Aydındır siz həmişəki kimi nəyisə müzakirə etmək fikrində deyilsiniz. Sadəcə olaraq vəhhabiləşdirmək üçün növbəti manqurd axtarışındasınız.
Mən vəhhabi deyiləm, eyniliklə siz özünüzü rafizi saymadığınız kimi..
Möminlər (Hüdeybiyyədə) ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. (Allah) onların qəlbində olanı bildi, onlara (mənəvi) rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.(Fəth-18)
Mənim bu sualıma nəyinki cavab heç reaksiya belə verilmədi. Olsun mən bu ayə barəsində bir-iki kəlimə əlavə etmək istərdim.
Vəhhabilərin yuxarıdakı yazılarında bildirdikləri kimi ayədə söhbət təqribən1400 mö`mindən gedir. Xatırlatmaq istıyirəm ki biz yüz minlərlə səhabənin ədalətinin dəlilini istəyirik. Odur ki, bu dəlil də həmişəki kimi naqisdir. Həmçinin əhli-sünnə və vəhhabilər iddia edirlər ki, Allah 1400 nəfərin hamısından ömürlərinin sonuna qədər razı idi. Bu isə ədalət yox artıq mə`sumluq iddiasıdır. Önəmli olan odur ki, müsəlman Peyğəmbəri (s) görsün və bununlada ona səhabə desinlər. Daha bundan sonra nə istəyir eləsin, Allah onu bağışlayacaq. Nə qədər də gülünc bir iddiadır. Bəs onda bu ayəni necə anlayaq?
İnsana ancaq öz zəhməti (səyi, çalışması, əməli) qalar!(Nəcm-39)
أي رضي الله عنهم وقت تلك البيعة وهي بيعة الرضوان.
Yə`ni Allah onlardan həmin bey`ət zamanı razı qaldı. Həmin bu bey`ət Ridvan bey`ətidir.("Fəth əl-Qadir" 5/51)
Bəli, Allah Təalə buyurduğu kimi, Ridvan beyətində iştirak edənlərin hamısından razıdır. Məhz buna görədə "Ridvan" deyilib.Burada heç bir məsumluq yoxdur.Allah Təalə bundan qabağki qövmlər barədə də xəbər verib; onların içində möminlər olub Allah Təalə onlardan razı olub.Lakin bu demək deyil ki, onlar gunahsız, məsum olublar.Xeyr.Bu bir şübhədir və bunun dəfi çox asandır.Məsələ burasındadır ki, var ümumən insanı sevmək, ondan razı qalmaq, var onun müəyyən əməllərini xoşlamaq.Siz bütün sevdiyiniz və razı qaldığınız kəslərin hər etdiyi əməlləri ilə razısınız mı?.. Digər tərəfdən yanaşaq; əgər belə böyük tarixi hadisə nəticəsində Allah Təalə onlardan razı qalıbsa, o demək deyil mi ki, artıq onların qəlbindəkini bilərək onları bağışlayıb? Allah Təalə hər bir şeyi öncədən bilir. Və səhabələrin halınıda bilirdi və onların mömin kimi dünyadan köçmələri barədə xəbərdar idi.Və deyəndə ki, artıq bundan sonra istədiyinizi edin Allah Təalə sizi bağışladı, burada başa düşülür ki, onlar qalan həyatları ərzində küfrə yetişəcək əməl etməyəcəklər.Lakin gunahlar, və bəzi nadir hallarda hətta böyük gunahlar etmək onların ümumi qədrini və ədalətini şübhə altına almır.Bütün bunlardan əlavə, tövbə qapısı hər bir kəsə açıq olduğu halda, necə olur ki, Allah Təalə razı qaldığı kəslərə bağlı qalsın? Həmçinin, xeyir işlərin pis işləri silib aparması, müsəlmanların etdiyi dua və cənazə namazı, Qiyamət günü Peyğəmbərimizin şəfaəti və sair səbəblər var ki, ümmətin ən xeyirliləri barədə digərlərindən daha əulədir.
