Перейти к содержимому


Фотография

Şiə mə`budunun sifətləri


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 450

#301 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 05 июня 2010 - 14:50

Indi sizin sozunuzdan bela cixirki, man indi salafi egidesi gabul edim va tasdig edim ki, Allahin iki eli va ayaglari va saci var gecanin uc da bir hissa yera enir, demak men oldum elm ehli))))))))))))) :flowers1:

Gribede budur ki, siz salafiler soz atirsiz ki Allah yera enir va normal insan da sual edir ki bu neca ola biler????

Ne ise ... siz yalniz gabul edirsiz ki Allah insan kimi yera enir va salam.
Davam ediz yazmagi, amma burda sizin cavablari oxuyub basha dushuruk ki, azad dushunca sizda haramdir

Сообщение отредактировал Abu Sufyan ordusu: 05 июня 2010 - 15:09

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#302 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 05 июня 2010 - 15:20

Allah daha yaxşı bilir, amma zahirən görsənir ki, sizdə insan kimi problemlər var. Allah şəfa versin.

#303 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2010 - 16:21

Əvvəla məsləhət görərdim ki, əgər qıraqdan durub baxmaq yaxşı idisə gərək davam edərdin.

Mən yenə də əvvəlki kimi sənə balet edirəm.

ikinci demək istiyirəm ki, məni Əlixan musayev, kələntərov əziz aga, qaracalarov Əmiraslan bu kimi adamlar məni maraqlandırmır. Keçim mətləbə.


Səndəki bu təkəbbür insana lənətlənmiş şeytanı xatırladır.

Sən yuxardakıları yazmaqla nə sübut etdin ki? Burda gedən söhbət çox sadə bir söhbətdir, kənardan oxuyanlar üçün heçdə çətin deyil.


Mənim nəyisə sübut etmək fikrim yoxdur, xüsusən də sənə və sənin kimilərə. Sənin maneraların və yazıların həqiqətəndə zəlalətə müstəhəqq olduğuna dəlildir. Xatırlatmaq istəyirəm ki, bura forumdur, sirk deyil. Hamı kimi mənim də fikir bildirmək hüququm var.

Yazmısan ki, “Allah Quranda nöqsana yol verməyib.”

“Biz (onlara) nöqsansız-qüsursuz ərəbcə bir Quran nazil etdik ki, Allahdan qorxub pis əməllərdən çəkinsinlər.(Zumər-28)”

Cavab; Bu həqiqət də belədir, amma çox təəssüflər olsun, sənin Zəbur qardaşın bunun tam əksini deyir.


Bəli. Quran ərəb dilində yazılmış ən fəsih kitabdır, ərəb dilinin bütün imkanlarından yüksək səviyyədə istifadə olunmuşdur. Mənim qardaşım hansı yazısında Quranda nöqsanın oldduğunu bildirib?

Mənə isə bunlar kifayətdir. Konkret nəticə budur ki, şiə əqidəsinə görə, Allah təala o sifətləri ki, özünə izafət edib, bu sifətlərin bəziləri həqiqidir, yəni, bəzilərinin həqiqi mənası kamaldır, bəzilərinin isə həqiqi mənası nöqsandır.


Bütün dillərin xüsusiyyəti budur ki, sözlər müxtəlif mə`nalar üçün vəz` olunmuşlar. Bu mə`nalar kamala da dəlalət edə bilər, nöqsana da. Hətta ola bilər ki, eyni sözün mə`nası Allaha nisbətdə kamal, insana nisbətdə isə nöqsan olsun. Məsələn: təkəbbür. Təkəbbür Allaha nisbət edildikdə kamal insana nisbət edildikdə isə nöqsandır.

Yenə deyirəm, sözümü diqqətlə oxu “O, SİFƏTLƏRİ Kİ, ALLAH TƏALA ÖZÜNƏ İZAFƏT EDİB” BAŞA DÜŞÜRSƏN ÖZÜNƏ, ÖZÜNƏ İZAFƏT EDİB.



Səndə təkrar da olsa sözlərimi diqqətlə oxu. O sözləri ki, Allah özünə izafət edib bizdə edirik. Lakin söhbət sözü izafət etməkdən getmir həqiqi mə`nanı Allaha izafət etməkdən gedir başa düşürsən həqiqi mə`nanı. Hansı ki, bu mə`nadan nöqsan anlaşılır. Sən haradan bilirsən ki, Allah həmin sözü özünə izafət etməklə məhz sözün nöqsana dəlalət edən mə`nasını qəsd edibdir başqa mə`nasını yox?

Şübhəsiz, hər bir mö᾿min şəxs Allahın Özünü vəsf etdiyi şeylərə imanlı olmalıdır. Bundan əlavə, Allah kəlamını onun zahirindən başa düşülən başqa bir mə᾿naya yozmaq və aşkar nəssin (Qur᾿an və ya rəvayətin) əsasında olmayan yozumlara əl atmaq olmaz.
Bu zaman bir tərəfdən təşbih və təcsimdən pəhriz etmək, digər tərəfdən isə əsaslı olmayan bir yozumdan qaçmaq üçün mö᾿tədil və orta bir mövqe seçmək lazımdır.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#304 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2010 - 16:43

Bax, şiələrin etiqadına görə, Allah təalanın özünə izafət etdiyi bu sifətlərin bəzilərinin mənası həqiqidir və kamaldır, bəzilərinin mənası isə nöqsandır və məcazidir.


