Перейти к содержимому


master_ier

Регистрация: 24 окт 2008
Offline Активность: 22 мар 2020 20:40

#98658 Abu Zeydin "Şiə məzhəbində hədis elmi" barədə iddiaları

Написано master_ier 30 апреля 2013 - 00:07

Abu Sufyan Ordusu,


Yaxşı olmazdımı ki, Abu Zeydin gətirdiyi sitatları bir-bir araşdırıb kəsib-doğradığı məsələləri açaq?


Abu Zeydin sitat gətirdiyi bir çox məsələ ərəbcə bu vəhabi cızma-qarasında var. LİNK


Mən bir az google-da axtardım, bizim cavabların bəzilərini topladım.

http://www.aqaed.com/faq/435/
http://www.aqaed.com/faq/5129/
http://www.aqaed.com/faq/3567/
http://www.aqaed.com/faq/1612/
http://www.aqaed.com/faq/3123/
http://alsoal.com/2101/
http://www.aqaed.com/faq/3686/



Bu məsələləri rus dilinə də çevirib paylaşıblar. Anton Vesninə bu linkləri göndərdilər, amma dedi ki, cavablar qısadı. Daha detallı işlənməlidir bu mövzu. Amma heyif ki, dərslərdən və sairdən vaxt yoxdur. Onu qınamaq da olmur, çünki elə hazırladıqları videolar nəyə desən dəyər.


Bax belə qardaş.


#98657 Abu Zeydin "Şiə məzhəbində hədis elmi" barədə iddiaları

Написано master_ier 29 апреля 2013 - 23:47

Bir müddət əvvəl mən bu iddiaları türkcəyə çevirərək islamquest saytına göndərdim. Sağ olsunlar cavab yazdılar. Cavabı olduğu kimi buraya kopyalayıram.




Değerli okuyucumuz,

Sorduğunuz sorular hakkında aşağıdaki noktalara dikkatlerinizi çekiyoruz:

1- Şiilerin hadisle ilgili konuları ihmal ettikleri söylenemez. Aksine hicri birinci yüzyıldan ikinci yüzyılın başına kadar halifelik (sünni) mektebinde hadis yazılması caiz değilken Şiiler, Hz. Ali’nin (a.s) işaretiyle kitap yazıyorlardı. Selim b. Kays’ın kitabı ve Hz. Ali’nin (a.s) ‘el-Kazaya ve’s-Sünen ve’l-Ahkam’ kitabı bunlardandır.
2- Büyük şii muhaddisleri ‘Sahih Hadis’ terimi için Ehl-i Sünnetin kullandığı terimin dışında bir terim kullanmaktalar. Şiiler sudur ve delalet yönünden itminan ettikleri hadise ‘Sahih’ derken, bu kurallara uymayan hadiselere itimat etmeyip onlara ‘gayrî muteber’ derlerdi. Ehl-i Sünnet ise hadisleri dört kısıma ayırmaktalar: Sahih, Muvassak, Hasan ve Zayıf. Ama bu terimler şianın hadislerine girdiği zamandan beri (böyle değiş tokuşlar ilmi iki mektepte doğaldır) Hür Amili gibi Şianın bazı büyük muhaddisleri tarafından şiddetle karşı çıkılmıştır. Zira Şia’da bir hadisin doğruluğu onun senedine göre olmadığı için Ehl-i Sünnet gibi dörde ayırılmaz. Şii’de hadis işi ve sahih hadisi uydurma hadisten ayırmak için çeşitli merhaleler var ki Ehl-i Sünnet genellikle onu bilmez.
3- Molla Muhsin Feyz-i Kaşani’ye nispet verilen söze gelince, belli ki onun sözü ve ne demek istediği anlaşılmamıştır! O diyor ki: ‘Cerh ve tadil’de ve onun şartlarında ihtilaflar hatta çelişkiler vardır.’ İlginçtir ki Molla Muhsin’in sözü tam olarak getirilmemiştir. O bu sözden sonra şöyle diyor: ‘(Madem biz Ehl-i Sünnet’in hadis ayırımına göre çelişkiye düşüyoruz o zaman) En iyisi kendi eski alimlerimizin ıstılahlarına dönelim.’ Yani Şia’daki bu çelişkilerin nedeni Ehl-i Sünnet’in terimleri olduğu için onların kaldırılması gerekir.
4- Evet, Ehl-i Sünnet’in ıstılahları Şia’ya ithal edilen ıstılahlar olduğundan ve Şia bir hadisin sahih olup olmadığı konusunda yalnızca ravinin zayıflığına ve güvenirliğine bakmayıp, bunun dışında da bir çok meseleleri incelediğinden sadece bu ithal ıstılahlara göre hareket edersek rivayetlerin önemli bir bölümü sahih olmayacaktır. Çünkü bir çok ravisi olan rivayette bir ravi zayıf olabilir veya güvenirliği hakkındabir delil olmazsa veyahut Ehl-i Sünnet’ten olsa ya da adil olmazsa ama bunlara rağmen yine de doğru sözlü olsa Şeyh Hür Amili şöyle bir netice alıyor: Böyle terimler Ehl-i Sünnet’in işine yarar, Şia’nın hadis kurallarına uygun değildir.

