Salam olsun həqq əhlinə!
QARDASH!
Nə tez bezdin? Sənin bu suallarına dəfələrlə cavab verib izah etmişəm.
Çünki "əlin" ləfzi həqiqisinin mənası nöqsandır. Allah həmin ifadəni istiarə (məcazın bir növü) olaraq işlədib.. Ona görə də Allahın bu sözünün ifadə etdiyi sifət tam kamal və nöqsansızdır.. Sən isə bunu qəbul etməməklə iki dənə ziddiyyata düşmüş olursan. Birincisi budur ki, "Əlin" ləfzi həqiqisinin mənasını inkar etməklə ona yenə ləfzi həqiqi deyirsən bu ziddiyyatliqdir. İkincisi isə "əlin" ləfzi həqiqisinin mənasini Allaha nisbət edirsən və deyirsən ki, nöqsan deyil. Halbuki, Əlin ləfzi həqiqisinin mənası nöqsandır...
Allah biriyle ("El") QURANDA MECAZ SENETINI ortaya qoyub! Mecaz da ki, ma vuzie lehden xaric olmusha deyirler. "El" lefzinin MECAZI MENASININ IFADE ETDIYI HEQIQET Allahin sifetidir, ve kamaldir elbette ki. MEcazi menasinin ifade etdiyi heqiqet- bilirsen ne demekdir?? Sene her bir sheyi herf beherf basha salmaliyam? Yeni meselen, yuxarida vurdugum misallarda ki, "Kelle" demishdim. Hemin lefzin ifade etdiyi mecazi menanin heqiqeti "COX BILIKLI" demekdir. Men de "El" lefzinin mecazi menasinin ifade etdiyi heqiqeti Allaha nisbet tam kamal bir sifet qebul edirem.
"Əl" ləfzinin həqiqi mənası (ma vuziə ləhusu) Allah üçün nöqsandır.
Sən burda deyirsən : Deməli Allah özünü nöqsanlıqla vəsf edib?
Mən deyirəm: Xeyr! Əsla! Ayədən, ərəb bəlağətindən aydın olduğu kimi Allah həmin ləfzi məcaz olaraq işlədib. Kəlimənin məcaz olaraq işlənməsi isə , Onun nöqsanlıqla vəsf olunması demək deyil! Çünki, kəlimə bu zaman məcazi mənasının həqiqəti ilə Ona (c.c.) istinad edir. Çünki məcazda bu bir qanundur ki: Cümlədə məcaz işləndikdə həmin ləfzin özü (ma vuziə ləhusu) yox, onun ifadə etdiyi məna nisbət edir, vəsflənmişə yaxud istinad olunmuşa! Burdan da məlum olur ki, Allah təbarəkə və təala barədə "əllər" deyəndə onun məcazi mənası başa düşülür. Bu da Allah barədə nöqsan demək deyil. Ona görə də deyirik ki, Allah təala özünü nöqsanlıqla vəsf etmiyib... Bu ola bilməz....
Bax bunu dəfələrlə yazıb izah etmişəm.. Sən isə kor tutduğundan buraxmaz kimi, yapışmısan sən bu sözü dedin sən bu sözü dedin.. Halbu ki, bunu izah etmişəm....
Bax sənə bir az asan izah edim:
Mən deyirəm ləfz məcazidir. Sən deyirsən yox həqiqətdir. Ona görə də mən deyən sözləri sən ləfzin həqiqətdə işlənməsi baxımından deyib belə bir qənaətə gəlirsən ki, mənim sözümdən belə çıxır ki, Allah özünü nöqsanlıqla vəsf edib..
Ona görə də burda bir məsələ həll olunmalıdır. O da budur ki, Allah təbarəkə və təalaya məcazi mənalı ləfz nisbət vermək olar ya yox?
Bunu muzakirə etmək üçünsə Əhzab 56 məsələsini ortaya qoymuşam.. Hələ ki, mənim dəlilim var ki, Allaha məcazi mənalı ləfz ilə nisbət vermək olar. Bu əsasdan da çıxış edib deyirəm ki, bu cür ayələrdə də şübhəsiz ləfz istiarədir yəni məcazdır.. İndi isə sən bunu batil etməlisən . Yəni mən gətirdiyim dəlili batil edərək sübut etməlisən ki, xeyr Allah təala quranda məcazi mənalı ləfz ilə özünə nisbət verməyib. Bununçün də mən gətirdiyim dəlili əsasən Əhzab 56 və digər ayələr məsələn QƏSƏS 88-də mən irəli sürdüyüm iddiayı batil edib deməlisən ki, yox belə deyil belədir. Bununla da hər şey həll olur....
Cənab QARDASH! Cavab verməyə sözün yoxdursa denən yoxdur. Day məntiqsiz yazılarından bezdim nədir? Sən mənim hansı yazımda məntiqsizliyi sübut etmisən? Və yaxdu hansı sualıma düz-əməlli cavab vermisən?
Yapışmısan elə sən deyirsən ki, Allah özünü nöqsanlıqla vəsf edib..
Demişəm yenə də deyirəm:
Allah təala özünü nöqsanlıqla vəsf etməyib. Əgər bir cümlədə məcaz olaraq söz işlənibsə deməli sözün məcazi mənasının ifadə etdiyi həqiqət başa düşülür. Bu isə nöqsanlığa dəlalət etmir.
Əgər mən desəydim "əl" ləfzinin həqiqi mənası nöqsandır və ayədə bütün sözlər öz həqiqi mənasında işlənib, onda deyə bilərdin ki, hə Zəbur məllim , sənin əqidən budur ki, Allah özünü nöqsanlıqla vəsf edib. Amma nəinki əqidə heç mənim sözümnən belə bir şey çıxmır.
Bununçün də Qurandan bəzi ayələri dəlil olaraq gətirdim ki, Allah təalaya məcazi mənalı ləfz nisbət verilib Quranda. Sən isə cavab vermədin bunlara. Əlavədir deyib üstündən keçdin...
Əl-qərəz Mənim əqidəm budur: Allah təbarəkə və təala Qurani-Kərimi ərəbcə nazil edib. Ona görə də Qurani-Kərimdə ərəb dilinin bəyan etmə gözəlliklərindən olan, məcaz , istiarə , kinayə, vəs. kimi sənətlər yaradıb. Ona görə də Allah təalanın ayələrini incələdikdə Ərəb dilinin bəyan prinsiplərini də nəzərə almaq lazımdır.
Сообщение отредактировал Zəbur: 01 июня 2010 - 15:35