Xeyr. Həmişəki kimi gözlərinin içinə kimi yalan deyirsən. Şiələrin e`tiqadına görə digər dillərdə də olduğu kimi ərəb dilində də sözlər müxtəlif mə`nalar üçün vəz` olunmuşlar. Bu mə`nalar kamala da dəlalət edə bilər, nöqsana da. Əgər Allahın özünə izafət etdiyi sözün həqiqi mə`nası kamala dəlalət etsə onda həmin sözün həqiqi mə`nası götürülür. Yox, əgər Allahın özünə izafət etdiyi sözün həqiqi mə`nası nöqsana dəlalət etsə Allahın bütün nöqsanlardan münəzzəh olduğunu təsdiqləməyə mükəlləf olduğumuz üçün sözün avtomatik olaraq məcazi mə`nası götürülür.

Halbu ki, ya hamsı məcaz olmalı idi və bununlada məcaz bəhsini etməli idik, ya da ki, bəziləri kimi hamsı həqiqi olmalı idi və bununla da iş qurtarırdı.



Hamısının hökmən ya məcaz yadaki həqiqi olmağını sən haradan çıxartmısan? Dəlilin nədir?
Rəşad 1427, ətimi tökmə sən hara məcaz bəhsi hara? Burnun girmədiyi yerə başını soxma! Sən məndən də betər Azərbaycan dilində iki cümləni dalbadal yazıb fikrini çatdıra bilmirsən o ki, qaldı bəhs edəsən, özüdə ərəb dilinin Bəlağət elmindən?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#305 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2010 - 16:57

Yoxsa ki, birinin məcaz, digərinin həqiqi olması bir başa əqidənin ziddiyatlıə olmasına dəlildir. Birinin məcaz, digərinin isə həqiqi olmasına gətirib çıxardan səbəb isə aşagdakıdır.


Əvvəla sənə Bəlağət elmindən bəhs etmək istəyən bir şəxs kimi məsləhətim budur ki, "ziddiyyət" sözünün istər Azərbaycan dilində istərsə da ərəb dilində həqiqi mə`nasını öyrənəsən. Ağlına gələn yerdə işlədib mə`nasız cümlələr qurma!
Həqiqi mə`na ilə mə`cazi mə`na hansı zamandan bir-birinə zidd olublar?
Birinin həqiqi, digərinin mə`caz olduğuna gətirib çıxaran səbəb , Quran, mə`sumlardan rəvayət olunan hədislər və ərəb dilinin xüsusiyyətləridir. Xatırlatmaq istəyirəm ki, Quran ərəb dilində nazil olub.

“Şiələr, kənardan Allah təalanın Quranda ÖZÜNƏ İZAFƏT ETDİYİ sifətlərə nəzər salıblar və görüblər ki,

Şiə dediyin Quran ona nazil ən fəsih ərəb olan Muhəmmədin (s), elm şəhərinin qapısı olan Əlinin (a) və 11 mə`sum övladının yolunu gedən insanlardır.
Şiə kənardan baxmayıb, Qurana hədisə və ərəb dilinin xüsusiyyətinə baxıb bu cür nəticəyə gəlibdir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#306 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 05 июня 2010 - 17:57

Abu Sufyan ordusu!

Yazmısan ki, “Hamı kimi mənim də fikir bildirmək hüququm var.”

Cavab; Sənə kimsə nəsə dedi ki? Mən qırqadan bax deyən də onu demək istəyirəm ki, yəni, mən sənin yazılarıva cavab verməyəcəm. O, ki qaldı sənin yazmagıva, istiyirsən gecə gündüz yaz, bu məni maraqlandırmır.

Sonra yazmısan ki, "Mənim qardaşım hansı yazısında Quranda nöqsanın oldduğunu bildirib?"

Cavab; Sənin qardaşın dəfələrlə deyib ki, “Allah təalanın dediyi “yəd”-sözünün həqiqi mənasını götürüb Allah versək artıq biz nöqsanlıga qail olacagıq. Fikir verdin sözə? Həqiqətəndə dəhşətdir. Sözə diqqətlə fikir ver, “Allah təalanın dediyi” yəni, deyən Allahdır, yəni, fakt “yəd” sözünü Allah deyib, bu belə. Keçək cümlənin ardına- “həqiqi mənasını götürüb Allaha versək nöqsanlıga qail olacagıq”. Deməli, Allah təala sözü deyəndə nöqsana yol verib (Nəuzu billəh). Yəni, Allah təala başqa ayələrdə özünü (eşitməklə), (görməklə) –vəsf edəndə hər şey əla idi və heç bir nöqsanlıq yox idi. Elə ki, özünü “əllə”- vəsf etdi, srazu “əl”-in həqiqi mənasını Allah nisbət etmək nöqsanlıga qail olmaq oldu. Səncə bu söz nə deməkdir? Bu O deməkdir ki, Allah təalanın özünə nisbət etdiyi şeyi Allaha vermək olmaz, nə badə verəsən, çünki əgər versən bir başa nöqsanlıga qail olacaqsan, yəni bu o deməkdir ki, Allahı özündən yaxşı tanıyan var (Nəuzu billəh). Xülasə, ALLAH TƏALA QURANDA HƏQİQİ MƏNASI NÖQSAN OLAN BİR ŞEYLƏ ÖZÜNÜ VƏSF EDİB. Bu küfür deyil bəs nədir? Bu da şiələrin etiqadı. Mən day nə danışım? Mən bu küfrün qarşısında söz tapmıram yazım.

