Təvəssul və onun hokmləri
#931
Отправлено 12 октября 2011 - 03:20
Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) Yusuf surəsi 21-ci ayəni təfsir edərkən, bu tərz bir əməli – müxaliflərimizə görə şirk sayılmasına baxmayaraq – Yusuf peyğəmbərə – aleyhissəlam- nisbət edir:
فمرّ على مقبرة آل كنعان فرأى قبر أمّه - وقد كان وكّل به أسود يَحرُسه فغفَل الأسود - فألْقَى يوسف نفسَه على قبر أمه فجعَل يتمرَّغ ويعتنِق القبر ويضطرب ويقول : يا أمّاه ! ارفَعي رأسَكِ تَرَي ولدَك مكبَّلا مقيَّدا مسَلْسَلا مغلولا ; فرّقوا بيني وبين والدي , فاسألي الله أن يجمَع بيننا في مستقرّ رحمته إنه أرحم الراحمين
"Kənan ailəsi məzarlığının yanından keçdi və orada anasının qəbrini gördü. Ona baxmaq üçün zənci bir kölə vəzifələndirilmişdi və ö kölə qəflətə daldı. Yusuf – aleyhissəlam – özünü anasının qəbri üzərinə atdı, qəbrə sarılıb onu qucaqladı, həyəcanlı halda belə dedi: Ey Anam...! Başını qaldır ki, oğlunun əli qandalı, zəncirlənmiş halını gör. Məni atamdan ayırdılar. Allahdan bizi rəhməti altında birləşdirməsini istə! Çünki, o rəhimlərin ən Rəhmlisidir.”
qardashin Cavab: Halbuki, bunlar bilməlidilər ki, hətta bu rəvayət səhih olsa belə, bu o demək deyil ki, bu əməl bizim şəriətdə icazəlidir, çünki bizim şəriətdən əvvəlki şəriətlərdə olan bəzi hökmlər bizim şəriətdə qadağan buyurulmuşdur. Məsələn, Adəmin (əleyhissəlam) övladlarının bir biri ilə evləndirilməsi Adəmin şəriətində icazəli idisə, bizim şəriətə görə qadağandır. Hörmət xatirinə, salam verəndə səcdə etmək Yusif peyğəmbərin (əleyhissəlam) şəriətində icazəli idisə, bizim şəriətdə bu qadağandır. Bizdən əvvəlki insanların qibləsi Beytül Məqdis idisə, bizim üçün sonralar Kəbə qiblə oldu. Amma yenə də təkfirçilərin sübut kimi gətirdikləri yuxarıdakı rəvayətin səhih olması barədə heç bir dəlil yoxdur.
#932
Отправлено 12 октября 2011 - 03:23
Əbu Muaviyə - Aməş – Əbu Salih – Malik əd Dardan – ki bu adam Ömərin ərzaq xəzinədarı idi – belə dediyini təhdis etdi: Ömər zamanında insanlara quraqlıq üz verdi. Bir adam Nəbinin – sallallahu aleyhi və səlləm – qəbrinə gəlib dedi: Ey Allahın Rəsulu! Ümmətin üçün yağmur istə, çünki onlar həlak olmaq üzrədirlər.
O adam yuxuda belə deyildi: Ömərə get, salam de və ona yağmura qovuşacaqlarını xəbər ver. Həmçinin ona de ki: Müdrik ol! Müdrik ol!
Adam gedib Ömərə bunu xəbər verdi və Ömər ağladı. Sonra isə, "Ya Rəbbim mən bacardığımı edirəm” dedi.”
Qaynaq: İbnu Əbi Şeybə: Əl Musənnəf: 17/63-65
cavab-
Bu hədis səhih deyil. İbn Əbu Şeybə ravilərin zəncirində qeyd edilən "bir adam”-ın kim olmasını yazmamışdır və ona görə də bu insan məchuldu, yəni bilinməyəndir. Səif ibn Ömərin zəncirində, Səif ibn Ömər tanınmayan bu insanın Bilal ibn Haris olduğunu deyir, lakin Səif ibn Ömər özü yalançıdır. Onun yalançı olduğunu Əbu Davud, İbn Main, əl-Hakim və digər alimlər demişlər.
Bu hədisin zəncirində olan ravilərdən Əməş digər ravi Əbu Salihdən rəvayət etmişdir. Əbu Salih isə müdəllisdir, "UN” kəlməsi ilə rəvayət edir. Rical elmində isə bu qəbul edilmir.
Həmçinin, bu hadisə Malik ibn Darın ətrafında baş verir, lakin bu insan məchuldur, tanınmır. Onun etibarlı olması barədə heç bir məlumat verilmir – İbn Abu Hatim (Cərah vət Tədil, cild 8, səh 213). Həmçinin, Şeyx Əlbani "əl-Vəsilə” kitabında da qeyd edir ki, Malik əl-Dar məchuldur, yəni tanınmır.
Əgər hər hansı bir alim zəif hədisə uyğun hökm verərsə, bu o demək deyil ki, onun dediyi haqdır. Gördüyünüz kimi bu hədis zəif hədisdir. Zəif hədislə hökm vermək əlbəttə qəbul olunmur.
#933
Отправлено 12 октября 2011 - 03:24
Utbi qissəsi. Allamə Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) "Əl Əzkar” isimli əsərində, Şərəfli Qəbrin ziyarəti zamanı ediləcək zikrləri qeyd edərkən deyir:
"Sonra ziyarətçi Rəsulullahın – sallallahu aleyhi və səlləm – qarşısındakı öncəki mövqeyinə dönər və öz ehtiyacları barəsində onunla təvəssül edər, və ondan Rəbbi – Subhanəhu və Təala – qatında şəfaət etməsini istəyər, özü, valideynləri, dostları, sevdikləri, ona yaxşılıq edənlər və digər müsəlmanlar üçün dua edər...
Utbidən: Nəbinin – sallallahu aleyhi və səlləm – qəbri yanında oturmuşdum. Bir bədəvi gəldi və dedi: Əssalamu aleykə ya Rəsulallah. Uca Allahın belə dediyini duydum:
"…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Mən, günahlarım üçün bağışlanma diləyərək və səndən Rəbbim qatında şəfaət etməni istəyərək sənin yanına gəldim. Sonra belə bir şer oxumağa başladı:
Ey sümükləri ovada dəfn edilənlərin ən xeyirlisi
Onların gözəl qoxusundan ova və təpələr yaşıllaşdı
Sənin sakin olduğun qəbrə mənim canım fəda olsun
Orada iffət, comərdlik və kərəm var
Sonra dönüb getdi və məni yuxu tutdu. Yuxuda Nəbini – sallallahu aleyhi və səlləm – gördüm və mənə dedi: Ey Utbi! O bədəviyə yetiş və onu Allahın onu bağışlamasıyla müjdələ.”
Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Əzkar: 1/233
Bu rəvayət uydurmadır və əsası yoxdur. Utbinin kim olması barədə dəqiq məlumat yoxdur. Utbi tarixçi olmuşdur – Tarix əl-Bağdad, 2/324. Ondan rəvayət edənlərin heç biri bu hadisənin səhih olması barədə heç bir söz deməmişlər. Bu rəvayətin ravilərindən biri olan Muhəmməd bin Hərb əl-Hilali məchuldur, tanınmır. Şeyx Muhamməd ibn Əhməd bin Abdu Hadi bin Hənbəli demişdir: "Bu hadisəni bəziləri Utbidən zəncirsiz rəvayət etmiş, bəziləri Muhamməd bin Hərb əl-Hilalidən rəvayət etmiş, bəziləri Muhamməd bin Hərbin Əbu Həsən Zəfəranidən rəvayət etdiyini demiş, digərləri də Əbu Həsən Zəfəraninin bədəvidən rəvayət etdiyini demişlər. Beyhəqi "Şub əl-İman”-da bu rəvayəti qüsurlu zəncirlə rəvayət etmişdir. (Əs-Sarim əl-Munki, səh. 212)
Digər zəncirlərdə ravilərdən biri olan Heytəm bin Adiy etibarlı deyil və İmam Buxari bu insanı yalançı kimi vəsfləndirmişdir. İbn Main, Əbu Davud, İmam Nəsai və digərləri bu ravinin münkər hədislər rəvayət etdiyini qeyd etmişlər.
#934
Отправлено 12 октября 2011 - 03:26
#935
Отправлено 12 октября 2011 - 04:04
Bismillah,sənin elmin yoxdur burda niyə yazışırsan????????????Sən dedin necə olur eşidir,mən də bu cür başa saldım kii,necə salam öz dilimizdə deyəndə eşidirlər,eləcə də təvəssül edəndə...O kimin sayıtdır bilmirəm,lap təkfirçi olsun,fərq etməz,əsas odur sizin alimlərdən deyib,ibn Teymiyyənin də sözünə münasibət yazıb,sənə sərf etmir oxumursan,sənə uje 4cü dəfədir sual verirəm,amma yayınırsan,çünki sərf etmir.Sənə dedim hədisi,ayəni qoy qırağa bir-bir gedək,sənsə aləmi vurursan bir-birinə
Bu suallara cavab ver,düz əməlli cavab olmasa,bir də sənə yazan deyilən,çünki standart tipik təəssübkeş vəhhabisən!
(vəhhabi sözünə görə incimə ibn Baz sizə-sələflərə bunu şərəf bilir):
biy,bilmemishdim bura Qum diplomu olanlar ucundur?sen sehv basha salirsan. men ne yazdigimi yaxshi bilirem.sene anlatdimki elimizde salamin peyqambere catmasi haqda hedis var. sizin etdiyiniz tevessul duasinin catmasi haqda yox. sen salami eshidir deyiben her sheyi eshidir deyeceksen?hedis salama aiddir.bashqa hec neyi ora qatma.ixtiyariniz yoxdu qatmaqa ,qata da bilmezsiniz.belke deyesen musiqinide eshidir ?estaxfurullah.
gor a kishi oz batil inancinizi subut elemekden otru ne variantlara el atirsiniz...ozude siz deyirsinizki her yerden eshidir,ister qebrin yani olsun ,istersede yox... demeli aztv-den konsert gedir,berzexde qulaq asirlar...ele cixir?tovbe estaxfurullah.
problem yoxdur,istersen lap 2-2 xirdaliyaq.
sual-sual deyib mene ultimatum verirsen,
Hər iki təvəssül(1.birbaşa istəmək,2.xatir Allahdan istəmək) barədə SƏLƏF və SÜNNÜ əqidəsini yaz bura:
1.Alim təvəssülü caiz bilən hədisə səhih desə hökmü nədir?
2.Təvəssülü qəbul etsə,yəni özü də edir,hökmü nədir?
3.Bir insan alimə istinad edib təvəssülü qəbul etsə(təbii ki özü də edəcək) hökmü nədir?
4.Hansı alimlər təvəssülü rədd edib?(dəlillə)
1.sene sunnu ve selefi sohbeti haqda yazmisham,bunu tezden niye sorushursan?sualin 1-ci hissesinede evvelerde cavab vermishem.tezden niye sorushursan? subut ede bilerem sene ki,yuxarida bunlar kecib.
1.bunada cavab vermishem.4-cu ya da 5-ci defedirki 1 de tekrar edirem-XETA
2.bunada cavab vermishem-alimlerden bidet ve sirke vesile,kicik shirk,shirk deyenler olub.
3.bidet
4.sen konkret qurtarmisan.bilmirsen ne sorushasan daha?(sualida sehv qoymusan ,sohbet tevessulun bidet formasindan gedir.) 3gundur sennen neden danishiriq? kim qebul edir sen getirdin,kim redd edir dedim sene 1-cisi Abu henife,Abu yusif ,Albani,IBn Teymiyye ve butun selef alimleri-yenede tekrar sual.
bildin niye cavab yazmirdim?cunki cavablanib hamisi bunlarin.
#936
Отправлено 12 октября 2011 - 04:26
(vəhhabi sözünə görə incimə ibn Baz sizə-sələflərə bunu şərəf bilir):
bu teze xeberdir? nece deyib ? men seni RAFIZI cagirsam nece? xoshuna gelecek?
