əvvəlki əri ilə) təkrar evlənmsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hökmlərdir...» (əl-Bəqərə, 230).

Müvəqqəti nigahın müddəti qurtardıqdan sonra qadın daimi nigahda olduğu əvvəlki ərinin yanına qayıda bilməz.

Məhəmməd bin Müslim rəvayət edir ki, ya imam Cəfərdən, ya da imam Baqirdən soruşurlar: "Kişi öz arvadından üç dəfə boşanıb. Sonra başqa kişi onunla müvəqqəti nigah bağlayır. Əvvəlki əri onunla yenidən evlənə bilər?" O, cavab verir: "Yox" (Əl-Küleyni, "əl-Kafi", 5/425, hədis 2).

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#35 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 января 2010 - 22:10

Növbəti iddialara keçək, əziz müsəlmanlar.

12. Muta nikahında (siğə) həm mömin qadınlarla həm də əhli Kitabdan olan qadınlarla nikahlanmağa icazə verilib, məcusi (bütpərəst) qadınlarla caiz deyildir. Amma əgər olmazsa, Əhli-kitab xaricindəki kafirlərlə də muta nikahı bağlamaq olar (Bax: Tusi, İstibsar 3, 144)

Ümumiyyətlə bu söz o kitabda varmı? Varsa nə dərəcədə səhih xəbərdi?

Şeyx Kuleyni, Şeyx Saduq, Hürr Amili, Əllamə Məclisi, Şeyx Müfid kimi alimlərin öz şəxsi fikirləri də maraqlı olardı.

İlk öncə söyləmək istərdim ki, tərcüməçi vəhhabi öz ənənəsinə sadiq qalaraq yenə aləmi qatıb bir-birinə. Məcusini mö`tərizədə bütpərəst kimi təqdim edib. Hərçənd ki, mə`cusilər atəşpərəstlər kimi tanınırlar.(Zərdüştlük dini)

Digər bir məsələ isə bu uydurmanın ağ yalan olmasıdır. Uydurmanın mətnindən də hər şey aydındır. Buda Vəhhabilərin nə mal olduqlarına növbəti dəlildir. Diqqət edin! Bunların nəyinki müsəlmanlıqdan heç insanlıqdan belə zərrə qədər payları yoxdur.

Bu
Şeyx Tusi "əl-İstibsar" 3/144

Bu İsə Şeyx Tusi "əl-İstibsar" "Kafirlərin digər sinfindən olan kafirlərlə(yəhudi, nəsrani, məcusilərlə) nikahın haram olmağı"fəsli Xatırladım ki, bu fəsl müvəqqəti izdivacın fəsllərindəndir.

Mövzuya aid faydalı məqalələr:
Məcusi
Kitab əhli olan (yəhidi, xaçpərəst) qadınlarla evlənmək olarmı?

O ki qaldı üləmanın ayrı-ayrı nəzərlərinə yuxarıda yazılanları nəzərə alsaq bu o qədər də önəmli deyil. Amma yenə də fürsət olduqca buraya ssılkalarla yerləşdirərik.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#36 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 января 2010 - 22:42

13. Qur'an nigaha boşanma ilə son qoyulmasını tələb edib (eyni qadınla) üç dəfə boşandıqdan sonra yenidən evlənməyi qadağan edir:

«(Ya Peyğəmbər!) Örvətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın… » (ət-Talaq,1).
...........................
Bütün bunlar sübut edir ki, müvəqqəti nigah bağlanılan qadınların Allahın Kitabında barələrində danışılan qadınlara aidiyyatı yoxdur.

Gözləri kor olmuş vəhhabi heç olmasa dəlil kimi gətirdiyi surəninin adına baxsın."Talaq"

أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ "Tallaqtum". Bu ayə daimi nikahın hökmünü açıqlayır. Müvəqqəti nikahda isə talaqın olmadığını əhli-sünnə alimləri də qeyd edir.

Məhz vəhhabilər üçün şeyxləri İbn Cibrinin "Müvəqqəti nikahın islamda hökmü nədir?" sualına axmaq cavabı:

Sual: Müvəqqəti nikahın islamda hökmü nədir?

Cavab: Həmd Allaha məxsusdur.

Müvəqqəti nikah- bir "kişinin" bir qadın ilə-istər müsəlman, istərsə də Əhli Kitaban olan bir qadınla-müəyyən müddət təsbit etməklə məsələn beş gün və yaxud iki ay və ya il yarım və yaxud bir neçə il-evlilik əqdi bağlamasıdır. Evliliyin başlanğıcı və sonu təsbit olunur və kişi siğə edəcəyi qadına kiçik məbləğdə mehr verir və müəyyən olunmuş müddət başa çatdıqdan sonra qadın nikahdan xaric olur.
http://www.dinifetva...etva.pl?id=1623

İbn Cibrin axmaq vəhhabinin başa düşəcəyi dildə açıq-aydın bildirir ki, vaxt bitdikdən sonra nikahdan xaric olur. Sonra isə utanmaz-utanmaz yalan danışaraq Məkkə fəthində buna yalnız 3 gün icazə verildiyini bildirir. :dance: Beləsinə nə cavab verəsən? Təəssüf ki, millətimizin övladları beləsinin sözünə inanır

Yalan dedikləri üçün onlar şiddətli bir əzaba düçar olacaqlar!(Bəqərə-10)

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#37 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 16 января 2010 - 23:47

Mən yalnız 2 alimin zərdüştilər barəsində nəzərinbi bilirəm. Hər 2 alim onları kitab əhli hesab edir. Cənab Məkarim və Cənab Xamenei. Digər müctehidlər nə fikirdədilər deyə bilmərəm.

Sual: Относятся ли зороастрийцы к людям писания?

Cavab: К зороастрийцам относятся все шариатские положения, касающиеся людей писания. http://makarem.ir/ru...ndex.php?it=396

Sual: 319. “Əhli-kitab” dеdikdə hansı dinlərin tabеçiləri nəzərdə tutulur? Onlarla əlaqələrin həddi-hüdudunu təyin еdən mеyar nədir?

Cavab: Kitab əhli dеdikdə özünü hər hansı bir ilahi dinin ardıcılı hеsab еdən, özünü Allah pеyğəmbərlərindən birinin ümmətindən hеsab еdən və pеyğəmbərlərə nazil olan bir səmavi kitabları olan (yəhudi, xaçpərəst, zərdüşt) şəxslər nəzərdə tutulur. (Bizim apardığımız təhqiqatlara əsasən, sabiunlar (ulduzpərəstlər) da əhli-kitabdandır.) Bu kimi şəxslərlə İslam qayda-qanunlarına, əxlaqına riayət еtməklə rəftar еtməyin hеç bir еybi yoxdur. Rəhbərin istiftaatında Kitab əhlinin və sair kafirlərin hökmü bölməsi

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#38 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 16 января 2010 - 23:58

Allah Abu Sufyan ordusu ve Vusal 114 qardashlarin canini sag elesin. Diger melumatli qardashlardan da suallara cavablar gozleyirem.

Növbəti iddialara keçək, əziz müsəlmanlar.

12. Muta nikahında (siğə) həm mömin qadınlarla həm də əhli Kitabdan olan qadınlarla nikahlanmağa icazə verilib, məcusi (bütpərəst) qadınlarla caiz deyildir. Amma əgər olmazsa, Əhli-kitab xaricindəki kafirlərlə də muta nikahı bağlamaq olar (Bax: Tusi, İstibsar 3, 144)

Ümumiyyətlə bu söz o kitabda varmı? Varsa nə dərəcədə səhih xəbərdi?

Şeyx Kuleyni, Şeyx Saduq, Hürr Amili, Əllamə Məclisi, Şeyx Müfid kimi alimlərin öz şəxsi fikirləri də maraqlı olardı.

iranlılar demişkən bu cür hədis yoxumuz. Qardaş da mənbəni verdi. Amma ola bilsin də var. Amma səhihliyinə 100% etibar etmək olmaz. Çünki heç bir mərace kafir qadınlarla mütə yapmağa icazə vermir. Bütün insanları pak bilən Cənab Məkarim belə buna icazə vermir. 8-ci sual-cavab.

13. Qur'an nigaha boşanma ilə son qoyulmasını tələb edib (eyni qadınla) üç dəfə boşandıqdan sonra yenidən evlənməyi qadağan edir:

«(Ya Peyğəmbər!) Örvətləri boşadığınız zaman onları gözləmə müddətlərində (heyzdən pak olduqdan sonra) boşayın… » (ət-Talaq,1).

«Talaq vermə (boşama) iki dəfə mümkündür, ondan sonra yaxşı dolanmaq (qadını yaxşı saxlamaq), ya da xoşluqla ayrılmaq (buraxmaq) gərəkdir… Əgər kişi övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman qadın başqa ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz…» (əl-Bəqərə, 229-230).

Müvəqqəti nigaha boşanmadan son qoyulur:

Zurarə rəvayət edir ki, Əbu Cəfər müvəqqəti nigah barədə deyib: "Onun müddəti bitdikdə boşanmadan ayrılmaq lazımdır" (Bax. Şeyx Mirzə əl-Nuri, "Müstədrak əl-Vəsail", 14/473, hədis 2).

Əli bin Cəfər rəvayət edir ki, qardaşı imam Musadan kişinin bir qadınla neçə dəfə müvəqqəti nigaha girə bilməsi haqda soruşduqda o deyib: "Nə qədər istəsən" (Bax: "Vəsail əş-Şiə", 14/480, hədis 3,14/466-470; ət-Tusi, "Təhzib əl-Əhkam", 8/33-34; Abdullah Niam, "Ruh ət-Təşəyyu").

Bütün bunlar sübut edir ki, müvəqqəti nigah bağlanılan qadınların Allahın Kitabında barələrində danışılan qadınlara aidiyyatı yoxdur.

Daimi evliliklə müvəqqəti evliliyin bir çox fərqi vardır ki, biri də budur. Bəli nəqədər istəsə müvəqqəti nikah yapa bilər. 7-ci sual-cavab

14. Qur'an boşanmış ər-arvada, əgər arvad bundan sonra başqa kişiyə ərə gedib boşanıbsa, yenidən həmin kişi ilə evlənməyə icazə verir:

«Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hökmlərini yerinə yetirəcəklərinə inamları olduğu tədqirdə, (həmin qadının əvvəlki əri ilə) təkrar evlənmsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hökmlərdir...» (əl-Bəqərə, 230).

Müvəqqəti nigahın müddəti qurtardıqdan sonra qadın daimi nigahda olduğu əvvəlki ərinin yanına qayıda bilməz.