Son olarak aşağıda Şiilerin, Peygamberimizin (s.a.a) ve Ehl-i Beyt’inin (a.s) hadislerine verdikleri önemi gösteren dizinleri getirdik:

Səhih hədisləri saxta hədislərdən ayırıb seçmək üçün hansı yollar vardır?
Kafi’de sahih hadislerin fazla olmadığı iddiası doğru mudur?

_________________________________
1 Feyz-i Kaşani, Molla Muhsin, el-Vafi, c.1, s.25, Kitaphane-i Emirü’l-Müminin (a.s), İsfahan, HK.1406.




#98656 Abu Zeydin "Şiə məzhəbində hədis elmi" barədə iddiaları

Написано master_ier 29 апреля 2013 - 23:37

Abu Zeydin iddiaları bundan ibarətdir.


Şiə məzhəbində hədis elmi

Ümumiyyətlə şiə məzhəbində hədis elmi olmayıb. Onlar, hədislərin ağına-bozuna baxmadan, hədisin ravilərini araşdırma-dan, necə gəldi qəbul ediblər. Şübhəsiz ki, bu elm, əhli-sünnətə məxsus bir elmdir. Daha sonra onlar, əhli-sünnətə baxaraq bu elmə girişdilər və nəticədə də onların bütün hədisləri zəif və uydurma çıxdı.
Şiənin ən məhşur və ən qabaqcıl mühəddislərindən biri olan Hurr əl-Amili demişdir: “Yeni istilahlar (yəni hədisləri “səhih” və “zəif” kimi növlərə ayırmaq) əhli-sünnətin etiqadına və qaydaları-na müvafiqdir. Hətta bu elm onların kitablarından götürülmüşdür.” (“Vəsailuş-şiə” 20/100 və ya 30/260).
Həmçinin o demişdir: “Məlum olduğu kimi, bu istilahlar Alləmənin (yəni ibn Mutahhar əl-Hillinin) və ya onun şeyxi Əhməd ibn Tavusun zamanında ortaya çıxmışdır.” (“Vəsailuş-şiə” 20/102 və ya 30/262)
Yusuf əl-Bəhrani də bunu təstiqləmişdir ki, hədisləri “səhih” və “zəif” kimi növlərə ayıran ilk şiə alimləri İbn Mutahhar və onun ustadı ibn Tavus olmuşdur. (“əl-Hədaiqun-Nədira”1/53)
Şiələr, hədisləri növlərə ayırmağı əhli-sünnətin kitablarından öyrəndiyi kimi hədislərdən hökm çıxarmaq qaydalarını da əhli-sünnətdən öyrənmişdir.
Şiə alimi əl-Hairi demişdir: “Heç bir şübhə yeri olmadan məlumdur ki, bizim alimlərimizdən Şəhidus-sənidən qabaq dirayətul-hədisə (hədisdən hökm çıxarmağın qaydalarından bəhs edən bir elmdir) dair kitab yazan olmayıb. Bu elm də əhli-sünnətin elmlərindəndir.” (“Muqtəbisul-əsər” 3/73)
Bəs, nə üçün şiələr də hədis elminə girişdilər?

Cavab: Əhli-sünnət hədisin sənədinə və doğruluğuna fikir verirdi. Bu səbəbdən də şiələr daima əhli-sünnətin yanında gözü kölgəli idi. çünki onlar da hədis elmi mövcud deyildi və hədisləri necə gəldi qəbul edirdilər. Bu səbəbdən də onlar, əhli-sünnətin qınağından qurtulmaq üçün bu elmə girişdilər. Ancaq heç bir faydası olmadı. (Bax! “Vəsailuş-şiə! 20/100 və ya 30/258)
Faydası ona görə olmadı ki, onların rəvayətləri əhli-beytdən nəql olunmayıb. Yuxarıda da qeyd etdiyim kimi, raviləri yalançı və hədis uyduranlardır. Bu səbəbdən də onların “rical” kitabları ixtilaf və ziddiyətlərlə doludur. Bunu onların böyük alimi olan Feyz əl-Kaşani də etiraf etmişdir. (Bax! “əl-Vafi” 1/11-12)
Hurr əl-Amili özü də etiraf edir ki, şiə alimlərinin əhli-sün-nətə baxaraq hədisləri zəif-səhihə ayırmaları boş və əbəs bir şeydir: “Şeyx (ət-Tusi) çox vaxt hədisin ravisinin zəif olduğuna görə, hədisi də zəif sayır...Ancaq Şeyxin hədisləri bu səbəbdən ötrü, yəni ravisinin zəifliyindən ötrü zəif sayması qeyri-həqiqi bir şeydir... Məsələn, (Tusi) deyir ki: “Bu ravi zəif olduğuna görə, onun rəvayət etdiyi hədis də zəifdir”. Sonra biz görürük ki, o, başqa bir yerdə elə bu zəif ravinin rəvayəti ilə əməl edir. Hətta, bəzi yerlərdə ondan da zəif olan ravini qəbul edir. çox yerdə hədisi Mürsəl olduğuna görə (yəni: sənədi tam olmadığına görə) zəif sayır, sonra elə özü (başqa bir yerdə) Mürsəl hədisi dəlil gətirir. Hətta o, çox vaxt sənədi qırıq (mürsəl) və zəif rəvayətləri qəbul edir, amma Müsnəd (sənədi tam) və raviləri güclü olan hədisləri isə rədd edir.” (Bax! “Vəsailuş-şiə! 20/111 və ya 30/279).
Hurr əl-Amili şiənin hədisləri barədə demişdir: “Əgər hədis-lərimiz (hədis elminin qaydaları əsasında) araşdırılsa, hamısı zəif çıxacaqdır.” (Bax! “Vəsailuş-şiə 30/260)
Nə üçün?
Cavab: çünki bir hədisin səhih ola bilməsi üçün ilk növbədə o hədisi rəvayət edən ravilərin adil olmaları şərtdir. Şiənin hədis-lərini isə yuxarıda da qeyd etdiyim kimi məlun (lənətlənmiş) və kəzzab (yalançı) ravilər rəvayət etmişdir. Hurr əl-Amili deyir: “Yeni istilahların (yəni hədis elminin) əhli, hədisin ravisinin adil olmasını şərt qoşmuşdur. Elə bu şərtə görə də bizim bütün hədislə-rimiz zəyif çıxır. çünki nadir hallarda ravinin adil olub-olmaması bilinir.” (Bax! “Vəsailuş-şiə 30/260) Bu, böyük bir şiə aliminin öz hədislərinə verdiyi şəhadətidir.
Bu günümüzdə də vəziyyət fərqli deyil. Bunu əhli-sünnətin və şiələrin (daha doğrusu müsəlmanların və şiələrin) kitablarını oxuyan hər kəs görə bilər. Əhli-sünnətə məxsus kiçik həcmli bir kitabça da olsa, orada qeyd olunan bütün hədislərin mənbələri, etibarlılığı (səhih olub-olmaması) mütləq göstərilir. Ancaq belə şeylərə şiə kitablarında rast gəlmək çox çətindir.

