Перейти к содержимому


Фотография

Əhli-Sünnə Mənbələrində Quranın Təhrif Olunması


  • Авторизуйтесь для ответа в теме
Сообщений в теме: 174

#31 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 Февраль 2010 - 22:10

İbn Məs`udun "mushəf"i barədə zır vəhhabi fətvası


السؤال

السلام عليكم
سمعت أن عبد الله بن مسعود رضي الله عنه لم يدخل سورتي الفلق والناس في مصحفه، ما سبب ذلك؟
.
Sual: Eşitmişəm ki, Abdullah b. Məs`ud r.a. öz "Mushəf"inə Fələq və Nas surələrini daxil etməyib. Bunun səbəbi nədir?



Vəhhabinin cavabında məhz bizə lazım olan nöqtələri tərcümə etməklə kifayətlənirəm belə ki, əhli-sünnə alimlərinin sözlərinin tərcümələri məni gözləyir:


ما أشار إليه السائل الكريم عن ابن مسعود رضي الله عنه صحيح، إذ روي ذلك عنه بأسانيد حسان،
Sual verənin toxunduğu İbn Məs`ud haqqında məsələ doğrudur, bu (məsələ) ondan həsən sənədlərlə rəvayət olunub.
وبكل حال فإن هذا المروي عن ابن مسعود رضي الله عنه اجتهاد منه، بحسب ما انتهى إليه علمه،
Bütün hallarda, İbn Məs`uddan (r.a.) rəvayət olunan onun ictihadıdır. :angry:
وهذا منه رضي الله عنه اجتهاد بحسب ما انتهى إليه علمه، وهو بشر غير معصوم يصيب ويخطئ، كما يصيب البشر ويخطئون، ولا عصمة لقول أحد بعد النبي – صلى الله عليه وسلم-
Bu Allah ondan razı olsun elminin çatdığı yerə qədər onun ictihadıdır. O, mə`sum olmayan insandır , necə ki, insanlar düz də edirlər xəta da, Onun da doğruları da olur xətaları da. Peyğəmbər s.a.s.-dən sonra heç kəsin sözü xətadan qorunmur.


Deməli Vəhhabiyə görə İbn Məs`ud ictihad edərək 2 surəni Qurandan hesab etməyib. Və nəticədə 112 surəli Quran onun ictihadıdır. Çox gözəl! Buxari də rəvayət etdi ki, Peyğəmbər s.a.s. müsəlmanlara Quran öyrənməyi birinci olaraq İbn Məs`uddan başlamağı tövsiyyə edib və yaxud heç olmasa Ubeyy b. Ka`bdən.. Yə` ni sizin əslində əlinizdə ya 112 ya da 116 surəli Quranınız olmalıdır. Yada ki, ən azı hər ikisini təkfir edin!

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#32 Saqi_73

Saqi_73

    Naqib – Captain

  • Murid
  • 732 сообщений

Отправлено 08 Февраль 2010 - 22:56

Ehh dunyanin gedishatina baxeee Wieler Ehli sunneni tehrifde ittiham edir...
Allah izin verse bu ittihamlara cavab vereceyik.
Nece deyerler batil mehv olmaga mehkumdur.


...Elə isə, Məhkum, Qalxın! Ədalət Məhkəməsi gəlir! :angry: :angry:

Сообщение отредактировал Subhani: 09 Февраль 2010 - 00:28

HİDAYƏT YOLUNUN YOLÇULARINA SALAM OLSUN !

#33 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 13 Февраль 2010 - 20:10

Ömərin rəcm barəsində dediyi hədisi ərəbcə tapa bilmirəm. Zəhmət olmasa köməklik göstərin.

P,S Zəhmət olmasa kamil variantını və tərcüməsini də yazın.

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#34 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 14 Февраль 2010 - 14:28

Misirdэ "Əl Əhzər" universitetinin redaksiyasıyla cap olunan təhrif olunmuş Quran.

Прикрепленные файлы

  • Прикрепленный файл  picture1lx.jpg   100,34К   14 Количество загрузок:
  • Прикрепленный файл  picture2sc.jpg   66,87К   17 Количество загрузок:
  • Прикрепленный файл  picture3i.jpg   90,94К   13 Количество загрузок:
  • Прикрепленный файл  picture4y.jpg   109,13К   14 Количество загрузок:
  • Прикрепленный файл  picture5if.jpg   101,38К   8 Количество загрузок:
  • Прикрепленный файл  picture6ak.jpg   83,07К   7 Количество загрузок:
  • Прикрепленный файл  picture7e.jpg   88,38К   6 Количество загрузок:
  • Прикрепленный файл  picture8ns.jpg   83,64К   3 Количество загрузок:
  • Прикрепленный файл  picture9i.jpg   85,93К   3 Количество загрузок:
  • Прикрепленный файл  picture10o.jpg   83,51К   4 Количество загрузок:
  • Прикрепленный файл  picture11g.jpg   83,02К   2 Количество загрузок:
  • Прикрепленный файл  picture12u.jpg   86,65К   2 Количество загрузок:
  • Прикрепленный файл  picture13w.jpg   110,07К   3 Количество загрузок:
  • Прикрепленный файл  picture14s.jpg   104,71К   7 Количество загрузок:

Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!


#35 Sufi

Sufi

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 48 сообщений

Отправлено 14 Февраль 2010 - 18:15

Misirdэ "Əl Əhzər" universitetinin redaksiyasıyla cap olunan təhrif olunmuş Quran.


Sən umumən qiraət deyilən şeyin nə olduğun bilirsən?

