Отправлено 05 июня 2010 - 17:57
Abu Sufyan ordusu!
Yazmısan ki, “Hamı kimi mənim də fikir bildirmək hüququm var.”
Cavab; Sənə kimsə nəsə dedi ki? Mən qırqadan bax deyən də onu demək istəyirəm ki, yəni, mən sənin yazılarıva cavab verməyəcəm. O, ki qaldı sənin yazmagıva, istiyirsən gecə gündüz yaz, bu məni maraqlandırmır.
Sonra yazmısan ki, "Mənim qardaşım hansı yazısında Quranda nöqsanın oldduğunu bildirib?"
Cavab; Sənin qardaşın dəfələrlə deyib ki, “Allah təalanın dediyi “yəd”-sözünün həqiqi mənasını götürüb Allah versək artıq biz nöqsanlıga qail olacagıq. Fikir verdin sözə? Həqiqətəndə dəhşətdir. Sözə diqqətlə fikir ver, “Allah təalanın dediyi” yəni, deyən Allahdır, yəni, fakt “yəd” sözünü Allah deyib, bu belə. Keçək cümlənin ardına- “həqiqi mənasını götürüb Allaha versək nöqsanlıga qail olacagıq”. Deməli, Allah təala sözü deyəndə nöqsana yol verib (Nəuzu billəh). Yəni, Allah təala başqa ayələrdə özünü (eşitməklə), (görməklə) –vəsf edəndə hər şey əla idi və heç bir nöqsanlıq yox idi. Elə ki, özünü “əllə”- vəsf etdi, srazu “əl”-in həqiqi mənasını Allah nisbət etmək nöqsanlıga qail olmaq oldu. Səncə bu söz nə deməkdir? Bu O deməkdir ki, Allah təalanın özünə nisbət etdiyi şeyi Allaha vermək olmaz, nə badə verəsən, çünki əgər versən bir başa nöqsanlıga qail olacaqsan, yəni bu o deməkdir ki, Allahı özündən yaxşı tanıyan var (Nəuzu billəh). Xülasə, ALLAH TƏALA QURANDA HƏQİQİ MƏNASI NÖQSAN OLAN BİR ŞEYLƏ ÖZÜNÜ VƏSF EDİB. Bu küfür deyil bəs nədir? Bu da şiələrin etiqadı. Mən day nə danışım? Mən bu küfrün qarşısında söz tapmıram yazım.
Sonra yazmısan ki, “sözlər müxtəlif mə`nalar üçün vəz` olunmuşlar”
Cavab; Məlumdur ki, “Yəd” sözünün mənasıda ləfzidə Allahdandır, yəni, “yəd” sözünü vəz edən Allahdır. Üstəlik bu “yəd”- sözünü Allah təala özünə izafət etmişdir. İndi sən mənə de görüm sənin cəsarətin çatırmı ki, deyəsən Allah təalanın vəz etdiyi “yəd” sözünün həqiqi mənası nöqsanlıga qaildir? Cavab bəli, Zəbur qardaşıvın cəsarəti çatıb, özüdə car çəkib. Açıq aydın deyib ki, Allah təalanın deiyi “yəd” sözünün həqiqi mənasını götürüb Allaha nisbət etsək, Allah barəsində nöqsanlıga qail olacagıq. Adama deyərlər, nəyi nisbət etsək? Artıq Allah təala özünə nisbət edib də, adama deyərlər heç Allahında dediyi sözün mənası nöqsan ola bilər? Axı bunu Allah deyib, bu necə nöqsan ola bilər? Nə isə mən uzatmaq istəmirəm məsələ aydındır. Mən bu mövzu barəsində çox şey deyə bilərəm, lakin hələ ki, mənə bu kifayət edər, çünki bu açıq aydın küfürdür.
Sonra yazmısan ki, “Bu mə`nalar kamala da dəlalət edə bilər, nöqsana da.”
Cavab; yəni, ki Allahın dediyi kəlmələr nöqsanda dəlalət edə bilər həə??? Ay bala başa düşün, Allahın dediyi kəlmələr nöqsana dəlalət edə bilməz. Sübhənallah, gör mən nəyin mübahisəsini aparıram, mən deyirəm Allahın özünə nisbət etdiyi sifətlərin hamsının həqiqi mənası kamaldır, siz isə deyirsiniz ki, yooxxx hamsının yoxx, eləsi var ki, həqiqi mənasını götürüb versək nöqsanlıga qail olacagıq. Bax bizim söhbətimiz budur. Mənim day sözüm yoxdur.
Sonra yenədə öz əqidəvi aləmə car çəkərək bildirib yazmısan ki, “Lakin söhbət sözü izafət etməkdən getmir həqiqi mə`nanı Allaha izafət etməkdən gedir başa düşürsən həqiqi mə`nanı. Hansı ki, bu mə`nadan nöqsan anlaşılır”
Cavab; necə yəni söhbət sözü izafət etməkdən getmir, həqiqi mənanı izafət etməkdən gedir? Bu nə cümlədi? Özüvü itirmisən yoxsa elə bura qədər düşünürsən? Söhbət SÖZÜN həqiqi mənasını izafət etməkdən gedirdəəə.
Sonra yazmısan ki, “Sən haradan bilirsən ki, Allah həmin sözü özünə izafət etməklə məhz sözün nöqsana dəlalət edən mə`nasını qəsd edibdir başqa mə`nasını yox?”
Cavab; Ay insan, mən deyirəm ki, O, sifətləri ki, Allah təala özünə izafət edib deməli orda, yəni o sözlərin həqiqi mənasında nöqsanlıq ola bilməz. Sən heç bilirsən söhbət nədən gedir? Nəisə.