Həə, Abdulla adlı istifadəçi, görək harda qalmışdıq. Sənin iddialarına ardıcıllıqla cavab yazaq. Amma əvvəlcədən qeyd edim ki, sən və yaxud sənə bu yazını yazıb verib göndərənlərin dindən anlayışları yoxdur. Heç olmasa, mövzuda yazılanları başdan oxuyardız.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
1. Nəinki Azan-İqamədə, həm də ümumiyyətlə "Əşhədu ənnə Aliyyun-valiyullah" demirlər, o səbəbə ki, indiki dövrdə Əli(ə)-ı Allah valisi hesab etmirlər.
1- indiki dövrdə Əli(ə)-ı Allah valisi hesab etmirlər, ona ğörə "Əşhədu ənnə Aliyyun-valiyullah" demirlər. Bu məntiqlə "Əşhədu ənnə Muhammadan rəsulullah" da deməsinlər, çünki Muhammad (s)-ın peyğəmbərlik dövrü bitib.
Mövzunu oxusaydın görərdin ki, mən bu haqda yazmışam. Təkrar şeyləri yazıb vaxtımı alma. Nübuvvətin şəhadətinə gəldikdə isə, Nisa 59-da buyurulur ki: "Allaha, Peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin"!
Hz Məhdi (ə) buyurur ki: "Siz Allahın sözlərini eşitməmişsinizmi ki: Ey iman gətirənlər, Allaha, peyğəmbərə və özünüzdən olan əmr sahiblərinə itaət edin - buyurur? BU ƏMR QİYAMƏT GÜNÜNƏ QƏDƏR DAVAM EDƏN BİR ƏMR DEYİLMİ? Görmədinizmi Allah Hz Adəmdən (ə) sonuncu imamadək sığınmağınız üçün pənahgahlar və hidayətiniz üçün əlamətlər qərar vermişdir? Belə ki, bir nişan aradan gedəndə digəri zahir olmuş, bir ulduz batanda ayrısı çıxmışdır. Sonuncu imamı (imam Həsən Əsgərini) Allah-Təala özünə tərəf çağırdıqda, Allahın bəndələri ilə özünün arasındakı əlaqəni kəsdiyini sandınız. Lakin belə deyil, kafirlər narahat olsalar da, qiyamət gününə və ALLAHIN ƏMRİ AŞKAR OLANA KİMİ bu əlaqə davam edəcəkdir".
Sənin dindən xəbərin yoxdur.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
2. Allaha tavakkül etməklə bağlı duaları, məs:"Allah, filan işimi sənə tapşırdım,ya filan işimə kömək ol" deməyi haram bilirlər, o səbəbə ki, deyirlər:"Allah bəndəyə xidmətçi deyil". Deməli onlarin əqidəsinə əsaslansaq: "Salavat-Allah, Muhammad və ali-Muhammada salamını göndər" - Allaha iş buyurmaq və haram işdir.
2- Bəqərə 250,251-ci (və yüzlərlə başqa bu qisim ayələr):"Ey Rəbbimiz, bizə səbr, dözüm nazil et, qədəmlərimizi möhkəmləndir və bizə ... kömək et. ...Allah ona səltənət,hökmdarlıq və hikmət verdi". Deməli Allahdan istəmək və Allahın verməsi Gur`anda bəyənilmişdir.
İddian yalan və böhtandır. Biz o cür duaları oxuyuruq, haram da bilmirik.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
3. 12-ci imam (ə)-ı qeybətdə yox, hazır bilirlər, zühurunu ğözləyənlərə məsxərə edirlər:"Ğözlə imam zühur edəcək". Mərcələrə təqlidi haram bilirlər. Bundan belə nəticə çıxır ki, rəhbərləri olan Fəxrəddini 12-ci imam (ə)-la əlaqəli bilirlər. Bu nəticəni həm də xümslərini Fəxrəddinə vermələri təsdiq edir.
3- İmamın (ə) zühuru ilə bağlı 3000-dən çox hədis var və öz yazılı göstərişinə əsasən ümumi naibləri mərcəi-təqlidlərdir. Eyni zamanda əimmədən çatan hədislərə əsasən özünü 12-ci imam (ə)-ın naibi, ya onunla daimi əlaqəli iddia edənlər yalançıdır.
İmam (ə) istər qeybdə olsun, istər aşkar, bizə fərqi yoxdur. Təkrar şeyləri yazmısan.
İmamına beyəti olmayan müctəhidə təqlid haramdır, bunu mövzuda yazmışam, həmçinin o müctəhidə xums vermək də haramdır. Xums vermək hər kəsin öz şəri məsələsidir, onun heç kimə dəxli yoxdur, gətirib sənə və yaxud Zamanın İmamının vilayətini tanımayan müctəhidinə verəsi deyiləm hər halda.
Mövzunu oxusaydın görərdin ki, dəfələrlə yazmışam ki, rəhbər yalnız məsum imamdır, qeyrisi yox. Mənim burda yazdıqlarım da imama çağırmaqdan başqa bir şey deyil. İddian əsassız və gülüncdür, çıxartdığın məntiqsiz nəticələrini də özünə və yaxud "ustadlarına" saxla.
Naibliklə bağlı da təkrar yazmısan, o haqda əvvəldə müzakirə olunub, get axtar oxu.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
4. Allahı yox, 12-ci imam (ə)-ı "Rabbəl aləmin" hesab edirlər, o səbəbə ki,dövrün imamı kimi onu aləmlərin tərbiyəçisi hesab edirlər. Halbuki yaddan çıxarıblar ki, imam (ə) özü də aləmlərə daxildir və onun tərbiyəsi Allaha aiddir.