Sonra yazmısan ki, “sözlər müxtəlif mə`nalar üçün vəz` olunmuşlar”

Cavab; Məlumdur ki, “Yəd” sözünün mənasıda ləfzidə Allahdandır, yəni, “yəd” sözünü vəz edən Allahdır. Üstəlik bu “yəd”- sözünü Allah təala özünə izafət etmişdir. İndi sən mənə de görüm sənin cəsarətin çatırmı ki, deyəsən Allah təalanın vəz etdiyi “yəd” sözünün həqiqi mənası nöqsanlıga qaildir? Cavab bəli, Zəbur qardaşıvın cəsarəti çatıb, özüdə car çəkib. Açıq aydın deyib ki, Allah təalanın deiyi “yəd” sözünün həqiqi mənasını götürüb Allaha nisbət etsək, Allah barəsində nöqsanlıga qail olacagıq. Adama deyərlər, nəyi nisbət etsək? Artıq Allah təala özünə nisbət edib də, adama deyərlər heç Allahında dediyi sözün mənası nöqsan ola bilər? Axı bunu Allah deyib, bu necə nöqsan ola bilər? Nə isə mən uzatmaq istəmirəm məsələ aydındır. Mən bu mövzu barəsində çox şey deyə bilərəm, lakin hələ ki, mənə bu kifayət edər, çünki bu açıq aydın küfürdür.

Sonra yazmısan ki, “Bu mə`nalar kamala da dəlalət edə bilər, nöqsana da.”

Cavab; yəni, ki Allahın dediyi kəlmələr nöqsanda dəlalət edə bilər həə??? Ay bala başa düşün, Allahın dediyi kəlmələr nöqsana dəlalət edə bilməz. Sübhənallah, gör mən nəyin mübahisəsini aparıram, mən deyirəm Allahın özünə nisbət etdiyi sifətlərin hamsının həqiqi mənası kamaldır, siz isə deyirsiniz ki, yooxxx hamsının yoxx, eləsi var ki, həqiqi mənasını götürüb versək nöqsanlıga qail olacagıq. Bax bizim söhbətimiz budur. Mənim day sözüm yoxdur.

Sonra yenədə öz əqidəvi aləmə car çəkərək bildirib yazmısan ki, “Lakin söhbət sözü izafət etməkdən getmir həqiqi mə`nanı Allaha izafət etməkdən gedir başa düşürsən həqiqi mə`nanı. Hansı ki, bu mə`nadan nöqsan anlaşılır”

Cavab; necə yəni söhbət sözü izafət etməkdən getmir, həqiqi mənanı izafət etməkdən gedir? Bu nə cümlədi? Özüvü itirmisən yoxsa elə bura qədər düşünürsən? Söhbət SÖZÜN həqiqi mənasını izafət etməkdən gedirdəəə.

Sonra yazmısan ki, “Sən haradan bilirsən ki, Allah həmin sözü özünə izafət etməklə məhz sözün nöqsana dəlalət edən mə`nasını qəsd edibdir başqa mə`nasını yox?”

Cavab; Ay insan, mən deyirəm ki, O, sifətləri ki, Allah təala özünə izafət edib deməli orda, yəni o sözlərin həqiqi mənasında nöqsanlıq ola bilməz. Sən heç bilirsən söhbət nədən gedir? Nəisə.

#307 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 05 июня 2010 - 18:13

Abu Sufyan ordusu!

Həmd olsun Allaha istədiyimi aldım. Bundan sonra nə istiyirsiniz edin.

Yazmısan ki ""Əgər Allahın özünə izafət etdiyi sözün həqiqi mə`nası kamala dəlalət etsə onda həmin sözün həqiqi mə`nası götürülür. Yox, əgər Allahın özünə izafət etdiyi sözün həqiqi mə`nası nöqsana dəlalət etsə Allahın bütün nöqsanlardan münəzzəh olduğunu təsdiqləməyə mükəlləf olduğumuz üçün sözün avtomatik olaraq məcazi mə`nası götürülür.""

Cavab; Bu daha çox şeytanın ordusunun yazısına oxşuyur.

Bu işə sən baxırsan? Sübhənallah, sən necə bu sözləri yazırsan? Sözü vəz edən Allah, mənanı verən isə Abu süfyan ordusu. Yəni, Allah təala bilmir nə vəz edir. Sübhənallah, Abu sufyan oturub forumda Allahın səhvini düzəldir. Əstəgfirullah. Yaxşı ki, bu cümləni yazdın, siz danışmayın, siz Allahdan danışmıyın, siz Allahın dinindən heçnə yazmıyın. Həqiqətən Allah təala sizin sözlərinizdə münəzzəhdir və ucadır.""

#308 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2010 - 22:29

Sözə diqqətlə fikir ver, “Allah təalanın dediyi” yəni, deyən Allahdır, yəni, fakt “yəd” sözünü Allah deyib, bu belə.

Bəli ərəb dilindəki "yəd" sözü Quranda gəlmişdir. Sözün gəlməsini heç kəs inkar etmir. Söhbət mə`nadan gedir.

Keçək cümlənin ardına- “həqiqi mənasını götürüb Allaha versək nöqsanlıga qail olacagıq”.


Bəli "əl" sözünün ərəb lüğətindəki həqiqi mə`nasını Allaha nisbət versək Allahın əzasının olduğunu söyləmiş olcağıq. Çünki ərəb lüğətində "əl-yəd" sözündən həmən sonra yazılıb:

اليد ) من أعضاء الجسد
Əl-cəsədin əzalarındandır


Deməli, Allah təala sözü deyəndə nöqsana yol verib (Nəuzu billəh)


Xeyr. Allah "yəd" sözünü nə deyəndə nədəki özünə izafə edəndə nöqsana yol verməyib. O bütün nöqsanlardan pak və münəzzəhdir. Vəhhabilər Allah əl sözü deyəndə və özünə izafət edəndə nə iradə etdiyini anlamadıqları üçün nöqsana yol veriblər. Çünki "əl" sözünün ərəb lüğətində belə bir mə`nası da var:


والقدرة والقوة يقال مالي بهذا الأمر يدان
Qüdrət, qüvvət. Deyilir: Bu işə mənim qüdrətim və qüvvətim (2 əlim) çatmır.


Sözü deməkdə nöqsan yoxdur sözü anlamağınızda nöqsan var. Allahın bu sözü deməklə nə iradə etdiyini an-la-ma-ğı-nız-da!