#937
Отправлено 12 октября 2011 - 11:16
Bismillah,üsul həmişə eyni olub,yəni əqidə söhbətləri.Bunu yazanın zərrə qədər ağlı yoxdur,amma fırlatma elmindən vovalardan yaxşı yararlanıb...delillerinden 4-cusu
Əbu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) Yusuf surəsi 21-ci ayəni təfsir edərkən, bu tərz bir əməli – müxaliflərimizə görə şirk sayılmasına baxmayaraq – Yusuf peyğəmbərə – aleyhissəlam- nisbət edir:
فمرّ على مقبرة آل كنعان فرأى قبر أمّه - وقد كان وكّل به أسود يَحرُسه فغفَل الأسود - فألْقَى يوسف نفسَه على قبر أمه فجعَل يتمرَّغ ويعتنِق القبر ويضطرب ويقول : يا أمّاه ! ارفَعي رأسَكِ تَرَي ولدَك مكبَّلا مقيَّدا مسَلْسَلا مغلولا ; فرّقوا بيني وبين والدي , فاسألي الله أن يجمَع بيننا في مستقرّ رحمته إنه أرحم الراحمين
"Kənan ailəsi məzarlığının yanından keçdi və orada anasının qəbrini gördü. Ona baxmaq üçün zənci bir kölə vəzifələndirilmişdi və ö kölə qəflətə daldı. Yusuf – aleyhissəlam – özünü anasının qəbri üzərinə atdı, qəbrə sarılıb onu qucaqladı, həyəcanlı halda belə dedi: Ey Anam...! Başını qaldır ki, oğlunun əli qandalı, zəncirlənmiş halını gör. Məni atamdan ayırdılar. Allahdan bizi rəhməti altında birləşdirməsini istə! Çünki, o rəhimlərin ən Rəhmlisidir.”
qardashin Cavab: Halbuki, bunlar bilməlidilər ki, hətta bu rəvayət səhih olsa belə, bu o demək deyil ki, bu əməl bizim şəriətdə icazəlidir, çünki bizim şəriətdən əvvəlki şəriətlərdə olan bəzi hökmlər bizim şəriətdə qadağan buyurulmuşdur. Məsələn, Adəmin (əleyhissəlam) övladlarının bir biri ilə evləndirilməsi Adəmin şəriətində icazəli idisə, bizim şəriətə görə qadağandır. Hörmət xatirinə, salam verəndə səcdə etmək Yusif peyğəmbərin (əleyhissəlam) şəriətində icazəli idisə, bizim şəriətdə bu qadağandır. Bizdən əvvəlki insanların qibləsi Beytül Məqdis idisə, bizim üçün sonralar Kəbə qiblə oldu. Amma yenə də təkfirçilərin sübut kimi gətirdikləri yuxarıdakı rəvayətin səhih olması barədə heç bir dəlil yoxdur.
#938
Отправлено 12 октября 2011 - 11:20
Bismillah,yekə adamsan,hər şeyi oxumadın bir ibn bazın sözünü oxudun?????uje 5-ci dəfə oldu suallara cavab ver!!!!!!Bismillah,sənin elmin yoxdur burda niyə yazışırsan????????????Sən dedin necə olur eşidir,mən də bu cür başa saldım kii,necə salam öz dilimizdə deyəndə eşidirlər,eləcə də təvəssül edəndə...O kimin sayıtdır bilmirəm,lap təkfirçi olsun,fərq etməz,əsas odur sizin alimlərdən deyib,ibn Teymiyyənin də sözünə münasibət yazıb,sənə sərf etmir oxumursan,sənə uje 4cü dəfədir sual verirəm,amma yayınırsan,çünki sərf etmir.Sənə dedim hədisi,ayəni qoy qırağa bir-bir gedək,sənsə aləmi vurursan bir-birinə
Bu suallara cavab ver,düz əməlli cavab olmasa,bir də sənə yazan deyilən,çünki standart tipik təəssübkeş vəhhabisən!
(vəhhabi sözünə görə incimə ibn Baz sizə-sələflərə bunu şərəf bilir):
#303 post
Qaldı ki,rafiziyə..Əgər razfizi ilk üç xəlifəni sevməyən,onlara lənət deyəndirsə,onda ALLAH MƏNİ RAZFİZİ KİMİ ÖLDÜRSÜN!!!!!!Kor olmusuz siz,oxu gör vəhhabi sözü necə də şərəflidir..Suallara da cavab ver,ya da yaz ki,cavabım yoxdur,oxuyub üstündən KEÇMƏ
#939
Отправлено 12 октября 2011 - 11:22
Bismillah,sizinkilər ömürü boyu ikili danışıblar bu da dəlili...KENAN 313, tapdigin delillerden biride bu idi-
İmam Əbu Hənifə, Numan bin Sabit Əl Kufi (80-150 h/ 699-767 m) öz "Əl Qasidatun Numaniyyə fi Mədhi Xayril Bəriyyə” (və ya "Əl Qasidatun Numaniyyə fi Mədhin Nəbi”) adlı qəsidəsində deyir:
فإذَا سَكَتُّ فَفِيك صَمْتي كُلُّه _____ وإذَا نَطَقْتُ فمَادِحًا عَلَيْكَا
وإذَا سَمِعْتُ فَعَنْك قَوْلاً طَيِّبًا _____ وإذَا نَظَرْتُ فَما أرَى إلاكَا
يا مَالِكِي كُنْ شَافِعِي في فَاقَتِي ______ إنِّي فَقِيرٌ في الوَرَى لِغِنَاكَا
يا أكْرَمَ الثَقَلَيْنِ يا كَنْزَ الغِنَى _____ جُد لِي بِجُودِكَ وأَرْضِنِي بِرِضَاكَا
أنا طَامِعٌ بالجُود مِنْكَ _________ ولمْ يَكُنْ لأبِي حَنِيفَة في الأنَام سِوَاكَا
44. Susduğum zaman bütün susmam sənin haqqındadır
Danışdığım zaman səni öyərək danışaram
45. Dinlədiyim zaman səndən gözəl söz dinləyərəm
Baxdığım zaman səndən başqasını görmərəm
46. Ey mənim sahibim! Ehtiyaclarım haqda mənim şəfaətçim ol!
Çünki, mən insanlar arasında sənin zənginliyinə möhtac biriyəm
47. Ey insanların və cinlərin ən kərimi! Ey zənginlik xəzinəsi!
Lütfünlə mənə qarşı lütfkar ol, məni rızanla razı et!
48. Mən səndən gələcək lütfə susuzam
Əbu Hənifənin insanlar içində səndən başqa kimsəsi yoxdur.
Qaynaq: Əbu Hənifə: Əl Qasidatun Numaniyyə: 44 – 48 - ci sətirlər.
İstanbul (1268, 1279, 1298, 1320), Misir, Hindistan.
Kitaba aşağıdakı şərhlər yazılıb:
İbrahim Xəlil bin Yahya: Sururul Qulubil İrfaniyyə: İstanbul 1268 (Türkcə)
Muhəmməd Azam bin Muhəmmədyarm: Rahmətur Rahman: Dehli 1897 (Hindcə)
bu ,imama atilmish iftiradir. imamin ozunun fikirleri bunun eksinedir ve bunu batil edir
İbn Huməm demişdir: "Qəbirlərin kənarında yatmaq və ya öz ehtiyaclarını istəmək Sünnədə yoxdur. Sünnədə olan ancaq qəbirləri ziyarət etmək və qəbirdə olanlar üçün dua etməkdir, necə ki, Peyğəmbər (səllallahu aleyhi və səlləm) Baqi qəbiristanlığına gedərkən dualar etmişdir.” (Fəth əl-Qadir, cild 2, səh 102)
Əbu Hənifə demişdir: Hər kəs Allaha yalnız Onun adı ilə dua etməlidir. İcazə verilən dua, əmr edilən dua Allah təalanın bu kəlamına əsaslanır: "Allahın gözəl adları vardır, Onlarla Ona dua edin." (Durrul-Muxtar c.2 sh.630)
Əbu Hənifənin ən qabaqcıl tələbəsi olan Abu Yusuf demişdir: "Fılanın və yaxud peyğəmbərlərdən birinin haqqı üçün və ya Harami-Şərifin haqqı üçün deyib dua etmek olmaz" (Fətavayi-Hindiyye 5/280. h.428-də vəfat etmiş məşhur hənəfi alimi əl-Qudurinin "Şərhul-Kərhi"kitabinin "kərahət-bab"-na da bax)
selef de bu rey uzerindedir,inseAllah
P.S əvvəlki suallara cvb ver!
#940
Отправлено 12 октября 2011 - 11:26
Bismillah,xeyir ola o boyda alim təvəssülü caiz bilsə XƏTA olur,amma insan alimə istinad edib desə BİDƏT olur?biy,bilmemishdim bura Qum diplomu olanlar ucundur?sen sehv basha salirsan. men ne yazdigimi yaxshi bilirem.sene anlatdimki elimizde salamin peyqambere catmasi haqda hedis var. sizin etdiyiniz tevessul duasinin catmasi haqda yox. sen salami eshidir deyiben her sheyi eshidir deyeceksen?hedis salama aiddir.bashqa hec neyi ora qatma.ixtiyariniz yoxdu qatmaqa ,qata da bilmezsiniz.belke deyesen musiqinide eshidir ?estaxfurullah.
gor a kishi oz batil inancinizi subut elemekden otru ne variantlara el atirsiniz...ozude siz deyirsinizki her yerden eshidir,ister qebrin yani olsun ,istersede yox... demeli aztv-den konsert gedir,berzexde qulaq asirlar...ele cixir?tovbe estaxfurullah.
problem yoxdur,istersen lap 2-2 xirdaliyaq.
sual-sual deyib mene ultimatum verirsen,
Hər iki təvəssül(1.birbaşa istəmək,2.xatir Allahdan istəmək) barədə SƏLƏF və SÜNNÜ əqidəsini yaz bura:
1.Alim təvəssülü caiz bilən hədisə səhih desə hökmü nədir?
2.Təvəssülü qəbul etsə,yəni özü də edir,hökmü nədir?
3.Bir insan alimə istinad edib təvəssülü qəbul etsə(təbii ki özü də edəcək) hökmü nədir?
4.Hansı alimlər təvəssülü rədd edib?(dəlillə)
1.sene sunnu ve selefi sohbeti haqda yazmisham,bunu tezden niye sorushursan?sualin 1-ci hissesinede evvelerde cavab vermishem.tezden niye sorushursan? subut ede bilerem sene ki,yuxarida bunlar kecib.
1.bunada cavab vermishem.4-cu ya da 5-ci defedirki 1 de tekrar edirem-XETA
2.bunada cavab vermishem-alimlerden bidet ve sirke vesile,kicik shirk,shirk deyenler olub.
3.bidet
4.sen konkret qurtarmisan.bilmirsen ne sorushasan daha?(sualida sehv qoymusan ,sohbet tevessulun bidet formasindan gedir.) 3gundur sennen neden danishiriq? kim qebul edir sen getirdin,kim redd edir dedim sene 1-cisi Abu henife,Abu yusif ,Albani,IBn Teymiyye ve butun selef alimleri-yenede tekrar sual.
bildin niye cavab yazmirdim?cunki cavablanib hamisi bunlarin.
#941
Отправлено 12 октября 2011 - 11:32
Bismillah,İmam Malik məsələsinə buyur aydınlıq gətir,sənin şeyxin deyir iftiradır,bu qədər alim də deyir düz əməlli sənədlə nəql olunub...Buyur izah ver,məgər sizə ibn Teymiyyənin sözü bu qədər alimin sözündən əfzəldir????İrəli Sürülən Etirazlar və Cavabları:
Ümumilikdə mövzu ətrafında, xüsusən də İmam Malikdən nəql edilən hekayə haqqında iki böyük etiraz mövcuddur. Mövzunun doğru anlaşılması etiraz edilən bu iki nöqtənin qavranılmasına bağlıdır. Bu səbəblə etirazlara və onların cavablarına xüsusi diqqət edilməsi lazımdır.
Etiraz – 1. İbn Teymiyyənin də bəyanı üzrə bu qissənin sənədi zəifdir, bu səbəblə qissə bu əməlin elm əhli arasında şirk olmadığını isbat etməz.
Etirazın Cavabı:
Biz cavabımızı iki müqəddimədə təqdim edəcəyik:
A ) Bizim mövzuda isnadın önəmlilik dərəcəsi
B ) İsnad haqqında elm əhlinin görüşləri
A ) Bizim mövzuda isnadın önəmlilik dərəcəsi nədir?