Nəticə
Sonda bu risaləni, yaşadığım iki hadisəni qeyd etməklə bitir-mək istəyirəm. Mən şiələrdən birinə belə bir sual vermişdim: “Əhli-beytdən ən çox hədis nəql edən raviniz kimdir?” O dedi: “Zurarə ibn Əyun və başqaları...” Mən dedim: “Mən nə bilim ki, Zurarə hədis uyduran olub, yoxsa doğru danışan?” O isə: “Bunun üçün rical kitablarına baxmaq kifayətdir” dedi. Mən dedim: “Mən artıq şiənin ən əsas rical kitabına – Ricalul-Kəşşiyə baxmışam. Orada imamlar Zurarəni gah tərifləyir və bir çox yerdə isə lənətləyir.” Şiə dedi: “O sözlər təqiyyə ilə deyilib.” Mən təəccüb edərək dedim: “Sizin rical kitablarınıza da təqiyyə (yalan) giribsə, sizə deyəcəyim başqa sözüm yoxdur.”
İkinci bir hadisə, yenə də bu şiə ilə aramda olan söhbət zamanı baş verdi. Belə ki, mən ona “Muhəmmədə nazil olan Quran, 17 min ayə idi” hədisini deyəndə, o, bu hədisin uydurma olduğunu söylədi. Mən dedim: “Hədislərin səhih və zəif olmasını kim ayırd edir?” O dedi: “Hədis alimləri.” Mən də ondan soruşdum ki: “Şiə məzhəbinin əsas və mötəbər hədisçiləri kimlərdir?” O, Məclisinin adını çəkdi. Mən də: “Axı Məclisi “Miratul-Uqul”da bu hədisi doğru sayıb” deyəndə, o cavab verdi ki: “Məclisi bu hədisi səhih saysa da, bu hədis Qurana ziddir.” Bu zaman mənim ona cavabım belə oldu: “Axı bu hədisi rəvayət edən ravilərin hamısı sizin rical kitablarınızda təriflənmiş ravilərdir. Bəs necə oldu ki, ən sağlam raviləriniz İmam Cəfərin dilindən Qurana zidd olan belə bir şeyi nəql ediblər.”
Bir sözlə şiələr üçün hədisin səhihliyi və ravilərin doğruluğu önəmli deyil. Onlar üçün önəmli olan hədisin öz istəklərinə uyğun olmasıdır. Bütün bunlardan sonra, onlar SƏQƏLEYN hədisini necə dəlil olaraq irəli sürə bilərlər?


  • l-nur это нравится


#98609 Şiə və səhabə | الشيعة والصحابة

Написано master_ier 23 апреля 2013 - 15:36

Foruma çoxdandı vəhabi girmir, ona görə meydan şiələrə qalıb. :) Məncə problem bir-birinizi başa düşməməkdən yaranıb. Oxuduqlarımdan bu qənaətə gəlirəm. Amma ümumilikdə şiələrin bəhsi də olsa faydalı məqamlar üzə çıxır. Bəhs deyəndə ki, söhbət edirsiniz, məsələni aydınlaşdırmağa çalışırsınız.


Allah hər ikinizi şeytanın hiyləsindən qorusun. Sadəcə çalışaq elə ifadələr seçək ki, qarış tərəf yanlış anlamasın, xətrinə dəyməsin.