Sayıqlayırsan, biz Rəbb kəlməsini ismi sifətlərdən biri bilirik.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
5. 12-ci imam (ə)-ın imamətini h.q.260-cı ildən yox, azindan dünya yaranandan qəbul edirlər. Peyğəmbər (s) və imamların (ə) imaməti dövründə belə 12-ci imam (ə)-ı üstün bilirlər.
"Yaradılışdan əvvəl, yaradılışla birlikdə və yaradılışdan sonra mütləq bir höccət vardır". (Üsuli Kafi, imam Sadiq ə).
Əli (ə) özünün oxuduğu qunut duasında deyir: "İlahi! Biz peyğəmbərimizin itkisindən, İMAMIMIZIN QAİB OLMASINDAN, dostlarımızın azlığından, düşmənlərimizin çoxluğu və onların bizim aramızda əl-ələ verib fitnə-fəsad törətmələrindən Sənə şikayət edirik. İlahi! Bu çətinlikləri aşkar olmuş bir ədalət və TANIDIĞIMIZ HAQQ İMAMIN köməyi ilə aradan qaldır".
İmam Cəfəri Sadiqdən (ə) gələn Əhd duasından:
اَللّـهُمَّ اِنّي اُجَدِّدُ لَهُ في صَبيحَةِ يَوْمي هذا وَما عِشْتُ مِنْ اَيّامي عَهْداً وَعَقْداً وَبَيْعَةً لَهُ في عُنُقي، لا اَحُولُ عَنْها وَلا اَزُولُ اَبَداً.
İmam Sadiq (ə) burda boynunda kimə olan əhddən və beyətdən danışır? Bu duada imam Zamana (ə) olan beyətdən danışılmırmı? Göründüyü kimi, imam Sadiq (ə) özü imam Məhdi (ə)-a beyət edir. Desən ki, gələcək üçün gəlib dua, saxla, imamlar (ə) özləri eləmədiklərini camaata deməyiblər.
Hələlik imamlardan olan bu dəlillər kifayətdir. Bir az da özün başını işlət.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
6. 12-ci imam (ə)-ı ya əzəli, ya ilk yaradılmış hesab edirlər. hər 2 variantı onlardan eşitmişəm, ancaq Fəxrəddini şəxsən tanımadiğımdan bunların hansını qəbul etdiklərini dəqiq bilmirəm.
6- Hər 2 halın mümkünsüzlüyü aşkardir.
5-ci suala cavabımda buna da cavab axtar.
P.S. Şəxsən tanımadığın adam haqqında necə də mülahizələr yürüdürsüz. Bu haqda sonda yazacağam.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
7. Əmr-bə-mə`ruf və Nəhy-əz-münkər etməyə içazə vermirlər, o səbəbə ki, Əmr-Nəhyə imamın (ə) içazəsilə olmalıdır.
Mövzunu oxumamısan, get oxu, bu haqda yazmışam, iddian da tamamilə səhvdir. Biz məsum və hazır imama əmrə məruf, tağut və qeyri-məsum islami rəhbərləri nəhy əz münkər edirik.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
8. Onların əqidəsində olmayanlara xüms, zəkat, sədəqə verməyi israf hesab edirlər.
Zəkat və sədəqə barəsində dediklərin yalan və böhtandır. Xums haqqında artıq yuxarıda yazmışam.
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
9. İndiki dövrdə 14 mə`sumu yox, ancaq 12-ci imam (ə)-ı hüccət sayırlar.
9- 14 mə`sumun hamısı hüccət olmasaydı, onlardan çatan hədislərin və ümumilikdə 14 mə`sumun sünnəsinin heç 1 əhəmiyyəti olmazdı.
Təkrar yazıdır, bu haqda əvvəlki yazılarda danışılıb. Biz onları keçmiş imamlar bilirik, indiki zamanda hüccət deyil. Onlardan gələn hədislər isə hüccətdir. Sən zamanın imamının hüccətliyi ilə hədisin hüccətliyini ayırd edə bilmirsən.
İmam Məhdi (ə): "KEÇMİŞ İMAM (imam Həsən Əsgəri ə) ömrünü səadətlə başa vurmuş və dünyadan getmişdir. Onun yaşayışı atalarının yaşayışı kimi olmuşdur..." (Daha sona kimi yazmıram)
'Abdulla' сказал(а) 21 Янв 2011 - 19:47:
10. Hesab edirlər ki, azan-iqamədə gündə bir neçə dəfə 12-ci imam (ə)-a bey`ət təzələnməlidir. Belə mə`lum olur ki, bey`ətlərini hər dəfə sındırıb yenidən bey`ət edirlər.
10- Bey`ətini sındırmayanin yenidən bey`ət etməsinə ehtiyac yoxdur. Bey`ət isə gəlbən imamın imamətini təsdiq etmək və imamətə mə`rifətlə hasil olur, başqa yollarla yox.
Ən savadsız və gülünc iddian budur deyəsən. Yuxarıda Əhd duasından cümlə yazmışam, orda deyilir: "... əhdimi, əqdimi və beyətimi TƏZƏLƏYİRƏM" (kəlmənin ərəbcəsi: UCƏDDİDU). İmamdan (ə) gələn bu duada səhv tutursan? Burda beyət təzələməkdən danışılır, sənsə deyirsən beyəti sındırmasan, təzələmək olmur. Get dinini öyrən.