Bütün ağıl sahibləri kimi bizim də qəbul etdiyimiz üsullardan biri budur: “Mötəbər alimlərin öz kitablarında ehtiyac olmadan açıq şirk olan şeyləri zikr edib, bu haqda etiraz etməməsi praktik olaraq mümkün deyil”. Necə mümkün olsun ki, cumhura görə görüş bildirilən yerdə alimin etiraz etməməsi, onun bu görüşə qatıldığına dəlil qəbul edilib və əgər nəticədə bir icma formalaşıbsa buna “sükuti icma” deyilib. Bu qayda Fiqh Üsulu kitablarında məşhur, əhli qatında məlumdur.
Məhz bu prinsipə dayanaraq deyirik ki, rəvayətin zəifliyi bizim mövqeyi zəiflətməz, çünki iddiamızı isbat yollarından biri də sadəcə bu rəvayətlərin varlığını ortaya qoymaqdır. Heç bir alim öz imamı dediyi şəxsə şirki öyərək nisbət etməz!
Məsələ daha da aydın olsun deyə belə bir misal verək: Müxaliflərimizə görə bu əməl “Rəsula ibadət etmək” mislindədir. Biz də İmam Malikin rəvayətində “şəfaət istə” kəliməsini bununla dəyişdirərək belə deyək: Malik Xəlifəyə dedi: “Ona dön və ona ibadət et!”... və Qadı İyəd və digər alimlər bunu normal bir şəkildə rəvayət etdi...
Belə bir şeyin mümkünlüyünü qəbul edənin ağıl qıtlığı əleyhində hüccət olaraq yetər. Çünki, Allahın anlayışdan məhrum etdiyi kimsənin söylədiyi söz lehinə deyil əleyhinə dəlil olar.
Bu etiraz cavaba deyil sahibinin müalicəsinə möhtacdır... Sizi gördükdə duamız budur: Bizi, sizi mübtəla etdiyindən afiyətdə qılan, yaratdıqlarının bir çoxundan bizi üstün tutan Allaha həmd olsun!
Allah Rəsulu bizə bir xəstəlik gördüyümüz zaman belə dua etməyi əmr edib...
Nəticə olaraq isnadın zəifliyinin bizim mövzumuzda rolu yoxdur! Çünki biz məsələnin caizliyini deyil şirk olub olmadığını müzakirə edirik.
Elə isə isnadın zəifliyi sizə hansı “faydanı” təmin edər?
Diqqətləri isnadın zəifliyinə çəkərək, insanları mövzudan yayındırmağı, nə elmə nə də ağla sahib olmayanlara bunun şirk olduğunu isbat etməyi... və ağıl sahibləri qatında hiylələrinizin sadəliyini, məzhəbinizin butlanını ortaya qoymağı... etibarınızın zədələnməsini...
B ) İsnad haqqında elm əhlinin görüşləri
Müzakirə etdiyimiz mövzuda isnadın xüsusi bir rolunun olmadığını isbat etdikdən sonra - detallara girmədən - elm əhlindən digərlərinin isnad barədə dediklərinə nəzər salaq:
1) İbnuz Ziya Muhəmməd bin Əhməd (789-854 h/1387-1450 m)“Tarixu Məkkə” adlı kitabında dedi:
رواه الحافظ ابن بَشْكُوَال ، ثم القاضي عياض رحمه الله في " الشفاء " . قال ابن جماعة: ولا يلتفت إلى قول من زعم أنه موضوع، لهواه الذي أراده
“Bunu Əl Hafiz İbn Bəşkuvəl, sonra isə Qadı İyəd “Əş Şifa”da rəvayət etmişdir. İbn Caməa dedi: Havasına uyaraq, bu hekayənin uydurma olduğunu söyləyənin sözünə iltifat edilməz.”
2) Əhməd Əl Qastalani (851-923 h/1448-1517 m) – İmam Buxarinin səhihini “İrşadus Sari li Şərhi Sahihil Buxari” isimli kitabında şərh etmiş bu zat İbn Həcər Əl Asqalani, Əs Saxavi, Əl Acluni, Şeyxul İslam Zəkəriyyə Əl Ənsari kimi qudvələrdən dərs almışdır – özünün “Əl Məvahibul Ləduniyyə” adlı kitabında (8/304) deyir:
وقد روى هذه القصّة أبو الحسن عليّ بن فِهْر في كتابه " فضائل مالك " بإسناد لا بأس به وأخرجها القاضي عياض في الشّفاء من طريقه عن شيوخ عدّة من ثقات مشايخه
“Bu qissəni Əbul Həsən Əli bin Fihr “Fədailu Malik” adlı kitabında “lə bəsə bih” (problemsiz) bir isnadla rəvayət etmişdir. Həmçinin Qadı İyəd bu qissəni “Əş Şifa”da onun (Əbul Həsənin) kanalıyla güvənilir şeyxlərinin bir neçəsindən rəvayət etmişdir.”
3) Əs Samhudi (844-911 h/1440-1506 m) “Xulasətul Vəfa” adlı kitabında dedi:
وفي الشفاء بسند جيد عن ابن حميد
“Əş Şifa kitabında ceyyid (yaxşı) sənədlə İbn Humeyddən...”
4) Şəmsuddin Əş Şami (v. 942 h/1536 m) “Subulul Huda” adlı kitabında dedi:
وروى القاضي - بسند جيد - عن ابن حميد
“Qadı – ceyyid sənədlə - İbn Humeyddən...”
5) Əş Şihəb Əl Xafaci (977-1069 h/1569-1659 m) “Nəsimur Riyad fi Şərhi Şifail Qadı İyəd” adlı şərhində (4/486) dedi:
وفي هذا رد على ما قاله ابن تيمية من أن استقبال القبر الشريف في الدعاء عند الزيارة أمر منكر, لم يقل به أحد, ولم يرو إلا في حكاية مفتراة على مالك، يعنى هذا القصة التي أوردها المصنف رحمه الله هنا ، ولله دَرُّه حيث أوردها بسند صحيح وذكر أنه تلقَّاها عن عدة من ثقات مشايخه
“Bu qissədə İbn Teymiyyənin “ Ziyarət əsnasında dua edərkən şərəfli qəbrə yönəlmək münkər işdir, kimsə belə bir şey deməmişdir və bu sadəcə Malikə iftira atılmış bir hekayədə nəql edilmişdir” sözlərinə rədd var. İftiradan qəsdi Musannifin (Qadı İyəd) – Allah ona rəhmət etsin – burada zikr etdiyi qissədir.
Afərin Qadı İyəda! Çünki o qissəni səhih sənədlə rəvayət etmiş və onu güvənilən şeyxlərinin bir neçəsindən aldığını zikr etmişdir.”
6) Muhəmməd Əli bin Huseyn Əl Məkki (1287-1367 h/1870-1948 m) “Təhzibul Furuq” əsərində (3/59) İbn Həcər Əl Məkki və Əz Zərqanidən nəqlən deyir:
قال العلامة ابن حجر في الجَوْهَر المنظَّم رواية ذلك عن الإمام مالك جاءت بالسند الصحيح الذي لا مَطْعَن فيه وقال العلامة الزرقاني في شرح المواهب ورواها ابن فَهْد بإسناد جيد ورواها القاضي عياض في الشفاء بإسناد صحيح رجاله ثقات ليس في إسنادها وضّاع ولا كذاب
“Alləmə İbn Həcər “Əl Cəvhərul Munəzzəm” əsərində dedi: “Bu qissə İmam Malikdən rəvayəti səhih və boşluğu olmayan sənədlə gəlmişdir.”
Alləmə Əz Zərqani “Şərhul Məvahib” adlı əsərində dedi: “İbn Fəhd bunu ceyyid sənədlə, Qadı İyəd isə “Əş Şifa”da səhih sənədlə rəvayət etmişdir, ricalı siqadır, isnadında uydurmaçı və yalançı yoxdur”.”
Etiraz – 2. Mətn barədə. Mətndə “istişfa” feli “bə” cər hərfiylə işlədilib bu isə ondan şəfaət istəmək deyil, onun vasitəsiylə təvəssül etməkdir.
Etirazın Cavabı: Biz cavabı yenə iki müqəddiməyə böləcəyik:
A ) Müxaliflərimizin iddiasının doğruluğunu fərz edək
B ) Mətnin doğru tərcüməsi nədir
A ) Müxaliflərimizin iddiasının doğruluğunu fərz edək. İrəlidə alimlərdən təqdim edəcəyimiz sitatlardan bu şəkildə olanları var “Ey Allahın Elçisi bizim üçün dua et”, “... bizim üçün şəfaət et”, “... Allahdan filan şeyi istə” və s.
Sizin tərcümənin doğru olduğunu fərz etsək belə bu sitatlara cavabınız nə olacaq? Məgər mövzudakı bütün sitatlar “bə” cər hərfiylədir?
Günəşi paltarı altında gizlətmək istəyən sadəcə ağılsızlığını günəş kimi açığa çıxarmış olar...
B ) Mətnin doğru tərcüməsi nədir. Tərcümənin məhz bizim etdiyimiz kimi olması lazımdır ki, bunun dəlilləri aşağıdakılardır:
1) Ərəb lüğəti. Yuxarıda məfhumların izahında keçdiyi kimi “istişfa” feli “bə” cər hərfiylə işlədildiyi zaman “ondan istəmək” mənası verir, “onun vasitəsilə istəmək” deyil. Kitabın şarihləri də bu qismi bizim dediyimiz kimi açıqlayıblar.
2) İmam Malikin dəlil olaraq gətirdiyi ayə. Ayədə Rəsul vasitəsilə dua deyil, onların Rəsula gəlmələri və onun da onlar üçün istiğfar etməsi zikr edilib. Şəfaət də məhz budur. Əks halda ayənin dəlil gətirilməsi yersiz olardı.
3) Qəbrə dönüş! Əgər sadəcə Rəsulun ismiylə təvəssül ediləcəksə qəbrə yönəlmənin nə mənası var? Biz yuxarıda izah etdik ki, təvəssül vəsilə edilən şəxsin olmadığı yerdə belə sadəcə onun ismiylə edilir. Birisinə doğru ona müraciət etmək və ya nəsə istəmək üçün yönəlinər.
4) Malikin ““O Qiyamət günüdə sənin və atan Adəmin Allaha vəsiləsi olduğu halda...” sözü. Malik bu sözüylə məşhur hədisə işarə etmişdir ki, o hədisdə insanların Qiyamət günü Allah Rəsulundan – sallallahu aleyhi və səlləm – şəfaət istəyəcəyi qeyd olunur, təvəssül edəcəyi deyil. Şarihlərdən Xafacinin də izahı üzrə Malikin təvəssüldən qəsdi onun duası və şəfaətilə təvəssül, yəni bunu ondan istəməkdir. İddianızın əksinə“istişfadan” təvəssül deyil, “təvəssüldən” istişfa anlaşılır. İmam Malikin vəsilə sözündən qəsdi “şəfaət istəniləcək vəsilədir”. Şəfaət hədisini zikr edib, təvəssülü əmr etmək uzaq ehtimaldır.
5) Malikin “Əksinə ona doğru yönəl və ondan şəfaət istə” əmrindən sonrakı “Allah da onun sənin haqqındakı şəfaətini qəbul etsin” sözü. İmam Malik məhz Allah da onun şəfaətini qəbul etsin deyir, sənin onu təvəssül edərək etdiyin duanı deyil! Bu da Malikin qəsdinin məhz şəfaət istəmək olduğuna işarədir.
Bu etirazlar mövzuda irəli sürülən əsas etirazlardır. Uca Allahın təvfiqiylə cavabları verildiyi üçün irəlidə onlara təkrar dönməyə lüzum görmürük. Allahu aələmu bis savab.
