deməli sizin əqidəyə görə əgər ,mən sağ bir insan üçün,əmanlıq ,sulh istəyirəmsə Allahdan, deməli, həmin dua divara deyir qayıdır ?bu sözləri guya izahat kimi yazmısan. Sizə deyildi ki, bu salam xitabdır. Əgər xitabda kimisə muxatəb qərar vermirsənsə onda etdiyin salam ləğv olar. Elə bil divara salam edirsən.
ona görə ki,həmin insan mutləq bu dunai eşitməlidir,və ya ona bu duanı Allah çatdırmalıdı .əks halda bu dua divara deyib qayıdır ?!
düz anladım sizi ?
sualı yəndə verirəm, ey şiyələr sizə görə Allahın qeybdə olmasıyla ,rəsul s.ə.v qeyb olması eynidir ? hansı qeybdə olsada ancaq onun gücü qudrəti,qəzəbi,rəhməti,mərhəməti bilinir ? kimdi o ???
sualdan yayınmayın...
Yenə də başa düşmədin, daha doğrusu özünü başa düşməməzliyə vurursan.
Namazın salamında "əssəlamu ələykum..." bu bir başa xitabdır bütün möminlərə saleh insanlara. Əgər bu xitabda kimisə muxatəb qərar verməyib elə belə bir salam kimi sözləri havaya buraxırsan onda salamın ləğvdir. Yəni ünvansız salamın elə bil divaradır. İndi de görüm salamı kimə edirsən?
Mənə şiə kimi xitab olunanda iftixar edirəm.
Səhv edirsən Allah qeybdə deyil və Allahın Rəsulu Muhəmməd (s) də qeybdə deyil.
Keçən dəfə dedim ki, Quran sizin üçün deyil, çünki Peyğəmbər (s) Əhli-beytindən kənarda qalmaq istəyənlər ondan heç bir fayda apara bilməz. Əhli-beytdən fasilə götürənlərin aqibəti ibn Teymiyyə və ibn Əbdulvəhhabın aqibəti kimi olacaq. Nəticədə Peyğəmbəri (s) adiləşdirməyə alışacaq. Belələri iddia edirlər ki, Peyğəmbər də adi insanlar kimidir. O da bizim kimi qeyb aləmindən xəbərsizdir. Bu isə açıq aşkar Quranı inkar etməkdir: "O Allah qeybə alimdir və qeybi heç kimə zahir etməz. Yalnız bəyənib şeçdiyi Peyğəmbərlərinə qeybi zahir edər. Allah onun önündə və arxasında gözətçilər göndərir" (Cin, 26-27)