Bu barədə başqa sözün var?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#309 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 05 июня 2010 - 22:47

Yəni, Allah təala başqa ayələrdə özünü (eşitməklə), (görməklə) –vəsf edəndə hər şey əla idi və heç bir nöqsanlıq yox idi.


Bütün ayələr ə`ladır. Allah özünü nə ilə vəsf etsə ə`ladır. Qeyri ə`la olan onun vəsfini cəsəd əzalarına yozanların beyninin içindədir. Problem eşitməyi "qulağa sahib olmaq" kimi, görməyi isə "gözə sahib olmaq" kimi yozmaqdadır. Eşidən, görən kimi sifətlər Allahın elmi sifətinə qayıdır. Anlaya bilirsən? Allah bütün eşidilənləri və gürülənləri biləndir.

Vüsal114 nikli qardaş mə`sumlardan (a) gözəl hədislər yazmışdır. Heyif ki, hədislərin mə`nasını anlayanlar azdır.

İmam Əli (ə): «Allah eşidəndir, ancaq eşitmə alətləri ilə deyil.»

İmam Rza (ə): «Heç bir gizlin iş, hətta qara qarışqanın zülmət gecədə qara sərt daşlar üzərində, yerin altında və dənizlərdə ayaq izinin belə, Ondan gizlin olmadığına görə deyirik: O görəndir.»

İmam Əli (ə): «Allah yaranan hər bir şeyi həmişə bilmişdir. Deməli, Onun əşyanı yaranmamışdan tanıması, onu yarandıqdan sonra bilməsi kimidir.»


Xatırlatmaq istəyirəm ki, "əs-Səmi`"(görən) və "əı-Bəsir"(eşidən) əsmaul-husnadandır. Bəs "yəd"(əl) necə əsmaul-husnadandırmi?

Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin.(Ə`raf-180)

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#310 tatar.

tatar.

    Amid – Brigadier General

  • Murid
  • 3 058 сообщений

Отправлено 06 июня 2010 - 00:24

Allah daha yaxşı bilir, amma zahirən görsənir ki, sizdə insan kimi problemlər var. Allah şəfa versin.

Eger deyirsen ki zahiran mende problem varsa demak ikinci defe mene ilishirsiz. bir defe mene cahil demisiz ikinci defe de mene soz atdiz. Indi men sizi tahgir soz yazsam, bashlayarsiz ki demaya shiyalar coxdur ve mani tahgir ediblar.
Me sizin yadiniza suali catdiriram, na ucun Allah guranda buyurub, biz nazil etdik? Allah takdir axi?

ЛАББЕЙК ЙА ХУСЕЙН!!

www.youtube.com/watch?v=ebPCpKIL_cs&list=PL897F31D2FFF56549


#311 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июня 2010 - 00:42

Bu O deməkdir ki, Allah təalanın özünə nisbət etdiyi şeyi Allaha vermək olmaz, nə badə verəsən, çünki əgər versən bir başa nöqsanlıga qail olacaqsan, yəni bu o deməkdir ki, Allahı özündən yaxşı tanıyan var (Nəuzu billəh).


.....Allah da onları unutdu......(Tövbə-67)

Bu ayədə Allah özünə unutmağı nisbət verir. İndi sözlərində səmimi olduğunu sübut etmək üçün sən də açıq-aydın de ki, Allah həqiqi mə`nada unudur.(əl-əyazu billah) نَسِيَfe`linin həqiqi mə`nasını Allaha nisbət ver!

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#312 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 06 июня 2010 - 00:46

Ehh, sən heçnə bilmirsən ki, içivizdə bir elm əhli yoxdur? bu uşaq söhbətlərini qurtarında.

Bu nə cavabdır ə. Utanım yerivə! Səndən bundan artığın heç gözləmirdim də. Get qıvrım saç "Antonio Banderas"-ına ibadət et.

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#313 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 06 июня 2010 - 00:53

Abu Sufyan ordusu, o "əlif"-nən "bə"-ni təzə seçməyə öyrənib, amma heyif ondan yuxarıya əqli çatmayıb. İbni Teymiyyə ağası icazə vermir. Ona görə qoltuğunun altı hərə qarpızlıdır. Qınamıram. :gizildish:

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#314 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июня 2010 - 00:55

Artıq Allah təala özünə nisbət edib də, adama deyərlər heç Allahında dediyi sözün mənası nöqsan ola bilər? Axı bunu Allah deyib, bu necə nöqsan ola bilər?


Unutmayaq ki, sözün arxasında mə`na durur. Ayrılıqda sözün mə`nası nöqsana da dəlalət edə bilər kamala da. Amma Allahın özünə nisbət verdiyi sözlə iradə etdiyi mə`nada nöqsan ola bilməz. "Yəd" sözünün də nöqsana dəlalət etməyən mə`nalarına nümunə olaraq qüdrət və qüvvəti göstərmək olar. Bir şeyi anla ki, "yəd" sözünün həm nöqsana həm kamala dəlalət edən mə`nası var. Sözün özündə nöqsan yoxdur. Nəyə görə "Yəd" sözünün kamala dəlalət edən mə`nası dura-dura nöqsana dəlalət edən mə`nasını Allaha nisbət verməliyik?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#315 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июня 2010 - 01:15

Sonra yazmısan ki, “Bu mə`nalar kamala da dəlalət edə bilər, nöqsana da.”