#942
Отправлено 12 октября 2011 - 11:38
Bismillah,7 sünnü alimi eyni hədisi eyni ayə təfsirində deyib,buyur cvb ver1) Böyük müfəssir Abu Abdillah Əl Qurtubi (600-671 h/1204-1274 m) “Əl Camiu li Əhkəmil Quran” isimli kitabında Ən Nisa surəsi 64-cü ayənin təfsirində deyir:
روى أبو صادقٍ عن عليِّ قال : قدِم علينا أعرابيّ بعدما دفنَّا رسولَ الله صلى الله عليه وسلم بثلاثة أيام ، فرمَى بنفسه على قبرِ رسول صلى الله عليه وسلم ، وحَثَا على رأسه من ترابه ؛ فقال : قلتَ يا رسولَ الله فسمِعنا قولَك ، وَوَعَيْتَ عن الله فوَعَيْنا عنك ، وكان فيما أَنزل الله عليك { وَلَوْ أَنَّهُمْ إِذ ظَلَمُوا أَنْفُسَهُمْ }، وقد ظلَمتُ نفسي وجئتُك تستغفر لي. فنُوديَ من القبر أنه قد غُفِرَ لك
“Əbus Sadiq Əlidən – Allah ondan razı olsun – belə dediyini rəvayət edir:
Rəsulullahı – sallallahu aleyhi və səlləm – dəfn etdikdən üç gün sonra yanımıza bir bədəvi gəldi. Özünü Rəsulullahın – sallallahu aleyhi və səlləm – qəbri üzərinə atdı, qəbrin torpağını alıb başına səpdi və dedi:
Ya Rəsul Allah! Sən dedin, biz dediyini dinlədik. Sən Allahdan aldın, biz səndən. Allahın sənə endirdikləri arasında bu ayə var: “...Əgər onlar nəfslərinə zülm etdikləri zaman...” (Ən Nisa: 64)
Mən də nəfsimə zülm etdim və mənim üçün Allahdan bağışlanma diləyəsən deyə sənin yanına gəldim. Qəbirdən “sən bağışlandın” deyə bir səs gəldi.”Qaynaq: Əbu Abdullah Əl Qurtubi: Əl Camiu li Əhkəmil Quran: 5-429
Beyrut: Ər Risələ: Birinci nəşr: 1427/2007Təhqiq: Abdullah Ət Turki
2) Bu hadisəni Əlidən – Allahın salamı olsun – müfəssir Əbu İshaq Əs Sələbi (v. 427 h/1035) “Əl Kəşfu vəl Bəyan fi Təfsiril Quran” isimli kitabında Ən Nisa surəsi 64-cü ayənin təfsirindəbu sözlərlə nəql edir:
فقد ظلَمتُ نفسي فجئتك لتستغفر لي فنودي من القبر أنه قد غفر لك
“... Nəfsimə zülm etdim və sənin yanına gəldim ki, mənim üçün bağışlanma diləyəsən. Qəbirdən ““sən bağışlandın” deyə bir səs gəldi.”
3) Eyni ayənitəfsir edərkən Əbu Həyyan Ən Nəhvi (654-745 h/1256-1344 m) “Əl Bəhrul Muhit” isimli kitabında deyir:
وقد ظلَمتُ نفسي وجئت أستغفر الله ذنبي ، فاستغفرْ لي من ربي ، فنودي من القبر أنه قد غفر لك
“... Mən nəfsimə zülm etdim və günahlarım üçün Allahdan bağışlanma diləyirəm. Sən də Rəbbimdən mənim üçün bağışlanma dilə. Qəbirdən ““sən bağışlandın” deyə bir səs gəldi.”
4) Əbul Bərəkət Hafizuddin Ən Nəsəfi (v. 710 h/1310 m) “Mədarikut Tənzil və Həqaiqut Təvil”adlı kitabında sözügedən ayənin təfsirindədeyir:
وقد ظلَمتُ نفسي وجئتك أستغفر الله من ذنبي فاستغفرْ لي من ربي ، فنودي من قبره قد غفر لك
“... Mən nəfsimə zülm etdim və sənə gəldim. günahlarım üçün Allahdan bağışlanma diləyirəm. Sən də Rəbbimdən mənim üçün bağışlanma dilə. Qəbirdən “sən bağışlandın” deyə bir səs gəldi.”
5) Cəlaluddin Əs Suyuti (849-911 h/1445-1505 m) “Əd Durrul Mənsur fit Təfsiri bil Məsur” adlı kitabında Əl Bəqərə surəsi 203-cü ayənin təfsirindəHafiz Əbu Bəkr Əl Beyhaqidən (384–458 h/994–1066 m) nəqlən bədəvinin belə dediyini zikr edir:
بأبي أنت و أمي يا رسولَ الله ! جئتك مُثْقَلًا بالذنوب والخطايا , أستشفع بك على ربك ؛ لأنه قال في محكم كتابه :
{وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً}، وقد جئتك بأبي أنت وأمي مُثْقَلًا بالذنوب والخطايا أستشفع بك على ربك أن يغفِر لي ذنوبي، وأن تُشفَّعَ فيَّ
“... Atam anam sənə fəda olsun ya Rəsulallah. Günah və xətalarla yüklənmiş olaraq sənə gəldim. Səndən Rəbbin qatında şəfaət etməni istəyirəm. Çünki, Uca Allah kitabının möhkəm ayəsində buyurur:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Atam anam sənə fəda olsun, sənə günah və xətalarla yüklənmiş olaraq gəldim. Səndən Rəbbin qatında mənim günahlarımı bağışlaması və haqqımdakı şəfaətini qəbul etməsi üçün şəfaət etməni istəyirəm.”
6) İbn Kəsir (701-774 h/1302-1373 m) “Təfsirul Quranil Azim” isimli kitabında Ən Nisa surəsi 64-cü ayənin təfsirində deyir:
وقد ذكَر جماعة منهم: الشيخ أبو نصْر بنُ الصَبَّاغ في كتابه "الشامل" الحكاية المشهورة عن العُتْبي، قال: كنت جالسا عند قبر النبي صلى الله عليه وسلم، فجاء أعرابي فقال: السلام عليك يا رسولَ الله، سمِعْتُ الله يقول: { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّابًا رَحِيمًا } وقد جئتك مستغفرًا لذنبي مستشفعًا بك إلى ربي ثم أنشأ يقول:
يَا خَيْرَ مَنْ دُفِنَتْ بِالْقَاعِ أَعْظُمُهُ... فَطَابَ مِنْ طِيبِهِنَّ القَاعُ وَالأََكَمُ
نَفْسي الفِدَاءُ لِقَبْرٍ أَنْتَ سَاكِنُهُ... فِيهِ العَفَافُ ، وَفِيهِ الجُودُ وَالكَرَمُ
ثم انصرف الأعرابيُّ فغلَبتْني عيْني، فرأيتُ النبيَّ صلى الله عليه وسلم في النوْم فقال: يا عُتْبى، اِلحَقْ الأعرابيَّ فبشِّرْه أن الله قد غفَر له
“Bir qrup – onlardan biridə Şeyx Əbu Nasr Əs Sabbağdır (v. 477 h/1084 m) ki, bunu “Əş Şamil” kitabında nəql edir – Utbidən (v. 255 h/869 m) məşhur hekayəni zikr etmişlər:
Utbi dedi: Nəbinin – sallallahu aleyhi və səlləm – qəbri yanında oturmuşdum. Bir bədəvi gəldi və dedi: Əssalamu aleykə ya Rəsulallah. Uca Allahın belə dediyini duydum:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Mən, günahlarım üçün bağışlanma diləyərək və səndən Rəbbim qatında şəfaət etməni istəyərək sənin yanına gəldim. Sonra belə bir şer oxumağa başladı:
Ey sümükləri ovada dəfn edilənlərin ən xeyirlisi
Onların gözəl qoxusundan ova və təpələr yaşıllaşdı
Sənin sakin olduğun qəbrə mənim canım fəda olsun
Orada iffət, comərdlik və kərəm var
Sonra dönüb getdi və məni yuxu tutdu. Yuxuda Nəbini – sallallahu aleyhi və səlləm – gördüm və mənə dedi: Ey Utbi! O bədəviyə yetiş və onu Allahın onu bağışlamasıyla müjdələ.”Qaynaq: İbn Kəsir: Təfsirul Quranil Azim: 4/140
Məktəbətu Qurtuba
7) Əbu Zeyd Əs Sələbi (786-875 h/ 1384 1470 m) “Cəvəhirul Hisan fi Təfsiril Quran” adlı kitabında Ən Nisa surəsi 64-cü ayənin açıqlamasında digər bir ləfz zikr etdikdən sonra deyir:
انتهى من "حِلْية النوويِّ" ، و "سُنَنِ الصَّالحين" ؛ للباجِيِّ ، وفيه : مُسْتَغْفِراً مِنْ ذُنُوبِي ، مستشفعاً بك إلى ربِّي
“”Hilyətun Nəvəvi” və (Əbu Valid) Əl Bacinin “Sunənus Salihin”adlı kitabından nəql bitdi. Bacinin kitabındakı ləfz (sh. 143) “günahlarım üçün bağışlanma diləyərək və səndən Rəbbim qatında şəfaət etməni istəyərək” şəklindədir.”
#943
Отправлено 12 октября 2011 - 11:42
Bismillah,sizin məhzəb sizə görə başdan-ayağa bidətçilərdir ki,bir hadisəni 5-6 alim rəvayət-zikr edib!!!1) Malik Əd Dar qissəsi. İbnu Əbi Şeybə (159-235 h/776-849 m) hədisləri topladığı “Əl Musənnəf” isimli kitabında deyir:
حدثنا أبو مُعاويةَ عن الأَعْمَش عن أبي صالحٍ عن مالكِ الدار , قال : وكان خازِنَ عمرَ على الطَّعام , قال : أصابَ الناسَ قَحْطٌ في زَمَن عمرَ , فجاءَ رجلٌ إلى قبْر النبي صلى الله عليه وسلم , فقال : يا رسولَ الله , اِستسقِ لأمتِك فإنهم قد هلَكوا , فأُتيَ الرجلُ في المَنام فقيل له : اِئْتِ عمرَ فأقْرَئْه السلامَ , وأخبِرْه أنكم مَسقِيُّون وقلْ له : عليك الكَيْسَ , عليك الكَيْسَ , فأتى عمرَ فأخبرَه فبكَى عمرُ , ثم قال : يا ربّ لا آلُو إلا ما عجَزتُ عنه
“32665 : Əbu Muaviyə - Aməş – Əbu Salih – Malik əd Dardan – ki bu adam Ömərin ərzaq xəzinədarı idi – belə dediyini təhdis etdi:
Ömər zamanında insanlara quraqlıq üz verdi. Bir adam Nəbinin – sallallahu aleyhi və səlləm – qəbrinə gəlib dedi: Ey Allahın Rəsulu! Ümmətin üçün yağmur istə, çünki onlar həlak olmaq üzrədirlər.
O adam yuxuda belə deyildi: Ömərə get, salam de və ona yağmura qovuşacaqlarını xəbər ver. Həmçinin ona de ki: Müdrik ol! Müdrik ol!
Adam gedib Ömərə bunu xəbər verdi və Ömər ağladı. Sonra isə, “Ya Rəbbim mən bacardığımı edirəm” dedi.”Qaynaq: İbnu Əbi Şeybə: Əl Musənnəf: 17/63-65
Ciddə: 1427/2006
İbn Hacər Əl Asqalani “Fəthul Bari” adlı əsərində (2/494) belə deyir: “İbnu Əbi Şeybə səhih isnadla rəvayət etmişdir… (qissəni zikr edir) … Seyf (bin Ömər ət Təmimi/v. 200 h/815 m) “Əl Futuh” (Əl Futuh Əl Kəbir) adlı əsərində məzkur yuxunu görənin səhabədən Bilal bin Əl Haris olduğunu rəvayət etmişdir.”
Beləliklə İbn Hacər bu qissədəki “şirki” qəbul etməklə qalmamış, bu əməl sahibi olan “müşrikin” səhabədən biri olması ehtimalına da səssiz qalmışdır...