Abu Sufyan Ordusu qardaşdan xahişim budur ki, şiədə hədis və rical elmi barədə mövzu açıb, bu mövzudakı boşluğu müəyyən dərəcədə doldurmağa çalışsın. Mən də ümumilikdə bilirəm ki, bizim hədis və rical elmi əhli-sünnədən fərqlənir. Hədisin səhih sayılma kriteriyası da fərqlidir. O qədər əhli-sünnə ilə bəhslərə girmişik, onların hədisləri ilə dəlil gətirmişik ki, öz hədislərimizə də o cür yanaşmağa başlamışıq. Yəni tədricən əhli-hədisləşmə gedib bizdə. Amma özümüzün hədis elmini isə az da olsa bilmirik. Ona görə xahişim budur ki, az da olsa açacağın mövzu ilə müəyyən məsələləri aydınlaşdıraq. Qarşılıqlı sual-cavabla da mövzunu daha maraqlı və daha məlumatlı edək.


Yeri gəlmişkən, Abu zeyd müəllimin şiədə hədis elminə iradları da bu günə qədər cavablanmayıb. Mən islamquest saytına sual göndərib ümumi cavab almışam. Amma Abu Zeydin şiə alimlərindən cümlənin qabağı-arxasını kəsərək gətirdiyi sitatlar əməllicə çaşqınlıq yaradır.


#98539 İmam Mehdi (ə.s)-ın anasının adı

Написано master_ier 15 апреля 2013 - 10:27

“Məhəmməd b. Yəhya və başqaları belə rəvayət edirlər: “Bu, Həsən əlƏsgəridir.
Öz əcəli ilə və yatağında ölmüşdür. Öldüyü zaman, yanında Əmirul –
mömininin xidmətçilərindən və güvənilən adamlarından filankəs və filankəs, qazilərdən
filankəs və filankəs, təbiblərdən filankəs və filankəs var idi. Sonra (Həsən əl-Əsgərinin)
üzünü örtdülər və cənazəni qaldırdılar. Cənazə evin ortasından götürüb atasının dəfn
edildiyi otağa basdırıldı. Dəfn etdikdən sonra bir müddət mirasın paylaşdırılmasına da ara
verdilər. (Çünki) Hamilə olduğu zənn edilən cariyənin (Nərgizin) başında dayananlar, hələ
də gözləməkdə idilər. Lakin cariyənin (Nərgizin) hamilə olmadığı bilindi. Onun hamilə
olmadığını başa düşəndə, (Həsən əl-Əsgərinin) mirası anası və qardaşı arasında
paylaşdırıldı.” (Müqayisə üçün Azərbaycan dilində, “Üsuli kafi” 1-ci cild, səh 900, hədis №
1323
(“Əl-Qeybət” ət-Tusi, səh, 74. “Əl-İrşad” əl-Müfid səh, 345.
“Ə’lamül-vəra” əl-Fədlə ət-Təbərsi, səh, 380. “Əl-Məqalət vəl firəq” Əl- Əş`əri, əl-Qummi
səh, 102


CAVAB

İmam Həsən Əskərinin (ə) mirası anası və qardaşı arasında bölündümü?


#98506 Tərcümə kitablar

Написано master_ier 07 апреля 2013 - 23:04

Təəssüf ki, Seyid Kamalın Tövhid kitabını tərcümə edəcək mütəxəssislər tapılmadı. Heç kəs öhdəsinə götürmədi. Çünki həddən artıq ağır kitabdır. İrfan və fəlsəfə alimlərindən sitatlarda xüsusən çətinliklər olub. Ona görə qərara gəldik ki, artıq tərcüməsi bitmiş "Quranın təhrif olunmaması barədə təhqiqat" (Seyid Əli Milani) və Məhərrəmliyə qədər tərcüməsi tamamlanacaq "İmam Huseyni kim öldüürdü? Kufə şiələri?" kitablarının pulu yığaq. Onu da deyim ki, tərcümə türk dilinə edilir, sonra biz onu azəriyə çevirəcəyik, hər ikisini internetə qoyacağıq. Çünki, orada tərcümə ikiqat ucuz başa gəlir və mütəxəssis çox güclüdür. Cevher Caduk. Bir neçə tərcümə etdiyi kitab türkiyədə satışdadır. Kitablardan biri Cavad Amulinindir. Cavad Amuli kimi əjdahadan kitab tərcmüə etmək artıq keyfiyyət göstəricisidir. Oxuyanlar da çox bəyənib.


Xüsusi qeyd: Cevher Caduk hal-hazırda Seyid Kamalın "Səqəleyn hədisi" silsilə dərslərini tərcmüə edir və internetdə paylaşılacaq hissə-hissə.
  • qulam это нравится


#98499 Sual-Cavab

Написано master_ier 05 апреля 2013 - 02:53

Salam aleykum.ay Mominler mene komey eliyunde.ne olar vahabi olmuyanda ki? 1 aydi tevessul barende delil xahiw etmiwem.vahabi istese 100 dene silka qoymuwduz.
Eybi yox.Allah sizden razi olsun din qardawuvuzun hansisa vahabinin yaninda Yalanci cixmagina goz yumursuz.Men her gun o vehabilerin yanindan kecende ne cekirem
Allah bilir.
Helmin yansirin yunsurini?


Aleykum salam.