#36 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 14 Февраль 2010 - 18:19

sən qiraəti bir kənara qoy. o biri hədislərə cavab ver. suyuti və Heysəmin, ibni Əbi Şeybənin sözlərinə cavab ver. haradadı Xəfd və Xəl surələri? haradadı Əbu Musanın unuttuğu iki surə? haradadı rəcm ayəsi? Leyl surəsinə (Buxari nəql edir) kim əlavə edib? ibni Məsud (Allah qorusun) kafirdirmi?

#37 JAFAR

JAFAR

    Raid – Major

  • Emir
  • 1 496 сообщений

Отправлено 15 Февраль 2010 - 02:23

Sufi, sən Abu Sufyan ordusunun verdiyi suallara aydınlğ gətirdiyini bildirmişdin. Lətifələrini yox, cavablarını gözləyirik...

Sən umumən qiraət deyilən şeyin nə olduğun bilirsən?

Qiraətin bura nə dəxlisi? Sizə "təcvid" elmini təhrif edilmiş Quran ilə öyrədirlər?

İmam Mehdi (ə.f): "Yer üzü heç vaxt höccətsiz qalmayacaq. İstər o höccət gizli olsun, istər - aşkar."
اللهم صل علی محمد و آل محمد و عجل فرجهم


#38 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 15 Февраль 2010 - 09:18

Ömərin rəcm barəsində dediyi hədisi ərəbcə tapa bilmirəm. Zəhmət olmasa köməklik göstərin.


Ömərin yəhudilərdən öyrəndiyi ayələrin Qurandan olmasını bildirdiyi rəvayətlərdən bə`ziləri:

حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، حَدَّثَنَا سُفْيَانُ، عَنِ الزُّهْرِيِّ، عَنْ عُبَيْدِ اللَّهِ، عَنِ ابْنِ عَبَّاسٍ ـ رضى الله عنهما ـ قَالَ قَالَ عُمَرُ لَقَدْ خَشِيتُ اَنْ يَطُولَ بِالنَّاسِ زَمَانٌ حَتَّى يَقُولَ قَائِلٌ لاَ نَجِدُ الرَّجْمَ فِي كِتَابِ اللَّهِ‏.‏ فَيَضِلُّوا بِتَرْكِ فَرِيضَةٍ اَنْزَلَهَا اللَّهُ، اَلاَ وَاِنَّ الرَّجْمَ حَقٌّ عَلَى مَنْ زَنَى، وَقَدْ اَحْصَنَ، اِذَا قَامَتِ الْبَيِّنَةُ، اَوْ كَانَ الْحَمْلُ اَوْ الاِعْتِرَافُ ـ قَالَ سُفْيَانُ كَذَا حَفِظْتُ ـ اَلاَ وَقَدْ رَجَمَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم وَرَجَمْنَا بَعْدَهُ‏.

.......İbn Abbas r.a. dedi: Ömər dedi: Qorxuram ki, uzun zaman keçməsi səbəbinə camaatdan "and olsun Allaha ki, biz Allahın Kitabında rəcm ayəsini tapmırıq" sözünü deyən ola. Allahın nazil etdiyi vacib əməli tərk etməklə zəlalətə düçar olalar. Diqqətli olun! Rəcm zina etmiş evli birisinin dəlillər olduqda, hamilə olduqda və ya e`tiraf etdikdə üzərinə olan haqqdır.
Sufyan dedi: (Ömərin dediklərini) Bu cür əzbərlədim: Diqqət edin! Rəsulallah s.a.s. rəcm etdi, bizdə ondan sonra rəcm etdik.


اِنَّ اللَّهَ بَعَثَ مُحَمَّدًا صلى الله عليه وسلم بِالْحَقِّ وَاَنْزَلَ عَلَيْهِ الْكِتَابَ فَكَانَ مِمَّا اَنْزَلَ اللَّهُ ايَةُ الرَّجْمِ، فَقَرَاْنَاهَا وَعَقَلْنَاهَا وَوَعَيْنَاهَا، رَجَمَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم وَرَجَمْنَا بَعْدَهُ، فَاَخْشَى اِنْ طَالَ بِالنَّاسِ زَمَانٌ اَنْ يَقُولَ قَائِلٌ وَاللَّهِ مَا نَجِدُ ايَةَ الرَّجْمِ فِي كِتَابِ اللَّهِ، فَيَضِلُّوا بِتَرْكِ فَرِيضَةٍ اَنْزَلَهَا اللَّهُ، وَالرَّجْمُ فِي كِتَابِ اللَّهِ حَقٌّ عَلَى مَنْ زَنَى اِذَا اُحْصِنَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ، اِذَا قَامَتِ الْبَيِّنَةُ اَوْ كَانَ الْحَبَلُ اَوْ الاِعْتِرَافُ،

Allah Muhamməd s.a.s.-i haqq peyğəmbər olaraq göndərmişdi. Ona kitab nazil etmişdi, nazil etdiyinin içində rəcm ayəsi vardır. Bu ayəni oxuduq, başa düşdük, əzbərlədik. Rəsulallah s.a.s. rəcm etdi, bizdə ondan sonra rəcm etdik. Qorxuram ki, uzun zaman keçməsi səbəbinə camaatdan "and olsun Allaha ki, biz Allahın Kitabında rəcm ayəsini tapmırıq" sözünü deyən ola. Allahın nazil etdiyi vacib əməli tərk etməklə zəlalətə düçar olalar. Rəcm zina etmiş evli kişi və qadınların birisinin dəlillər olduqda, hamilə olduqda və ya e`tiraf etdikdə üzərinə olan haqqdır.