Qissəni zikr edən başqa alimlər:
İbn Həcər əl Asqalani “Əl İsabə fi Təmyizis Sahabə” adlı əsərində
İbnu Abdil Bərr “Əl İstiab fi Məarifətil Ashab”
Əbu Bəkr Əl Beyhaqi “Dəlailun Nubuvvə”
Əbu Yala Əl Xalili “Əl İrşad fi Məarifəti Uləməil Hədis”
Muhibbuddin Ət Tabəri “Ər Riyadun Narda fi Mənaqibil Əşara”
Əl Bəğavi “Əl Fədail”
Cəlaluddin Əs Suyuti “Camiul Əhədis”
Əlauddin Əli Əl Muttaqi “Kənzul Umməl fi Sunənil Əqval val Əfal”
2) Utbi qissəsi. Allamə Muhyiddin Ən Nəvəvi (631-676 h/ 1233-1277 m) “Əl Əzkar” isimli əsərində, Şərəfli Qəbrin ziyarəti zamanı ediləcək zikrləri qeyd edərkən deyir:
ثم يرجِعُ إلى موقِفه الأوّل قُبالة وجهِ رسول اللّه صلى اللّه عليه وسلم فيتوسّلُ به في حقّ نفسه، ويتشفّعُ به إلى ربه سبحانه وتعالى، ويدعو لنفسه ولوالديه وأصحابه وأحبابه ومَن أحسنَ إليه وسائر المسلمين…
وعن العُتْبيّ قال: كنتُ جالساً عند قبر النبيّ صلى اللّه عليه وسلم فجاء أعرابيٌّ فقال: السلام عليك يا رسول اللّه! سمِعتُ اللّه تعالى يقول: {وَلَوْ أنَّهُمْ إِذْ ظَلَمُوا أنْفُسَهُمْ جَاؤُوكَ فاسْتَغْفَرُوا اللَّهَ واسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً} [النساء:64] وقد جِئتُك مستغفراً من ذنبي، مستشفعاً بك إلى ربي، ثم أنشأ يقول:
يا خيرَ مَنْ دُفنتْ بالقاع أعظُمُه * فطابَ من طيبهنَّ القَاعُ والأكمُ
نفسي الفداءُ لقبرٍ أنتَ ساكنُهُ * فيه العفافُ وفيه الجودُ والكرَمُ
قال: ثم انصرفَ، فحمَلتني عيْنايَ فرأيتُ النبيَّ صلى اللّه عليه وسلم في النوْم فقال لي: يا عُتْبيّ، اِلحَق الأعرابيَّ فبشِّرْه بأن اللّهَ تعالى قد غفَر له.
“Sonra ziyarətçi Rəsulullahın – sallallahu aleyhi və səlləm – qarşısındakı öncəki mövqeyinə dönər və öz ehtiyacları barəsində onunla təvəssül edər, və ondan Rəbbi – Subhanəhu və Təala – qatında şəfaət etməsini istəyər, özü, valideynləri, dostları, sevdikləri, ona yaxşılıq edənlər və digər müsəlmanlar üçün dua edər...
Utbidən: Nəbinin – sallallahu aleyhi və səlləm – qəbri yanında oturmuşdum. Bir bədəvi gəldi və dedi: Əssalamu aleykə ya Rəsulallah. Uca Allahın belə dediyini duydum:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Mən, günahlarım üçün bağışlanma diləyərək və səndən Rəbbim qatında şəfaət etməni istəyərək sənin yanına gəldim. Sonra belə bir şer oxumağa başladı:
Ey sümükləri ovada dəfn edilənlərin ən xeyirlisi
Onların gözəl qoxusundan ova və təpələr yaşıllaşdı
Sənin sakin olduğun qəbrə mənim canım fəda olsun
Orada iffət, comərdlik və kərəm var
Sonra dönüb getdi və məni yuxu tutdu. Yuxuda Nəbini – sallallahu aleyhi və səlləm – gördüm və mənə dedi: Ey Utbi! O bədəviyə yetiş və onu Allahın onu bağışlamasıyla müjdələ.”Qaynaq: Muhyiddin Ən Nəvəvi: Əl Əzkar: 1/233
Ər-Riyad: 1417/1997
Bu qisssəni bir çoxları zikr etmişdir ki, yeri gəldikcə zikr ediləcək. Burada isə bölümə müvafiq olanları zikr etməklə kifayətlənəcəyik.
Hekayəni eyni zamanda aşağıdakılar nəql etmişdir:
İbnul Cəvzi “Musirul Ğaramis Sakin ilə Əşrəfil Əməkin” isimli kitabında
İbn Asakir “Mucəmuş Şuyux”
Muhibuddin Ət Tabəri “Ğayətul İhkam fi Əhədisil Əhkam” isimli kitabında “O bədəviyə yetiş və Allahın onu mənim şəfaətimlə bağışladığını müjdələ” ifadəsilə nəql etmişdir ki, bu da bədəvinin təvəssül deyil məhz şəfaət istədiyini təsdiqləyən əlavə qarinələrdən biridir.
3) Bədəvi qissəsi. Əbu Bəkr Əl Beyhaqi (384–458 h/994–1066 m) “Şuabul İman” adlı əsərində Əbu Hərb Əl Hilali kanalıyla bir bədəvinin qissəsini zikr edir:
أخبرنا أبو علي الرُّوذْباري، حدثنا عمرُو بن محمدِ بن عمرُو بن الحسين بن بَقِيّة، إملاءً، حدثنا شُكْرٌ الهَرَوِي، حدثنا يزيدُ الرَّقَّاشِي، عن محمد بن رَوْحِ بن يزيدَ البصْري، حدثني أبو حَرْبٍ الهِلالي، قال: حجَّ أعْرابيٌّ فلمّا جاءَ إلى بابِ مسجد رسول الله صلى الله عليه وسلم أناخَ راحلتَه فعقَلها ثم دخَل المسجد حتى أتَى القبرَ ووقَف بحِذاء وجْه رسول الله صلى الله عليه وسلم، فقال: بأبي أنت و أمي يا رسولَ الله ! جئتك مُثْقَلًا بالذنوب والخَطايا , أستشفعُ بك على ربك ؛ لأنه قال في محكم كتابه :
{وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً}، وقد جئتك بأبي أنت وأمي مُثْقَلًا بالذنوب والخطايا أستشفعُ بك على ربك أن يغفِر لي ذنوبي، وأن تُشفَّعَ فيَّ
ثم أقبلَ في عُرْضِ الناس، وهو يقول:
يَا خَيْرَ مَنْ دُفِنَتْ بِالْقَاعِ أَعْظُمُهُ... فَطَابَ مِنْ طِيبِهِنَّ القَاعُ وَالأََكَمُ
نَفْسي الفِدَاءُ لِقَبْرٍ أَنْتَ سَاكِنُهُ... فِيهِ العَفَافُ ، وَفِيهِ الجُودُ وَالكَرَمُ
“Əbul Əli Ər Ruzbəri- Amr bin Muhəmməd bin Amr bin Əl Huseyn bin Bəqiyyə - Şukr Əl Harəvi – Yezid Rəqqaşi – Muhəmməd bin Rəvh bin Yezid Əl Basri – Əbu Harb Əl Hilali:
Bir bədəvi həcc etdi daha sonra Rəsulullahın – sallallahu aleyhi və səlləm – məscidinin qapısına gəldiyi zaman heyvanını çökdürüb bağladı. Sonra Məscidə girdi, qəbrə yaxınlaşdı, Rəsulullahın – sallallahu aleyhi və səlləm – üzü xizasında durdu və dedi:
Atam anam sənə fəda olsun ya Rəsulallah. Günah və xətalarla yüklənmiş olaraq sənə gəldim. Səndən Rəbbin qatında şəfaət etməni istəyirəm. Çünki, Uca Allah kitabının möhkəm ayəsində buyurur:
“…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər.” (Ən-Nisa: 4/64).
Atam anam sənə fəda olsun, sənə günah və xətalarla yüklənmiş olaraq gəldim. Səndən Rəbbin qatında mənim günahlarımı bağışlaması və haqqımdakı şəfaətini qəbul etməsi üçün şəfaət etməni istəyirəm.
Sonra belə deyə - deyə insanlar arasına qarışdı:
Ey sümükləri ovada dəfn edilənlərin ən xeyirlisi
Onların gözəl qoxusundan ova və təpələr yaşıllaşdı
Sənin sakin olduğun qəbrə mənim canım fəda olsun
Orada iffət, comərdlik və kərəm var.”Qaynaq: Əbu Bəkr Əl Beyhaqi: Şuabul İman: 6/60
Məktəbətur Ruşd: 1423/2003
Qissəni həmçinin aşağıdakılar zikr etmişdir:
İbn Asakir “Mucəmuş Şuyux” əsərində
Əli Əl Muttəqi “Kənzul Ummal”
Cəlaluddin Əs Suyuti “Camiul Əhədis”də “mənim üçün bağışlanma diləyəsən deyə sənə gəldim…” ləfzilə
4) İbnul Muqri hekayəsi. Hafiz Şəmsuddin Əz Zəhəbi (673-748 h/1274-1348 m) “Siyəru Aləmin Nubalə” isimli əsərində İsfahanın böyük mühəddisi İbnul Muqrinin tərcəməsində onun başına gələn bir hadisəni öz dilindən nəql edir:
كنتُ أنا والطَّبَراني، وأبو الشيخ بالمدينة، فضاقَ بنا الوقتُ، فواصلْنا ذلك اليومَ، فلمّا كان وقتُ العِشاء حضَرتُ القبرَ، وقلتُ: يا رسولَ الله الجُوع ، فقال لي الطَّبَراني: اجلِسْ، فإما أن يكونَ الرِّزقُ أو الموتُ.
فقمتُ أنا وأبو الشيخ، فحضَر البابَ عَلَويُّ، ففتَحْنا له، فإذا معه غلامان بقُفَّتين فيهما شئٌ كثيرٌ، وقال: شكَوْتمُوني إلى النبي صلى الله عليه وسلم ؟ رأيتُه في النوم، فأمَرَني بحمْل شئٍ إليكم
“Mən (İbnul Muqri), Ət Tabərani və Əbuş Şeyx (İbnu Heyyan Əl Ənsari) Mədinədə idik. (yemək) vaxtımız daraldı və (ərzaqımız olmadığı üçün) o gün vüsal orucu (iftar etmədən ertəsi gün də ac qalma şəklində) tutduq. İşa vaxtı gəldikdə (şərəfli) qəbrə gəldim və dedim: “Ey Allahın Rəsulu! Aclıq…”
Tabərani mənə dedi: Otur! Ya ərzaq gələr, ya da ölüm…
Mən və Əbuş Şeyx (İbnu Heyyan) qalxdıq (namaz qıldıq). Daha sonra qapıya bir Ələvi gəldi (Əli – kərrəmAllahu vəchəhu – tərəfdarı) və biz qapını açdıq. Onun yanında iki yeniyetmə, onların əlində isə içində bir çox şeylər olan iki böyük səbət vardı.
Ələvi dedi: Məndən Nəbiyə - sallallahu aleyhi və səlləm – şikayət etmisiniz? Onu yuxuda gördüm və mənə sizə bir şey gətirməyimi əmr etdi.”Qaynaq: Şəmsuddin Əz Zəhəbi: Siyəru Aləmin Nubəla: 16/400-401
Eyni hadisəni İmam Zəhəbi həmçinin “Təzkirətul Huffaz” isimli kitabında da zikr etmişdir. Həmçinin bu hadisəni İbnul Cəvzi “Əl Vəfa bi Təarifi Fədailil Mustafa” adlı kitabında zikr etmişd
#944
Отправлено 12 октября 2011 - 11:48
Bismillah,əxi,nə etsən də xeyri yoxdur!!!Bax bunlar nə rəvayətdir,nə hədis,nə başqa şey.ALİMLƏRİNİZİN Nəbinin(s) qəbrinin ziyarəti haqqında dedikləridir.Moderdən üzr istəyirəm qırmız rəngdə oldu,mənburən.Əxi,qırmızıları diqqətlə oxu,bu nə rəvayətdir,nə başqa şey,birbaşa alimin görüşü,hamısı da caiz bilir,çünki millətə bildirirlər ki,ziyarət bu cür olmalıdır!!!!!!!!!!!!!Daaa nə yazsan da xeyri yoxdurMövzuyla əlaqəli Məzhəbin imamı olan Əbu Hənifənin görüşü daha öncə təqdim edilmişdi. Digər imamların görüşünə nəzər salaq.