Cavab; yəni, ki Allahın dediyi kəlmələr nöqsanda dəlalət edə bilər həə??? Ay bala başa düşün, Allahın dediyi kəlmələr nöqsana dəlalət edə bilməz. Sübhənallah, gör mən nəyin mübahisəsini aparıram,


Kəlmə öz-özlüyündə nöqsana da dəlalət edə bilər kamala da. Allah həmin kəlməni özünə nisbət verəndə onun kamal mə`nasını iradə edir.
Ay uşaq, "yəd" sözünün "cəsədin bir əzası" mə`nası kamaldır? Allahın (əl-əyazu billah)zatında keyfiyyəti bilinməyən özünə layiq əzaya, orqana, alətə sahib olması kamaldır yoxsa nöqsan? "Subhənallah ammə yəsufun" Əzanın, orqanın, alətin forması olur. Sənin mə`budunun keyfiyyəti bilinməyən, özünə layıq forması var? Deyirsən ki 2 əli var. 2 nə deməkdir? Saydır yoxsa yox? Sənin mə`budunun əzalarını saymaq olur?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#316 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 06 июня 2010 - 01:32

Ehh, sən heçnə bilmirsən ki, içivizdə bir elm əhli yoxdur? bu uşaq söhbətlərini qurtarında.

Bu nə cavabdır ə. Utanım yerivə! Səndən bundan artığın heç gözləmirdim də. Get qıvrım saç "Antonio Banderas"-ına ibadət et.

jafar
yəqin ki bu hədisi deyirsin ?
Qatadə Ikrimədən, Ikrimə İbn Abbasdan rəvayət edir: Rasulallah buyurdu: "Rəbbimi (yuxuda) üzü tüksüz, sallanmış qıvrım saçları olan bir cavan oğlan surətində yaşıl bağda gördüm".
=====
mən biləni Abu Ya`lə Al-Fərra Əl-Bağdadi Hənbəli məzhəbinin böyük alimlərindən hesab olunur,
alim bu gündə olandan sonra ,tələbədən nə gözdəyəsən..
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#317 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июня 2010 - 01:58

Xülasə, ALLAH TƏALA QURANDA HƏQİQİ MƏNASI NÖQSAN OLAN BİR ŞEYLƏ ÖZÜNÜ VƏSF EDİB.Bu küfür deyil bəs nədir? Bu da şiələrin etiqadı. Mən day nə danışım? Mən bu küfrün qarşısında söz tapmıram yazım.


"Unutmaq" fe`linin həqiqi mə`nası kamaldır? Yə`ni unutqanlıq artdıqca kamal da artır? Sən ümumiyyətlə kamal ilə nöqsanın fərqini anlayırsan?
Allah özünə "yəd" sözünü nisbət verdikdə onun kamala dəlalət edən mə`nalarından olan qüdrət və qüvvəti iradə edib. Şiənin əqidəsi budur. Küfr vəhhabilərin etdiyi kimi "yəd" sözünün orqan mə`nasını ikiyə vurub Allaha nisbət verməkdir. Sən danışmasan daha məsləhətdir. Çünki olmayan əxlaqını və tovhidini biruzə verirsən.

Sonra yazmısan ki, “sözlər müxtəlif mə`nalar üçün vəz` olunmuşlar”

Cavab; Məlumdur ki, “Yəd” sözünün mənasıda ləfzidə Allahdandır, yəni, “yəd” sözünü vəz edən Allahdır.

Çox gözəl. İndi sübut elə ki, ərəb dilində müxtəlif mə`nalara dəlalət edən "yəd" sözünü vəz` edən Allahdır. Əks tədirdə həmişəki kimi bilmədiyin şeyi deməklə Allaha iftira atmış olacaqsan.

Üstəlik bu “yəd”- sözünü Allah təala özünə izafət etmişdir. İndi sən mənə de görüm sənin cəsarətin çatırmı ki, deyəsən Allah təalanın vəz etdiyi “yəd” sözünün həqiqi mənası nöqsanlıga qaildir? Cavab bəli,

Sən əvvəlcə sübut et ki, ərəb dilində "yəd" sözünü Allah vəz` edibdir.

Mən belə başa düşürəm sən "vəz`" "vazi`" sözləri ilə nə qəsd olunduğunu anlamırsan?! Sözlər vazii`sinin kimliyindən asılı olmayaraq həm kamala dəlalət edən həm də nöqsana dəlalət edən məfhumları çatdırmaq üçün vəz` olunublar.


Zəbur qardaşıvın cəsarəti çatıb, özüdə car çəkib. Açıq aydın deyib ki, Allah təalanın deiyi “yəd” sözünün həqiqi mənasını götürüb Allaha nisbət etsək, Allah barəsində nöqsanlıga qail olacagıq. Adama deyərlər, nəyi nisbət etsək? Artıq Allah təala özünə nisbət edib də, adama deyərlər heç Allahında dediyi sözün mənası nöqsan ola bilər?



Düzdə deyib. "Yəd" sözünü kamala dəlalət edən digər mə`nasını Allaha nisbət verməliyik. Xatırladım ki, Allah bütün nöqsanlardan pak və münəzzəhdir. Yə`ni Allaha nöqsanlı məfhumu nisbət vermək olmaz!

Vəhhabiyə deyərlər Allah özünə "yəd" sözünü nisbət verib, nöqsanlı mə`nasını yox. Vəhhabiyə deyərlər Allah istənilən sözü özünə nisbət verdikdə onun kamal mə`nasını iradə etmişdir.



فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#318 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июня 2010 - 02:01

Axı bunu Allah deyib, bu necə nöqsan ola bilər? Nə isə mən uzatmaq istəmirəm məsələ aydındır. Mən bu mövzu barəsində çox şey deyə bilərəm, lakin hələ ki, mənə bu kifayət edər, çünki bu açıq aydın küfürdür.


Allahın dediində nöqsan ola bilməz və yoxdurda. Nöqsan Vəhhabinin beynindədir ki, Allahın dediyinin mə`nasını anlamır. Sən mövzu barəsində hələki boş-boş şeylərdən başqa heç nə deyə bilmirsən. Sənə kifayət edirsə yaxşı yol! Küfr vəhhabinin əqidəsidir ki, Allaha orqanlar nisbət verir.