əl-Buxari "Səhih" "Zinanın e`tiraf edilməsi fəsli". Bütövlükdə 6917-ci hədis və 6918-ci hədisin bir hissəsi



حَدَّثَنِي أَبُو الطَّاهِرِ، وَحَرْمَلَةُ بْنُ يَحْيَى، قَالاَ حَدَّثَنَا ابْنُ وَهْبٍ، أَخْبَرَنِي يُونُسُ، عَنِ ابْنِ شِهَابٍ، قَالَ أَخْبَرَنِي عُبَيْدُ اللَّهِ بْنُ عَبْدِ اللَّهِ بْنِ عُتْبَةَ، أَنَّهُ سَمِعَ عَبْدَ اللَّهِ بْنَ عَبَّاسٍ، يَقُولُ قَالَ عُمَرُ بْنُ الْخَطَّابِ وَهُوَ جَالِسٌ عَلَى مِنْبَرِ رَسُولِ اللَّهِ صلى الله عليه وسلم إِنَّ اللَّهَ قَدْ بَعَثَ مُحَمَّدًا صلى الله عليه وسلم بِالْحَقِّ وَأَنْزَلَ عَلَيْهِ الْكِتَابَ فَكَانَ مِمَّا أُنْزِلَ عَلَيْهِ آيَةُ الرَّجْمِ قَرَأْنَاهَا وَوَعَيْنَاهَا وَعَقَلْنَاهَا فَرَجَمَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم وَرَجَمْنَا بَعْدَهُ فَأَخْشَى إِنْ طَالَ بِالنَّاسِ زَمَانٌ أَنْ يَقُولَ قَائِلٌ مَا نَجِدُ الرَّجْمَ فِي كِتَابِ اللَّهِ فَيَضِلُّوا بِتَرْكِ فَرِيضَةٍ أَنْزَلَهَا اللَّهُ وَإِنَّ الرَّجْمَ فِي كِتَابِ اللَّهِ حَقٌّ عَلَى مَنْ زَنَى إِذَا أَحْصَنَ مِنَ الرِّجَالِ وَالنِّسَاءِ إِذَا قَامَتِ الْبَيِّنَةُ أَوْ كَانَ الْحَبَلُ أَوْ الاِعْتِرَافُ ‏



Ömər Rasulallah s.a.s.-in minbərində oturduğu halda dedi: Allah Muhamməd s.a.s.-i haqq peyğəmbər olaraq göndərdi. Ona kitab nazil etdi. Nazil olmuşun içində rəcm ayəsi vardır. Bu ayəni oxuduq, əzbərlədik, başa düşdük, . Rəsulallah s.a.s. rəcm etdi, bizdə ondan sonra rəcm etdik. Qorxuram ki, uzun zaman keçməsi səbəbinə camaatdan "and olsun Allaha ki, biz Allahın Kitabında rəcm ayəsini tapmırıq" sözünü deyən ola. Allahın nazil etdiyi vacib əməli tərk etməklə zəlalətə düçar olalar. Rəcm zina etmiş evli kişi və qadınlardan birisinin dəlillər olduqda, hamilə olduqda və ya e`tiraf etdikdə üzərinə olan haqqdır.

Muslim "Səhih" 4513-cü hədis

Buna oxşar rəvayət bizim mənbələrdə də vardır. İnşaallah bu ayə barədə ətraflı yazmaq fikrim var. Həmin vaxt bizim mənbələrdə olan rəvayətlərə də toxunacam.



Bu rəvayətdə isə Ömər tərəfindən Quranın təhrif olunmasına cəhdi müşahidə etmək olar:

قَالَ عُمَرُ لَوْلاَ أَنْ يَقُولَ النَّاسُ زَادَ عُمَرُ فِي كِتَابِ اللَّهِ‏.‏ لَكَتَبْتُ آيَةَ الرَّجْمِ بِيَدِي

Ömər dedi: Əgər camaat "Ömər Allahın kitabına nəyisə artırıb" deməsəydi, rəcm ayəsini (Qurana) öz əlimlə ‏yazardım.



əl-Buxari "Səhih" "Hökmlər" kitabı 21-ci fəslin nömrəsiz ilk rəvayətindən bir hissə


Ömər özünün fantaziyaları və dərin bilgiləri ilə müsılmanların başına çox oyun açıb. Allahın və`di olmasa idi Ömər sünnəni alt-üst etdiyi kimi Quranı da yaman günə qoyardı. Türk dilində bu rəvayətin şərhində oxumalı bir izaha rast gəldim:

Hâlbuki Umer'in yanında recm âyeti hakkında sağlam bir şehâdet vardı. "Recm âyeti" sözü ile kasdedilen, Kur'ân olma şartlarını hâiz olmadığı için Mushaf'a girmeyen, fakat sünnette sabit olan şu ifâdelerdirYaşlı bir erkek ve yaşlı bir kadın zinâ ederlerse, bunları A Hah -tan bir tenkil olmak üzere mutlakaa taşlayın. Allah azizdir, hakimdir". (Mənbə)


Əhli-sünnə mənbələrində Rasulallahdan (s.a.s.) sonra səhabələr nəyin Qurandan olub-olmamasını bilmədikləri halda Quranın hazırki mətninin mütavatir olduğunu necə iddia edirlər?

  • Shemsi это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#39 Dr.White

Dr.White

    Белый Форума

  • Murid
  • 741 сообщений

Отправлено 15 Февраль 2010 - 10:04

Misirdэ "Əl Əhzər" universitetinin redaksiyasıyla cap olunan təhrif olunmuş Quran.


Sən umumən qiraət deyilən şeyin nə olduğun bilirsən?


Ne demek isteyirsən , bu Quranı xüsusən Varş qiraətində oxumaq üçün cap ediblər ? Əgər belədisə Fatihə sürəsinin birinci ayəsini xeyr ola ayə kimi görsətmiyiblər ? Bunun qiraətə xüsusəndə varşa nə dəxli.