Qardaş, sən şiə hədislərindən istəyirsən dəlili? Əgər elədirsə ərəbcə mənbələr N qədərdi.



http://www.saifoali....?t=20815&page=3
http://www.room-algh...ead.php?t=25978
http://www.alhak.org...ead.php?t=32759
http://www.yahosein....ad.php?t=142056
Elməddin qardaş bunların tərcümələrinin üzərində işləyir.

Bir tərcümə artıq var. BUYUR
  • l-nur это нравится


#98164 Fatime ucun dualarinizi esirgemeyin

Написано master_ier 22 февраля 2013 - 15:47

Allah səbr versin. Изображение


#98129 Tərcümə kitablar

Написано master_ier 17 февраля 2013 - 20:36

Əs-salam aleykum.

Nəticə? Tərcümə var? Son yazı 2010-cu ildə olub...
Əgər hansısa cild tərcümə olubsa link yerləşdirin zəhmət olmasa.


Aleykum salam.


Bu il artıq əl-Mizanın 4 və 5 cildləri nəşr olunacaq.
Əgər kitab tərcüməsi üçün maddi yardım etmək istəyiriksə, gəlin Seyid Kamal Heydərinin "Tövhid" kitabının tərcüməsinə yardım edək. Kitabın tərcüməsinə tələb olunan əksər məbləğ yığılıb. Təqribən 1000 azn-ə qədər məbləğ çatmır.


#97738 Шиитские ученные об искажении Корана

Написано master_ier 20 января 2013 - 17:52

Ответы на сомнения аята раджм в шиитских книгах ЗДЕСЬ (текст на арабском)

Здесь есть ответы ученых на счет этих хадисов.


Ответы на сомнения на счет слова Шейх Туси про насх - ЗДЕСЬ и ЗДЕСЬ


#97248 Вопросы шиитам

Написано master_ier 06 января 2013 - 18:40

Алейкума салам уа рахматуЛлах,слышала про ирфан,но не знакома с этой наукой


Это не простая наука. Даже для студентов исламских наук это очень трудная часть науки.


С первого взгляда я тоже как шиит могу сказать что эти слова Саййид Камала батил, то есть не правильно. Потому что в шиитской акиде зло не от Аллаха. И это знаю даже я. Поэтому неправильно будет думать что Саййед Камал не знает этого.


И проблема в том что видео материал всего 44 секунд. А речи Саййед Камала бывают как минимум 44 минут и не меньше. И я считаю не правильным осудить Саййед Камала из за отрезанной видео. Понимаете что я имею ввиду?


Система, таджалла - все это очень широкие понятия, даже написаны книги состоящих из несколько томов. И я бы с удовольствием хотел бы послушать весь выступление Саййида. Жаль что наши "друзья" не захотели перевести дальше.


#97018 Ibni Teymiyyə

Написано master_ier 19 декабря 2012 - 00:22

Mən onu bildirmək istəyirəm ki, heç kim "Əli haqq ilədir, haqq da Əli ilədir" kimi hədislərdə Əlinin haqlı olmasını danmır. Sadəcə hədisin özü zəifdir, əlbəttə ki Əli haqlıdır, o haqlı olmasaydı əlbəttə ki, Peyğəmbərin (səllallahu aleyhi və səlləm) səhabəsi olmazdı. Əbu Bəkr haqlıdır, Ömər haqlıdır, Osman haqlıdır, Əli haqlıdır (Allah onlardan razı olsun). Sadəcə məhz hədis zəifdir, heç kim Əlinin fəzilətini danmır, (Allah ondan razı olsun). Əgər sən səhv başa düşmüsənsə, bu mənim problemim deyil. Heç kim, Əlinin (Allah ondan razı olsun) və digərlərinin fəzilətini danmır, sadəcə onlar adına uydurulan hədisləri danıram.


Əbu Bəkri, Öməri qatma sən bura. İbn Teymiyyə üslubu burda keçmir. Sofistikadan çox əla istifadə edirsiniz.


Konkret hədisdən danış. Hədisin harası zəifdir? Yuxarıda sənin iradlarına fikrimi bildirmişəm və hədisin zəif olmadığını isbat etmişəm. Sən isə ya cahillikdən, ya da bilərəkdən müəyyən faktları gizlətmisən hədisi analiz edərkən. Bir-iki alim rəyi ilə rical analizi olmur.


#97013 Ibni Teymiyyə

Написано master_ier 18 декабря 2012 - 10:26

Çox təəssüf ki heç bir forumda düz əməlli, gözəl şəkildə mübahisə etmək olmur. Bu da əlbəttə ilk öncə qarşı tərəfin cahilliyindən və tez özündən çıxmasının nəticəsidir. Nə qədər ki, forumlarda bir-birinə kinayəli, ironiyalı yersiz, böhtanlı sözlər atılacaq, o yerlərdə xeyir yoxdur. İndi isə sizə (xüsusilə moderatorlara, səhv anlamayın, sadəcə məsləhət kimi göstərirəm) Allahın və Peyğəmbərin (səllallahu aleyhi və səlləm) insanlar arasında mübahisəni necə aparmağın lazım olduğunu göstərirəm. Xahiş edirəm, diqqətlə ouxuyun:


Əvvəla sən belə əxlaq sahibi idinsə, birinci kommentindən bu sözləri yazmalı idin.