Hənəfi alimlərindən Zeynuddin Əl Kirmani (v. 597 h/1201 m) bu haqda deyir:
جِئناك للاسْتشفاعِ إلى ربِّكَ , فأنتَ الشافعُ المشفَّعُ , الموعودُ بالشفاعةِ الكبرى , والمقامِ المحمودِ , وقد قال تعلى فيما أنزلَ عليك :
{ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً } , وقد جِئناك يا حبيبَ اللهِ ظالمينَ لأنفسِنا , مُستغفرينَ لذُنوبِنا , وأنتَ نبيُّنا , فاشفعْ لنا إلى ربِّنا وربِّك , واسأَلْه أنْ يُمِيتَنا على سنَّتِك , وأنْ يحشُرَنا في زُمْرَتِك ، وأنْ يُوْرِدَنا حَوْضَك ، وأنْ يُسقِيَنا كَأْسَك غيرَ خَزَايا ولا نُدامى .
يا رسولَ الله الشفاعة الشفاعة الشفاعة - يقوله ثَلاثَ مَرَّاتٍ - , فقد سمَّاك اللهُ بالرؤوفِ والرحيمِ فاشفعْ لمن أتاكَ ظالمًا لنفسِه , مُعْترِفًا بذنْبِه , تائبا إلى ربِّه . . .
فإنْ كانَ قد أوْصاك أحدٌ مِن المسلمينَ بتبْليغِ السلامِ إلى النبيِّ - صلى الله عليه وسلم - تقول : السلامُ عليكَ يا رسولَ الله مِن فلانِ بنِ فلانٍ , يستشفِعُ بك إلى ربِّك بالرحمةِ والمغفرةِ فاشفعْ له ولجميعِ المؤمنينَ , فأنتَ الشافعُ المشفَّعُ , الرؤوفُ والرحيمُ
"(Allah Rəsulunun qəbrini ziyarət edən belə deməlidir) Sənin yanına Rəbbindən şəfaət diləyəsən deyə gəldik. Çünki sən Şəfaət istəyən və şəfaəti qəbul edilənsən, sənə "böyük şəfaət" və "öyülən məqam" vəd edilib.
Uca Allah sənə endirdiyi (Quranda) buyurur:
"Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər."(Ən-Nisa: 4/64)
Ey Allahın həbibi! Bizdə sənin yanına nəfslərimizə zülm edənlər, günahlarımız üçün bağışlanma diləyənlər olaraq gəldik. Sənsə bizim Nəbimizsən! Elə isə bizim üçün Rəbbindən şəfaət dilə! Ondan bizi sənin sünnətin üzrə vəfat etdirib, sənin zümrəndə həşr etməsini, hovuzuna yetişdirməsini, utanc və peşmanlıq olmadan kasanla içirməsini istə.
Ey Allahın Rəsulu! Şəfaət, Şəfaət, Şəfaət! – bunu üç dəfə deməlidir . Uca Allah səni rauf və rəhim olaraq isimləndirib! (Ət Tövbə: 9/128 ayəsində)
Elə isə sənin yanına nəfsinə zülm etmiş, günahını etiraf etmiş, Rəbbinə tövbə etmiş olaraq gələn kimsə üçün şəfaət dilə! ...
Əgər Müsəlmanlardan biri səndən Nəbiyə - sallallahu aleyhi və səlləm – salam çatdırmanı istəyibsə o zaman belə deyərsən:
Filan oğlu filandan sənə salam var ey Allahın Rəsulu, səndən Rəbbin yanında rəhmət və bağışlanma üçün şəfaət etməni istəyir, ona və bütün Müsəlmanlara şəfaət et! Axı sən şəfaət Şəfaət istəyən və şəfaəti qəbul edilən, rəuf və rəhimsən!"Qaynaq: Zeynuddin Əl Kirmani: Əl Məsəlik fil Mənəsik: 1073
Beyrut: Darul Bəşairil İsləmiyyə: 1424/2003
Hənəfi Fuqahasından Abdullah bin Mahmud Əl Məvsili (599–683 h/1203–1284 m) "Əl Muxtar lil Fətva" kitabı üzərinə yazdığı "Əl İxtiyar li Təlilil Muxtar" isimli əsərində, Allah Rəsulunun - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edənin söyləməsi lazım olan sözlərdən bunları qeyd edir:
وقد قال الله تعالى: { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً }, وقد جِئناك ظالمينَ لأنفسِنا، مستغفِرين لذُنوبِنا ، فاشفَعْ لنا إلى ربِّك، واسأَله أنْ يُمِيتَنا على سنَّتِك، وأنْ يحشُرَنا في زُمْرَتِك، وأنْ يُوْرِدَنا حَوْضَك، وأنْ يُسقِيَنا كَأْسَك غيرَ خَزَايا ولا نادمينَ، الشفاعة الشافعة يا رسولَ اللهِ، يقولها ثلاثا, { رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ }، ويُبلِّغه سلامَ مَن أوْصاه فيقول : السلامُ عليكَ يا رسولَ الله مِن فلانِ ابنِ فلانٍ ، يستشْفعُ بك إلى ربِّك فاشفَعْ له ولجميعِ المسلمين
"Uca Allah buyurmuşdur: "... Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64)
Sənin yanına nəfslərimizə zülm edənlər və günahlarımıza görə bağışlanma diləyənlər olaraq gəldik. Elə isə bizim üçün Rəbbindən şəfaət istə, ondan bizi sünnətin üzrə vəfat etdirib, zümrəndə həşr etməsini, bizi sənin Hovuzuna yetişdirməsini və sənin qədəhindən (Hovuzundan) utanc və peşmanlıq olmadan içirməsini dilə. Şəfaət, Şəfaət! Ey Allahın Rəsulu!" Bunu üç dəfə təkrar edər.
"... Rəbbimiz! Bizi və iman etməkdə bizdən öncə gələn qardaşlarımızı bağışla..." (Əl-Haşr: 59/10)
Ona salam göndərənin salamını çatdıraraq deyər: Filan oğlu filandan sənə salam var Ya Rasulallah!
Səndən Rəbbin qatında şəfaət etməni istəyir. Onun üçün və bütün müsəlmanlar üçün şəfaət istə."Qaynaq: Abdullah bin Mahmud Əl Məvsili: Əl İxtiyar li Talilil Muxtar: 1/176
Beyrut: Darul Kutubil İlmiyyə
Hanəfi alimlərindən Kəməluddin İbn Huməm Əs Sivasi (790-861 h/1388-1457 m) "Fəthul Qadir" əsərində Nəbinin - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edənin etməsi lazım olan əməllər haqda belə demişdir:
ويسألُ اللهَ تعالى حاجتَه متوسِّلا إلى اللِه بِحَضْرة نبيِّه عليه الصلاة والسلام .
وأعظمُ المسائل وأهمُّها سؤالُ حُسْنِ الخاتِمةِ والرِّضْوانِ والمغْفِرةِ ، ثم يسألُ النبيَّ صلى الله عليه وسلم الشفاعةَ فيقول: يا رسولَ الله أسألك الشفاعةَ ، يا رسولَ الله أسألك الشفاعةَ وأتوسّلُ بك إلى اللهِ في أنْ أمُوتَ مُسلمًا على مِلّتِك وسنَّتِك
"Nəbisinin – aleyhissalatu vəssəlam – hüzurunda olmasıyla təvəssül edərək Uca Allahdan ehtiyacını tələb edər.
Məsələlərin ən böyüyü və ən əhəmmiyyətlisi isə xeyirli sonluq, Allahın rızasının və bağışlanmanın istənməsidir.
Sonra isə, Nəbidən – sallallahu aleyhi və səlləm – şəfaət istəyər və deyər:
"Ey Allahın Rəsulu! Səndən şəfaət istəyirəm. Ey Allahın Rəsulu! Səndən şəfaət istəyirəm. Sənin dinin və sünnətin üzrə Müsəlman olaraq ölməm üçün səninlə Allaha təvəssül edirəm."Qaynaq: Kəməluddin İbn Huməm: Fəthul Qadir lil Acizil Faqir: 3/169
Beyrut: Darul Kutubil İlmiyyə: 1424/2003
Hənəfi alimlərindən Rahmətullah Əs Sindi (v. 993/1585 m) "Lubəbul Mənasik və Ubəbul Məsəlik" adlı kitabında Şərəfli qəbri ziyarət edən kimsənin şəfaət istəyəcəyini deyir, kitabı şərh edən digər bir Hənəfi fəqihi Mulla Əli Əl Qari (v. 1014 h/1606 m) bunu təsdiqləyərək izah edir:
قال السِّنْدي : ثم يطلُب الشفاعةَ , فيقول : يا رسولَ اللهِ أسألُك الشفاعةَ ثلاثًا .
شرحُ مُلا عليِّ القاري : ( ثم يطلُب الشفاعةَ ) أي : في الدنْيا بالتوفيقِ وفي الآخرةِ بغُفرانِ المعْصيةِ
قال السِّنْدي : وحسنٌ أن يقولَ : اللهمَّ إنك قلتَ وأنتَ أصدقُ القائلين :
{ وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً } جِئناك ظالمينَ لأنفسِنا , مُستغفرينَ مِن ذُنوبِنا فاشفَعْ لنا
شرحُ مُلا عليِّ القاري : ( وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ ) أي : بالشفاعةِ لردِّهم إلى الطاعةِ .
( ظالمينَ لأنفسِنا , مُستغفرينَ مِن ذُنوبِنا ) أي : ومُستشفعينَ بك إلى ربِّنا .
( فاشفَعْ لنا ) أي : إلى ربِّك
"Əs Sindi: " ... (qəbri ziyarət edən kimsə) daha sonra şəfaət istəyər və belə deyər: Ey Allahın Rəsulu səndən şəfaət istəyirəm, bu üç dəfə təkrar edər."
Mulla Əli Əl Qarinin şərhi: "... "... daha sonra şəfaət istəyər ..." yəni, dünyada təvfiq, axirətdə günahların bağışlanması üçün (şəfaət istəyər)."
Əs Sindi: " ... (qəbri ziyarət edən kimsənin) belə deməsi yaxşıdır/gözəldir: Ya Allah! Sən buyurdun – sən buyuranların ən doğru sözlüsüsən - :
"Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər." (Ən-Nisa: 4/64)
Bizdə sənin (Peyğəmbərin) yanına nəfslərimizə zülm edənlər, günahlarımız üçün bağışlanma diləyənlər olaraq gəldik. Elə isə bizim üçün şəfaət dilə!"
Mulla Əli Əl Qarinin şərhi: " ... və rəsul da onlar üçün bağışlanma diləsəydi... " yəni onların itaətə dönmələri üçün şəfaət etsəydi.
" ... nəfslərimizə zülm edənlər, günahlarımız üçün bağışlanma diləyənlər olaraq ..." yəni eyni zamanda Rəbbimizdən şəfaət diləməni istəyərək gəldik.
" ... Elə isə bizim üçün şəfaət dilə! ..." yəni Rəbbindən dilə."Qaynaq: Mulla Əli Əl Qari: Əl Məsləkul Mutəqassit fi Mənsəkil Mutəvassit alə Lubəbil Mənəsik: 289-291
Misir: Əl Mətbəatul Kubra:1288
Hənəfi fəqihlərindən Əbul İxlas Əş Şurunbulali (994-1069 h/ 1585-1659 m) Nəbinin - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edənin deyəcəyi sözləri zikr edir:
وقد قال الله تعالى: { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ فَاسْتَغْفَرُوا اللَّهَ وَاسْتَغْفَرَ لَهُمُ الرَّسُولُ لَوَجَدُوا اللَّهَ تَوَّاباً رَحِيماً }, وقد جِئناك ظالمين لأنفسنا, مستغفرين لذنوبنا, فاشفَعْ لنا إلى ربك, واسأله أن يُمِيتَنا على سنّتِك, وأن يَحشُرَنا في زُمْرتِك, وأن يُوْرِدَنا حَوْضَك, وأن يُسقِيَنا بكأسِك غيرَ خَزَايَا ولا نَدامى, الشفاعة الشفاعة الشفاعة يا رسولَ الله - يقولها ثلاثا - { رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْأِيمَانِ وَلا تَجْعَلْ فِي قُلُوبِنَا غِلّاً لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَؤُوفٌ رَحِيمٌ }, وتُبلِّغه سلامَ من أوْصاك به فتقول : السلام عليك يا رسولَ الله مِن فلانِ بنِ فلانٍ, يتشفَّع بك إلى ربك فاشفَعْ له وللمسلمين
"Uca Allah belə buyurmuşdur: "Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib Allahdan bağışlanma diləsəydilər və rəsul da onlar üçün bağışlanma diləsəydi, Allahı tövbələri qəbul edən, mərhəmətli olaraq görərdilər."(Ən-Nisa: 4/64)
Sənin yanına nəfslərimizə zülm edərək, günahlarımızdan istiğfar edərək gəlmişik. Bizim üçün Rəbbinə şəfaət elə! Ondan, bizi sənin sünnətin üzrə vəfat etdirib, sənin zümrəndə həşr etməsini, hovuzuna yetişdirməsini, utanc və peşmanlıq olmadan kasanla içirməsini istə.