Abdul Basitin Varş stilində oxuduğu Fatihə surəsinə qulaq as , adı oxunuşdu bu oxunuşa görə və yaxud hər hansı bir qiraatə görə bu cür Quran cap eləmək düz deyil.

Прикрепленные файлы

  • Прикрепленный файл  001.mp3   854,13К   13 Количество загрузок:

Cin görürem, şeytan görürem - qorxmuram,
Harda "kitayski" şıə görürem - qorxuram !

I am proud to be Rafidi !!!


#40 vusal114

vusal114

    Aqid – Colonel

  • Emir
  • 2 429 сообщений

Отправлено 15 Февраль 2010 - 20:27

Ömərin yəhudilərdən öyrəndiyi ayələrin Qurandan olmasını bildirdiyi rəvayətlərdən bə`ziləri:

حَدَّثَنَا عَلِيُّ بْنُ عَبْدِ اللَّهِ، حَدَّثَنَا سُفْيَانُ، عَنِ الزُّهْرِيِّ، عَنْ عُبَيْدِ اللَّهِ، عَنِ ابْنِ عَبَّاسٍ ـ رضى الله عنهما ـ قَالَ قَالَ عُمَرُ لَقَدْ خَشِيتُ اَنْ يَطُولَ بِالنَّاسِ زَمَانٌ حَتَّى يَقُولَ قَائِلٌ لاَ نَجِدُ الرَّجْمَ فِي كِتَابِ اللَّهِ‏.‏ فَيَضِلُّوا بِتَرْكِ فَرِيضَةٍ اَنْزَلَهَا اللَّهُ، اَلاَ وَاِنَّ الرَّجْمَ حَقٌّ عَلَى مَنْ زَنَى، وَقَدْ اَحْصَنَ، اِذَا قَامَتِ الْبَيِّنَةُ، اَوْ كَانَ الْحَمْلُ اَوْ الاِعْتِرَافُ ـ قَالَ سُفْيَانُ كَذَا حَفِظْتُ ـ اَلاَ وَقَدْ رَجَمَ رَسُولُ اللَّهِ صلى الله عليه وسلم وَرَجَمْنَا بَعْدَهُ‏.

.......İbn Abbas r.a. dedi: Ömər dedi: Qorxuram ki, uzun zaman keçməsi səbəbinə camaatdan "and olsun Allaha ki, biz Allahın Kitabında rəcm ayəsini tapmırıq" sözünü deyən ola. Allahın nazil etdiyi vacib əməli tərk etməklə zəlalətə düçar olalar. Diqqətli olun! Rəcm zina etmiş evli birisinin dəlillər olduqda, hamilə olduqda və ya e`tiraf etdikdə üzərinə olan haqqdır.
Sufyan dedi: (Ömərin dediklərini) Bu cür əzbərlədim: Diqqət edin! Rəsulallah s.a.s. rəcm etdi, bizdə ondan sonra rəcm etdik.

Bu sözlərdən nə başa düşək, Rəsuləllahın(s) ömrünün sonlarına kimi bu ayə Qurani Kərimdə var idi lakin sonralar yoxa çıxıb yoxsa Rəsuləllahın(s) sağlığı dövründə nəsx olunub?

اللهم عجل لولیک الفرج واحفظ قائدنا الخامنه ای


#41 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 15 Февраль 2010 - 21:22

Sonradan yoxa çıxıb desələr Quranda təhrif olduğunu sübut etmiş olarlar. Çünki rəvayətlərin əksəriyyətində bu cür ayələrin Quranın bir hissəsi olduğu açıq-aydın bildirilir. Quranın tə`vili və yaxud təfsiri olduğuna həml etmək olmur. Odur ki, bu cür söz dediklərinə rast gəlməmişəm.

Əhli-sünnə əsasən bu cür hədisləri iki cür izah edirlər. İnsaf əhli bu cür rəvayətləri mümkün olduğu halda tə`vil, olmadığı halda isə e`tina olunmamasını tövsiyyə edirlər. Baxmayaraq ki, əksəriyyəti sənəd baxımından sağlamdırlar.
Digər qrup isə bu hədislərin rəvayət olunduğu kitablara tə`nə olmasın deyə necə var o cür də qəbul edirlər. Ortaya nəsxut-tilavə kimi batil bir fikri ataraq xilas olmağa çalışırlar. Çünki bu hədislər əlimizdə olan Quranın təvatür olmamasına, necə ki, Fəxr Razi və s. bunu qeyd etdi, təhrif olunduğuna bir başa dəlalət edir.

Mə`lumat üçün qeyd edim ki, nəsxut-tilavənin iki növü olduğunu iddia edirlər:
1. Quran ayəsinin mətninin götürülməsi lakin hökmünün qalması
2. Quran ayəsinin mətni ilə bərabər hökmünün də götürülməsi
Vəhhabilər də bu əqidədədirlər.


Yuxarıdakı qondarma rəcm ayəsinin mətninin götürülməsinə baxmayaraq hökmünün qaldığı iddia olunur. Guya bu ayə Rəsulallah s.a.a.s. dövründə nazil olub və onun zamanında nəsx olunubdur. Lakin Əbu Bəkrin miras hədisini özündən başqa heç kim bilmədiyi kimi bu qondarma ayə də Ömərin fantazıyasıdır. Türk dilində verdiyim kiçik mətndə müşahidə etdiyimiz kimi Ömər bu cür ayənin olduğuna tək özü şəhadət verdiyi üçün heç kəs ondan bu ayəni qəbul edib Qurana daxil etməmişdir. Həqiqət isə budur ki, Ömər bu ayəni yəhudi ustadlarından öyrənmişdir. Necə ki, Buxarinin "Səhih"ində buna dəlalət edən hədislər var. İnşaallah qismət olsa yarımçıqları tamamladıqdan sonra gələcəkdə bu qondarma ayə barədə geniş mə`lumat vermək niyyətim var.

