1.bir insan gəlir qəbirstanlığa,və ölüyə salam verir ! deyir ki,ey filankəs sənə Allahın salamı olsun? bu insan şirk eləyir yoxsa sünnəynən gedir?
ibadətlər tovqifidir. yəni hər hansı bir ibadət formasını Allah təaələ quranda və ya peyğəmbər s.a.s. bizə öyrədibsə onu edirik. qəbiristanlığa girdikdə ölülərə salam vermək də bunun mislindədir. qəbiristanlığa girdikdə ölülərə salam vermək onu gərəkdirmir ki, onlardan yardım istəyəsən, onlara dua edəsən, ehtiyaclarıvın ödənilməsini onlardan istəyəsən, əvvəlki muşriklər kimi onaları şəfaətçi tutasan. Çünki bu cür ibadət forması dində gəlməyib əksinə, peyğəmbər s.a.s. muşriklərlə elə məhz buna görə vuruşurdu.
bir dənə dəlil gətir ki, ölüdən şəfaət istəmək olar. 2.sonra yazırsan kı
və sən də ölünü çağırdıqda etiqad edirsən ki, o səni eşidir. Əgər bunu etiqad etməsən onu çağırmazsan. beləliklə də Allaha məxsus bir sifəti məxluqa verdin.
bu cavabın aydın olmadı,
tutaq ki, Ölülər eşitmir,ancaq
insanı hifz edən mələklər var ki,onlar insanı görür, və nə dediklərini eşidib yazırlar,
və Allahın izn ilə köməkdə edirlər, şübhə yox ki, bütün bunlar Allahın izn ilə baş verir.
deməli mələyin bizi eşitməyini,görməyini,Allahın izn ilə yardım etməyini inanan insan,onu köməyə çağlra bilər ?
çünkü deyirsən ki,
bu cavabınız isə əgər dərin fikirləşsəniz sizin əleyhinizədir. yuxarıda dediyim kimi qeybdəkilərin bizi görməsi onlardan nasə istəməmizə və ya onlardan şəfaət tələb etməmizə dəlil deyil. Ölülər isə bizi eşitmirlər. eşitsələr də cavab verə bilməzlər. Fatir 13. "Sizin Ondan başqa yalvardıqlarınız xurma çəyirdəyinin pərdəsinə belə sahib deyillər.14. Əgər siz onları çağırsanız, onlar sizin duanızı eşitməzlər, eşitsələr də cavab verə bilməzlər. Özləri də Qiyamət günü sizin onlara ibadət etdiyinizi danacaqlar. Heç kəs hər şeydən Xəbərdar olan Allah kimi sənə xəbər verə bilməz.15. Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.
və o ki, qaldı Allahın izni ilə yardım etməyə buna da dəlil gətir ki, sizin o Allahdan başqa dua və şəfaət tələb etdikləriniz şeylərdən istəmək olar, çünki onlar da onsuz da Allahdan istəyəcəklər.
Əksinə Allah təalə nə qədər yerdə Allahdan başqasına dua edən muşriklərə onların bu ibadət formalarını qadağan edir.
وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَداً
Şübhəsiz ki, məscidlər Allahındır. Allahdan başqa heç kəsə dua etməyin!bu ayədə أَحَداً (əhədən) yəni "heç kəsə" nəkirada (qeyri-müəyyənlikdə) işlənib va nəhy (qadağan) formasında gəlib. ərəb dilinə görə də bu ümumiliyi bildirir. yəni tərcümədən də bilindiyi kimi Allahdan başqa heç kəsə. Sizin dediyiniz kimi təkcə bütlər nəzərdə tutulmur. belə demək üçün yəni ayəni yalnız bütlərlə xüxusiləşdirmək üçün dəlil lazımdır. Ayə isə zahirinə görə və həmçinin ərəb dilçiliyinə görə ümumilikdədir.
Və ümumiyyətlə şirk İbadəti Allahdan başqasına sərf etmək, yönəltməkdir. Allahdan başqasına da dua etmək ibadəti Allahdan başqasına yönəltməkdir. Çünki Allah təalə Özü duanı ibadət adlandırır. Gafir 60. Rəbbiniz dedi: "Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər".
Allah taələ duanı ibadət adlandırdı. Deməli Allahdan başqasına dua etmək dua olunan kəsə ibadətdir. bu böyük şirkdir. bunu da Allah bağışlamır. Maidə 72 Rəbbim və Rəbbiniz olan Allaha ibadət edin! Həqiqətən də, Allaha şərik qoşan kimsəyə, Allah Cənnəti haram etmiş və onun sığınacağı yer Oddur. Zalımlara kömək edən olmayacaqdır".
Nisə 48 Şübhəsiz ki, Allah Özünə şərik qoşulmasını bağışlamaz, bundan başqa daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayar. Allaha şərik qoşan kəs iftira atmaqla böyük bir günah etmiş olur.
Nisə 116 Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.