Məhəmməd bin Müslim rəvayət edir ki, ya imam Cəfərdən, ya da imam Baqirdən soruşurlar: "Kişi öz arvadından üç dəfə boşanıb. Sonra başqa kişi onunla müvəqqəti nigah bağlayır. Əvvəlki əri onunla yenidən evlənə bilər?" O, cavab verir: "Yox" (Əl-Küleyni, "əl-Kafi", 5/425, hədis 2).

Hədisin olub-olmaması və ya şəriətimizin buna nə cavab verdiyini bilmirəm amma mənim xatirimdə olan mütləq daimi evlilik olmalıdır, özü də cinsi yaxınlıq da baş verməlidir. Səhvim varsa qardaşlar səhvimi düzəltsinlər.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#39 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 17 января 2010 - 10:00

14. Qur'an boşanmış ər-arvada, əgər arvad bundan sonra başqa kişiyə ərə gedib boşanıbsa, yenidən həmin kişi ilə evlənməyə icazə verir:

«Əgər (kişi) övrətini yenə də (üçüncü dəfə) boşarsa, o zaman (qadın) başqa bir ərə getməmiş ona (əvvəlki ərinə) halal olmaz. (İkinci əri) onu boşadıqdan sonra Allahın (ər-arvadlıq haqqındakı) hökmlərini yerinə yetirəcəklərinə inamları olduğu tədqirdə, (həmin qadının əvvəlki əri ilə) təkrar evlənmsində günah yoxdur. Bunlar anlayan bir qövm üçün Allahın bəyan etdiyi hökmlərdir...» (əl-Bəqərə, 230).

Müvəqqəti nigahın müddəti qurtardıqdan sonra qadın daimi nigahda olduğu əvvəlki ərinin yanına qayıda bilməz.

Məhəmməd bin Müslim rəvayət edir ki, ya imam Cəfərdən, ya da imam Baqirdən soruşurlar: "Kişi öz arvadından üç dəfə boşanıb. Sonra başqa kişi onunla müvəqqəti nigah bağlayır. Əvvəlki əri onunla yenidən evlənə bilər?" O, cavab verir: "Yox" (Əl-Küleyni, "əl-Kafi", 5/425, hədis 2).

Bəsirəti olmayan korlara doğru yolu sənmi göstərə biləcəksən?!(Yunus-43)

فَإِنْ طَلَّقَهَا فَلَا تَحِلُّ لَهُ مِنْ بَعْدُ حَتَّىٰ تَنْكِحَ زَوْجًا غَيْرَهُ ۗ فَإِنْ طَلَّقَهَا فَلَا جُنَاحَ عَلَيْهِمَا أَنْ يَتَرَاجَعَا إِنْ ظَنَّا أَنْ يُقِيمَا حُدُودَ اللَّهِ ۗ وَتِلْكَ حُدُودُ اللَّهِ يُبَيِّنُهَا لِقَوْمٍ يَعْلَمُونَ
طَلَّقَهَا İkinci əri onu boşadıqdan sonra---ona talaq verdikdən sonra.
Müvəqqəti izdivacda talaq yoxdur. Ayədə Allah Təalal buyurur ki, 1-ci ərə halal olmaq üçün 2-ci əri qadına təlaq verməlidir. Buda yalnız daimi nikahla mümkündür.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#40 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 17 января 2010 - 11:53

Mən yalnız 2 alimin zərdüştilər barəsində nəzərinbi bilirəm. Hər 2 alim onları kitab əhli hesab edir. Cənab Məkarim və Cənab Xamenei. Digər müctehidlər nə fikirdədilər deyə bilmərəm.

Sual: Относятся ли зороастрийцы к людям писания?

Cavab: К зороастрийцам относятся все шариатские положения, касающиеся людей писания. http://makarem.ir/ru...ndex.php?it=396

آيا مجوس اهل كتاب هستند؟

Çünki heç bir mərace kafir qadınlarla mütə yapmağa icazə vermir. Bütün insanları pak bilən Cənab Məkarim belə buna icazə vermir. 8-ci sual-cavab.

8- Заключение временного брака с многобожниками.
Изображение Ас-саламу алейкум. Прежде чем задать вопрос хочу поздравить Вас, великий аятолла, сотрудников Вашего исследовательского центра и всех мусульман с наступающим днем рождения имама Махди (да ускорит Аллах его пришествие).
На вопрос являются ли неверующие скверной на вашем сайте сказано, что в соответствии с последней фетвой Макарема Ширази немусульмане являются чистыми. В связи с этим хочу спросить: Разрешается ли заключать временные браки с этими людьми? То есть заключать временные браки с неверующими, безбожниками и многобожниками?
Заранее благодарю.
Изображение Уа алейкум ассалам. Мы также поздравляем вас с днем рождения имама Махди (да будет мир с ним). Пусть Всевышний Аллах сделает вас и нас его верными последователями.
Несмотря на то, что безбожники и многобожники не являются скверной, с ними все равно запрещается заключать временные браки. Мусульмане могут заключать временные браки лишь с обладательницами писания (христианками, иудейками, последовательницами зароастризма).

ازدواج موقت با اهل کتاب
Изображение آیا ازدواج موقت با زنان اهل کتاب جایز است؟ و چه دین هایی اهل کتاب شمرده می شوند؟
آیا ازدواج موقت با زنان زرتشتی جایز است؟
آیا ازدواج موقت به مدت طولانی، مثلا دو یا سه سال جایز است؟
Изображение ـ ازدواج موقت با زنان اهل کتاب (یهودی و مسیحی) اشکال ندارد.
ـ اشکال دارد.
ـ اشکال ندارد.

Kitab əhli ilə müvəqqəti evlilik.

Sual: Əhli kitab qadınları ilə müvəqqəti izdivac caizdir? Hansı dinlər kitab əhli hesab edilir?
Zərdüşt dinində olan qadınla müvəqqəti evlilik caizdir?
Uzun müddətli müvəqqəti evlilik, məsələn 2 il, 3 il caizdir?

Cavab: Əhli-kitab(yəhudi və məsihi) ilə müvəqqəti evliliyin işkalı yoxdur.
(Zərdüşt dinində olan qadın ilə)İşkalı var.
İşkalı yoxdur.

Atətullahul-Uzma Nasir Məkarim Şirazi 30-cu sual

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#41 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 18 января 2010 - 02:22

Aləmi qatıblar bir-birinə.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#42 axi77

axi77

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 17 сообщений

Отправлено 18 января 2010 - 14:41

Bəlkə bunlara da cavab verəsiz?

Bir şəxs Əbu Abdullahın (Cə'fər əs-Sadiq R.Ə) yanına gələrək belə bir sual verir: "Mən bir qadınla siğə etmək istəsəm və araşdırıb həmin qadının evli olduğunu öyrənsəm nə edim?". Əbu Abdullah cavab verir: "Niyə araşdırırsan ki?". Tusi şərh verir: "Bu məsələdə əsas xüsus odur ki, qadının evli olub olmadığını araşdırmayasan" (Əbu Cəfər Məhəmməd Tusi, Təhzib-ul-Əhkam fi Şərhi'l-Muqni'ə, Tehran 1390, Cild VII, s. 453-454). Kuleyni bu məsələni nəql edərək deyir: "Əbu Abdullah dedi ki: "Qadının evli olub olmadığını soruşmağın lazım deyil, sənin işin odur ki, qadının öz nəfsi ilə əlaqəli bəyanını təsdiq edəsən"(Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni, əl-Furu' min əl-Kafi, Tehran 1391, Cild V, s. 462).

"Mömin siğə edənə qədər (imanı) kamil olmaz" (Cəfər əs-Sadiq, Mən Lə Yahdarah-ul-Fəqih, cild III, s. 297).

Rəsulullah buyurdu ki: "Mən meracda ikən Cəbail ə.s yanıma gəldi və dedi ki: "Ey Muhəmməd! Allah Təala buyurdu ki,"Mən bu ümmətin siğə edən qadınlarını məğfirət etdim". (Cəfər əs-Sadiq, Mən Lə Yahdarah-ul-Fəqih, cild III, s. 295)

Saleh ibn Uqbə, Əbu Cə'fərdən (İmam Məhəmməd Baqir) belə rəvayət etdi: "Mən (Saleh ibn Uqbə) soruşdum: "Siğədə səvab varmı?", Əbu Cə'fər cavab verdi: "Əgər siğə etməklə Allahın rizasını və onu (siğəni) inkar edənlərə (əhli-sunnəyə) müxalifət etməyi arzulamısansa siğə edərkən danışdığın hər bir söz üçün Allah on səvab yazar. Əlini siğə etdiyin qadına uzadanda, Allah mütləq qadına bir savab yazar. Qadınla (cinsi) təmasa başladığın vaxt onun günahları təmizlənər.
O, yuyunmağa başlayanad saçının hər telinə görə Allah ona məğfirət edər". Mən soruşdum: "Saçının hər telinə görə?". O, "Bəli, saçının hər telinə görə". (Cəfər əs-Sadiq, Mən Lə Yahdarah-ul-Fəqih, cild III, s. 295)

Əli əs-Sibai siğə etmişdi, fəqət bunu iyrənclik və həyasızlıq hesab edərək Allaha and içdi və dedi ki, bir də siğə etməyəcəm. Bunu Əbu Həsənə dedikdə o, belə dedi: "Sən and içmisən ki, Allaha itaət etməyəcəksən. Allaha and olsun ki, siğə edərək yenidən ona itaət etməsən Allaha üsyan etmiş olacaqsan".( Əbu Cəfər Məhəmməd Tusi, əl-İstibsar, Tehran 1390, Cild III, s. 142)

#43 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 19 января 2010 - 00:59

Sənin xətrinə dəymərəm. Hələ ki, bir neçə gün imkan var səni Allah rizası üçün xoşhal edəcəm inşaALLAH. Amma şeyxin Əbu İbrahim ilə yaman aradan çıxdınız........

وروى صالح بن عقبة، عن أبيه عن أبي جعفر عليه السلام قال: قلت له: (للمتمتع ثواب؟ قال: إن كان يريد بذلك وجه الله تعالى وخلافا على من أنكرها لم يكلمها كلمة إلا كتب الله تعالى له بها حسنة، ولم يمد يده إليها إلا كتب الله له حسنة، فإذا دنا منها غفر الله تعالى له بذلك ذنبا، فإذا اغتسل غفر الله له بقدر ما مر من الماء على شعره، قلت: بعدد الشعر؟ قال: نعم بعدد الشعر

3/463 4600-cü hədis

Bu hədisin sənədi zəifdir. Saleh b. Uqbə atasının e`timadlı olduqları rical kitablarında sabit olmayıb. Lap sənədi belə səhih olsaydı "Əgər siğə etməklə Allahın rizasını və onu (siğəni) inkar edənlərə müxalifət etməyi iradə etmisənsə " ilə hər şey aydın olur. Quran ayəsini və sünnəti aradan aparanlara qarşı mübarizənin savabı çoxdur.