  • Shemsi это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#42 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 16 Февраль 2010 - 08:19

Amma onu da qeyd etmək yerinə düşərdi ki, əgər bu ayənin Peyğəmbər s.a.a.s. zamanında nəsx olunduğuna dair yarim dənə də olsun hədis istəsən gah nala vuracaqlar gah da mıxa. Ən yaxşı halda heç aidiyatı olmayan şeylərdən danışacaqlar. İbn Useymin kimi vəhhabinin bu barədə cavabını görəndə məni gülmək tutdu.
Vaqiə budur ki, Ömərdən rəvayət olmuş bu hədisə görə bu qondarma ayələri Qurana yapışdırıb sonra nəsx edirlər. Ayrı vaxt isə özlərini öldürürlər ki, bizə mərfu hədisi(peyğəmbərdən rəvayət olunmuş) dəlil gətir, amma özləri yapışıblar movquf hədisdən.


İbn Useyminin rəcm ayəsi barədə cavabı

Düzdür rəcm ayəsinin nazil olduğunu Aişədən və Əli a.s.-danda rəvayət edirlər. Lakin sənədləri səhih deyil. .Vəhhabilər isə tutuquşu kimi "səhih hədis səhihhədis" deyib durublar. Başqa işkallar da var ki, bəhs eləməyə duxlu vəhhabi istəyir.

İbn Macə "Sunən" Albani hədisin həsən olduğunu bildirir.

Şeyx Əbdurrəhman əl-Fəqih isə munkər və səhih olmadığını bildirir.

Bir şeyi də qeyd edim ki, rəvayətlərdə rəcm ayəsi kimi təqdim olunan ayənin mətni ilə Ömərin dedikləri və hal-hazırki rəcm hökmü düz gəlmir. İbn Useymin də bu məsələyə öz cavabında toxunub. Belə ki, qondarma ayənin mətnində "şeyx" sözü (yə`ni evli olmayan biri də ola bilər) gedir, Ömərin rəvayətində və hökmdə isə "evli kişi".


Belədə ki, Vəhhabilərin boynuna rəcm ayəsi vasitəsilə Quranın təhrif olunmasına inandıqlarını qoymaq asandır. Əgər iddia edirlərsə Quranda bu cür ayə olubdur onda gərək bunu mütavatir hədislə isbat etsinlər. Çünki əlimizdə olan Quranın əsl Quran olmağı yalnız bu yolla təsdiqlənir. Əgər mütavatir hədislə isbat edə bilməsələr necə ki, inşaallah edə bilməyəcəklər onların bu ayələri Qurana yapışdırmaq sə`yi təhrifə dəlalət edir.

Lap fərz etsək ki, isbat etdilər ki, bu ayə Qurandandır. Bu halda onun nəsx olunmasını mutavatır hədislə isbat etməlidirlər. Çünki vahid xəbər mütavatir olan Quranı nəsx edə bilməz. Deməli bu ayə vaxtilə Quranda olub və nəsx olunmayıb. Bəs onda indiki Quranda nəyə görə yoxdur? Bu isə təhrifin lap zırındandır.

  • Shemsi это нравится
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#43 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 24 Март 2010 - 21:59



Hənbəli bu kitabın möhtəviyyatı ilə tanışlığın var? Qısaca olaraq nə deyə bilərsən?


qardaş, mən bu kitabın bəzi səhifələrini tapmışam. deyəsən burada söhbət elə təhrifdən gedir:

Прикрепленный файл  1.jpg   57,41К   1 Количество загрузок:


Прикрепленный файл  2.jpg   52,47К   1 Количество загрузок:


Прикрепленный файл  3.jpg   53,29К   1 Количество загрузок:


Прикрепленный файл  4.jpg   52,43К   1 Количество загрузок:


Сообщение отредактировал Elmeddin.88: 24 Март 2010 - 22:00


#44 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 24 Март 2010 - 22:02

Прикрепленный файл  5.jpg   45,24К   1 Количество загрузок:


Прикрепленный файл  6.jpg   50,67К   1 Количество загрузок:


Прикрепленный файл  7.jpg   45,99К   1 Количество загрузок:


Прикрепленный файл  8.jpg   50,47К   1 Количество загрузок:


Прикрепленный файл  9.jpg   37,14К   1 Количество загрузок:



#45 Şair

Şair

    Forumun faktiki Ali Məqamlı Rəhbəri

  • Emir
  • 2 087 сообщений

Отправлено 24 Март 2010 - 22:50

Əvvəl verilən bir hədisə bu gün "7 hədis imamının ittifak etdiyi hədislər"kitabında da rast gəldim.

Прикрепленный файл  tehrif.JPG   391,3К   3 Количество загрузок:

#46 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 12 Апрель 2010 - 02:21

لا يقولن أحدكم قد أخذت القرآن كله ! ما يدريه ما كله ؟! قد ذهب منه قرآن كثير ، ولكن ليقل قد أخذت ما ظهر منه
Sizlərdən kimsə Quranı bütövlükdə əlimdədir deməsin! Bilə bilməz ki, Quranın çoxu yox olub getmişdir. Lakin desin ki, nə qədər zahir olub (ortada var) o da əlimdədir.