Sən isə girişi bu sözlərlə etmisən:

Dalımca niyə danışırsan ala-bula boz keçi. Osman Xəmis qardaşın heç bir kitabını oxumamışam və ya audiosunu belə dinləməmişəm, Əlinin (Allah ondan razı olsun) (halbuki sən sadəcə "əs" yazdın, bununla da ona qarşı hörmətini göstərdin) fəziləti barədə yetərincə səhih hədislər var və bunu heç kim danmır. Görəsən hansı səhih rəvayətləri zəif etmişəm? Deyəsən məni Əbu Əfəndi qardaşımızla səhv salmısan.

Əvvəlcə özüvə dərs keç, sonra danışarsan, ok?


Ona görə də növbəti yazdıqların çox gülünc görsənir.


Mənim sənə qarşı kinayəli sözlərim sənin hədisə qarşı münasibətinin yanında heç nədir. Çünki mən adi bir şəxsə qarşı demişəm. Amma sən Peyğəmbər (s.ə.a.s) sözünə və Əhli-beyt (ə.s) fəzilətinə qarşı "əxlaq" nümayiş etdirmisən.


Ona görə də sözün varsa, buyur. "Əxlaq dərsi"ni forumun başqa bölməsində də müzakirə etmək olar.


Mən də nəzərinizə çatdırıram ki, Əhli-Kitab peyğəmbərimizi qəbul etmir və ona lağ edirlər, amma Allah bizə onlarla gözəl mübahisə aparmağımızı buyurur. Sizi bilmirəm kimə, amma mən Allaha və peyğəmbərinə tabeyəm.
İkincisi, məgər mən birinci burda təhqiredici söz söylədim? Olmazdımı ki, mübahisəni təhqir etmədən yazardılar? Kinayəli sözlərlə heç bir cavabı ciddi saymadığım üçün cavab yazmağa da ehtiyac görmürəm.


Yəni cavab yazmağa üzün var hələ?


Əhli-kitab nə qədər lağ etsə də, biz onlarla mübahisələri davam edib haqq çatdırırıq. Ona qalsa sən də "məqaləciklərində" Peyğəmbər (s) sözünü və Əhli-beyt (ə) fəzilətini rədd etmisən, şiəyə qarşı böhtanlar atmısan. Amma biz haqq olduğumuz üçün sənin şəxsiyyətin bizə maraqlı deyil, əsas haqqı çatmıdrmaqdır ki, Allahın iznilə buna davam edəcəyik.


#96984 Ibni Teymiyyə

Написано master_ier 16 декабря 2012 - 05:39

Həmçinin bu hədisi zəif göstərməyə çalışmısan.

“Əlinin üzünə baxmaq ibadətdir” hədisi və onun zəif hədis olması barədə

Əssalamu alekum va rahmatullah

Bu hədisin zəif olmasını aşağıdakı alimlər qeyd etmişdilər:

1) İbn Cauzi “əl-Məvdua” (1/361) kitabında qeyd etmişdir ki bu hədis bütünlüklə uydurmadır
2) İmam Zəhəbi “Mizanul İtidal” (4/401) kitabında bu hədisin uydurma olduğunu demişdir.
3) İbn Həcər əl-Əsqalani də “Lisanul Mizan” (1/572) kitabında hədisin uydurma olduğunu demişdir.
4) Muhəmməd Nəsirəddin əl-Əlbani “Zəif əl-Cami” (5992) və “Silsilə əz-Zəifə” kitablarında hədisin zəif olduğunu qeyd etmişdir.


Hədisdə olan ravilər barədə:

1) Müstədrək (4682) kitabında olan hədisin raviləri: a) Yəhya ibn İsa ər-Rəmli – Nəsai onun güclü ravi olmadığnı demişdir. Yəhya ona zəif demişdir. Изображение əl-Əməş – o rəvayət etdiyi hədisi qeyd etməmişdir ki o doğurdan da sonrakı ravidən eşidib yoxsa yox. c) Salib ibn Müqatil – Daraqutni demişdir ki o güclü ravi deyil.

2) Müstədrək (4683) kitabında olan hədisin raviləri: a) Asim ibn Əli - ibn Muin demişdir ki o heç nədir. Nəsai demişdir ki o zəifdir. Изображение Əbdürrəhman ibn Abdullah əl-Məsud – onun barəsində alimlərdə ixtilaf var. c) Museyb ibn Zuheyr – onun etibarlılığı bilinmir.

3) Xatib (2/51) tərəfindən nəql olunmuş hədisin raviləri: a) Muhəmməd ər-Razi – Daraqutni onun zəif olduğunu demişdir. Изображение Muhəmməd ibn Ayub – İbn Cauzi “əl-Məvdua” (1/362) kitabında qeyd etmişdir ki, bu bilinmir ki Muhəmməd ibn Ayub sonrakı ravi ibn Xəlifətdən rəvayət eşidib. Sonra isə kitabda qeyd edir ki İbn Hibban onun barəsində (ibn Ayub) demişdir ki, o saxta hədislər nəql edir.

4) İmam Zəhəbi "Təlxis" (1, 119-120) kitabında yazıb: “Abdullah ibn İbrahim Zaynabi, Məhəmməd ibn Süfyan, Usman ibn Yaqub, Məhəmməd ibn Məhəmməd Basri, Hamanidan, ibn Fudayldan, Yazib Abu Ziyatdan, Mucahitdan, ibn Abbasdan mərfu olaraq: "Əliyə baxmaq ibadətdir". Hamani yalançı olub”

Allah daha yaxşı bilir!