Şəfaət, Şəfaət, Şəfaət! Ey Ağamız! Ey Allahın Rəsulu!" Bunu üç dəfə deyər.
"... Rəbbimiz! Bizi ve iman etməkdə bizdən öncə gələn qardaşlarımızı bağışla. Qəlblərimizdə iman edənlərə qarşı bir kin buraxma. Rəbbimiz! Sən Rauf və Rəhimsən." (Əl-Haşr: 59/10)
Sonra səninlə salam göndərənin salamını çatdıraraq deyərsən: Filan oğlu filandan sənə salam var ey Allahın Rəsulu, səndən Rəbbin yanında şəfaət etməni istəyir, ona və Müsəlmanlara şəfaət et."Qaynaq: Əbul İxlas Əş Şurunbulali: Məraqil Fəlah bi İmdadil Fəttah: 1/273
Beyrut: Darul Kutubil İlmiyyə:1424/2004
Hənəfi imamlarından bir digəri Şeyxi Zadə Abdur Rahman bin Muhamməd bin Suleyman (v. 1078 h/ 1667 m) "Məcmaul Ənhur fi Şərhi Multəqal Əbhur" adlı kitabında deyir:
ثم يسألُ اللهَ تعالى حاجتَه ، وأعظمُ الحاجاتِ سؤالُ حُسْنِ الخاتِمة وطلبُ المغفرةِ, ويقول: السلام عليك يا رسولَ الله, أسألكَ الشفاعةَ الكبرى, وأتوسَّل بك إلى اللهِ تعالى في أن أمُوتَ مُسلمًا على ملَّتِك وسنَّتِك وأن أُحشِرَ في زمرةِ عبادِ اللهِ الصالحينَ
"Sonra Uca Allahdan ehtiyacını diləyər. Ən böyük ehtiyac xeyirli sonluq və bağışlanma tələbidir.
Deyər: Əssələmu Aleykə ey Allahın Rəsulu! Səndən “böyük şəfaəti” istəyirəm, sənin dinin və sünnətin üzrə ölmək və Allahın saleh qulları zümrəsində həşr edilməm üçün səninlə Allaha təvəssül edirəm."Qaynaq: Şeyxi Zadə Abdur Rahman: Məcməul Ənhur fi Şərhi Multaqal Əbhur: 1/464
Beyrut: Darul Kutubil İlmiyyə: 1419/1998
On ikinci əsr Hindistan alimlərindən Şeyx Nizamuddin Əl Bəlxinin başçılığında iyirmi üç nəfərlik bir fəqih heyəti tərəfindən hazırlanmış məşhur "Əl Fətaval Hindiyyə"də Nəbinin - sallallahu aleyhi və səlləm - qəbrini ziyarət edən kimsənin belə deməsi tövsiyə edilir:
ويُبلِّغه فيقول : السلام عليك يا رسولَ الله مِن فلانِ بنِ فلانٍ, يستشفع بك إلى ربك, فاشفَعْ له ولجميعِ المسلمين
... ثم يقِفُ عند رأسِه صلى الله عليه وسلم كالأوَّل ويقول : اللهمَّ إنك قلتَ وقولُك الحقُّ: { وَلَوْ أَنَّهُمْ إِذْ ظَلَمُوا أَنْفُسَهُمْ جَاءُوكَ }, وقد جِئناك سامعينَ قوْلَك طائعينَ أمركَ مستشفعين بنبيِّك
"(Ziyarətçi) göndərilmiş salamı çatdıraraq deyər: Filan oğlu filandan sənə salam (var) ey Allahın Rəsulu, səndən Rəbbin yanında şəfaət etməni istəyir, ona və bütün müsəlmanlara şəfaət et…Sonra ilk başda olduğu kimi sallallahu aleyhi və səlləmin (qəbrinin) başının yanında durar və deyər: Ya Allah! Şübhəsiz ki sən buyurdun və sənin sözün haqdır: ''…Əgər onlar nəfslərinə zülm etdikləri zaman, sənin yanına gəlib…'' (Ən-Nisa: 4/64)
Sözünü eşidərək, əmrinə uyaraq, Nəbindən sənin yanında şəfaət etməsini diləyərək sənə gəldik…”Qaynaq: Nizamuddin Əl Bəlxi: Əl Fətaval Hindiyyə: 1/292-293
Beyrut: Darul Kutubil İlmiyyə:1421/2000
Sizə görə kiməsə xatir Allahdan istəmək də bidətdir,qeyd etmişdim,daa axot yoxdu tapmağa,Elməddin qardaş da yazmışdı bunu
Qurtubi tövbə 100-ün təfsirində deyir:"Allah Muhəmməd və Ali-Muhəmmədə xatir bizi bağışla"---bundan sonra dəxli yoxdur sən qəbul edisən şəfaət istəməni,ya yox,ibn teymiyyənin fikri və s.Əsas odur ki,biz necə ediriksə qəbir ziyarətini sizin alimlər də eləsini caiz bilir,hətta kitablarında yazırlar ki,millət bəhrələnsin,əlhəmdulillah!!!
Eləcə də ibn Teymiyyə,ibn Baz,Əbdülvəhhab HEÇ BİRİ belə təvəssül edəni müşrik bilmir,sizdən fərqli olaraq,onların da sözünü yazmışam!
Сообщение отредактировал Kanan_313N: 12 октября 2011 - 11:54
- Vey-sal это нравится
#945
Отправлено 12 октября 2011 - 14:55
Bəs yuxarıda fikirləri yazılanlar kimlərdi? Yoxsa "sələfi" adını Allah verib sizə? Özüvüz-özüvüzə "sələfi" deyirsiz.Sizdən başqa heç kəs sizi "sələfi" bilmir.Nə sünni,nə şiə.Hər kəs sizi vahabi bilib, bu adla sizə rədiyyələr yazırlar.
ODur ki, yuxarıda əhli-sünnə vəl camaatın,sələfin,sünninin,şiənin- bir sözlə İslam ümmətinin bu barədəki əqidəsi qeyd edilib.Təvəssül ədiqəsinə etiraz edənlər bircə xəvaric vahabilərdir ki, onlar da Quran və sünnətin əksinə olan halları sünnət adı altında caiz bilirlər.Vəssəlam!
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.
#946
Отправлено 12 октября 2011 - 19:05
sonunda sene hidayet arzulayiram,o qeder zelalete dushmusenki ALLAH MENI RAFIZI KIMI OLDURSUN deyerek ozune qargish edirsen.salamaleykum.
#947
Отправлено 12 октября 2011 - 19:39
Bir sözlə kim sizin kimi düşünmürsə təkfirçidi,rafizidi,zəlalətdədi ?
SubhanAllah!
Onlar sizin qardaşlarıvızdı da!
Hacı Elxanın ayağının bildiyini Adilin başı bilmir!
Sünnilər sizi rədd edir -pis olur! Öz qardaşlarıvız ,vahabilər sizi rədd edir təkfirçi olur! SubhanAllah!
Nə "böyük qardaşlarun" ,"böyük qardaşlarun" salmısan?
Sizin bu məsələ zəlalətdə olduğuvuzu bütün müsəlman ümməti icma eləyib-sünni,şiə fərqi yoxdu.Nə "böyük qardaşlardan" danışırsan?
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.
#948
Отправлено 12 октября 2011 - 19:50
#949
Отправлено 12 октября 2011 - 19:58
3_Rengli_HeyaT , qardash fikir ver 32 sehifelik behsi eximiz 3 dene hedise sehv-duz cavab vermeknen bagladi Hele bu azmish kimi Haci Elxanla Adilin behsini de Adilin xeyrine bagladi Sonra da deyirsen vahabiler hec ne bilmirsonunda sene hidayet arzulayiram,o qeder zelalete dushmusenki ALLAH MENI RAFIZI KIMI OLDURSUN deyerek ozune qargish edirsen.salamaleykum.
#950
Отправлено 12 октября 2011 - 20:36
Bismillah,ay VƏHHABİ,qulaq as,sən deyəsən qəlbəndən əlavə fiziki cəhətdən də korsan!!!Sənə yazdım kiiii,məgər o qədər alimin sözü bir ibn Teymiyyənin sözündən əfzəl deyil???İmam Malik məsələsini neçə nəfər səhih bilib!!!Aydindi,tekfir saytindan borc goturduyun zeif ve uydurma hedislere esaslanan batil reyi tezedenden,2-ci defe bura kopi elemekden bashqa bir shey bacarmadin. Bu tebiidir cunki elinizde bashqa 1 shey yoxdur.eger olsa idi sen yox,boyuk qardashlarin ,bashda haci Elxan olmaqla ,Adilin qabagina qoyardilar.O behsde elimlileriniz bir subut deye bilmedilerse sen hardan tapacaqsan,ozude sen bashlamisan bu sohbeti,ele bildin guclu kompromat tapmisan selefe qarshi. aydin olduki, bu da tekfir ehlinin novbeti fitnesidir.Atalar demishken "bashqasinin atina minen tez dusher"
sonunda sene hidayet arzulayiram,o qeder zelalete dushmusenki ALLAH MENI RAFIZI KIMI OLDURSUN deyerek ozune qargish edirsen.salamaleykum.
İkincisi,7alim nisa 64-ün təfsirində təvəssülü caiz bilir(şəfaət istəməyi)
Üçüncüsü,nə qədər alim dəəə ziyarət zamanı "Ya RəsulAllah,şəfaət elə" deyilməlidir!!!İbn BAz ,ibn Teymiyyə,Əbdülvəhhab kimi vəhhabi alimləri isəı bu işi görəni(şəfaət istəyəni) müşrik,bu əməli isə şirk bilmir,indi nə sənin sözün mənə lazımdır,nə də qəbul edib,etməməyin...Bunlar hamısı dəlildir,təkfirçi saytıdır.,ya sələfi,ya sünnü,ya şiə FƏRQ ETMƏZ,əsas odur ki,sübut olunub ki,sünnü alimləri təvəssülü qəbul edir,eləcə də şəfaət istəməyi,sələf alilərinin ən təəssübkeşləri isə bu əməli nə şirk bilir,nə də edəni müşrik...ALLAH AMANINDA QALAQ!
#951
Отправлено 12 октября 2011 - 20:39
Bismillah,2 hədisi səhih olmayan dedi,birini qardaş o tərəfdə səhih olduğunu sübut edib(təzə mövzuya baxın).İmam Malik söhbətin də,özü də,ağası ibn teymiyyə də səhvdirlər,nə qədər alim problemsiz qeyd edib,eləcə də səhih-ceyyid sənədini biliblər.Adəm(ə) söhbətinə isə vaxtım yoxdur dəlil yazmağa,o hədisin nə mətnində,nə də sənədində problem olmamalıdır...Qısası,sərf etmir onlara,əxi.Allah hidayət versin3_Rengli_HeyaT , qardash fikir ver 32 sehifelik behsi eximiz 3 dene hedise sehv-duz cavab vermeknen bagladi Hele bu azmish kimi Haci Elxanla Adilin behsini de Adilin xeyrine bagladi Sonra da deyirsen vahabiler hec ne bilmir
#952
Отправлено 12 октября 2011 - 21:40
Bismillah,qardaş,başa düşmədim,məgər söyüş söymüşəm??Yaaa təhqir etmişəm,öz alimləri bu sözü şəfər bilir,deyəndə də deyirlər ki,"vəhhab" Allahın adıdır.Mən qayda pozmamışam!Bismillah,sənin elmin yoxdur burda niyə yazışırsan????????????Sən dedin necə olur eşidir,mən də bu cür başa saldım kii,necə salam öz dilimizdə deyəndə eşidirlər,eləcə də təvəssül edəndə...O kimin sayıtdır bilmirəm,lap təkfirçi olsun,fərq etməz,əsas odur sizin alimlərdən deyib,ibn Teymiyyənin də sözünə münasibət yazıb,sənə sərf etmir oxumursan,sənə uje 4cü dəfədir sual verirəm,amma yayınırsan,çünki sərf etmir.Sənə dedim hədisi,ayəni qoy qırağa bir-bir gedək,sənsə aləmi vurursan bir-birinə
Bu suallara cavab ver,düz əməlli cavab olmasa,bir də sənə yazan deyilən,çünki standart tipik təəssübkeş vəhhabisən!