روى أبو عبيد في فضائل القرآن عن إسماعيل بن إبراهيم عن أيوب عن نافع عن ابن عمر قال: لا يقولن أحدكم: قد أخذت القرآن كله وما يدريه ما كله؟ قد ذهب منه قرآن كثير، ولكن ليقل: قد أخذت منه ما ظهر منه.
Əbu Ubeyd "Fəzailul-Quranda" İsmail b. İbrahimdən, o, Əyyubdan, o, Nafidən, O, da Abdullah ibn Ömərdən rəvayət etmişdir: Hədis


117605-ci fətva



Yalançı Qamət Süleymanov isə yazır:


Salam aleykum.Bəzi əhli-sünnə mənbələrində Quranın təhrif olunmasıyla bağlı rəvayətlər var.

İbn Ömer diyor ki:
"Hiçbiriniz, Kuran'ın tümünü aldım (elimde bulunduruyorum)demesin. Bilemez ki, Kuran'ın çoğu yok olup gitmiştir. 'Ne kadar ortada varsa o kadarını elimde tutuyorum' desin yalnızca."
(Suyuti, el İtkan, 2/32.)

Cavab:

Wa aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu uydurmadır. Allah təalə buyurur: "Şübhəsiz ki, Quranı Biz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrif və təbdildən; artırıb-əskiltmədən) qoruyub saxlayacağıq!"
Quranın təhrif edilməsini yalnız rafizilər demişdir.

Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!


فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#47 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 04 Май 2010 - 02:18

Abdullah b. Məs`ud sadəcə olaraq səhabələrdən biri deyildi. Əvvəlcə milli vəhhabilərimizin saytından nümunə:

ƏN GÖZƏL QURAN OXUYAN SƏHABƏ - ABDULLAH İBN MƏSUD

İbn Məsud (r.a) ilahi vəhyi birbaşa onu alan və tələffüz edən Peyğəmbərdən (s.a.s) öyrənmişdir. Buna görə də Qurani Kərimi ən yaxşı bilən və mükəmməl əzbərləyən səhabələrdəndir. Hər kəs onun bu xüsusiyyətini bilir və təqdir edirdi. Səhabələrin hamısı onun bu üstünlüklərini qəbul edirdilər. (Buxari, Fadailul-Ashabin–Nəbi, 37)

O, Qurani-Kərimi Allah elçisindən öyrəndiyinə görə onun qiraətində bir mükəmməllik var idi. Rəsulullah (s.a.s) onun qiraətindən bəhs edər və tərifləyərdi.


عن ابن عباس : " قال : أي القراءتين ترون كان آخر قراءة ؟ قالوا : قراءة زيد ، قال : لا ! إن رسول الله صلى الله عليه وآله وسلم كان يعرض القرآن كل سنة على جبريل فلما كانت السنة التي قبض فيها عرضه عليه عرضتين فكانت قراءة ابن مسعود آخرهن
....İbn Abbas dedi: Qiraətlərdən hansı sonuncudur? Dedilər: Zeydin qiraəti. İbn Abbas dedi: Xeyr! Peyğəmbər s.a.s. hər il Quranı Cəbrailə göstərərdi. Vəfat etdiyi il 2 dəfə göstərdi. İbn Məs`udun qiraəti sonuncusu idi.

"əl-Mustədrək alas-Sahiheyn" 2/230

əz-Zəhəbi də bu hədisin səhih olduğunu bildirmişdi. İbn Abbasdan olan başqa bir səhih rəvayətdə:


قال : أيّ القراءتـيّن تعدّون أوَّل ؟ قالوا : قراءة عبد الله . قال: لا ! بل هي الآخرة ، كان يعرض القرآن على رسول الله صلى الله عليه (وآله) وسلم في كل عام مرّة ، فلمّا كان العام الذي قبض فيه عرض عليه مرّتين فشهد عبد الله ، فعلم ما نسخ وما بُدِّل
İbn Abbas dedi: Hansı qiraət birinci hesab edirsiniz?. Dedilər: Abdullahin(İbn Məs`udun). İbn Abbas dedi: Xeyr! Onun qiraəti sonuncudur. Quran hər il Peyğəmbər s.a.s.-ə göstərilirdi. Vəfat etdiyi il isə 2 dəfə göstərildi. Abdullah da bunun şahidi olaraq nəyin nəsx olunduğunu nəyin dəyişdirildiyini bildi.

Əhməd b. Hənbəl "Musnəd" 5/141


Bu cür rəvayətlərdən İbn Həzmin "əl-Əhkam"indan İbn Əbi Şeybənin "Musənnəf"indən və s. çoxlu şahid gətirmək olar. Lakin qananlar üçün bu ikisi də kifayət edər. Bir dənə də İbn Həcər Asqalanidən yazım bəs eləsin:

ومن طريق مجاهد عن ابن عباس قال : أي القراءتين ترون كان آخر القراءة ؟ قال : قراءة زيد بن ثابت . فقال : لا ! إن رسول الله صلى الله عليه (وآله) وسلم كان يعرض القرآن كل سنة على جبريل فلما كان في السنة التي قبض فيها عرضه عليه مرتين ، وكانت قراءة بن مسعود آخرهما
Mucahidin təriqi ilə İbn Abbasdan. İbn Abbas dedi: Hansi qiraət sonuncudur? Dedi: Zeyd b. Sabitin qiraəti. İbn Abbas cavabinda dedi: Xeyr! Peyğəmbər s.a.s. hər il Quranı Cəbrailə göstərirdi. Vəfat etdiyi il isə 2 dəfə göstərdi. İbn Məs`udun qiraəti ikisindən ən sonuncusudur.