Mənə maraqlı olan vəhhabinin وجه الله "Vəchullah" "Allahın üzü" söz birləşməsini "Allahın rizası" kimi tərcümə etməyidir. Amma ayrı vaxt deyirlər ki, mə`budumuzun üzü var? :)

Məsələn bu mövzuda:Kim Buxarini kafir adlandırdı?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#44 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 19 января 2010 - 02:03

http://www.fnoor.com/fn0031.htm

http://www.islamweb....t...g=A&Id=3329
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#45 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 19 января 2010 - 18:05

"Mömin siğə edənə qədər (imanı) kamil olmaz" (Cəfər əs-Sadiq, Mən Lə Yahdarah-ul-Fəqih, cild III, s. 297).

Rəsulullah buyurdu ki: "Mən meracda ikən Cəbail ə.s yanıma gəldi və dedi ki: "Ey Muhəmməd! Allah Təala buyurdu ki,"Mən bu ümmətin siğə edən qadınlarını məğfirət etdim". (Cəfər əs-Sadiq, Mən Lə Yahdarah-ul-Fəqih, cild III, s. 295)

وروي (أن المؤمن لا يكمل حتى يتمتع
Rəvayət olundu: Möminin mut`a izdivacı etməyənə qədər imanı kamil olmaz. 3/466 4613-cü hədis

Hədisin sənədi yoxdur.

وقال أبوجعفر عليه السلام: (إن النبي صلى الله عليه واله لما اسري به إلى السماء قال: لحقني جبرئيل عليه السلام فقال: يا محمد إن الله تبارك وتعالى يقول: إني قد غفرت للمتمتعين من امتك من النساء).
Bu hədis isə mursəldir, zəifdir.3/463 4601-ci hədis

Digər tərəfdən isə bu cür hədisləri düzgün başa düşmək üçün mə`sumlardan olan digər hədislərə baxmaq lazımdır. Bu hədislərdə məqsəd Peyğəmbər s.a.s.-in sünnəsini diriltmək, Ömərin qadağasını, bid`ətini isə inkar etməkdir. Məsələn:

عن أبي عبد الله - عليه السلام - أنه قال لي: تمتعت؟ قلت: لا قال: لا تخرج من الدنيا حتى تحيي السنة

Əbu Əbdillah a.s.-dan. O,(imam a.s.) məndən soruşdu: "Müvəqqəti izdivac etmisən?" Dedim: "Yox." Buyurdu: "Sünnəni diriltməyənə qədər dünyadan getmə!"

Mut`anın savabı öz-özlüyündə evlilikdən deyil şər`i bir hökmün həyata qaytarılmasından irəli gəlir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#46 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 19 января 2010 - 18:15

1858 - مَسْأَلَةٌ‏:‏

قال أبو محمد‏:‏ وَلاَ يَجُوزُ نِكَاحُ الْمُتْعَةِ، وَهُوَ النِّكَاحُ إلَى أَجَلٍ، وَكَانَ حَلاَلاً عَلَى عَهْدِ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ ثُمَّ نَسَخَهَا اللَّهُ تَعَالَى عَلَى لِسَانِ رَسُولِهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ نَسْخًا بَاتًّا إلَى يَوْمِ الْقِيَامَةِ‏.‏ وَقَدْ ثَبَتَ عَلَى تَحْلِيلِهَا بَعْدَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ جَمَاعَةٌ مِنْ السَّلَفِ، رضي الله عنهم، مِنْهُمْ مِنْ الصَّحَابَةِ، رضي الله عنهم، أَسْمَاءُ بِنْتُ أَبِي بَكْرٍ الصِّدِّيقِ، وَجَابِرُ بْنُ عَبْدِ اللَّهِ، وَابْنُ مَسْعُودٍ‏.‏ وَابْنُ عَبَّاسٍ، وَمُعَاوِيَةُ بْنُ أَبِي سُفْيَانَ، وَعَمْرُو بْنُ حُرَيْثٍ، وَأَبُو سَعِيدٍ الْخُدْرِيِّ، وَسَلَمَةُ، وَمَعْبَدٌ ابْنَا أُمَيَّةَ بْنِ خَلَفٍ وَرَوَاهُ جَابِرُ بْنُ عَبْدِ اللَّهِ عَنْ جَمِيعِ الصَّحَابَةِ مُدَّةَ رَسُولِ اللَّهِ صَلَّى اللَّهُ عَلَيْهِ وَسَلَّمَ وَمُدَّةَ أَبِي بَكْرٍ، وَعُمَرَ إلَى قُرْبِ آخَرِ خِلاَفَةِ عُمَرَ‏.‏ وَاخْتُلِفَ فِي إبَاحَتِهَا، عَنِ ابْنِ الزُّبَيْرِ، وَعَنْ عَلِيٍّ فِيهَا تَوَقُّفٌ‏.‏ وَعَنْ عُمَرَ بْنِ الْخَطَّابِ أَنَّهُ إنَّمَا أَنْكَرَهَا إذَا لَمْ يُشْهِدْ عَلَيْهَا عَدْلاَنِ فَقَطْ، وَأَبَاحَهَا بِشَهَادَةِ عَدْلَيْنِ‏.‏ وَمِنْ التَّابِعِينَ‏:‏ طَاوُوس، وَعَطَاءٌ، وَسَعِيدُ بْنُ جُبَيْرٍ، وَسَائِرُ فُقَهَاءِ مَكَّةَ أَعَزَّهَا اللَّهُ‏.‏

1858-ci məsələ:
Əbu Muhəmməd dedi: Mut`a nikahı caiz deyil. Bu müvəqqəti nikahdır. Rasulallah s.a.s. zamanında halal idi. Sonra Allah Təala onu Rəsulu s.a.s.-in dili ilə qiyamət gününə qədər nəsx etdi. Rasulallah s.a.s-dən sonra sələfdən bir qrup ---Allah onlardan razı olsun-- mut`anin halal olduğunu bildirdilər. Onlardan səhabələr---Allah onlardan razı olsun---Əsma bint Əbu Bəkr əs-Siddiq, Cabir b. Abdullah, İbn Məs`ud, İbn Abbas, Müaviyə b. Əbu Sufyan, Əmr b. Hureys, Əbu Səid əl-Xudri, Sələmə və Mə`bəd b. Umeyyə b. Xələfdir. Bunu Cabir b. Abdullah Peyğəmbər s.a.s., Əbu Bəkr zamanında və Ömərin xilafətinin sonuna yaxın zamanda səhabələrdən rəvayət etmişdir. Mut`anin mübah olması barədə İbn Ömərdə ixtilaf, Əlidə isə təvəqquf edilmişdir. Ömər b. Xəttab yalnız iki adil şəxs şəhadət verməyənə qədər inkar etmişdir, iki adil şəxs şəhadət verdikdə isə mübah bilmişdi.
Tabeinlərdən isə Tavus, A`ta, Səid b. Cubeyr və Məkkənin digər fəqihləri Allah onları əzizi etsin.( mut`anin halal olduğunu bildirdilər)

İbn Həzm "Muhəlla" "Nikah" bölməsi 1858-ci məsələ
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#47 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 19 января 2010 - 19:52

ازدواج موقت با اهل کتاب
Изображение آیا ازدواج موقت با زنان اهل کتاب جایز است؟ و چه دین هایی اهل کتاب شمرده می شوند؟
آیا ازدواج موقت با زنان زرتشتی جایز است؟
آیا ازدواج موقت به مدت طولانی، مثلا دو یا سه سال جایز است؟
Изображение ـ ازدواج موقت با زنان اهل کتاب (یهودی و مسیحی) اشکال ندارد.
ـ اشکال دارد.
ـ اشکال ندارد.

Allah səndən razı olsun. Mən Ağanın dəftərindən istiftaa etdim və onlar səhvlərini düzəltdilər.

На вашем сайте на вопрос относятся ли зороастриты к людям писания вы ответили, что к зороастритам относятся все шариатские положения касающиеся людям писания. а на этом же сайте но на персидском языке из уроков харидж видно что Его светлость Макарем Ширази думает иначе http://www.makaremshirazi.org/persian/less...;gro=22&sw=
еще такой ответ есть о том можно ли совершать временный брак с зороастритами Вы ответили да. но опять таки на песридском языке другой ответ http://persian.makarem.ir/estefta/?mit=649 вопрос №??. пожалуста скажите какой их этих ответов правильный?

Зароастрийцы относятся к людям писания, и на ссылке уроков харидж, которую вы дали, аятолла Макарем Ширази говорит, что они являются людьми писания и к ним относятся положения, относящиеся к людям писания.
Возможно вы неверно поняли выражение \"фукахае \'амме\" и перевели его как \"все факихи\". Тогда как в шиитской правовой терминологии это выражение относится к суннитским факихам, а шиитских факихов называют \"фукахае хассе\".
2. Во втором случае вы оказались правы. Несмотря на то, что зароастрийцы являются людьми писания и к ним относятся все положения людей писания, в одном положении они отличаются от христиан и иудеев. И это временный брак. Мнение аятоллы Макарема Ширази заключается в том, что согласно обязательной предосторожности мусульманам не следует заключать временные браки с последовательницами зароастризма. Выражение \"эшколь дорад\" в правовой терминологии означает обязательную предосторожность.
Поэтому правильная фетва дана на персидской версии сайта. Фетва на русской версии сайта уже исправлена. Благодарим вас за вашу внимательность и помощь.

Allah elmini kamil eləsin.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#48 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 20 января 2010 - 10:23

Allah sizlərdən razı olsun ki, mənim üçün bu qədər xeyr-dua edirsiniz.

Sənin diqqətini Ayətullah Məkarim Şirazinin dərsi xaricindəki bəhsin sonuncu cümləsinə çəkmək istəmişdim:

پس اينها در تمام احكام يا اهل كتاب هستند يا ملحق به اهل كتاب الاّ ما خرج بالدليل

Deməli onlar(mə`cusilər) ya bütün hökmlərdə əhli-kitabdırlar, yadaki onlara mulhəqdirlər məgər ki, dəlil ilə (hər hansı bir hökm) xaric olsa.