Həmişə qeyd elədiyimiz kimi bir daha təkrarlayırıq. Elə həmin surənin 10-cu ayəsində Allah möminlərə də şərt qoyur. Bu ayədə eynilə 18-ci ayə kimi ridvan bey`əti ilə əlaqədar nazil olmuşdur. Bax təfsirlərə:
Sənə beyət edənlər, şübhəsiz ki, Allaha beyət etmiş olurlar. Allahın (qüdrət) əli onların əllərinin üstündədir. Kim (beyəti) pozsa, ancaq öz əleyhinə pozmuş olar (bunun zərəri yalnız onun özünə dəyər). Kim Allahla etdiyi əhdi yerinə yetirsə, (Allah) ona böyük mükafat verər! (Fəth-10)
Fəth surəsinin 5-ci ayəsində isə Allah Təalə həmin möminlərə cənnəti vəd etmişdir.Ümumiyyətlə Fəth surəsi başdan sonuna qədər həmin möminləri tərifləyir. Nə oldu ki, orada yalnız bir sözü tutdunuz? Məgər görmürsünüz ki,Allah Təalə orada möminləri neçə növ təriflərlə vəsf edib? Bir də ki,tutduğunuz şərt qoymaq məsələsi elə Peyğəmbərin özünə də qoyulub.Bundan da zahir mənada Allah Təalə öz Peyğəmbərini hədələyərək bildirir ki,şah damarını kəsər.Başqa yerdə isə bildirir ki,əgər təbliğ etməsə risaləni çatdırmış olmaz.Həmçinin, möminlər barədə buyurur ki, əgər kömək etməsələr Allah Təalə bundan qabağki döyüşlərdəki kimi kömək edəcək.Nəticədə isə görürük ki, kömək etdilər, Peyğəmbər risaləni çatdırdı, şah damarı qırılmadı,Allah Təalə möminlərdən razı qaldı.Bütün bunlar hamısı Allahın ayələrindəndir və iman gətirib ayələrə laqeyid qalmamaq vacibdir.
İndi isə bu bey`ətdə iştirak edən səhabələrin bə`zilərinin tərcümeyi halına baxaq:
Əbdürrəhman bin Udeys Əbu Məhəmməd əl-Bəlvi
əz-Zəhəbi yazır:
عبد الرحمن بن عديس أبو محمد البلوي، له صحبة، وبايع تحت الشجرة، وله رواية، سكن مصر، وكان ممن خرج على عثمان وسار إلى قتاله، نسأل الله العافية، ثم ظفر به معاوية فسجنه بفلسطين في جماعة، ثم هرب من السجن، فأدركوه بجبل لبنان فقتل، ولما أدركوه قال لمن قتله: ويحك اتق الله في دمي، فإني من أصحاب الشجرة، فقال: الشجر بالجبل كثير، وقتله.
قال ابن يونس: كان رئيس الخيل التي سارت من مصر إلى عثمان.
وعن محمد بن يحيى الذهلي قال: لا يحل أن يحدث عنه بشيء، هو رأس الفتنة.
Əbdürrəhman bin Udeys Əbu Muhəmməd əl-Bəlvi. Səhabədir, Ağac altında bey`ət edənlərdəndir. Rəvayəti vardır. Misrdə yaşamışdı. Osmanın əleyhinə çixmış və onun qatillərindən olmuşdur. Allahdan afiyət diləyirik. Sonra Müaviyə onu tutub fələstində zindana saldırmışdı. Zindandan qaçsa da onu Livan dağında tutub qətlə yetirirlər. Tutulan zaman öz qatilinə belə demişdir: "Vay olsun sənə Allahdan qorxub qanımı axıtma! Mən ağac altında bey`ət edənlərdənəm. Qatili isə cavabında "Dağda o qədər ağac var ki," deyib onu qətlə yetirdi.
İbn Yunis dedi: Misrdən Osmanın üstünə gələn dəstənin rəisi idi.
Muhəmməd b. Yəhya əz-Zuhli dedi: Ondan rəvayət etmək düzgün deyil. O fitnənin başıdır. ("Tarix əl-İslam" səh-464)
Sualım vəhhabilərədir.
Osmanın qatilindən Allah razıdırmı?
Gəlin hamımız birlikdə deyək Allah ondan razı olsun!
Yuxarıda qeyd etdiyim kimi hər bir insana tövbə qapısı açıqdır.Lakin həqiqət budur ki,qeyd etdiyiniz səhabə doğrudanda beyət əhlindəndir və Osmanın üstünə qedən misir qoşunun əmiri idi.Lakin Osmanın qətlində onun əlinin olması tarixdə qeyd olunmayıb.Hətta öldürsəydi belə, İslam dairəsindən çıxmırdı, çünki adam öldürmək böyük günah olsa da İslamdan çıxaran küfr deyil.Allah Təalə iki bir-biri ilə döyüşən tayfanın ikisində mömin adlandırıb.Həmçinin, Əli radıyAllahu anhu xəvariclərlə döyüşdü, onların əksəriyətini öldürdü və onları kafir adlandırmadı, onlardan qənimət tutmadı.