"Fəthul-Bari" 9/46



Yazdığım və yazmadığım hədislərə əsasən İbn Məs`ud sonuncu Quranı görmüşdü. Deməli ən düzgün mushəf İbn Məs`udun mushəfidir. Buna görə də o, Osmana və Zeyd b. Sabitə e`tiraz etməkdə haqqlı idi. Öz sözündə də sonuna kimi durdu. Çünki bunun əksini sübut etməyə heç yarım dənə də olsun hədis gətirə bilməzsiniz.

Bə`zi axmaqlar bu surələr "İbn Məs`uda təvatür yolu ilə çatmamışdır" deyərək guya məsələni həll etməyə çalışırlar. Onda bəs bu cür səhih hədisləri neyləyək? Bəlkə İbn Məs`ud dağda yaşayırdı ki, bu 2 kiçik surədən xəbərsiz idi? Yuxarıda milli vəhhabilərimizin saytına ssılka vermişəm. Onlar yazırlar:

Bu gündən sonra İbn Məsud Peyğəmbərin (s.a.s) yanından ayrılmadı.

İslamı qəbul edənlərin altıncısıdır. İslamı qəbul edəndən sonra həmişə Qurani-kərimi əzbərləmişdir. Əzbərlədiyi 70 surəni Peyğəmbərin (s.a.s) hüzurunda oxumuşdur. Səhabələr arasında da heç kimsə bu mövzuda onunla rəqabətə girməmişdir. Daha sonra Abdullah Quranın əvvəldən sonadək əzbərləmişdir.


Birini də mən əlavə edim. Vəhhabinin zırı əl-Albani "Səhih əl-Camius-Sağir" 1/254-də yazır:

اقتدوا بالذين من بعدي أبي بكر وعمر واهتدوا بـهدي عمار ، وما حدثكم ابن مسعود فاقبلوه
Məndən sonra Əbu Bəkr və Ömərə iqtida edin, Əmmarın hidayəti ilə hidayət olun, İbn Məs`ud da sizə nə hədis söyləsə qəbul edin!


İndi istər vəhhabilər istərsədə əhli-sünnə zəhmət olmasa İbn Məs`udun dedikləri ilə razılaşın. Boynunuza alın ki, sizə görə Quranda artırmalar var.

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#48 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 05 Май 2010 - 11:10

əgər Abdullah b. Məsud haqqında rəvayət olunan hədislər səhihdirsə onda -Allah qorusun- O kafir olmur?

#49 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 08 Май 2010 - 00:39

Özündə bilirsən ki, İbn Məs`ud Salman, Miqdad və s. kimi olmasa Əli a.s.-ın şiələrindən olub. Unutma ki, yazılanlar əhli-sünnə mənbələrindəndir. Bu isə artıq çox şeyi deyir. Vəhhabilər öz sözlərinin üstündə dursalar mənbələrinə əsasən gərək ki, onu təkfir etsinlər.
فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#50 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 08 Май 2010 - 09:02

Özündə bilirsən ki, İbn Məs`ud Salman, Miqdad və s. kimi olmasa Əli a.s.-ın şiələrindən olub. Unutma ki, yazılanlar əhli-sünnə mənbələrindəndir. Bu isə artıq çox şeyi deyir. Vəhhabilər öz sözlərinin üstündə dursalar mənbələrinə əsasən gərək ki, onu təkfir etsinlər.


Allah razı olsun qardaş. mən sadəcə ibni Məsuda (r.a) aid bu qədər çox hədisin olduğuna görə şübhələnmişdim.

#51 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 03 Июнь 2010 - 09:56

Hacı Zülfüqarla sələfi Saminin "Quranın təhrif olunması" ilə bağlı bəhsdın bir hissə.



və ya

http://rapidshare.co..._Behsi.3gp.html


P.S.Kimsə istəsə məndə bəhsin hamısı var 4 saatdan coxdur.
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#52 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 09 Июнь 2010 - 10:25

Bəhsin 2-ci hissəsi.







Haci Zulfuqar ve Saminin Behsi 2.3gp - 15.2 Mb

Сообщение отредактировал katala: 09 Июнь 2010 - 10:26

De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#53 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 09 Июнь 2010 - 11:10



#54 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 09 Июнь 2010 - 11:31

Salafi sən bəhsə başdan axıra kimi baxmısan? 4 saatdan çox olan bəhsdə bir dənə bu balaca hissəni qopardım kimi aldatmaq istəyirsiniz, Orada o Haciya Quran oxumagi guya irad tutdu, sonram da haci ona başha saldı quranı necə oxumaq lazımdır, yersiz atmaca idi :). Sonrasını da gostərərdinizdə. Niyə kəsmisiniz? Sərf eləmir? İnsaf da yaxşı şeydi. Allah haqqı gizlədənlərər lənət eləsin.
De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

#55 Salafi

Salafi

    Raqib – Seargeant

  • Murid
  • 157 сообщений

Отправлено 09 Июнь 2010 - 11:35

Məcbur etmə başqa roliklərdə yerləşdirim :)

#56 Abu Sufyan ordusu

Abu Sufyan ordusu

    Raid – Major

  • Murid
  • 1 307 сообщений

Отправлено 09 Июнь 2010 - 21:42

salam aleykum va rahmetullah. samin qardawi taniyirsiz? onun bir wiye ile mubahisesine baxdim irda wie deyir ki buxaride hedis var ki omer r.a deyib ki QURAN tehrif olunub. samin qardaw deyir ki eger omer quranin tehrif olmasini deyirse onda kafirdi. wie de deyir ki ay qardaw buxariden sene subut. samin qardaw cvb vere bilmir. siz bu barede ne fikirdesiniz?