Eynilə sənin yerləşdirdiyin cavabda da onların bütün hökmlərdə əhli kitab kimi olduqları bildirilirdi. Yəni bir problem yox idi.
Lakin dərsi xaricdə onun mə`cusi qadını ilə izdivac məsələsindəki bəhsinə baxdıqda sonunda güclü nəzər kimi nikahın haram olduğunu bildirir. Yə`ni
"dəlil ilə (hər hansı bir hökm) xaric olsa."
Mənə də qəribə görünən bu oldu ki rus dilində cavabda mə`cusi qadınla izdivacın caiz olduğu bildirilirdi.

а на этом же сайте но на персидском языке из уроков харидж видно что Его светлость Макарем Ширази думает иначе http://www.makaremshirazi.org/persian/less...;gro=22&sw=

Hansı səbəbə "Макарем Ширази думает иначе " qənaətinə gəlmişdin? Onlar elə zənn ediblər ki, bu qənaətə sən "фукахае амме" dən gəlmisən. Mən isə bu cür zənn etmirəm.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#49 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 20 января 2010 - 18:23

Allah sizlərdən razı olsun ki, mənim üçün bu qədər xeyr-dua edirsiniz.

Sənin diqqətini Ayətullah Məkarim Şirazinin dərsi xaricindəki bəhsin sonuncu cümləsinə çəkmək istəmişdim:

پس اينها در تمام احكام يا اهل كتاب هستند يا ملحق به اهل كتاب الاّ ما خرج بالدليل

Deməli onlar(mə`cusilər) ya bütün hökmlərdə əhli-kitabdırlar, yadaki onlara mulhəqdirlər məgər ki, dəlil ilə (hər hansı bir hökm) xaric olsa.

Eynilə sənin yerləşdirdiyin cavabda da onların bütün hökmlərdə əhli kitab kimi olduqları bildirilirdi. Yəni bir problem yox idi.
Lakin dərsi xaricdə onun mə`cusi qadını ilə izdivac məsələsindəki bəhsinə baxdıqda sonunda güclü nəzər kimi nikahın haram olduğunu bildirir. Yə`ni "dəlil ilə (hər hansı bir hökm) xaric olsa."
Mənə də qəribə görünən bu oldu ki rus dilində cavabda mə`cusi qadınla izdivacın caiz olduğu bildirilirdi.

а на этом же сайте но на персидском языке из уроков харидж видно что Его светлость Макарем Ширази думает иначе http://www.makaremshirazi.org/persian/less...;gro=22&sw=

Hansı səbəbə "Макарем Ширази думает иначе " qənaətinə gəlmişdin? Onlar elə zənn ediblər ki, bu qənaətə sən "фукахае амме" dən gəlmisən. Mən isə bu cür zənn etmirəm.

Açığı mən Məkarim Şirazinin zərdüştilərlə onların kitab əhli olmasına baxmayaraq onlarla müvəqqəti evliliyinə icazə verməməsini bildirmək istəmişəm. Yəni əgər kitab əhli olanlara nə aid edilirsə zərdüştilərə də aiddirsə bəs nəyə görə onlarla müvəqqəti evlənmək qadağandır soruşmaq istəmişəm. Və elə bilmişdim ki, sən də onu demək istəyirsən. Yoxsa ammə və xassənin mənasını bilməsəm də mətləb açıq-aydın idi ki, sünnülər başqa cür deyir bizlər başqa.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای

#50 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 05 февраля 2010 - 23:57

Növbəti böhtan.

Rafizi alimlər öz baxışlarına Məhəmməd Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- nəslinə, bə'zi imamların adına yazılan hədislərlə bəraət qazandırırlar. Onlardan yalnız bir misal göstərək:

Əhməd bin İsa rəvayət edir ki, Əbu Basır imam Əbu Cəfərdən -radıyallahu anhu- müvəqqəti nigah barədə soruşduqda o deyib: “Qur' anda ayə var: «… İstifadə (yaxınlıq) etdiyiniz qadınların mehrlərini lazımı qaydada verin! Mehr müəyyən edildikdən sonra aranızda razılaşdığınız şeydən ötrü sizə heç bir günah yazılmaz. Həqiqətən, Allah (hər şeyi) biləndir, hikmət sahibidir!» (ən-Nisa, 24).

Bu hədisi əl-Kuleyni “əl-Kafi”də 5/448, ət-Tusi “Təhzib əl-Əhkam”da 2/186, əl-Məclisi “Bihar əl-Ənvar”da 103/315 təqribən 20 hədis və bir çox başqa rafizi alimlər bildirmişlər.

Rafizi ədəbiyyatında belə hədislər çoxdur, amma isnad - yə'ni bu hədisi bir nəsildən o birisinə ötürən alimlər zəncirinin heç biri Allahın Rəsuluna -səllallahu aleyhi və alihi və səlləm-, hətta onun əshabələrinə belə gedib çatmır. Buna görə də əhli-sünnə fəqihləri bu cür hədisləri qəbul etmir, səhih hesab etmir, hətta çox vaxt onları sadəcə uydurma hesab edirlər.

Ona görə ki, müsəlman icmasında Uca Allahdan vəhy alan və Onun şəriətini yerdə bərqərar edən yeganə insan Məhəmməd Peyğəmbər -səllallahu aleyhi və alihi və səlləm- idi. Onun tə'limini onun öz dilindən qəbul edib Allahın Qur'anda təsdiq edilmiş razılığını qazanan insanlar isə Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- mö'min əshabələridir. Əhli-sünnə hədis alimləri yalnız Qur'ana və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- özünün dediklərinə əsaslanırlar.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#51 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 февраля 2010 - 01:23

Bu barədə başa düşə bilənlər üçün qardaşlar faydalı bir məqalə hazırlayıblar:

2- Sünnət (hədis, xəbər, əsər):

Sünnət bu mənada üç şeyə tətbiq olunur:
1) Peyğəmbərin buyurduqları 2) Peyğəmbərin etdikləri (əməl) 3) O həzrətin təsdiq etdikləri. Yəni əgər müsəlmanlar O həzrətin gözləri önündə hər hansısa bir iş görmüşdürlərsə və peyğəmbər onları bu işdən çəkindirməmişdirsə, bu o deməkdir peyğəmbər həmin əməli bəyənmiş və təsdiq etmişdir.
"Hədisi-qüdsü"dən fərqli olaraq, peyğəmbər burada müfəssir sayılır. Yəni əslinə baxsan sünnətin də mənası Allah tərəfindəndir. Çünki Peyğəmbərin əsas vəzifəsi Quranda gələn ümumi hökmləri xırdalıqları ilə açıqlamaqdır ki, bu da sünnət şəkilində təzahür tapmışdır.
Kitab və sünnət peyğəmbər tərəfindən cəmiyyətə çatdırılmalıdır ki, onlara əməl olunsun. Nəsillər boyunca "Kitabın" (Quran) bu günə qədər insanlara çatmasında heç bir problem olmayıb. Allaha şükür olsun ki, onun kitabı nazil olduğu kimi və heç bir təhrif və dəyişiklik olmadan bizə çatmışdır.
Amma yazımızın mövzusu olan "sünnət" və "hədis" barəsində bir neçə mübahisə var:
Birinci: İslamın əvvəlindən bu günə qədər Peyğəmbərin sünnəti İslam ümmətinə hansı keyfiyyətdə çatıb?
İkinci: Şiə və süüni məzhəbləri arasında "sünnət"in ələ gətirilməsi qaydalarında hansı fərqlər var?
Bu barədə bir neçə nöqtəyə işarə olunur:

1-Şiələrin əqidəsinə əsasən sünnət və hədis sünnilərin inandığı sünnət və hədisdir. Hər iki məzhəbin sünnətdən məqsədi peyğəmbərin (s) dediyi sözlər və ilahi maariflərin bəyanıdır. Amma sünnilərdən fərqli olaraq şiələr "12 məsum imam"ında söz, əməl və təsdiqlərini sünnət sayırlar. Buna sübut olaraq "Səqəleyn" hədisini və digər hədisləri göstərmək olar.
Hişam bin Salim, Hamid və başqaları deyirlər:
"İmam Cəfər Sadiq (ə) buyurdu: Mənim hədisim atamın hədisi, onun hədisi babamın hədisi, babamın hədisi imam Hüseynin hədisi, imam Hüseynin hədisi imam Həsənin hədisi, imam Həsənin hədisi Möminlərin əmiri Əlinin hədisi, onun hədisi Peyğəmbərin hədisi və peyğəmbərin hədisi də Allah-taalanın sözüdür.
Cabir Ənsari deyir:
"İmam Baqirə (ə) dedim ki, sizdən hədis nəql etdikdə onun ravilərini də deyim? O həzrət buyurdu: Əgər məndən bir hədis söyləsən onu mənə nisbət ver. Çünki mənim hədisim atamın, onun hədisi babamın və babamın (İmam Hüseyn) hədisi Peyğəmbərin və onun da hədisi Cəbrailin və onun da hədisi Allahdandır. Bizim sizə dediklərimizin hamısının sənədi belədir".
2- Bizimlə sünnilər arasında olan başqa fərq, sünnət və hədisin sənədindədir.
Bizə çatan "Peyğəmbərin (s) sünnəti" Allah tərəfindən təyin olunan 12 xəlifənin (məsum imamların) vasitəsilədir. Bütün müsəlmanların əqidəsinə əsasən onlar möhtərəm və pak insanlardır. İmamiyyə şiələrinin əqidəsinə əsasən onlar hər bir səhv və günahdan uzaqdırlar.
Şiənin əqidəsincə məsum imamların yaşadıqları müddət 260-cı hicri ilinə (axırıncı imamın qeybətinədək) qədərdir. Peyğəmbərin (s) hədisləri və sünnəti qeyd olunan ilə qədər hər bir səhv və xətadan amandadır. Əgər düşmənlər tərəfində hansısa təhriflərə can atılsa da, bu hücum imamlar tərəfindən susdurulmuşdur. Bizim hədislərin sənədində olan qeyri-məsum ravilər axırıncı imamla bizim zaman arasındakı fasiləyə adiddir.
Lakin sünni hədis toplularındakı qeyri-məsum ravilərin silsiləsi peyğəmbərin (s) vəfatından sonra başlayır. Başqa sözlə şəriətin bəyanı, ilahi hökümlərin, İslami maarifinin və şəriətin səhv və xətadan amanda olması sünnilərin fikirincə peyğəmbərin (s) besətindən vəfatına qədərdir. Şiənin fikirincə isə bu müddət 270-ildən çox, yəni peyğəmbərin (s) besətindən 12-ci imamın böyük qeybət dövrünə qədərdir. Nəticədə İslami maarifi və məsumdan çatan elmlər şiənin baxışı ilə kəmiyyət baxımından daha çox, keyfiyyət baxımından isə məsum dövürünə yaxındır. Sünni mənbələrində nəql olunan bütün hədislər fasiləli və məsum dövründən daha uzaq olaraq 23-ilə məhdudlaşır. Eyni halda şiə inanır ki, Peyğəmbər cəmiyyətə lazım olan hər şeyi öz məsum xəlifələrinə öyrədib və onlara nəql edib. Bizə çatan hədislərə və o cümlədən peyğəmbərin (s) "həccətül-vida" xütbəsində dediyi sözlərə əsasən peyğəmbər (s) dəfələrlə bu mövzuya işarə edib:
"Ey camaat! Sizi cənnətə yaxınlaşdıran və cəhənnəmdən uzaqlaşdıran bütün şeylərə əməl etməyi və sizi cənnətdən uzaqlaşdıran və cəhənnəmə yaxınlaşdıran hər şeydən çəkinməyi sizə əmr etmişəm".
3-Peyğəmbərin hədislərini bizə nəql edənlərin möhkəmliyi və onlara olan etimad şiə əqidəsinə əsasən 260-cı hicri ilinə qədər sabitdir. Sünnilər isə bunu qəbul etmirlər. Məsələni aydınlaşdırmaq üçün deyilməlidir ki, peyğəmbərin əhli-beytindən olan 12 nəfəri imam kimi qəbul etməsəkdə, onlar peyğəmbərin əhli-beyti olaraq ən doğru və pak insanlardırlar. "Ey əhli-beyt! Allah sizdən çirkinliyi (günahı) yox etmək və sizi tərtəmiz (pak) etmək istər!"(Əhzab/33).
Peyğəmbəır (s) buyurur: "Mən sizin aranızda iki qiymətli şey qoyub gedirəm: Allahın kitabı və əhli-beytim".
Peyğəmbər burada əhli-beytini Quranla bir sırada qərar vermişdir. Buda onların Quran kimi doğru, yenilməz və hidayətçi olduqlarını göstərir. Deməli kitab (Quran) və sünnət əhli-beytin (ə) sözlərinin doğruluğuna zəmanət vermiş və hökmləri almaq üçün onlara müraciət etməyin lüzumunu izah etmişdir.
Əgər Peyğəmbər səhabələrinin və tabeinlərin arasında tətqiqat aparsanız, onların arasında nə qədər iyrənc, yalançı və hoqqabazların olduqlarını görəcəksiniz. Sünni kitabların müraciət etdikdə isə bu kitabların belə adamların hədisləri ilə dolu olduğnun şahidi oluruq. Və görürük ki, bu cür insanlar Peyğəmbərin sünnətini necə təhrif etmiş və tanınmaz hala salmışdırlar. Bu bulanıq sudan ən çox balıq tutan isə islamın düşmənləridir. Siz qərb şərqşünaslarının ərəb dilindən qərb dillərinə tərcümə etdikləri kitablara baxsanız, bu barədə heç bir şübhəniz qalmayacaqdır. Onlar İslamı gözdən salmaq üçün sünni qardaşlarımızın məhz belə kitablarını müxtəlif dillərə tərcümə edir və qərb cavanlarını əsl İslam mədəniyyətindən uzaqlaşdırırlar. Siz şərqşünaslar tərəfindən xarici dillərə tərcümə olunmuş bir ədəd də olsa belə şiə kitabı tapa bilməzsiniz.
4- Hər bir şəxs peyğəmbərdən (s) bizə çatan hədislərə diqqət etsə aydın olar ki, "sünnət" tarix boyunca hədisin deyildiyi vaxtdan bu günə qədər sünnilərdə rastlaşdığı problemlərlə, şiə aləmində üzləşməmişdir. Çünki, sünnilərin vasitəsilə nəql olan sünnətin yazılması uzun müddət (100) qadağan edildi. Sünnət həmin vaxtlarda məhz dil vasitəsilə keçmişdən gələcəyə ötürüldü. İkinci xəlifə peyğəmbərin vəfatından sonra hədislərin yazılmasını qəti qadağan etdi. Hətta hədis yazdıqlarına görə bəzilərinə şallaq vurdu. Bu da Əməvi xəlifəsi Əmr bin Əbdül-Əzizin dövrünədək davam etdi. Əlbəttə aydındır ki, bir zehindən digər zehinə köçürülmüş məsələlər müxtəlif insanların vasitəsilə hansı söz və məna təhrifinə və dəyişikliyinə məruz qalacaq. Amma "sünnət"in tarixi şiə arasında başqa şəkildə olub. Peyğəmbərin buyurduğuna əsasən- "Elmi yazmaqla zəncirləyin" onun bütün dediklərini həzrət Əli (ə) yazırdı. Buna görə də Əhli-beytdə (ə) bir kitab olub ki, bəzi hallarda onu yaxın səhabələrinə göstəriblər. O, peyğəmbərin (s) imlası və həzrət Əlinin (ə) yazdığıdır.
Həzrət Zəhranın (s) imlası və həzrət Əlinin yazdığı başqa bir kitab da var ki, həzrət Zəhranın (s) peyğəmbərdən (s) öyrəndiyi və Allahın ilhamı ilə qəlbində olan elmləri əhli-beytin yanında idi.
Həmçinin əhli-beytdən nəql olan hədislərdə gəlib: "Bütün eşitdiklərinizi yazın! Çünki, tezliklə onlara ehtiyacınız olacaq" ya "Yazın! Çünki, yazmadan qoruya bilməyəcəksiniz".
Yunis bin Əbdür-Rəhim deyir: "Fəraiz" bölməsinə aid mənə həzrət Əlidən (ə) bir kitab çatmışdı. Onu səkkizinci imama Əli bin Musa Rizaya göstərdim. O buyurdu : Düzdür".
Həmçinin Ömər Mütəbbəb deyir: "Zərif bin Nasihin "Diyat" kitabını imam Sadiqə (ə) göstərdim. İmam onu təstiq etdi".
Həsən bin əl-Cəhm də nəql edir ki, həmin "Diyat" kitabını imam Rizaya (ə) göstərdim o da təstiq etdi.
Qeyd olan dəlillərdən əlavə peyğəmbərin (s) Xif məscidində söylədiyi xütbədir ki, buyurdu: "Allah-taala şad (nurani və xalis) etsin o şəxsi ki, məndən eşitdiklərini qoruyub saxlaya, hifz edə və baçqalarına çatdıra".
Bu xütbə hədislərin yazlmasının lüzumuna açıq-aydın bir dəlildir. Çünki, qoruyub saxlamağın ən gözəl yolu yazmaqdır.
Deməli Şiə baxımından peyğəmbərin sünnəti (s) (az bir hissəsindən başqa) ilk dövürdən olduğu kimi qorunub saxlanılmışdır.
Sünnilərdə isə vəziyyət belə deyildir. Buna görə də Şafei Malikdən, o, Nafidən o da ibni Ömərdən rəvayət etdiyi hədis silsiləsi "silsilətüz-zəhəb" (qızıl zincir) hədisi kimi məşhurdur. Lakin şiə alimlərinin məsumlardan rəvayət olunan (həzrət Əlidən imam zamana qədər) hər bir hədis silsiləsinə "silsilətüz-zəhəb" deyirlər. Bundan əlavə məsumlarla bizim alimlər arasında olan fasilədə Zürarə, Məhəmməd bin Müslim, Əban, ibni Əbi Üməyr, Yunis və başqaları kimi bəzi rəvayət edənlər də var ki, onların rəvayət etdikləri hədis silsiləsi də silsilətüz-zəhəbdir. Deməli "həqiqi sünnət əhli", "əhli sünnət" adı ilə məşhur olanlar deyil, 12 imamçı şiələr və Cəfəri məzhəbidir. Sünni alimləri həmişə hədis cəhətdən çatışmamazlıqlarla üzləşmiş və və öz şəxsi fikirlərini Quran və sünnətlə yanaşı mənbə və dəlil kimi cilvələndirmişlər. Lakin insafla desək sünni alimləri hədis topluları yazmaqda və onların nizama salınmasında bizdən çox zəhmət çəkiblər. Əlbəttə onları buna da məcbur edən İslamın yaranmasının ilk günlərindən vəhy mənbəsini itirməkləri olub. Şiələr isə İmamlardan faydalandıqları üçün müxtəlif hədis toplularına ehtiyacları olmamışdır.
Bütün təmənnasız nemətlərinə görə, o cümlədən pak həyata istiqamətləndirən sünnətə və əhli-beyt vilayətinə qovuşmağımız üçün Allaha şükür edirik.

İstifadə olunmuş ədəbiyyat:
1. Uyunu əxbarur-Riza (ə), Şeyx Səduq ®.
2. Biharul-ənvar, Əllamə Məclisi ®.
3. Əl-Kafi, Kuleyni ®.
4. Vəsailuş-şiə, Şeyx Hürr Amili.
5. Əmali, Şeyx Müfid ®
6. Əl-Müstədrək ələs-səhihəyn, Hakim Nişapuri ®
7. Bəsairud-dərəcat, Məhəmməd Səffar.
Mənbə

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#52 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 06 февраля 2010 - 11:29

Davam edək...

Rafizilər bu hədislərlə razılaşmır və öz növbəsində bunun əksini göstərən çoxlu hədis gətirirlər. Onlar böyük əshabə və imam Əli bin Əbu Talibə -radıyallahu anhu- əsaslanırlar. Amma gəlin görək bu hədislər elə onların özlərində qəbul olunmuş hədis elminə əsasən səhih sayıla bilərmi?

Əl-Kuleyni “əl-Kafi”də İbn Miskənin Abdullah bin Süleymandan nəql olunan belə bir hədisini rəvayət edir ki, imam Cəfər deyib: “Əli deyib: “Əgər məni İbn Xəttab qabaqlamasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi”.

Hətta rafizilərə (cəfərilərə) görə bu, qondarma hədisdir. Əl-Məclisi kitablarında bunu namə'lum adlandırıb (Əl-Məclisi, “Mulaz əl-Əhyar” 12/29, hədis 5; və “Mirat əl-Uqul”, 20/227, hədis 2).

Əl-Məclisi “Bihar əl-Ənvar” kitabında Mufaddal bin Ömərdən imam Cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir:
“ … Bəli. Mö'minlərin əmiri Əli deyib: “İbn əl-Xəttaba lə'nət olsun! Əgər o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı müsəlmanlarda böyük ne'mət - müvəqqəti nigah var idi». Bu, qondarma hədisdir (Əl-Məclisi, “Bihar əl-Ənvar”, 103/105).