Vassalamu alekum



Çox gözəl. Hədisi səhih və həsən hesab edən, bu fəzilətin yalnız Əliyə (ə.s) aid olduğunu deyənlərin adları harda qaldı? Bayaqkı hədisdə Hafiz əl-Heysəminin rəyini gətirmişdin. Bəs burda niyə gətirməmisən?


İbn Şahin, Hafiz əl-Heysəmi, əl-Heytəmi, Suyuti, əl-Hakimin sözləri harda qaldı? əl-Fitəni, Munavi və Kəttaninin bu hədisin təvatürlüyü barədə sözləri harda qaldı?

Bu hədis müxtəlif ləfzlərlə 18 səhabədən nəql edilmişdir. Hansı cəsarətlə buna zəif deyirsən?


1) Müstədrək (4682) kitabında olan hədisin raviləri: a) Yəhya ibn İsa ər-Rəmli – Nəsai onun güclü ravi olmadığnı demişdir. Yəhya ona zəif demişdir. Изображение əl-Əməş – o rəvayət etdiyi hədisi qeyd etməmişdir ki o doğurdan da sonrakı ravidən eşidib yoxsa yox. c) Salib ibn Müqatil – Daraqutni demişdir ki o güclü ravi deyil.


Bu hədisin sənədi:

حَدَّثَنَا مُحَمَّدُ بْنُ عُثْمَانَ بْنِ أَبِي شَيْبَةَ، ثنا أَحْمَدُ بْنُ بُدَيْلٍ الْيَامِيُّ، ثنا يَحْيَى بْنُ عِيسَى، عَنِ الأَعْمَشِ، عَنْ إِبْرَاهِيمَ، عَنْ عَلْقَمَةَ، عَنْ عَبْدِ اللَّهِ، عَنِ النَّبِيِّ (ص) قَالَ: «النَّظَرُ إِلَى وَجْهِ عَلِيٍّ عِبَادَةٌ».


1. Muhəmməd b. Osman
2. Əhməd b. Budəyl
3. Yəha b. İsa
4. Aməş
5. İbrahim
6. Əlqəmə
7. Abdullah

Sənin birinci iradın Yəhya b. İsa ər-Rəmliyədir. Bu məlumatları niyə bölüşməmisən bəs?

Bu şəxs Səhih Müslmin, Tirmizinin, Əbu Davudun ravilərindəndir.

İbn Həcər deyib: "səduqdur, xəta edərdi." (Təqrib ət-Təhzib, №7619)
Əhməd, Sələmə, İbn Hibban və əl-İcli onu etibarlı hesab ediblər. (Təhzib ət-Təhzib, 4/380-381)
əz-Zəhəbi onu özünün "Zikr əsma min təkəlləmə fihi və huva muvassaq" kitabında qeyd etmişdir.

İkinci irad Aməşin müdəllis olması və "an" ilə rəvayət etməsinədir.

Bu da yanlışdır. Əvvəla Buxarinin "Səhih"ində Aməşin "ən"indən boldur.

İkincisi, İbn Muinin sözləri sanki bu məqam üçün qeyd edilib.

أجود الأسانيد الأعمش عن إبراهيم عن علقمة عن عبد اللّه.

Sənədlərin ən güclüsü Aməşin, İbrahimdən, onun da Əlqəmədən, onun da Abdullahdan olan nəqlidir. (Təhzib ət-Təhzib, 4/197)

Aməşdən sonrakı ravilərə baxsan görərsən ki, sənəd məhz bu cürdür.

Üçüncü ravi olan Salb b. Muqatilin kimliyini desəydin biz də araşdırardıq. Sənəddə gördüyümüz qədərilə bu adda şəxs yoxdur.


#96982 Ibni Teymiyyə

Написано master_ier 16 декабря 2012 - 03:01

Dalımca niyə danışırsan ala-bula boz keçi. Osman Xəmis qardaşın heç bir kitabını oxumamışam və ya audiosunu belə dinləməmişəm, Əlinin (Allah ondan razı olsun) (halbuki sən sadəcə "əs" yazdın, bununla da ona qarşı hörmətini göstərdin) fəziləti barədə yetərincə səhih hədislər var və bunu heç kim danmır. Görəsən hansı səhih rəvayətləri zəif etmişəm? Deyəsən məni Əbu Əfəndi qardaşımızla səhv salmısan.

Əvvəlcə özüvə dərs keç, sonra danışarsan, ok?


Məntiq ağacı, sənin məntiqinlə belə çıxır ki, kiməsə rəddiyə yazanda da onun dalınca danışmış oluruq? Səndən sitat gətiriblər, mən də sənin məqalələrinin mahiyyətini bildiyim üçün fikrimi bildirmişəm. Ümumiyyətlə isə Hz.Əli (ə.s) haqqında səhih hədisləri zəiflədən bir şəxs məndən özünə qarşı hörmət gözləməsin.

Ə.S. yazılmasına gələndə, hər kəsə məlumdur ki, b Əleyhissəlam deməkdir. Və hörmətsizliyə heç bir aidiyyatı yoxdur.