(vəhhabi sözünə görə incimə ibn Baz sizə-sələflərə bunu şərəf bilir):
İstifadəçiyə qarşı vəhhabi sözü işlətmək +10%
#953
Отправлено 12 октября 2011 - 21:52
Bismillah,qardaş,başa düşmədim,məgər söyüş söymüşəm??Yaaa təhqir etmişəm,öz alimləri bu sözü şəfər bilir,deyəndə də deyirlər ki,"vəhhab" Allahın adıdır.Mən qayda pozmamışam!
Əvvəla şikayətiniz olanda "Təklif və iradlar" bölməsinə yazın. 2cisi qaydaları oxuyun:
2.6 Müsəlmanlara belə olmayan halda bu sözləri aid etmək qadağandır: rafizi, rafidi, rafida, vəhhabi və s. buna oxşarlarını.
Sizin vəhhabi adlandırdığınız şəxs özünü vəhhabi hesab etmir.
- Kanan_313N это нравится
يَا أَيُّهَا الَّذِينَ آمَنُوا كُونُوا قَوَّامِينَ لِلَّهِ شُهَدَاءَ بِالْقِسْطِ ۖ وَلَا يَجْرِمَنَّكُمْ شَنَآنُ قَوْمٍ عَلَىٰ أَلَّا تَعْدِلُوا ۚ اعْدِلُوا هُوَ أَقْرَبُ لِلتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
"Ey iman gətirənlər, (bütün fərdi və ictimai işlərdə) həmişə Allaha görə möhkəm və mətin dayanan və ədalətə şəhadət verənlərdən olun! Hər hansı bir dəstə ilə düşmənçilik sizi ədalətsizliyə vadar etməsin. Ədalətli olun, ki, o, təqvaya daha yaxındır. Təqvalı olun! Həqiqətən Allah etdiklərinizdən xəbərdardır" ("Əl-Maidə",8)#954
Отправлено 12 октября 2011 - 22:06
#955
Отправлено 12 октября 2011 - 22:09
#956
Отправлено 12 октября 2011 - 22:17
Bismillah,2 hədisi səhih olmayan dedi,birini qardaş o tərəfdə səhih olduğunu sübut edib(təzə mövzuya baxın).İmam Malik söhbətin də,özü də,ağası ibn teymiyyə də səhvdirlər,nə qədər alim problemsiz qeyd edib,eləcə də səhih-ceyyid sənədini biliblər.Adəm(ə) söhbətinə isə vaxtım yoxdur dəlil yazmağa,o hədisin nə mətnində,nə də sənədində problem olmamalıdır...Qısası,sərf etmir onlara,əxi.Allah hidayət versin
Qardaş,bunlar bədbəxtdilər vallahi!
Bunlar deyir ki, sən burda "Ya RəsulAllah(s.a.s) " deyirsən, Allah rəsulu(s.a.s) Mədinədə necə eşidir?"
Bəs sən burda salam deyirsən Allah rəsulu(s.a.s) Mədinədə necə eşidir?
"Çatdıran mələklər var"
Ay məxluq, çatdıran mələklərə muraciət edib onlardan xahiş elə, salamıvı çatdırsınlar da! Allah rəsuluna (s.a.s) niyə görə müraciət edirsən ki?
Məgər Allah rəsulu(s.a.s) səni eşidir ki, muraciət edirsən?
2. Allah rəsulunun(s.a.s) mubarək qəbrinin üzərində يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ... ayəsini nöşün yazıb vurmusuz?
"
Ey iman gətirənlər! Səsinizi peyğəmbərin(s.a.s) səsinin üstünə qaldırmayın"
Orda niyə görə məhz bu ayə yazılıb?
3.Qardaş, bu bədbəxt məxluqlar belədilər də.Artaq maskaları hər yerdə düşüb.Hər kəs bilir ki, bu həyasız məxluqatlar özlərinə sərf eləməyən hər bir hədisi " zəif" çıxartmaq qabiliyyətinə malikdirlər!
Сообщение отредактировал 3_Rengli_HeyaT: 12 октября 2011 - 22:18
Məhz Rəbbinin mərhəmətinə görə sən dəli deyilsən.
Şübhəsiz ki, sənin üçün tükənməz bir mükafat hazırlanmışdır.
Həqiqətən də, sən böyük əxlaq sahibisən!
Sən də görəcəksən, onlar da – hansınızın dəli olduğunu.
Şübhəsiz ki, Rəbbin Onun yolundan azanları və haqq yolda olanları daha yaxşı tanıyır.
Elə isə (haqqı) yalan sayanlara güzəştə getmə!
Onlar istəyirlər ki, sən (onlara) güzəşt edəsən, onlar da (sənə )güzəşt etsinlər.
İtaət etmə hər tez-tez and içənə, alçağa, qeybət edənə,söz gəzdirənə, xeyrə mane olana, həddi aşana, günahkara, daş ürəkliyə,(anlamaza və eyni zamanda) əsli-nəsəbi bilinməyən haramzadaya – o (adam) var-dövlət və oğul-uşaq sahibi olsa belə!"
Qələm : 1 - 14.
#957
Отправлено 12 октября 2011 - 22:49
Mlikuddar Omerin xezinedari olub ki.Ne eceb tanimir albani onu?O hedis sehihdir eslinde lakin vehabiler firradir.delillerinden 5-cisi
Əbu Muaviyə - Aməş – Əbu Salih – Malik əd Dardan – ki bu adam Ömərin ərzaq xəzinədarı idi – belə dediyini təhdis etdi: Ömər zamanında insanlara quraqlıq üz verdi. Bir adam Nəbinin – sallallahu aleyhi və səlləm – qəbrinə gəlib dedi: Ey Allahın Rəsulu! Ümmətin üçün yağmur istə, çünki onlar həlak olmaq üzrədirlər.
O adam yuxuda belə deyildi: Ömərə get, salam de və ona yağmura qovuşacaqlarını xəbər ver. Həmçinin ona de ki: Müdrik ol! Müdrik ol!
Adam gedib Ömərə bunu xəbər verdi və Ömər ağladı. Sonra isə, "Ya Rəbbim mən bacardığımı edirəm” dedi.”
Qaynaq: İbnu Əbi Şeybə: Əl Musənnəf: 17/63-65
cavab-
Bu hədis səhih deyil. İbn Əbu Şeybə ravilərin zəncirində qeyd edilən "bir adam”-ın kim olmasını yazmamışdır və ona görə də bu insan məchuldu, yəni bilinməyəndir. Səif ibn Ömərin zəncirində, Səif ibn Ömər tanınmayan bu insanın Bilal ibn Haris olduğunu deyir, lakin Səif ibn Ömər özü yalançıdır. Onun yalançı olduğunu Əbu Davud, İbn Main, əl-Hakim və digər alimlər demişlər.
Bu hədisin zəncirində olan ravilərdən Əməş digər ravi Əbu Salihdən rəvayət etmişdir. Əbu Salih isə müdəllisdir, "UN” kəlməsi ilə rəvayət edir. Rical elmində isə bu qəbul edilmir.
Həmçinin, bu hadisə Malik ibn Darın ətrafında baş verir, lakin bu insan məchuldur, tanınmır. Onun etibarlı olması barədə heç bir məlumat verilmir – İbn Abu Hatim (Cərah vət Tədil, cild 8, səh 213). Həmçinin, Şeyx Əlbani "əl-Vəsilə” kitabında da qeyd edir ki, Malik əl-Dar məchuldur, yəni tanınmır.
Əgər hər hansı bir alim zəif hədisə uyğun hökm verərsə, bu o demək deyil ki, onun dediyi haqdır. Gördüyünüz kimi bu hədis zəif hədisdir. Zəif hədislə hökm vermək əlbəttə qəbul olunmur.
#958
Отправлено 12 октября 2011 - 22:59
#959
Отправлено 12 октября 2011 - 23:49
men imam Abu henifenin fikrini dedim.serf elemediyinden gormemezdiye qoymusunuz.onun ve shagirdi olan Abu YUsifin bu sozleri sizin getirdikleriniz o taninmamish alimlerin shubheli reylerinin hamisindan etibarlidir.
Abu Hənifə demişdir: Hər kəs Allaha yalnız Onun adı ilə dua etməlidir. İcazə verilən dua, əmr edilən dua Allah təalanın bu kəlamına əsaslanır: "Allahın gözəl adları vardır, Onlarla Ona dua edin." (Durrul-Muxtar c.2 sh.630)
Əbu Hənifənin ən qabaqcıl tələbəsi olan Abu Yusuf demişdir: "Fılanın və yaxud peyğəmbərlərdən birinin haqqı üçün və ya Harami-Şərifin haqqı üçün deyib dua etmek olmaz" (Fətavayi-Hindiyye 5/280. h.428-də vəfat etmiş məşhur hənəfi alimi əl-Qudurinin "Şərhul-Kərhi"kitabinin "kərahət-bab"-na da bax)
#960
Отправлено 12 октября 2011 - 23:59
Bismillah,sən korsan get həkimə,biz burda adamı mənəvi müalicə edirik,yəni haqq yol tapması üçün vəsilə oluruq.Fiziki müalicə bizlik deyil...İmam Qurtubi Tövbə 100-ün təfsirində GÖR NƏ DEYİR:"Allah Muhemmed va Ali-Muhemmede xatir bizi bağışla",sən bu sözləri başa düşürsən???? 7alim İmam Əlidən(ə) eyni hadisəni nəql edir(hansı ki zikr olunub),eyni təfsirdə nisa 64...İmam Malik söhbətini nə qədər alim problemsiz zikr edib,sənədi səhih-ceyyid biliblər...Qırmızıladığım(şəfaət hissələrini) yerlərində isə alimləriniz kitabında yazır kii,Nəbini(s) ziyarət edəndə 3dəfə "Şəfaət et" demək lazımdır,bu sözləri yəqin görürsən???Bunlar nə hədisdir,nə rəvayət BİRBAŞA alimin rəyidirsizi basha dushurem, oz emelinizi subut elemekden otru zeif olsun, uydurma olsun,shubheli olsun,tekfir ehlinden olsun ferq elemez sehih sayacaqsiniz.men hedis alimi deyilem neceki sizde elimsizsiniz ona gorede alimlerin gorushu getirilmelidir.sual verirem size niye bu hedislerden hec 1-i Buxariden,muslimden diger sanballi ve etibarli menbelerden getirilmeyib? imam Ahmedin,Shafinin,malikin sozleri niye getirilmir.
men imam Abu henifenin fikrini dedim.serf elemediyinden gormemezdiye qoymusunuz.onun ve shagirdi olan Abu YUsifin bu sozleri sizin getirdikleriniz o taninmamish alimlerin shubheli reylerinin hamisindan etibarlidir.
Abu Hənifə demişdir: Hər kəs Allaha yalnız Onun adı ilə dua etməlidir. İcazə verilən dua, əmr edilən dua Allah təalanın bu kəlamına əsaslanır: "Allahın gözəl adları vardır, Onlarla Ona dua edin." (Durrul-Muxtar c.2 sh.630)
Əbu Hənifənin ən qabaqcıl tələbəsi olan Abu Yusuf demişdir: "Fılanın və yaxud peyğəmbərlərdən birinin haqqı üçün və ya Harami-Şərifin haqqı üçün deyib dua etmek olmaz" (Fətavayi-Hindiyye 5/280. h.428-də vəfat etmiş məşhur hənəfi alimi əl-Qudurinin "Şərhul-Kərhi"kitabinin "kərahət-bab"-na da bax)
Səni Allah hidayət eləsin
Количество пользователей, читающих эту тему: 6
0 пользователей, 6 гостей, 0 скрытых пользователей