Bu ayə ilə Muhəmməd aleyhis-sələmu vas-salət nə demək istəyirdisə mən də onu demək istəyirəm! Bu ayələri hər bir aqil insan tədəbbür etsə, görər ki, Allah təalə nə və kim olur-olsun - özündən başqa heç kəsə dua olunmasından razı deyil - istər yaxın bir mələk olsun, istər göndərilmiş bir peyğəmbər. Allah təalə buyurur: Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin! Cinn 18. Bu ayədən açıq-aşkar bilinir ki, Allahdan başqa heç kəsə dua etmək olmaz! Buradakı " ƏHƏDƏN" nəkiradır (qeyri-müəyyənlik) və ərəb dilinə görə əgər nəkira (qeyri-müəyyənlik) istər nəfy (inkar), istər nəhy (qadağan), istər şərt və istərsə də istifhəm (sual) formasında gələrsə, onda məna ümumiliyi bildirir. "ƏHƏDƏN" - yəni heç kəsi nə mələyi, nə peyğəmbəri, nə də ki, bunlardan aşağı olanları çağırmaq olmaz. (Şəkk yoxdur ki, burada söhbət sənin öz yanında olan dostunu çağırmağından getmir). Başqa ayədə Rəbbimiz buyurur: Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim." Gafir 60. Sən qurandan bir dənə də olsa ayə gətirə bilməzsən ki, orada Allah təalə Özündən başqasına dua etməyi əmr etsin və ya mübah etsin. Əksinə bu Allahın haqqında ən böyük cinayətdir, ən böyük şirkdir, ən böyük küfürdür. Sənin Allahdan başqa dua etdiklərin səni eşitmirlər. Bunu Uca Allah xəbər verərək deyir:[font="Palatino Linotype"]
İkincisi də, bu ayəynən nə demək istəyirsən ki?BU AYƏYƏ CAVAB VERİN:
قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا
De: "Mən yalnız öz Rəbbimə dua edirəm və kimisə Ona şərik qoşmuram!".
Fatir 13.Bu sizin Rəbbiniz olan Allahdır. Mülk Onundur. Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.
14. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.
15. Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.
Burada da söhbət Allahdan başqa dua olunan hər bir şeydən gedir, istər mələk, istər peyğəmbər, istər başqa məxluqat olsun. Çünki Allah təalə heç vaxt Öz haqqını heç kimə verməz, həqiqətən O əl-Mutəkəbbir, əl-Aliy, əl-Kəbir,əl-İləhdir. Uca Allah buyurur: Bu belədir. Çünki Allah Haqdır. Kafirlərin Ondan başqa dua (ibadət) etdikləri isə batildir. Həqiqətən, Allah Ən Ucadır, Ən Böyükdür. Loğman 30.
Yenə deyirəm! Bir daha təkrar edirəm! Qurandan mənə bir dənə dəlil gətirin ki, Allah təalə açıq-aşkar Özündən başqa kiməsə dua etməyi icazəli edib. Bunu isə heç vaxt bacarmazsınız, çünki quran Allahdan başqasına dua edənlərlə müharibə etmək, ən böyük cihad üçün göndərilib.
Sən hələ mənə "əd-dua" sözünün mənalarını Quran məntiqi prizmasından gətir. Sonra mənə bu ayənin "siyaq" və lazım gələrsə "şəni-nüzul" qaydasıynan nəyə dəlalət etdiyini göstər. Ondan sonra mən sənə heç cavab verməsəm də olar, çünki həqiqət üzə çıxacağ. Buyur...
Əgər yazdıqlarımı diqqətlə oxusanız, tədəbbür etsəniz, onda bu sözün mənasını da, siyaqını da, şəni-nuzulunu da başa düşəcəsən. Qısacası ayə Allahdan başqasına dua olunmasının şirk olduğunu bəyan etmək üçün gəlib.