Bunu sən yazmısan:


Əli haqq ilə, haqq isə Əli ilədir hədisi və onun zəif hədis olması barədə

Əssalamu alekum va rahmatullah!

Hədis: “Əli haqq ilə, haqq da Əli ilə”
1) əl-Heytəmi “Məcməul Zəvaid” (12031) kitabında yazmışdır:
“Bəzzar rəvayət edib, sənədində Sad ibn Şuayb var, onu tanımıram, qalan ravilər səhih (kitabların) raviləridir”.

2) əl-Xatib əl-Bağdadi öz “Tarix” (14/322, 6/312) əsərində Ümm Sələmədən rəvayət etmişdir: “Əli haqq ilə, haqq da Əli ilədir, onlar hovuzun kənarında mənim yanıma gələnə kimi heç vaxt bir-birindən ayrılmazlar”.
“Sənədində Yusif ibn Muhəmməd ibn Əli əl-Məvədab var, ondan münkər rəvayətlər nəql ediblər (Mizanül İtidal 4/473/9885). Sənədində Əli ibn Hişam ibn Burayd və atası var, hər ikisi qatı şiə kimi tanınır. İbn Numayr Əli ibn Hişam barədə demişdir: “O, hədisdə münkərdir”.
Həmçinin
sənədində Abdussalam ibn Salih var. Abu Abdullah əl-Hakim demişdir: “Abdussalam ibn Salih Abu Muaviyədən, Xammad ibn Ziyaddan, Abbad ibn al-Avamdan münkər hədislər rəvayət etmişdir. (əl-Mədxəl ilə səhih, 139). Daraqutni: “Habiz rafizi”. (Mizanül İtidal, 2/616/5051)

Vassalamu alekum


Sən elə təəssürat yaratmısan ki, sanki bu hədisin başqa ləfzləri və sənədləri yoxdur.

Əvvəlcə Fəxruddin ər-Razinin öz təfsir kitabından bir sitata diqqət yetirək:

الحجة الخامسة : روى البيهقي في السنن الكبير عن أبي هريرة قال : كان رسول الله صلى الله عليه وسلم يجهر في الصلاة ببسم الله الرحمن الرحيم ، ثم إن الشيخ البيهقي روى الجهر عن عمر بن الخطاب ، وابن عباس ، وابن عمر ، وابن الزبير ، وأما أن علي بن أبي طالب رضي الله عنه كان يجهر بالتسمية فقد ثبت بالتواتر ، ومن اقتدى في دينه بعلي بن أبي طالب فقد اهتدى ، والدليل عليه قوله عليه السلام : اللهم أدر الحق مع علي حيث دار .

Beşindi dəlil: Beyhəqinin "əs-Sünən əl-kəbir"də Əbu Hureyrədən rəvayət etdiyi hədisdə deyilir: "Rəsulullah (s) namazlarında "Bismillahir-Rəhmanir-Rəhim"i ucadan söyləyirdi." Sonra əl-Beyhəqi Ömər b. əl-Xəttab, İbn Abbas, İbn Ömər və İbn Zubeyrdən də "Bismillah"ı ucadan söylədiklərini nəql etmişdir. Əli b. Əbi Talibə (ə.s) gəldikdə isə onun "Bismillah"ı ucadan oxuması təvatürlə sabit olmuşdur. Kim dinində Əli b. Əbi Talibə iqtida edərsə (tabe olarsa), o şəxs mütləq hidayətə çatar. Bunun dəlili isə Peyğəmbərin (s) bu sözüdür: "Allahım, Əli hara dönərsə haqqı da onunla bərabər döndər."

Fəxruddin ər-Razi, Məfatih əl-ğayb, c.1, s.168 (onlayn link)

İkincisi, hədisin zəif olduğunu iddia edən şəxs onun bütün sənəd və ləfzlərini diqqətdən keçirməlidir. Ustadınız Albaninin "Silsilə əl-əhadis əs-səhihə" kitabını mütaliə etməmisən heç? Əgər bir hədisin səhih və ya həsən dərəcədə şahidi varsa, həta və hətta zəif şahidi belə varsa, hədisə zəif deyin kənara ata bilməzsən.

Ümmü Sələmənin Imam Əliyə (ə.s) dediyi sözlər: "And olsun Allaha sən haqq iləsən və haqq da səninlədir." (onlayn link)

İbn Əsakirin hədisində Ümmü Sələmənin bu sözləri Peyğəmbərdən (s) eşitdiyini söyləməsi. (Tarixi Diməşq, c.20, s.360)


Bu hədisin digər səhih ləfzi budur:

الْحَقُّ مَعَ ذَا، الْحَقُّ مَعَ ذَا

Peyğəmbər (s) Əli (ə.s) haqqında dedi: Haqq onunladır, haqq onunladır.

Başqa bir səhih hədis "Əli haqq ilədir" hədisinin məzmunca da səhihliyini isbat edir:

علي مع القرآن والقرآن مع علي

Əli Quran ilədir, Quran da Əli ilədir.

Sən gərək İbn Teymiyyə kimi (Minhac əs-sünnə, 4/241) deyərdin ki, bu hədis səhih olsa gərək Əli (r.a) Peyğəmbər (s) kimi məsum olsun. (onlayn link)
  • Arif это нравится




Рейтинг@Mail.ru