Sonra yenədə öz əqidəvi aləmə car çəkərək bildirib yazmısan ki, “Lakin söhbət sözü izafət etməkdən getmir həqiqi mə`nanı Allaha izafət etməkdən gedir başa düşürsən həqiqi mə`nanı. Hansı ki, bu mə`nadan nöqsan anlaşılır”

Cavab; necə yəni söhbət sözü izafət etməkdən getmir, həqiqi mənanı izafət etməkdən gedir? Bu nə cümlədi?



Azərbaycan dilində adi cümləni belə anlamaq qabiliyyətindən məhrumsan? Allah Quranda "biyədeyyyə" sözünü özünə nisbət veribdir. Bunu məgər inkar edən var? Söhbət "biyədeyyə"nin ayədəki mə`nasından gedir? Allah "biyədeyyə" deyəndə mə`na baxımından nəyi nəzərdə tutduğundan gedir. "Biyədeyyə" sözünün hansı mə`nasını özünə nisbət verdiyindən gedir.


Özüvü itirmisən yoxsa elə bura qədər düşünürsən? Söhbət SÖZÜN həqiqi mənasını izafət etməkdən gedirdəəə.


Zəhmət deyilsə "əxlaq"ını vəhhabilərə nümayiş etdir. Söhbətin nədən getdiyini anladınsa sevindim. "Yəd" sözünün həqiqi mə`nasını Allaha nisbət etmək küfrdür.

Sonra yazmısan ki, “Sən haradan bilirsən ki, Allah həmin sözü özünə izafət etməklə məhz sözün nöqsana dəlalət edən mə`nasını qəsd edibdir başqa mə`nasını yox?”

Cavab; Ay insan, mən deyirəm ki, O, sifətləri ki, Allah təala özünə izafət edib deməli orda, yəni o sözlərin həqiqi mənasında nöqsanlıq ola bilməz. Sən heç bilirsən söhbət nədən gedir? Nəisə.


Sənin deməyin özünə qalsın bizə ərəb dilinin lüğətində nə deyildiyi maraqlıdır. Xatırladım ki, Quran ərəb dilində nazil olub. Allahın özünə izafə etdiyi "unutmaq" sözünün həqiqi mə`nası kamaldır? Unutmağın ən kamil zirvəsi sənin mə`budunun zatıdır?

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#319 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июня 2010 - 02:23

Abu Sufyan ordusu!

Həmd olsun Allaha istədiyimi aldım. Bundan sonra nə istiyirsiniz edin.


Aldığın şeyin nə olduğunu bizimlə bölüşərsənmi? Əmin olaq ki, həmişəki kimi başqa yerlərdə şiələrə böhtan atmayacaqsan.

Yazmısan ki ""Əgər Allahın özünə izafət etdiyi sözün həqiqi mə`nası kamala dəlalət etsə onda həmin sözün həqiqi mə`nası götürülür. Yox, əgər Allahın özünə izafət etdiyi sözün həqiqi mə`nası nöqsana dəlalət etsə Allahın bütün nöqsanlardan münəzzəh olduğunu təsdiqləməyə mükəlləf olduğumuz üçün sözün avtomatik olaraq məcazi mə`nası götürülür.""

Cavab; Bu daha çox şeytanın ordusunun yazısına oxşuyur.


Əbu Sufyan ilə şeytan möhkəm dost olublar. Oğlu və nəvəsi də onun irsini davam etdiriblər.

Səni nə qane etmədi ki, mənim yazımı ustadının yazısına oxşatdın?


Bu işə sən baxırsan? Sübhənallah, sən necə bu sözləri yazırsan?


Mənim bütün müsəlmanlar kimi işim Allahı bütün nöqsanlardan pak və münəzzəh bilməkdir. Xatırladım ki, bu Qurana əsaslanır.

Sözü vəz edən Allah,



Sübut et ki, "yəd" sözünü Allah vəz` edibdir.

mənanı verən isə Abu süfyan ordusu.



Xatırladım ki, mə`na verilən bir şey deyil. Abu Sufyan ordusu nikli müsəlman "yəd" sözünün qüvvət və qüdrət kimi kamala dəlalət edən mə`nalarını Allaha nisbət verir. Sən də bunun şahidi ol!

Yəni, Allah təala bilmir nə vəz edir.



Subhənallah ammə təsifun. Xatırladım ki, Allah hər şeyi bilir.

Sübhənallah, Abu sufyan oturub forumda Allahın səhvini düzəldir. Əstəgfirullah.


Böhtandan uzaq ol. Əbu Sufyan ordusu nikli müsəlman Allahın köməyi ilə forumda vəhhabilərin xarab əqidəsini, yalan və böhtanlarını göstərməyə çalışır.

Yaxşı ki, bu cümləni yazdın, siz danışmayın, siz Allahdan danışmıyın, siz Allahın dinindən heçnə yazmıyın. Həqiqətən Allah təala sizin sözlərinizdə münəzzəhdir və ucadır.""


Allahın dinindən danışmağa şiədən layiqli müsəlman yoxdur. Həqiqətən Allah vəhhabilərin ona attığı böhtanlardan pak və münəzzəhdir.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#320 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 06 июня 2010 - 05:12

Allahın dinindən danışmağa şiədən layiqli müsəlman yoxdur. Həqiqətən Allah vəhhabilərin ona attığı böhtanlardan pak və münəzzəhdir.[/size][/font]

Aferin gardashim.
Burada ruslarin bir yaxshi meseli yadima dushdu:Ya pro Ivana,on pro Bolvana.
Allah hagginda dushunceleri, yehudilerden bir gram ferglenmir bu vahabilerin.
Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#321 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 06 июня 2010 - 05:16

Maşallah, "qardaw" maşallah.