Şiə alimi ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında “Ər-Rical” kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: “Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil” (ən-Nəcaşi,“Ər-Rical”, 2/359-360).

Əl-Kahbai “Məcmuə ər-Rical” kitabında onun barəsində yazır: “O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz” (Əl-Kahbai, “Məcmuə ər-Rical”, 6/131).

Əl-Ərdəbili “Cami ər-Ruvat”, əl-Hulyi “ər-Rical” və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, “Cami ər-Ruvat”, 2/258-259; əl-Hulyi, “ər-Rical”, səh. 258).

Beləliklə, rafizi alimlərinin özləri, imam Əlinin -radıyallahu anhu- müvəqqəti nigaha icazə verildiyini göstərən hədislərini inkar edirlər.

Bundan əlavə, onların ədəbiyyatında imam Əli bin Əbu Talibin -radıyallahu anhu- bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar.

Şeyx Məhəmməd ət-Tusi (cəfəri-şiə) özünün kitablarında, həmçinin rafizi (cəfəri) alim əl-Hur əl-Amili “Vəsail əş-Şiə” kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin -radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: “Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi” (Məhəmməd ət-Tusi, “əl-İstibsar”, 3/142 və “Təhzib əl-Əhkam”, 2/186).
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#53 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 февраля 2010 - 16:22

Axmaq vəhhabi zəif hədislərin mövcudluğu ilə səhih hədislərin olmadığını iddia edir? Alimlərin adını təhrif edərək yazdığı cızma-qarada nə demək istədiyi mənə aydın deyil. Əgər mut`a nikahının səhihliyi barədə səhih hədislər istəyirsə bu barədə ayrıca mövzu var. İnşaAllah qismət olduqca orada hamılıqla əldə etdiklərimizi yerləşdirərik. Bunula yanaşı mut`a barədə Quran ayəsini unutmamalıyıq:

فَمَا اسْتَمْتَعْتُمْ بِهِ مِنْهُنَّ فَآتُوهُنَّ أُجُورَهُنَّ فَرِيضَةً
Mütə etdiyiniz qadınların mehrlərini lazımi qaydada verin! (Nisa-24)

untitled.jpg raqib_al_isbahani.jpg

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#54 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 07 февраля 2010 - 17:01

Bundan əlavə, onların ədəbiyyatında imam Əli bin Əbu Talibin -radıyallahu anhu- bu cur nigaha baxışlarını aydın şəkildə əks etdirən hədislərə rast gəlmək olar.

Şeyx Məhəmməd ət-Tusi (cəfəri-şiə) özünün kitablarında, həmçinin rafizi (cəfəri) alim əl-Hur əl-Amili "Vəsail əş-Şiə" kitabında Amr bin Xalidin Zeyd bin Əlidən onun atası imam Əlinin -radıyallahu anhu- belə dediyini göstərən hədis rəvayət edib: "Rəsulullah -səllallahu aleyhi və alihi və səlləm- Xeybər günü ev eşşəyinin ətini və müvəqqəti nigahı qadağan etdi" (Məhəmməd ət-Tusi, "əl-İstibsar", 3/142 və "Təhzib əl-Əhkam", 2/186).

Hədislərə rast gəlmək olur deyib fəqət bir hədis rəvayət edir? :whistling:

Vəhhabinin yazdığı bu hədisin əsl məsdəri Şeyx Tusinin "əl-İstibsar" və "ət-Təhzib kitablarıdır. Vəhhabi öz ən`ənəsinə sadiq qalaraq şeyx Tusinin bu hədis barədə yazdığı sözləri gizlədib. Şeyx Tusi yazır:

فان هذه الرواية وردت مورد التقية وعلى ما يذهب اليه مخالفوا الشيعة، والعلم حاصل لكل من سمع الاخبار ان من دين ائمتنا عليهم السلام اباحة المتعة فلا يحتاج إلى الاطناب فيه

Bu rəvayət təqiyyə və şiyələrə müxalif olanların fikri ilə rəvayət olunub. Xəbərləri eşidəndə hasil olan elm budur ki, mut`anin mubah olması İmamlarımızin (a.s.) dinindəndir və bu məsələdə artıq sözə ehtiyyac yoxdur.

Şeyx Tusi "ət-Təhzib" 7/251-251

Şeyx Tusi "İstibsar" kitabında bu hədisi rəvayət etdikdən sonra yazır:

فالوجه في هذه الرواية أن نحملها على التقية لانها موافقة لمذاهب العامة والاخبار الاولة موافقة لظاهر الكتاب وإجماع الفرقة المحقة على موجبها فيجب أن يكون العمل بها دون هذه الرواية الشاذة.

Bu rəvayəti təqiyyəyə həml edirik. Çünki bu (rəvayət) sünnü məzhəbləri ilə müvafiqdir. Əvvəlki xəbərlər (yə`ni bu rəvayətdən öncə mut`ənin caiz olduğuna dəlalət edən xəbərlər)isə Kitabin(Quranin) zahiri və haqq firqənin icması ilə müvafiqdir. Odur ki, onlara (əvvəlki xəbərlərə) əməl etmək lazımdır, bu şazz rəvayətə yox.

Şeyx Tusi "əl-İstibsar" 3/142

Bundan başqa Şeyx Tusi "əl-İstibsar" 1/66-da "Ayaqlara məsh çəkməyin vacib olması" fəslində eyni ilə bu hədisin ravilərinin rəvayət etdiyi hədisdən sonra yazır:

فهذا خبر موافق للعامة وقد ورد مورد التقية لان المعلوم الذي لا يتخالج فيه الشك من مذاهب ائمتنا ((عليهم السلام)) القول بالمسح على الرجلين وذلك اشهر من أن يدخل فيه شك أو ارتياب، بين ذلك أن رواة هذا الخبر كلهم عامة ورجال الزيدية ....................

Bu xəbər əhli-sünnə (dini) ilə müvafiqdir və şübhəsiz təqiyyə ilə varid olmuşdur. Çünki zərrə qədər şəkk olmadan mə`lum olan budur ki, İmamlarımızin (a.s.) məzhəbi ayaqlara məsh çəkməkdir. Bu (məsələ) şəkk-şübhə edilməyəcək qədər məşhur bir şeydir. Bununla belə bu xəbərin ravilərinin hamısı sünnü və zeydilərdir.................

Şeyx Tusi "əl-İstibsar" 1/66

Şübhə qalmasın deyə hər iki rəvayətin sənədini təqdim edim ki, ravilərini görə bilək.

Bu haqqında bəhs etdiyimiz hədisin sənədi:
محمد بن الحسن الصفار عن عبيدالله(2) بن المنبه عن الحسين بن علوان عن عمرو بن خالد عن زيد بن علي عن آبائه عن علي
(عليه السلام)

Bu da mut`a haqqında olan hədisin sənədi:
محمد بن أحمد بن يحيى عن أبي الجوزا عن الحسين بن علوان عن عمرو بن خالد عن زيد بن علي عن آبائه عن علي (عل)

əl-Huseyn b. Alvan, Amr b. Xalid, Zeyd b. Əli

Nəticə:
Hədis Quranın zahirinə, İmamlarımızın (a.s.) məzhəbinə, səhih hədislərə müxalif olduğundan, sənədində zeydi və sünnü məzhəbinə məxsus ravilər olduğundan hədisə əməl edilməz. Səhv anlaşılmaması üçün bir şeyi qeyd etmək istərdim ki, ravinin sünnü və zeydi olmağı onun siqa olub-olmaması ilə əlaqəli deyil.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#55 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 09 февраля 2010 - 01:05

Axi77 bir neçə hədis yazmışdı. Əksərinə cavab verildi. Bunlar yaddan çıxıb.

Bir şəxs Əbu Abdullahın (Cə'fər əs-Sadiq R.Ə) yanına gələrək belə bir sual verir: "Mən bir qadınla siğə etmək istəsəm və araşdırıb həmin qadının evli olduğunu öyrənsəm nə edim?". Əbu Abdullah cavab verir: "Niyə araşdırırsan ki?". Tusi şərh verir: "Bu məsələdə əsas xüsus odur ki, qadının evli olub olmadığını araşdırmayasan" (Əbu Cəfər Məhəmməd Tusi, Təhzib-ul-Əhkam fi Şərhi'l-Muqni'ə, Tehran 1390, Cild VII, s. 453-454). Kuleyni bu məsələni nəql edərək deyir: "Əbu Abdullah dedi ki: "Qadının evli olub olmadığını soruşmağın lazım deyil, sənin işin odur ki, qadının öz nəfsi ilə əlaqəli bəyanını təsdiq edəsən"(Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni, əl-Furu' min əl-Kafi, Tehran 1391, Cild V, s. 462).

Əli əs-Sibai siğə etmişdi, fəqət bunu iyrənclik və həyasızlıq hesab edərək Allaha and içdi və dedi ki, bir də siğə etməyəcəm. Bunu Əbu Həsənə dedikdə o, belə dedi: "Sən and içmisən ki, Allaha itaət etməyəcəksən. Allaha and olsun ki, siğə edərək yenidən ona itaət etməsən Allaha üsyan etmiş olacaqsan".( Əbu Cəfər Məhəmməd Tusi, əl-İstibsar, Tehran 1390, Cild III, s. 142)
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#56 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 09 февраля 2010 - 01:08

Fitnəkarların növbəti sözləri:

Əl-Məzari yazırdı: “Müsəlman alimlər ittifaq etdilər ki, müvəqqəti nigah şəriətlə qadağan olunub. Bununla yalnız Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- sonradan ləğv etdiyi hədislərə əsaslanan bə'zi yolunu azmışlar razılaşmır. Bu hədislər dəlil ola bilməz” (Bax. “əl-Muallam”, 2/131).

Əl-Xəttabi “Məalim əs-Sünən” kitabında yazır: “Müvəqqəti nigahın qadağan olunmasıyla bə'zi şiələrdən başqa bütün müsəlman alimlər razılaşır. Buna hətta mübahisəli suallarda onların imam Əliyə -radıyallahu anhu- və Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- ailə üzvlərinə istinad etmələri ilə də bəraət qazandırmaq olmaz. Belə ki, imam Əli bin Əbu Talibin -radıyallahu anhu- müvəqqəti nigahın sonradan qadağan edildiyini xəbər verdiyi dəqiq mə'lumdur. Bundan əlavə, əl-Beyhəqi imam Cəfərin müvəqqəti nigahı əsil zinakarlıq adlandırdığı sözləri rəvayət edib”.