Cavab:

Va aleykumus salam va rahmatullahi va barakatuhu!
Bu yalandır, Samin orda cavab verir. Ömər (radiyALLAHU 'anhu) həmin hədisdə Quranın təhrif olunmasını deməyib. Sadəcə Ömərin (radiyALLAHU 'anhu) dediyi ayənin tilavəti nəsx olunub, bu isə təhrif deyil. Təhrifi rafizilər deyir.
Allah daha yaxşı bilir!
As salamu aleykum va rahmatullahi va barakatuhu!

Mənbə qamətiyyə dininin rəsmi saytı

فقال رسول الله(صلى الله عليه وآله وسلم): يا علي اكفني هذه الكتيبة
Rasulallah (s.a.a.s.) buyurdu:
"Ya Əli, məni müşrik dəstəsinin həmləsindən müdafiə et!"(Uhud döyüşü)


#57 Elmeddin

Elmeddin

    Muqaddam – Lieutenant Colonel

  • Emir
  • 1 684 сообщений

Отправлено 10 Июнь 2010 - 18:22

qardaw Samindir?

#58 abdhalim

abdhalim

    Raid – Major

  • Murid
  • 1 267 сообщений

Отправлено 12 Июнь 2010 - 11:44

İbn Məs`udun "mushəf"i barədə zır vəhhabi fətvası


السؤال

السلام عليكم
سمعت أن عبد الله بن مسعود رضي الله عنه لم يدخل سورتي الفلق والناس في مصحفه، ما سبب ذلك؟
.
Sual: Eşitmişəm ki, Abdullah b. Məs`ud r.a. öz "Mushəf"inə Fələq və Nas surələrini daxil etməyib. Bunun səbəbi nədir?



Vəhhabinin cavabında məhz bizə lazım olan nöqtələri tərcümə etməklə kifayətlənirəm belə ki, əhli-sünnə alimlərinin sözlərinin tərcümələri məni gözləyir:


ما أشار إليه السائل الكريم عن ابن مسعود رضي الله عنه صحيح، إذ روي ذلك عنه بأسانيد حسان،
Sual verənin toxunduğu İbn Məs`ud haqqında məsələ doğrudur, bu (məsələ) ondan həsən sənədlərlə rəvayət olunub.
وبكل حال فإن هذا المروي عن ابن مسعود رضي الله عنه اجتهاد منه، بحسب ما انتهى إليه علمه،
Bütün hallarda, İbn Məs`uddan (r.a.) rəvayət olunan onun ictihadıdır. :flowers1:
وهذا منه رضي الله عنه اجتهاد بحسب ما انتهى إليه علمه، وهو بشر غير معصوم يصيب ويخطئ، كما يصيب البشر ويخطئون، ولا عصمة لقول أحد بعد النبي – صلى الله عليه وسلم-
Bu Allah ondan razı olsun elminin çatdığı yerə qədər onun ictihadıdır. O, mə`sum olmayan insandır , necə ki, insanlar düz də edirlər xəta da, Onun da doğruları da olur xətaları da. Peyğəmbər s.a.s.-dən sonra heç kəsin sözü xətadan qorunmur.


Deməli Vəhhabiyə görə İbn Məs`ud ictihad edərək 2 surəni Qurandan hesab etməyib. Və nəticədə 112 surəli Quran onun ictihadıdır. Çox gözəl! Buxari də rəvayət etdi ki, Peyğəmbər s.a.s. müsəlmanlara Quran öyrənməyi birinci olaraq İbn Məs`uddan başlamağı tövsiyyə edib və yaxud heç olmasa Ubeyy b. Ka`bdən.. Yə` ni sizin əslində əlinizdə ya 112 ya da 116 surəli Quranınız olmalıdır. Yada ki, ən azı hər ikisini təkfir edin!

Abu Sufyan ordusu
1 ci bunlar uydurma rəvayətdə ola bilər
2 variantı
mən bir sələfiylə söhbətimdə , o mənə dedi ki, ibn masud .r.a. ömrünün axırında dəli olub,
və o bu sözləri havalı olaraq dediyi zənnindədir.
Sən baxa bilərsən ki,ibn masud hansı vəziyyətdə vəfat edib ?
mən axtardım nəsə bir şey tapmadım bu haqqda.
bir nəfər sourşdu: «Allah qiyamət günü bu qədər çox və hesabsız olan insanların hesabına necə yetişəcək?»İmam Əli buyurdu: « necə ki,Allah onların hesabına yetişər bir halda ki, onlar Allahı görmürlər!» «Necə ki, onlara ruzi verir(dünyada) bir halda ki, onlar onu görmürlər.»

#59 talaba

talaba

    Jundi Awwal – Soldier 1st class

  • Murid
  • 38 сообщений

Отправлено 18 Июнь 2010 - 20:24

Misirdэ "Əl Əhzər" universitetinin redaksiyasıyla cap olunan təhrif olunmuş Quran.

sən get Quran haqda elmə nail ol gatirdiyin bu şəkillərə bir diqqətlə bax Bu Varş qiraətilə yazılmış Quran dir bu Qiraət belə ərəb yazısı ilə yazılr. Qiraəti bilən bilir ki ف hərfi bu qiraətdə ق hərfidir sən bir iki hərif öyrənib elə bilirsən gördüyün səhvdi!

#60 katala

katala

    Raqib Awwal – Master Seargeant

  • Murid
  • 202 сообщений

Отправлено 24 Июнь 2010 - 09:23

Məcbur etmə başqa roliklərdə yerləşdirim :appl:





De: "Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!




Количество пользователей, читающих эту тему: 1

0 пользователей, 0 гостей, 0 скрытых пользователей


    Bing (1)
Рейтинг@Mail.ru