Şokdasınız həə? Elə oxuyan camaatda şokdadır. Əlhəmdulilləh mən söhbəti uzatmıram, çünki bilirəm söhbət uzandıqca mətləbindən çıxır və mənim məqsədim itir, həmd olsun Allaha nə lazım idisə hamsını sizdən çıxartdım. "Zəbur"- qardaşıız bəhsin əsnasında küfürə yol verdi və öz etiqadını bildirdi, "şeytanın ordusu"- isə qıraqdan dözməyib bu küfürə şərik çıxdı.İndi yazın ee, nə qədər istiyisiniz yazın. Mən yalnız onu bilirəm ki, şiələrin etiqadına görə "Allahın quranda özünə izafət etdiyi bəzi sifətlərin həqiqi mənası nöqsandır" Allahu akbar.

#322 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 06 июня 2010 - 05:21

Ehli beyt ashigi!

Sən niyə yəhudiliyi pisliyirsən ki? Məcbur etmiyində kökünüz kimdən çıxım yazım doldurum.

#323 Ehli beyt ashigi

Ehli beyt ashigi

    Raid – Major

  • Murid
  • 1 300 сообщений

Отправлено 06 июня 2010 - 05:43

Ehli beyt ashigi!
Sən niyə yəhudiliyi pisliyirsən ki?

Bagishla,gardashlarinin adini cekdim seninde xetrine deydi.

Məcbur etmiyində kökünüz kimdən çıxım yazım doldurum.

Ay bedbext sen get hele ebdul vahabinin tarixini arashdir sonra gelersen.
Onda goreceksen ki,kimin koku gedib yehudilere cixir.
Her halda bu bizim egide buda sizin,Allaha cism vermek yehudilerde de var sizde de.
Amma bizim egide de bele sheyler yoxdur,biz Allahi her sheyden pak ve munezzeh bilir ve Onun hec bir sheye ehtiyaci olmadigini tesdigleyirik.
Indi de gorum kimin koku gedib yehudilere cixir?

Сообщение отредактировал Ehli beyt ashigi: 06 июня 2010 - 05:51

Hüseynə yerlər ağlar göylər ağlar
Bətuli Mürtəza, Peyğəmbər ağlar"
Hüseynin nuhəsin Dilriş yazanda
Müselman sehlidir ki, kafər ağlar"


#324 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 06 июня 2010 - 06:40

Ehli beyt ashigi.

Ok.

#325 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 06 июня 2010 - 08:04

Zall vəhhabi deyəsən işləri korladığının fərqinə vardı. Əminəm ki, indi də yəhudilər ilə şiələrin oxşarlıqları adı altında it ilindən qalmış kopyaları yapışdırmağa başlayacaq. Bu vəhhabilər eksklyuziv mallardır. "Never ever stop" durlar.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#326 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 06 июня 2010 - 08:16

Zall vəhhabi deyəsən işləri korladığının fərqinə vardı. Əminəm ki, indi də yəhudilər ilə şiələrin oxşarlıqları adı altında it ilindən qalmış kopyaları yapışdırmağa başlayacaq. Bu vəhhabilər eksklyuziv mallardır. "Never ever stop" durlar.


Sən yenə yazdın? Hansı üzlə? Sənin ki Rəbbin Quranda nöqsana yol verib, sən bundan sonra nəsə yamaq niyyətindəsən?

Sən çalış birdə Allahın adını çəkmə, çünki sən hər halda korluyursan. Luçşi gəl səninlə başqa şeydən danışaq. Futbolnan aron necədi?

#327 Ey_Qafil_Oyan

Ey_Qafil_Oyan

    Jundi – Soldier

  • Ibtidai
  • 2 сообщений

Отправлено 06 июня 2010 - 08:38

Allaın səlam və səlavati Hz.Resulullah ve Onun pak və pakizə Əhli əyalının üzərinə və Allahın yer üzərində məxsusən nəzər etdiyi Huccətinin qaiminin üzərinə olsun və siz Tovhidi-İbadini dərk edib, Tovhidi Əf'alı anlayıb və bu yolda istiqamətləndiricilərə iman edənlərin üzərinə olsun.

Əzizlər bu mənin şəxsi fikrimdirki özümə borc bildimki sizləriynən bölüşüm.Qardaşlar neçə zamanırdki, burda və bəzi Forumlardaki bəhsiləri izlədim və düşündümki bu "VOVA"-larla bəh etməyin artıq kərahəti vardır.İnanınki bu vaxtımızaki heyfimiz gelmir,qorxuram bunun kərahəti ola.Bu qədər haqqı,bu qədər dəlilləri divar eşitsə LƏBBEYK deyərdi.Düzdüki Allah (c.c) yaratdığı hər şey zikr edir. Amma burda məqsədim bu idiki ələz-zahir divar iqrar edərdiki LƏBBEYK (yani mən bu dəlillər qarşısında acizəm) deyərdi.Bunlar elə bilir kor bizik ,niyə elə bilirlər?Bəs adam düşünməzmiki bəlkə kor mənəm?
Acizannə bir şeyi yazmaq istərdim:Təfsir sözü lügətdə (Bir şeyin üzərindən niqabı götürməyə ) deylər.Bəs "Nur" və "Açıq Kəlam" olan Qurana Təfsir lazımdımı?Cavabda Alimlərimiz buyurubki:Xeyr lazım deyildir.Niqablı bizik ki, Qurani Kərimi anlamaq üçün əqillərimiz və düşüncələrimiz üzərindən pərdəni kənara atmalıyıq.
İndi niyə hansısa dəlil və haqqı bunlara deyəndə düşünmürlərki ayə bəlkədə mən deməməliyəmki bunlar qəliz və səhvidir, bəlkədə mən öz gözümün (yani qəəlb gözünün) üzərindəki pərdəni götürüm?Bəlkədə yanılıram amma bu mənim şəxsi düşüncəm idi.


hmmm, hər şey aydındır.