Qazi İbn İyad deyib: “Rafizilərdən (yə'ni cəfəri-şiələrdən) başqa bütün müsəlman alimlər müvəqqəti nigahın qadağan olunmasında yekdildirlər” ( İmam ən-Nəvəvi, “Şərh əs-Səhih Müslim”, 9/181 və s.).

Amma gəlin ədalətli olaq. Yalnız rafizi ədəbiyyatı oxumuş və bu baxışlara şərik olmayanlara münasibətdə qərəzçilik ruhunda tərbəyə olunan və ümumiyyətlə, “Sünnə” (Məhəmməd Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- yolu) sözünə qarşı ikrah hissi keçirən insana öz alimlərinin istinad etdikləri hədislərin səhih olmadığını təsəvvür etmək çox çətindir.

Hədis elminin əsaslarını bilməyən müsəlman onların yalan olmasına sərbəst əmin olmaq iqtidarında deyil. Belə hallarda bir qayda olaraq, İslamın ilk mənbəyinə - Müqəddəs Qur'ana müraciət etmək lazımdır ki, Uca Allahın hər hansı bir məsələ barədə çıxardığı qərarı öyrənə biləsən.

Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- hədislərinin mövcudluğuna və onların Axirətə qədər qorunub qalacağına baxmayaraq, gafirlər onun və əshabələrinin kəlamlarına çoxlu yalanlar əlavə ediblər. Peyğəmbərin -səllallahu aleyhi və alihi və səlləm- əsil davamçılarının müvəqqəti nigah haqqında qondarma hədisləri rədd etmələrində göründüyü kimi, müsəlman ilahiyyatçıları üçün onların qeyri-səhih olmasını başa düşmək heç də çətin deyil.

Amma nabələd adam yolunu aza bilər. Hədisləri qərəzlə araşdıranları rafizi alimlərin başına gələn məhz belə bir bədbəxtçilik gözləyir.
ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#57 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 09 февраля 2010 - 19:09

Axi77 bir neçə hədis yazmışdı. Əksərinə cavab verildi. Bunlar yaddan çıxıb.
.....................

İnşaallah cavab olacaq. Sadəcə olaraq nəzərə alın ki, yerləşdirdiyiniz iddiaları mənbələrdən tapınca, bu barədə olan nəzərlərə baxınca vaxt gedir. Xüsusən də nəzərə alsaq ki, vəhhabilər ağıllarına gələn formada mənbə və alim adları qeyd edirlər.
Digər tərəfdən Quran mövzusunda vəhhabilərin azğınlıqı və həyasızlığı diqqətimi o səmtə yönəltdi.
İnşaAllah qismət olan gün cavablar olacaq. Sadəcə olaraq bir az səbrli olaq. Allah sizlərdən razı olsun və sizləri hifz etsin!

O ki, qaldı mut`anin haramlığında icma məsələsinə yuxarıdakı yazımda bu məsələyə toxunmuşam. Və inşaAllah tələsməsəniz geniş formada müzakirə edərik. Yuxarıdakı yazımı xatırladıram:

1858-ci məsələ:
.......Rasulallah s.a.s-dən sonra sələfdən bir qrup ---Allah onlardan razı olsun-- mut`anin halal olduğunu bildirdilər. Onlardan səhabələr---Allah onlardan razı olsun---Əsma bint Əbu Bəkr əs-Siddiq, Cabir b. Abdullah, İbn Məs`ud, İbn Abbas, Müaviyə b. Əbu Sufyan, Əmr b. Hureys, Əbu Səid əl-Xudri, Sələmə və Mə`bəd b. Umeyyə b. Xələfdir. Bunu Cabir b. Abdullah Peyğəmbər s.a.s., Əbu Bəkr zamanında və Ömərin xilafətinin sonuna yaxın zamanda səhabələrdən rəvayət etmişdir. Mut`anin mübah olması barədə İbn Ömərdə ixtilaf, Əlidə isə təvəqquf edilmişdir. Ömər b. Xəttab yalnız iki adil şəxs şəhadət verməyənə qədər inkar etmişdir, iki adil şəxs şəhadət verdikdə isə mübah bilmişdi.
Tabeinlərdən isə Tavus, A`ta, Səid b. Cubeyr və Məkkənin digər fəqihləri Allah onları əzizi etsin.( mut`anin halal olduğunu bildirdilər)

İbn Həzm "Muhəlla" "Nikah" bölməsi 1858-ci məsələ

Nə gözəl icmadır elə deyilmi? Həmçinin İbn Həzmi xatırlatdımsa elə yenə onun "Məratibul-icma" kitabından "Nikah" bölümünə nəzər salaraq görürük:

واختلفوا في نكاح الشغار والمتعة والسر والمحلل
Şiğar, mut`a, təsərri və muhəllil nikahlarında ixtilaf etmişdirlər.
İbn Həzm "Məratibul-icma" 1-ci cild "Nikah bölümü

İbn Həzm deyir ki, ixtilaf ediblər, yalançı vəhhabi isə haram olmasında icma olduğunu iddia edir.

İnşaAllah bir az səbrli olun, "icmanın" şahidi olcayıq.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#58 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 11 февраля 2010 - 18:13

Əli əs-Sibai siğə etmişdi, fəqət bunu iyrənclik və həyasızlıq hesab edərək Allaha and içdi və dedi ki, bir də siğə etməyəcəm. Bunu Əbu Həsənə dedikdə o, belə dedi: "Sən and içmisən ki, Allaha itaət etməyəcəksən. Allaha and olsun ki, siğə edərək yenidən ona itaət etməsən Allaha üsyan etmiş olacaqsan".( Əbu Cəfər Məhəmməd Tusi, əl-İstibsar, Tehran 1390, Cild III, s. 142)

Hədisin həqiqi mətninə baxdıqdan sonra sənədi ilə maraqlanmağa ehtiyyac duymadım.

عن علي السبائي قال قلت: لابي الحسن (ع) جعلت فداك إني كنت أتزوج المتعة فكرهتها وتشاء‌مت بها فأعطيت الله عهدا بين الركن والمقام وجعلت علي في ذلك نذرا وصياما ألا أتزوجها ثم إن ذلك شق علي وندمت على يميني ولكن بيدي من القوة ما أتزوج في العلانية قال فقال لي: عاهدت الله أن لا تطيعه والله لئن لم تطعه لتعصينه.

Əli Əs-Səbaidən. Dedi: Əbil-Həsən (a.s.)-a dedim: Sənə fəda olum! Müvəqqəti nikah etmişdim. Lakin xoşuma gəlmədi və onu pis bir şey hesab etdim. Allahla "rükn və məqam arası"nda əhd-peyman bağladım, nəzir etdim və oruc tutdum ki, bir də müvəqqəti nikah etməyim. Bu (evlənməmək) mənim üçün çətin oldu və and içdiyimə peşman oldum, (daimi nikahla) evlənməyə də gücüm çatmır.
İmam (a.s.) mənə buyurdu: Allaha itaət etməməyə əhd-peyman bağlamısan, ona itaət etməsən üsyan etmiş olacaqsan.

əl-İstibsar səh-142

Gördüyümüz kimi vəhhabilər öz ənələrinə sadıq qalıblar. Əli Əs-Səbai Allahın halalını batil əhd-peymanla, nəzirlə özünə haram etmişdir. Sonradan isə bu batil andı səbəbinə müvəqqəti kəbin etməyib məşəqqətə düçar olur. İmam a.s. isə ona açıq aydın buyurur:
Allaha itaət etməməyə (yə`ni sünnəni, halal olan bir şeyi və Allahın rəhmətini tərk etməyə ) əhd-peyman bağlamısan, (batil andını tərk edib) ona itaət etməsən(Ömər qadağan edən sünnəni diriltməsən, Muhəmmədin qiyamətə qədər olan halalını halal bilməsən, Allahın rəhmətini tərk edib günaha batsan) üsyan etmiş olacaqsan.

1. Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah Bağışlayandır, Rəhmlidir. (Təhrim-1)

P.S. Təəssüf ki, bə`zi dardüşüncəlilər və xüsusən bu xüsusiyyətləri ilə seçilən vəhhabilər bir şeyin halal, mübah olmağı ilə vacib olmağını qarışdırırlar. Mut`a caizdir, Quran və sünnədə sabitdir. Bunun mə`nası o demək deyil ki, mut`a etmək vacibdir, hər kəs mut`a etməlidir. Kimin mut`aya ehtiyyacı olarsa, xoşuna gələrsə o da edər. Misal üçün əhli-sünnə hədis mənbələrində Peyğəmbər s.a.s.səhabələrə sarımsağ yeməyi halal buyurmuşdu, lakin özü onu yeməyi pis iyi səbəbinə tərk etmişdir, və yaxudsəhabələrə "dəbbun"u (kərtənkələ növü) yeməyi halal buyurmuşdu, lakin özü onu yemirdi.
Bə`zi kişilər bir neçə qadınla evlənməyi bəyənirlər, lakin öz ailəsindən olan qadınların başqa bir kişiyə 2-ci, 3-cü və yaxud 4-cü zövcə kimi ərə ketməsini adətən bəyənmirlər.
Bə`zi kişilər bəyənmədiyi qadınla yaşamaq istəmir və boşanmağa can atır, lakin öz ailəsindən olan qadının boşanıb üstünə qayıtmağını xoşlamır.
Bə`zi kişilər yaşlı olduğu halda, doğru-dürüst fiziki görünüşü və malı olmadığı halda gözəl və cavan qadınla evlənməyi xoşlayırlar. Lakin öz ailəsindən olan qadının yaşlı, eybəcər və maddi imkanı zəif kişiyə ərə getməsini bəyənmirlər. Əksinə cavan, tə`minatlı bir kişiyə, bir sözlə ailəsindən olan qadının gələcəyini maximum sığaortalamağa çalışır və s....

Bir şəxs Əbu Abdullahın (Cə'fər əs-Sadiq R.Ə) yanına gələrək belə bir sual verir: "Mən bir qadınla siğə etmək istəsəm və araşdırıb həmin qadının evli olduğunu öyrənsəm nə edim?". Əbu Abdullah cavab verir: "Niyə araşdırırsan ki?". Tusi şərh verir: "Bu məsələdə əsas xüsus odur ki, qadının evli olub olmadığını araşdırmayasan" (Əbu Cəfər Məhəmməd Tusi, Təhzib-ul-Əhkam fi Şərhi'l-Muqni'ə, Tehran 1390, Cild VII, s. 453-454). Kuleyni bu məsələni nəql edərək deyir: "Əbu Abdullah dedi ki: "Qadının evli olub olmadığını soruşmağın lazım deyil, sənin işin odur ki, qadının öz nəfsi ilə əlaqəli bəyanını təsdiq edəsən"(Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni, əl-Furu' min əl-Kafi, Tehran 1391, Cild V, s. 462).