Aydin olmayacaq dildede yazilmamisdi diyesen he ezizim?


#328 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 06 июня 2010 - 08:46

Dəqiqi fikirləş, "diyəsən yoxsa dəqiq?"

#329 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 06 июня 2010 - 09:51

Maşallah, "qardaw" maşallah.

Şokdasınız həə? Elə oxuyan camaatda şokdadır. Əlhəmdulilləh mən söhbəti uzatmıram, çünki bilirəm söhbət uzandıqca mətləbindən çıxır və mənim məqsədim itir, həmd olsun Allaha nə lazım idisə hamsını sizdən çıxartdım. "Zəbur"- qardaşıız bəhsin əsnasında küfürə yol verdi və öz etiqadını bildirdi, "şeytanın ordusu"- isə qıraqdan dözməyib bu küfürə şərik çıxdı.İndi yazın ee, nə qədər istiyisiniz yazın. Mən yalnız onu bilirəm ki, şiələrin etiqadına görə "Allahın quranda özünə izafət etdiyi bəzi sifətlərin həqiqi mənası nöqsandır" Allahu akbar.

Zavallı, tərifləməklə özünə təsəlli verirsən? :gizildish: Sən və sənin kimilər, nə qanırlar ki, kəlam elmi nədir. Sizdə bu bərbad vəziyyətdədir və Təqiyyədin Subki demişkən ancaq "sərçəlik" etməyi bacarırsız, yanı necə sərçə bir budağdan digər budağa oppanır, helə siz də beləsiz, bir mövzunu bitirməmiş, digər bir mözuya oppanırsız. Məqsədiniz heç də haqqı tapmaq deyil, öz bərbad əqidənizə don geyindirməkdir, amma alınası iş deyil. Nə isə...

Sən deyirsən ki, "allahımızın" əli, qolu, baldırı və s. var, amma sən demə Allahı belə vəsf etdikdən sonra, "bəsit" də adlandırırsız. Allahı tərkib hissələrə bölüb bəsit adlandırması mümkünsüz bir işdir və normal səviyyədə kəlam elmindən xəbərdar olan insan sənin kimilərini silib-sürüyər, necə ki bizim alimlər sizinkiləri bu günə qoyublar, və sizin ümümiyyətlə oturub müsəlmanlarla kəlam və əqaidi məsələləri müzakirə etməsi gülüncdürdür. Vacibül-vücudun tələbi və zərurəti Onun bəsit olması, cüzlərdən və hissələrdən təşkil olunmamasıdır, çünki hər bir mürəkkəb öz hissələrinə ehtiyaclıdır və Vacibül-vücudun isə heç bir şeyə ehtiyacı yoxdur. Vacibül-vücudun hissələrinin həqiqətdə mövcud olmaması, hətta, bir xəttin üzərində nəzərdə tutulan iki xət parçası kimi olması fərziyyəsi də batildir. Çünki potensial hissələrə malik olan şey hərçənd xaricdə gerçəkləşməsə belə, əql baxımından analiz olunma qabiliyyətinə malik olacaqdır. Analizolunmanın mümkün olmasının mənası da ümuminin yoxluğa uğramasının mümkünlüyüdür. Belə ki, əgər birmetrlik xətt iki yarımmetrlik hissəyə bölünsə, artıq birmetrlik xətt mövcud olmayacaqdır. Vacibül-vücudun isə yoxluğa uğraması mümkün deyildir. Gerçəklik (bil-fel) və imkan (bil-qüvvə) səviyyəsində hissələrdən təşkilolunma cismlərin xüsusiyyətindən olduğundan heç bir cismani mövcudun Vacibül-vücud olmadığı aydın olur. Amma sizin "allahınızın" cism olduğu aydınlaşır, çünki siz zavallılar heç Allahın Vacibəl-vücüd olmasını isbat edə bilmirsiz. Siz Allahdan səlbi sifətləri inkar etdiyiniz halda, Ona dərhal sonra səlb ilə vəsf edirsiz. Helə bununla da belınız qırılıb ...

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#330 qardaw

qardaw

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 211 сообщений

Отправлено 06 июня 2010 - 10:07

Maşallah "qardaw" Maşallah.

Düz deyirsən, kəlam elmini soxdunuz qurana və Allahın sifətlərini öz əqliniz ilə qəbul etdiniz. Eşitmək, görmək, danışmaq sifətlərinə məcaz deməyə duxunuz şatmadır, amma "yəd" sifətinə qorxunuzdan, yəni batil məntiqiviz ilə Allahın dediyi kəlməyə nöqsan adı verərək məcbur olub mənasını dəyişdiniz. Nəticədə də bu oldu ki, sən demə Allah təala özünü nöqsanlıqla vəsf edibmiş. Əstəgfirullah. Beliviz qırılıb. Heç bir variantıvız yoxdur

Ya deməlisən, "Əl" həqiqidir və manası kamaldır və bu sifətlə həqiqi vəsf olunub, ya da deməlisən ki, "yəd" kimi bütün sifətlər məcazdır. Bununla da məcaz söhbətini həll etməliyik. Baxında hansını istiyirsiniz edək, özüdə kim gəlir gəslin, istiyir hamınız birdən yazın, narahat olmayın mən tək yazacam, mən bütün şiələrə cavab verməyə hazıram, kimliyindən asılı olmayaraq. Yalnız bu şərtnən ki, ədəb ərkan ilə. Əks halda yazmayacam.




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 1 гостей, 0 скрытых пользователей

Рейтинг@Mail.ru