Nəhayət ki, Allahın köməkliyi ilə bu hədisi tapdım:

ومتى اراد الرجل تزويج المتعة فليس عليه التفتيش عنها بل يصدقها في قولها.

(1092) 17 - روى محمد بن أحمد بن يحيى عن علي بن السندي عن عثمان بن عيسى عن اسحاق بن عمار عن فضل مولى محمد بن راشد عن ابى عبدالله عليه السلام قال: قلت اني تزوجت امرأة متعة فوقع في نفسي أن لها زوجا ففتشت عن ذلك فوجدت لها زوجا قال: ولم فتشت؟ !.

Kişi müvəqqəti nikah etdikdə qadının sözünə inanmalıdır, araşdırma aparmaq lazım deyil.

(1092)17-.....Muhammad b. Raşidin azad etdiyi qul Fadl Əbu Abdillah (a.s.)-dan rəvayət etdi: Mən bir qadınla müvəqqəti nikah etdim. Beynimə belə bir fikir gəldi ki, onun əri var. Bunu araşdırdım və ərdə olduğu mə`lum oldu. İmam (a.s.) buyurdu: Niyə araşdırdın ki,?

ət-Təhzib 7/253

(10000) - 1 - عدة من أصحابنا، عن أحمد بن محمد بن خالد، عن محمد بن علي، عن محمد بن أسلم، عن أبراهيم بن الفضل، عن أبان بن تغلب قال: قلت لابي عبدالله (ع): إني أكون في بعض الطرقات فأرى المرأة الحسناء ولا آمن أن تكون ذات بعل أو من العواهر؟ قال: ليس هذا عليك إنما عليك أن تصدقها في نفسها.

(10000)-1-.........Əban b. Təğləb dedi: Əbu Əbdillah (a.s.)-a dedim: Bə`zən mən yolda gözəl qadın görürəm. Onun evli və yaxud pozğun qadın olmasına əmin olmuram.
Buyurdu: Bu sənlik deyil. Sən onun özü barədə söylədiyi sözə inanmalısan.

əl-Kafi 5/462

1-ci hədisin sənədində Əli b. əs-Sindi məchuldur. Barəsində ixtilaflı fikirlər var. Uzunçuluq olmasın deyə İmam Xoinin "Mu`cəm ricalul-hədis" kitabının 13-cü cildindən bu ravinin tərcümeyi halına ssılka verirəm. Maraqlananlar İmam Xoinin onun barədə təhqiqatını oxuya bilərlər:
8195-ci ravi Əli b. əs-Sindi

Həmçinin həmin kitabın 5-ci cildində, 2819-cu ravi əl-Həsən b. Raşidin tərcümeyi halından kiçik bir sitatla dediklərimi təsdiqləyirəm:

وطريق الشيخ إليه ضعيف بعلي إبن السندى
Şeyx Tusinin ona olan təriqi Əli b. əs-Sindi səbəbinə zəifdir. 5-ci cild 2819-cu ravi, səhifənin son cümləsi

Hədisin sənədindəki digər ravi Fadl movla Muhammad b. Raşiddir (yə`ni Muhammad b. Raşidin azad etdiyi qul Fadl.) Bu ravi də məchuldur. Şeyx Tusinin ravilərindəndir.

Bə`zi nüsxələrdə adı Fudeyl movla Muhammad b. Raşid (yə`ni Muhammad b. Raşidin azad etdiyi qul Fudeyl) kimi, bə`zəndə Fadl ğulam Muhammad b. Raşid kimi gəlmişdir. Güvənilir olması heç bir rical kitablarında bildirilməmişdi.

9421-ci ravi

Hədislərin ümumi mə`nası budur ki, əgər qadın müvəqqəti nikah bağlamağa razıdırsa zahirən bu onun ərdə və yaxud iddəli olmamasına dəlalət edir. Bu cür hallarda ortada səbəb olmadan kişinin qadının sözlərinə inanmamasına əsas yoxdur. Səbəb olmadan nəyə görə qadın barədə su`i zənn edilməlidir?
O ki, qaldı ərli və ya iddəli qadının kişini və yaxud kişinin qadını aldatmasına bu tərəflərin öz günahlarıdır. Belə ki, bu cür halların daimi nikahda da baş vermə ehtimalı vardır və əgər müxtəlif fərdlərdə bu hal baş verərsə daimi nikahın hamı üçün haram olmasına dəlalət etmir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)

#59 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 11 февраля 2010 - 23:27

Əl-Məclisi "Bihar əl-Ənvar" kitabında Mufaddal bin Ömərdən imam Cəfərin belə dediyini göstərən uzun bir hədis rəvayət edir:
" … Bəli. Mö'minlərin əmiri Əli deyib: "İbn əl-Xəttaba lə'nət olsun! Əgər o olmasaydı ən bədbəxtlərdən başqa heç kəs zina etməzdi, axı müsəlmanlarda böyük ne'mət - müvəqqəti nigah var idi». Bu, qondarma hədisdir (Əl-Məclisi, "Bihar əl-Ənvar", 103/105).

Şiə alimi ən-Nəcaşi hədisləri rəvayət edənlər haqqında "Ər-Rical" kitabında əl-Mufaddal (yuxarıdakı hədisin rəvayətçisi) haqqında yazır: "Onun baxışları qüsurlu, hədisləri isə dolaşıqdır, onlara əhəmiyyət vermək lazım deyil" (ən-Nəcaşi,"Ər-Rical", 2/359-360).

Əl-Kahbai "Məcmuə ər-Rical" kitabında onun barəsində yazır: "O, hədislərə çox şeylər əlavə edir və həddini aşır. Onun hədislərini rəvayət etmək olmaz" (Əl-Kahbai, "Məcmuə ər-Rical", 6/131).

Əl-Ərdəbili "Cami ər-Ruvat", əl-Hulyi "ər-Rical" və başqaları da onun barəsində elə bu fikirdədirlər (Əl-Ərdəbili, "Cami ər-Ruvat", 2/258-259; əl-Hulyi, "ər-Rical", səh. 258).

Burda xüsusi bir məqam var ki, yalançı vəhhabi bu hədisi nəql edən Mufaddal barədə 2-3 sünni aliminin neqativ fikrini yazıb. Hamımız bilirik ki, Mufaddal İmam Cəfər Sadiqin ən güclü tələbələrindən biri olub.

Əgər imkan olsa, Mufaddal barədə müsbət fikirdə olan sünni alimlərindən sitatlar gətirək. Kim nə bilirsə.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

#60 master_ier

master_ier

    Naqib – Captain

  • Murid
  • 970 сообщений

Отправлено 15 февраля 2010 - 00:19

Qur'ana əsasən arvadını xəyanətdə günahlandıran kişi, bu barədə dörd dəfə and içməli və haqlı olduğunu təsdiq etmək üçün bir dəfə yalan danışına lə'nət deməlidir.

«Arvadlarına zina isnad edib özlərindən başqa şahidləri olmayanların hər biri sözünün doğru olduğuna dair dörd dəfə Allahın adı ilə (Əşhədu billəhi - Allahı şahid gətirirəm, deyə şəhadət verməlidir). Beşinci dəfə: "Əgər yalan deyirsə, Allah ona lə'nət eləsin!" (- deməlidir). Qadının da (hakimin hüzürunda) ərinin yalan deməsi barədə dörd dəfə Allahı şahid tutması əzabı ondan dəf edər. Beşinci dəfə: "Əgər yalan deyirsə, Allah ona lə'nət eləsin!" (- deməlidir)» (ən-Nur, 6-9).

Bunlar müvəqqəti nigaha aid deyil.

İbn Əbi Yafur rəvayət edir ki, imam Cəfər deyib: "Müvəqqəti nigahda olan kişi və qadın günahsız olduqlarını təsdiq etmək üçün xüsusi and içməməlidirlər" (əl-Hulyi, "Şərai əl-İslam", səh 2/306; "Cəvahir əl-Kəlam", 30/189 və s.)

Qur'an arvadlarını analarına oxşadaraq bununla onlardan imtina edən şəxslər bərədə bə'zi qaydalar müəyyən edib.

«Sizdən öz qadınları ilə zihar (qanuni nigahlarını özlərinə haram edib) edən kimsələrin zövcələri (əslində) onların anaları deyillər. Onların anaları ancaq özlərini doğan qadınlardır…» (əl-Mücadələ, 2).

Ayədə ondan danışılır ki, kişi öz arvadını özü üçün anası kimi toxunulmaz e'lan edir. İslama qədər bütpərəstlər məhz belə boşanırdılar. Uca Allah deyib ki, bu cür hərəkət edən hər kəs, arvadıyla qovuşmazdan qabaq, bir qul azad etməli və ya iki ay fasiləsiz oruc saxlamalıdır və ya əgər bunu bacarmasa, 60 kasıbı yedizdirməlidir.

Bu da, həmçinin müvəqqəti nigaha aid deyil.

Əl-Fudalın dediyinə görə kimsə (!) ona agah edib ki, imam Cəfər belə deyib: "Öz arvadını anasına oxşadan ondan boşanmış olur". "Vəsail əş-Şiə" kitabının 16-cı fəslində deyilir: "Öz arvadlarını analarına bənzədənlər haqqında olan qərar müvəqqəti nigaha şamil edilmir" ("Vəsail əş-Şiə", 19 və 20-ci fəsillər; "Cəvahir əl-Kəlam", 30/189; Abdullah Niam, "Ruh ət-Təşəyyu", səh. 460).

Kor olmuş vəhhabi son hədisi zəif ola-ola fakt kimi gətirir. Amma yenə də maraqlıdır bu məsələ mütə nigahında necədir.

ŞEYX CAVİDİN VİDEOLARI ............ ŞEYX CAVİDİN XÜTBƏLƏRİ (MP3)

...............................SƏLƏFİLİK HAQQINDA HƏR ŞEY!!!

313 HƏDİSLƏR BÖLMƏSİ..............................313 MƏQALƏLƏR BÖLMƏSİ

Əhli Beytin (ə) fəzilətini zəif göstərməyə çalışanlara Allah lənət eləsin!!!

Количество пользователей, читающих эту тему: 2

0 пользователей, 2 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru